Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması Qaydasının təsdiq edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

Qrant alınmasına (verilməsinə) dair müqavilələrin (qərarların) qeydiyyata alınması Qaydalarının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 12 fevral tarixli 27 nömrəli Fərmanının ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 24 iyul tarixli 240 nömrəli Fərmanının 2-ci hissəsinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması Qaydası təsdiq edilsin (əlavə olunur).

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

Bakı şəhəri, 5 iyun 2015-ci il

216

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2015-ci il 5 iyun tarixli 216 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması

QAYDASI

1. Ümumi müddəalar

1.1. Bu Qayda Qrant haqqında Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 4-cü maddəsinin 4-2-ci hissəsinə uyğun olaraq hazırlanmışdır.

1.2. Bu Qayda Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri, habelə xarici dövlətlərin qeyri-kommersiya qurumlarının filial və ya nümayəndəlikləri tərəfindən qrant alınmasına (verilməsinə) dair müqavilələrin (qərarların), o cümlədən sub-qrantın, qranta əlavənin, habelə ianələr istisna olmaqla, Qanunun 1-ci maddəsinin 1-ci hissəsində göstərilmiş məqsədlər üçün digər formada rəsmiləşdirilən yardımların (bundan sonra - müqavilə (qərar) qeydə alınmasını tənzimləyir. Bu Qaydada qrant müqavilələrinin (qərarlarının) qeydə alınması ilə bağlı göstərilmiş tələblər sub-qrantlara və qrant müqaviləsi (qərarı) üzrə əlavə müqavilələrin, onların müddətinin, məqsədinin, məbləğinin dəyişdirilməsi hallarına da şamil olunur. [1]

1.3. Müqavilələrin (qərarların) qeydə alınması kommersiya qurumlarına, publik hüquqi şəxslərə münasibətdə Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi, dini qurumlara münasibətdə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, digər qeyri-kommersiya qurumlarına və fiziki şəxslərə münasibətdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən (bundan sonra qeydiyyat orqanı) həyata keçirilir. [2]

1.4. Azərbaycan Respublikasının hüquqi və ya fiziki şəxsi, habelə Azərbaycan Respublikasının hüquqi şəxsinin filial və nümayəndəliyi olan donorlar tərəfindən xarici resipiyentlərə qrant verilməsi haqqında müqavilələr (qərarlar) qeydə alınması üçün donorlar tərəfindən qeydiyyat orqanına təqdim olunur. Azərbaycan Respublikasının resipiyentlərinin aldıqları qrantlar haqqında müqavilələr (qərarlar) qeydə alınması üçün resipiyentlər tərəfindən qeydiyyat orqanına təqdim olunur.

1.4-1. Qanunun 2-ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş xarici donorlar tərəfindən bağlanılmış qrant müqaviləsinin (qərarının) qeydə alınması ilə bağlı sənədlərin təqdim edilməsi və qrantın maliyyə-iqtisadi məqsədəmüvafiqliyinə dair rəyin əldə edilməsi bir pəncərə prinsipi üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 22 oktyabr tarixli 339 nömrəli qərarı ilə təsdiq edilmiş Xarici donorlar tərəfindən Azərbaycan Respublikasının ərazisində qrant vermək hüququnun əldə edilməsi Qaydasına uyğun həyata keçirilir.[3]

1.5. Müqavilə (qərar) bağlanıldığı (verildiyi) gündən 30 (otuz) gündən gec olmayaraq, qeydə alınması üçün qeydiyyat orqanına təqdim edilməlidir.[4]

1.6. Dövlət büdcəsi hesabına verilmiş qrant barədə müvafiq məlumat qrant müqaviləsini (qərarını) qeydə alan orqana donor tərəfindən 7 (yeddi) gündən gec olmayaraq, bu Qaydanın 5 nömrəli əlavəsində göstərilən formaya uyğun təqdim olunur. Donor Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 oktyabr tarixli 654 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşdirilən, fəaliyyət sahələrinə uyğun olaraq Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə qrant verə bilən qurumların Siyahısında nəzərdə tutulmuş qurum olduğu halda müvafiq məlumata Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 oktyabr tarixli 652 nömrəli Fərmanı ilə təsdiq edilmiş Dövlət orqanları tərəfindən qeyri-hökumət təşkilatlarına qrant verilməsinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə razılaşdırılması Qaydasının 4.2-ci bəndində nəzərdə tutulmuş rəy və ya Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən həmin rəyin vaxtında verilməməsi barədə müraciət etmiş dövlət qurumunun məktubu əlavə olunur. Dövlət qurumu olan donor tərəfindən dövlət büdcəsi hesabına verilən qrant barədə müvafiq məlumatın təqdim edilməsi qeyri-hökumət təşkilatını müqavilənin (qərarın) qeydiyyat üçün təqdim edilməsi vəzifəsindən azad etmir.[5]

1.7. Qeydə alınmayan qrant müqavilələri (qərarları) üzrə bank əməliyyatları və hər hansı digər əməliyyatlar aparıla bilməz.

1.8. Bank əməliyyatları müqavilənin (qərarın) qeydə alınmasını təsdiq edən bildiriş əsasında aparıla bilər.

1.9. Qeydiyyat orqanı qeydə alınmış qrant müqavilələri (qərarları) haqqında ildə bir dəfədən az olmayaraq, kütləvi informasiya vasitələrinə ümumiləşdirilmiş məlumat verməlidir.

1.10. Qrant müqaviləsinin (qərarının) mahiyyəti (predmeti) xidmətlərin göstərilməsi və ya işlərin görülməsi məqsədi daşıyırsa, bu halda həmin müqavilə xidmət müqaviləsi kimi qeydiyyata alına bilər.[6]

2. Müqavilələrin (qərarların) qeydə alınması üçün təqdim edilən sənədlər

2.1. Qrant müqaviləsinin (qərarının) qeydə alınması üçün bu Qaydanın 1-4 nömrəli əlavələrində göstərilmiş ərizələrə aşağıdakı sənədlər əlavə olunur:

2.1.1. müqavilənin (qərarın), o cümlədən əlavə müqavilənin (qərarın) və ya onlarda edilmiş dəyişikliyin tərəflərin imzaladığı əslinin nüsxəsi;

2.1.2. müqavilə (qərar) üzrə həyata keçirilməsi nəzərdə tutulan layihənin tərəflərin imzaladığı əslinin nüsxəsi;

2.1.3. donor (resipiyent) olan fiziki şəxsin şəxsiyyətini təsdiq edən sənədin surəti;

2.1.4. müraciət etmiş qurumun qrantı qeydə alan orqanda dövlət qeydiyyatına alındığı hallar istisna olmaqla, donor (resipiyent) olan hüquqi şəxs barədə hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın və nizamnaməsinin (əsasnaməsinin) surəti;[7]

2.1.5. ərizə bu Qaydanın 1.4-cü bəndində göstərilən şəxslərin adından başqa şəxs tərəfindən verildikdə, habelə müqaviləni (qərarı) qanuni təmsilçi olmayan şəxs imzaladıqda, onların müvafiq səlahiyyətə malik olması barədə sənəd (müqavilənin qeydiyyata alınması ilə bağlı sənədləri imzalamaq səlahiyyəti müqavilədə göstərilmədiyi halda).[8]

2.1.6. Qanunun 2-ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş donorlar tərəfindən Azərbaycan Respublikasının ərazisində qrant vermək hüququnu təsdiq edən sənədin surəti;

2.1.7. qeyri-hökumət təşkilatı və xarici qeyri-hökumət təşkilatının filial və ya nümayəndəliyi tərəfindən Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə maliyyə hesabatlarının təqdim edilməsi barədə sənəd;

2.1.8. bu Qaydanın 1.4-cü bəndində göstərilən şəxslərin adından başqa şəxs ərizəni verdiyi halda, onun səlahiyyətini təsdiq edən etibarnamə.[9]

2.2. Sənədlər xarici ölkədə tərtib olunduqda, leqallaşdırılmalı və ya onlara apostil verilməlidir. Sənədlər xarici dildə tərtib edildikdə, onların tərcüməsi də əlavə edilir.[10]

3. Qeydiyyat orqanı tərəfindən araşdırılan məsələlər

3.1. Qeydiyyat orqanı tərəfindən bildirişin verilməsi üçün aşağıdakılar araşdırılmalıdır:

3.1.1. təqdim edilmiş sənədlərin və müqavilə (qərar) üzrə həyata keçirilməsi nəzərdə tutulan tədbirlərin Azərbaycan Respublikasının qanunlarına, resipiyentin nizamnaməsinə (əsasnaməsinə), o cümlədən müqavilənin (qərarın) şərtlərinin qrant anlayışına uyğunluğu;

3.1.2. Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşdirilən qurumlar tərəfindən verilmiş qrantların həmin qurumların fəaliyyət sahələrinə uyğunluğu;

3.1.3. resipiyentin Qanunun 3-cü maddəsinin 2-ci hissəsi ilə müəyyən edilmiş meyarlara uyğun olması və qrantın Qanunun 2-ci maddəsində nəzərdə tutulmuş donorlardan əldə edilməsi;

3.1.4. müqaviləni (qərarı) imzalamış şəxsin müvafiq səlahiyyətə malik olması;

3.1.5. Azərbaycan Respublikasının rezidenti olan donorun (resipiyentin) cinayət yolu ilə əldə olunmuş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasının, terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması sahəsində Azərbaycan Respublikasının qanunlarına riayət etməməsi barədə məlumatların mövcudluğu;[11]

3.1.6. bu Qaydanın 2.1-ci bəndində göstərilmiş sənədlərin təqdim edilməsi və həmin sənədlərdə göstərilmiş məlumatların düzgünlüyü;

3.1.7. qrant verən təşkilat dövlət qurumu olduğu halda, onun Qanunun 2-ci maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş siyahıda olması;

3.1.8. Qanunun 4-cü maddəsinin 3-cü hissəsinə əsasən layihənin həyata keçirildiyi dövrdə qrant vəsaitlərinin təyinatının dəyişdirilməsi, qrant hesabına əldə edilən dəyərlərin satılıb pula çevrilməsi şərtləri müqavilədə (qərarda) nəzərdə tutulmadığı hallarda donorun buna yazılı razılığının verilməsi;

3.1.9. müqavilənin (qərarın) müddəalarının aydın ifadə olunması və həyata keçirilməsi nəzərdə tutulan tədbirlərin dəqiq göstərilməsi.

3.1.10. qeyri-hökumət təşkilatı və xarici qeyri-hökumət təşkilatının filial və ya nümayəndəliyi tərəfindən Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə maliyyə hesabatlarının təqdim edilib-edilməməsinin yoxlanılması.[12]

4. Müqavilələrin (qərarların) qeydə alınması qaydası

4.1. Qeydiyyat orqanı bu Qaydanın 2-ci hissəsi ilə müəyyən edilmiş ərizələrin və sənədlərin təqdim edildiyi gündən, qeydiyyatın dayandırılmasına və ya imtinaya əsas olmadıqda, 15 (on beş)gün müddətində həmin müqaviləni (qərarı) qeydə alır və bu barədə müraciət edən hüquqi və ya fiziki şəxsə bu Qaydanın 6 nömrəli əlavəsində göstərilmiş bildirişi verir. Bu Qaydanın 2-ci və 3-cü hissələrində göstərilən sənədlərin və ya məsələlərin əlavə araşdırılması zərurəti yarandıqda, bildirişin verilməsi müddəti 15 (on beş) günədək uzadıla bilər.[13]

4.1-1. Xarici donor tərəfindən verilən qrantın maliyyə-iqtisadi məqsədəmüvafiqliyinə dair Maliyyə Nazirliyinin rəyinin alınması tələb olunduğu halda, qrant müqaviləsinin (qərarının) qeydə alınması müddətinin axımı həmin qrantın məqsədəmüvafiq hesab edilməsi barədə rəy qeydiyyat orqanına daxil olduqdan sonrakı gün başlanılır.[14]

4.2. Müqavilənin (qərarın) qeydə alınması illər üzrə tərtib edilən qeydiyyat kitabında aparılır. Hər bir müqavilə (qərar) qeydə alınarkən, ona fərdi qeydiyyat nömrəsi verilir. Qrant müqaviləsi (qərarı) üzrə bank əməliyyatları aparılarkən, onun fərdi qeydiyyat nömrəsi bank sənədlərində əks etdirilir.

4.3. Qeydiyyat kitabı qalın karton üzlü, qalın və keyfiyyətli kağızda, möhkəm cildlənmiş vəziyyətdə 34 sm x 27 sm ölçüdə tərtib edilir, qaytanlanır və möhürlənir. Kitabın üstündə nömrəsi, aparıldığı il və müqavilələrin başlanğıc və son fərdi qeydiyyat nömrəsini göstərən rəqəmlər göstərilməlidir (məsələn, C1, 2015-ci il, Qrant 1-50). Qeydiyyat kitabı il tamam olduqda, bağlanır və növbəti il üçün yeni kitab tərtib edilir.

4.4. Qeydiyyat kitabı hər bir müqaviləyə dair hər biri 1 səhifədən ibarət olan 2 bölmədən ibarətdir (1-ci bölmə Ümumi məlumatlar (donor, resipiyent, müqavilənin tarixi, icra müddəti, əlaqə telefonları, elektron poçt ünvanı), 2-ci bölmə Qrant müqaviləsi (qərarı) barədə məlumat (qrant müqaviləsinin (qərarının) adı, məqsədi, müqavilə (qərar) üzrə həyata keçirilməsi nəzərdə tutulan layihə barədə məlumatlar, qrant müqaviləsinin (qərarının) məbləği, qeydə alınmış qrant müqaviləsi (qərarı) üzrə əlavə və dəyişikliyə dair məlumat (tarixi və nömrəsi), qeyd) və bu Qaydanın 7 nömrəli əlavəsində göstərilən formaya uyğun aparılır.

4.5. Qeydiyyat kitabının hər səhifəsinin sağ yuxarı hissəsində qrantın fərdi qeydiyyat nömrəsi, müqavilənin qeydiyyata alınması tarixi və səhifənin sıra nömrəsi göstərilir.

4.6. Təqdim edilmiş sənədlərdə qeydə alınması üçün imtinaya səbəb olmayan çatışmazlıqlar aşkar edildikdə, qeydiyyat orqanı müqavilənin (qərarın) qeydə alınmasını dayandırır və həmin sənədləri müraciət etmiş şəxsə qaytarmaqla, bu çatışmazlıqların aradan qaldırılması üçün əlavə olaraq 10 (on) gün müddət təyin edir.[15]

5. Müqavilələrin (qərarların) qeydiyyatından imtina edilməsi halları

5.1. Qeydiyyat orqanı tərəfindən müqavilələrin (qərarların) qeydə alınmasından aşağıdakı hallarda imtina edilir:

5.1.1. bu Qaydanın 2.1-ci bəndində göstərilmiş sənədlər təqdim edilmədikdə;

5.1.2. bu Qaydanın 3.1-ci bəndində göstərilən məsələlər üzrə araşdırma nəticəsində çatışmazlıqlar aşkar edildikdə;

5.1.3. ərizədə göstərilən məlumatlar və (və ya) ona əlavə edilən sənədlər yanlış olduqda;

5.1.4. qeydiyyat orqanı tərəfindən aşkar edilmiş çatışmazlıq bu Qaydanın 4.6-cı bəndi ilə müəyyən olunmuş müddətdə aradan qaldırılmadıqda.

5.1.5. Xarici donorlar tərəfindən verilən qrant maliyyə-iqtisadi cəhətdən məqsədəmüvafiq hesab olunmadıqda və ya qrantın maliyyə-iqtisadi məqsədəmüvafiqliyinə dair rəyin verilməsindən imtina edildikdə.[16]

Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması Qaydasına

1 nömrəli əlavə

Qrant müqaviləsinin (qərarının) qeydə alınmasına dair ərizənin forması

(fiziki şəxs üçün)

_________________________________________________

(qrantın qeydiyyatını aparan orqanın adı)

____________________________________________________________________________

(müraciət edən şəxsin soyadı, adı, atasının adı, yaşadığı ünvan)

____________________________________________________________________________

(müraciət edən şəxsin şəxsiyyətini təsdiq edən sənədin nömrəsi, verildiyi tarix, vəsiqəni vermiş orqan)

tərəfindən

Ə R İ Z Ə

Donor qismində çıxış edən

_____________________________________________________________________________

(fiziki şəxs olduqda soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi, verildiyi tarix və vəsiqəni vermiş orqan, işlədiyi yer və vəzifəsi, hüquqi şəxs olduqda adı, təşkilati-hüquqi forması, mənsub olduğu ölkə, qeydiyyat nömrəsi və tarixi)

və resipiyent qismində çıxış edən

arasında

_____________________________________________________________________________

(müqavilənin (qərarın) adı və bağlanıldığı (verildiyi) tarix)

qrant müqaviləsi bağlanılmışdır (qərarı verilmişdir).

Qrantın məqsədi

_____________________________________________________________________________

məbləği

_____________________________________________________________________________

(rəqəmlə və sözlə, valyuta göstərilməklə)

icra müddəti

_____________________________________________________________________________

(başladığı və bitdiyi müddət)

Qoşma (əlavə olunan sənədlərin siyahısı və vərəqlərin sayı göstərilməklə)

_____________________________________________________________________________

_____________________________________________________________________________

(əlavə edilən sənədlər barədə məlumatlar ayrı-ayrı sətirlərdə göstərilir)

Göstərilənləri nəzərə alaraq, qrant müqaviləsinin qeydə alınmasını xahiş edirəm.

Müraciəti imzalamış şəxsin soyadı, adı,

atasının adı, vəzifəsi və imzası

Tarix

Əlaqə telefonları

Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması Qaydasına

2 nömrəli əlavə

Qrant müqaviləsinin (qərarının) qeydə alınmasına dair ərizənin forması

(hüquqi şəxs üçün)

_________________________________________________

(qrantın qeydiyyatını aparan orqanın adı)

____________________________________________________________________________

(müraciət edən təşkilatın adı, təşkilati-hüquqi forması)

____________________________________________________________________________

(müraciət edən təşkilatın qeydiyyat tarixi, nömrəsi, hüquqi ünvanı)

____________________________________________________________________________

(qanuni təmsilçinin soyadı, adı, atasının adı, işlədiyi yer və vəzifəsi, ünvanı, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi, verildiyi tarix və vəsiqəni vermiş orqan, dövlət reyestrindən çıxarışın nömrəsi, tarixi)

tərəfindən

Ə R İ Z Ə

Donor qismində çıxış edən

_____________________________________________________________________________

(fiziki şəxs olduqda soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi, verildiyi tarix və vəsiqəni vermiş orqan, işlədiyi yer və vəzifəsi, hüquqi şəxs olduqda adı, təşkilati-hüquqi forması, mənsub olduğu ölkə, qeydiyyat nömrəsi və tarixi)

və resipiyent qismində çıxış edən

_____________________________________________________________________________

(fiziki şəxs olduqda soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi, verildiyi tarix və vəsiqəni vermiş orqan, işlədiyi yer və vəzifəsi, hüquqi şəxs olduqda adı, təşkilati-hüquqi forması, mənsub olduğu ölkə, qeydiyyat nömrəsi və tarixi)

arasında

_____________________________________________________________________________

(müqavilənin (qərarın) adı və bağlanıldığı (verildiyi) tarix)

qrant müqaviləsi bağlanılmışdır (qərarı verilmişdir).

Qrantın məqsədi

_____________________________________________________________________________

məbləği

_____________________________________________________________________________

(rəqəmlə və sözlə, valyuta göstərilməklə)

icra müddəti

_____________________________________________________________________________

(başladığı və bitdiyi müddət)

Qoşma (əlavə olunan sənədlərin siyahısı və vərəqlərin sayı göstərilməklə)

_____________________________________________________________________________

(əlavə edilən sənədlər barədə məlumatlar ayrı-ayrı sətirlərdə göstərilir)

Göstərilənləri nəzərə alaraq, qrant müqaviləsinin qeydə alınmasını xahiş edirik.

Müraciəti imzalamış şəxsin soyadı, adı,

atasının adı, vəzifəsi və imzası

(təşkilatın möhürü ilə təsdiq edilir)

Tarix

Əlaqə telefonları

Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması Qaydasına

3 nömrəli əlavə

Qrant müqaviləsində (qərarında) edilmiş dəyişikliyin qeydə alınmasına dair ərizənin forması

(fiziki şəxs üçün)

_________________________________________________

(qrantın qeydiyyatını aparan orqanın adı)

____________________________________________________________________________

(müraciət edən şəxsin soyadı, adı, atasının adı, yaşadığı ünvan)

____________________________________________________________________________

(müraciət edən şəxsin şəxsiyyətini təsdiq edən sənədin nömrəsi, verildiyi tarix, vəsiqəni vermiş orqan)

tərəfindən

Ə R İ Z Ə

Donor qismində çıxış edən

_____________________________________________________________________________

(fiziki şəxs olduqda soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi, verildiyi tarix və vəsiqəni vermiş orqan, işlədiyi yer və vəzifəsi, hüquqi şəxs olduqda adı, təşkilati-hüquqi forması, mənsub olduğu ölkə, qeydiyyat nömrəsi və tarixi)

və resipiyent qismində çıxış edən

_____________________________________________________________________________

(fiziki şəxs olduqda soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi, verildiyi tarix və vəsiqəni vermiş orqan, işlədiyi yer və vəzifəsi, hüquqi şəxs olduqda adı, təşkilati-hüquqi forması, mənsub olduğu ölkə, qeydiyyat nömrəsi və tarixi)

arasında bağlanılmış (verilmiş)

_____________________________________________________________________________

(müqavilənin (qərarın) adı, bağlanıldığı (verildiyi) tarix və məbləği, qeydiyyatı barədə bildirişin tarixi və nömrəsi)

qrant müqaviləsinə (qərarına) __________ tarixli__________________________________

___________________________________________________________________________ilə

(dəyişiklik barədə sənədin növü (əlavə müqavilə, protokol və s.) və adı)

dəyişiklik edilmişdir.

Dəyişikliyin məqsədi _________________________________________________________

(qrantın məbləğinin, məqsədinin, müddətinin dəyişdirilməsi və s. dəyişiklik)

Dəyişikliyin qısa məzmunu ___________________________________________________

Qoşma (əlavə olunan sənədlərin siyahısı və vərəqlərin sayı göstərilməklə)

_____________________________________________________________________________

(əlavə edilən sənədlər barədə məlumatlar ayrı-ayrı sətirlərdə göstərilir)

Göstərilənləri nəzərə alaraq, qrant müqaviləsində edilmiş dəyişikliyin qeydə alınmasını xahiş edirik.

Müraciəti imzalamış şəxsin soyadı, adı,

atasının adı və imzası

Tarix

Əlaqə telefonları

Qrant müqavilələrinin (qərarlarının)qeydəalınması Qaydasına

4 nömrəli əlavə

Qrant müqaviləsində (qərarında) edilmiş dəyişikliyin qeydə alınmasına dair ərizənin forması

(hüquqi şəxs üçün)

_________________________________________________

(qrantın qeydiyyatını aparan orqanın adı)

____________________________________________________________________________

(müraciət edən təşkilatın adı, təşkilati-hüquqi forması)

____________________________________________________________________________

(müraciət edən təşkilatın qeydiyyat tarixi, nömrəsi, hüquqi ünvanı)

____________________________________________________________________________

(qanuni təmsilçinin soyadı, adı, atasının adı, işlədiyi yer və vəzifəsi, ünvanı, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi, verildiyi tarix və vəsiqəni vermiş orqan, dövlət reyestrindən çıxarışın nömrəsi, tarixi)

tərəfindən

Ə R İ Z Ə

Donor qismində çıxış edən

_____________________________________________________________________________

(hüquqi şəxsin adı, təşkilati-hüquqi forması, mənsub olduğu ölkə, qeydiyyat nömrəsi və tarixi, fiziki şəxs olduqda soyadı, adı, atasının adı, ünvanı şəxsiyyətini təsdiq edən sənədin nömrəsi, verildiyi tarix və vəsiqəni vermiş orqan)

və resipiyent qismində çıxış edən

_____________________________________________________________________________

(hüquqi şəxsin adı, təşkilati-hüquqi forması, mənsub olduğu ölkə, qeydiyyat nömrəsi və tarixi, fiziki şəxs olduqda adı, soyadı, atasının adı, vətəndaşlığı, yaşadığı ünvan, işlədiyi yer və vəzifəsi, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi, verildiyi tarix və vəsiqəni vermiş orqan)

arasında bağlanılmış(verilmiş) ________________________________________________

(müqavilənin (qərarın) adı, bağlanıldığı (verildiyi) tarix və məbləği, qeydiyyatı barədə bildirişin tarixi və nömrəsi)

qrant müqaviləsinə (qərarına) _______________ tarixli_____________________________

___________________________________________________________________________ilə

(dəyişiklik barədə sənədin növü (əlavə müqavilə, protokol və s.) və adı)

dəyişiklik edilmişdir.

Dəyişikliyin məqsədi _________________________________________________________

(qrantın məbləğinin, məqsədinin, müddətinin dəyişdirilməsi və s. dəyişiklik)

Dəyişikliyin qısa məzmunu ___________________________________________________

Qoşma (əlavə olunan sənədlərin siyahısı və vərəqlərin sayı göstərilməklə)

_____________________________________________________________________________

(əlavə edilən sənədlər barədə məlumatlar ayrı-ayrı sətirlərdə göstərilir)

Göstərilənləri nəzərə alaraq, qrant müqaviləsində edilmiş dəyişikliyin qeydə alınmasını xahiş edirik.

Müraciəti imzalamış şəxsin soyadı, adı,

atasının adı, vəzifəsi və imzası

(təşkilatın möhürü ilə təsdiq edilir)

Tarix

Əlaqə telefonlar

Qrant müqavilələrinin (qərarlarının) qeydəalınması Qaydasına

5 nömrəli əlavə

Dövlət büdcəsi hesabına verilmiş qrant barədə

M Ə L U M A T

1

2

3

1.

Əsas (müqavilə və ya qərar)

2.

Donorun adı

3.

Donorun ölkəsi

4.

Resipiyentin adı

5.

Resipiyentin ölkəsi

6.

Müqavilənin (qərarın) adı

7.

Müqavilənin (qərarın) məqsədi (predmeti)

8.

Müqavilənin (qərarın) nömrəsi

9.

İcrasının başlandığı tarix

10.

İcrasının bitdiyi tarix

11.

Qrantın məbləği və valyutası

12.

Müqavilənin həyata keçirildiyi ərazi

13.

Təşkilatın özünün qoyduğu pay

14.

İcrasına cəlb olunmuş təşkilatlar

15.

Donorun imzaladığı tarix

16.

Resipiyentin imzaladığı tarix

17.

Donor tərəfindən müqaviləni imzalamış şəxsin soyadı, adı və vəzifəsi

18.

Resipiyent tərəfindən müqaviləni imzalamış şəxsin soyadı, adı, atasının adı, doğum tarixi, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi, vəzifəsi

19.

Müqavilə (qərar) qanuni təmsilçi olmayan şəxs tərəfindən imzalandıqda, onun müvafiq səlahiyyətə malik olması (vəkalətnamə haqqında məlumatlar, soyadı, adı, atasının adı, doğum tarixi, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi, vəzifəsi)

20.[17]

Mövzuların qiymətləndirilməsi və qeyri-hökumət təşkilatına qrantın verilməsi məsələsinə dair Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının rəyləri (rəydə göstərilən məlumatlar)

21.

Donorun elektron poçt ünvanı

22.

Resipiyentin elektron poçt ünvanı

23.

Bankın elektron poçt ünvanı

24.

Əlavə məlumat

Məlumatı imzalamış dövlət orqanının vəzifəli şəxsinin vəzifəsi, soyadı, adı və imzası, imzalanma tarixi

Qrant müqavilələrinin (qərarlarının) qeydəalınması Qaydasına

6 nömrəli əlavə[18]

Qrant alınmasına (verilməsinə) dair müqavilələrin (qərarların) qeydə alınması barədə bildirişin forması

B İ L D İ R İ Ş

Donorun adı (fiziki şəxs olduqda soyadı, adı, atasının adı)_________________________

Resipiyentin adı (fiziki şəxs olduqda soyadı, adı, atasının adı) _____________________

Qrant müqaviləsinin (qərarın) adı (məqsədi) ____________________________________

Qrant müqaviləsinin (qərarın) bağlanıldığı tarix ________________________________

Qrantın məbləği (və ya başqa maddi formada əşya barədə məlumat)____________________________________________________________________

Müqavilənin (qərarın) müddəti ________________________________________________

Qrant müqaviləsinin (qərarın) tarixi və fərdi qeydiyyat nömrəsi ____________________________________________________________________________

Qeydə alınmış qrant müqaviləsi (qərarı) üzrə əlavə və dəyişikliyə dair məlumat_____________________________________________________________________

Bildirişin tarixi ______________________________________________________________

________________________________________________________________

(bildirişi imzalamış dövlət orqanının vəzifəli şəxsinin vəzifəsi, soyadı, adı və imzası)

Qrant müqavilələrinin (qərarlarının)

qeydəalınması Qaydasına

7 nömrəli əlavə

qrantın fərdi qeydiyyat nömrəsi ______________

qrantın qeydiyyat tarixi _____________________

QEYDİYYAT KİTABI

I BÖLMƏ

ÜMUMİ MƏLUMATLAR

Donorun adı

Resipiyentin adı

Müqavilənin (qərarın) tarixi

Müqavilənin (qərarın) icra müddəti

Əlaqə telefonları, elektron poçt ünvanı

səhifə ______________

qrantın fərdi qeydiyyat nömrəsi_________

qeydiyyat tarixi _______________________

II BÖLMƏ

QRANT MÜQAVİLƏSİ (QƏRARI) BARƏDƏ MƏLUMAT

Qrant müqaviləsinin (qərarının) adı, məqsədi

Qrant müqaviləsi (qərarı) üzrə həyata keçirilməsi nəzərdə tutulan layihə barədə məlumat

Qrantın məbləği

Qeydə alınmış qrant müqaviləsi (qərarı) üzrə əlavə və dəyişikliyə dair məlumat (tarixi və nömrəsi)

Qeyd

səhifə ______________

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

1.       22 fevral 2016-cı il tarixli 73 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan qəzeti, 10 mart 2016-cı il, 54, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 03, maddə 599)

2.       13 may 2016-cı il tarixli 195 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan qəzeti, 20 may 2016-cı il, 108, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 5, maddə 955)

3.       21 noyabr 2016-cı il tarixli 470 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 22 noyabr 2016-cı il, 258, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 11, maddə 1958)

4.       11 yanvar 2017-ci il tarixli 4 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 12 yanvar 2017-ci il, 06, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, 1, maddə 118)

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

[1] 22 fevral 2016-cı il tarixli 73 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan qəzeti, 10 mart 2016-cı il, 54, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 03, maddə 599) ilə Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması Qaydasının 1.2-ci bəndə Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri sözlərindən sonra , habelə xarici dövlətlərin qeyri-kommersiya qurumlarının filial və ya nümayəndəlikləri sözləri əlavə edilmişdir.

[2] 13 may 2016-cı il tarixli 195 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan qəzeti, 20 may 2016-cı il, 108, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 5, maddə 955) ilə Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması Qaydasının 1.3-cü bəndindən və Sənaye sözləri çıxarılmışdır.

21 noyabr 2016-cı il tarixli 470 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 22 noyabr 2016-cı il, 258, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 11, maddə 1958) ilə Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması Qaydasının 1.3-cü bəndinə (birinci halda) qurumlarına sözündən sonra , publik hüquqi şəxslərə sözləri əlavə edilmişdir.

[3] 11 yanvar 2017-ci il tarixli 4 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 12 yanvar 2017-ci il, 06, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, 1, maddə 118) ilə yeni məzmunda 1.4-1-ci yarımbənd əlavə edilmişdir.

[4] 11 yanvar 2017-ci il tarixli 4 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 12 yanvar 2017-ci il, 06, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, 1, maddə 118) ilə 1.5-ci bənddə 15 (on beş) rəqəm və sözləri 30 (otuz) rəqəm və sözü ilə əvəz edilmişdir.

[5] 22 fevral 2016-cı il tarixli 73 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan qəzeti, 10 mart 2016-cı il, 54, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 03, maddə 599) ilə Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması Qaydasının 1.6-cı bəndə yeni məzmunda ikinci və üçüncü cümlələr əlavə edilmişdir.

11 yanvar 2017-ci il tarixli 4 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 12 yanvar 2017-ci il, 06, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, 1, maddə 118) ilə 1.6-cı bəndin birinci cümləsində 3 rəqəmi 7 rəqəmi ilə əvəz edilmişdir.

[6] 11 yanvar 2017-ci il tarixli 4 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 12 yanvar 2017-ci il, 06, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, 1, maddə 118) ilə yeni məzmunda 1.10-cu bənd əlavə edilmişdir.

[7] 11 yanvar 2017-ci il tarixli 4 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 12 yanvar 2017-ci il, 06, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, 1, maddə 118) ilə 2.1.4-cü yarımbənd ləğv edilmişdir.

[8] 11 yanvar 2017-ci il tarixli 4 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 12 yanvar 2017-ci il, 06, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, 1, maddə 118) ilə 2.1.5-ci yarımbənd yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

2.1.5. müqavilə (qərar) qanuni təmsilçi olmayan şəxs tərəfindən imzalandıqda, onun müvafiq səlahiyyətə malik olması barədə sənədin surəti;

[9] 11 yanvar 2017-ci il tarixli 4 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 12 yanvar 2017-ci il, 06, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, 1, maddə 118) ilə 2.1.6-cı, 2.1.7-ci, 2.1.8-ci yarımbəndlər ləğv edilmişdir.

[10] 11 yanvar 2017-ci il tarixli 4 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 12 yanvar 2017-ci il, 06, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, 1, maddə 118) ilə 2.2-ci bənd yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

2.2. Bu Qaydanın 2.1.3-cü, 2.1.5-ci və 2.1.6-cı yarımbəndlərində təqdim edilməsi nəzərdə tutulmuş sənədlərin surəti notariat qaydasında təsdiq edilir. Xarici dildə olan müqavilənin və digər sənədlərin notariat qaydasında təsdiq edilmiş tərcüməsi əlavə edilməlidir. Xarici ölkədə tərtib olunmuş sənədlər həmçinin leqallaşdırılmalı və ya onlara apostil verilməlidir.

[11] 11 yanvar 2017-ci il tarixli 4 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 12 yanvar 2017-ci il, 06, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, 1, maddə 118) ilə 3.1.5-ci yarımbənd ləğv edilmişdir.

[12] 11 yanvar 2017-ci il tarixli 4 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 12 yanvar 2017-ci il, 06, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, 1, maddə 118) ilə yeni məzmunda 3.1.10-cu yarımbənd əlavə edilmişdir.

[13] 11 yanvar 2017-ci il tarixli 4 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 12 yanvar 2017-ci il, 06, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, 1, maddə 118) ilə 4.1-ci bənddən bu Qaydanın 6 nömrəli əlavəsində göstərilmiş sözləri çıxarılmışdır.

[14] 11 yanvar 2017-ci il tarixli 4 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 12 yanvar 2017-ci il, 06, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, 1, maddə 118) ilə yeni məzmunda 4.1-1-ci bənd əlavə edilmişdir.

[15] 11 yanvar 2017-ci il tarixli 4 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 12 yanvar 2017-ci il, 06, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, 1, maddə 118) ilə 4.6-cı bənddə 5 (beş) iş günü rəqəm və sözləri 10 (on) gün rəqəm və sözləri ilə əvəz edilmişdir.

[16] 11 yanvar 2017-ci il tarixli 4 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 12 yanvar 2017-ci il, 06, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, 1, maddə 118) ilə yeni məzmunda 5.1.5-ci yarımbənd əlavə edilmişdir.

[17] 22 fevral 2016-cı il tarixli 73 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan qəzeti, 10 mart 2016-cı il, 54, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 03, maddə 599) ilə Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması Qaydasına 5 nömrəli əlavə - Dövlət büdcəsi hesabına verilmiş qrant barədə Məlumatın 20-ci sətrində Şuranın sözü Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sözləri ilə əvəz edilmişdir.

[18] 11 yanvar 2017-ci il tarixli 4 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 12 yanvar 2017-ci il, 06, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, 1, maddə 118) ilə Qaydaya 6 nömrəli əlavə - Qrant alınmasına (verilməsinə) dair müqavilələrin (qərarların) qeydə alınması barədə bildirişin forması ləğv edilmişdir.