Azərbaycan Respublikasında bələdiyyələrin
birləşməsi yolu ilə yeni bələdiyyələrin
yaradılması haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
“Bələdiyyələrin birgə fəaliyyəti,
birləşməsi, ayrılması və ləğv edilməsi
haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə
uyğun olaraq Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
Maddə
1. Azərbaycan
Respublikasında bələdiyyələrin birləşməsi
yolu ilə aşağıdakı yeni bələdiyyələr
yaradılsın:
1. Ağcabədi rayonu üzrə:
1) Mirzəhaqverdili və Yuxarı Qiyaməddinli
bələdiyyələrinin əhatə etdiyi Mirzəhaqverdili
və Qiyaməddinli kəndlərində Yuxarı Qiyaməddinli
bələdiyyəsi.
2. Ağdaş rayonu üzrə:
1) Ağzıbir və Pirəzə bələdiyyələrinin
əhatə etdiyi Ağzıbir, Qaraoğlan və Pirəzə
kəndlərində Pirəzə bələdiyyəsi;
2) Aşağı Nemətabad və Qəribli
bələdiyyələrinin əhatə etdiyi
Aşağı Nemətabad, Qəribli və Yenikənd kəndlərində
Aşağı Nemətabad bələdiyyəsi;
3) Binələr və Güvəkənd
bələdiyyələrinin əhatə etdiyi Binələr,
Davudlu, Əmirarx və Güvəkənd kəndlərində
Güvəkənd bələdiyyəsi;
4) Birinci Aral və Xosrov bələdiyyələrinin
əhatə etdiyi Birinci Aral, Xosrov, İkinci Aral və Sadavat kəndlərində
Xosrov bələdiyyəsi;
5) Cardam və Kotanarx bələdiyyələrinin
əhatə etdiyi Cardam, Kotanarx və Nehrəxəlil kəndlərində
Kotanarx bələdiyyəsi;
6) Dəhnəxəlil və Yuxarı
Ağcayazı bələdiyyələrinin əhatə etdiyi
Türyançay qəsəbəsində və
Aşağı Ağcayazı, Dəhnəxəlil, Yuxarı
Ağcayazı kəndlərində Dəhnəxəlil bələdiyyəsi;
7) Eymur və Qaradeyin bələdiyyələrinin
əhatə etdiyi Ağcaqovaq, Eymur, Ərəbşəki və
Qaradeyin kəndlərində Eymur bələdiyyəsi;
8) Ərəb və Kükəl bələdiyyələrinin
əhatə etdiyi Ərəb, Hüşün və Kükəl
kəndlərində Kükəl bələdiyyəsi;
9) Ərəbocağı və Pirkəkə
bələdiyyələrinin əhatə etdiyi Ərəbocağı
və Pirkəkə kəndlərində Pirkəkə bələdiyyəsi;
10) Korarx və Qolqəti bələdiyyələrinin
əhatə etdiyi Cüvə, Korarx və Qolqəti kəndlərində
Qolqəti bələdiyyəsi;
11) Qarağan Şıxlar və
Yuxarı Qəsil bələdiyyələrinin əhatə
etdiyi Bulaqotağı, Qarağan Sədi, Qarağan
Şıxlar və Yuxarı Qəsil kəndlərində
Yuxarı Qəsil bələdiyyəsi;
12) Qoşaqovaq və Şəkili bələdiyyələrinin
əhatə etdiyi Qoşaqovaq və Şəkili kəndlərində
Qoşaqovaq bələdiyyəsi;
13) Qulbəndə
və Şordəhnə bələdiyyələrinin əhatə
etdiyi Aşağı Qəsil, Bəylik, Qulbəndə, Orta Qəsil
və Şordəhnə kəndlərində Qulbəndə bələdiyyəsi;
14) Mürsəl və Şıxlı bələdiyyələrinin
əhatə etdiyi Qarasuqumlaq, Mürsəl və
Şıxlı kəndlərində Mürsəl bələdiyyəsi;
15) Şəmsabad və Tofiqi bələdiyyələrinin
əhatə etdiyi Əmirmahmud, Qarağan Saatlı, Şəmsabad
və Tofiqi kəndlərində Şəmsabad bələdiyyəsi.
3. Ağsu rayonu üzrə:
1) Gürcüvan və Yenilik bələdiyyələrinin
əhatə etdiyi Elabad, Girdə, Gursulu, Gürcüvan, Hinqar,
Kəndaxan, Kövlüc, Yenikənd və Yenilik kəndlərində
Gürcüvan bələdiyyəsi.
4. Astara rayonu üzrə:
1) Kijəbə, Ojakəran və Tüləküvan
bələdiyyələrinin əhatə etdiyi Kijəbə qəsəbəsində
və Burzubənd, Xıçaso, Noyabud, Ojakəran, Ovala,
Sipiyaəlfətik, Şəmətük, Tüləküvan,
Vənəşikəş kəndlərində Kijəbə
bələdiyyəsi;
2) Maşxan və Təngərüd bələdiyyələrinin
əhatə etdiyi Maşxan və Təngərüd kəndlərində
Təngərüd bələdiyyəsi.
5. Balakən rayonu üzrə:
1) Gərəkli və Poştbinə bələdiyyələrinin
əhatə etdiyi Çorçorbinə, Gərəkli,
Mazımçay və Poştbinə kəndlərində Gərəkli
bələdiyyəsi;
2) Qasbinə və Mahamalar bələdiyyələrinin
əhatə etdiyi Qaracabinə, Qasbinə, Mahamalar və Solban
kəndlərində Mahamalar bələdiyyəsi.
6. Bərdə rayonu üzrə:
1) Lənbəran və Təhlə bələdiyyələrinin
əhatə etdiyi Lənbəran və Təhlə kəndlərində
Lənbəran bələdiyyəsi.
7. Füzuli rayonu üzrə:
1) 1 ¹-li Qayıdış, 2 ¹-li
Qayıdış, 3 ¹-li Qayıdış, 4 ¹-li
Qayıdış və 5 ¹-li Qayıdış bələdiyyələrinin
əhatə etdiyi 1 ¹-li Qayıdış, 2 ¹-li
Qayıdış, 3 ¹-li Qayıdış, 4 ¹-li
Qayıdış və 5 ¹-li Qayıdış qəsəbələrində
3 ¹-li Qayıdış bələdiyyəsi;
2) 6 ¹-li Qayıdış, 7 ¹-li
Qayıdış, 8 ¹-li Qayıdış, 9 ¹-li
Qayıdış, 10 ¹-li Qayıdış və 11 ¹-li
Qayıdış bələdiyyələrinin əhatə
etdiyi 6 ¹-li Qayıdış, 7 ¹-li Qayıdış, 8 ¹-li
Qayıdış, 9 ¹-li Qayıdış, 10 ¹-li
Qayıdış və 11 ¹-li Qayıdış qəsəbələrində
8 ¹-li Qayıdış bələdiyyəsi;
3) Birinci Zobucuq və Beşinci Zobucuq bələdiyyələrinin
əhatə etdiyi Birinci Zobucuq, İkinci Zobucuq,
Üçüncü Zobucuq, Dördüncü Zobucuq və
Beşinci Zobucuq qəsəbələrində Zobucuq bələdiyyəsi.
8. Gədəbəy rayonu üzrə:
1) Arıqdam və Qaradağ bələdiyyələrinin
əhatə etdiyi Arıqdam, Daşbulaq və Qaradağ kəndlərində
Arıqdam bələdiyyəsi;
2) Arıqıran və İnəkboğan
bələdiyyələrinin əhatə etdiyi Arıqıran,
Əyrivəng, İnəkboğan, Kərimli, Köhnəqışlaq
və Qasımlı kəndlərində Arıqıran bələdiyyəsi;
3) Böyük Qaramurad və Qaraməmmədli
bələdiyyələrinin əhatə etdiyi Ataxal,
Böyük Qaramurad, Əmir, Hacıalılar, Heriknaz, Kələman,
Kəsəmən, Qaraməmmədli, Qızıltorpaq,
Qozqaralı, Qurudərə, Poladlı və Toplar kəndlərində
Qaraməmmədli bələdiyyəsi;
4) Çalburun və Miskinli bələdiyyələrinin
əhatə etdiyi Çalburun, Qalakənd, Miskinli və Plankənd
kəndlərində Miskinli bələdiyyəsi;
5) Dəyəqarabulaq və Düzyurd bələdiyyələrinin
əhatə etdiyi Aytala, Dəyəqarabulaq, Düzyurd, Günəşli
və Musayal kəndlərində Düzyurd bələdiyyəsi;
6) Dəyirmandağ və Kiçik
Qaramurad bələdiyyələrinin əhatə etdiyi Dəyirmandağ,
Hacıələkbərli, Kiçik Qaramurad, Köhnəkənd,
Qarovultomba, Qurudərə, Leşkər, Parakənd və
Sarıköynək kəndlərində Kiçik Qaramurad bələdiyyəsi;
7) Düz Rəsullu və
Şınıx bələdiyyələrinin əhatə
etdiyi Bəydəmirli, Çay Rəsullu, Düz Rəsullu, Gərməşöylü,
Göyəlli, Göyəmli, Hüseynqulular, Kollu, Rəhimli,
Şınıx, Təkyemişan və Turşsu kəndlərində
Düz Rəsullu bələdiyyəsi;
8) Ərtəpə və
Söyüdlü bələdiyyələrinin əhatə
etdiyi Ərtəpə, Pirbulaq, Soyuqbulaq və
Söyüdlü kəndlərində Söyüdlü bələdiyyəsi;
9) Gərgər və Şəkərbəy
bələdiyyələrinin əhatə etdiyi Əmiraslanlı,
Gərgər, Gödəkdərə, Heydərli, Qarıkənd,
Qasımağalı, Sarıhəsənli, Şəkərbəy,
Yaqublu və Yenikənd kəndlərində Gərgər bələdiyyəsi;
10) Xarxar və Zəhmətkənd bələdiyyələrinin
əhatə etdiyi Xarxar, Qarabulaq və Zəhmətkənd kəndlərində
Zəhmətkənd bələdiyyəsi;
11) Novoivanovka və Şahdağ bələdiyyələrinin
əhatə etdiyi Arabaçı, Çobankənd,
Novoivanovka, Şahdağ və Yenikənd kəndlərində
Novoivanovka bələdiyyəsi.
9. Goranboy rayonu üzrə:
1) Aşağı Ağcakənd və
Börü bələdiyyələrinin əhatə etdiyi
Aşağı Ağcakənd, Yuxarı Ağcakənd qəsəbələrində
və Börü, Meşəli, Yuxarı Ballıqaya kəndlərində
Aşağı Ağcakənd bələdiyyəsi;
2) Əlirzalı və Xan Qərvənd
bələdiyyələrinin əhatə etdiyi Əlirzalı
və Xan Qərvənd kəndlərində Xan Qərvənd
bələdiyyəsi;
3) Mənəşli və Todan bələdiyyələrinin
əhatə etdiyi Erkeç, Mənəşli və Todan kəndlərində
Todan bələdiyyəsi;
4) Sarov və Yəhərçi Qazaxlar
bələdiyyələrinin əhatə etdiyi Sarov və Yəhərçi
Qazaxlar kəndlərində Sarov bələdiyyəsi.
10. Göygöl rayonu üzrə:
1) Tulallar və Zurnabad bələdiyyələrinin
əhatə etdiyi Aşağı Zurnabad qəsəbəsində
və Gəncə, Tulallar, Zurnabad kəndlərində Zurnabad
bələdiyyəsi.
11. Xaçmaz rayonu üzrə:
1) Bostançı və Dədəli bələdiyyələrinin
əhatə etdiyi Bostançı, Dədəli, Hacıabdurəhimoba,
Kiçik Baraxum, Nağıoba, Palıdlı və Sibiroba kəndlərində
Bostançı bələdiyyəsi;
2) Susayqışlaq və Şollar bələdiyyələrinin
əhatə etdiyi Çaxçaxlı, Maqsudkənd, Pərdiqıran,
Susayqışlaq və Şollar kəndlərində
Susayqışlaq bələdiyyəsi.
12. Qax rayonu üzrə:
1) Əlibəyli və İngiloy
Kötüklü bələdiyyələrinin əhatə
etdiyi Əlibəyli, İbaxlı və İngiloy
Kötüklü kəndlərində Əlibəyli bələdiyyəsi;
2) Qaxbaş və Qax İngiloy bələdiyyələrinin
əhatə etdiyi Bağtala, Xələftala, Keşqutan,
Kiçik Alatəmir, Qaxbaş, Qax İngiloy,
Qımırlı və Uzuntala kəndlərində Qaxbaş
bələdiyyəsi.
13. Qəbələ rayonu üzrə:
1) Abrıx və Tikanlı bələdiyyələrinin
əhatə etdiyi Abrıx, Dandıx və Tikanlı kəndlərində
Tikanlı bələdiyyəsi;
2) Bayramkoxalı və Mamaylı bələdiyyələrinin
əhatə etdiyi Bayramkoxalı, Mamaylı və Ovcullu kəndlərində
Bayramkoxalı bələdiyyəsi;
3) Bılıx, Məlikli və Siləyli
bələdiyyələrinin əhatə etdiyi Bılıx,
Siləyli və Məlikli kəndlərində Məlikli bələdiyyəsi;
4) Böyük Pirəli və Kiçik
Pirəli bələdiyyələrinin əhatə etdiyi
Böyük Pirəli və Kiçik Pirəli kəndlərində
Böyük Pirəli bələdiyyəsi;
5) Bunud, Həzrə və Məmmədağalı
bələdiyyələrinin əhatə etdiyi Bunud, Həzrə
və Məmmədağalı kəndlərində Bunud bələdiyyəsi;
6) Cığatelli, Həmzəli və
Xırxatala bələdiyyələrinin əhatə etdiyi
Cığatelli, Həmzəli və Xırxatala kəndlərində
Cığatelli bələdiyyəsi;
7) Çarxana, Hacıalılı,
Şamlı və Şəfili bələdiyyələrinin əhatə
etdiyi Çarxana, Hacıalılı, Şamlı və Şəfili
kəndlərində Hacıalılı bələdiyyəsi;
8) Çuxur Qəbələ və
Tövlə bələdiyyələrinin əhatə etdiyi
Çuxur Qəbələ və Tövlə kəndlərində
Çuxur Qəbələ bələdiyyəsi;
9) Daşca və Zarağan bələdiyyələrinin
əhatə etdiyi Daşca və Zarağan kəndlərində
Zarağan bələdiyyəsi;
10) Dizaxlı, Yeni Dizaxlı və Zirik bələdiyyələrinin
əhatə etdiyi Dizaxlı, Sarıhacallı, Yeni Dizaxlı və
Zirik kəndlərində Yeni Dizaxlı bələdiyyəsi;
11) İmamlı və Mirzəbəyli bələdiyyələrinin
əhatə etdiyi Corlu, İmamlı və Mirzəbəyli kəndlərində
Mirzəbəyli bələdiyyəsi;
12) Kiçik Əmili, Sırt Yengicə
və Zalam bələdiyyələrinin əhatə etdiyi
Kiçik Əmili, Mollaşıxalı, Sırt Yengicə və
Zalam kəndlərində Zalam bələdiyyəsi;
13) Kötüklü və
Mıxlıqovaq bələdiyyələrinin əhatə
etdiyi Kötüklü, Mıxlıqovaq və Solquca kəndlərində
Mıxlıqovaq bələdiyyəsi;
14) Kürd və Qaradeyin bələdiyyələrinin
əhatə etdiyi Kürd və Qaradeyin kəndlərində
Kürd bələdiyyəsi;
15) Quşlar və Savalan bələdiyyələrinin
əhatə etdiyi Bəyli, Quşlar və Savalan kəndlərində
Quşlar bələdiyyəsi;
16) Seyidqışlaq və Vəndam bələdiyyələrinin
əhatə etdiyi Vəndam qəsəbəsində və
Seyidqışlaq kəndində Vəndam bələdiyyəsi;
17) Topbağ və Yenikənd bələdiyyələrinin
əhatə etdiyi Topbağ və Yenikənd kəndlərində
Yenikənd bələdiyyəsi;
18) Tüntül və Yengicə bələdiyyələrinin
əhatə etdiyi Tüntül və Yengicə kəndlərində
Tüntül bələdiyyəsi;
19) Uludaş və Yemişanlı bələdiyyələrinin
əhatə etdiyi Uludaş və Yemişanlı kəndlərində
Yemişanlı bələdiyyəsi.
14. Quba rayonu üzrə:
1) Alekseyevka və İqrığ bələdiyyələrinin
əhatə etdiyi Alekseyevka, İqrığ və Qacar Zeyid kəndlərində
Alekseyevka bələdiyyəsi;
2) Birinci Nügədi və Qaraçay
bələdiyyələrinin əhatə etdiyi Qaraçay qəsəbəsində
və Birinci Nügədi, Mirzəqışlaq kəndlərində
Birinci Nügədi bələdiyyəsi;
3) Buduq və Yalavanc bələdiyyələrinin
əhatə etdiyi Buduq, Dağüstü, Yalavanc və Zeyid kəndlərində
Buduq bələdiyyəsi;
4) Dağlı-Qələdüz və
Küpçal bələdiyyələrinin əhatə etdiyi
Dağlı, Küpçal, Küsnət, Qələdüz,
Qımıl və Üçgün kəndlərində
Küpçal-Dağlı bələdiyyəsi.
15. Neftçala rayonu üzrə:
1) Bankə, Kürkənd və
Neftçala bələdiyyələrinin əhatə etdiyi
Neftçala şəhərində, Bankə qəsəbəsində
və 2¹-li Mayak və Kürkənd kəndlərində
Neftçala bələdiyyəsi.
16. Samux rayonu üzrə:
1) Qaraarx və Qarayeri bələdiyyələrinin
əhatə etdiyi Qaraarx, Qarayeri və Yenibağ qəsəbələrində
Qarayeri bələdiyyəsi;
2) Sarıqamış və Seyidlər bələdiyyələrinin
əhatə etdiyi Qədili, Sarıqamış və Seyidlər
kəndlərində Seyidlər bələdiyyəsi.
17. Şamaxı rayonu üzrə:
1) Adnalı və Çarhan bələdiyyələrinin
əhatə etdiyi Adnalı, Çarhan, Nüydi və Sabirli kəndlərində
Çarhan bələdiyyəsi;
2) Çuxuryurd və Məlhəm bələdiyyələrinin
əhatə etdiyi Çuxuryurd, Əngəxaran və Məlhəm
kəndlərində Məlhəm bələdiyyəsi;
3) Həmyəli və İkinci
Cabanı bələdiyyələrinin əhatə etdiyi
Cabanı, Həmyəli, İkinci Cabanı və İkinci
Çaylı kəndlərində İkinci Cabanı bələdiyyəsi;
4) Kələxana və Şəhriyar bələdiyyələrinin
əhatə etdiyi Şəhriyar qəsəbəsində və
Kələxana kəndində Şəhriyar bələdiyyəsi;
5) Kərkənc və Mədrəsə
bələdiyyələrinin əhatə etdiyi Mədrəsə
qəsəbəsində və Kərkənc kəndində Mədrəsə
bələdiyyəsi;
6) Mərzəndiyə və Sabir bələdiyyələrinin
əhatə etdiyi Sabir qəsəbəsində və
Çıraqlı, Mərzəndiyə kəndlərində
Sabir bələdiyyəsi;
7) Nağaraxana və Talışnuru bələdiyyələrinin
əhatə etdiyi Nağaraxana və Talışnuru kəndlərində
Nağaraxana bələdiyyəsi;
8) Saqiyan və Şərədil bələdiyyələrinin
əhatə etdiyi Saqiyan, Şərədil və Şirvan kəndlərində
Saqiyan bələdiyyəsi.
18. Şəmkir rayonu üzrə:
1) Çaykənd və Yeni
Göyçə bələdiyyələrinin əhatə
etdiyi Aşağı Çaykənd, Günəşli,
Qaraqoyunlu, Varlı Həyat, Yeni Göyçə və
Yuxarı Çaykənd kəndlərində Yeni
Göyçə bələdiyyəsi;
2) Daşbulaq və İrmaşlı bələdiyyələrinin
əhatə etdiyi Daşbulaq və İrmaşlı kəndlərində
İrmaşlı bələdiyyəsi;
3) Qaracəmirli və Talış bələdiyyələrinin
əhatə etdiyi Qaracəmirli və Talış kəndlərində
Qaracəmirli bələdiyyəsi;
4) Qasımalılar və Şeidlər
bələdiyyələrinin əhatə etdiyi Əhmədli,
Göyməmmədli, Qasımalılar və Şeidlər kəndlərində
Qasımalılar bələdiyyəsi.
19. Tərtər rayonu üzrə:
1) Buruc və Sarıcalı bələdiyyələrinin
əhatə etdiyi Buruc, Güləbatlı, Sarıcalı və
Zolgəran kəndlərində Buruc bələdiyyəsi;
2) Xoruzlu və Kəbirli bələdiyyələrinin
əhatə etdiyi Bayandurlu, Xoruzlu və Kəbirli kəndlərində
Xoruzlu bələdiyyəsi;
3) İrəvanlı və Soyulan bələdiyyələrinin
əhatə etdiyi Hacallı, İrəvanlı, Qapanlı və
Soyulan kəndlərində Soyulan bələdiyyəsi;
4) Kəngərli və Qaradağlı bələdiyyələrinin
əhatə etdiyi Kəngərli, Qaradağlı və Təzəkənd
kəndlərində Qaradağlı bələdiyyəsi.
20. Ucar rayonu üzrə:
1) Qaracallı və Pirkənd bələdiyyələrinin
əhatə etdiyi Küçəkənd, Qaracallı və
Pirkənd kəndlərində Qaracallı bələdiyyəsi.
21. Zaqatala rayonu üzrə:
1) Faldarlı və Qandax bələdiyyələrinin
əhatə etdiyi Faldarlı və Qandax kəndlərində
Qandax bələdiyyəsi;
2) Fındıqlı və Maqov bələdiyyələrinin
əhatə etdiyi Abaəli, Fındıqlı, Höytala,
Maqov, Paşan, Vöhtala və Yolayrıc kəndlərində
Maqov bələdiyyəsi;
3) Gözbarax və Mamrux bələdiyyələrinin
əhatə etdiyi Cimcimax, Ələsgər, Gözbarax və
Mamrux kəndlərində Gözbarax bələdiyyəsi;
4) Kəpənəkçi və Yengiyan
bələdiyyələrinin əhatə etdiyi Kəpənəkçi
və Yengiyan kəndlərində Yengiyan bələdiyyəsi;
5) Mazıx və Uzuntala bələdiyyələrinin
əhatə etdiyi Beretbinə, Cicibinə, Qəbizdərə,
Mazıx və Uzuntala kəndlərində Mazıx bələdiyyəsi;
6) Muxax və Zəyəm bələdiyyələrinin
əhatə etdiyi Muxax və Zəyəm kəndlərində
Muxax bələdiyyəsi.
Maddə
2. Bu Qanunun 1-ci
maddəsinə əsasən birləşən bələdiyyələrin
səlahiyyət müddəti yeni yaradılan bələdiyyələrin
birinci iclas günü başa çatır.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri, 30 may
2014-cü il
¹ 977-IVQ