Azərbaycan Respublikasının Niderland Krallığında fövqəladə və səlahiyyətli səfiri M.N.Efendiyevin eyni zamanda Azərbaycan Respublikasının Kimyəvi Silahların Qadağan Olunması üzrə Təşkilatda daimi nümayəndəsi təyin edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikasının Niderland Krallığında fövqəladə və səlahiyyətli səfiri Mir-Həmzə Nazim oğlu Efendiyev eyni zamanda Azərbaycan Respublikasının Kimyəvi Silahların Qadağan Olunması üzrə Təşkilatda daimi nümayəndəsi təyin edilsin.

2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 31 oktyabr 2012-ci il

2505