Azərbaycan Respublikasından gələn təbii qazın Türkiyə Respublikasının ərazisi vasitəsi ilə tranziti haqqında və təbii qazın Türkiyə Respublikasının ərazisindən nəql edilməsi üçün müstəqil boru kəmərinin inşasına dair Azərbaycan Respublikasının Hökuməti və Türkiyə Respublikasının Hökuməti arasında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikasından gələn təbii qazın Türkiyə Respublikasının ərazisi vasitəsi ilə tranziti haqqında və təbii qazın Türkiyə Respublikasının ərazisindən nəql edilməsi üçün müstəqil boru kəmərinin inşasına dair Azərbaycan Respublikasının Hökuməti və Türkiyə Respublikasının Hökuməti arasında 2011-ci il dekabrın 24-də Ankara şəhərində imzalanmış Anlaşma Memorandumu təsdiq edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 22 fevral 2013-cü il

565-IVQ

 

 


AZƏRBAYCAN RESPUBLİKASINDAN GƏLƏN TƏBİİ QAZIN TÜRKİYƏ RESPUBLİKASININ ƏRAZİSİ VASİTƏSİ İLƏ TRANZİTİ HAQQINDA VƏ TƏBİİ QAZIN TÜRKİYƏ RESPUBLİKASININ ƏRAZİSİNDƏN NƏQL EDİLMƏSİ ÜÇÜN MÜSTƏQİL BORU KƏMƏRİNİN İNŞASINA DAİR AZƏRBAYCAN RESPUBLİKASININ HÖKUMƏTİ VƏ TÜRKİYƏ RESPUBLİKASININ HÖKUMƏTİ ARASINDA ANLAŞMA MEMORANDUMU

 

Hazırkı Anlaşma Memorandumu (bundan sonra AM) 2011-ci ilin 24 dekabr tarixində

 

Azərbaycan Respublikasının Hökuməti və

 

Türkiyə Respublikasının Hökuməti; tərəfindən və arasında bağlanmışdır.

 

Azərbaycan Respublikasının Hökuməti və Türkiyə Respublikasının Hökuməti kontekstdən asılı olaraq ayrı ayrılıqda Tərəf, birlikdə isə Tərəflər adlandırıla bilərlər.

 

NƏZƏRƏ ALARAQ Kİ, Azərbaycan Respublikasından gələn təbii qazın Türkiyə Respublikasının ərazisi vasitəsi ilə tranziti haqqında və Təbii qazın Türkiyə Respublikasının ərazisindən Avropa İttifaqına və Avropanın digər ölkələrinə və Türkiyə respublikasındakı qonşu dövlətlərə nəql edilməsinə dəstək göstərmək üçün 25 oktyabr 2011-ci il tarixində Azərbaycan Respublikası və Türkiyə Respublikası Azərbaycan Respublikasının Hökuməti və Türkiyə Respublikasının Hökuməti arasında Təbii qazın Türkiyə Respublikasına satışı və Azərbaycan Respublikasından gələn təbii qazın Türkiyə Respublikasının ərazisi vasitəsi ilə tranziti haqqında və Təbii qazın Türkiyə Respublikasının ərazisindən nəql edilməsi üçün müstəqil boru kəmərinin inşasına dair Saziş (bundan sonra "HAS") imzalanmışdır;

 

NƏZƏRƏ ALARAQ Kİ, Tərəflər yeni müstəqil boru kəmərinin Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökumətinin ilkin olaraq təyin etdiyi şirkətlərdən ibarət birgə konsorsium vasitəsi ilə inşasını və sonrakı istismarını nəzərdə tutan bir layihəyə təminat vermək üçün (HAS-da qeyd edildiyi kimi) "Müstəqil Boru Kəməri Layihəsinin" inşasına üstünlük verməyə razılaşırlar;

 

NƏZƏRƏ ALARAQ Kİ, Azərbaycan Tərəfi ARDNŞ-ni gələcəkdə konsorsiuma üçüncü tərəfləri təyin etmək səlahiyyəti ilə Müstəqil Boru Kəməri Layihəsinə öz iştirakçısı qismində təyin etmişdir və Türkiyə Tərəfi gələcəkdə konsorsiuma üçüncü tərəfləri təyin etmək səlahiyyəti ilə (ilkin olaraq BOTAŞ və/və ya TPAO şirkətlərini, bundan sonra "Türkiyəli İştirakçı(lar)") öz iştirakçılarını təyin edəcəkdir;

 

YUXARIDA GÖSTƏRİLƏNLƏRİ NƏZƏRƏ ALARAQ, Tərəflər Müstəqil Boru Kəməri Layihəsinin (bundan sonra Layihənin) dizaynını, tikintisini və sonrakı istismarını təmin etmək üçün həyata keçirilməli işə rəhbərlik etmək üçün aşağıdakı şərtlərlə razılaşırlar:

 

1. Konsorsiumun Yaradılması

 

1.1. Hökumətlərarası Sazişin Maddə 5 (b) müddəalarına uyğun olaraq ARDNŞ və Türkiyəli İştirakçı(lar) aşağıdakı 1.4 Bəndində qeyd olunan vaxt ərzində ARDNŞ-nin rəhbərlik edəcəyi konsorsium (bundan sonra Layihə üzrə Konsorsium) yaradacaqlar.

1.2. Layihə üzrə Konsorsium aşağıdakı iştirak payları ilə yaradılacaqdır:

ARDNŞ - 80% (səksən faiz)

Türkiyəli İştirakçı(lar) - 20% (iyirmi faiz).

1.3. Səhmdarların yekun strukturu Layihə üzrə Konsorsiumun yaradılması zamanı müəyyən ediləcəkdir. Layihə üzrə Konsorsiumda hər hansı yeni iştirakçıya verilən pay ARDNŞ-nin yuxarıdakı 1.2 Bəndində göstərilən iştirak payından çıxılacaqdır.

1.4. Layihə üzrə Konsorsiumun təsis edilməsi 2012-ci ilin 30 iyun tarixinədək tamamlanacaqdır. Tərəflər bir-birini müntəzəm olaraq Layihə üzrə Konsorsiumun yaradılması ilə bağlı işlərin gedişatı barədə məlumatlandıracaqlar və yeni üzvlər Tərəflərin milli maraqlarına təhlükə yaratdığı halda Tərəflər yeni üzvlərin Layihə üzrə Konsorsiuma daxil olmasına dair rədd cavabı verə bilərlər.

1.5. Texniki-iqtisadi əsaslandırma və digər əlaqədar işlər Türkiyə tərəfinin dəstəyi ilə ARDNŞ tərəfindən aparılmalıdır. Texniki-iqtisadi əsaslandırma və digər əlaqədar işlərlə bağlı xərclər ARDNŞ tərəfindən çəkiləcəkdir.

 

2. Layihənin Keçirtmə Qabiliyyəti və Gücü

 

2.1. Layihə üzrə minimal illik keçirmə qabiliyyəti on altı (16) milyard kubmetr təşkil etməli və gələcəkdə Azərbaycan Respublikasından gələcək və onun ərazisindən nəql ediləcək təbii qaz həcmlərini yerləşdirmək üçün keçirmə qabiliyyətini artırmaq imkanına malik olmalıdır.

2.2. Layihəyə sərmayələrin qoyuluşunu təmin etmək üçün ARDNŞ potensial ixracatçılarla uzun müddətli keçirtmə haqqında razılaşmaları bağlamağı öhdəsinə götürəcək. Türkiyə Tərəfi bu cür keçirtmə haqqında razılaşmalar barəsində müntəzəm olaraq məlumatlandırılmalıdır.

 

3. Digər Müddəalar

 

3.1. Tərəflərin hər biri qarşı Tərəfə hazırkı Anlaşma Memorandumunun tam yerinə yetirilməsinə zəmanət verir.

3.2. Hazırkı Anlaşma Memorandumuna Tərəflərin qarşılıqlı yazılı razılığı əsasında istənilən zaman düzəliş edilə bilər. Düzəlişlər hazırkı Anlaşma Memorandumunun 4.1 Bəndində müəyyən edilmiş eyni hüquqi prosedura müvafiq olaraq qüvvəyə minəcəkdir.

 

4. Qüvvəyə Minmə və Qüvvədə Olma Müddəti

 

4.1. Hazırkı Anlaşma Memorandumu onun qüvvəyə minməsi üçün tələb olunan milli daxili hüquqi proseduralar tamamlandıqdan sonra diplomatik kanallar vasitəsilə Tərəflərin son yazılı bildiriş alması tarixindən etibarən qüvvəyə minməlidir.

4.2. Hazırkı Anlaşma Memorandumu altı (6) ay müddətində qüvvədə qalır və onun müddətinin bitməsinə bir (1) ay qalmış Tərəflərdən biri digər Tərəfi Anlaşma Memorandumuna xitam vermək niyyəti barəsində diplomatik kanallar vasitəsilə yazılı surətdə xəbərdar etməsə, o, sonrakı altı (6) aylıq müddətlərə avtomatik olaraq uzadılmış hesab olunur.

4.3. Tərəflərin yuxarıda adı çəkilən müddət ərzində Layihə Konsorsiumunu yaratmadığı və ya Qarşılıqlı Anlaşma haqda hazırkı Memorandumun (QAM) müddətinin uzadılması haqda razılığa gələ bilmədiyi təqdirdə, hazırkı QAM qüvvəsini itirməli və Tərəflər hazırkı sənəd çərçivəsində nəzərdə tutulan öhdəliklərdən azad olunmalıdır.

 

Hər bir mətn eyni qüvvəyə malik olmaqla Azərbaycan, Türk və İngilis dillərində tərtib edilmiş və 24 dekabr 2011-ci il tarixində Ankarada iki (2) əsl nüsxədə imzalanmışdır. Sənədin təfsiri ilə bağlı ziddiyyət yarandığı halda İngilis dilindəki mətnə üstünlük veriləcəkdir.

 

Azərbaycan Respublikasının Hökuməti

Türkiyə Respublikasının Hökuməti

adından

adından

 

 

 

 

cənab Natıq ƏLİYEV

cənab Taner YILDIZ

Sənaye və Energetika Naziri

Enerji və Təbii Sərvətlər Naziri