“Elektron hökumət” portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı”nın və “İnformasiya sistemlərinin və ehtiyatlarının, elektron xidmətlərin “Elektron hökumət” portalına qoşulması üçün Texniki Tələblər”in təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Elektron hökumət” portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi və elektron xidmətlərin genişləndirilməsi ilə bağlı tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 5 fevral tarixli 813 nömrəli Fərmanının 2.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Elektron hökumət” portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı" təsdiq edilsin (1 nömrəli əlavə).

2. “İnformasiya sistemlərinin və ehtiyatlarının, elektron xidmətlərin “Elektron hökumət” portalına qoşulması üçün Texniki Tələblər” təsdiq edilsin (2 nömrəli əlavə).

3. Mərkəzi icra hakimiyyəti orqanları və digər dövlət qurumları bu qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan informasiya sistemlərinin və ehtiyatlarının “Elektron hökumət” portalına qoşulması üçün zəruri tədbirlər həyata keçirsinlər.

4. “Elektron hökumət” portalının iştirakçıları portala qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının, elektron xidmətlərinin bu qərarın 2-ci hissəsi ilə təsdiq edilmiş Texniki Tələblərə uyğunluğunu təmin etsinlər.

 

Azərbaycan Respublikasının Baş naziri  Artur Rasi-zadə

 

Bakı şəhəri, 1 may 2014-cü il

                  ¹ 118

 

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2014-cü il 1 may tarixli 118 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

1 nömrəli əlavə

 

“Elektron hökumət” portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının

 

SİYAHISI

 

Sıra ¹-si

İnformasiya sisteminin və ehtiyatının adı

1

2

 

1. Daxili İşlər Nazirliyi üzrə

1.1.

“Giriş-çıxış və qeydiyyat” idarələrarası məlumat axtarış sistemi

1.2.

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi İnformasiya Sistemi

1.3.[1]

Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin Xüsusi Həkim Komissiyasının məlumat sistemi

 

2. Ədliyyə Nazirliyi üzrə

2.1.

“Əhalinin Dövlət Reyestri” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi

2.2.

Elektron notariat” informasiya sistemi[2]

2.3.

“Sahibkarlıq Sahəsində Aparılan Yoxlamaların Vahid Məlumat Reyestri” informasiya sistemi

2.4. [3]

“Fərdi elektron pəncərə” elektron məlumat sistemi

2.5.

“Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi

2.6.

“Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestri” informasiya sistemi

2.7.[4]

“Elektron məhkəmə” informasiya sistemi

2.8.[5]

Ədliyyə Nazirliyinin Tibb baş idarəsinin hərbi-həkim komissiyasının məlumat sistemi

 

3. İqtisadiyyat və Sənaye Nazirliyi üzrə[6]

3.1.

İqtisadiyyat və Sənaye Nazirliyinin Vahid Elektron İdarəetmə Sistemi

 

4. Vergilər Nazirliyi üzrə

4.1.

Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi

 

5. Energetika Nazirliyi üzrə

5.1.

Energetika Nazirliyi tərəfindən verilən xüsusi razılıqlar (lisenziyalar) üzrə informasiya ehtiyatı

 

6. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə

6.1.[7]

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemi[8]

6.1-1.

Fərdi uçot sistemində sığortaolunanların məlumat bazası

6.1-2.

Pensiyaçılar üzrə informasiya ehtiyatı[9]

6.2.

Əlilliyi olan şəxslər üzrə informasiya sistemi

6.3.

Sosial müavinət və təqaüdlər üzrə informasiya sistemi

6.4.[10]

Məşğulluq üzrə vakansiya və müavinətlərin informasiya sistemi

 

7. Mədəniyyət və Turizm Nazirliyi üzrə

7.1.

Dövlət rəsm qalereyalarında saxlanılan əsərlərin reyestri

7.2.

CİS naviqasiya sistemi (gomap.az)

 

8. Təhsil Nazirliyi üzrə

8.1.

Milli Təhsil Məlumat Bazası

 

9. Səhiyyə Nazirliyi üzrə

9.1.

Vətəndaşın Elektron Sağlamlıq Kartı Sistemi

9.2.

Tibbi Müayinə Kartı Sistemi

9.3.

Tibb kadrlarının vahid reyestri

 

10. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi üzrə[11]

10.1.

Azərbaycan Respublikasının Dövlət Gəmi və Berbout-çarter Reyestri

10.2.

Dənizçinin şəxsiyyət sənədinin fərdiləşdirilməsi üzrə informasiya sistemi

10.3.

İxrac nəzarətinə düşən mallar (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri) üzrə icazənin verilməsi ilə bağlı informasiya ehtiyatı

10.4.

Uçuşların yerinə yetirilməsi üçün icazələrin verilməsi ilə bağlı informasiya ehtiyatı

 

11. Müdafiə Sənayesi Nazirliyi üzrə

11.1.

İxrac nəzarətinə düşən mallar (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri) üzrə xüsusi icazənin verilməsi ilə bağlı informasiya ehtiyatı

 

12. Kənd Təsərrüfatı Nazirliyi üzrə

12.1.

Kənd təsərrüfatı subyektlərinin informasiya və monitorinq sistemi

12.2.

Kənd təsərrüfatı məhsulları istehsalçılarının qeydiyyat sistemi

 

13. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi üzrə

13.1.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən verilən xüsusi razılıq (lisenziya) üzrə informasiya ehtiyatı

 

14. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi üzrə

14.1.

Respublikanın müxtəlif regionlarında faktiki məskunlaşan və elektrik enerjisi istehlakçıları olan məcburi köçkünlərin elektron formatda adlı siyahılarından ibarət informasiya ehtiyatı

14.2.

Verilmiş status sənədləri üzrə informasiya ehtiyatı

14.3.[12]

Müavinət alan məcburi köçkünlərin adlı siyahıdan ibarət informasiya ehtiyatı

 

15. Dövlət Gömrük Komitəsi üzrə

15.1.

Gömrük xidmətinin vahid avtomatlaşdırılmış idarəetmə sistemi

15.2.[13]

Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Həkim-Tibb Komissiyasının məlumat sistemi

 

16. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi üzrə[14]

16.1.

Hüquqi və fiziki şəxslərə verilmiş torpaq sahələri üzrə informasiya ehtiyatı

 

17. Əmlak Məsələləri Dövlət Komitəsi üzrə

17.1.

Daşınmaz Əmlakın Qeydiyyatı, Kadastrı və İdarə Edilməsi Sistemi

17.2.

Ünvan Reyestri İnformasiya Sistemi

17.3.

İpoteka Kağızının Elektron Sistemi[15]

 

18. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi üzrə

18.1.

Uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankı

18.2.

Məişət zorakılığı ilə bağlı məlumat bankı

 

19. Dövlət Statistika Komitəsi üzrə

19.1.

Statistik məlumatların buraxılış təqvimi və mətbu məlumatların yayım təqvimi üzrə informasiya ehtiyatı

19.2.

Statistik məlumatların verilməsi qaydalarının pozulmasına görə inzibati cərimələr üzrə informasiya ehtiyatı

19.3.

Statistik məlumatlar (göstəricilər) üzrə informasiya ehtiyatı

19.4.

Statistik nəşrlər (kitablar) üzrə informasiya ehtiyatı

 

20. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi üzrə

20.1.

Xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin təsdiqedici sənədlərinin informasiya ehtiyatı

20.2.

Ölçmə vasitələrinin informasiya ehtiyatı

20.3.

Uyğunluq sertifikatları üzrə informasiya ehtiyatı

20.4.

Akkreditasiya olunmuş laboratoriyalar üzrə informasiya ehtiyatı

20.5.

Dövlət standartları üzrə informasiya ehtiyatı

20.6.

İnzibati qərarların informasiya ehtiyatı

 

21. Dövlət Sosial Müdafiə Fondu üzrə[16]

21.1.

Fərdi uçot sistemində sığortaolunanların məlumat bazası

21.2.

Pensiyaçılar üzrə informasiya ehtiyatı

 

22. Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi üzrə[17]

22.1.

Azərbaycan Respublikasının Dövlət Qulluqçuları Reyestri

22.2.

Tələbə-məzun” dövlət elektron məlumat sistemi[18]

22.3.

“Şagird-məzun” dövlət elektron məlumat sistemi[19]

 

23. Dövlət Miqrasiya Xidməti üzrə

23.1.

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi

 

24. Əqli Mülkiyyət Agentliyi üzrə[20]

24.1.

“Qeydiyyat” elektron məlumat bazası

 

25. Satınalmalar üzrə Dövlət Agentliyi üzrə

25.1.

Açıq tender elanları üzrə informasiya ehtiyatı

25.2.

Satınalma müqavilələri üzrə informasiya ehtiyatı

25.3.

Təkliflər sorğusu elanları üzrə informasiya ehtiyatı

25.4.

Kotirovka sorğusu elanları üzrə informasiya ehtiyatı

 

26. Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi üzrə

26.1.

Alternativ və bərpa olunan enerji mənbələri üzrə elektron kadastr və məlumatların emalı sistemi

 

27. Dövlət Dəniz Administrasiyası üzrə[21]

27.1.

Azərbaycan Respublikasının Dövlət gəmi və Berbout-çarter Reyestri

27.2.

Dənizçinin şəxsiyyət sənədinin fərdiləşdirilməsi üzrə informasiya sistemi

 

28. Dövlət Mülki Aviasiya Administrasiyası üzrə

28.1.

İxrac nəzarətinə düşən mallar (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri) üzrə xüsusi icazənin verilməsi ilə bağlı informasiya ehtiyatı

28.2.

Uçuşların yerinə yetirilməsi üçün icazələrin verilməsi ilə bağlı informasiya ehtiyatı

 

29. Milli Arxiv İdarəsi üzrə

29.1.

Elektron arxiv məlumat sistemi

 

30. “Azərsu” Açıq Səhmdar Cəmiyyəti üzrə

30.1.

“Azərsu” ASC-nin Abonent Sistemi və Coğrafi İnformasiya Sistemi

 

31. “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti üzrə[22]

31.1.

Enerji Təchizatının Avtomatlaşdırılmış İdarəetmə sistemi

 

32. “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti üzrə[23]

32.1.

Azərişıq” ASC-nin abunəçiləri üzrə “Əhali” abunə informasiya bazası

 

33. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyi üzrə

33.1.

Qaz abunəçiləri üzrə informasiya ehtiyatı

 

34. Müdafiə Nazirliyi üzrə[24]

34.1.

Müdafiə Nazirliyinin xüsusi təyinatlı təhsil müəssisələrinin vahid məlumat sistemi

34.2[25]

Müdafiə Nazirliyinin hərbi-həkim komissiyasının (hərbi-uçuş komissiyasının) məlumat sistemi

 

35. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası üzrə[26]

35.1.

“Tələbə-məzun” dövlət elektron məlumat sistemi

 

36. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti üzrə

36.1.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Vahid elektron informasiya sistemi

 

37. Maliyyə Bazarlarına Nəzarət Palatası üzrə[27]

37.1.

Maliyyə Bazarlarına Nəzarət Palatasının Mərkəzləşdirilmiş Kredit Reyestri

 

38. Yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəlikləri üzrə

38.1.

Ailə tərkibi və təsərrüfatı barədə məlumatlar

38.2.

Qəyyumluqda (himayədə) olan uşaqlar barədə məlumatlar

 

39. Fövqəladə Hallar Nazirliyi üzrə[28]

39.1.

Fövqəladə Hallar Nazirliyinin Tibb Xidmətinin Xüsusi Həkim Ekspertiza Komissiyasının məlumat sistemi

 

40. Dövlət Sərhəd Xidməti üzrə

40.1.

Dövlət Sərhəd Xidmətinin Hərbi-Həkim Komissiyasının məlumat sistemi

 

41. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti üzrə

41.1.

Sığortaolunanlar barədə informasiya ehtiyatı

 

42. Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu üzrə:[29]

42.1.

Elektron ipoteka və kredit zəmanət” sistemi[30]

 

43. Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi üzrə:[31]

43.1.

“Güzəştli mənzil” sistemi

 

44. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi üzrə:[32]

44.1.

Dövlət Xidmətlərinin Elektron Reyestri

 

45. Kredit büroları üzrə[33]

45.1.

Kredit tarixçələrinin məlumat bazası

 

Qeyd. Bu Siyahıda dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.[34]

 

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2014-cü il 1 may tarixli 118 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

2 nömrəli əlavə

 

 

İnformasiya sistemlərinin və ehtiyatlarının, elektron xidmətlərin “Elektron hökumət” portalına qoşulması üçün Texniki Tələblər

 

1. Ümumi müddəalar

 

1.1. Bu Texniki Tələblər “Elektron hökumət” portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi və elektron xidmətlərin genişləndirilməsi ilə bağlı tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 5 fevral tarixli 813 nömrəli Fərmanının 2.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır.

1.2. Bu Texniki Tələblər dövlət informasiya sistemlərinin və ehtiyatlarının, elektron xidmətlərin “Elektron hökumət” portalına (bundan sonra - Portal) qoşulması üçün texniki tələbləri və Portala qoşulma ilə bağlı digər qaydaları müəyyən edir.

1.3. Bu Texniki Tələblərdə istifadə olunan anlayışlar Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilmiş mənaları ifadə edir.

 

2. İnformasiya sisteminin və ehtiyatlarının Portalla əlaqəli olan komponentlərinə dair tələblər

 

2.1. Portal iştirakçısının informasiya sistemlərinin və ehtiyatlarının Portalla əlaqəsi aşağıda göstərilən komponentlərdən təşkil olunur:

2.1.1. təhlükəsizlik serveri;

2.1.2. uyğunlaşdırma (adaptasiya) serveri;

2.1.3. istifadəçi interfeysi;

2.1.4. lokal monitorinq stansiyası.

2.2. Təhlükəsizlik serveri Portal üzərindən aparılan məlumat mübadiləsində vasitəçiliyi həyata keçirməklə aşağıdakıları təmin etməlidir:

2.2.1. göndərilən məlumatların imzalanmasını və alınan məlumatların imzalarının yoxlanılmasını;

2.2.2. onun vasitəsilə ötürülən məlumatların arxivləşdirilməsini;

2.2.3. sorğu verən tərəfin xidmətdən istifadə etmə hüququnun yoxlanılmasını və icazəsiz girişin bloklanmasını;

2.2.4. digər Portal iştirakçılarının təhlükəsizlik serverləri ilə aparılan mübadilə məlumatlarının şifrlənmə vasitəsilə məxfiləşdirilməsini.

2.3. Təhlükəsizlik serveri məlumatları şifrələyib imzalamaq üçün Portalın Sertifikat Mərkəzi tərəfindən Portal iştirakçısına verilmiş sertifikatlardan istifadə etməlidir.

2.4. Uyğunlaşdırma (adaptasiya) serveri sorğuların verilməsini və onlara təqdim edilən cavabların Portalın tələblərinə uyğun formaya çevrilməsini təmin etməlidir.

2.5. İstifadəçi interfeysi Portalın istifadəçisinin hüquqlarının idarə edilməsini təmin etməli və yalnız icazəsi olanlara həmin xidmətlərdən istifadə etmə imkanını yaratmalıdır.

2.6. Lokal monitorinq stansiyası Portalın iştirakçısının təhlükəsizlik serverinin vəziyyətinin izlənilməsini və informasiya sisteminin istifadə edilməsi haqqında statistik məlumatların toplanılmasını həyata keçirməlidir.

2.7. Təhlükəsizlik serveri vasitəsilə ötürülən məlumatlara lokal monitorinq stansiyasının giriş hüquqları və əlçatanlığı olmamalıdır.

2.8. Bu Texniki Tələblərin 2.1-ci bəndində qeyd olunan komponentlər Portalın iştirakçısının daxili şəbəkəsində quraşdırılmalı və onların təhlükəsizliyi şəbəkədaxili sistemlərdə olan təhlükəsizlik səviyyəsindən aşağı olmamalıdır.

 

3. Portala qoşulma ilə bağlı inzibati prosedurlar

 

3.1. İnformasiya sistemlərinin və ehtiyatlarının Portala qoşulması dövlət və ya qeyri-dövlət qurumlarının bu Texniki Tələblərin 1 nömrəli əlavəsindəki formaya əsasən ərizə ilə operatora müraciəti və onların bu Texniki Tələblərə uyğunluğunun yoxlanılması əsasında həyata keçirilir.

3.2. Müraciət etmiş dövlət və ya qeyri-dövlət qurumunun informasiya sisteminin və informasiya ehtiyatının portala qoşulmasına, ondan istifadə etməsinə və informasiya sisteminin və informasiya ehtiyatının təhlükəsizliyinin təmin edilməsinə dair texniki və texnoloji imkanları 7 (yeddi) iş günü müddətində qanunvericiliyin tələblərinə uyğun qaydada yoxlanılır. Yoxlamanın nəticəsi müsbət olduqda, Portalın operatoru ilə müraciət etmiş qurum arasında Portala qoşulmağa dair müqavilə bağlanılır.

3.3. Müqavilədə aşağıdakılar əks olunmalıdır:

3.3.1. Portalın iştirakçısı tərəfindən məlumat mübadiləsinin aparılmasına səlahiyyətli olan vəzifəli şəxslərin siyahısı;

3.3.2. Portalın iştirakçısının informasiya sistemi və informasiya ehtiyatından istifadə etməklə, Portal vasitəsilə təqdim etdiyi elektron xidmətlərin siyahısı;

3.3.3. Portalın iştirakçısının Portal vasitəsilə istifadə etdiyi məlumatların siyahısı;

3.3.4. təhlükəsizlik serverinə məsul şəxs (bundan sonra - server inzibatçısı) haqqında məlumat;

3.3.5. göndərilən elektron sorğularının strukturunun təsviri;

3.3.6. Azərbaycan Respublikasının qanunvericiliyi ilə əldə olunması məhdudlaşdırılan informasiyadan istifadə etmə imkanı və ondan istifadə qaydası;

3.3.7. qarşılıqlı məlumat mübadiləsinin xüsusiyyətlərini əks etdirən əlavə müddəalar.

3.4. Bu Texniki Tələblərə cavab verməyən informasiya sistemlərində və ehtiyatlarında zəruri texniki tədbirlər və təkmilləşdirmələr aparılması üçün Portalın operatoru Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 5 fevral tarixli 813 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elektron hökumət” portalı haqqında Əsasnamə” ilə müəyyən olunmuş hərəkətləri həyata keçirməlidir.

3.5. Portalın iştirakçısı təşkilati cəhətdən ləğv edildikdə və hüquqi varisi olmadıqda, onun informasiya sistemi və (və ya) ehtiyatı Portaldan ayrılır.

3.6. Portalın iştirakçısı tərəfindən bu Texniki Tələblərlə və ya qoşulma müqaviləsi ilə müəyyənləşdirilmiş şərtlər pozulduqda, Portalın operatoru şərtlərin pozulmasını əks etdirən yazılı sorğunu Portalın iştirakçısına göndərir. Portalın iştirakçısı sorğunu qəbul etdiyi gündən 1 (bir) ay müddətində pozulmuş şərtlərin aradan qaldırılması istiqamətində zəruri tədbirlərin həyata keçirilməsini təmin etməlidir. Pozulmuş şərtlər müəyyən olunmuş müddətdə aradan qaldırılmadığı halda, Portalın iştirakçısının informasiya sistemi və (və ya) informasiya ehtiyatı Portaldan ayrılır.

3.7. Aşağıda qeyd olunan hallar baş verdikdə, Portalın operatoru Portalın iştirakçısının Portal üzərində fəaliyyətini dərhal dayandırmalı (bloklamalı) və bu Texniki Tələblərin 3.6-cı bəndinə uyğun hərəkətləri həyata keçirməlidir:

3.7.1. Portalın iştirakçısı tərəfindən Portalın fəaliyyətini ləngidəcək, ona zərər vura biləcək və ya onun fəaliyyətinin dayanmasına səbəb olacaq hərəkətlərə yol verildikdə;

3.7.2. informasiya təhlükəsizliyinə və ya fərdi məlumatların mühafizəsinə dair tələblər Portalın iştirakçısı tərəfindən pozulduqda.

3.8. Elektron xidmətin Portala qoşulması üçün Portalın iştirakçısı aşağıdakıları həyata keçirməlidir:

3.8.1. elektron xidmətin Portala qoşulması üçün bu Texniki Tələblərin 2 nömrəli əlavəsində göstərilən formada ərizə ilə Portalın operatoruna müraciət etməlidir;

3.8.2. elektron xidmətin yoxlanılması üçün Portalın test mühitinə qoşulmalı və müvafiq xidmətləri test məlumatları ilə birgə təqdim etməlidir;

3.8.3. təhlükəsizlik serverində elektron xidməti və ona müraciət hüquqlarını müəyyənləşdirməlidir;

3.8.4. elektron xidmətin sorğu qeydiyyat jurnalını (loqları) arxivləşdirməli, arxivləşdirilən məlumatların siyahısını və dövrünü müəyyən edən proseduru yaratmalı, həmçinin arxivləşdirilmiş “loq”lara müraciət hüquqları olan şəxsləri və onların müraciət hüquqlarını müəyyənləşdirməlidir.

3.9. Portalın operatoru təqdim edilən elektron xidmətin bu Texniki Tələblərə, həmçinin elektron xidmətin inzibati reqlamentinə uyğunluğunu yoxladıqdan və sınaqdan (testdən) keçirdikdən sonra 7 (yeddi) iş günü müddətində onun Portala qoşulmasını təmin etməlidir.

3.10. Elektron xidmət sınaqdan müvəffəqiyyətlə keçmədikdə, Portalın operatoru bu Texniki Tələblərin 3.4-cü bəndində nəzərdə tutulmuş hərəkətləri həyata keçirməlidir.

3.11. Portal üzərindən göstərilən elektron xidmətin təkmilləşdirilmiş versiyasının Portala qoşulması bu Texniki Tələblərin 3.9-cu bəndinə uyğun olaraq həyata keçirilir.

3.12. Portalın iştirakçısının hazırladığı elektron xidmətin təkmilləşdirilmiş versiyası sınaq (test) zamanı müsbət nəticələr əldə etdikdə, Portalın operatoru tərəfindən elektron xidmət Portala qoşulmalı, həmçinin elektron xidmətin köhnə versiyasının işləmə müddətinin bitməsi və təkmilləşdirilmiş versiyasının təqdim edilməsi barədə Portalın bütün iştirakçıları məlumatlandırılmalıdır.

3.13. Elektron xidmətin Portaldan ayrılması üçün Portalın iştirakçısı elektron xidmətin ayrılma səbəbini bildirən xəbərdarlıq məktubunu Portalın operatoruna göndərməlidir.

3.14. Portalın operatoru elektron xidməti Portaldan ayırmazdan ən azı 1 (bir) ay əvvəl bu barədə fəaliyyəti əsaslandırmaqla istifadəçiləri məlumatlandırmalıdır.

 

4. Portala qoşulma ilə əlaqədar Portal iştirakçısının təmin edəcəyi texniki tələblər

 

4.1. Portalın iştirakçısı Portala qoşulma ilə əlaqədar aşağıdakı texniki məsələləri həyata keçirməlidir:

4.1.1. informasiya sistemi və ya informasiya ehtiyatı ilə Portal arasında təhlükəsiz rabitə kanalının qanunvericiliyin tələblərinə uyğun təmin edilməsini;

4.1.2. təhlükəsizlik serverinin quraşdırılmasını, onun mərkəzi serverdə qeydiyyatdan keçirilməsini və bu məqsədlə aşağıdakıların icra edilməsini:

4.1.2.1. təhlükəsizlik serverinin əməliyyat sisteminin və onun proqram təminatının quraşdırılmasını;

4.1.2.2. şəbəkə interfeyslərinin konfiqurasiyalarının müəyyənləşdirilməsini;

4.1.2.3. mərkəzi serverlərin ünvanlarının daxil edilməsini;

4.1.2.4. mərkəzi serverlərin sertifikatlarının və açıq açarlarının daxil edilməsini;

4.1.2.5. Portalın Sertifikasiya Mərkəzinin sertifikatının və açıq açarının daxil edilməsini;

4.1.2.6. təhlükəsizlik serverinin şifrləmə açarlarının generasiya edilməsini;

4.1.2.7. şifrləmə açarının sertifikatına dair sorğunun təşkil edilməsini;

4.1.2.8. təhlükəsizlik serverinin elektron imza açarının generasiya edilməsini;

4.1.2.9. elektron imza açarının sertifikatına dair sorğunun yaradılmasını;

4.1.2.10. generasiya edilmiş açarın Portalın Sertifikasiya Mərkəzinin inzibatçısına təhvil verilməsini;

4.1.3. Portal vasitəsilə sorğu vermək hüququna malik olan şəxslərin və ya vəzifələrin təyin edilməsini;

4.1.4. uyğunlaşdırma (adaptasiya) serverinin yaradılmasını, quraşdırılmasını və bu məqsədlə aşağıdakıların icra olunmasını:

4.1.4.1. əməliyyat sisteminin quraşdırılmasını;

4.1.4.2. veb serverin (web server) yaradılmasını və fəaliyyətə başlaması üçün İİS (Internet Information Services) xidmətinin və əlaqəli paketlərin yüklənilməsini;

4.1.4.3. HTTPS (Hypertext Transfer Protocol Secure) və SSL (Secure Sockets Layer) sertifikatlarının yüklənilməsini;

4.1.4.4. uyğunlaşdırma (adaptasiya) serverinin konfiqurasiya edilməsini və konfiqurasiyanın təhlükəsizlik serverində saxlanılmasını;

4.1.5. informasiya sisteminin və ehtiyatlarının informasiya təhlükəsizliyinin təmin edilməsini;

4.1.6. server inzibatçısının təyin edilməsini.

4.2. Server inzibatçısı uyğunlaşdırma (adaptasiya) serverinin aşağıdakı parametrlərini dəyişdirə bilər:

4.2.1. İP ünvanını;

4.2.2. istifadə etdiyi protokolunu (HTTP və ya HTTPS).

 

5. Sorğulara aid tələblər

 

5.1. Portala qoşulmuş informasiya sistemi SOAP (Simple Object Access Protocol) vasitəsilə sorğularla işləmə imkanına malik olmalıdır.

5.2. Sorğuların həcmi 10 kilobaytdan artıq olmamalıdır.

5.3. Sorğunun sistemdən cavablandırılma vaxtı verilənlər bazasında xidmətin emalına və şəbəkə ilə məlumatların ötürülməsinə sərf edilmiş vaxt nəzərə alınmadan 2 (iki) saniyədən artıq olmamalıdır.

5.4. Təhlükəsizlik serveri saniyədə 60 sorğunun emalını təmin etməlidir.

5.5. Məlumatların ötürülməsində 1qiqabit/saniyədən az olmayan ötürmə sürətini dəstəkləyən L2 və daha yüksəksəviyyəli şəbəkə avadanlığı istifadə edilməlidir.

 

6. Portala qoşulan informasiya sistemlərində informasiyanın mühafizəsinə dair tələblər

 

6.1. Portala qoşulan informasiya sistemlərində informasiyanın mühafizəsi aşağıdakı əsas səviyyələr üzrə təmin olunmalıdır:

6.1.1. işçi yeri;

6.1.2. müəssisənin alt strukturları;

6.1.3. müəssisə.

6.2. Portala qoşulan informasiya sistemlərinin təhlükəsizlik sistemi aşağıdakı səviyyələrdə təyin olunmalıdır:

6.2.1. informasiyanın fiziki qorunması;

6.2.2. əlyetərlilik nəzarəti və fərdi identifikasiya;

6.2.3. məlumatların şifrlənməsi üçün açarlardan istifadə;

6.2.4. “əks-sorğu” müdafiəsi.

6.3. Portalın iştirakçısının Portala müraciəti yalnız Portalın Sertifikasiya Mərkəzi tərəfindən verilmiş sertifikata malik olan təhlükəsizlik serveri vasitəsilə aparılmalıdır. Həmin təhlükəsizlik serverində mübadilə prosesi zamanı məlumatların əvvəlcədən şifrlənməsi, Mərkəz tərəfindən verilmiş sertifikatla həmin server tərəfindən imzalanması və şifrlənmiş qeydiyyat jurnalının aparılması təmin olunmalıdır.

6.4. Portalın iştirakçısının Portala müraciəti zamanı təhlükəsizliyin təmin edilməsi məqsədi ilə Portalın operatoru tərəfindən verilmiş sertifikat əsasında autentifikasiya tətbiq olunmalıdır.

6.5. Autentifikasiya aşağıdakı vasitələrdən biri ilə həyata keçirilməlidir:

6.5.1. gücləndirilmiş elektron imza sertifikatı;

6.5.2. Portalın operatoru tərəfindən istifadəçilərə verilən identifikasiya vasitələri;

6.5.3. mobil autentifikasiya sertifikatı;

6.5.4. QR (Quick Response Code) kodunun oxunması.

6.6. Portala qoşulmuş informasiya sistemləri arasında avtomatik sorğular əsasında aparılan informasiya mübadiləsi zamanı sorğunun təşəbbüskarı olan Portal iştirakçısının məlumat mübadiləsinin aparılması üzrə səlahiyyətli şəxs (şəxslər) elektron xidmət istifadəçisi hesab edilir.

6.7. İnformasiya sisteminə Portal istifadəçisinin müraciət hüquqları Portal iştirakçısı tərəfindən müəyyənləşdirilməlidir.

6.8. Portaldan istifadə prosesində informasiya təhlükəsizliyi ilə bağlı baş verən problemlər haqqında məlumatlar Portalın operatoru tərəfindən qeydə alınmalı və saxlanılmalıdır.

Qeyd. Bu Texniki Tələblərdə dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.[35]

 

 


 

 

“İnformasiya sistemlərinin və ehtiyatlarının, elektron xidmətlərin “Elektron hökumət” portalına qoşulması üçün Texniki Tələblər”ə

 

1 nömrəli əlavə

 

İnformasiya sistemlərinin və ehtiyatlarının “Elektron hökumət” portalına qoşulması üçün

 

Ərizə

 

       1. İştirakçı haqqında məlumat

 

İştirakçının adı

 

İştirakçı haqqında qısa məlumat

VÖEN

 

 

 

 

 

 

 

İştirakçının statusu

mərkəzi icra hakimiyyəti orqanı

yerli icra hakimiyyəti orqanı

yerli özünüidarəetmə orqanı

digər təşkilat

 

 

Hüquqi ünvan

 

Faktiki ünvan

 

Qoşulmaq üçün əsas

əsas (hüquqi akt)

digər əsas

qeydlər

 

 

 

İnformasiya sisteminin tam adı

 

İnformasiya ehtiyatının (ehtiyatlarının) tam adı

 

Çıxarışın nömrəsi*

 

İnformasiya sisteminin qiymətləndirilməsinin aparılmasına dair məlumat

qiymətləndirilmənin aparılma tarixi

qiymətləndirilmənin nəticəsinə dair rəy**

 

 

___ _________ 20     il

 

müsbət                mənfi

 

 

* İnformasiya ehtiyatının dövlət informasiya ehtiyatlarının reyestrində və ya fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrində qeydiyyatı barədə çıxarışın nömrəsi (qanunvericiliklə qeydiyyatı tələb olunduğu təqdirdə).

**Müvafiq cavabın altından xətt çəkin.

 

       2. Əlaqə məlumatları

 

 

Soyadı, adı, atasının adı

İş telefonu

Mobil telefonu

Elektron poçt ünvanı

 (e-mail)

Qoşulma üzrə məsul şəxs

 

 

 

 

İştirakçının texniki dəstəyinin təmin olumasında məsul şəxs (ən azı iki nəfər göstərilməlidir)

 

 

 

 

 

 

 

 

 

 

 

       3. Səlahiyyətli vəzifəli şəxs

 

Soyadı, adı, atasının adı

 

Vəzifəsi

 

İmza

 

 

Tarix:     “____” ______________ 20

 

M.Y.

 

 

 


 

“İnformasiya sistemlərinin və ehtiyatlarının, elektron xidmətlərin “Elektron hökumət” portalına qoşulması üçün Texniki Tələblər”ə

 

2 nömrəli əlavə

 

Elektron xidmətin “Elektron hökumət” portalına qoşulması üçün

 

ƏRİZƏ

________________________________________________________________________________

(Portal iştirakçısının adı)

________________________________________________________________________________

(Portal iştirakçısının informasiya sisteminin adı)

 

elektron formada dövlət xidmətlərinin göstərilməsinin təmin edilməsi və dövlət funksiyalarının icrası ilə bağlı

________________________________________________________________________________

(dövlət xidmətlərinin təqdim edilməsini təmin edən müvafiq normativ hüquqi sənədlər barədə məlumat)

________________________________________________________________________________

əsasında xahiş edirəm:

       1. aşağıda göstərilən elektron xidmətin “Elektron hökumət” portalına qoşulmasına köməklik edəsiniz:

 

Sıra

¹-si

Xidmətin adı

İnzibati reqlament barəsində məlumat*

Xidmətin istismarına cavabdeh şəxs haqqında məlumat

soyadı, adı, atasının adı

əlaqə nömrəsi

 

 

 

 

 

 

 

 

 

 

 

*Azərbaycan Respublikası Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi.

2. _________________________________________________________elektron poçt ünvanı və

                                        (elektron poçt ünvanı)

_______________________ telefon nömrəsi vasitəsilə yuxarıda göstərilən elektron xidmətin

             (telefon nömrəsi)

 

Portala qoşulması haqqında məlumatlandırasınız. 

 

Səlahiyyətli vəzifəli şəxs  _________________________                    ____________________

                                                                                                                              (imza, tarix)

 

                                                                                                                                                   M. Y.

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       24 avqust 2015-ci il tarixli 289 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 28 avqust 2015-ci il, ¹ 186, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, ¹8, maddə 974)

2.       4 noyabr 2015-ci il tarixli 353 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, ¹ 11, maddə 1417)

3.       30 mart 2016-cı il tarixli 139 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 20 aprel 2016-cı il, ¹ 83, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 4, maddə 795)

4.       13 may 2016-cı il tarixli 195 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 20 may 2016-cı il, ¹ 108, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 5, maddə 955)

5.       7 iyun 2016-cı il tarixli 214 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 10 iyun 2016-cı il, ¹ 124, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹6, maddə 1192)

6.       21 sentyabr 2016-cı il tarixli 355 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 24 sentyabr 2016-cı il, ¹ 209, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 9, maddə 1582)

7.       15 noyabr 2016-cı il tarixli 450 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 16 noyabr 2016-cı il, ¹ 253, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 11, maddə 1938)

8.       23 dekabr 2016-cı il tarixli 523 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 27 dekabr 2016-cı il, ¹ 288, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 12, maddə 2239)

9.       3 mart 2017-ci il tarixli 73 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 7 mart 2017-ci il, ¹ 51, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹ 3, maddə 473)

10.    28 mart 2017-ci il tarixli 111 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 30 mart 2017-ci il, ¹ 64, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹ 3, maddə 509)

11.    14 sentyabr 2017-ci il tarixli 375 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 15 sentyabr 2017-ci il, ¹ 200, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹9 , maddə 1731)

12.    29 sentyabr 2017-ci il tarixli 409 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 3 oktyabr 2017-ci il, ¹ 215, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹ 9, maddə 1764)

13.    13 fevral 2018-ci il tarixli 44 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti 15 fevral 2018-ci il, ¹ 35, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 2, maddə 348)

14.    8 may 2018-ci il tarixli 209 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti 12 may 2018-ci il, ¹ 106, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 5, maddə 1117)

15.    8 iyun 2018-ci il tarixli 260 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti 12 may 2018-ci il, ¹ 131, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 6, maddə 1359)

16.    13 iyun 2018-ci il tarixli 262 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 15 iyun 2018-ci il, ¹ 134, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 6, maddə 1361)

17.    11 sentyabr 2018-ci il tarixli 383 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 12 sentyabr 2018-ci il, ¹ 203, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹9, maddə 1911)

18.    19 sentyabr 2018-ci il tarixli 403 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 20 sentyabr 2018-ci il, ¹ 210, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹9, maddə 1931)

19.    28 noyabr 2018-ci il tarixli 508 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 30 noyabr 2018-ci il, ¹ 270, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 11, maddə 2457)

20.    4 fevral 2019-cu il tarixli 33 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 6 fevral 2019-cu il, ¹ 29, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹ 2, maddə 331)

21.    18 aprel 2019-cu il tarixli 180 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 21 aprel 2019-cu il, ¹ 86, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹4, maddə 773)

22.    7 may 2019-cu il tarixli 213 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 11 may 2019-cu il, ¹ 102, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹ 5, maddə 948)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 30 mart 2016-cı il tarixli 139 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 20 aprel 2016-cı il, ¹ 83, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 4, maddə 795) ilə 1 nömrəli əlavə - “Elektron hökumət” portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı”na yeni məzmunda 1.3-cü bənd əlavə edilmişdir.

 

[2] 15 noyabr 2016-cı il tarixli 450 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 16 noyabr 2016-cı il, ¹ 253, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 11, maddə 1938) ilə 1 nömrəli əlavə – “Elektron hökumət” portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı”nın 2.2-ci bəndində “Notariat Sənədlərinin Elektron Məlumat Bankı” sözləri “Elektron notariat” sözləri ilə əvəz edilmişdir.

 

[3] 14 sentyabr 2017-ci il tarixli 375 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 15 sentyabr 2017-ci il, ¹ 200, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹9 , maddə 1731) ilə 1 nömrəli əlavə - “Elektron hökumət” portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı”nın 2.4-cü bəndi yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

 

2.4.

“Qeyri-kommersiya hüquqi şəxslər” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi

 

[4] 24 avqust 2015-ci il tarixli 289 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 28 avqust 2015-ci il, ¹ 186, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, ¹8, maddə 974) ilə yeni məzmunda 2.7-ci bənd əlavə edilmişdir.

 

[5] 30 mart 2016-cı il tarixli 139 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 20 aprel 2016-cı il, ¹ 83, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 4, maddə 795) ilə 1 nömrəli əlavə - “Elektron hökumət” portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı”na yeni məzmunda 2.8-ci bənd əlavə edilmişdir.

 

14 sentyabr 2017-ci il tarixli 375 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 15 sentyabr 2017-ci il, ¹ 200, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹9 , maddə 1731) ilə 1 nömrəli əlavə - “Elektron hökumət” portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı”nın 2.8-ci bəndi ləğv edilmişdir.

 

[6] 13 may 2016-cı il tarixli 195 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 20 may 2016-cı il, ¹ 108, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 5, maddə 955) ilə “Elektron hökumət” portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı”nın 3-cü hissəsindən və 3.1-ci bəndindən “və Sənaye” sözləri çıxarılmışdır.

 

[7] 24 avqust 2015-ci il tarixli 289 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 28 avqust 2015-ci il, ¹ 186, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, ¹8, maddə 974) ilə 6.1-ci bənd yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

6.1.

Ünvanlı sosial yardım alan ailələr üzrə informasiya sistemi

 

[8] 4 fevral 2019-cu il tarixli 33 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 6 fevral 2019-cu il, ¹ 29, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹ 2, maddə 331) ilə 1 nömrəli əlavə - “Elektron hökumət” portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı”nın 6.1-ci bəndinə “mərkəzləşdirilmiş” sözündən sonra “elektron” sözü əlavə edilmişdir.

 

[9] 21 sentyabr 2016-cı il tarixli 355 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 24 sentyabr 2016-cı il, ¹ 209, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 9, maddə 1581) ilə yeni məzmunda 6.1-1-ci və 6.1-2-ci bəndlər əlavə edilmişdir.

 

[10] 24 avqust 2015-ci il tarixli 289 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 28 avqust 2015-ci il, ¹ 186, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, ¹8, maddə 974) ilə 6.2 - 6.4-cü bəndlər ləğv edilmişdir.

 

[11] 7 may 2019-cu il tarixli 213 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 11 may 2019-cu il, ¹ 102, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹ 5, maddə 948) ilə 1 nömrəli əlavə - “Elektron hökumət” portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı”nın 10-cu hissəsi yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

 

10. Nəqliyyat Nazirliyi üzrə

10.1.

Nəqliyyat Nazirliyi tərəfindən avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarına verilmiş xüsusi razılıqlar (lisenziyalar)

 

[12] 24 avqust 2015-ci il tarixli 289 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 28 avqust 2015-ci il, ¹ 186, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, ¹8, maddə 974) ilə yeni məzmunda 14.3-cü bənd əlavə edilmişdir.

 

[13] 30 mart 2016-cı il tarixli 139 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 20 aprel 2016-cı il, ¹ 83, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 4, maddə 795) ilə 1 nömrəli əlavə - “Elektron hökumət” portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı”na yeni məzmunda 15.2-ci bənd əlavə edilmişdir.

 

[14]  4 noyabr 2015-ci il tarixli 353 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, ¹ 11, maddə 1417) ilə “Elektron hökumət” portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı”nın 16-cı hissəsi ləğv edilmişdir.

 

[15] 18 aprel 2019-cu il tarixli 180 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 21 aprel 2019-cu il, ¹ 86, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹4, maddə 773) ilə “Elektron hökumət” portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı”na yeni məzmunda 17.3-cü bənd əlavə edilmişdir.

 

[16] 21 sentyabr 2016-cı il tarixli 355 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 24 sentyabr 2016-cı il, ¹ 209, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 9, maddə 1581) ilə “Elektron hökumət” portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı”nın 21-ci hissəsi ləğv edilmişdir.

 

[17] 23 dekabr 2016-cı il tarixli 523 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 27 dekabr 2016-cı il, ¹ 288, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 12, maddə 2239) ilə “Elektron hökumət” portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı”nın 22-ci hissədə “ Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya” sözləri “Dövlət İmtahan Mərkəzi” sözləri ilə əvəz edilmişdir.

 

[18] 23 dekabr 2016-cı il tarixli 523 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 27 dekabr 2016-cı il, ¹ 288, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 12, maddə 2239) ilə “Elektron hökumət” portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı”na yeni məzmunda 22.2-ci bənd əlavə edilmişdir.

 

[19] 28 noyabr 2018-ci il tarixli 508 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 30 noyabr 2018-ci il, ¹ 270, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 11, maddə 2457) ilə “Elektron hökumət” portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı”na yeni məzmunda 22.3-cü bənd əlavə edilmişdir.

 

[20] 4 fevral 2019-cu il tarixli 33 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 6 fevral 2019-cu il, ¹ 29, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹ 2, maddə 331) ilə 1 nömrəli əlavə - “Elektron hökumət” portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı”nın 24-cü hissəsində “Müəllif Hüquqları Agentliyi” sözləri “Əqli Mülkiyyət Agentliyi” sözləri ilə əvəz edilmişdir.

 

[21] 7 may 2019-cu il tarixli 213 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 11 may 2019-cu il, ¹ 102, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹ 5, maddə 948) ilə 1 nömrəli əlavə - “Elektron hökumət” portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı”nın 27-ci və 28-ci hissələri ləğv edilmişdir.

 

 

[22] 7 iyun 2016-cı il tarixli 214 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 10 iyun 2016-cı il, ¹ 124, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹6, maddə 1192) ilə “Elektron hökumət” portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı”nın 31-ci hissəsi və 31.1-ci bəndi ləğv edilmişdir.

 

[23] 24 avqust 2015-ci il tarixli 289 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 28 avqust 2015-ci il, ¹ 186, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, ¹8, maddə 974) ilə 32-ci hissədə və 32.1-ci bənddə “Bakıelektrikşəbəkə” sözü “Azərişıq” sözü ilə əvəz edilmişdir.

 

[24] 24 avqust 2015-ci il tarixli 289 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 28 avqust 2015-ci il, ¹ 186, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, ¹8, maddə 974) ilə yeni məzmunda 34 - 38-ci hissələr əlavə edilmişdir.

 

[25] 30 mart 2016-cı il tarixli 139 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 20 aprel 2016-cı il, ¹ 83, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 4, maddə 795) ilə 1 nömrəli əlavə - “Elektron hökumət” portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı”na yeni məzmunda 34.2-ci bənd əlavə edilmişdir.

 

[26] 23 dekabr 2016-cı il tarixli 523 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 27 dekabr 2016-cı il, ¹ 288, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 12, maddə 2239) ilə “Elektron hökumət” portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı”nın 35-ci hissə ləğv edilmişdir.

 

[27] 3 mart 2017-ci il tarixli 73 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 7 mart 2017-ci il, ¹ 51, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹ 3, maddə 473) ilə 37-ci hissə yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

 

37. Mərkəzi Bank üzrə

37.1.

Mərkəzi Bankın Mərkəzləşdirilmiş Kredit Reyestri

 

11 sentyabr 2018-ci il tarixli 383 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 12 sentyabr 2018-ci il, ¹ 203, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹9, maddə 1911) ilə “Elektron hökumət” portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı”nın 37-ci hissəsi ləğv edilmişdir.

 

[28] 30 mart 2016-cı il tarixli 139 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 20 aprel 2016-cı il, ¹ 83, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 4, maddə 795) ilə 1 nömrəli əlavə - “Elektron hökumət” portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı”na yeni məzmunda 39 - 41-ci hissələr əlavə edilmişdir.

 

[29] 28 mart 2017-ci il tarixli 111 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 30 mart 2017-ci il, ¹ 64, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹ 3, maddə 509) ilə “Elektron hökumət” portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı”na yeni məzmunda 42-ci hissə əlavə edilmişdir.

 

8 may 2018-ci il tarixli 209 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti 12 may 2018-ci il, ¹ 106, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 5, maddə 1117) ilə “Elektron hökumət” portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı”nın 42-ci hissəsində “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyəti” sözləri “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu” sözləri ilə əvəz edilmişdir.

 

[30] 19 sentyabr 2018-ci il tarixli 403 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 20 sentyabr 2018-ci il, ¹ 210, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹9, maddə 1931) ilə “Elektron hökumət” portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı”nın 42.1-ci bəndində “Elektron ipoteka” sözləri “Elektron ipoteka və kredit zəmanət” sözləri ilə əvəz edilmişdir.

 

[31] 29 sentyabr 2017-ci il tarixli 409 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 3 oktyabr 2017-ci il, ¹ 215, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹ 9, maddə 1764) ilə “Elektron hökumət” portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı”na yeni məzmunda 43-cü hissə əlavə edilmişdir.

 

8 iyun 2018-ci il tarixli 260 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti 12 may 2018-ci il, ¹ 131, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 6, maddə 1359) ilə “Elektron hökumət” portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı”nın 43-cü hissəsindən “Prezidenti yanında” sözləri çıxarılmışdır.

 

[32] 13 fevral 2018-ci il tarixli 44 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti 15 fevral 2018-ci il, ¹ 35, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 2, maddə 348) ilə 1 nömrəli əlavə - “Elektron hökumət” portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı”na yeni məzmunda 44-cü hissə əlavə edilmişdir.

 

[33] 13 iyun 2018-ci il tarixli 262 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 15 iyun 2018-ci il, ¹ 134, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 6, maddə 1361) ilə “Elektron hökumət” portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı”na yeni məzmunda 45-ci hissə əlavə edilmişdir.

 

[34] 3 mart 2017-ci il tarixli 73 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 7 mart 2017-ci il, ¹ 51, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹ 3, maddə 473) ilə 1 nömrəli əlavənin cədvəlindən sonra yeni məzmunda “Qeyd” əlavə edilmişdir.

 

[35] 3 mart 2017-ci il tarixli 73 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 7 mart 2017-ci il, ¹ 51, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹ 3, maddə 473) ilə 2 nömrəli əlavənin 6.8-ci bəndindən sonra yeni məzmunda “Qeyd” əlavə edilmişdir.