Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi haqqında Əsasnamənin təsdiq edilməsi haqqında[1]

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin fəaliyyətini təmin etmək məqsədi ilə qərara alıram:[2]

1. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi haqqında Əsasnamə təsdiq edilsin (əlavə olunur).[3]

2. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidməti haqqında Əsasnamə təsdiq edilsin (əlavə olunur).[4]

3. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Baş Dövlət Texniki Nəzarət Xidməti haqqında Əsasnamə təsdiq edilsin (əlavə olunur).[5]

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

4.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

4.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

4.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

4.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

5. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 23 iyul 2015-ci il

571

 


 

 

Azərbaycan Respublikası Prezidentinin

2015-ci il 23 iyul tarixli 571 nömrəli Fərmanı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi haqqında

 

ƏSASNAMƏ[6]

 

1. Ümumi müddəalar[7]

 

1.1. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (bundan sonra Agentlik) bu Əsasnaməyə uyğun olaraq kənd təsərrüfatına dəstək layihələrinin həyata keçirilməsi, kənd təsərrüfatı məhsullarının istehsalı ilə əlaqədar subsidiyaların verilməsi, kənd təsərrüfatı istehsal vasitələrinə güzəştlər verilməsi, regionların aqrar inkişafına investisiyaların cəlb edilməsi, güzəştli kreditlərin, təminatların verilməsi və innovasiyaların tətbiqi sahəsində fəaliyyət göstərən icra hakimiyyəti orqanıdır.[8]

1.2. Agentlik öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi haqqında Əsasnaməni, bu Əsasnaməni və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin (bundan sonra - Nazirlik) hüquqi aktlarını rəhbər tutur.

1.3. Agentlik bu Əsasnamədə nəzərdə tutulan vəzifələri yerinə yetirərkən və hüquqları həyata keçirərkən Azərbaycan Respublikasının digər icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları, qeyri-hökumət təşkilatları ilə, hüquqi və fiziki şəxslərlə əlaqəli fəaliyyət göstərir.

1.4. Agentliyin müstəqil balansı, istifadəsində olan dövlət əmlakı, xəzinə və bank hesabları, üzərində Azərbaycan Respublikası Dövlət gerbinin təsviri və öz adı həkk olunmuş möhürü, müvafiq ştampları və blankları vardır.

1.5. Agentliyin saxlanılması xərcləri və fəaliyyəti Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti, büdcədənkənar vəsaitlər, kreditlər və qrantlar, ianələr, qanunvericilikdə müəyyən edilən digər mənbələr hesabına maliyyələşdirilir.[9]

1.6. Agentlik Bakı şəhərində yerləşir.

 

2. Agentliyin fəaliyyət istiqamətləri

 

2.0. Agentliyin fəaliyyət istiqamətləri aşağıdakılardır:

2.0.1. aqrar inkişaf layihələrinin kreditləşdirilməsini və idarə edilməsini həyata keçirmək;

2.0.2. aqrar sahədə dövlət dəstəyi tədbirlərinin həyata keçirilməsində iştirak;

2.0.3. aqrar sahədə innovativ metodları və qabaqcıl təcrübəni təşviq etmək, sahibkarlıq təşəbbüslərinin dəstəklənməsi üçün müvəkkil banklar, bank olmayan kredit təşkilatları və lizinq təşkilatları (bundan sonra müvəkkil kredit təşkilatları) vasitəsilə kreditlər və həmin kreditlərə təminat vermək;[10]

2.0.4. aqrar sahədə dövlət-özəl tərəfdaşlığı çərçivəsində proqramların hazırlanmasını və həyata keçirilməsini təmin etmək.[11]

2.0.5. kənd təsərrüfatı məhsullarının istehsalı ilə əlaqədar subsidiyaların verilməsini, habelə bu sahədə fəaliyyətin təşkilini və əlaqələndirilməsini həyata keçirir.[12]

 

3. Agentliyin vəzifələri[13]

 

3.0. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Agentliyin vəzifələri aşağıdakılardır:

3.0.1. aqrar sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə, ailə-kəndli təsərrüfatlarına müvəkkil kredit təşkilatları vasitəsilə güzəştli kreditlərin ayrılmasını təmin etmək və həmin vəsaitdən təyinatı üzrə istifadəyə nəzarət etmək;

3.0.1-1. aqrar sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərin, ailə-kəndli təsərrüfatlarının müvəkkil kredit təşkilatları vasitəsilə aldıqları mikrokreditlər üzrə risklərə qismən təminat verilməsini təmin etmək;[14]

3.0.2. kənd təsərrüfatı istehsal vasitələrinə (kənd təsərrüfatı texnikası, texnoloji avadanlıq, suvarma sistemləri dəsti və avadanlığı, damazlıq heyvanlar) dövlət büdcəsi hesabına tətbiq edilən güzəştlərin müvəkkil kredit təşkilatları vasitəsilə verilməsini həyata keçirmək, həmin vəsaitin təyinatı üzrə istifadəsinə nəzarət etmək;

3.0.3. kreditlərin və güzəştlərin verilməsi ilə bağlı xidmətlərin elektron qaydada həyata keçirilməsini və qeydiyyatını təmin edən elektron reyestri formalaşdırmaq;

3.0.4. aqrar sahədə regionlar üzrə kredit vəsaitlərinə olan tələbatı öyrənmək və regionların aqrar inkişaf imkanlarını qiymətləndirmək;

3.0.5. aqrar sahədə bağlanılan beynəlxalq müqavilələrə uyğun olaraq, kənd təsərrüfatı sahələrinin dəstəklənməsi və inkişafı ilə bağlı müvafiq tədbirlər görmək;

3.0.6. kənd təsərrüfatı sahəsində innovativ layihələrin maliyyələşdirilməsi məqsədilə müsabiqələr keçirmək, müsabiqəyə təqdim edilən layihələrin ekspertizasını aparmaq və onları qiymətləndirmək, habelə layihələrin icrasına nəzarət etmək;

3.0.6-1. subsidiya mexanizminin səmərəli fəaliyyətinin təmin edilməsi məqsədilə monitorinqlər aparmaq, subsidiyalarla bağlı göstərilən xidmətlərin kənd təsərrüfatı məhsullarının istehsalına təsirinə dair qiymətləndirmələrin aparılmasını təmin etmək;[15]

3.0.7. kənd təsərrüfatı sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin həyata keçirilməsində iştirak etmək, müvafiq beynəlxalq təşkilatlar və maliyyə qurumları ilə əməkdaşlıq etmək və təcrübə mübadiləsi aparmaq;

3.0.8. Nazirlik ilə beynəlxalq təşkilatlar və maliyyə qurumları arasında bağlanılan sazişlərə uyğun olaraq, kənd təsərrüfatı sahəsində layihələrin icrasını təmin etmək;

3.0.9. aqrar sahəyə aid maarifləndirici layihələrin, treninqlərin, seminarların və elmi-praktik konfransların keçirilməsini təşkil etmək və ya bu tədbirlərin həyata keçirilməsində iştirak etmək;

3.0.10. kreditlərin və güzəştlərin alınması ilə bağlı müvəkkil kredit təşkilatlarının müraciətlərinə baxmaq, təklif edilən layihələrin ekspertizasını (qiymətləndirilməsini) keçirmək, müraciətlərin təmin olunması və ya onlardan imtina edilməsi barədə qərar qəbul etmək;

3.0.11. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, siyahısı qanunla müəyyən edilmiş açıqlanmalı olan informasiyanın həmin saytda yerləşdirilməsini və daim yenilənməsini təmin etmək;

3.0.12. Agentliyə ayrılan dövlət vəsaitindən, kreditlərdən, qrantlardan və digər maliyyə vəsaitindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;

3.0.13. Agentliyə daxil olan ərizə, şikayət və təkliflərə baxmaq, qanunla müəyyən edilmiş qaydada tədbirlər görmək;

3.0.14. fəaliyyətinin nəticələri barədə Nazirliyə hesabat təqdim etmək;

3.0.15. aqrar sahədə dövlət proqramlarının və inkişaf konsepsiyalarının həyata keçirilməsində iştirak etmək;

3.0.16. Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.

 

4. Agentliyin hüquqları

 

4.0. Bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələri həyata keçirmək üçün Agentliyin aşağıdakı hüquqları vardır:

4.0.1. aqrar sahədə kreditlərin və güzəştlərin verilməsi, onlardan təyinatı üzrə istifadənin monitorinqinin aparılması, mexanizmin təkmilləşdirilməsi və güzəşt tətbiqinin prioritet hesab edildiyi sahələr barədə Nazirliyə təkliflər vermək;

4.0.2. Agentliyin aqrar sahədə idarə etdiyi layihələr üzrə təhlil və tədqiqatlar aparmaq, analitik materiallar hazırlamaq və nəticələrə uyğun olaraq təkliflər vermək;

4.0.3. regionların aqrar inkişafı üzrə konsepsiyaların, normativ hüquqi aktların layihələrini hazırlamaq və Nazirliyə təqdim etmək;

4.0.4. aqrar sahədə tətbiqi nəzərdə tutulan investisiya layihələrinin, kənd təsərrüfatı istehsal vasitələrinə tətbiq edilən güzəştlərə dair müraciətlərin qiymətləndirilməsi meyarları barədə Nazirliyə təkliflər vermək;

4.0.5. aqrar sahədə layihələrin həyata keçirilməsi, dəstək tədbirlərinin tətbiqi ilə bağlı beynəlxalq müqavilələr bağlanması barədə Nazirliyə təkliflər vermək;

4.0.6. fəaliyyət istiqamətləri üzrə dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;

4.0.7. müvafiq beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək, xarici dövlətlərin müvafiq təcrübəsini öyrənmək;

4.0.8. aqrar sahəyə aid maarifləndirici bülletenlər və digər nəşrlər buraxmaq, elektron xidmətlər təşkil etmək;

4.0.9. Agentliyin idarə etdiyi layihələrlə bağlı elmi tədqiqat və təcrübə-sınaq işlərinin görülməsi və xidmətlər göstərilməsi üçün işçi qruplar, komissiyalar yaratmaq, müqavilə əsasında elmi tədqiqat və təhsil müəssisələrini, şirkətləri, müstəqil ekspertləri və mütəxəssisləri cəlb etmək;

4.0.10. Agentliyin fəaliyyəti barədə məlumatları kütləvi informasiya vasitələrində dərc etdirmək;

4.0.11. Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.

 

5. Agentliyin fəaliyyətinin təşkili[16]

 

5.1. Agentliyə Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən sədr rəhbərlik edir.

5.2. Agentliyin sədri Agentliyə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsinə görə şəxsən məsuliyyət daşıyır.

5.3. Agentlik sədrinin Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən üç müavini vardır.[17]

5.4. Agentlik sədrinin müavinləri vəzifə bölgüsünə uyğun olaraq fəaliyyət göstərir və onlara həvalə edilmiş vəzifələrin yerinə yetirilməsinə görə şəxsən məsuliyyət daşıyırlar.

5.5. Agentliyin sədri:

5.5.1. Agentliyin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;

5.5.2. dövlət orqanları, yerli özünüidarəetmə orqanları, hüquqi və fiziki şəxslər ilə münasibətlərdə Agentliyi təmsil edir;

5.5.3. müəyyən edilmiş əməyin ödənilməsi fondu və işçilərin say həddi daxilində Agentliyin aparatının strukturunu, ştat cədvəlini və xərclər smetasını, habelə struktur bölmələrinin əsasnamələrini təsdiq olunmaq üçün Nazirliyə təqdim edir;

5.5.4. müavinləri arasında vəzifə bölgüsü aparır, onların, habelə Agentliyin digər vəzifəli şəxslərinin ştat, kadr, maliyyə və digər məsələlər üzrə səlahiyyətlərini müəyyənləşdirir və qarşılıqlı fəaliyyətini təmin edir;

5.5.5. Agentlik sədrinin müavinləri və Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin vəzifəyə təyin etdiyi struktur bölmə rəhbərləri istisna olmaqla, Agentliyin digər işçilərini vəzifəyə təyin və vəzifədən azad edir, işçilərlə əmək müqavilələri bağlayır və onların fəaliyyətinə rəhbərlik edir, qanunda nəzərdə tutulmuş qaydada həvəsləndirmə və intizam tədbirləri tətbiq edir, işçilərin ixtisasının artırılması və onların peşə hazırlığının təmin edilməsi üçün müvafiq tədbirlər görür;[18]

5.5.6. Agentliyin işçiləri üçün icrası məcburi olan əmr və göstərişlər verir;

5.5.7. Agentliyin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı təkliflərini, o cümlədən normativ hüquqi aktların layihələrini hazırlayıb Nazirliyə təqdim edir;

5.5.8. Nazirliyin iş planında və kollegiyasının qərarlarında, Azərbaycan Respublikasının kənd təsərrüfatı nazirinin əmr, sərəncam, qərar və göstərişlərində nəzərdə tutulmuş aidiyyəti tədbirlərin yerinə yetirilməsini təmin edir;

5.5.9. Agentlikdə vətəndaşların qəbulunu və müraciətlərinə baxılmasını təmin edir;

5.5.10. Agentliyə dövlət büdcəsindən ayrılan və qanunla qadağan edilməyən digər mənbələrdən daxil olan vəsaitin xərclənməsinə dair hesabatları rübdə bir dəfə Nazirliyə təqdim edir;

5.5.11. Agentliyin fəaliyyəti barədə Nazirliyə mütəmadi olaraq hesabat verir;

5.5.12. dövlət büdcəsindən ayrılan vəsaitin, büdcədənkənar xüsusi vəsaitin təyinatı üzrə xərclənməsini təmin edir, vəsait həddi nəzərə alınmaqla, Agentlik işçilərinin vəzifə maaşlarına müəyyən edilmiş əlavələrin, maddi yardım və mükafatların verilməsini təmin edir.[19]

 

 


 

 

Azərbaycan Respublikası Prezidentinin

2015-ci il 23 iyul tarixli 571 nömrəli Fərmanı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

 

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidməti haqqında

 

ƏSASNAMƏ

 

1. Ümumi müddəalar

 

1.1. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidməti (bundan sonra - Dövlət Xidməti) bitki sortlarının ekspertizasını, sınağını, qeydiyyatını və mühafizəsini, kənd təsərrüfatı sahəsində toxumçuluğun idarə edilməsini və toxumçuluğa dövlət nəzarətinin həyata keçirilməsini təmin edən icra hakimiyyəti orqanıdır.

1.2. Dövlət Xidməti öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi haqqında Əsasnaməni, bu Əsasnaməni və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin (bundan sonra - Nazirlik) hüquqi aktlarını rəhbər tutur.

1.3. Dövlət Xidməti bu Əsasnamədə nəzərdə tutulan vəzifə və hüquqlarını Azərbaycan Respublikasının ərazisində bilavasitə və yerli qurumları vasitəsilə həyata keçirir. 

1.4. Dövlət Xidməti öz vəzifə və hüquqlarını həyata keçirərkən Azərbaycan Respublikasının digər icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları, qeyri-hökumət təşkilatları ilə, hüquqi və fiziki şəxslərlə əlaqəli fəaliyyət göstərir.

1.5. Dövlət Xidmətinin müstəqil balansı, istifadəsində olan dövlət əmlakı, xəzinə və bank hesabları, üzərində Azərbaycan Respublikası Dövlət gerbinin təsviri və öz adı həkk olunmuş möhürü, müvafiq ştampları və blankları vardır.

1.6. Dövlət Xidmətinin saxlanılması xərcləri və fəaliyyəti Azərbaycan Respublikasının dövlət büdcəsi, habelə qanunla və bu Əsasnamə ilə nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdirilir.

1.7. Dövlət Xidməti Bakı şəhərində yerləşir.

 

2. Dövlət Xidmətinin fəaliyyət istiqamətləri

 

2.0. Dövlət Xidmətinin fəaliyyət istiqamətləri aşağıdakılardır: 

2.0.1. kənd təsərrüfatı bitkilərinin yeni sortlarının ekspertizasını keçirir, sınaq və qeydiyyatını aparır, mühafizəsini, habelə istifadə olunan sortun müəllifinin və patent sahibinin hüquqlarının qorunmasını təmin edir;

2.0.2. toxumluq əkinlərin aprobasiyasını təşkil edir;

2.0.3. Toxumçuluq haqqında Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada toxumların sertifikatlaşdırılmasını təmin edir;[20]

2.0.4. müvafiq beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq edir, xarici dövlətlərin müvafiq təcrübəsini öyrənir.

 

3. Dövlət Xidmətinin vəzifələri

 

3.0. Dövlət Xidməti bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:

3.0.1. bitki sortlarının yeniliyə görə ekspertizasını keçirir, fərqliliyə, oxşarlığa və sabitliyə görə sınağını aparır;

3.0.2. ekspertiza və sınaq nəticələri əsasında bitki sortlarını qeydiyyata alır və bu barədə Nazirliyə məlumat verir;

3.0.3. seleksiya nailiyyətlərinə (bitki sortlarına) patent və müəlliflik şəhadətnaməsi verir, seleksiya nailiyyətlərinin (bitki sortlarının) dövlət reyestrini aparır; 

3.0.4. qanunla müəyyən edilmiş hallarda seleksiya nailiyyətlərinin (bitki sortlarının) əlavə sınağını keçirir; 

3.0.5. seleksiya nailiyyətindən istifadə üçün bağlanmış lisenziya müqavilələrini qeydiyyata alır; 

3.0.6. dövlət reyestrində qeydə alınmamış, habelə istifadəsi qadağan olunmuş bitki sort və hibridlərinin istehsalının və satışının qarşısının alınması üçün tədbirlər görür;

3.0.7. patent sahiblərinin və müəlliflərin hüquqlarının qorunması sahəsində Seleksiya nailiyyətləri haqqında Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tədbirlərin görülməsini təmin edir; 

3.0.8. bitki sortları barədə məlumatları rəsmi internet səhifəsində dərc edir;

3.0.9. toxumçuluq subyektlərini attestasiyadan keçirir və uçota alır;

3.0.10. toxumçuluq subyektlərinin fəaliyyətini əlaqələndirir; 

3.0.11. toxumçuluq subyektlərinin Toxumçuluq haqqında Azərbaycan Respublikası Qanununun tələblərinə riayət etmələrinə nəzarət edir; 

3.0.12. toxumlara sortluq və səpin keyfiyyətlərini təsdiq edən uyğunluq sertifikatları verir;

3.0.13. dövlət standartlarına, texniki şərtlərə uyğun gəlməyən və keyfiyyət sənədləri olmayan toxumları və əkin materiallarını çıxdaş edir və onların satışının qarşısını alır;

3.0.14. bitki sortlarına verilmiş patentin istifadəsi və toxumun sertifikatlaşdırılması sahəsində aşkar edilmiş hüquqpozmaların qarşısının alınması üçün səlahiyyətli orqanlar qarşısında məsələ qaldırır; 

3.0.15. dövlət reyestrinə daxil edilmiş sortların orijinal, super elit, elit və reproduksiyalı toxumlarının nəzarət sınağını (qrunt nəzarəti) aparır;

3.0.16. aprobatorların hazırlanmasını, onların ixtisasının artırılmasını və attestasiyasını təşkil edir;

3.0.17. toxum və əkin materiallarının istehsalçılarını standartlar, təlimatlar və digər normativ sənədlərlə təmin edir; 

3.0.18. fəaliyyət sahəsi üzrə mütəxəssislərin hazırlanması və ixtisaslarının artırılması üçün tədbirlər görür; 

3.0.19. toxumçuluqda tətbiq edilən rəsmi dövlət sənədlərinin, kataloqların, sertifikatların, uçot-hesabat formalarının nəşrini təşkil edir;

3.0.20. toxumçuluq üzrə sərgilər və hərraclar keçirir;

3.0.21. toxum bazarının konyunkturunu öyrənir və təhlil edir;

3.0.22. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, siyahısı qanunla müəyyən edilmiş açıqlanmalı olan informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daim yenilənməsini təmin edir;

3.0.23. Dövlət Xidmətinə daxil olan ərizə, şikayət və təkliflərə baxır;

3.0.24. Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirir.

 

4. Dövlət Xidmətinin hüquqları

 

4.0. Dövlət Xidməti bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:

4.0.1. sortluq və səpin keyfiyyətlərini müəyyən etmək üçün toxum və bitki mənşəli məhsullardan nümunələr götürmək və onları təhlil etmək; 

4.0.2. bitki sortlarının ekspertizasının və sınağının keçirilməsi, mühafizəsi və toxumun sertifikatlaşdırılması ilə bağlı standartların və digər normativ hüquqi aktların layihələrini hazırlamaq və ya onların hazırlanmasında iştirak etmək;

4.0.3. toxum və əkin materiallarının istehsalı üçün əlverişli əraziləri və əkinlərin toxuma yararlılığını müəyyən etmək;

4.0.4 mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, toxumçuluqla məşğul olan müəssisələrdən, təşkilatlardan, torpaq mülkiyyətçilərindən və istifadəçilərindən toxum və əkin materiallarının yararlılıq vəziyyəti haqqında məlumatlar almaq; 

4.0.5. dövlət, yerli və sığorta toxum fondlarının yaradılması üçün Nazirliyə təkliflər vermək;

4.0.6. bitki sortlarının sınağı və qeydiyyatı sahəsində göstərilən xidmətlər üzrə tariflər barədə Nazirliyə təkliflər vermək;[21]

4.0.7. sort-sınaq məntəqələri, toxumçuluq üzrə müəssisə, təşkilat və laboratoriyaların yaradılması üçün Nazirliyə təkliflər vermək; 

4.0.8. Seleksiya nailiyyətləri haqqında Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda patentin etibarsız hesab edilməsi və ya ləğvi barədə Nazirlik qarşısında məsələ qaldırmaq;

4.0.9. bitki sortlarının sınağı, qeydiyyatı, mühafizəsi və toxumun sertifikatlaşdırılması sahəsində xarici ölkələrin təcrübəsini öyrənmək;

4.0.10. normativ hüquqi aktların layihələrini hazırlamaq və Nazirliyə təqdim etmək;

4.0.11. dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə aqrar sahə ilə bağlı zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;

4.0.12. bitki sortlarının sınağının, qeydiyyatının və mühafizəsinin səmərəliliyinin artırılmasında qabaqcıl təcrübənin öyrənilməsi məqsədi ilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), Yeni Bitki Sortlarının Mühafizəsi üzrə Beynəlxalq İttifaq (UPOV), Beynəlxalq Toxum Sınaq Assosiasiyası (İSTA), İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD), İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) və Avropa İttifaqı (EU) ilə əməkdaşlıq edir;

4.0.13. bitkilərin sort və hibridlərinin sınağı, qeydiyyatı, mühafizəsi və toxumların sertifikatlaşdırılması üzrə fəaliyyətin Yeni Bitki Sortlarının Mühafizəsi üzrə Beynəlxalq İttifaq (UPOV), Beynəlxalq Toxum Sınaq Assosiasiyası (İSTA), İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) və Avropa İttifaqı (EU) standartlarına uyğunlaşdırılmasına dair təkliflər hazırlayır;

4.0.14. Dövlət Xidmətinin fəaliyyəti barədə məlumatları kütləvi informasiya vasitələrində dərc etdirmək; 

4.0.15. Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.

 

5. Dövlət Xidmətinin fəaliyyətinin təşkili

 

5.1. Dövlət Xidmətinə Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən rəis rəhbərlik edir.

5.2. Dövlət Xidmətinin rəisi Dövlət Xidmətinə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsinə görə şəxsən məsuliyyət daşıyır.

5.3. Dövlət Xidməti rəisinin Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən iki müavini vardır. 

5.4. Dövlət Xidməti rəisinin müavinləri vəzifə bölgüsünə uyğun olaraq fəaliyyət göstərir və onlara həvalə edilmiş vəzifələrin yerinə yetirilməsinə görə şəxsən məsuliyyət daşıyırlar.

5.5. Dövlət Xidmətinin rəisi:

5.5.1. Dövlət Xidmətinin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;

5.5.2. dövlət orqanları, yerli özünüidarəetmə orqanları, hüquqi və fiziki şəxslər ilə münasibətlərdə Dövlət Xidmətini təmsil edir;

5.5.3. müəyyən edilmiş əməyin ödənilməsi fondu və işçilərin say həddi daxilində Dövlət Xidmətinin aparatının strukturunu, ştat cədvəlini və xərclər smetasını, habelə struktur bölmələrinin əsasnamələrini təsdiq edilmək üçün Nazirliyə təqdim edir; 

5.5.4. Dövlət Xidməti rəisinin müavinləri arasında vəzifə bölgüsünü müəyyən edir və həmin vəzifələrin həyata keçirilməsinə nəzarət edir;

5.5.5. Dövlət Xidmətinin rəis müavinləri, aparatının struktur bölmələrinin və yerli qurumlarının rəhbərləri istisna olmaqla, Dövlət Xidmətinin digər işçilərini vəzifəyə təyin və vəzifədən azad edir, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görür;

5.5.6. Dövlət Xidmətinin işçiləri üçün icrası məcburi olan əmr və göstərişlər verir; 

5.5.7. Dövlət Xidmətinin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı təkliflərini, o cümlədən normativ hüquqi aktların layihələrini hazırlayıb Nazirliyə təqdim edir; 

5.5.8. Nazirliyin iş planında və kollegiyasının qərarlarında, Azərbaycan Respublikasının kənd təsərrüfatı nazirinin əmr, sərəncam, qərar və göstərişlərində nəzərdə tutulmuş aidiyyəti tədbirlərin yerinə yetirilməsini təmin edir;

5.5.9. Dövlət Xidmətində vətəndaşların qəbulunu və müraciətlərinə baxılmasını təmin edir;

5.5.10. Dövlət Xidmətinə dövlət büdcəsindən ayrılan və qanunla qadağan edilməyən digər mənbələrdən daxil olan vəsaitin xərclənməsinə dair hesabatları rübdə bir dəfə Nazirliyə təqdim edir;

5.5.11. Dövlət Xidmətinin fəaliyyəti barədə Nazirliyə mütəmadi olaraq hesabat verir;

5.5.12. Dövlət Xidmətinin xərclər smetasına uyğun olaraq ona ayrılmış vəsaitin təyinatı üzrə xərclənməsini təmin edir;

5.5.13. bitki sortlarının regionlar üzrə səmərəliliyinin, yeni bitki sortları üçün sifarişlərin təhlili, sort-sınaq sahələrində və digər bitki sortları üzrə müşahidələrin aparılması və təkliflərin hazırlanması məqsədi ilə işçi qrupları və ya ekspert komissiyası yaradır.

 

 


 

 

Azərbaycan Respublikası Prezidentinin

2015-ci il 23 iyul tarixli 571 nömrəli Fərmanı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Baş Dövlət Texniki Nəzarət Xidməti haqqında[22]

 

ƏSASNAMƏ

 

1. Ümumi müddəalar

 

1.1. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Baş Dövlət Texniki Nəzarət Xidməti (bundan sonra - Xidmət) siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən nəqliyyat vasitələrinin və mexanizmlərin (bundan sonra kənd təsərrüfatı texnikası) dövlət qeydiyyatını aparan, onların texniki vəziyyətinə və istismarına dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır. [23]

1.2. Xidmət öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi haqqında Əsasnaməni, bu Əsasnaməni və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin (bundan sonra - Nazirlik) hüquqi aktlarını rəhbər tutur.

1.3. Xidmət bu Əsasnamədə nəzərdə tutulan vəzifə və hüquqlarını Azərbaycan Respublikasının ərazisində bilavasitə və tabeliyindəki regional bölmələri vasitəsilə həyata keçirir. [24]

1.4. Dövlət Xidməti öz vəzifə və hüquqlarını həyata keçirərkən Azərbaycan Respublikasının digər icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları, qeyri-hökumət təşkilatları ilə, hüquqi və fiziki şəxslərlə əlaqəli fəaliyyət göstərir.

1.5. Dövlət Xidmətinin müstəqil balansı, istifadəsində olan dövlət əmlakı, xəzinə və bank hesabları, üzərində Azərbaycan Respublikası Dövlət gerbinin təsviri, Nazirliyin və öz adı həkk olunmuş möhürü, müvafiq ştampları və blankları vardır.

1.6. Xidmətin saxlanılması xərcləri və fəaliyyəti Azərbaycan Respublikasının dövlət büdcəsi, habelə qanunla və bu Əsasnamə ilə nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdirilir.

1.7. Xidmət Bakı şəhərində yerləşir.

 

2. Xidmətin fəaliyyət istiqamətləri

 

2.0. Xidmətin fəaliyyət istiqamətləri aşağıdakılardır:

2.0.1. kənd təsərrüfatı texnikasının dövlət qeydiyyatını aparır;

2.0.2. kənd təsərrüfatı texnikasının dövlət texniki baxışını keçirir;

2.0.3. traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün imtahanların qəbulunu və sürücülük vəsiqələrinin verilməsini (dəyişdirilməsini) təmin edir;

2.0.4. kənd təsərrüfatı texnikasından istifadəyə nəzarət edir.

 

3. Xidmətin vəzifələri

 

3.0. Xidmət bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:

3.0.1. hüquqi və ya fiziki şəxslərin mülkiyyətində, istifadəsində və icarəsində olan kənd təsərrüfatı texnikasında zəmanət müddətində yaranmış nasazlığın müqavilə şərtlərinə uyğun olaraq aradan qaldırılmasına nəzarət edir;

3.0.2. dövlət qeydiyyatına alınmış mexaniki nəqliyyat vasitələrinin rəsmi reyestrinin kağız və elektron daşıyıcılar üzərində aparılmasını təmin edir, onlara dövlət qeydiyyat nişanları və dövlət qeydiyyat şəhadətnamələri verir;

3.0.3. kənd təsərrüfatı texnikasının dövlət qeydiyyatına alınması, dövlət texniki baxışının keçirilməsi, traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün traktorçu-maşinist vəsiqəsinin verilməsi və dəyişdirilməsi ilə əlaqədar müraciətlərin elektron formada qəbul olunmasını təmin edir;

3.0.4. müasir tipli texnikanın idarə edilməsi sahəsində ixtisaslı kadrlar hazırlanmasında iştirak edir.

3.0.5. kənd təsərrüfatı texnikasının dövlət texniki baxışından keçirilməsi qaydaları haqqında kütləvi informasiya vasitələrində məlumat verir;

3.0.6. dövlət qeydiyyatına alınan dövlət texniki baxışından keçirilməmiş kənd təsərrüfatı texnikasını texniki baxışdan keçirir;

3.0.7. texniki vəziyyəti qanunun və ya dövlət standartlarının tələblərinə uyğun gəlməyən, dövlət qeydiyyatına alınmayan, qanunla müəyyən edilmiş hallarda dövlət texniki baxışından keçməyən kənd təsərrüfatı texnikasının istismarını qadağan edir;

3.0.8. dövlət qeydiyyatına alınmış kənd təsərrüfatı texnikasının istismarı qaydalarının pozulmasının qarşısını almaq üçün tədbirlər görür və pozuntuların aradan qaldırılmasını hüquqi və fiziki şəxslərdən tələb edir;

3.0.9. kənd təsərrüfatı texnikasının ipoteka müqaviləsinin dövlət qeydiyyatına alınmasını və daşınar əmlakın rəsmi reyestrindən çıxarışın verilməsini təmin edir;[25]

3.0.10. traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün nəzəri və təcrübi imtahanları keçirir, sürücülük vəsiqəsini verir və dəyişdirir;

3.0.11. dövlət qeydiyyatına alınmış kənd təsərrüfatı texnikasının dövlət qeydiyyat nişanlarının seriyalarına görə yerlərdə mərkəzləşdirilmiş qaydada elektron məlumat bazasının yaradılmasını və aparılmasını təmin edir;

3.0.12. rayonlarda (şəhərlərdə) özəl aqroservislərin yaradılması və onların fəaliyyətinin genişləndirilməsi məqsədi ilə maarifləndirmə işi aparır;

3.0.13. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, siyahısı qanunla müəyyən edilmiş açıqlanmalı olan informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daim yenilənməsini təmin edir;

3.0.14. Xidmətə daxil olan ərizə, şikayət və təkliflərə baxır;

3.0.15. regional bölmələrin fəaliyyətinə nəzarəti həyata keçirir; [26]

3.0.16. Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirir.

 

4. Xidmətin hüquqları

 

4.0. Xidmət bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:

4.0.1. dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;

4.0.2. normativ hüquqi aktlarının layihələrini hazırlamaq və Nazirliyə təqdim etmək;

4.0.3. xarici dövlətlərin müvafiq sahədə təcrübəsini öyrənmək;

4.0.4. Xidmətin fəaliyyəti barədə kütləvi informasiya vasitələrində məlumatları dərc etdirmək;

4.0.5. müvafiq beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək;

4.0.6. Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.

 

5. Xidmətin fəaliyyətinin təşkili

 

5.1. Xidmətə Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən rəis rəhbərlik edir. Xidmətin rəisi Azərbaycan Respublikasının Baş dövlət texniki nəzarət mühəndis müfəttişidir.

5.2. Xidmətin rəisi Xidmətə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsinə görə şəxsən məsuliyyət daşıyır.

5.3. Xidmət rəisinin Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən bir müavini vardır.

5.4. Xidmətin rəisi:

5.4.1. Xidmətin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;

5.4.2. dövlət orqanları, yerli özünüidarəetmə orqanları, hüquqi və fiziki şəxslər ilə münasibətlərdə Xidməti təmsil edir;

5.4.3. müəyyən edilmiş əməyin ödənilməsi fondu və işçilərin say həddi daxilində Xidmətin aparatının strukturunu, ştat cədvəlini və xərclər smetasını, habelə struktur bölmələrinin əsasnamələrini təsdiq edilmək üçün Nazirliyə təqdim edir;

5.4.4. Xidmətin rəis müavini, aparatının struktur bölmələrinin və tabeliyində olan regional bölmələrin rəhbərləri istisna olmaqla, Xidmətin digər işçilərini vəzifəyə təyin və vəzifədən azad edir, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görür;[27]

5.4.5. Xidmətin işçiləri üçün icrası məcburi olan əmr və göstərişlər verir;

5.4.6. Xidmətin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı təkliflərini, o cümlədən normativ hüquqi aktların layihələrini hazırlayıb Nazirliyə təqdim edir;

5.4.7. Nazirliyin iş planında və kollegiyasının qərarlarında, Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin əmr, sərəncam, qərar və göstərişlərində nəzərdə tutulmuş aidiyyəti tədbirlərin yerinə yetirilməsini təmin edir;

5.4.8. Xidmət vətəndaşların qəbulunu və müraciətlərinə baxılmasını təmin edir;

5.4.9. Xidmətə dövlət büdcəsindən ayrılan və qanunla qadağan edilməyən digər mənbələrdən daxil olan vəsaitin xərclənməsinə dair hesabatları rübdə bir dəfə Nazirliyə təqdim edir;

5.4.10. Xidmətin fəaliyyəti barədə Nazirliyə mütəmadi olaraq hesabat verir;

5.4.11. Xidmətin xərclər smetasına uyğun olaraq ona ayrılmış vəsaitin təyinatı üzrə xərclənməsini təmin edir.

5.5. Xidmətin işçiləri təsviri Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən xüsusi geyim forması, habelə siyahısı Nazirlik tərəfindən müəyyən edilən nəzarət-ölçü cihazları və digər xüsusi vasitələrlə təmin olunurlar.

5.6. Xidmət say həddi (limiti) Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən xidməti minik avtomobilləri ilə təmin olunur.

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       22 sentyabr 2017-ci il tarixli 1604 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Xalq qəzeti, 23 sentyabr 2017-ci il, 207, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, 9, maddə 1651)

2.       16 yanvar 2018-ci il tarixli 1786 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, 1, maddə 42)

3.       4 aprel 2018-ci il tarixli 1905 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Xalq qəzeti, 5 aprel 2018-ci il, 75, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, 4, maddə 656)

4.       19 dekabr 2018-ci il tarixli 412 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Xalq qəzeti, 20 dekabr 2018-ci il, 287, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, 12, I kitab, maddə 2569)

5.       21 may 2019-cu il tarixli 702 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Xalq qəzeti, 22 may 2019-cu il, 111, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, 5, maddə 854)

6.       8 aprel 2020-ci il tarixli 984 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Xalq qəzeti, 9 aprel 2020-ci il, 65, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, 4, maddə 401)

7.       1 may 2020-ci il tarixli 1009 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Xalq qəzeti 2 may 2020-ci il, 85, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, 5, maddə 534)

 

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 21 may 2019-cu il tarixli 702 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Xalq qəzeti, 22 may 2019-cu il, 111, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, 5, maddə 854) ilə adında Nazirliyinin strukturuna daxil olan bəzi qurumların əsasnamələrinin sözləri Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi haqqında Əsasnamənin sözləri ilə əvəz edilmişdir.

 

[2] 21 may 2019-cu il tarixli 702 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Xalq qəzeti, 22 may 2019-cu il, 111, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, 5, maddə 854) ilə preambulada Nazirliyinin strukturuna daxil olan bəzi qurumların sözləri Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin sözləri ilə əvəz edilmişdir.

 

[3] 19 dekabr 2018-ci il tarixli 412 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Xalq qəzeti, 20 dekabr 2018-ci il, 287, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, 12, I kitab, maddə 2569) ilə 1-ci hissədə Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti sözləri Aqrar Kredit və İnkişaf Agentliyi sözləri ilə əvəz edilmişdir.

 

[4] 21 may 2019-cu il tarixli 702 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Xalq qəzeti, 22 may 2019-cu il, 111, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, 5, maddə 854) ilə 2-ci və 3-cü hissələr ləğv edilmişdir.

 

[5] 4 aprel 2018-ci il tarixli 1905 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Xalq qəzeti, 5 aprel 2018-ci il, 75, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, 4, maddə 656) ilə 3-cü hissədə Baş Dövlət Texniki Nəzarət Müfəttişliyi sözləri Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Baş Dövlət Texniki Nəzarət Xidməti sözləri ilə əvəz edilmişdir.

 

[6] 19 dekabr 2018-ci il tarixli 412 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Xalq qəzeti, 20 dekabr 2018-ci il, 287) ilə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti haqqında Əsasnamənin adında və 1.1-ci bənddə Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti sözləri Aqrar Kredit və İnkişaf Agentliyi sözləri ilə əvəz edilmişdir.

 

[7] 19 dekabr 2018-ci il tarixli 412 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Xalq qəzeti, 20 dekabr 2018-ci il, 287, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, 12, I kitab, maddə 2569) ilə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti haqqında Əsasnamədə mətn üzrə ismin müvafiq hallarında Dövlət Xidməti sözləri ismin müvafiq hallarında Agentlik sözü ilə əvəz edilmişdir.

 

[8] 19 dekabr 2018-ci il tarixli 412 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Xalq qəzeti, 20 dekabr 2018-ci il, 287, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, 12, I kitab, maddə 2569) ilə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti haqqında Əsasnamənin 1.1-ci bənddə kənd təsərrüfatı layihələrinin qiymətləndirilməsini, maliyyələşdirilməsini, təşkilini və icrasına nəzarəti həyata keçirən, habelə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə dövlət dəstəyi məqsədi ilə dövlət büdcəsindən ayrılan və qanunla qadağan edilməyən digər mənbələrdən cəlb edilən maliyyə vəsaitinin müvəkkil kredit təşkilatları vasitəsilə güzəştli kredit şəklində verilməsini və həmin vəsaitdən təyinatı üzrə istifadəni təmin edən sözləri bu Əsasnaməyə uyğun olaraq kənd təsərrüfatına dəstək layihələrinin həyata keçirilməsi, kənd təsərrüfatı istehsal vasitələrinə güzəştlər verilməsi, regionların aqrar inkişafına investisiyaların cəlb edilməsi, güzəştli kreditlərin verilməsi və innovasiyaların tətbiqi sahəsində fəaliyyət göstərən sözləri ilə əvəz edilmişdir.

8 aprel 2020-ci il tarixli 984 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Xalq qəzeti, 9 aprel 2020-ci il, 65, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, 4, maddə 401) ilə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi haqqında Əsasnamənin 1.1-ci bəndə güzəştli kreditlərin sözlərindən sonra , təminatların sözü əlavə edilmişdir.

1 may 2020-ci il tarixli 1009 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Xalq qəzeti 2 may 2020-ci il, 85, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, 5, maddə 534) ilə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi haqqında Əsasnamənin 1.1-ci bəndə həyata keçirilməsi, sözlərindən sonra kənd təsərrüfatı məhsullarının istehsalı ilə əlaqədar subsidiyaların verilməsi, sözləri əlavə edilmişdir.

 

[9] 19 dekabr 2018-ci il tarixli 412 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Xalq qəzeti, 20 dekabr 2018-ci il, 287, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, 12, I kitab, maddə 2569) ilə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti haqqında Əsasnamənin 1.5-ci bəndində dövlət büdcəsi, habelə qanunla və bu Əsasnamə ilə nəzərdə tutulan sözləri dövlət büdcəsinin vəsaiti, büdcədənkənar vəsaitlər, kreditlər və qrantlar, ianələr, qanunvericilikdə müəyyən edilən sözləri ilə əvəz edilmişdir.

 

[10] 8 aprel 2020-ci il tarixli 984 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Xalq qəzeti, 9 aprel 2020-ci il, 65, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, 4, maddə 401) ilə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi haqqında Əsasnamənin 2.0.3-cü yarımbəndə kreditlər sözündən sonra və həmin kreditlərə təminat sözləri əlavə edilmişdir.

 

[11] 19 dekabr 2018-ci il tarixli 412 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Xalq qəzeti, 20 dekabr 2018-ci il, 287, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, 12, I kitab, maddə 2569) ilə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti haqqında Əsasnamənin 2.0.1−2.0.4-cü yarımbəndləri yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

2.0.1. aqrar sahənin kreditləşdirilməsi üzrə dövlət siyasətinin həyata keçirilməsində iştirak edir;

2.0.2. aqrar sahədə sahibkarlığın və rəqabət mühitinin inkişafına dəstək verir;

2.0.3. aqrar sahədə innovativ metodları və qabaqcıl təcrübəni təşviq edir;

2.0.4. aqrar sahədə sahibkarlığın inkişafına, innovasiyaların və qabaqcıl təcrübənin tətbiqinin genişləndirilməsinə dəstək məqsədi ilə layihələrin idarə edilməsini həyata keçirir və bu sahəyə investisiyalar cəlb edilməsi ilə bağlı təkliflər verir.

 

[12] 1 may 2020-ci il tarixli 1009 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Xalq qəzeti 2 may 2020-ci il, 85, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, 5, maddə 534) ilə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi haqqında Əsasnamənin 2.0.4-cü yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunmuşdur və yeni məzmunda 2.0.5-ci yarımbənd əlavə edilmişdir.

 

[13] 19 dekabr 2018-ci il tarixli 412 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Xalq qəzeti, 20 dekabr 2018-ci il, 287, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, 12, I kitab, maddə 2569) ilə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti haqqında Əsasnamənin 3-cü və 4-cü hissələri yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

3. Dövlət Xidmətinin vəzifələri

3.0. Dövlət Xidməti bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:

3.0.1. aqrar sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə, o cümlədən ailə-kəndli təsərrüfatlarına müvəkkil kredit təşkilatları vasitəsilə güzəştli kreditlərin ayrılmasını təmin edir və həmin vəsaitin təyinatı üzrə istifadəsinə nəzarət edir;

3.0.2. dövlət büdcəsindən ayrılan və qanunla qadağan olunmayan digər mənbələrdən cəlb edilən maliyyə vəsaitinin güzəştli kredit şəklində yönəldilməsi üçün aqrar bölmənin prioritet hesab edilən sahələri barədə Nazirliyə təkliflər verir;

3.0.3. verilmiş kreditlər üzrə daxil olan maliyyə vəsaitindən təyinatı üzrə istifadəni təmin edir;

3.0.4. aqrar sahədə regionlar üzrə kredit vəsaitlərinə olan tələbatı öyrənir;

3.0.5. kənd təsərrüfatı sahəsində innovativ layihələrin maliyyələşdirilməsi məqsədi ilə müsabiqələr keçirir, müsabiqəyə təqdim edilən layihələrin ekspertizasını aparır və onları qiymətləndirir, habelə layihələrin icrasına nəzarət edir;

3.0.6. Azərbaycan Respublikasının kənd təsərrüfatı sahəsində tərəfdar çıxdığı beynəlxalq müqavilələrin həyata keçirilməsində iştirak edir, müvafiq beynəlxalq təşkilatlar və maliyyə qurumları ilə əməkdaşlıq edir;

3.0.7. Nazirlik ilə beynəlxalq təşkilatlar və maliyyə qurumları arasında bağlanılan sazişlərə uyğun olaraq, kənd təsərrüfatı sahəsində layihələrin icrasını təmin edən tədbirlər görür və ya bu tədbirlərin həyata keçirilməsində iştirak edir;

3.0.8. aqrar sahəyə aid maarifləndirici layihələrin, treninqlərin və elmi-praktik konfransların keçirilməsini təşkil edir və ya bu tədbirlərin həyata keçirilməsində iştirak edir;

3.0.9. kənd təsərrüfatı sahəsində informasiya-məsləhət xidmətini təşkil edir;

3.0.10. layihələrin icrası və informasiya-məsləhət xidmətinin fəaliyyəti ilə bağlı rübdə bir dəfə Nazirliyə hesabat verir;

3.0.11. güzəştli kreditlərin alınması ilə bağlı müvəkkil kredit təşkilatlarının müraciətlərinə baxır, təklif edilən layihələrin ekspertizasını keçirir, müraciətlərin təmin olunması və ya onlardan imtina edilməsi barədə qərar qəbul edir;

3.0.12. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, siyahısı qanunla müəyyən edilmiş açıqlanmalı olan informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daim yenilənməsini təmin edir;

3.0.13. Dövlət Xidmətinə daxil olan ərizə, şikayət və təkliflərə baxır;

3.0.14. Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirir.

4. Dövlət Xidmətinin hüquqları

4.0. Dövlət Xidməti bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:

4.0.1. normativ hüquqi aktlarının layihələrini hazırlamaq və Nazirliyə təqdim etmək;

4.0.2. Dövlət Xidməti tərəfindən aqrar sektorda layihələrin həyata keçirilməsi və bu sahədə kreditlərin verilməsi ilə bağlı beynəlxalq müqavilələrin bağlanılması barədə Nazirliyə təkliflər vermək;

4.0.3. aqrar sahə ilə bağlı dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;

4.0.4. müvafiq beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək, xarici dövlətlərin müvafiq təcrübəsini öyrənmək;

4.0.5. Dövlət Xidmətinin aqrar sahədə idarə etdiyi layihələr üzrə təhlil və tədqiqatlar aparmaq, analitik materiallar hazırlamaq və nəticələrə uyğun olaraq təkliflər vermək;

4.0.6. aqrar bölmədə informasiya-məsləhət xidmətinin təkmilləşdirilməsi sahəsində seminarlar, treninqlər, elmi-praktik konfranslar və simpoziumlar keçirmək, xüsusi bülletenlər və digər nəşrlər buraxmaq;

4.0.7. Dövlət Xidmətinin idarə etdiyi layihələrlə bağlı elmi tədqiqat və təcrübə-sınaq işlərinin görülməsi və informasiya-məsləhət xidmətlərinin göstərilməsi üçün işçi qrupları və komissiyalar yaratmaq, müqavilə əsasında elmi tədqiqat və təhsil müəssisələrini, şirkətləri, müstəqil ekspertləri və mütəxəssisləri cəlb etmək;

4.0.8. Dövlət Xidmətinin fəaliyyəti barədə məlumatları kütləvi informasiya vasitələrində dərc etdirmək;

4.0.9. Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.

 

[14] 8 aprel 2020-ci il tarixli 984 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Xalq qəzeti, 9 aprel 2020-ci il, 65, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, 4, maddə 401) ilə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi haqqında Əsasnaməyə yeni məzmunda 3.0.1-1-ci yarımbənd əlavə edilmişdir.

 

[15] 1 may 2020-ci il tarixli 1009 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Xalq qəzeti 2 may 2020-ci il, 85, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, 5, maddə 534) ilə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi haqqında Əsasnamənin yeni məzmunda 3.0.6-1-ci yarımbənd əlavə edilmişdir.

 

[16] 19 dekabr 2018-ci il tarixli 412 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Xalq qəzeti, 20 dekabr 2018-ci il, 287, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, 12, I kitab, maddə 2569) ilə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti haqqında Əsasnamənin 5-ci hissəsində ismin müvafiq hallarında rəis sözü ismin müvafiq hallarında sədr sözü ilə əvəz edilmişdir.

 

[17] 1 may 2020-ci il tarixli 1009 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Xalq qəzeti 2 may 2020-ci il, 85, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, 5, maddə 534) ilə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi haqqında Əsasnamənin 5.3-cü bənddə iki sözü üç sözü ilə əvəz edilmişdir.

 

[18] 19 dekabr 2018-ci il tarixli 412 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Xalq qəzeti, 20 dekabr 2018-ci il, 287, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, 12, I kitab, maddə 2569) ilə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti haqqında Əsasnamənin 5.5.4-cü və 5.5.5-ci yarımbəndləri yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

5.5.4. Dövlət Xidməti rəisinin müavinləri arasında vəzifə bölgüsünü müəyyən edir və həmin vəzifələrin həyata keçirilməsinə nəzarət edir;

5.5.5. Dövlət Xidmətinin rəis müavinləri və aparatının struktur bölmələrinin rəhbərləri istisna olmaqla, Dövlət Xidmətinin digər işçilərini vəzifəyə təyin və vəzifədən azad edir, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görür;

 

[19] 19 dekabr 2018-ci il tarixli 412 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Xalq qəzeti, 20 dekabr 2018-ci il, 287) ilə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti haqqında Əsasnamənin 5.5.12-ci yarımbəndi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

5.5.12. Dövlət Xidmətinin xərclər smetasına uyğun olaraq ona ayrılmış vəsaitin təyinatı üzrə xərclənməsini təmin edir.

 

[20] 22 sentyabr 2017-ci il tarixli 1604 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Xalq qəzeti, 23 sentyabr 2017-ci il, 207, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, 9, maddə 1651) ilə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidməti haqqında Əsasnamədən 2.0.3-cü və 3.0.12-ci yarımbəndlər ləğv edilmişdir.

 

[21] 22 sentyabr 2017-ci il tarixli 1604 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Xalq qəzeti, 23 sentyabr 2017-ci il, 207, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, 9, maddə 1651) ilə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidməti haqqında Əsasnamənin 4.0.6-cı yarımbəndində , qeydiyyatı və toxumun sertifikatlaşdırılması sözləri və qeydiyyatı sözləri ilə əvəz edilmişdir.

 

[22] 4 aprel 2018-ci il tarixli 1905 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Xalq qəzeti, 5 aprel 2018-ci il, 75, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, 4, maddə 656) ilə Baş Dövlət Texniki Nəzarət Müfəttişliyi haqqında Əsasnamənin adında Baş Dövlət Texniki Nəzarət Müfəttişliyi sözləri Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Baş Dövlət Texniki Nəzarət Xidməti sözləri ilə əvəz edilmişdir.

 

[23] 4 aprel 2018-ci il tarixli 1905 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Xalq qəzeti, 5 aprel 2018-ci il, 75, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, 4, maddə 656) ilə Baş Dövlət Texniki Nəzarət Müfəttişliyi haqqında Əsasnamənin 1.1-ci bəndində Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olan Baş Dövlət Texniki Nəzarət Müfəttişliyi sözləri Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Baş Dövlət Texniki Nəzarət Xidməti sözləri ilə əvəz edilmişdir.

 

4 aprel 2018-ci il tarixli 1905 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Xalq qəzeti, 5 aprel 2018-ci il, 75, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, 4, maddə 656) ilə Baş Dövlət Texniki Nəzarət Müfəttişliyi haqqında Əsasnamənin mətn üzrə ismin müvafiq hallarında Dövlət Müfəttişliyi sözləri ismin müvafiq hallarında Xidmət sözü ilə əvəz edilmişdir.

 

[24] 4 aprel 2018-ci il tarixli 1905 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Xalq qəzeti, 5 aprel 2018-ci il, 75, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, 4, maddə 656) ilə Baş Dövlət Texniki Nəzarət Müfəttişliyi haqqında Əsasnamənin 1.3-cü bəndində rayon (şəhər) dövlət texniki nəzarət müfəttişlikləri sözləri regional bölmələri sözləri ilə əvəz edilmişdir.

 

[25] 16 yanvar 2018-ci il tarixli 1786 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, 1, maddə 42) ilə Baş Dövlət Texniki Nəzarət Müfəttişliyi haqqında Əsasnamənin 3.0.9-cu yarımbəndində qeydiyyata sözü dövlət qeydiyyatına sözləri ilə əvəz edilmişdir.

 

[26] 4 aprel 2018-ci il tarixli 1905 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Xalq qəzeti, 5 aprel 2018-ci il, 75, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, 4, maddə 656) ilə Baş Dövlət Texniki Nəzarət Müfəttişliyi haqqında Əsasnamənin 3.0.15-ci yarımbəndində rayon (şəhər) texniki nəzarət müfəttişliklərinin sözləri regional bölmələrin sözləri ilə əvəz edilmişdir.

 

[27] 4 aprel 2018-ci il tarixli 1905 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Xalq qəzeti, 5 aprel 2018-ci il, 75, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, 4, maddə 656) ilə Baş Dövlət Texniki Nəzarət Müfəttişliyi haqqında Əsasnamənin 5.4.4-cü yarımbəndində rayon (şəhər) dövlət texniki nəzarət müfəttişliklərinin sözləri regional bölmələrin sözləri ilə əvəz edilmişdir.