Kiçik
sahibkarlığa dövlət köməyi haqqında
AZƏRBAYCAN
RESPUBLİKASININ QANUNU
Bu Qanun hər kəsin Azərbaycan Respublikası Konstitusiyası ilə müəyyən olunmuş azad sahibkarlıq fəaliyyəti və qanunla qadağan edilməyən digər iqtisadi fəaliyyət növü ilə məşğul olmaq hüququnun həyata keçirilməsi məqsədi daşıyır və Azərbaycan Respublikasında kiçik sahibkarlığa dövlət köməyin iqtisadi, hüquqi, təşkilati əsaslarını, forma və üsullarını müəyyən edir.
1. Kiçik sahibkarlığa dövlət köməyi haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, "Sahibkarlıq fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanunundan, bu Qanundan və digər normativ-hüquqi aktlardan ibarətdir.
2. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə bu Qanunda müəyyən edilmiş müddəalardan fərqli müddəalar müəyyən edildikdə həmin beynəlxalq müqavilələrin müddəaları tətbiq olunur.
Bu Qanunun məqsədləri üçün
kiçik sahibkarlıq subyektləri dedikdə “Sahibkarlıq
fəaliyyəti haqqında” Azərbaycan Respublikasının
Qanununa uyğun olaraq təsdiq edilən meyarlar əsasında
müəyyən olunmuş kiçik və mikro sahibkarlıq
subyektləri başa düşülür.[2]
1. Hüquqi şəxs yaratmadan kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin vergi orqanlarında vergi ödəyicisi kimi uçota alınması Azərbaycan Respublikasının vergi qanunvericiliyi ilə tənzimlənir. [3]
2. Hüquqi şəxs yaratmaqla kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin dövlət qeydiyyatını qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.
Kiçik
sahibkarlıq subyektləri “Mühasibat uçotu haqqında”
Azərbaycan Respublikasının Qanununa uyğun olaraq
mühasibat uçotu aparırlar, maliyyə, habelə statistik
hesabatları tərtib və təqdim edirlər. [4]
Kiçik
sahibkarlıq subyektlərinin Azərbaycan Respublikasının
Vergi Məcəlləsi əsasında vergi orqanlarına
təqdim etdikləri vergi hesabatları “Mühasibat uçotu
haqqında” Azərbaycan Respublikası Qanununun
tələblərinə uyğun olaraq təqdim etdikləri
maliyyə hesabatlarını əvəz etmir.
Kiçik sahibkarlıq subyektlərinə dövlət köməyi aşağıdakı istiqamətlərdə həyata keçirilir:
kiçik sahibkarlığın dəstəklənməsinin və inkişafının infrastrukturunun formalaşdırılması;
kiçik sahibkarlığa kömək proqramlarının hazırlanması və həmin proqramların həyata keçirilməsinin təşkili;
kiçik sahibkarlıq subyektlərinə maliyyə, maddi, elmi-texniki və informasiya resurslarının əldə etmələri üçün güzəştli şəraitin yaradılması;
kadrların hazırlanması, yenidən hazırlanması və ixtisaslarının artırılması sahəsində kiçik sahibkarlıq subyektlərinə kömək göstərilməsi;
kiçik sahibkarlıq subyektlərinin xarici-iqtisadi fəaliyyətinə, o cümlədən xarici tərəf-müqabilləri ilə istehsalat, maliyyə-kredit, ticarət, elmi-texniki və informasiya əlaqələrinin inkişafına kömək göstərilməsi;
kiçik sahibkarlıq
subyektləri üçün dövlət qeydiyyatının
(uçotunun), statistik və maliyyə hesabatlarının təqdim edilməsinin,
onların fəaliyyətinin
lisenziyalaşdırılmasının və istehsal
etdikləri məhsulun (işin, xidmətin)
sertifikatlaşdırılmasının
sadələşdirilmiş sisteminin tətbiqi; [5]
kiçik sahibkarlığın inkişafı üzrə tədqiqatların təşkili.
1. Kiçik sahibkarlığa kömək tədbirləri sahibkarlığın, dövlət regional və sahə kömək proqramları çərçivəsində həyata keçirilir.
Kiçik sahibkarlığa kömək proqramları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən hazırlanır.
2. Yerli özünüidarəetmə orqanları, təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatlar, həmkarlar ittifaqları müstəqil qaydada kiçik sahibkarlığa kömək proqramları hazırlayıb həyata keçirə bilərlər və ayrı-ayrı layihələrin və tədbirlərin kiçik sahibkarlığa kömək üzrə dövlət və yerli özünüidarəetmə orqanlarının proqramına daxil edilməsi barədə müvafiq icra hakimiyyəti orqanlarına müraciət edə bilərlər.
3. Kiçik sahibkarlığa kömək proqramlarının maliyyələşdirilməsi dövlət büdcəsi, yerli büdcələr və bu qanunda nəzərdə tutulmuş digər mənbələr hesabına həyata keçirilir. Kiçik sahibkarlığa kömək proqramlarının maliyyələşdirilməsi üçün nəzərdə tutulan büdcə xərcləri ayrıca sətirdə göstərilir.
Yerli büdcələr hesabına maliyyələşdirmənin həcmi yerli özünüidarəetmə orqanları tərəfindən müəyyənləşdirilir.
4. Kiçik sahibkarlığa kömək aşağıdakı tədbirləri əhatə edir:
sahibkarlığın normativ hüquqi bazasının təkmilləşdirilməsi;
mərkəzi, regional və yerli səviyyələrdə kiçik sahibkarlığın inkişafına dəstək verən infrastrukturun yaradılması;
əhalinin sosial cəhətdən daha az təmin olunan təbəqələrinin, o cümlədən işsizlərin, qaçqınların və məcburi köçkünlərin, əlilliyi olan şəxslərin, şəhid ailələrinin, təqaüdçülərin, qadınların və gənclərin sahibkarlıq fəaliyyətinə cəlb edilməsi;[6]
kiçik sahibkarlığın həvəsləndirmə sisteminin formalaşdırılması və ona maliyyə köməyin göstərilməsi;
kiçik sahibkarlıq strukturlarının inkişafı üzrə tədqiqatların aparılması;
istehsal yönümlü kiçik sahibkarlığa dövlət himayədarlığının təmin edilməsi.
1. Kiçik sahibkarlığa dövlət maliyyə yardımını müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.
2. Kiçik sahibkarlığa dövlət maliyyə yardımı məqsədli proqramlar çərçivəsində güzəştli kreditlər, subsidiyalar, kompensasiyalar, qrantlar, kreditlərə təminatlar verilməsi, lizinqin təşkili, sahibkarlara xidmət göstərən maliyyə-kredit qurumlarına stimullaşdırıcı tədbirlərin tətbiqi formasında həyata keçirilir.
3. Kiçik sahibkarlığa dövlət maliyyə yardımının formaları və mexanizmi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.
4. Kiçik sahibkarlıq subyektlərinin maliyyə qaynaqlarından istifadə imkanlarını genişləndirmək məqsədi ilə kredit təminatı fondu yaradılır.
1. Kiçik sahibkarlığın inkişafı üçün kiçik sahibkarlıq subyektlərinə informasiya, hüquqi və iqtisadi məsləhət xidmətləri göstərmək və sahibkarların dövlət təşkilatları və xarici tərəfdaşlarla səmərəli əməkdaşlıq əlaqələri yaratmalarına yardımçı olmaq məqsədi ilə istənilən mülkiyyət forması əsasında, hər hansı təşkilati-hüquqi formada müəssisə və təşkilatlar yaradıla bilər.
2. Yeni fəaliyyətə başlayan kiçik sahibkarlıq subyektlərinə fəaliyyətinin təşkilinə və maliyyə müstəqilliyi əldə etmələrinə kömək məqsədi ilə mülkiyyət formasından asılı olmayaraq onları müəyyən şərtlər əsasında və müəyyən müddətə, lazımi avadanlıqla təchiz edilmiş ofis (və ya) iş yerləri ilə təmin etmək üçün, habelə kiçik sahibkarlıq subyektlərinə gələcəkdə öz fəaliyyətini inkişaf etdirməyə imkan verə biləcək yeni texnologiyaların və digər yeniliklərin hazırlanmasına şərait yaratmaq məqsədi ilə istənilən təşkilati-hüquqi formada qurumlar yaradıla bilər.
Bu qurumlar kiçik sahibkarlıq subyektlərinə ümumi məqsədli köməklə yanaşı maliyyə-kommersiya xidmətləri də göstərə bilərlər.
3. Bu maddədə göstərilən qurumlar qanunvericiliklə müəyyən edilmiş qaydada yaradılır və onlara müvafiq icra hakimiyyəti orqanları tərəfindən yardım göstərilə bilər.
1. Müvafiq icra hakimiyyəti orqanları kiçik sahibkarlıq subyektləri üçün kadrların hazırlanması, yenidən hazırlanması və ixtisas artırılması üzrə tədrisin inkişafına şərait yaradılması sahəsində tədbirlər həyata keçirilməsini təmin edirlər.
2. Sahibkarlığa maliyyə köməyi qurumları kiçik sahibkarlıq subyektləri üçün kadrların hazırlanması, yenidən hazırlanması və ixtisaslarının artırılmasına yönəltdikləri xərcləri tam və ya qismən kompensasiya edə bilər.
Bu xərclərin kompensasiyasının şərtləri, qaydası və məbləği kiçik sahibkarlıq subyekti ilə müvafiq maliyyə qurumu arasında bağlanmış müqavilə ilə müəyyən edilir.
1. Kiçik sahibkarlıq subyektləri tərəfindən iqtisadi, hüquqi, istehsal-texnoloji və digər məlumatın əldə olunması və onlar arasında işgüzar məlumat mübadiləsi etmək məqsədi ilə müvafiq icra hakimiyyəti orqanları informasiya infrastrukturasının yaradılması üzrə tədbirlər hazırlayır və həyata keçirirlər.
2. Dövlət qurumları kiçik sahibkarlıq subyektlərinə qanunvericiliklə müəyyən edilmiş qaydada güzəştli şərtlərlə informasiya xidmətləri göstərə bilər.
3. Sahibkarlığa maliyyə köməyi qurumları kiçik sahibkarlıq subyektlərinin informasiya əldə olunmasına yönəldilmiş xərclərini tam və ya qismən kompensasiya edə bilər.
Bu xərclərin kompensasiyasının şərtləri, qaydası və məbləği kiçik sahibkarlıq subyekti ilə müvafiq maliyyə qurumu arasında bağlanmış müqavilədə müəyyən edilir.
1. Müvafiq icra hakimiyyəti orqanların dövlət ehtiyacları üçün məhsul istehsalı, işlərin görülməsi, xidmətlərin göstərilməsi üzrə sifarişlərin 15 faizdən az olmayan hissəsinin kiçik sahibkarlıq subyektlərinə verilməsi məqsədi ilə tədbirlər görürlər.
2. Kiçik sahibkarlıq
subyektlərinin dövlət ehtiyacları üçün
məhsul istehsalı, işlərin görülməsi və
xidmətlərin göstərilməsi üzrə
sifarişlərin yerinə yetirilməsində iştirakı
dövlət satınalmaları haqqında Azərbaycan
Respublikasının qanunvericiliyinə uyğun həyata
keçirilir. [8]
1. Müvafiq icra hakimiyyəti orqanları kiçik sahibkarlıq subyektlərinin xarici iqtisadi fəaliyyətinin inkişafı üçün, habelə beynəlxalq sərgi və yarmarkalarda, xarici-iqtisadi proqramların və layihələrin icrasında iştirakını genişləndirmək məqsədi ilə tədbirlər həyata keçirirlər.
2. Sahibkarlığa maliyyə köməyi qurumları kiçik sahibkarlıq subyektlərinin xarici iqtisadi fəaliyyət zamanı yaranmış xərclərini, o cümlədən nəqliyyat, məlumat alınması, beynəlxalq sərgilərdə (yarmarkalarda) iştirak üzrə xərclərini tam və ya qismən kompensasiya edə bilər.
Bu xərclərin kompensasiya şərtləri, qaydası və məbləği kiçik sahibkarlıq subyekti ilə müvafiq maliyyə qurumu arasında bağlanmış müqavilədə müəyyən edilir.
1. Kiçik sahibkarların qarşılıqlı maliyyə yardımı təşkilatları kiçik sahibkarlıq subyektləri tərəfindən könüllü olaraq onların maliyyə ehtiyaclarını ödəmək məqsədi ilə öz vəsaitləri hesabına qanunvericiliklə müəyyən edilmiş qaydada yaradılır.
2. Kiçik sahibkarlıq subyektlərinin qarşılıqlı maliyyə yardımı təşkilatları yalnız həmin təşkilatların iştirakçılarına maliyyə yardımı göstərirlər.
1. Kiçik sahibkarlıq subyektləri qanunvericiliklə müəyyən edilmiş qaydada öz birliklərini yarada bilərlər.
2. Müvafiq icra hakimiyyəti orqanları kiçik sahibkarlıq subyektlərinin birliklərinin təşkilinə və fəaliyyətinə kömək göstərirlər.
3. Kiçik sahibkarlığa dövlət köməyi sistemini təkmilləşdirmək, kiçik sahibkarlıq subyektləri birliklərinin fəaliyyətini əlaqələndirmək məqsədi ilə müvafiq icra hakimiyyəti orqanları yanında sahibkarlığın inkişafı üzrə şuralar yaradıla bilər. Bu şuranın funksiyaları və səlahiyyətləri müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən edilir.
Bu Qanunun pozulmasına görə müvafiq icra hakimiyyəti orqanlarının və yerli özünüidarəetmə orqanlarının vəzifəli şəxsləri, habelə kiçik sahibkarlıq subyektləri Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.
Azərbaycan Respublikasının Prezidenti HEYDƏR
ƏLİYEV
Bakı şəhəri, 4 iyun
1999-cu il
¹ 673-IQ
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ
SƏNƏDLƏRİNİN SİYAHISI
1.
23 noyabr 2001-ci il tarixli 219-IIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, ¹ 12, maddə
736)
2.
6 dekabr 2002-ci il tarixli 399-IIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, ¹ 12, maddə
709)
3.
4 noyabr 2003-cü il tarixli
508-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2003-cü il, ¹ 12, maddə 672)
4.
9 oktyabr 2007-ci il tarixli 429-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 10, maddə 938)
5.
06 oktyabr
2015-ci il tarixli 1357-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 14 noyabr 2015-ci il, ¹ 250,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, ¹
11, maddə 1264)
6.
12 oktyabr
2018-ci il tarixli 1268-VQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 14 noyabr 2018-ci il, ¹ 256,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹
11, maddə 2199)
7.
3 may 2019-cu
il tarixli 1585-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 14 iyun 2019-cu il, ¹ 128, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2019-cu il, ¹ 6, maddə 993)
8.
19 may 2020-ci
il tarixli 109-VIQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 18 iyul
2020-ci il, ¹ 139, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 7, maddə 827)
QANUNA
EDİLMİŞ DƏYİŞİKLİK VƏ
ƏLAVƏLƏRİN SİYAHISI
[1] 4 noyabr 2003-cü il
tarixli 508-IIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, ¹ 12,
maddə 672) ilə 3-cü maddə yeni redaksiyada
verilmişdir.
Maddənin
əvvəlki redaksiyasında deyilirdi:
1. Kiçik sahibkarlıq subyektləri
dedikdə aşağıdakılar nəzərdə tutulur:
hüquqi şəxs yaratmadan sahibkarlıq
fəaliyyəti ilə məşğul olan fiziki
şəxslər;
işçilərin orta siyahı sayı
(Mövsümi işçilər nəzərə
alınmadan) sənaye, nəqliyyat və tikintidə - 50
nəfərədək, kənd təsərrüfatında
və elmi-texniki sahədə - 30 nəfərədək,
ticarət, xidmət, informasiya və digər
sahələrdə - 25 nəfərədək olan hüquqi
şəxslər.
2. Bir neçə fəaliyyət
növü ilə məşğul olan kiçik
sahibkarlıq subyektləri rüblük dövriyyədə
daha yüksək xüsusi çəkiyə malik olan
fəaliyyət növü üzrə kiçik sahibkarlıq
subyektinə aid edilirlər.
[2] 06 oktyabr 2015-ci il tarixli 1357-IVQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 14 noyabr 2015-ci il, ¹ 250, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2015-ci il, ¹ 11, maddə 1264) ilə 3-cü maddənin mətni yeni
redaksiyada verilmişdir.
əvvəlki
redaksiyada deyilirdi:
1. Kiçik sahibkarlıq subyektləri
işçilərinin orta siyahı sayı (mövsümi
cəlb edilən işçilər nəzərə
alınmadan) və illik dövriyyələrinin həcmi
əsas götürülməklə
müəyyənləşdirilir.
2. İqtisadi
fəaliyyət növləri üzrə bu meyarların
hədlərinin müəyyən edilməsi müvafiq icra
hakimiyyəti orqanı tərəfindən həyata
keçirilir.
12 oktyabr 2018-ci il tarixli 1268-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 14 noyabr 2018-ci il, ¹ 256, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 11, maddə
2199) ilə 3-cü maddənin mətni yeni redaksiyada
verilmişdir.
əvvəlki
redaksiyada deyilirdi:
Kiçik sahibkarlıq subyektləri
“Sahibkarlıq sahəsində aparılan yoxlamaların
tənzimlənməsi və sahibkarların maraqlarının
müdafiəsi haqqında” Azərbaycan Respublikasının
Qanununa uyğun olaraq təsdiq edilən meyarlar əsasında
müəyyənləşdirilir.
[3]
23 noyabr 2001-ci il tarixli 219-IIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2001-ci il, ¹ 12, maddə 736) ilə 4-cü maddənin 1-ci
bəndində "uçotunu
onların yaşadıqları və ya fəaliyyət
göstərdikləri ərazilərin vergi orqanları
aparır" sözləri "vergi orqanlarında vergi ödəyicisi kimi uçota
alınması Azərbaycan Respublikasının vergi
qanunvericiliyi ilə tənzimlənir" sözləri
ilə əvəz edilmişdir.
[4]
3 may 2019-cu
il tarixli 1585-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 14 iyun 2019-cu il, ¹ 128, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2019-cu il, ¹ 6, maddə 993) ilə 5-ci maddənin mətni yeni redaksiyada
verilmişdir.
əvvəlki
redaksiyada deyilirdi:
Kiçik
sahibkarlıq subyektləri statistik və mühasibat
hesabatlarını müvafiq icra hakimiyyəti orqanları
tərəfindən müəyyən olunan və vergitutma
məsələlərinin həlli üçün
məlumatı özündə əks etdirən sadələşdirilmiş
qaydada və formada aparırlar.
[5]
23 noyabr 2001-ci il tarixli 219-IIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2001-ci il, ¹ 12, maddə 736) ilə 6-cı maddənin yeddinci
abzasından "vergitutma"
sözü çıxarılmışdır.
9
oktyabr 2007-ci il tarixli 429-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 10, maddə
938) ilə 6-cı maddəsinin yeddinci
abzasından "fəaliyyətinin
lisenziyalaşdırılmasının və"
sözləri çıxarılmışdır.
3 may 2019-cu
il tarixli 1585-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 14 iyun 2019-cu il, ¹ 128, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2019-cu il, ¹ 6, maddə 993) ilə 6-cı maddənin yeddinci abzasında “mühasibat” sözü “maliyyə” sözü ilə
əvəz edilmişdir.
[6] 19 may 2020-ci il tarixli 109-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 18 iyul 2020-ci il, ¹ 139,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹
7, maddə 827) ilə
7-ci
maddənin 4-cü hissəsinin dördüncü abzasında
“əlillərin” sözü
“əlilliyi olan
şəxslərin” sözləri ilə əvəz
edilmişdir.
[7] 23 noyabr 2001-ci il tarixli
219-IIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, ¹ 12, maddə
736) ilə 9-cu maddə
çıxarılmışdır.
Maddənin
əvvəlki redaksiyasında deyilirdi:
1. Rüblük dövriyyəsi
(istehsalın, işin, xidmətin həcmi) aylıq gəlirin
vergi tutulmayan minimum məbləğinin 1000 mislindən çox
olmayan kiçik sahibkarlıq subyektlərinə vahid vergi
tətbiq olunur. Vahid vergi dərəcəsi dövriyyənin 5
faizi səviyyəsində müəyyən edilir.
Digər kiçik sahibkarlıq
subyektlərindən vergi tutulması Azərbaycan
Respublikasının vergi qanunvericiliyinə müvafiq
surətdə həyata keçirilir.
2. Kiçik sahibkarlıq
subyektlərinə məqsədli proqramlar
çərçivəsində xüsusi vergi
güzəştləri tətbiq edilə bilər.
[8]
6 dekabr 2002-ci il tarixli 399-IIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2002-ci il, ¹ 12, maddə 709) ilə 13-cü maddənin ikinci
bəndi yeni redaksiyada verilmişdir.
Əvvəlki
redaksiyada deyilirdi:
2.
Kiçik sahibkarlıq subyektlərinin dövlət
ehtiyacları üçün məhsul istehsalı,
işlərin görülməsi və xidmətlərin
göstərilməsi üzrə sifarişlərin yerinə
yetirilməsində iştirakı qaydaları müvafiq icra
hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
[9] 23 noyabr
2001-ci il tarixli 219-IIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2001-ci il, ¹ 12, maddə 736) ilə 18-ci maddə
çıxarılmışdır.
Maddənin
əvvəlki redaksiyasında deyilirdi:
Kiçik sahibkarlıq subyektləri
üçün bu Qanunun 9-cu maddəsinin birinci hissəsində
nəzərdə tutulan vahid vergi dərəcəsi
Azərbaycan Respublikasının Vergi Məcəlləsi
qüvvəyə mindikdən sonra tərtib edilir.