Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında
Azərbaycan RESPUBLİKASININ Qanunu
Bu Qanun hərbi qulluqçuların sosial müdafiəsini gücləndirmək məqsədilə onların həyatının və səhhətinin dövlət icbari şəxsi sığortası qaydalarını və şərtlərini müəyyən edir.
1.1. Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası bu Qanunla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi,
"Sığorta fəaliyyəti haqqında Qanunu,
“İcbari sığortalar haqqında” Azərbaycan
Respublikasının Qanunu və digər qanunları ilə, müvafiq icra hakimiyyəti orqanlarının bu Qanuna uyğun olaraq qəbul etdikləri normativ aktlarla tənzimlənir.[1]
1.2. Ələt azad iqtisadi
zonasında hərbi qulluqçuların dövlət icbari
şəxsi sığortası sahəsində
münasibətlər “Ələt azad iqtisadi zonası
haqqında” Azərbaycan Respublikası Qanununun
tələblərinə uyğun olaraq tənzimlənir.[2]
Bu Qanunun məqsədləri üçün hərbi qulluqçulara (sığorta olunanlara) Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat orqanlarının şəxsi heyəti, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) hərbi xidmətdə olan şəxslər və toplanışlarda olan hərbi vəzifəlilər aid edilirlər.[3]
Hərbi qulluqçuların sığortaçısı dövlət sığorta orqanıdır.
Sığortaçı
müvafiq riskləri sığorta etdirmək
üçün müraciət edən və sığorta
marağı olan bu Qanunun 6-cı maddəsinin birinci
hissəsində nəzərdə tutulmuş müvafiq icra
hakimiyyəti orqanları ilə icbari sığorta
müqaviləsi bağlamaqdan imtina edə bilməz.[4]
Bu Qanuna uyğun olaraq hərbi qulluqçu on bir min manat məbləğində sığorta edilir.[5]
Sığorta haqqı, sığortaçının
komisyon mükafatları da nəzərə alınmaqla, sığorta məbləğinin 1 faizi miqdarında müəyyən edilir.[6]
Müvafiq icra hakimiyyəti orqanının qərarı ilə sığorta məbləğinin və haqqının miqdarı artırıla bilər.[7]
Aşağıdakılar sığorta
hadisələri hesab edilir və onlara görə
sığorta ödənişləri bu Qanunun 4-cü
maddəsi ilə müəyyən edilmiş sığorta
məbləğinin müvafiq faiz nisbətlərində
verilir:
a) sığorta olunan həqiqi hərbi
xidmətdə (toplanışda) olduğu zaman həlak olduqda,
öldükdə və ya xəbərsiz itkin
düşdüyünə görə məhkəmə
qərarı ilə ölmüş elan edildikdə — 100 faiz;
b) sığorta olunan həqiqi hərbi
xidmətdə (toplanışda) olduğu zaman xəsarət
(yaralanma, travma, kontuziya) alması, habelə
xəstələnməsi nəticəsində xidmətdən
(toplanışdan) buraxıldıqdan sonra üç il
müddətində öldükdə — 100 faiz;
c) sığorta olunan həqiqi hərbi
xidmətdə (toplanışda) olduğu zaman xəbərsiz
itkin düşdükdə (məhkəmənin qanuni
qüvvəyə minmiş qərarı olduqda) — 100 faiz;
ç) hərbi xidmət vəzifələrini
(xidməti vəzifələri) yerinə yetirərkən
və ya həqiqi hərbi xidmət dövründə
xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə
həqiqi hərbi xidmət dövründə
xəstələnməsinə görə həqiqi hərbi
xidmətə yararsız hesab edilərək həqiqi hərbi
xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya
buraxıldığı gündən, həmçinin ehtiyata
və ya istefaya buraxıldığı gündən
həqiqi hərbi xidmət dövründə alınmış
xəsarət (yaralanma, travma, kontuziya) və ya
xəstəliklə əlaqədar üç il
müddətində sığortaolunanın
əlilliyi müəyyən edildikdə:[9]
- I dərəcə əlilliyə görə — 80 faiz;
- II dərəcə əlilliyə görə — 60 faiz;
- III dərəcə əlilliyə görə — 40 faiz;
d) sığorta olunan həqiqi hərbi
xidmətdə (toplanışda) olduğu zaman, bu maddənin
a, b və ç bəndlərində nəzərdə
tutulmuş hallarla nəticələnməyən:
- ağır xəsarət (yaralanma, travma, kontuziya)
aldıqda — 25 faiz;
- yüngül xəsarət (yaralanma, travma, kontuziya)
aldıqda — 5 faiz.
Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası müvafiq icra hakimiyyəti orqanları (sığortalılar) üçün bu məqsədlə hər il dövlət büdcəsində nəzərdə tutulmuş vəsait hesabına aparılır.
Sığortalılar hərbi qulluqçuların dövlət icbari şəxsi sığortasını təmin etmək üçün onlara bu məqsədlə dövlət büdcəsindən ayrılan vəsaitdən tələb olunan sığorta haqlarının məbləğini hər il rüblər üzrə sığortaçıya ödəyirlər.[10]
Sığortaçı hər bir müvafiq icra
hakimiyyəti orqanlarına əvvəlki rübün icrasına dair hesabat təqdim edir.
Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası üzrə işlərin aparılması xərclərinə ayırmalar müvafiq sığorta haqlarının 10 faizi miqdarında müəyyən edilir.[11]
Sığortaçı, yaxud onun ərazi bölmələri bu Qanunda nəzərdə tutulmuş şərtlərə və məbləğdə sığorta olunana və ya onun vərəsələrinə sığorta ödənişini müvafiq sənədləri aldığı gündən 7 gün ərzində verir.
Sığorta ödənişi verilmiş sığorta hadisəsi ilə bağlı yeni sığorta hadisəsi baş verdikdə əvvəl ödənilmiş məbləğ nəzərə alınır.
Sığortaçı
sığorta ödənişini bu maddənin beşinci
hissəsi ilə müəyyən edilmiş
müddətdə ödəmədikdə, hər
gecikdirilmiş gün üçün sığorta
ödənişi məbləğinin 0,1 faizi həcmində
dəbbə pulu ödəyir.[12]
Sığorta ödənişlərinin alınması üçün sığorta olunan, yaxud onun vərəsələri dövlət sığorta orqanlarına və ya yaşadığı ərazi üzrə həmin orqanın bölmələrinə müəyyən olunmuş formada ərizəsi və şəxsiyyətini təsdiq edən sənədi ilə birlikdə aşağıdakı sənədləri təqdim edir:
a) həlak olması (ölüm) halında;
sığorta olunanın ölümü haqqında müvafiq icra hakimiyyəti orqanının notariat qaydasında təsdiq olunmuş şəhadətnaməsinin surəti;[13]
vərəsəlik hüququnu təsdiq edən sənəd;
sığorta olunan xidmətdə (toplanışda) olduğu zaman xəsarət (yaralanma, travma, kontuziya) alması, xəstələnməsi nəticəsində xidmətdən (toplanışdan) buraxıldıqdan sonra üç il müddətində öldükdə yuxarıda göstərilən sənədlərdən əlavə, həkim komissiyasının həmin faktı təsdiq edən rəyi;[14]
b) əlillik halında:
“Əlilliyi olan şəxslərin hüquqları
haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci
maddəsinə uyğun olaraq qəbul edilmiş qərarın
surəti;[15]
hərbi bilet (yaxud onu əvəz edən sənəd);
sığorta olunanın həqiqi hərbi xidmətdə olarkən xəstələnməsi və ya xəsarət (yaralanma, travma, kontuziya) alması faktını təsdiq edən hərbi həkim komissiyasının qərarının surəti;[16]
c) ağır, yaxud yüngül xəsarət (yaralanma, travma, kontuziya) alması halında:[17]
xəsarətin (yaralanmanın, travmanın, kontuziyanın) dərəcəsi və səbəbi haqqında hərbi-həkim komissiyasının arayışı;[18]
ç) hərbi qulluqçunun səhhətinin pozulmasına görə xidməti vəzifəsini yerinə yetirməyə yararsız hesab edilməsi halında:
xəstəlik vərəqəsindən çıxarış;
hərbi bilet (yaxud onu əvəz edən sənəd).
Müvafiq icra hakimiyyəti orqanlarının və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış qoşun birləşmələrinin hərbi hissələri, müəssisə, təşkilat və idarələri, hərbi
xidmət nəzərdə tutulmuş digər dövlət
orqanları (dövlət orqanlarının strukturuna daxil olan
qurumlar), hərbi
təhsil müəssisələri sənədlərin rəsmiləşdirilməsində və sığorta ödənişlərinin alınmasında sığorta olunanlara, yaxud
onların vərəsələrinə kömək etməlidirlər.[19]
sığorta olunanın və ya onun vərəsələrinin sığorta ödənişinin alınması üçün sığorta hadisəsi günündən üç il keçənədək sığorta orqanlarına müraciət etmək hüququ vardır.[20]
sığorta olunana və ya onun vərəsələrinə sığorta məbləğinin verilməsindən aşağıdakı hallarda imtina edilir: sığorta edilənin sığorta hadisəsi ilə birbaşa bağlı olan qəsdən cinayət törətdiyi barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olduqda, yaxud sığorta edilən alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə hərəkət etdikdə, habelə sığorta olunan və ya onun vərəsələri tərəfindən bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş hallarda müvafiq sənədlər təqdim olunmadıqda.[21]
Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortasının vaxtında və düzgün aparılmasına müvafiq icra hakimiyyəti orqanları və maliyyə
bazarlarına nəzarət orqanı nəzarət edirlər.[22]
Bu Qanunun müddəalarının pozulmasına görə müvafiq icra hakimiyyəti orqanlarının, dövlət sığorta orqanlarının və onların bölmələrinin rəhbərləri və digər vəzifəli şəxsləri Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar.[23]
Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası ilə əlaqədar mübahisələr Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş qaydada, o cümlədən məhkəmə qaydasında həll edilir.[25]
Azərbaycan Respublikasının Prezidenti Heydər ƏLİYEV
Bakı şəhəri, 20 may 1997-ci il
¹ 296-IQ
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ
SƏNƏDLƏRİNİN SİYAHISI
1.
23 noyabr 2001-ci il tarixli 219-IIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2001-ci il, ¹ 12, maddə 736)
2.
24 iyun 2005-ci il tarixli 948-IIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, ¹ 8, maddə
692)
3.
1 sentyabr 2005-ci il tarixli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 oktyabr 2005-ci il, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, ¹ 8, maddə
872)
4.
20 oktyabr 2006-cı il tarixli
169-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 12,
maddə 1007)
5.
2 iyun 2008-ci il tarixli 618-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 6, maddə 462)
6.
2 oktyabr 2008-ci il tarixli 699-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 noyabr
2008-ci il, ¹ 257, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2008-ci il, ¹11, maddə 960)
7.
21 dekabr 2010-cu il tarixli 38-IVQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, ¹ 38, “Azərbaycan”
qəzeti, 20 fevral 2011-ci il, ¹ 40, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2011-ci il, ¹ 02, maddə 71)
8.
03
dekabr 2013-cü il tarixli 832-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 26 dekabr 2013-cü il, ¹ 285,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü
il, ¹ 12, maddə 1491)
9.
16 dekabr 2014-cü il tarixli 1130-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 6 fevral 2015-ci
il, ¹ 28, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2015-ci il, ¹ 2, maddə 73)
10.
4 mart
2016-cı il tarixli 149-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 13 mart 2016-cı il, ¹ 57,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı
il, ¹ 03, maddə 415)
11.
7 aprel
2017-ci il tarixli 555-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 20 may 2017-ci il, ¹ 107,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹ 5, maddə 686)
12.
28 dekabr 2018-ci il tarixli 1416-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 31 yanvar 2019-cu il, ¹ 24, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹ 01, maddə
33)
13.
22 oktyabr
2019-cu il tarixli 1685-VQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 13 noyabr
2019-cu il, ¹ 251,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il,
¹11, maddə 1691)
14.
19 may 2020-ci il
tarixli 108-VIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 12 iyul 2020-ci il, ¹ 134, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 7, maddə
826)
QANUNA EDİLMİŞ DƏYİŞİKLİK
VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
2 oktyabr 2008-ci il tarixli 699-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu
(“Azərbaycan” qəzeti, 16 noyabr 2008-ci il, ¹ 257, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹11, maddə
960) ilə 1-ci maddədə
"Sığorta
haqqında" sözləri "Mülki
Məcəlləsi, "Sığorta fəaliyyəti
haqqında" sözləri ilə əvəz
edilmişdir.
03 dekabr 2013-cü
il tarixli 832-IVQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Respublika”
qəzeti, 26 dekabr 2013-cü il, ¹ 285, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, ¹ 12,
maddə 1491) ilə 1-ci maddədə “Qanunu” sözündən sonra
“, “İcbari sığortalar
haqqında” Azərbaycan Respublikasının Qanunu”
sözləri əlavə edilmişdir.
[2] 28 dekabr
2018-ci il tarixli
1416-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 31 yanvar 2019-cu il, ¹ 24, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹ 01, maddə
33) ilə 1-ci
maddənin mətni 1.1-ci maddə hesab edilmişdir və yeni
məzmunda 1.2-ci maddə əlavə edilmişdir.
[3] 1
sentyabr 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2005-ci il, ¹ 8, maddə 872) ilə 2-ci
maddədən "və daxili
işlər" sözləri
çıxarılmışdır.
Əvvəlki
redaksiyada deyilirdi:
Bu Qanunun məqsədləri üçün hərbi qulluqçulara (sığorta edilənlərə) Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, milli təhlükəsizlik və daxili işlər orqanlarının şəxsi heyəti, habelə, Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə yaradılmış digər qoşun birləşmələrində hərbi xidmətdə olan şəxslər və toplanışlarda olan hərbi vəzifəlilər aid edilirlər.
7 aprel 2017-ci il
tarixli 555-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 20
may 2017-ci il, ¹ 107, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2017-ci il, ¹ 5, maddə
686) ilə 2-ci
maddəsində “milli
təhlükəsizlik” sözləri “dövlət təhlükəsizliyi, xarici
kəşfiyyat” sözləri ilə əvəz edilmişdir.
22 oktyabr 2019-cu il tarixli 1685-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 13 noyabr 2019-cu il, ¹ 251,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il,
¹11, maddə 1691) ilə
2-ci
maddədə “Azərbaycan
Respublikasının qanunvericiliyinə müvafiq surətdə
yaradılmış digər qoşun
birləşmələrində” sözləri “hərbi xidmət
nəzərdə tutulmuş digər dövlət
orqanlarında (dövlət orqanlarının strukturuna daxil
olan qurumlarda)” sözləri ilə əvəz
edilmişdir.
[4] 16
dekabr 2014-cü il tarixli 1130-IVQD
nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Azərbaycan” qəzeti, 6
fevral 2015-ci il, ¹ 28, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2015-ci il, ¹ 2, maddə 73) ilə 3-cü maddəyə yeni
məzmunda ikinci hissə əlavə edilmişdir.
[5] 20 oktyabr
2006-cı il tarixli 169-IIIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2006-cı il, ¹ 12, maddə 1007) ilə 4-cü maddənin birinci hissəsi yeni redaksiyada
verilmişdir.
Əvvəlki
redaksiyada deyilirdi:
Bu Qanuna uyğun
olaraq hər bir hərbi
qulluqçu qanunvericiliklə
müəyyən
edilmiş minimum əmək
haqqının
min misli məbləğində
sığorta edilir.
2
iyun 2008-ci il tarixli 618-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 6, maddə 462) ilə 4-cü
maddəsinin birinci hissəsində “qanunvericiliklə müəyyən edilmiş
şərti maliyyə vahidinin on min misli” sözləri “on bir min manat” sözləri
ilə əvəz edilmişdir.
[6] 24 iyun 2005-ci il tarixli
948-IIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, ¹ 8, maddə
692) ilə 4-cü maddənin ikinci
hissəsində "işin
aparılması üçün
sığortaçının xərcləri də"
sözləri "sığortaçının
komisyon mükafatları da" sözləri ilə
əvəz edilmişdir.
2
oktyabr 2008-ci il tarixli 699-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu
(“Azərbaycan” qəzeti, 16 noyabr 2008-ci il, ¹ 257, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, ¹ 8, maddə
872) ilə 4-cü maddənin ikinci hissəsindən ",
sığortaçının komisyon mükafatları da
nəzərə alınmaqla" sözləri
çıxarılmışdır.
[7]
03 dekabr
2013-cü il tarixli 832-IVQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Respublika”
qəzeti, 26 dekabr 2013-cü il, ¹ 285, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, ¹ 12,
maddə 1491) ilə 4-cü maddənin
üçüncü hissəsi ləğv edilmişdir.
[8] 20 oktyabr
2006-cı il tarixli 169-IIIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2006-cı il, ¹ 12, maddə 1007) ilə 5-ci maddənin a)” bəndində “həlak olduqda” sözlərindən sonra
mötərizədə “öldükdə”
sözü əlavə edilmişdir.
20 oktyabr
2006-cı il tarixli 169-IIIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2006-cı il, ¹ 12, maddə 1007) ilə 5-ci maddənin “b)” bəndində “yaralandıqda (kontuziya aldıqda)” sözləri “xəsarət (yaralanma, travma,
kontuziya) aldıqda” sözləri ilə əvəz
edilmişdir.
20 oktyabr
2006-cı il tarixli 169-IIIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2006-cı il, ¹ 12, maddə 1007) ilə 5-ci maddənin “c)” bəndində “ilə” sözü “olduqda”
sözü ilə əvəz edilmişdir.
20 oktyabr
2006-cı il tarixli 169-IIIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2006-cı il, ¹ 12, maddə 1007) ilə 5-ci maddənin “d)” bəndinin ikinci abzasında “yaralandıqda” sözü “xəsarət (yaralanma, travma,
kontuziya) alması nəticəsində” sözləri
ilə əvəz edilmişdir, “pozulduğuna”
sözündən sonra mötərizədə “xəstəliklə
əlaqədar sağlamlığına ziyan dəydikdə”
sözləri əlavə edilmişdir, “xidməti vəzifəsini yerinə yetirməyə”
sözləri “hərbi
xidmətə” sözləri ilə əvəz
edilmişdir.
20
oktyabr 2006-cı il tarixli 169-IIIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2006-cı il, ¹ 12, maddə 1007) ilə 5-ci maddənin “d)” bəndinin
üçüncü abzasında “yüngül yaralandıqda” sözləri “yüngül xəsarət
(yaralanma, travma, kontuziya) alması ilə əlaqədar
xəstəlik nəticəsində sıradankənar hərbi
xidmətə yararlı hesab edildikdə” sözləri
ilə əvəz edilmişdir.
03 dekabr 2013-cü
il tarixli 832-IVQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Respublika”
qəzeti, 26 dekabr 2013-cü il, ¹ 285, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, ¹ 12,
maddə 1491) ilə 5-ci maddənin mətni yeni
redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
Sığorta hadisələri baş verdikdə sığorta məbləğinin faizlə aşağıdakı sığorta ödənişləri verilir:
a) sığorta
olunan xidmətdə (toplanışda) olduğu zaman həlak olduqda (öldükdə) — 100 faiz;
b) sığorta
olunan xidmətdə (toplanışda) olduğu zaman xəsarət
(yaralanma, travma, kontuziya) aldıqda, xəstələnməsi nəticəsində xidmətdən (toplanışdan) buraxıldıqdan sonra üç il müddətində öldükdə — 100 faiz;
c) sığorta
olunan xidmətdə (toplanışda) olduğu zaman itkin düşdükdə (məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda) — 100 faiz;
ç) xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar olaraq sığorta olunana
xidmətdən (toplanışdan) buraxıldığı gündən üç il müddətində əlillik təyin olunduqda:
I qrup — 80 faiz;
II qrup — 60 faiz;
III qrup — 40 faiz;
d) sığorta
olunan xidmətdə (toplanışda) olduğu zaman:
ağır xəsarət
(yaralanma, travma, kontuziya) alması nəticəsində, yaxud səhhəti pozulduğuna (xəstəliklə
əlaqədar sağlamlığına ziyan dəydikdə) görə hərbi
xidmətə
yararsız hesab
edildikdə — 25
faiz;
yüngül
xəsarət (yaralanma, travma, kontuziya) alması ilə
əlaqədar xəstəlik nəticəsində
sıradankənar hərbi xidmətə yararlı hesab
edildikdə — 5
faiz.
[9] 19
may 2020-ci il
tarixli 108-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 12 iyul 2020-ci il, ¹ 134,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹
7, maddə 826) ilə
5-ci
maddənin birinci hissəsinin “ç” bəndinin birinci
abzasında “sığorta
olunana əlillik təyin olunduqda” sözləri “sığortaolunanın əlilliyi
müəyyən edildikdə” sözləri ilə və
həmin hissənin ikinci, üçüncü və
dördüncü abzaslarında “qrup”
sözü “dərəcə”
sözü ilə əvəz edilmişdir.
[10]
2 oktyabr 2008-ci il tarixli 699-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu
(“Azərbaycan” qəzeti, 16 noyabr 2008-ci il, ¹ 257, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹11, maddə
960) ilə 6-cı maddənin birinci və ikinci
hissələrində "sığorta
etdirənlər" sözləri "sığortalılar" sözü ilə
əvəz edilmişdir.
[11]
03 dekabr
2013-cü il tarixli 832-IVQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Respublika” qəzeti,
26 dekabr 2013-cü il, ¹ 285, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2013-cü il, ¹ 12, maddə 1491) ilə
6-cı maddəyə yeni məzmunda dördüncü
hissə əlavə edilmişdir.
[12] 16
dekabr 2014-cü il tarixli 1130-IVQD
nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Azərbaycan” qəzeti, 6
fevral 2015-ci il, ¹ 28, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2015-ci il, ¹ 2, maddə 73) ilə 6-cı maddəyə yeni
məzmunda yeddinci hissə əlavə edilmişdir.
[13]
03 dekabr
2013-cü il tarixli 832-IVQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Respublika”
qəzeti, 26 dekabr 2013-cü il, ¹ 285, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, ¹ 12,
maddə 1491) ilə 7-ci maddənin birinci
hissənin “a” və “b” bəndlərinin birinci
yarımbəndlərində müvafiq olaraq “notariat qaydasında təsdiq olunmuş” və “notariat
qaydasında təsdiq edilmiş” sözləri
çıxarılmışdır.
[14] 20 oktyabr
2006-cı il tarixli 169-IIIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2006-cı il, ¹ 12, maddə 1007) ilə 7-ci maddənin birinci hissəsinin “a)” bəndinin
dördüncü abzasında “yaralanması
(kontuziyası)” sözləri
“xəsarət (yaralanma, travma, kontuziya) alması”
sözləri ilə əvəz edilmişdir.
[15] 19
may 2020-ci il
tarixli 108-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 12 iyul 2020-ci il, ¹ 134,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹
7, maddə 826) ilə
7-ci
maddənin birinci hissəsinin “b” bəndinin ikinci abzası yeni
redaksiyada verilmişdir.
Yeni redaksiyada
deyilirdi:
əlilliyin
təyin edilməsi
haqqında (əlilliyin
qrupu, səbəbi
və təyin
edilməsi tarixini göstərməklə)
tibbi-sosial ekspert komissiyasının
arayışının
notariat qaydasında təsdiq
edilmiş surəti;
[16]
03 dekabr
2013-cü il tarixli 832-IVQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Respublika”
qəzeti, 26 dekabr 2013-cü il, ¹ 285, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, ¹ 12,
maddə 1491) ilə 7-ci maddənin birinci
hissənin “b” bəndinə yeni məzmunda
üçüncü yarımbənd əlavə edilmişdir.
[17] 20 oktyabr 2006-cı il
tarixli 169-IIIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2006-cı il, ¹ 12, maddə 1007) ilə 7-ci maddənin birinci hissəsinin c)” bəndinin birinci
abzasında “yaralanması” sözü “xəsarət (yaralanma, travma,
kontuziya) alması” sözləri ilə əvəz
edilmişdir.
[18] 20 oktyabr
2006-cı il tarixli 169-IIIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2006-cı il, ¹ 12, maddə 1007) ilə 7-ci maddənin birinci hissəsinin ikinci abzasında “yaralanmanın” sözü “xəsarətin (yaralanmanın,
travmanın, kontuziyanın)” sözləri ilə
əvəz edilmişdir.
[19] 21 dekabr 2010-cu il tarixli
38-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 18
fevral 2011-ci il, ¹ 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, ¹
40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci
il, ¹ 02, maddə 71) ilə
7-ci maddəsinin ikinci hissəsində “tədris məktəbləri” sözləri “təhsil
müəssisələri” sözləri ilə əvəz
edilmişdir.
22 oktyabr
2019-cu il tarixli 1685-VQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 13 noyabr
2019-cu il, ¹ 251,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il,
¹11, maddə 1691) ilə 7-ci maddənin ikinci
hissəsindən “və
Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun
olaraq yaradılmış qoşun birləşmələrinin”
sözləri çıxarılmışdır və
həmin hissəyə “idarələri,”
sözündən sonra “hərbi
xidmət nəzərdə tutulmuş digər dövlət
orqanları (dövlət orqanlarının strukturuna daxil olan
qurumlar),” sözləri əlavə edilmişdir.
[20]
03 dekabr
2013-cü il tarixli 832-IVQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Respublika”
qəzeti, 26 dekabr 2013-cü il, ¹ 285, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, ¹ 12,
maddə 1491) ilə 7-ci maddənin
üçüncü hissə ləğv edilmişdir.
[21] 2
oktyabr 2008-ci il tarixli 699-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu
(“Azərbaycan” qəzeti, 16 noyabr 2008-ci il, ¹ 257, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹11, maddə
960) ilə 2-ci maddənin
adında və mətnində, 5-ci maddənin birinci
hissəsinin "a", "b", "c",
"ç" və "d" yarımbəndlərində,
6-cı maddənin dördüncü hissəsində, 7-ci
maddənin birinci hissəsinin birinci abzasında, "a"
yarımbəndinin ikinci və dördüncü abzaslarında,
ikinci və üçüncü hissələrində və
8-ci maddədə ismin müvafiq hallarında "sığorta edilən" sözləri ismin
müvafiq hallarında "sığorta
olunan" sözləri ilə əvəz edilmişdir.
03 dekabr 2013-cü
il tarixli 832-IVQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Respublika”
qəzeti, 26 dekabr 2013-cü il, ¹ 285, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, ¹ 12,
maddə 1491) ilə 8-ci maddədə “sərxoş vəziyyətdə
hərəkət etdikdə” sözləri “alkoqoldan, narkotik
vasitələrdən, psixotrop maddələrdən və ya
güclü təsir edən digər maddələrdən
istifadə olunması nəticəsində sərxoş
vəziyyətdə hərəkət etdikdə, habelə
sığorta olunan və ya onun vərəsələri
tərəfindən bu Qanunun 7-ci maddəsində
nəzərdə tutulmuş hallarda müvafiq
sənədlər təqdim olunmadıqda” sözləri
ilə əvəz edilmişdir.
[22] 4 mart 2016-cı il
tarixli 149-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 13
mart 2016-cı il, ¹ 57, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 03,
maddə 415) ilə 9-cu maddənin birinci
abzasında “dövlət
sığorta” sözləri “maliyyə
bazarlarına nəzarət” sözləri ilə
əvəz edilmişdir.
[23]
03 dekabr
2013-cü il tarixli 832-IVQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Respublika”
qəzeti, 26 dekabr 2013-cü il, ¹ 285, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, ¹ 12,
maddə 1491) ilə 9-cu maddənin ikinci
hissəsində “Qanunvericiliyinə
uyğun olaraq” sözləri “Mülki,
İnzibati Xətalar və Cinayət
məcəllələrində nəzərdə tutulmuş
hallarda” sözləri ilə əvəz edilmişdir.
[24] 23
noyabr 2001-ci il tarixli 219-IIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, ¹ 12, maddə
736) ilə 10-cu maddə
çıxarılmışdır.
[25] 24 iyun 2005-ci il tarixli
948-IIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, ¹ 8, maddə
692) ilə 11-ci maddədə "mübahisələrə
məhkəmə qaydasında baxılır"
sözləri "mübahisələr
Azərbaycan Respublikasının qanunvericiliyi ilə
müəyyən edilmiş qaydada, o cümlədən
məhkəmə qaydasında həll edilir"
sözləri ilə əvəz edilmişdir.
03 dekabr 2013-cü
il tarixli 832-IVQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Respublika”
qəzeti, 26 dekabr 2013-cü il, ¹ 285, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, ¹ 12,
maddə 1491) ilə 11-ci maddədə “qanunvericiliyi” sözü “qanunları” sözü ilə
əvəz edilmişdir.