Meşə təsərrüfatına dəymiş ziyana görə maddi məsuliyyətə cəlb edilmə qaydaları haqqında[1]

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Müəyyən edilsin ki, meşə qanunvericiliyinin pozulmasında təqsirkar olan müəssisələr, idarələr, təşkilatlar, kolxozlar, digər hüquqi şəxslər və vətəndaşlar aşağıdakı hallarda maddi məsuliyyət daşıyırlar:

a) meşə qırma bileti (orderi) olmadan köküstə yaş ağacların və kolların kəsilməsi;

b) köküstə yaş ağac və kolların boy artımı dayanacaq və ya dayanmayacaq dərəcəyə qədər zədələnməsi;

v) kökdən kəsilmiş, həmçinin külək, qar və başqa səbəblər nəticəsində sınmış və yerə yıxılmış ağac və kolların mənimsənilməsi və yaxud köküstə quru ağac və kolların özbaşına qırılması;

q) yandırılması və odla ehtiyatsız rəftar edilməsi nəticəsində meşənin, həmçinin tək-tək və qrup hallında olan ağac və kolların məhv edilməsi, yaxud zədələnməsi;

ğ) meşənin, həmçinin tək-tək və qrup halında olan ağac və kolların quruyacaq və yaxud xəstələnəcək dərəcəyə qədər axar sular, kimyəvi maddələr, sənaye, kommunal-məişət və digər tullantılar ilə zədələnməsi və ya məhv edilməsi;

d) lazımi icazə alınmadan dövlət meşə fondu torpaqlarında tikinti işləri aparılması, anbarlar tikilməsi, ağac emalı və digər işlərin görülməsi;

e) meşə əkinlərində, meşə tingliklərində, böyütmə və plantasiya sahələrində toxmacarların və tinglərin, həmçinin meşənin bərpa edilməsi üçün müəyyən olunmuş sahələrdə təbii yeniyetmələrin və cücərtilərin məhv edilməsi, yaxud zədələnməsi;

ə) meşələrdə və dövlət meşə fondunun meşəsiz torpaqlarında özbaşına ot çalınması, mal-qara otarılması, habelə biçənək və otlaq yerlərinin korlanması;

j) qadağan edilən, yaxud yalnız meşədən əlavə istifadə biletinə əsasən icazə verilən sahələrdə özbaşına qoz, fındıq, şabalıd, yabanı (cır), habelə peyvənd çərdəkli meyvələrin və giləmeyvələrin, qamış və dərman bitkilərinin, meşə döşənəyinin, tökülmüş yarpaqların və bu müqabildən olan digər meşə məhsullarının tədarükü və yığılması;

z) dövlət meşə fondu torpaqlarında məhdudlaşdırıcı nişanların məhv edilməsi və ya korlanması.

2. Tabeçiliyindən asılı olmayaraq, respublikanın bütün meşələrində meşə qanunvericiliyinin pozulması nəticəsində vurulmuş ziyana görə mülkiyyət formasından və fəaliyyət növündən asılı olmayaraq müəssisələrdən, idarələrdən, təşkilatlardan, kolxozlardan və digər hüquqi şəxslərdən və vətəndaşlardan alınan, habelə müsadirə (sekvestr) edilən oduncaq. Sair meşə məhsullarının satışından əldə olunan məbləğ və müəyyən edilmiş qayda üzrə daxil olan digər maliyyə mənbələri hesabına “Meşələrin qorunub saxlanması və təkrar istehsalı” Respublika fondu yaradılsın.

3. “Azərbmeşə” İstehsalat Birliyinə tapşırılsın: [2]

“Meşələrin qorunub saxlanması və təkrar istehsalı” Respublika fondunun Əsasnaməsini 3 ay müddətinə hazırlayıb müəyyən olunmuş qaydada Nazirlər Kabinetinə təqdim etsin;

Rüblük və illik mühasibat hesabatları ilə birlikdə həmin fondun istifadəsi barədə məlumatı Maliyyə Nazirliyinə təqdim etsin.

4. “Azərbmeşə” İstehsalat Birliyinə və Ədliyyə Nazirliyinə tapşırılsın ki, 1994-cü il aprelin 1-dək meşə qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunma qaydalarına dair təlimatı hazırlayıb təsdiq üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinə təqdim etsinlər.[3]

5. Mülkiyyət formasından və fəaliyyət növündən asılı olmayaraq müəssisələr, idarələr, təşkilatlar, kolxozlar və digər hüquqi şəxslər və vətəndaşlar tərəfindən meşə qanunvericiliyinin pozulmasına görə meşə təsərrüfatına vurulan ziyanın miqdarının hesablanması üçün nırx 1-8 saylı əlavələrə əsasən təsdiq edilsin. Bu qərarla təsdiq edilmiş nırxlar 1994-cü ilin yanvar ayının 1-dən tətbiq edilsin. [4]

Bununla əlaqədar Azərbaycan SSR Nazirlər Sovetinin “Meşə təsərrüfatına dəymiş ziyana görə maddi məsuliyyətə cəlb edilmənin qaydaları və miqdarı haqqında” 1968-ci il 11 oktyabr tarixli, 423 saylı və həmin qərarda dəyişikliklər və əlavələr edilməsi barədə 1982-ci il 14 aprel tarixli, 202 saylı və 1989-cu il 20 yanvar tarixli, 35 saylı qərarları qüvvəsini itirmiş sayılsın.

 

Baş nazir   S. HÜSEYNOV

 

Bakı şəhəri, 27 dekabr 1993-cü il

                  № 636

 

 


 

 

Azərbaycan Respublikası

Nazirlər Kabinetinin

1993-cü il 27 dekabr tarixli,

636 №-li qərarına

1 saylı əlavə

 

Meşə əkinlərinin, meşə bərpa işləri üçün nəzərdə tutulan sahələrdə təbii yeniyetmələrin və cücərtilərin məhv edilməsi və ya zədələnməsi nəticəsində vurulmuş ziyanın miqdarının hesablanması üçün

 

Nırx

 

 

minimum əmək haqqının misli ilə

 

Hər hektar üçün ödənilən ziyanın miqdarı

 

dövlət qoruqları, kurort və şəhərətrafı yaşıl zona meşələrində və meşəparklarda

qalan meşələrdə

5 yaşınadək

 

 

suvarılan torpaqlarda

10,0

7,9

dəmyə torpaqlarda

8,6

6,4

6-10 yaşında:

 

 

suvarılan torpaqlarda

14,3

10,0

dəmyə torpaqlarda

11,4

7,9

 

Qeyd:

1. Qaracöhrə, şümşad, dəmir ağacı, ipək akasiyası, qoz, şabalıd, badam, armud, zoğal, sərv və çinar cinslərindən ibarət meşə əkinləri, təbii yeniyetmələr və cücərtilər, habelə meşə toxumluq sahələri üçün ayrılmış meşə əkinləri və cavan bitkilər məhv edildikdə və ya zədələndikdə ziyanın miqdarı yuxarıdakı cədvəlin ikinci sütunundakı nırx iki dəfə artırılmaqla hesablanır.

2. Eldar şamı, palıd və digər bərkyarpaqlı meşə əkinləri, təbii yeniyetmələr və cücərtilər məhv edildikdə və ya zədələndikdə ödənilən ziyanın miqdarı yuxarıdakı cədvəlin ikinci sütunundakı nırx üzrə, dövlət qoruqları, kurort və şəhərətrafı yaşıl zona meşələrində və meşəparklarda yol verilmişdirsə, həmin nırxın bir dəfə yarım miqdarında hesablanır.

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin İşlər müdiri              İ. HACIYEV

 


 

 

Azərbaycan Respublikası

Nazirlər Kabinetinin

1993-cü il 27 dekabr tarixli,

636 №-li qərarına

2 saylı əlavə

 

 

Meşə tingliklərində, böyütmə və plantasiya sahələrində toxmacar və tinglərin məhv edilməsi və ya zədələnməsi nəticəsində vurulmuş ziyanın miqdarının hesablanması üçün

 

Nırx

 

 

minimum əmək haqqının misli ilə

Məhv edilmiş və ya zədələnmiş toxmacar və ting növləri

Ölçü vahidi

Ödənilən ziyanın miqdarı

1. Tingliklərdə və böyütmə sahələrində

 

 

Bir yaşlı toxmacarlar

1 hektar

107,0

İki yaşlı toxmacarlar

1 hektar

121,0

3 yaşınadək yarpaqlı cinslərin tingləri

100 ədəd

4,3

3 yaşınadək iynəyarpaqlı cinslərin, qoz-fındıq və çinar tingləri

100 ədəd

6,4

Gilə və çəyirdəkli cinslərdən calaq edilmiş bir illik tinglər

100 ədəd

4,3

Həmçinin iki və daha çox yaşlı tinglər

100 ədəd

5,7

II.Plantasiyalarda

 

 

Bütün cinslərdən olan tinglər

 

 

bir yaşlı

100 ədəd

2,1

iki yaşlı

100 ədəd

3,6

üç yaşlı

100 ədəd

5,0

 

Qeyd: Qoz, fındıq və sərv plantasiyalarının toxmacarları məhv edildikdə və ya zədələndikdə alınacaq ziyan bu nırxdan iki qat çox hesablanır

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin İşlər müdiri             İ. HACIYEV


 

 

Azərbaycan Respublikası

Nazirlər Kabinetinin

1993-cü il 27 dekabr tarixli,

636 №-li qərarına

3 saylı əlavə

 

Meşələrdə və dövlət meşə fondunun meşəsiz torpaqlarında özbaşına ot çalınması, mal-qara otarılması, biçənəklərin və otlaq yerlərinin korlanması nəticəsində vurulmuş ziyanın miqdarının hesablanması üçün

 

Nırx

 

 

minimum əmək haqqının misli ilə

 

Ödənilən ziyanın miqdarı

 

dövlət qoruğu, kurort və şəhərətrafı yaşıl zona meşələrində, meşəparklarda

qalan meşələrdə

I. Özbaşına ot çalındıqda hər hektar üçün

 

 

Biçənək və otlaq yerləri:

 

 

səpilmiş otlar

5,0

4,6

yaxşılaşdırılmış təbii otlar

2,9

2,4

yaxşılaşdırılmamış təbii otlar (bataqlaşmış sahələrdən savayı)

1,7

1,4

Bataqlaşmış sahələr

1,0

0,9

Biçənək və otlaq yerlərindən kənar sahələr

2,6

2,1

II. Korlanmış biçənək və otlaq yerlərinin hər hektarı üçün

 

 

səpilmiş otlar

38

34

yaxşılaşdırılmış təbii otlar

25

20

yaxşılaşdırılmamış təbii otlar (bataqlaşmış otlardan başqa)

16

14,3

bataqlaşmış otlar

11

8,8

III. Özbaşına mal-qara otarıldıqda hər 10 baş heyvan üçün

 

 

Biçənək və otlaq yerləri:

 

 

iki yaşından yuxarı qaramal və atlar

2,1

1,9

iki yaşınadək iri və xırda buynuzlu mal-qara və atlar

0,9

0,6

keçilər

1,7

1,3

Biçənək və otlaq yerlərindən kənar sahələr:

 

 

iki yaşından yuxarı qaramal və atlar

2,9

2,4

iki yaşınadək iri və xırda buynuzlu mal-qara və atlar

1,3

0,9

keçilər

2,6

1,7

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin İşlər müdiri              İ. HACIYEV


 

 

Azərbaycan Respublikası

Nazirlər Kabinetinin

1993-cü il 27 dekabr tarixli,

636 №-li qərarına

4 saylı əlavə

 

Ağac və kolların boy atmasının dayandırılmasına səbəb olmadan zədələnməsi nəticəsində vurulmuş ziyanın miqdarının hesablanması üçün

Nırx

 

 

minimum əmək haqqının misli ilə

 

Ödənilən ziyanın miqdarı

 

dövlət qoruqlarının meşələrində, kurort meşələrində, şəhərətrafı meşələrində və meşəparklarda

qalan meşələrdə

Yaşı 10-dan yuxarı olan korlanmış (boy artımı dayanmayacaq dərəcəyədək):

 

 

hər 10 ağac üçün

1,1

0,9

hər 10 kol üçün

0,8

0,6

 

Qeyd: Zədələnmiş (boy artımı dayanmayacaq dərəcəyədək) hər bir qaracöhrə, şümşad, dəmirağacı, ipək akasiyası, qoz, şabalıd, badam, armud, zoğal, sərv, çinar, habelə iynəyarpaqlı ağac və kollar üçün bütün meşələrdə ödənilən ziyanın miqdarı yuxarıdakı cədvəlin ikinci sütunundakı nırx iki dəfə artırılmaqla hesablanır.

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin İşlər müdiri           İ. HACIYEV


 

 

Azərbaycan Respublikası

Nazirlər Kabinetinin

1993-cü il 27 dekabr tarixli,

636 №-li qərarına

5 saylı əlavə

 

Qadağan edilən, yaxud yalnız meşədən əlavə istifadə biletlərinə əsasən icazə verilən sahələrdə özbaşına meşə məhsullarının tədarükü və yığılması nəticəsində meşə təsərrüfatına vurulmuş ziyanın hesabanması üçün

Nırx

 

 

minimum əmək haqqının misli ilə

 

Ödənilən ziyanın miqdarı

Hər kiloqramı üçün:

 

Yabanı (cır) meyvələr (alma, armud, zoğal, alça və s.)

0,06

Peyvənd meyvələr (alma, armud, zoğal, alça və s.)

0,12

İtburnu

0,12

Çaytikanı

0,21

Digər dərman bitkiləri

0,10

Şabalıd

0,13

Fındıq

0,14

Qoz

0,17

Fıstıq toxumu

0,11

Palıd

0,05

Cökə

0,10

Qamış, qarğı, meşə döşənəyi və tökülmüş yarpaqlar, hər yığım kubmetri üçün

0,02

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin İşlər müdiri               İ. HACIYEV

 

Qeyd: Meşələrdə bar gətirən meyvə ağaclarının məhsulunu qanuni əsas olmadan əldə edən şəxs, əsassız əldə etdiyi məhsulu geri qaytarmalıdır. Əsassız əldə edilmiş məhsulu eyni ilə qaytarmaq mümkün olmadıqda, dəymiş ziyanın məbləği hüquq pozuntusu baş vermiş tarixdə qüvvədə olan dövlət tərəfindən tənzimlənən qiymətlərlə, dövlət tərəfindən tənzimlənmədiyi hallarda isə, sərbəst satış qiymətləri ilə hesablanır.[5]


 

 

Azərbaycan Respublikası

Nazirlər Kabinetinin

1993-cü il 27 dekabr tarixli,

636 №-li qərarına

6 saylı əlavə

 

Meşələrdə məhdudlaşdırıcı nişanların məhv edilməsi və korlanması nəticəsində meşə təsərrüfatına vurulmuş ziyanın miqdarının hesablanması üçün

Nırx

 

 

minimum əmək haqqının misli ilə

 

Məhv edilmiş və ya zədələnmiş hər məhdudlaşdırıcı nişan üçün ödənilən ziyanın miqdarı

Sərhəd və kvartal dirəkləri

0,6

Vizir və təsərrüfat (qırılacaq meşə sahəsi və s.) dirəkləri

0,3

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin İşlər müdiri                İ. HACIYEV


 

 

Azərbaycan Respublikası

Nazirlər Kabinetinin

1993-cü il 27 dekabr tarixli,

636 №-li qərarına

7 saylı əlavə

 

Ağacların və kolların qanunsuz qırılması və zədələnməsi (boy artımının dayandırılması dərəcəsinədək) nəticəsində vurulmuş ziyanın miqdarının hesablanması üçün

Nırx

 

 

Vətəndaşlardan minimum əmək haqqının misli ilə

 

Ödənilən ziyanın miqdarı

 

dövlət qoruqları, kurort və şəhərətrafı meşələrdə, meşəparklarda və tarlaqoruyucu meşələrdə

qalan meşələrdə

4 santimetrədək (4 santimetr də daxil olmaqla)

0,1

0,1

4,1-8

0,2

0,1

8,1-12

0,3

0,2

12,1-18

0,5

0,4

18,1-20

0,6

0,5

20,1-24

0,8

0,7

24,1-28

1,1

0,8

28,1-32

1,3

1,1

32,1-38

1,7

1,3

38,1-40

2,1

1,7

40,1-44

2,9

2,3

44,1-48

3,6

2,9

48,1-52

4,5

3,6

52 sm-dən yuxarı hər santimetr üçün

0,3

0,2

kol cinslərinin hər kolu üçün

0,2

0,2

1 m2 yaşıllıqlar üçün (qazon, çiçək ləki və s.)[6]

0,2

0,2[7]

 

Qeyd:

I. Şümşad, qaracöhrə, qoz, evkalipt, armud, zoğal, enliyarpaq, ağcaqayın, çinar, tozağacı, ardıc, habelə iynəyarpaqlı ağac və kolların qanunsuz qırılması və ya zədələnməsi (boy artımının dayandırılması dərəcəsinədək nəticəsində dəymiş ziyanın miqdarı yuxarıdakı cədvəlin ikinci sütunundakı nırx iki dəfə artırılmaqla, digər bərkyarpaqlı, qozmeyvəli və meyvə ağaclarının qanunsuz qırılması və ya zədələnməsi (boy artımının dayandırılması dərəcəsinədək) nəticəsində dəymiş ziyanın miqdarı isə yuxarıdakı cədvəlin ikinci sütunundakı nırx üzrə hesablanır.

Külək, qar və başqa səbəblərdən sınmış və ya yerə yıxılmış ağac və kolların mənimsənilməsi və köküstə olan quru ağac və kolların özbaşına qırılması hallarında bu əlavədə göstərilən nırx tətbiq edilmir, belə hallarda meşə təsərrüfatına dəyən ziyan isə köküstə oduncaq buraxılışının mövcud nırxının birinci dərəcəsinin iki qat miqdarında hesablanır.[8]

II. Mülkiyyət formasından və fəaliyyət növündən asılı olmayaraq müəssisələr, idarələr, təşkilatlar və digər hüquqi şəxslər dəymiş ziyanı meşə qanunvericiliyinin pozulmasının, hansı nırx qurşağında olmasından asılı olmayaraq, köküstə oduncaq buraxılışının mövcud nırxının birinci dərəcəsinin on qat miqdarında, kökdən kəsilmiş, külək, qar və başqa səbəblərdən sınmış və yerə yıxılmış ağac və kolların mənimsənilməsi və köküstə quru ağac və kolların özbaşına qırılması hallarında isə göstərilən nırxın iki qat miqdarında ödəyir.

III. Qanunsuz gətirilmiş oduncağın hansı meşə sahəsində qırılmasını müəyyən etmək mümkün olmadıqda, meşə qanunvericiliyini pozanlar, qanunsuz gətirilmiş oduncaq müsadirə edilən halda həmin oduncağın köküstə buraxılışının mövcud nırxının birinci dərəcəsinin üç qat miqdarında, müsadirə edilməyən halda isə həmin nırxın dörd qat miqdarında ziyanı ödəyir.

IV. Bakı, Gəncə və Sumqayıt şəhərlərində ağac və kol cinslərinin qanunsuz kəsilməsi, kökündən çıxarılması və ya boy artımının dayandırılması dərəcəsinə qədər zədələnməsi nəticəsində dəymiş ziyanın miqdarı yuxarıdakı nırx üç dəfə artırılmaqla hesablanır.[9]

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin İşlər müdiri          İ. HACIYEV


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

1995-ci il 1 dekabr tarixli, 259 nömrəli qərarı ilə

təsdiq edilmişdir

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

1993-cü il 27 dekabr tarixli, 636 nömrəli qərarına

8 nömrəli əlavə

 

 

Meşənin yandırılması, odla ehtiyatsız rəftar edilməsi, axar sular, kimyəvi maddələr, sənaye, kommunal-məişət və digər tullantılarla meşənin, tək-tək və qrup halında olan ağac və kolların zədələnməsi və ya məhv edilməsi, həmçinin quruyacaq və yaxud xəstələnəcək dərəcəyə gətirilməsi, habelə lazımi icazə alınmadan dövlət meşə fondu torpaqlarında tikinti işlərinin aparılması, ağac emalı və digər işlərin görülməsi nəticəsində vurulmuş ziyanın miqdarının hesablanması[10]

 

Qaydaları

 

1. Meşənin yandırılması, odla ehtiyatsız rəftar edilməsi, axar sular, kimyəvi maddələr, sənaye, kommunal-məişət və digər tullantılarla meşənin, tək-tək və qrup halında olan ağac və kolların zədələnməsi və ya məhv edilməsi, həmçinin quruyacaq və yaxud xəstələnəcək dərəcəyə gətirilməsi nəticəsində vurulmuş ziyanı meşə qanunvericiliyini pozanlar aşağıdakı dəyər miqdarında ödəyirlər:

meşənin itirilmiş əmtəəlik dəyəri köküstə oduncaq buraxılışının möcud nırxının birinici dərəcəsi miqdarında;

məhv olmuşları əvəz etmək üçün yeni meşə əkini və ya yeniyetmələri yetişdirmək üçün tələb olunan xərclər miqdarında;

ərazinin təmizlənməsi işlərinə tələb olunan, həmçinin yanğının söndürülməsinə sərf olunmuş xərclər miqdarında;

meşə qanunvericiliyinin pozulması nəticəsində baş verən yanğınların meşədə olan binaları, qurğuları və digər əmlakı məhv və yaxud xarab etməsinə görə alınacaq ziyan mülki qanunvericiliyin ümumi normalarında nəzərdə tutulmuş qaydada və miqdarda təyin edilib ödətdirilir.

2. Lazımi icazə alınmadan dövlət meşə fondu torpaqlarında tikinti işlərinin aparılması, ağac emalı və digər işlərin görülməsi nəticəsində vurulmuş ziyanı meşə qanunvericiliyini pozanlar ərazinin meşə təsərrüfatında istifadəsi üçün yararlı vəziyyətə salınması işlərinin dəyəri miqdarında ödəyirlər.

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

  1. 02 mart 1995-ci il tarixli 43 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı
  2. 01 dekabr 1995-ci il tarixli 259 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı
  3. 21 may 1999-cu il tarixli 83 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 05, maddə 332)
  4. 30 sentyabr 2004-cü il tarixli 145 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 09, maddə 757)
  5. 19 sentyabr 2005-ci il tarixli 173 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 09, maddə 864)
  6. 22 may 2017-ci il tarixli 216 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 24 may 2017-ci il, № 110, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 5, maddə 987)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 30 sentyabr 2004-cü il tarixli 145 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 09, maddə 757) ilə “Meşə təsərrüfatına dəymiş ziyana görə maddi məsuliyyətə cəlb edilmə qaydaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 27 dekabr tarixli, 636 nömrəli qərarı ilə təsdiq edilmiş “Meşə əkinlərinin, meşə bərpa işləri üçün nəzərdə tutulan sahələrdə təbii yeniyetmələrin və cücərtilərin məhv edilməsi və ya zədələnməsi nəticəsində vurulmuş ziyanın miqdarının hesablanması üçün nırx”a, “Meşə tingliklərində, böyütmə və plantasiya sahələrində toxmacar və tinglərin məhv edilməsi və ya zədələnməsi nəticəsində vurulmuş ziyanın miqdarının hesablanması üçün nırx”a, “Meşələrdə və dövlət meşə fondunun meşəsiz torpaqlarında özbaşına ot çalınması, mal-qara otarılması, biçənəklərin və otlaq yerlərinin korlanması nəticəsində vurulmuş ziyanın miqdarının hesablanması üçün nırx”a, “Ağac və kolların boy atmasının dayandırılmasına səbəb olmadan zədələnməsi nəticəsində vurulmuş ziyanın miqdarının hesablanması üçün nırx”a, “Qadağan edilən, yaxud yalnız meşədən əlavə istifadə biletlərinə əsasən icazə verilən sahələrdə özbaşına meşə məhsullarının tədarükü və yığılması nəticəsində meşə təsərrüfatına vurulmuş ziyanın hesablanması üçün nırx”a, “Meşələrdə məhdudlaşdırıcı nişanların məhv edilməsi və korlanması nəticəsində meşə təsərrüfatına vurulmuş ziyanın miqdarının hesablanması üçün nırx”a və “Ağacların və kolların qanunsuz qırılması və zədələnməsi (boy artımının dayandırılması dərəcəsinədək) nəticəsində vurulmuş ziyanın miqdarının hesablanması üçün nırx”a görə beş yüksəldici əmsal tətbiq edilsin.

 

[2] 21 may 1999-cu il tarixli 83 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 05, maddə 332) ilə 3-cü bəndi ləğv edilmişdir.

 

[3] 02 mart 1995-ci il tarixli 43 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə 4-cü bəndindən üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinə təqdim sözləri çıxarılmışdır.

 

[4] 01 dekabr 1995-ci il tarixli 259 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə 5-ci bəndin 1-ci abzasında “1—7 sözləri 1—8sözləri ilə əvəz edilmişdir.

 

[5] 01 dekabr 1995-ci il tarixli 259 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə 5 nömrəli əlavəyə yeniməzmunda qeyd əlavə edilmişdir.

 

[6] 19 sentyabr 2005-ci il tarixli 173 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 09, maddə 864) ilə 7 saylı əlavəsinin cədvəlinə sıra üzrə yeni sözləri və Qeyd hissəsinə yeni məzmunda IV bənd əlavə edilsin.

 

[7] 22 may 2017-ci il tarixli 216 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 24 may 2017-ci il, № 110, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 5, maddə 987) ilə “Ağacların və kolların qanunsuz qırılması və zədələnməsi (boy artımının dayandırılması dərəcəsinədək) nəticəsində vurulmuş ziyanın miqdarının hesablanması üçün Nırx”ın Cədvəlindən “1 m2 yaşıllıqlar üçün (qazon, çiçək ləki və s.) 0,2 0,2 sözləri çıxarılmışdır.

 

[8] 01 dekabr 1995-ci il tarixli 259 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə 7 nömrəli əlavədəki qeydin 1-ci bəndinə yeni məzmunda 2-ci abzas əlavə edilmişdir.

 

[9] 22 may 2017-ci il tarixli 216 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 24 may 2017-ci il, № 110, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 5, maddə 987) ilə “Ağacların və kolların qanunsuz qırılması və zədələnməsi (boy artımının dayandırılması dərəcəsinədək) nəticəsində vurulmuş ziyanın miqdarının hesablanması üçün Nırx”da “Qeyd”in IV hissəsi ləğv edilmişdir.

 

[10] 01 dekabr 1995-ci il tarixli 259 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə yeni məzmunda 8 nömrəli əlavə edilmişdir.