Bakı və Gəncə apelyasiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN QƏRARI

 

Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 10-cu bəndinə, 132-ci maddəsinin II hissəsinə, Məhkəmələr və hakimlər haqqında Azərbaycan Respublikası Qanununun 94-cü maddəsinin ikinci hissəsinə və 97-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

1. 2015-ci il oktyabrın 26-da səlahiyyət müddəti bitən aşağıdakı hakimlər Bakı Apelyasiya Məhkəməsinin hakimləri təyin edilsinlər:

 

Cəfərov Namiq Şamil oğlu,

Hacıyev Sənan Firudin oğlu,

Hüseynov Abiddin Qabil oğlu.

 

2. 2015-ci il oktyabrın 26-da səlahiyyət müddəti bitən Azər Vahid oğlu Bayramov Gəncə Apelyasiya Məhkəməsinin hakimi təyin edilsin.

3. Bu qərar 2015-ci il oktyabrın 26-dan qüvvəyə minir.

 

Oqtay ƏSƏDOV,

Azərbaycan Respublikası Milli Məclisinin Sədri

 

Bakı şəhəri, 20 oktyabr 2015-ci il

1409-IVQR