Naxçıvan Muxtar Respublikasının elm, mədəniyyat və ədəbiyyat xadimlərinə fəxri adların verilməsi haqqında 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

Azərbaycan elmi, mədəniyyəti və ədəbiyyatının inkişafındakı böyük xidmətlərinə görə Naxçıvan Muxtar Respublikasının elm, mədəniyyət və ədəbiyyat xadimlərindən bir qrupuna aşağıdakı fəxri adlar verilsin:

"Xalq artisti" fəxri adı

Ağayev Həsən Vəliqulu oğluna

Hacıyeva Xuraman Abdulla qızına

Quliyev Kamran Məmmədqulu oğluna

"Əməkdar artisti" fəxri adı

Abutalıbov Şirzad Əsəd oğluna

Xudiyeva Nəzakət Əli qızına

Ramazanova Yasəmən Allahverdi qızına

"Əməkdar rəssam" fəxri adı

Əliyev Hüseynqulu Əli oğluna

"Əməkdar elm xadimi" fəxri adı

Həbibbəyli İsa Əkbər oğluna

"Əməkdar incəsənət xadimi" fəxri adı

Ələkbərova Əqidə Ələkbər qızına

Hacıyev Elman Həbib oğluna

Həmzəyev Nizami İbrahim oğluna

Məmmədov Rəşid Rza oğluna

"Əməkdar müəllim" fəxri adı

Orucəliyev Nəriman Bilal oğluna

Vəliyev Zöhrab Hüseynəli oğluna

"Əməkdar Həkim" fəxri adı

Əliyeva Nüşabə Vəliyəddin qızına

İsmayılov Cəbi Əziz oğluna


Azərbaycan Respublikasının Prezidenti
HEYDƏR ƏLİYEV

Bakı şəhəri, 9 oktyabr 1999-cu il
№ 193