Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısının təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanı ilə təsdiq edilmiş Əlavə 1 Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi haqqında Əsasnamənin 5.2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı təsdiq edilsin (əlavə olunur).

 

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

 

Bakı şəhəri, 24 yanvar 2014-cü il

19

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2014-cü il 24 yanvar tarixli 19 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

 

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı

 

1. İnnovasiyalar Mərkəzi Məhdud Məsuliyyətli Cəmiyyət.

2. ABAD publik hüquqi şəxs.[1]

3. Elektron Hökumətin İnkişafı Mərkəzi publik hüquqi şəxs. [2]

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       16 noyabr 2016-cı il tarixli 457 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 18 noyabr 2016-cı il, 255, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 11, maddə 1945)

2.       22 may 2018-ci il tarixli 233 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 24 may 2018-ci il, 116, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, 4, maddə 1140)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 16 noyabr 2016-cı il tarixli 457 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 18 noyabr 2016-cı il, 255, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 11, maddə 1945) ilə 2-ci hissə əlavə edilmişdir.

 

[2] 22 may 2018-ci il tarixli 233 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 24 may 2018-ci il, 116, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, 4, maddə 1140) ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısına yeni məzmunda 3-cü hissə əlavə edilmişdir.