Uşaq hüquqları
haqqında
Azərbaycan
Respublikasının Qanunu
Bu Qanun
Azərbaycan Respublikasının Konstitusiyasına, Uşaq
Hüquqları Bəyannaməsinə, Uşaq
Hüquqlarına dair Konvensiyaya və digər beynəlxalq
hüquq normalarına uyğun olaraq Azərbaycan
Respublikasında uşaqların hüquqlarını və
azadlıqlarını, uşaqlar barəsində dövlət
siyasətinin əsas prinsiplərini, onların müdafiəsi
sahəsində dövlət orqanlarının, digər
hüquqi və fiziki şəxslərin vəzifələrini
müəyyən edir.
I fəsil
Ümumİ müddəalar
Maddə 1. Qanunun tə sir dairəsi
Uşaqların bu
Qanunda nəzərdə tutulmuş hüquqları və
vəzifələri 18 yaşına (yetkinlik yaşına)
çatmayan və tam fəaliyyət qabiliyyəti əldə
etməyən hər bir
şəxsə aid edilir.[1]
Maddə 2. Uşaq hüquqları
barəsində qanunvericilik
Uşaq
hüquqları barəsində qanunvericilik bu Qanundan və
Azərbaycan Respublikasının digər normativ hüquqi
aktlarından ibarətdir. Digər normativ hüquqi aktların
normaları uşaqların bu Qanunla müəyyən
edilmiş hüquq və azadlıqlarını
məhdudlaşdıra bilməz.
Maddə 3. Uşaqlar barəsində
dövlət siyasəti
Uşaqlar
barəsində dövlət siyəsəti hər bir
uşağın zəruri maddi və məişət
şəraitində böyüyüb tərbiyə
olunmasının, mütərəqqi tələblər
əsasında təhsil almasının, layiqli
vətəndaş kimi formalaşmasının tə min
edilməsinə yönəldilir.
Dövlət
siyasəti milli və yerli xüsusiyyətlər
nəzərə alınmaqla yaradılmış
məqsədli uşaq sosial proqramları əsasında
həyata keçirilir. Bu proqramların yerinə
yetirilməsinə dövlət orqanları ilə
yanaşı digər hüquqi və fiziki şəxslər
də iştirak edə bilərlər.
Maddə 4. Uşaq
hüquqlarını müdafiə edən orqanlar, birliklər
və təşkilatlar
Azərbaycan
Respublikasının Konstitusiyasına uyğun olaraq uşaq
hüquqlarının həyata keçirilməsinə
dövlət nəzarət edir.[2]
Azərbaycan
Respublikasında uşaq hüquqlarının
müdafiəsini müvafiq icra hakimiyyəti,
məhkəmə və prokurorluq orqanları,
bələdiyyələr, habelə ictimai birliklər,
həmkarlar ittifaqı təşkilatları tə min
etməlidirlər. Bu orqanlar, birliklər və
təşkilatlar fəaliyyətlərində uşaq
hüquqlarının üstün mühafizəsi prinsipini
əsas tutmalıdırlar.
Maddə 5. Uşaq mənafelərinin
üstünlüyü
Dövlət
orqanları, bütün fiziki və hüquqi
şəxslər öz fəaliyyətində uşaqların
mənafelərini üstün tutmalı, onların
hüquqlarının tə min olunmasına şərait
yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ
hüquqi aktları və müvafiq orqanların
qərarları uşaq mənafelərinə zidd olmamalı
və onların icrası uşaqların həyatına,
inkişafına və tərbiyəsinə zərər
gətirməməlidir. Uşağın hüquq və
mənafelərini məhdudlaşdıran hər hansı
əqd e tibarsızdır.
Maddə 6. Uşaqların hüquq
bərabərliyi
Bütün
uşaqlar bərabər hüquqlara malikdirlər.
Uşaqların, onların valideynlərinin və ya onları
əvəz edən şəxslərin sosial və əmlak
vəziyyətindən, sağlamlığından, irqi və
milli mənsubiyyətindən, dilindən, təhsilindən,
dinindən, siyasi baxışlarından, yaşayış
yerindən asılı olmayaraq uşaqlar ayrı-seçkiliyə
mə ruz qala bilməzlər. Uşaqlar valideynlərinin və
ya onları əvəz edən digər şəxslərin
hərəkətlərinə görə məs uliyyət
daşımır və valideynləri ilə bağlı
səbəblərə görə onların
hüquqlarının məhdudlaşdırılmasına yol
verilmir.
Nikahda və ya
nikahdankənar doğulmasından asılı olmayaraq
uşaqların valideynləri barəsində eyni
hüquqları vardır.
Maddə 7. Uşağın
nümayəndələri
Uşağın
valideynləri, eləcə də övladlığa
götürənlər, qəyyumlar, himayəçilər,
uşaq evlərinin müdiriyyəti uşaqların hüquq
və mənafelərini müdafiə edən
nümayəndələridir.
Maddə 8. Uşağın
yaşamaq və inkişaf etmək hüququ
Hər bir
uşağın yaşamaq, normal şəraitdə fiziki,
əqli və mə nəvi cəhətdən inkişaf
etmək hüququ vardır. Dövlət bu şəraiti
tə min edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər
görməyi, sağlam və təhlükəsiz mühit
yaratmağı öz öhdəsinə götürür.
Maddə 9. Uşağın
həyatı və sağlamlığının
mühafizəsi hüququ
Hər bir
uşağın həyat və sağlamlığının
mühafizə edilməsi hüquqi vardır. Dövlət
uşaqların həyatının mühafizəsi və
sağlam inkişafını tə min edir, ekoloji
təhlükəsizliyini tə min edən şərait
yaradır, onların keyfiyyətli yeməklə,
içməli təmiz su ilə təchizi üçün
müvafiq tədbirlər görür.
Uşaqların
“Uşaqların icbari dispanserizasiyası haqqında”
Azərbaycan Respublikasının Qanunu ilə
müəyyən edilmiş qaydada dispanserizasiyadan
keçmək, dispanserizasiyanın nəticələrindən
asılı olaraq tibbi göstərişlər əsasında
ambulator, stasionar və ya sanatoriya-kurort şəraitində
tibbi yardım almaq, dispanserizasiyanın nəticələri, o
cümlədən aparılmış
müayinə-müalicə tədbirləri, habelə
sağlamlığının vəziyyəti haqqında tam
və obyektiv məlumat almaq hüquqları vardır.[3]
Alkoqollu və energetik
içkilərin, tütün məmulatlarının
uşaqlara satılması, əmək şəraiti
ağır, zərərli olan iş yerlərində,
habelə yeraltı tunellərdə, şaxtalarda və
digər yeraltı işlərdə, uşaqların əxlaqi
kamilliyinə mənfi təsir göstərən gecə
klublarında, barlarda, alkoqollu və energetik içkilərin,
tütün məmulatlarının, toksik preparatların istehsalı,
daşınması, satışı və saxlanılması
işlərində, narkotik vasitələrin, psixotrop
maddələrin və onların prekursorlarının
dövriyyəsi ilə bağlı olan və uşaqların
həyatına, sağlamlığına və ya
mənəviyyatına təhlükə törədə
bilən digər işlərdə uşaq əməyinin
tətbiq edilməsi qadağandır.[4]
Maddə 10. Uşağın ad və
vətəndaşlıq almaq hüququ
Hər bir uşaq
doğulduqdan sonra Azərbaycan Respublikasının
qanunvericiliyinə uyğun olaraq qeydiyyata alınır və “Azərbaycan Respublikasının
vətəndaşlığı haqqında” Azərbaycan
Respublikası Qanununun 12-ci maddəsinin birinci və ikinci
hissələrində nəzərdə tutulmuş hallar istisna
olmaqla,
vətəndaşlıq əldə
edir.[5]
Uşağa ad
valideynlərinin qarşılıqlı
razılığı ilə, valideynləri olmadıqda
isə qəyyumluq orqanlarının razılığı
və ya göstərişi əsasında verilir.
Maddə 11. Uşağın
tərbiyə almaq hüququ
Hər bir
uşağın hərtərəfli inkişaf etmək, milli
və ümumbəşəri dəyərlərə uyğun,
humanizm və əxlaqi prinsiplər əsasında
tərbiyə almaq hüququ vardır.
Uşağın
tərbiyəsi ailədə və təhsil
müəssisələrində aparılır.[6]
Dövlət
uşaqların yaradıcılıq qabiliyyətinin, estetik
tərbiyəsinin inkişafı üçün
müxtəlif müəssisələr yaradır, habelə
belə müəssisələrin yaradılmasında ictimai
təşkilatlara köməklik göstərir.
Zorakılıq,
qəddarlıq təbliğ edən və ya erotika və
pornoqrafiya mövzusunda olan, habelə uşaqların psixi
və mə nəvi inkişafına zərərli tə sir
göstərən filmlərin, ədəbiyyatların və
digər vəsaitlərin uşaqlar arasında yayılması
və nümayişi, habelə bunların hazırlanmasına
uşaqların cəlb edilməsi qadağandır.
Maddə
11-1. Reklamda uşaqların
müdafiəsi
11-1.1.
Uşaqlara mənəvi və fiziki baxımdan zərərli
təsirin qarşısını almaq məqsədi ilə
reklamda aşağıdakılar qadağan olunur:
11-1.1.1.
valideynlərin, qəyyumların, himayəçilərin,
tərbiyəçilərin və başqa
şəxslərin nüfuzuna xələl gətirən,
onlara olan etibarı zəiflədən məlumatların
verilməsi;
11-1.1.2.
başqa şəxsə münasibətdə kobudluğun,
nifrət hissinin, təcavüzkarlığın,
zərərli vərdişlərin aşılanması;
11-1.1.3.
qüvvətləndirici və fərqləndirici sözlər
vasitəsilə ailənin maddi vəziyyətindən
asılı olmayaraq əmtəənin əldə
edilməsinin mümkünlüyü fikrini yaratmaqla,
valideynlərin və başqa şəxslərin bu
əmtəəni almağa vadar edilməsinə yönəldilmiş
məlumatlar;
11-1.1.4.
həyat və sağlamlıq üçün
təhlükəli olan hərəkətləri nümayiş
etdirməklə, onların təkrarlanmasına
sövqetmə;
11-1.1.5.
uşaqlara aid olmayan əmtəənin reklamının onlar
üçün nəzərdə tutulmuş kütləvi
informasiya vasitələrində, teleradio proqramlarında
(verilişlərində), audio və video materiallarda
yerləşdirilməsi;
11-1.1.6.
uşaqlara ünvanlanan, yaxud onların iştirakı ilə
yayımlanan reklamlarda uşaqların maraqlarına
zərbə vuran ünsürlərdən istifadə
olunması;
11-1.1.7.
uşaqların psixoloji gərginlik yarada biləcək
vəziyyətlərdə göstərilməsi;
11-1.1.8.
alkoqollu və energetik
içkilərdən istifadə olunması ilə
bağlı uşaqlara müraciət edilməsi, uşaqlar
üçün proqramların (verilişlərin) alkoqollu və energetik içkilərin reklamı
ilə kəsilməsi.[7]
11-1.2.
Dərslikdə, dərs vəsaitində, tədris
materialında, məktəb gündəliyində,
dəftərdə, albomda, uşaqlar üçün
nəzərdə tutulmuş kitabda reklam yerləşdirilə
bilməz.
11-1.3.
Uşaqlar üçün verilişlər “Reklam haqqında”
Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə
uyğun olaraq reklamla kəsilə bilməz.
11-1.4. Uşaqlara mənəvi və fiziki
baxımdan zərərli təsir göstərə bilən
reklam məktəbəqədər və ümumi təhsil
müəssisələrinin ərazilərindən müvafiq
icra hakimiyyəti orqanının müəyyən etdiyi
məsafədən yaxın yerləşdirilə bilməz.[8]
Maddə 12. Uşağın
azadlıq və şəxsi toxunulmazlıq hüququ
Uşaq azadlıq
və şəxsi toxunulmazlıq hüququna malikdir.
Müstəsna hal
kimi uşağın tutulmasına, həbs edilməsinə
yalnız Azərbaycan Respublikasının qanunvericiliyində
nəzərdə tutulmuş əsaslar mövcud olduqda yol verilə
bilər. Uşaq tutulduqda və ya həbs edildikdə bu
barədə onun valideynlərinə və ya digər qanuni
nümayəndələrinə dərhal mə lumat
verilməlidir.
Uşaqların hüquqları
və qanuni mənafeləri pozulduqda, o cümlədən
valideynləri (onlardan biri) uşağın təhsili,
tərbiyəsi üzrə vəzifələrini yerinə
yetirmədikdə və ya valideynlik hüquqlarından
sui-istifadə etdikdə uşaq öz hüquqlarını
qorumaq üçün müvafiq icra hakimiyyəti
orqanlarına, 14 yaşına çatdıqda isə
məhkəməyə müraciət etmək hüququna
malikdir.[9]
İstənilən
fiziki və ya hüquqi şəxs uşaqlarla qəddar
rəftar hallarını müşahidə etdikdə belə
rəftarın qarşısının alınması
üçün müvafiq orqanlara müraciət edə
bilər.
Valideynlərin
və ya digər şəxslərin uşaqlarla qəddar
rəftara yol verməsi, onlara qarşı psixi və fiziki zor
tətbiq etməsi, uşaqların hüquqlarını
pozması Azərbaycan Respublikasının qanunvericiliyi ilə
müəyyən edilmiş qaydada valideynlik hüquqlarından
məhrum edilməyə, habelə inzibati və ya cinayət məs
uliyyətinə səbəb olur.
Maddə 13. Uşağın zəruri
maddi tə minat hüququ
Uşağın
Azərbaycan Respublikasının qanunvericiliyi ilə
müəyyən edilmiş minimum dolanacaq
xərclərindən az olmayan maddi tə minat almaq hüququ
vardır.
Maddə 14. Uşağın vicdan,
fikir və söz azadlığı
Hər bir
uşağın vicdan, fikir və söz azadlığı
vardır.
Valideynlər,
digər şəxslər və dövlət orqanları
uşağın vicdan, fikir və söz azadlığına
hörmətlə yanaşmalıdırlar.
Uşağın
səhhətinə zərərli tə sir göstərən
dini ayinlərin icrasına cəlb edilməsi qadağandır.
Maddə 15. Uşağın mə
lumat azadlığı
Azərbaycan
Respublikasının qanunvericiliyinə uyğun olaraq hər bir
uşağın əqli və fiziki inkişafı
üçün zəruri olan istənilən mə lumatı
axtarmaq, əldə etmək, ötürmək və yaymaq
hüququ vardır.
Uşaqların zərərli
informasiyadan qorunması “Uşaqların zərərli
informasiyadan qorunması haqqında” Azərbaycan
Respublikasının Qanunu ilə tənzimlənir.[10]
Maddə 16. Uşağın əsas
vəzifələri
Cəmiyyətdə
davranış qaydalarına əməl etmək, Azərbaycan
Respublikasının dövlət rəmzlərinə
bələd olmaq, biliklərə yiyələnmək,
özünü faydalı fəaliyyətə hazırlamaq,
valideynlərə, digər vətəndaşların hüquq
və mənafelərinə, öz xalqının və
başqa xalqların ən ənələrinə və
mədəni sərvətlərinə hörmətlə
yanaşmaq, tarix və mədəniyyət abidələrini, ətraf
mühiti qorumaq və Azərbaycan Respublikasının
qanunvericiliyi ilə nəzərdə tutulmuş digər
vəzifələri yerinə yetirmək uşağın
borcudur.
Bu
vəzifələrin uşaq tərəfindən dərk
edilməsinə və icrasına valideynlərin, müvafiq
orqanların və təhsil müəssisələrinin
uşaqlar arasında izahat və təbliğat aparmaları
yolu ilə nail olunur.
II fəsil
Uşaq və aİlə
Maddə 17. Uşağın
ailədə yaşamaq hüququ
Uşağın
ailədə valideynləri ilə birgə yaşamaq, onlardan
qayğı görmək hüququ vardır. Qanunvericiliklə
nəzərdə tutulmuş hallardan başqa valideynlərin
istəyinə zidd olaraq uşağı onlardan ayırmaq
qadağandır.
Maddə 18. Valideynlərindən
ayrı yaşayan uşağın hüququ
Valideynlərinin
hər ikisindən və ya birindən ayrı yaşayan
uşağın onları tanımaq, habelə bu ona mənfi
tə sir göstərmirsə, valideynləri ilə
ünsiyyətdə olmaq hüququ vardır.
Maddə 19. Valideynlərin hüquq
və vəzifələri
Valideynlərin
uşağın tərbiyəsində bərabər hüquq
və vəzifələri vardır. Onlar uşağı
sağlam böyütməli, ümumbəşəri və
milli dəyərlər əsasında tərbiyə etməli,
müstəqil həyata hazırlamalıdırlar.
Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun
maddi və mə nəvi tələbatlarının tə min
edilməsi, hüquq və mənafelərinin mühafizəsi
valideynlərin əsas vəzifələridir.
Valideynlərin
uşaqlar barəsində hüquq və
vəzifələrinin həyata keçirilməsinə
dövlət orqanlarının qarışmasına yalnız
qanunla nəzərdə tutulmuş hallarda və
uşağın maraqları naminə yol verilə bilər.
Uşaqların
vurduğu maddi ziyana görə onun valideynləri,
övladlığa götürənlər, qəyyumlar və
ya himayəçilər Azərbaycan Respublikasının
qanunvericiliyində nəzərdə tutulmuş qaydada məs
uliyyət daşıyırlar.
Maddə 20. Uşağın mənzil
hüququ
Hər bir
uşağın mənzil hüququ vardır. Uşaqların
yaşadıqları mənzil sahəsinə ailənin
digər üzvləri ilə bərabər hüquqları
vardır.
Valideyn
himayəsindən məhrum olmuş uşaqlar tərbiyə
olunmaq üçün dövlət uşaq
müəssisəsinə, qohumlarına və ya qəyyumlara
(himayəçilərə) verildikdə əvvəl
yaşamış olduqları mənzilə
hüquqlarını saxlayırlar. Bu mənzilə
köçmək mümkün olmadıqda həmin
uşaqlar, habelə əvvəllər mənzil sahəsi
olmayan valideyn himayəsindən məhrum uşaqlar
mənzillə növbədənkənar tə min
edilməlidirlər. Həmin mənzillərlə
əlaqədar müqavilələrin bağlanması
Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq
olaraq həyata keçirilir.
Sosial müdafiəyə ehtiyacı
olan aztəminatlı gənclərə aid olan uşaqlara
Azərbaycan Respublikasının Mənzil Məcəlləsi
ilə müəyyən edilmiş qaydada sosial kirayə
müqaviləsi əsasında yaşayış
sahələri verilir.[11]
Maddə 21. Uşağın
vərəsəlik və valideynlərinin əmlakı
hesabına saxlanma hüququ
Hər bir
uşağın valideynlərinin, övladlığa
götürülənlərin əmlakına dair
vərəsəlik, məhkəmənin qərarı ilə
valideynlərdən hər ikisi və ya biri xəbərsiz
itkin düşmüş və ya ölmüş
elan edildikdə isə onların
əmlakı hesabına saxlanmaq hüququ vardır.[12]
III fəsil
Uşaq və cəmİyyət
Maddə 22. Uşağın təhsil
almaq hüququ
Hər bir
uşağın Azərbaycan Respublikasının təhsil
qanunvericiliyinə uyğun olaraq təhsil almaq hüququ
vardır.
Dövlətin
təhsil sistemi uşağın şəxsiyyətinin
inkişafına, zəruri bilik və bacarıqları tam
həcmdə əldə etməsinə şərait
yaratmalıdır.
Uşaqların
icbari ümumi orta təhsildən yayındırılması
qadağandır.
Maddə 23. Fitri iste dada malik
uşaqlara dövlət qayğısı
Dövlət fitri
iste dada malik uşaqların erkən yaşdan üzə
çıxarılması və onların qabiliyyətinin
qiymətləndirilməsi üçün tədbirlər
görür, onlar üçün adlı və xüsusi
təqaüdlər müəyyən edir, xüsusi təhsil
müəssisələrinin sistemini yaradır və
maliyyələşdirir, bu sahədə beynəlxalq
əlaqələri inkişaf etdirir.
Maddə 24. Uşağın
əmək hüquqları
Uşaqların
yaşına, səhhətinə, ümumtəhsil və
peşə hazırlığı səviyyəsinə
uyğun olaraq əmək hüququ vardır.
Uşaqların
əmək hüququnun yaranmasının və həyata
keçirilməsinin şərtləri Azərbaycan
Respublikasının əmək qanunvericiliyi ilə
müəyyən edilir.
Maddə 25. Uşağın
istirahət hüququ
Hər bir
uşağın istirahət və asudə vaxtdan istifadə
etmək hüququ vardır. Uşaq öz maraqlarına və
qabiliyyətinə uyğun olaraq məktəbdənkənar
istirahət və məşğuliyyət növü
seçməkdə müstəqildir. Valideynlər (onları
əvəz edən digər şəxslər) və
müvafiq dövlət orqanları uşaqların istirahət
və asudə vaxtlarında mənfi tə sirlərə
mə ruz qalmasının qarşısını alan
tədbirlər görməlidirlər.
Dövlət
uşaqların istirahət və asudə vaxtını
səmərəli təşkil etmək, mədəni
həyata və yaradıcılıq fəaliyyətinə
qovuşmasını tə min etmək məqsədilə
məktəbdənkənar müəssisələrin, uşaq
və gənclər idman, mədəniyyət və
sağlamlıq ocaqlarının və digər istirahət
yerlərinin geniş şəbəkəsini yaradır və
inkişaf etdirir, bu obyektlərdən pulsuz və
güzəştli istifadə qaydalarını
müəyyən edir.
Xüsusi
dövlət əhəmiyyətli işlərin
görülməsi ilə bağlı hallar istisna olmaqla
uşaqların məktəbdənkənar istirahət və
asudə vaxtlarının təşkili ilə bağlı
yerlərin ləğvi və başqa məqsədlər
üçün istifadə olunması qadağandır.
Dövlət
və bələdiyyə bədən tərbiyəsi-idman
təşkilatlarında aztəminatlı ailələrdən
olan uşaqlara, valideynlərini itirmiş və valideyn
himayəsindən məhrum olmuş uşaqlara,
məktəbəqədər yaşlı uşaqlara,
sağlamlıq imkanları məhdud uşaqlara bədən
tərbiyəsi-idman xidmətləri pulsuz göstərilir.[13]
Maddə 26. Uşaqların ictimai
təşkilatlarda birləşmək hüququ
Uşaqların
təhsil və ya yaşayış yerlərində
Azərbaycan Respublikasının qanunvericiliyində
müəyyən edilmiş qaydada ictimai birliklər və
ictimai özfəaliyyət orqanları yaratmaq və onlarda
birləşmək hüququ vardır.
Uşaqların
və uşaq ictimai birliklərinin və ictimai
özfəaliyyət orqanlarının siyasi
fəaliyyətə cəlb edilməsinə yol verilmir.
Maddə 27. Uşağın
şərəf və ləyaqətinin müdafiəsi
hüququ
Hər bir
uşağın şərəf və ləyaqətini
müdafiə etmək hüququ vardır. Təhsil
müəssisələrində,
məktəbəqədər və
məktəbdənkənar müəssisələrdə
intizam qaydaları ədalət prinsipinə əsaslanmalı,
tərbiyəedici və qarşılıqlı hörmət
ruhunda olmalıdır. Uşaqların təhqir edilməsi,
şəxsiyyətlərinin alçaldılması
yolverilməzdir.[14]
Uşaqların
şərəf və ləyaqətinə qəsd edilməsi
Azərbaycan Respublikasının qanunvericiliyində
nəzərdə tutulmuş məsuliyyətə səbəb
olur.
Maddə 28. Uşağın istismardan
və zərərli təsirlərdən mühafizəsi
Dövlət
sosial, hüquqi, iqtisadi, tibbi və tərbiyəvi
vasitələrlə uşaqları istismarın bütün
növlərindən, ağır, zərərli və
təhlükəli əməkdən və təsirlərdən mühafizə edir.[15]
Uşaqlara
qarşı fiziki və psixi zorakılıq, uşaqların
cinsi istismarı, onların alkoqolizmə,
dilənçiliyə, qumara, fahişəliyə, narkomaniyaya,
toksikomaniyaya cəlb edilməsi, cinayətkar
məqsədlər üçün onlardan istifadə
edilməsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə
nəzərdə tutulmuş müvafiq məsuliyyətə
səbəb olur.[16]
Maddə 29. Uşaqlara sosial
yardımlar
Dövlət
uşaqlara birdəfəlik ödəmələr, aylıq
müavinətlər, kompensasiyalar formasında sosial
yardımlar verir.
Ehtiyacı olan
uşaqlara müvafiq icra hakimiyyəti orqanları əlavə
yardım və imtiyazlar tətbiq edə bilər.
Sosial yardımlar
uşaqların mənafelərinə uyğun sərf
olunmalıdır.
IV fəsil
Əlverİşsİz
şəraİtə düşmüş uşaqların
müdafİəsİ
Maddə 30. Əlverişsiz
şəraitdə yaşayan uşaqların müdafiəsi
üzrə dövlət proqramları
Dövlət
hərbi əməliyyatlar, epidemiya, təbii və ekoloji
fəlakətlər zonasında yaşayan və ya onların
tə sirinə mə ruz qalan, habelə valideynlərini
itirmiş uşaqların, natamam (valideynlərdən biri
olmayan), aztə minatlı ailələrin
uşaqlarının, şəhid uşaqlarının
müdafiəsini xüsusi proqramlar əsasında tə min
edir.[17]
Maddə 31. Valideyn himayəsindən
məhrum olmuş uşaqların müdafiəsi
tədbirləri
Valideyn
himayəsindən məhrum olmuş uşaqların
müdafiəsi onların övladlığa,
qəyyumluğa, himayəçiliyə, digər
ailəyə verilməsi, bunlar mümkün olmadıqda
isə uşaqlar üçün sosial xidmət
müəssisələrində
yerləşdirilməsi üsulu ilə tə min edilir.[18]
Müdafiə
üsulu müəyyən edilərkən uşağın
etnik mənşəyi, dini və mədəni
mənsubiyyəti, dili, tərbiyəsinin varisliyi
nəzərə alınmalıdır.
Uşaqlar üçün
sosial xidmət müəssisələrində saxlanan
valideyn himayəsindən məhrum olmuş uşaqlar tam
dövlət tə minatındadırlar. Onlar Azərbaycan
Respublikasının qanunvericiliyində nəzərdə
tutulmuş güzəşt və imtiyazlardan istifadə
edirlər.[19]
Maddə 32. Övladlığa
götürmə
Uşağın
övladlığa götürülməsinə onun
mənafeyi naminə Azərbaycan Respublikasının
qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yol
verilir. Övladlığa götürən şəxs
uşağın normal inkişafı və tərbiyəsi
üçün müvafiq imkanlara malik olmalıdır.
Şəxsi mənfəət əldə etmək
məqsədilə uşağın övladlığa
götürülməsi qadağandır. Övladlığa
götürənin sirri dövlət tərəfindən
qorunur.
Azərbaycan
Respublikasının vətəndaşı olan
uşağın əcnəbilər tərəfindən
övladlığa götürülməsinin, habelə
Azərbaycan Respublikası vətəndaşının
əcnəbi uşağı övladlığa
götürməsinin qaydaları dövlətlərarası
müqavilələr və Azərbaycan Respublikasının
qanunvericiliyi ilə müəyyən edilir.
Maddə 33. İnternat
müəssisələrində uşaqların
saxlanmasının və tərbiyəsinin şərtləri
Uşaq
evlərində, internat tipli uşaq
müəssisələrində uşaqların tə
lim-tərbiyəsinin təşkili və keyfiyyətinə
görə həmin müəssisələrin
rəhbərləri məs uliyyət daşıyırlar.
Antipedaqoji və
əxlaqsız hərəkətlərə yol vermiş
şəxslərin uşaq müəssisələrində
işləməsinə yol verilmir.
Uşaq evlərində
və uşaq internat müəssisələrində
uşaqların hərtərəfli fiziki və mə nəvi
inkişafı, şəxsiyyətinin formalaşması
məqsədilə ailə şəraitinə
yaxınlaşan zəruri maddi və mə nəvi-psixoloji
şərait yaradılır.
Maddə 34. İnternat
müəssisələri mə zunlarının
müdafiəsi
İnternat
müəssisələrinin valideyn himayəsindən məhrum
olmuş mə zunlarının hüquq və
mənafelərinin müdafiəsi bu
müəssisələrin rəhbərləri və himayə
orqanları tərəfindən həyata keçirilir.
Təhsilini davam
etdirməyə gedən və ya işə düzələn
internat müəssisələrinin mə zunlarının
Azərbaycan Respublikasının qanunvericiliyində
müəyyən olunmuş miqdarda tə minat almaq hüququ
vardır.
Yaşayış
sahəsi olmayan mə zunların yetkinlik yaşına
çatana qədər bu müəssisələrdə
qalmasına icazə verilir.
Maddə 35. Sağlamlıq imkanları məhdud uşaqların
müdafiəsi
Sağlamlıq imkanları
məhdud uşaqların
növbədənkənar, müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən olunmuş
qaydada tibbi
və defektoloji, habelə “Psixoloji yardım haqqında”
Azərbaycan Respublikasının Qanunu ilə
müəyyən edilmiş qaydada ödənişsiz psixoloji
yardım almaq hüququ vardır.[20]
Dövlət bu uşaqların
sosial bacarıqlarının inkişafına,
peşə-əmək və psixoloji-pedaqoji reabilitasiyasına,
habelə psixoloji korreksiyasına kömək göstərir,
uşaqların sağlamlıq imkanları məhdudluğunun
qarşısını almaq üçün tədbirlər
görür.[21]
Maddə 36. Sağlamlıq imkanları məhdud uşağa qulluq edən şəxslərə
verilən güzəştlər[22]
Sağlamlıq imkanları
məhdud 18 yaşınadək uşağa
qulluq dövrü pensiya hüququ verən iş stajına
daxil edilir və uşağa qulluq edən şəxsə
Azərbaycan Respublikasının qanunvericiliyində
müəyyən edilmiş məbləğdə
müavinət ödənilir.
Yetkinlik
yaşına çatmayan şəxs postvaksinal fəsadla
əlaqədar xəstəliyə tutulduqda ona
qanunvericilikdə müəyyən edilən qaydada sağlamlıq
imkanlarının məhdudluğu müəyyən
edilənədək onun valideynlərindən biri və ya
qanuni nümayəndəsi fasiləsiz iş stajından
asılı olmayaraq, orta əmək haqqının 100 faizi
miqdarında müavinət almaq hüququna malikdir.[23]
Maddə 37. Hərbi
münaqişələr dövründə uşaqların
müdafiəsi
Azərbaycan
dövləti onun hərbi münaqişələrə
cəlb edildiyi ərazidə olan uşaqların
müdafiəsini beynəlxalq hüquqi normalara uyğun olaraq
tə min etməyi öz üzərinə götürür.
Hərbi
idarələr döyüş əməliyyatları
zonasında olan uşaqların təhlükəsiz
yerlərə köçürülməsi, onların
həyatının və sağlamlığının
mühafizəsi üçün bütün mümkün
imkanlardan istifadə etməlidirlər.
15
yaşına çatmamış uşaqların hərbi
əməliyyatlarda birbaşa iştirakı qadağan edilir.
Uşaqların hərbi-təhsil məktəblərinə
cəlb edilməsi qaydaları Azərbaycan Respublikasının
müvafiq qanunvericiliyi ilə müəyyən edilir.
Maddə 38. Təbii
fəlakətlər, bədbəxt hadisələr və
qəzalar nəticəsində zərər çəkmiş
uşaqların müdafiəsi
Dövlət
təbii fəlakətlər, bədbəxt hadisə və
qəzalar nəticəsində əlverişsiz
şəraitə düşmüş və ya zərər
çəkmiş uşaqlara tə cili əvəzsiz
kömək göstərir, onların təhlükəsiz
yerlərə köçürülməsi üçün
tə xirəsalınmaz tədbirlər görür.
Belə
uşaqlar valideynlərini itirdikdə onlar valideyn
himayəsindən məhrum olmuş digər uşaqlar
üçün nəzərdə tutulmuş qaydada
dövlət tərəfindən müdafiə olunurlar.
Maddə 39. Qaçqın və ya
məcburi köçkün uşaqların müdafiəsi
Qaçqın
və ya məcburi köçkün olan uşaqların
müvafiq status almaq hüququ vardır. Dövlət onları
lazımi müdafiə və humanitar yardımla tə min etmək
üçün tə cili müvafiq tədbirlər
görür, belə uşaqların valideynlərinin
axtarılmasını təşkil edir, bu məqsədlə
beynəlxalq təşkilatlarla əməkdaşlıq edir,
qeyri-dövlət təşkilatlarının
fəaliyyətinə zəruri köməklik göstərir.
Maddə 39-1.
Uşaqların
baxımsızlığının və hüquq
pozuntularının profilaktikası[24]
Dövlət
qanunvericiliklə müəyyən edilmiş qaydada
uşaqların baxımsızlığının və
hüquq pozuntularının profilaktikasını həyata
keçirir.
Maddə 40. İnzibati xəta
törətmiş uşaqların işlərinə
baxılmasının xüsusiyyətləri[25]
İnzibati
xəta
törətmiş uşaqların
işlərinə Azərbaycan Respublikasının
qanunvericiliyi ilə müəyyən olunmuş qaydada və
orqanlar tərəfindən baxılır. Həmin uşaqlar
barəsində qərar çıxarılarkən
uşağa humanist mövqedən yanaşılmalıdır.
Tənbeh
tədbirləri seçilərkən işin halları,
uşağın yaşı, həyat şəraiti,
səhhəti, psixi inkişafı və təhsili
nəzərə alınmalıdır.
Maddə 41. Xüsusi tərbiyə
müəssisələrində olan uşaqların
hüquqları
Uşaqların
xüsusi tə lim-tərbiyə, yaxud
ixtisaslaşdırılmış tibb
müəssisələrinə göndərilməsinə
yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə
müəyyən edilmiş qaydada yol verilir.
Xüsusi
tə lim-tərbiyə və ya
ixtisaslaşdırılmış tibb
müəssisələrində olan uşaqların onlarla
humanist davranması, səhhətinin mühafizəsi,
zəruri təhsil və peşə hazırlığı
almaq, mə zuniyyət, yazışma, valideynləri və
qohumları ilə görüşmək hüququ vardır.
Maddə 42. Cinayət icraatı
qaydalarının uşaqlara tətbiqinin
xüsusiyyətləri
Uşaqlar
barəsində məhkəməyədək icraatın,
həmçinin birinci, apellyasiya və kassasiya instansiyaları
icraatının xüsusiyyətləri Azərbaycan
Respublikasının Cinayət-Prosessual Məcəlləsi
ilə müəyyən edilir.
Uşaqların
törətdikləri cinayətlər üzrə
məhkəməyədək icraat yalnız ibtidai istintaq
şəklində aparılır. Uşaqlar barəsində
həbsə alma qətimkan tədbirinin tətbiq edilməsinə
yalnız onlara az ağır zorakı cinayətin, habelə
ağır və ya xüsusilə ağır cinayətin
törədilməsi istinad edildikdə yol verilir.
Uşaqların azadlıqdan məhrum edilməsi ilə
bağlı olan cəza tədbirləri
məhkəmələr Tərəfindən yalnız həmin
məsələnin mükəmməl baxılmasından sonra
tətbiq edilməli və imkan daxilində aşağı
həddə təyin edilməlidir.[26]
Həbs
edilmiş uşağı onun mənafeyinin tələb etdiyi
hallardan başqa yaşlılarla bir yerdə saxlamaq qadağan
edilir. Azadlıqdan məhrum etmə növündə
cəzaya məhkum edilmiş uşaqlar Azərbaycan
Respublikasının Cəzaların İcrası
Məcəlləsi ilə müəyyən edilmiş qaydada
tərbiyə müəssisələrində
saxlanılırlar.[27]
Uşaqların
saxlandığı tərbiyə
müəssisələrinin müdiriyyəti
onların vicdanlı və layiqli vətəndaş kimi
yetişməsi, müvafiq təhsil və peşə
vərdişləri əldə etməsi üçün
müvafiq şərait yaratmalıdırlar.[28]
V fəsil
Yekun müddəalar
Maddə 43. Uşaq hüquqlarına
əməl edilməsi üzərində nəzarətin
və uşaq baxımsızlığına qarşı
mübarizənin təşkili
Uşaq
hüquqlarına əməl edilməsi üzərində
nəzarətin və uşaq baxımsızlığına
qarşı mübarizənin təşkili müvafiq icra
hakimiyyəti orqanları tərəfindən həyata
keçirilir.
Maddə 44. Bu Qanunun pozulmasına
görə məs uliyyət
Bu
Qanunun tələblərinin pozulmasında təqsirkar olan
şəxslər Azərbaycan Respublikasının
qanunvericiliyinə uyğun olaraq məs uliyyət
daşıyırlar.
Maddə 45. Beynəlxalq
müqavilələr
Azərbaycan
Respublikasının tərəfdar çıxdığı
dövlətlərarası müqavilələrlə bu Qanun
arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq
müqavilələr tətbiq edilir.
Azərbaycan
Respublikasının Prezidenti Heydər
ƏLİYEV
Bakı şəhəri, 19 may 1998-ci il
¹ 499-IQ
İSTİFADƏ
OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN
SİYAHISI
1. 20 fevrel 2001--ci il tarixli 88-IIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2001-ci il, ¹ 3, maddə 143)
2. 5 oktyabr 2001-ci il tarixli 183-IIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2001-ci il, ¹ 11, maddə 676)
3. 12 oktyabr 2001-ci il tarixli 194-IIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2001-ci il, ¹ 11, maddə 687)
4. 15 noyabr 2001--ci il tarixli 214-IIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2001-ci il, ¹ 12, maddə 731)
5. 23 aprel 2002-ci il tarixli 311-IIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2002-ci il, ¹ 5, maddə 241)
6. 24 may 2002-ci il tarixli 333-IIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2002-ci il, ¹ 6, maddə 328)
7. 30 dekabr 2003-cü il tarixli
568-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2004-cü il, ¹ 2, maddə 57)
8. 5 mart 2004-cü il tarixli 598-IIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2004-cü il, ¹ 3, maddə 133)
9. 18 may 2004-cü il tarixli 652-IIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2004-cü il, ¹ 7, maddə 507)
10. 30 dekabr 2005-ci il tarixli 50-IIIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2006-cı il, ¹ 2, maddə 75)
11. 17 aprel 2007-ci il tarixli 313-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 6, maddə 560)
12. 13 iyun 2008-ci il tarixli 648-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2008-ci il, ¹7, maddə 602)
13. 4 dekabr 2009-cu il tarixli 924-IIIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 13 fevral 2010-cu il, ¹ 34,
Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, ¹2,
maddə 70)
14. 5 mart 2010-cu il tarixli 971-IIIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 18 aprel 2010-cu il, ¹ 82, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, ¹ 04, maddə
275)
15. 29 oktyabr 2013-cü il tarixli 803-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 29 noyabr 2013-cü il, ¹ 263;
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü
il, ¹ 11, maddə 1317)
16. 03 aprel 2015-ci il tarixli 1237-IVQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Respublika” qəzeti, 07
may 2015-ci il, ¹ 097, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2015-ci il, ¹ 5, maddə 484)
17. 29 aprel 2016-cı il tarixli 211-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 07 iyun 2016-cı il, ¹ 121, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 6,
maddə 968)
18. 31 may 2017-ci il tarixli 697-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 12 iyul 2017-ci il, ¹ 147, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2017-ci il, ¹7 , maddə 1263)
19. 7 dekabr 2018-ci
il tarixli 1387-VQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti,
18 yanvar 2019-cu il, ¹ 13, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹ 01, maddə
9)
20. 8 oktyabr 2019-cu il tarixli 1675-VQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti,
15 noyabr 2019-cu il, ¹ 253, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2019-cu il, ¹ 11, maddə 1684)
21. 19 noyabr 2019-cu il tarixli 1691-VQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti,
21 dekabr 2019-cu il, ¹ 284, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2019-cu il, ¹ 12, maddə 1881)
22. 3 dekabr 2019-cu il tarixli 1722-VQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 27 dekabr
2019-cu il, ¹ 289, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2019-cu il, ¹ 12, maddə 1908)
23. 8 may 2020-ci il tarixli 92-VIQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 1 iyul 2020-ci
il, ¹ 124, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2020-ci il, ¹ 6, maddə 670)
24. 19 may 2020-ci il tarixli 109-VIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti,
18 iyul 2020-ci il, ¹ 139, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2020-ci il, ¹ 7, maddə 827)
25. 6 oktyabr 2020-ci il tarixli 182-VIQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 15 noyabr
2020-ci il, ¹ 238, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 11, maddə
1332)
QANUNA EDİLMİŞ
DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN
SİYAHISI
[1] 12 oktyabr 2001-ci il tarixli 194-IIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2001-ci il, ¹ 11, maddə 687) ilə 1-ci maddədə "çatmamış"
sözü "(yetkinlik
yaşına) çatmayan və tam fəaliyyət
qabiliyyəti əldə etməyən" sözləri
ilə əvəz edilmişdir.
[2] 4 dekabr 2009-cu il tarixli 924-IIIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 13 fevral 2010-cu il, ¹ 34,
Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, ¹2,
maddə 70) ilə 4-cü maddənin mətni ikinci
hissə hesab olunmuşdur və maddəyə birinci hissə
əlavə edilmişdir.
[3] 29 oktyabr 2013-cü il
tarixli 803-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 29 noyabr 2013-cü il, ¹ 263;
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü
il, ¹ 11, maddə 1317) ilə 9-cu maddəsinin ikinci
hissəsi həmin maddənin üçüncü hissəsi
hesab edilmişdir və maddəyə ikinci hissə
əlavə edilmişdir.
[4] 4 dekabr 2009-cu il tarixli 924-IIIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 13 fevral 2010-cu il, ¹ 34,
Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, ¹2,
maddə 70) ilə 9-cu maddənin ikinci hissəsində “bağlı”
sözündən sonra “və
uşaqların həyatına, sağlamlığına
və ya mənəviyyatına təhlükə
törədə bilən digər” sözləri
əlavə edilmişdir.
18 may 2004-cü il
tarixli 652-IIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, ¹ 7,
maddə 507) ilə 9-cu maddənin ikinci hissəsi yeni
redaksiyada verilmişdir.
Əvvəlki
redaksiyada deyilirdi:
Alkoqol və tütün mə
mulatlarının uşaqlara satılması, habelə
onların istehsalında və satışında uşaq
əməyindən istifadə edilməsi qadağandır.
17 aprel 2007-ci il
tarixli 313-IIIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 6, maddə
560) ilə 9-cu maddəsinin ikinci hissəsində “, narkotik vasitələrin və
preparatların” sözləri
çıxarılmışdır, “işlərində” sözündən sonra “, həmçinin narkotik
vasitələrin, psixotrop maddələrin və onların
prekursorlarının dövriyyəsi ilə bağlı işlərdə”
sözləri əlavə edilmişdir.
8 may 2020-ci il tarixli 92-VIQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 1 iyul 2020-ci
il, ¹ 124, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2020-ci il, ¹ 6, maddə 670) ilə 9-cu maddənin
üçüncü hissəsində “Alkoqol və” sözləri “Alkoqollu və energetik içkilərin, habelə”
sözləri ilə, “spirtli”
sözü “alkoqollu və
energetik” sözləri ilə əvəz edilmişdir.
6 oktyabr 2020-ci il tarixli 182-VIQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 15 noyabr
2020-ci il, ¹ 238, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 11, maddə
1332) ilə 9-cu
maddənin üçüncü hissəsi yeni redaksiyada
verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
Alkoqollu
və energetik içkilərin, habelə tütün
məmulatlarının uşaqlara satılması, əmək
şəraiti ağır, zərərli
olan iş yerlərində, o cümlədən yeraltı
tunellərdə, şaxtalarda və digər yeraltı işlərdə, habelə
onların əxlaqi kamilliyinə mənfi təsir
göstərən gecə klublarında, barlarda, eləcə də alkoqollu
və energetik
içkilərin, tütün məmulatlarının istehsalı,
daşınması, satışı və saxlanılması
işlərində, həmçinin narkotik vasitələrin, psixotrop
maddələrin və onların prekursorlarının
dövriyyəsi ilə bağlı və uşaqların
həyatına, sağlamlığına və ya
mənəviyyatına təhlükə törədə
bilən digər işlərdə
uşaq əməyinin
tətbiq edilməsi qadağandır.
[5] 03 aprel 2015-ci il tarixli 1237-IVQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Respublika” qəzeti, 07 may 2015-ci il, ¹ 097, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, ¹ 5, maddə
484) ilə 10-cu maddəsinin birinci
hissəsinə “vətəndaşlıq”
sözündən əvvəl “Azərbaycan
Respublikasının vətəndaşlığı
haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci
maddəsinin birinci və ikinci hissələrində
nəzərdə tutulmuş hallar istisna olmaqla,”
sözləri əlavə edilmişdir.
[6] 7 dekabr 2018-ci
il tarixli 1387-VQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti,
18 yanvar 2019-cu il, ¹ 13, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹ 01, maddə
9) ilə 11-ci maddənin ikinci hissəsində “, məktəbdə,
məktəbəqədər və
məktəbdənkənar uşaq təlim-tərbiyə”
sözləri “və təhsil”
sözləri ilə əvəz edilmişdir.
[7] 8 may 2020-ci il tarixli 92-VIQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 1 iyul 2020-ci
il, ¹ 124, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2020-ci il, ¹ 6, maddə 670) ilə 11-1.1.8-ci maddəyə hər iki
halda “alkoqollu”
sözündən sonra “və
energetik” sözləri əlavə edilmişdir.
[8] 31 may 2017-ci il tarixli 697-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 12 iyul 2017-ci il, ¹ 147, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2017-ci il, ¹7 , maddə 1263) ilə 11-1-ci maddə əlavə edilmişdir.
[9] 12 oktyabr 2001-ci il
tarixli 194-IIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2001-ci il, ¹ 11, maddə 687) ilə 12-ci maddənin üçüncü
hissəsi yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada
deyilirdi:
Uşaq, valideynləri və ya onları
əvəz edən şəxslər tərəfindən
qəddar rəftara mə ruz qaldıqda müvafiq icra
hakimiyyəti və prokurorluq orqanları, ictimai
təşkilatlar vasitəsilə müdafiə olunmaq hüququna
malikdir.
[10] 29 aprel 2016-cı il tarixli 211-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 07 iyun
2016-cı il, ¹ 121, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 6,
maddə 968) ilə 15-ci maddəsinə yeni məzmunda ikinci
hissə əlavə edilmişdir.
19 noyabr 2019-cu il tarixli 1691-VQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti,
21 dekabr 2019-cu il, ¹ 284, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2019-cu il, ¹ 12, maddə 1881) ilə
15-ci maddəsinin ikinci hissəsində “sağlamlığına və inkişafına ziyan
vuran” sözləri “zərərli”
sözü ilə, “müvafiq
qanunla” sözləri “Uşaqların
zərərli informasiyadan qorunması haqqında” Azərbaycan
Respublikasının Qanunu ilə” sözləri ilə
əvəz edilmişdir.
[11] 8 may 2020-ci il tarixli 92-VIQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 1 iyul 2020-ci
il, ¹ 124, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2020-ci il, ¹ 6, maddə 670) ilə 20-ci maddəyə yeni məzmunda
üçüncü hissə əlavə edilmişdir.
[12] 23 aprel 2002-ci il
tarixli 311-IIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, ¹ 5, maddə
241) ilə 21-ci maddədə "itkin düşmüş" sözlərindən
sonra "və ya
ölmüş" sözləri əlavə
edilmişdir.
[13] 5 mart 2010-cu il
tarixli 971-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 18 aprel 2010-cu il,
¹ 82, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu
il, ¹ 04, maddə 275) ilə 25-ci maddəsinə
dördüncü hissə əlavə edilmişdir.
[14] 7 dekabr 2018-ci
il tarixli 1387-VQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti,
18 yanvar 2019-cu il, ¹ 13, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹ 01, maddə
9) ilə 27-ci maddənin ikinci
cümləsindən “,
məktəbəqədər və
məktəbdənkənar müəssisələrdə”
sözləri çıxarılmışdır.
[15] 5 oktyabr 2001-ci il tarixli 183-IIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, ¹ 11, maddə
676) ilə 28-ci maddənin birinci
hissəsində "əməkdən"
sözündən sonra "və
təsirlərdən" sözləri əlavə edilmişdir.
[16] 5
oktyabr 2001-ci il tarixli 183-IIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2001-ci il, ¹ 11, maddə 676) ilə 28-ci maddənin ikinci hissəsi
çıxarılmışdır.
[17] 3 dekabr 2019-cu il tarixli 1722-VQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 27 dekabr 2019-cu
il, ¹ 289, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2019-cu il, ¹ 12, maddə 1908) ilə 30-cu
maddədə “yetim”
sözü “valideynlərini
itirmiş” sözləri ilə əvəz edilmişdir.
[18] 3 dekabr 2019-cu il tarixli 1722-VQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 27 dekabr
2019-cu il, ¹ 289, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2019-cu il, ¹ 12, maddə 1908) ilə 31-ci
maddənin 1-ci hissədə “uşaqlara baxan müvafiq
müəssisələrdə” sözləri “uşaqlar üçün sosial
xidmət müəssisələrində” sözləri
ilə əvəz edilmişdir.
[19] 3 dekabr 2019-cu il tarixli 1722-VQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 27 dekabr 2019-cu
il, ¹ 289, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2019-cu il, ¹ 12, maddə 1908) ilə 31-ci
maddənin -cü hissədə “Uşaq
müəssisələrində” sözləri “Uşaqlar üçün sosial
xidmət müəssisələrində” sözləri
ilə əvəz edilmişdir.
[20] 15 noyabr 2001--ci il
tarixli 214-IIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, ¹ 12, maddə
731) ilə 35-ci maddəsinin birinci hissəsində "pulsuz və ya
güzəştlə" sözləri "müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyən olunmuş qaydada"
sözləri ilə əvəz edilmişdir.
8 oktyabr 2019-cu il tarixli 1675-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 15 noyabr 2019-cu il, ¹ 253, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹ 11, maddə
1684) ilə 35-ci maddənin birinci abzasında “tibbi, defektoloji və psixoloji”
sözləri “tibbi və
defektoloji, habelə “Psixoloji yardım haqqında” Azərbaycan
Respublikasının Qanunu ilə müəyyən edilmiş
qaydada ödənişsiz psixoloji” sözləri ilə
əvəz edilmişdir.
[21] 13 iyun 2008-ci il tarixli 648-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2008-ci il, ¹7, maddə 602) ilə adında və
birinci hissədə “Əlil,
əqli və fiziki çatışmazlıqları olan” sözləri
“Sağlamlıq imkanları
məhdud” sözləri ilə əvəz edilmişdir
və ikinci hissədə “əlilliyinin”
sözü “sağlamlıq
imkanları məhdudluğunun” sözləri ilə
əvəz edilmişdir.
8 oktyabr 2019-cu il tarixli 1675-VQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti,
15 noyabr 2019-cu il, ¹ 253, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2019-cu il, ¹ 11, maddə 1684) ilə 35-ci maddənin ikinci abzasında “sosial və psixoloji reabilitasiyasına” sözləri
“sosial reabilitasiyasına,
psixoloji reabilitasiya və psixoloji korreksiyasına”
sözləri ilə əvəz edilmişdir.
19 may 2020-ci il tarixli 109-VIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti,
18 iyul 2020-ci il, ¹ 139, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2020-ci il, ¹ 7, maddə 827) ilə 35-ci
maddənin ikinci hissəsi yeni redaksiyada verilmişdir.
Əvvəlki
redaksiyada deyilirdi:
Dövlət bu
uşaqların sosial reabilitasiyasına, psixoloji reabilitasiya və
psixoloji korreksiyasına, imkanlarına uyğun
təhsil almalarına, peşə seçmələrinə,
əməyə cəlb olunmalarına köməklik
göstərir, uşaq sağlamlıq imkanları
məhdudluğunun
qarşısını almaq üçün müvafiq
tədbirlər görür.
[22] 13 iyun 2008-ci il tarixli 648-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2008-ci il, ¹7, maddə 602) ilə adında “Əlil” sözü “Sağlamlıq imkanları
məhdud” sözləri ilə əvəz edilmişdir,
birinci hissədə “16
yaşınadək əlil” sözləri “Sağlamlıq imkanları məhdud 18
yaşınadək” sözləri ilə əvəz
edilmişdir və ikinci hissədə “əlillik qrupu verilənədək” sözləri “sağlamlıq imkanlarının
məhdudluğu müəyyən edilənədək”
sözləri ilə əvəz edilmişdir.
[23] 20
fevrel 2001--ci il tarixli 88-IIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, ¹ 3, maddə
143) ilə 36-cı maddəyə ikinci hissə
əlavə edilmişdir.
[24] 30 dekabr 2005-ci il
tarixli 50-IIIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2006-cı il, ¹ 2, maddə 75) ilə 39-1-ci maddə
əlavə edilmişdir.
[25] 30 dekabr 2003-cü
il tarixli 568-IIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, ¹ 2,
maddə 57) ilə 40-cı maddəsinin adında və
mətnində "hüquq
pozuntusu" sözləri "xəta"
sözü ilə əvəz edilmişdir.
[26] 5 mart 2004-cü il tarixli 598-IIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2004-cü il, ¹ 3, maddə 133) ilə 42-ci maddəsinin birinci və ikinci
hissələri yeni redaksiyada verilmişdir.
Əvvəlki
redaksiyada deyilirdi:
Uşaqlar
barəsində istintaq hərəkətləri onların
ləyaqət və mənliyini qoruyan, yaşını və
fərdi xüsusiyyətlərini nəzərə alan
xüsusi metodika əsasında aparılmalıdır. Uşaq
şübhə edilən şəxs, müttəhim
qismində cəlb edildiyi və ya tutulduğu andan
müdafiəçi ilə tə min olunur. Azərbaycan
Respublikasının qanunvericiliyi ilə müəyyən
edilmiş hallarda istintaq hərəkətləri
uşağın valideynlərinin, digər qanuni
nümayəndələrinin və ya müəlliminin
iştirakı ilə aparılır. Uşağa psixi və
fiziki tə sir göstərmək, onu şahid ifadəsi
verməyə, və ya təqsirli olmasını boynuna
almağa məcbur etmək qadağandır.
Uşağa
azadlıqdan məhrumetmə cəzası tətbiq
edilərkən işin hallarından asılı olaraq
azadlıqdan məhrumetmə cəzasının qanunda
nəzərdə tutulmuş aşağı həddi tə
yin edilə bilər.
[27] 24 may
2002-ci il tarixli 333-IIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, ¹ 6, maddə
328) ilə ) 42-ci maddənin üçüncü
hissəsindən "və ya
məhkum" sözləri çıxarılmış,
həmin hissəyə ikinci cümlə əlavə
edilmişdir.
Əvvəlki
redaksiyada deyilirdi:
Həbs və ya məhkum edilmiş
uşağı onun mənafeyinin tələb etdiyi hallardan
başqa yaşlılarla bir yerdə saxlamaq qadağan edilir.
[28] 24 may 2002-ci il
tarixli 333-IIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, ¹ 6, maddə
328) ilə 42-ci maddənin dördüncü
hissəsində "azadlıqdan
məhrum etmə yerlərinin" sözləri "tərbiyə
müəssisələrinin" sözləri ilə
əvəz edilmişdir.