Azərbaycan Respublikası ədliyyə orqanları işçilərinin təltif edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Ədliyyə orqanlarında qulluq keçərkən fərqləndiklərinə, ədliyyə sistemində elm, səhiyyə sahələrinin inkişaf etdirilməsində, cəza-icra siyasətinin həyata keçirilməsində fəal iştiraklarına görə aşağıdakı şəxslər təltif edilsinlər:

 

Tərəqqi medalı ilə:

 

Dadaşov Fuad Cəbrayıl oğlu

Məmmədov Rövşən Havar oğlu

 

Dövlət qulluğunda fərqlənməyə görə medalı ilə:

 

Abdullayev Bəhruz Qara oğlu

Əkbərova Səadət Binyamin qızı

İsmayılova Tamilla İslam qızı

Kazımov Miri Yusub oğlu

Qurbanov Natiq Sabir oğlu

Məmmədov Rəhman Elmaz oğlu

Soltanov Mehman Nəsir oğlu

Şivəxanov Bayram Həmzə oğlu

Təhməzov Şahin Ziyad oğlu.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 20 noyabr 2012-ci il

2553