Azərbaycan
Respublikasının
Qiymətli
Kağızlar üzrə Dövlət Komitəsinin
QƏRAR
¹ 15
Bakı şəhəri
“
“İnvestisiya fondunun depozitarı tərəfindən
pul hesablarının açılması, aparılması və
pul köçürmələrinin həyata keçirilməsi”
Qaydalarının təsdiq
edilməsi haqqında
“İnvestisiya fondları haqqında” Azərbaycan
Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan
Respublikası Prezidentinin 12 noyabr 2010-cu il tarixli 353 nömrəli
Fərmanını və Azərbaycan Respublikası
Prezidentinin 2009-cu il 5 mart tarixli 70 nömrəli Fərmanı
ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi
haqqında” Əsasnaməni əsas tutaraq Azərbaycan
Respublikasının Qiymətli Kağızlar üzrə
Dövlət Komitəsi
QƏRARA ALIR:
1. “İnvestisiya
fondunun depozitarı tərəfindən pul hesabların
açılması, aparılması və pul
köçürmələrinin həyata keçirilməsi”
Qaydaları təsdiq edilsin
(Əlavə olunur).
2.
Hüquq şöbəsinə (K.Babayev)
tapşırılsın ki, bu
Qaydaların 3 gün müddətində Azərbaycan Respublikasının
Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi
üçün Ədliyyə Nazirliyinə təqdim edilməsini
təmin etsin.
3. Lisenziyalaşdırma və nəzarət
şöbəsinə (F.Rəhimli) tapşırılsın
ki, bu Qərardan irəli gələn məsələləri
həll etsin.
4.
Ümumi şöbəyə (E.İsayev)
tapşırılsın ki, QKDK-nın aparatının və
QKDK-nın Naxçıvan
Muxtar Respublikası üzrə İdarəsinin bu Qərarla
tanış olmalarını təmin etsin.
5. Bu
Qərarın icrasına nəzarət sədr müavini
İ.Muradova həvalə edilsin.
Sədr R.Aslanlı
|
“Təsdiq edilmişdir”
Azərbaycan
Respublikasının Qiymətli
Kağızlar üzrə Dövlət Komitəsi Qərar
¹ 15 “ Sədr _____________________ R.Aslanlı |
İnvestisiya fondunun depozitarı tərəfindən
pul hesablarının açılması,
aparılması və pul
köçürmələrinin həyata keçirilməsi
Qaydaları
1. Ümumi
müddəalar
1.1
Bu Qaydalar “İnvestisiya fondları haqqında” Azərbaycan
Respublikasının Qanununa və Azərbaycan Respublikası
Prezidentinin 2009-cu il 5 mart tarixli 70 nömrəli Fərmanı
ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi haqqında”
Əsasnaməyə əsasən hazırlanmış və
Azərbaycan Respublikasında fəaliyyət göstərən
investisiya fondunun depozitarı tərəfindən investisiya
fondları üçün pul hesablarının
açılması, aparılması və pul
köçürmələrinin həyata keçirilməsi
qaydalarını müəyyən edir.
1.2.
Bu Qaydalarla müəyyən edilən pul hesabları investisiya
fondları və depozitarlar
üçün açılır.
1.3.
İnvestisiya fondları pul hesablarını açarkən
depozitarı seçməkdə müstəqildirlər, lakin
hər bir investisiya fondunun, onun aktivlərinin ölkədən
kənarda yerləşdiyi hallar istisna olmaqla, yalnız bir
depozitarı ola bilər.
1.4.
Depozitar investisiya fondları üçün ayrıca pul
hesablarının açılmasını və öz aktivlərini
investisiya fondlarının aktivlərindən
ayrı-ayrılıqda saxlanılmasını təmin etməlidir.
1.5.
İnvestisiya fondunun depozitarı (bundan sonra - depozitar) -
depozitar fəaliyyətinin həyata keçirilməsi üzrə
xüsusi razılığa (lisenziyaya) malik olan qiymətli
kağızlar bazarının peşəkar
iştirakçısıdır.
2. Depozitar tərəfindən açılan pul
hesabları
2.1.
Depozitar fondun aktivlərinin uçotu və saxlanılması,
habelə aktivlərlə bağlı əməliyyatlar
üzrə hesablaşmaların aparılması məqsədi
ilə investisiya fondları üçün cari pul
hesablarının açılması, aparılması və
pul köçürmələrini həyata keçirir.
2.2.
Səhmdar investisiya fondunun səhmlərinin yerləşdirilməsi,
paylı investisiya fondun formalaşdırıldığı
müddət ərzində əldə edilmiş pul vəsaitləri yalnız banklarda depozit şəklində
və (və ya) qısamüddətli dövlət qiymətli
kağızlarına yerləşdirilə bilər.
2.3.
Cari pul hesabları səhmdar investisiya fondunun səhmlərinin,
paylı investisiya fondunun isə paylarının yerləşdirilməsi
zamanı əldə edilmiş pul vəsaitlərinin
saxlanılması və aktivlərlə bağlı əməliyyatlar
üzrə hesablaşmaların aparılması məqsədi
ilə açılır.
2.4.
Cari pul hesabı investisiya fondunun adı göstərilməklə,
idarəçinin adına açılır və fondun onun
idarəçiliyində olması barədə məlumatı
özündə əks etdirir.
2.5. İnvestisiya
fondlarının pul hesabları üzrə ödəniş
tapşırıqları depozitara idarəçi tərəfindən
təqdim edilir. Ödəniş tapşırıqları
ödəniş təyinatı dəqiq göstərilməklə
qanunvericilikdə müəyyən edilmiş formada tərtib
edilir.
2.6. Depozitar idarəçi tərəfindən
təqdim edilən ödəniş
tapşırıqlarının yoxlanılması və
icrasını qanunvericiliyə müvafiq qaydada həyata
keçirilir.
2.7.
Depozitar Azərbaycan Respublikası
Banklararası Hesablaşmalar Sisteminə daxil olan üzv
olduqda:
2.7.1.
investisiya fondlarının pul vəsaitlərinin idarəedilməsi
üzrə əməliyyatlar depozitarın Mərkəzi
Bankdakı müxbir hesabı vasitəsilə aparılır;
2.7.2.
hər bir investisiya fondunun pul vəsaitlərinin
hərəkəti və qalıqlarının uçotu məqsədi
ilə daxili informasiya sistemində idarəçinin
adına ayrıca cari pul hesabı açır;
2.7.3.
hər valyuta üzrə bir cari pul hesabı açır. Bir
investisiya fondu üzrə eyni valyutada bir neçə cari pul
hesabın açılması yolverilməzdir;
2.7.4. fondun pul vəsaitlərinin
yerləşdirilməsinə dair idarəçi tərəfindən
verilən tapşırıqların qanunvericiliyə,
investisiya bəyannaməsinə və fondun qaydalarına
uyğunluğunu yoxlayır və icra edir. İdarəçi
tərəfindən verilən tapşırıqların
yoxlanılması, onların icrasından imtina şərtləri
depozitar və investisiya fondun idarəçisi arasında
bağlanmış müqavilədə əks etdirilir.
2.8.
Depozitar Azərbaycan Respublikası Banklararası
Hesablaşmalar Sisteminə üzv olmayan depozitar olduqda:
2.8.1. investisiya fondunun pul vəsaitlərinin
idarə edilməsi Mərkəzi Depozitarda
açılmış müxbir hesab vasitəsi ilə həyata keçirilir;
2.8.2. daxili informasiya sistemində
hər bir investisiya fondu üçün bir “pul
qalıqlarının qeydiyyatı hesabı” açır. Bir
investisiya fondu üzrə eyni valyutada bir
neçə “pul qalıqlarının qeydiyyatı
hesabı”nın açılması yolverilməzdir;
2.8.3. investisiya fondunun pul vəsaitlərinin
yerləşdirilməsinə dair idarəçi tərəfindən
verilən ödəniş tapşırığının
qanunvericiliyə, investisiya bəyannaməsinə və fondun
qaydalarına uyğunluğunu yoxladıqdan sonra Mərkəzi
Depozitara müraciət edir. İdarəçi tərəfindən
verilən tapşırıqların yoxlanılması,
onların depozitar tərəfindən icrasından imtina şərtləri
depozitar və investisiya fondun idarəçisi və ya səhmdar
investisiya fondu arasında bağlanmış müqavilədə
əks etdirilir.
2.9. Mərkəzi Depozitar hər
bir depozitar üçün öz daxili informasiya sistemində
hər valyuta üzrə bir müxbir hesab açır. Mərkəzi
Depozitar depozitarların pul vəsaitlərinin yerləşdirilməsi
və idarə edilməsi məqsədilə Mərkəzi
Bankda müxbir hesab açır. Mərkəzi Depozitar pul vəsaitlərinin
uçotunu öz daxili informasiya sistemində müxbir hesablar
üzrə aparır.
2.10. İnvestisiya fondunun
depozitarda olan pul vəsaitlərinin depozitarın öz öhdəliklərinin
və üçüncü şəxslərin öhdəliklərinin
icrasının təminatı kimi istifadə edilməsi
yolverilməzdir.
2.11. İnvestisiya fondları
üçün açılmış hesablar üzrə əməliyyatların
aparılması Azərbaycan
Respublikasının bank fəaliyyətinə dair qanunvericiliyi
ilə tənzimlənir.
2.12. Depozitarın ləğvi
zamanı idarəçi investisiya fondunun yeni
depozitarının seçilməsi və təsdiq edilməsi
proseduru bitənədək investisiya fonduna depozitar xidmətlərinin
göstərilməsi məqsədi ilə Mərkəzi
Depozitarla müvəqqəti müqavilə bağlayır və
həmin depozitarın investisiya fondları üçün
açılmış cari pul hesablarından vəsaitlər
(hər bir investisiya fondunun vəsaitlərinin qalıqları
barədə məlumatı göstərməklə) Mərkəzi
Depozitarın hesabına köçürülür. Mərkəzi
Depozitar öz daxili informasiya sistemində investisiya
fondlarının vəsaitlərinin uçotunu hesablar üzrə
ayrı-ayrılıqda aparır.
3. Pul hesablarının açılması
3.1.
Səhmdar investisiya fondları üçün cari pul
hesablarının açılması məqsədilə
depozitara aşağıdakı sənədlər təqdim
olunur:
3.1.1.
müvafiq qaydada doldurulmuş, imza və möhür nümunələrini
təsdiq edən Ərizə - Anket (Əlavə ¹ 1);
3.1.2.
səhmdar investisiya fondunun nizamnaməsinin notariat qaydasında
təsdiq olunmuş surəti;
3.1.3.
səhmdar investisiya fondunun dövlət qeydiyyatına
alınması haqqında şəhadətnaməsinin notariat
qaydasında təsdiq olunmuş surəti;
3.1.4.
səhmdar investisiya fondunun emissiya prospektinin surəti;
3.1.5.
səhmdar investisiya fondunun səhm
buraxılışının dövlət qeydiyyatına dair
sənədinin surəti;
3.1.6.
səhmdar investisiya fondunun bəyannaməsinin notariat
qaydasında təsdiq edilmiş surəti;
3.1.7.
səhmdar investisiya fonduna verilmiş lisenziyanın notariat
qaydasında təsdiq olunmuş surəti;
3.1.8.
idarəçinin nizamnaməsinin notariat qaydasında təsdiq
olunmuş surəti;
3.1.9.
idarəçinin dövlət qeydiyyatına alınması
haqqında şəhadətnaməsinin notariat qaydada təsdiq
olunmuş surəti;
3.1.10.
idarəçiyə verilmiş lisenziyanın notariat qaydada təsdiq
olunmuş surəti;
3.1.11.
səhmdar investisiya fondu ilə idarəçi arasında səhmdar
investisiya fondunun investisiya məqsədləri
üçün nəzərdə tutulmuş aktivlərinin
idarə edilməsi haqqında notariat qaydada təsdiq
olunmuş müqavilənin surəti.
3.2.
Paylı investisiya fondları üçün cari pul
hesablarının açılması məqsədilə depozitara
aşağıdakı sənədlər təqdim olunur:
3.2.1.
müvafiq qaydada doldurulmuş, imza və möhür nümunələrini
təsdiq edən Ərizə - Anket (Əlavə ¹ 1);
3.2.2.
idarəçi tərəfindən paylı investisiya fondunun
yaradılması haqqında qərarın notariat qaydada
təsdiq edilmiş surəti;
3.2.3.
idarəçi tərəfindən qəbul edilmiş və
dövlət qeydiyyatına alınmış paylı
investisiya fondunun idarə edilməsi qaydalarının notarial
qaydada təsdiq olunmuş surəti;
3.2.4.
paylı investisiya fondunun idarəçi tərəfindən
qəbul edilmiş investisiya bəyannaməsinin notariat qaydada
təsdiq olunmuş surəti;
3.2.5.
idarəçinin nizamnaməsinin notariat qaydada təsdiq
olunmuş surəti;
3.2.6.
idarəçinin dövlət qeydiyyatına alınması
haqqında şəhadətnaməsinin notariat qaydada təsdiq
olunmuş surəti;
3.2.7.
idarəçiyə verilmiş lisenziyanın notariat qaydada təsdiq
olunmuş surəti;
3.2.8.
idarəçinin paylı investisiya fondunun aktivlərinin idarə
edilməsi üzrə idarəetmə müqaviləsinin
notariat qaydada təsdiq olunmuş surəti.
3.3.
Depozitarda açılan hesab üzrə sərəncam vermək
hüququ digər şəxslərə həvalə edildikdə,
yeni Ərizə -Anket təqdim olunur.
3.4.
Depozitarlar tərəfindən Mərkəzi Depozitarda
müxbir hesablarının açılması zamanı
aşağıdakı sənədlər təqdim olunur:
3.4.1.
müvafiq qaydada doldurulmuş, imza və möhür nümunələrini
təsdiq edən Ərizə - Anket (Əlavə ¹ 1);
3.4.2.
depozitarın nizamnaməsinin notariat qaydada təsdiq edilmiş
surəti;
3.4.3.
dövlət qeydiyyatına alınması haqqında
şəhadətnaməsinin notariat qaydada təsdiq olunmuş
surəti;
3.4.4.
depozitara verilmiş lisenziyanın notariat qaydada təsdiq
olunmuş surəti.
3.5.
Bu Qaydaların 2.12-ci bəndində nəzərdə
tutulmuş hallarda müxbir hesabın açılması
üçün ləğvetmə komissiyası və ya
qanunvericiliklə nəzərdə tutulmuş qaydada digər
şəxslər tərəfindən Mərkəzi Depozitara
aşağıdakı sənədlərin təqdim
olunması tələb olunur:
3.5.1.
müvafiq qaydada doldurulmuş, imza və möhür nümunələrini
təsdiq edən Ərizə-Anket (Əlavə ¹ 1);
3.5.2.
depozitarın könüllü ləğvi və ləğvetmə
komissiyasının yaradılması haqqında müvafiq idarəetmə
orqanının qərarı (qərarda hesab üzrə sərəncam
hüququ olan şəxslər göstərilməlidir);
3.5.3.
depozitarın məcburi ləğvi və ya müflis elan edilməsi,
habelə Azərbaycan Respublikasının qanunvericiliyi ilə
müəyyən olunmuş şəxsin təyin edilməsi
barədə məhkəmənin qərarı;
3.5.4.
bu Qaydaların 3.1.-ci və 3.2.-ci bəndləri ilə müəyyən
olunmuş və investisiya fondlarına aid olan sənədlər
toplusu.
3.6. Bu Qaydalarla müəyyən edilən
pul hesablarının açılması depozitar ilə hesab
sahibi arasında bağlanılan pul hesabı müqaviləsi
ilə rəsmiləşir. Pul hesabı müqaviləsi
depozitarın rəhbər vəzifəli şəxsinin və
ya müvəkkil edilmiş şəxsin imzası ilə rəsmiləşdirilir.
3.7.
Depozitar aşağıdakı hallarda pul hesabı müqaviləsinin
bağlanmasından imtina edir:
3.7.1.
pul hesabının açılması üçün tələb
olunan sənədlər qanunvericiliyin tələblərinə
cavab vermədikdə;
3.7.2.
təqdim edilmiş sənədlərdə qeyri-dürüst
və ya təhrif olunmuş məlumatlar olduqda;
3.7.3.
hesab sahibinin xidmətə qəbul olunmasına depozitarın
imkanı olmadıqda və ya buna Azərbaycan
Respublikasının qanunvericiliyi ilə yol verilmədikdə;
3.7.4. pul hesabının cinayət yolu ilə əldə
edilmiş pul vəsaitlərinin leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi
ilə bağlı əməliyyatların aparılması
üçün istifadə ediləcəyi barədə əsaslı
şübhələr olduqda;
3.7.5.
məhkəmənin qərarı ilə.
3.8.
Bu Qaydaların 3.7.4-cü bəndində
nəzərdə tutulmuş hal istisna olmaqla, hesabın
açılmasından depozitar imtina etdikdə, ərizə
verən şəxsə onun tələbi ilə imtinanın səbəbləri
yazılı surətdə bildirilməlidir. Bu halda depozitar
hesabın açılması üçün təqdim edilən
sənədlərin surətlərini özündə
saxlayır.
4.
Depozitarın investisiya fondunın pul hesablarının
aparılması
ilə bağlı vəzifələri
4.1.
Depozitar investisiya fondlarının pul hesablarının
aparılması ilə bağlı aşağıdakı vəzifələrə
malikdir:
4.1.1.
investisiya fondlarına məxsus pul vəsaitlərini, onlara dair
hüquqları təsdiq edən sənədlərin əslini
qəbul etmək və saxlamaq;
4.1.2.
investisiya fondlarına məxsus pul vəsaitləri ilə əqdlərin
bağlanılması investisiya bəyannaməsi, fondun
qaydaları, emissiya prospekti, bu Qaydalar, Azərbaycan
Respublikasının digər qanunvericilik aktları ilə
ziddiyyət təşkil etdikdə və ya pul hesabının cinayət
yolu ilə əldə edilmiş pul vəsaitlərinin
leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi
ilə bağlı əməliyyatların aparılması
üçün istifadə ediləcəyi barədə əsaslı
şübhələr olduqda qanunvericiliyə müvafiq tədbirlər
görmək;
4.1.3.
investisiya fondlarına məxsus pul vəsaitlərinin dəyərinin,
onlarla aparılan əməliyyatların uçotunu aparmaq;
4.1.4.
qanunvericilikdə nəzərdə tutulmuş hallarda səlahiyyətli
orqanlarının qərarı əsasında pul hesablarına
həbs qoymaq;
4.1.5.
bu Qaydaların 4.1.2-ci bəndi ilə nəzərdə
tutulmuş səlahiyyətlərin icrası ilə əlaqədar
pul hesabları üzrə pul əməliyyatlarını
dayandırmaq;
4.1.6.
investisiya fondu və ya idarəçi tərəfindən təqdim
edilən sənədlərə əsasən pul
hesablarında saxlanılan pul vəsaitlərini öhdəliklərlə
yüklü etmək, onları yüklülükdən azad
etmək və yüklülük faktlarının uçotunu
aparmaq.
5. Pul
hesablarının bağlanması
5.1.
Pul hesabı müqaviləsinin ləğvi pul hesabının
bağlanması üçün əsasdır.
5.2.
Pul hesabı müqaviləsi aşağıdakı hallarda ləğv
edilir:
5.2.1.
investisiya fondu depozitarını dəyişdikdə və bu
barədə əvvəlki depozitara qanunvericilikdə nəzərdə
tutulmuş təsdiqedici sənədlər təqdim edildikdə;
5.2.2.
pul hesabı müqaviləsində nəzərdə tutulmuş
digər hallarda;
5.2.3.
Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə
tutulmuş hallarda depozitarın müraciəti və ya məhkəmənin
qərarı ilə.
5.3.
İdarəçinin ərizəsinə əsasən pul
hesabı başqa depozitara keçirildikdə hesabın rəsmiləşdirilməsinə
dair bütün sənədlər depozitarda saxlanılır,
lakin hesab sahibinin hesabına qarşı tələblər
siyahısı üzrə hesabı qəbul edən depozitara
poçt vasitəsilə, bildirişli sifariş məktubu ilə
və ya rəsmi təqdimetmə
yolu ilə çatdırılır. Depozitarların
müvəkkil şəxsləri tərəfindən tərtib
olunmuş təhvil-təslim aktı hesabın
açılmasına dair hüquqi sənədlər
qovluğunda saxlanılır. Müştəri başqa
depozitarın xidmətinə keçdikdə bağlanan
hesabın qalığı həmin depozitara
köçürülməlidir.
5.4.
Depozitarların müxbir hesabları aşağıdakı
hallarda bağlanılır:
5.4.1.
depozitarın müraciətinə əsasən;
5.4.2.
depozitar fəaliyyətinin həyata keçirilməsi
üçün verilmiş lisenziya ləğv edildikdə;
5.4.3.
məhkəmənin qərarı ilə.
“İnvestisiya fondunun
depozitarı tərəfindən pul hesablarının
açılması, aparılması və pul
köçürmələrinin həyata keçirilməsi
Qaydaları”na
Əlavə ¹
1 ƏRİZƏ – ANKET _____________________________________________________________________________ (investisiya fondunun, idarəçinin,
depozitarın tam adı) _____________________________________________________________________________ ________________________
hesabının açılmasını xahiş edirəm.
Bu növ hesabın açılması üçün aşağıda
göstərilən sənədləri və məlumatları
təqdim edirəm: 1. TAM ADI
_______________________________________________________________ 2. QISALDILMIŞ ADI
_______________________________________________________ 3. HÜQUQİ ŞƏXS KİMİ
DÖVLƏT QEYDİYYATINA ALINMASI HAQQINDA
ŞƏHADƏTNAMƏ Seriya ________ ¹ _______________
Verilib “_____” _______________ __________ il Qeydiyyata
almış orqanın adı
_________________________________________________________________________ 4. HÜQUQİ ÜNVANI
__________________________________________________________________________ 5. FAKTİKİ ÜNVAN
__________________________________________________________________________ 6. BANK REKVİZİTLƏRİ
__________________________________________________________________________ 7. VERGİ ÖDƏYİCİSİNİN UÇOTA
ALINMASI HAQQINDA ŞƏHADƏTNAMƏNİN
NÖMRƏSİ
__________________________________________________________________________ 8. TELEFON(LAR): _____________________________________________________________________________
FAKS 9 HESABA SƏRƏNCAM VERMƏK HÜQUQU OLAN
ŞƏXSLƏRİN SİYAHISI:
10. SƏNƏDLƏRİN ALINMASI FORMASI:
_______________________________________________________________ (şəxsən,
poçtla) 11. MÖHÜRÜN NÜMUNƏSİ:
Anketi ilkin imza etmək hüququ olan şəxs
imzalayır. Təqdim olunmuş informasiyanın
tamlığına və düzgünlüyünə
görə imza edən şəxs məsuliyyət
daşıyır. Anket göstəriciləri dəyişdikdə,
bu barədə yazılı surətdə məlumat təqdim
olunmalıdır. M.Y. İMZA: ___________________ / _______________ / _________________ |