Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişikliklər edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci və 13-cü bəndlərini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, 9, maddə 838; 2014, 7, maddələr 766, 787, 10, maddə 1165) aşağıdakı dəyişikliklər edilsin:

1. 11.2-ci maddədə 14.1-ci sözləri 11.1-ci sözləri ilə əvəz edilsin.

2. 75-ci maddə üzrə:

2.1. 75.1-ci maddənin üçüncü cümləsinə 11-ci maddəsinə sözlərindən sonra , o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə sözləri əlavə edilsin;

2.2. 75.4-cü maddənin ikinci cümləsində 1 ay sözləri 15 gün sözləri ilə əvəz edilsin;

2.3. 75.6-cı maddənin birinci cümləsi aşağıdakı redaksiyada verilsin:

Müvafiq icra hakimiyyəti orqanı tikintiyə dair ərizəyə daxil olmuş rəylər nəzərə alınmaqla, həmin ərazi üzrə müfəssəl plan olduqda 1 ay müddətində, belə plan olmadıqda və ya onun müddəti bitdikdə 3 ay müddətində baxır və tikintiyə icazə verilməsi və ya icazə verilməsindən imtina edilməsi barədə qərar qəbul edir.;

2.4. 75.7-ci maddəyə aşağıdakı redaksiyada üçüncü cümlə əlavə edilsin:

Tikintiyə icazənin, xüsusi nişanın forma və məzmunu müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir..

3. 80-ci maddə üzrə:

3.1. aşağıdakı məzmunda 80.1-1-ci maddə əlavə edilsin:

80.1-1. İnsanların yaşaması və toplanması, habelə istehsalat fəaliyyətinin həyata keçirilməsi üçün nəzərdə tutulmayan yerüstü mərtəbələrinin sayı ikidən, hər mərtəbəsinin hündürlüyü 3 metrdən, ümumi sahəsi 1400 kvadratmetrdən və tikinti sahəsi 1000 kvadratmetrdən çox olmayan tikinti obyektlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və tikinti layihəsinin yalnız memarlıq-planlaşdırma bölməsinin hazırlanması tələb olunur.;

3.2. 80.2-ci maddədə yaşayış evlərinin, 80.3-cü maddədə, 80.4-cü maddənin birinci cümləsində və 80.5-ci maddədə yaşayış evinin sözləri tikinti obyektlərinin sözləri ilə əvəz edilsin;

3.3. 80.3-cü maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektinin tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsinin bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə uyğunluğu yoxlanılır.;

3.4. 80.4-cü maddənin birinci cümləsində 80.1-ci və 80.3-cü maddələrində sözləri 80.1-ci, 80.1-1-ci və 80.3-cü maddələrində sözləri ilə əvəz edilsin;

3.5. 80.4-cü maddənin ikinci cümləsində 3 ay sözləri 1 ay sözləri ilə əvəz edilsin.

4. 82.2-ci maddədə 3 ay sözləri 1 ay sözləri ilə əvəz edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 28 aprel 2015-ci il

1262-IVQD