Açıq
Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli
Fəaliyyət Planının və Korrupsiyaya qarşı
mübarizəyə dair 2012-2015-ci illər üçün Milli
Fəaliyyət Planının təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI
PREZİDENTİNİN SƏRƏNCAMI
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci
bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası
Prezidentinin 2007-ci il 28 iyul tarixli 2292 nömrəli
Sərəncamı ilə təsdiq edilmiş
Şəffaflığın artırılması və
korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya
çərçivəsində həyata keçirilən tədbirlərin
davamlılığının təmin edilməsi, bu
sahədə normativ hüquqi bazanın və institusional
mexanizmlərin təkmilləşdirilməsi, dövlət və
yerli özünüidarə orqanlarının fəaliyyətinin açıq
hökumət prinsiplərinə uyğunlaşdırılması,
qərarların qəbulu prosesində ictimaiyyətin
iştirakının genişləndirilməsi və
şəffaflığın artırılması,
Azərbaycan Respublikasının bu sahədə beynəlxalq
öhdəliklərinin icrasının təmin edilməsi
məqsədi ilə qərara
alıram:
1. Açıq
Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli
Fəaliyyət Planı təsdiq edilsin (əlavə olunur).
2.
Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər
üçün Milli Fəaliyyət Planı təsdiq edilsin (əlavə
olunur).
3.
Mərkəzi və yerli icra hakimiyyəti orqanları:
3.1. Açıq
Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli
Fəaliyyət Planında və Korrupsiyaya qarşı
mübarizəyə dair 2012-2015-ci illər üçün Milli
Fəaliyyət Planında (bundan sonra - Fəaliyyət
Planları) nəzərdə tutulan tədbirlərin
icrası barədə hər il yanvarın 15-dək
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə və
Azərbaycan Respublikasının Korrupsiyaya qarşı
mübarizə üzrə Komissiyasına illik hesabatlarını təqdim
etsinlər;
3.2.
Fəaliyyət Planlarının icrası üzrə illik iş
planlarını təsdiq etsinlər və bu barədə
məlumatı Azərbaycan Respublikasının Korrupsiyaya
qarşı mübarizə üzrə Komissiyasına təqdim
etsinlər.
4.
Azərbaycan Respublikasının Nazirlər Kabineti və
Azərbaycan Respublikasının Korrupsiyaya qarşı
mübarizə üzrə Komissiyası Fəaliyyət
Planlarının yerinə yetirilməsi ilə əlaqədar
görülən işlərin vəziyyətini mütəmadi təhlil
etsinlər və bu barədə Azərbaycan
Respublikasının Prezidentinə məlumat təqdim
etsinlər.
5.
Azərbaycan Respublikasının Hesablama Palatasına, Baş
Prokurorluğuna, İnsan Hüquqları üzrə Müvəkkilinə
(Ombudsmana), Məhkəmə-Hüquq Şurasına, Azərbaycan
Respublikasının məhkəmələrinə, yerli
özünüidarə orqanlarına tövsiyə edilsin ki, Fəaliyyət
Planlarında nəzərdə tutulan tədbirlərin
icrasını təmin etsinlər.
6.
Azərbaycan Respublikasının Korrupsiyaya qarşı
mübarizə üzrə Komissiyasına tövsiyə edilsin ki,
Fəaliyyət Planlarının icrasının
dəyərləndirilməsi prosesinə vətəndaş
cəmiyyəti institutlarını cəlb etsin və
Fəaliyyət Planlarının icrası üzrə görülən
işlər barədə ictimaiyyətə mütəmadi olaraq
məlumat versin.
7. Azərbaycan
Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan
irəli gələn digər məsələləri həll
etsin.
İlham
ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri, 5 sentyabr 2012-ci il
№ 2421
|
Azərbaycan
Respublikası Prezidentinin 2012-ci il
5 sentyabr tarixli 2421 nömrəli Sərəncamı ilə təsdiq
edilmişdir |
Açıq
Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün
Milli
Fəaliyyət Planı
Azərbaycan
Respublikasında dövlət orqanlarının
fəaliyyətində şəffaflığın
artırılması, hesabatlılığın təmin
edilməsi, ictimaiyyətin iştirakının
genişləndirilməsi, yeni texnologiyaların tətbiqi
əsas prinsiplərdir. Dövlət orqanlarının
fəaliyyətinin müasir standartlara uyğun
təkmilləşdirilməsi məqsədi ilə 2007-2011-ci
illərdə Şəffaflığın
artırılması və korrupsiyaya qarşı mübarizə
üzrə Milli Strategiya icra edilmişdir. Strategiyada həmçinin
açıq hökumət prinsiplərinin tətbiqi üzrə mühüm
tədbirlər müəyyən edilmişdir. Azərbaycan
Respublikası düzgün idarəçiliyin təşviqi üzrə bütün
beynəlxalq təşəbbüslərə qoşulmuşdur.
Şəffaflığın
artırılması və açıq hökumətin təşviqi
ilə bağlı fəaliyyətin
təkmilləşdirilməsi, bu sahədə beynəlxalq
təcrübənin mübadiləsi və beynəlxalq
səylərə öz töhfəsini verə bilmək üçün
ölkəmiz 2011-ci ildə Açıq Hökumət
Tərəfdaşlığına qoşulmuşdur.
Dövlət orqanlarının
fəaliyyətində şəffaflığın və
açıq hökumət prinsiplərinin tətbiqi üçün, əsasən,
aşağıdakı tədbirlər görülmüşdür:
İnformasiya azadlığının
təmin edilməsi sahəsində
2005-ci ildə İnformasiya
əldə etmək haqqında Azərbaycan
Respublikasının Qanunu qəbul edilmişdir. Qanunun
icrasına nəzarət Azərbaycan Respublikasının
İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombudsmana)
həvalə edilmişdir. Şəffaflığın
artırılması və korrupsiyaya qarşı mübarizə
üzrə Milli Strategiya çərçivəsində informasiya
əldə edilməsinin asanlaşdırılması üçün
praktiki işlər görülmüşdür. Dövlət orqanları
tərəfindən informasiyanın proaktiv formada
ictimaiyyətə təqdim edilməsi ilə bağlı
tədbirlər müəyyən edilmişdir.
Elektron xidmətlərin
təşkili sahəsində
2010-cu ildə ölkədə ikinci
Elektron Azərbaycan dövlət proqramı qəbul
edilmişdir. 2011-ci il mayın 23-də Dövlət
orqanlarının elektron xidmətlər göstərməsinin
təşkili sahəsində bəzi tədbirlər
haqqında Azərbaycan Respublikası Prezidentinin
Fərmanı imzalanmışdır. Fərmana əsasən,
dövlət orqanları öz fəaliyyət istiqamətlərinə
uyğun olaraq bütün sahələrdə elektron xidmətlər
təşkil etmişlər. Elektron xidmətlərin bir
pəncərə prinsipi əsasında təşkilinin
təmin edilməsi məqsədi ilə www.e-gov.az vahid elektron
hökumət portalı yaradılmışdır.
Bir pəncərə
prinsipinin tətbiqi sahəsində
2008-ci ildən etibarən
sahibkarlıq subyektlərinin qeydiyyatı bir
pəncərə prinsipinə uyğun həyata keçirilir. Bunun
nəticəsində kommersiya hüquqi şəxslərin qeydiyyat
(biznesə başlama) prosedurlarının sayı 13-dən
3-dək, müddəti isə 53 gündən 3 günədək,
təqdim edilməli olan sənədlərin sayı 5
dəfədən çox azaldılmışdır. Biznesə
başlama sahəsində islahatlara görə Azərbaycan
Respublikası Dünya Bankının Doing Business-
Dövlət orqanları
tərəfindən əhaliyə bütün xidmətlərin vahid
məkandan, daha keyfiyyətli və rahat həyata keçirilməsi
məqsədi ilə 2012-ci ilin iyul ayında Azərbaycan
Respublikasının Prezidenti yanında Vətəndaşlara
Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi
təsis edilmişdir və bu qurumun nəzdində ASAN
xidmət mərkəzləri fəaliyyət
göstərəcəkdir.
Mineral Ehtiyatların
Hasilatı ilə Məşğul olan Sənaye
Sahələrində Şəffaflıq Təşəbbüsünün
(MHŞT) tətbiqi sahəsində
Azərbaycan Respublikası 2003-cü
ildən Mineral Ehtiyatların Hasilatı ilə
Məşğul olan Sənaye Sahələrində
Şəffaflıq Təşəbbüsünə (MHŞT)
qoşulmuş və təşəbbüsün icrası üzrə
xüsusi hökumət komissiyası yaradılmışdır.
Təşəbbüsün tətbiqi mexanizmi hökumət komissiyası,
mədən hasilatı ilə məşğul olan yerli və
xarici şirkətlər və Mədən Sənayesində
Şəffaflığın Artırılması üzrə
qeyri-hökumət təşkilatlarının Koalisiyası
tərəfindən müəyyənləşdirilmiş və
2004-cü ildə Təşəbbüsün həyata keçirilməsinə
dair Qarşılıqlı Anlaşma Memorandumu
imzalanmışdır. 2007-ci ildə Azərbaycan Mineral
Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye
Sahələrində Şəffaflıq Təşəbbüsü
üzrə namizəd statusunu almış, 2009-cu ildə həmin
qurumun tamhüquqlu üzvü statusunu alan ilk ölkə olmuşdur.
Təşəbbüsün icrası üzrə əldə etdiyi
nailiyyətlərə görə 2007-ci ildə Azərbaycan
Respublikasının Dövlət Neft Fondu Dövlət qulluğunda
şəffaflığın, cavabdehliyin və məsuliyyətin
artırılması üzrə BMT-nin Dövlət Qulluğu
Mükafatı ilə təltif edilmişdir. 2009-cu ildə Mineral
Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye
Sahələrində Şəffaflıq Təşəbbüsü
mükafatı Azərbaycana təqdim edilmişdir.
Vətəndaş
cəmiyyəti institutları ilə əməkdaşlıq
və ictimaiyyətin iştirakının təmin edilməsi
sahəsində
Azərbaycan Respublikasının
Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası
yanında fəaliyyət göstərən işçi qruplarda
qeyri-hökumət təşkilatlarının üzvlüyü təmin
edilmişdir. 2005-ci ildə Korrupsiyaya qarşı mübarizə
aparan qeyri-hökumət təşkilatlarının Məlumat
və İnformasiya Şəbəkəsi təsis edilmişdir.
Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya
Şəbəkəyə üzv olmuşdur. Şəbəkə
korrupsiyaya qarşı mübarizə və
şəffaflığın artırılması ilə
əlaqədar bütün qanunvericilik layihələri üzrə ictimai
dinləmələr keçirmişdir. 2004-cü ildən Mineral
Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye
Sahələrində Şəffaflıq Təşəbbüsünün
icrası məqsədi ilə Qeyri-Hökumət
Təşkilatlarının Mədən Sənayesində
Şəffaflığın Artırılması
Koalisiyası yaradılmışdır.
Şəffaflığın
artırılması və açıq hökumətin təşviqi
sahəsində aşağıdakı tədbirlərin
görülməsi təmin ediləcəkdir:
1. İnformasiya
əldə edilməsinin asanlaşdırılması
Görüləcək işlər və
nəticə indikatorları
1.1 Dövlət
qurumlarında informasiya azadlığı üzrə məsul
şəxslərin müəyyən edilməsi, informasiya
azadlığı ilə bağlı daxili icraat
qaydalarının qəbul edilməsi və bu barədə
ictimaiyyətin məlumatlandırılması
İcra: mərkəzi
və yerli icra hakimiyyəti orqanları 2012-2014-cü illər
1.2 İnformasiya
azadlığının təmin edilməsi məqsədi
ilə məsul dövlət qulluqçuları üçün ətraflı
treninqlərin keçirilməsi
İcra: mərkəzi və yerli
icra hakimiyyəti orqanları 2012-2014-cü illər
1.3 İnformasiya əldə
etmək haqqında Azərbaycan Respublikası Qanununun
tələblərinin icrasına nəzarətin həyata
keçirilməsi məqsədi ilə Azərbaycan
Respublikasının İnsan hüquqları üzrə Müvəkkilinin
(Ombudsmanın) Aparatının strukturunun
təkmilləşdirilməsi, aidiyyəti
əməkdaşların ixtisaslaşmış
treninqlərə cəlb edilməsi
İcra: İnsan hüquqları üzrə
Müvəkkil (Ombudsman) 2013-2014-cü illər
2. Dövlət
orqanlarının öz fəaliyyəti barədə
ictimaiyyətə müntəzəm məlumat verməsi
Görüləcək işlər və
nəticə indikatorları
2.1 Dövlət orqanlarının öz
fəaliyyəti barədə məlumatları mütəmadi,
yenilənmiş əsaslarla internet səhifələrində
yerləşdirməsi
İcra: mərkəzi və yerli
icra hakimiyyəti orqanları mütəmadi
2.2 Dövlət orqanlarının öz
fəaliyyəti barədə illik məruzələr tərtib
etməsi və internet səhifələrində
açıqlaması
İcra: mərkəzi və yerli
icra hakimiyyəti orqanları 2012-2015-ci illər
2.3 Dövlət orqanlarının öz
fəaliyyəti barədə mətbuat konfransları və
ictimaiyyətlə birbaşa ünsiyyət formasında
tədbirlər keçirməsi
İcra: mərkəzi və yerli
icra hakimiyyəti orqanları 2012-2015-ci illər
2.4 Dövlət orqanlarının
fəaliyyətini tənzimləyən qanunvericilik
aktlarının anlaşılan sadə dildə
yazılmış versiyasının, bələdçi
qaydaların tərtib edilməsi və bu məlumatların
vətəndaşlar arasında təşviq edilməsi
İcra: mərkəzi və yerli
icra hakimiyyəti orqanları mütəmadi
2.5 Dövlət proqramlarının
əhatə etdiyi sahələr üzrə internet
portallarının yaradılması
İcra: mərkəzi icra
hakimiyyəti orqanları 2012-2014-cü illər
2.6 Dövlət orqanlarının
internet səhifələrinin müasir standartlara uyğun olaraq
vahid nümunəvi formasının və minimum
şərtlərinin müəyyən edilməsi
İcra: Nazirlər Kabineti, Xüsusi
Dövlət Mühafizə Xidməti, Rabitə və İnformasiya
Texnologiyaları Nazirliyi, Korrupsiyaya qarşı mübarizə
üzrə Komissiya - 2013-cü il
2.7 Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Azərbaycan Respublikasının Milli Məclisi
qarşısındakı illik hesabatlarında açıq
hökumətin təşviqi və korrupsiyaya qarşı
mübarizə sahəsində həyata keçirilmiş
tədbirlər haqqında məlumat verməsi
İcra: Nazirlər Kabineti
-2012-2015-ci illər
3. Normativ hüquqi
aktların vahid elektron bazasının fəaliyyətinin
təkmilləşdirilməsi
Görüləcək işlər və
nəticə indikatorları:
3.1 Rəsmi hüquqi istinad
mənbəyi olan Azərbaycan Respublikasının Hüquqi
Aktların Dövlət Reyestrinin elektron variantının mütəmadi
yenilənməsi və elektron bazanın daim işlək
vəziyyətdə saxlanılması
İcra: Ədliyyə Nazirliyi
mütəmadi
4.
Dövlət orqanlarının fəaliyyətində
ictimaiyyətin iştirakının genişləndirilməsi
Görüləcək işlər və
nəticə indikatorları:
4.1 Dövlət orqanları
tərəfindən ictimai əhəmiyyət kəsb edən
qanun layihələrinin hazırlanması prosesinə
vətəndaş cəmiyyəti nümayəndələrinin
cəlb edilməsi, ictimai dinləmələrin keçirilməsi
İcra: mərkəzi icra
hakimiyyəti orqanları mütəmadi
4.2 Əhaliyə xidmət
göstərən dövlət orqanları tərəfindən
vətəndaş cəmiyyəti institutları ilə
əməkdaşlığın
təkmilləşdirilməsi üçün müvafiq şuraların və
ya əməkdaşlıq şəbəkələrinin
yaradılması
İcra: mərkəzi və yerli
icra hakimiyyəti orqanları 2012-2013-cü illər
4.3 İctimai maraq kəsb edən
qərarların qəbul edilməsi prosesində
ictimaiyyətin iştirakını genişləndirmək
vasitəsi kimi internet səhifələrindən istifadə
edilməsi (vətəndaşların təklif və
rəylərinin qəbul edilməsi, müzakirələrin
təşkil edilməsi, interaktiv sual-cavab bölmələrinin
yaradılması və s.)
İcra: mərkəzi və yerli
icra hakimiyyəti orqanları mütəmadi
4.4 Dövlət orqanları
tərəfindən Açıq qapı vətəndaş
forumlarının keçirilməsi
İcra: mərkəzi və yerli
icra hakimiyyəti orqanları mütəmadi
5. Elektron
xidmətlərin təkmilləşdirilməsi
Görüləcək işlər və
nəticə indikatorları:
5.1 Elektron xidmətlər
göstərilməsi üzrə qiymətləndirmənin həyata
keçirilməsi və ictimaiyyətə açıqlanması
İcra: Nəqliyyat,
Rabitə və Yüksək
Texnologiyalar Nazirliyi, Azərbaycan Respublikasının
Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial
İnnovasiyalar üzrə Dövlət Agentliyi mütəmadi[1]
5.2 Dövlət orqanlarının öz
səlahiyyətlərinə uyğun olaraq həyata
keçirdikləri elektron xidmətlər barədə ildə bir
dəfədən az olmayaraq ictimai təqdimatlar keçirməsi
İcra: mərkəzi icra
hakimiyyəti orqanları 2013-2015-ci illər
5.3 Dövlət orqanları arasında
elektron informasiya dövriyyəsinin təmin edilməsi
məqsədi ilə vahid sistemin yaradılması
İcra: Azərbaycan
Respublikasının Prezidenti yanında Vətəndaşlara
Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Rabitə və Yüksək
Texnologiyalar Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti
2013-2014-cü illər
5.4 Rüsumların, vergilərin, inzibati
cərimələrin, kommunal xərclərin və digər
inzibati ödənişlərin elektron qaydada ödənilməsinin
təkmilləşdirilməsi
İcra: mərkəzi icra
hakimiyyəti orqanları, Azərbaycan Respublikasının
Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial
İnnovasiyalar üzrə Dövlət Agentliyi 2013-2014-cü illər
5.5 Regionlarda əhalinin elektron
xidmətlərdən istifadə imkanlarının
artırılması üzrə tədbirlərin həyata
keçirilməsi
İcra: mərkəzi icra
hakimiyyəti orqanları, Azərbaycan Respublikasının
Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial
İnnovasiyalar üzrə Dövlət Agentliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi
2013-2014-cü illər[2]
6. Maliyyə
nəzarətini həyata keçirən orqanların
fəaliyyətində şəffaflığın
artırılması
Görüləcək işlər və
nəticə indikatorları:
6.1 Dövlət maliyyə
nəzarətini həyata keçirən orqanların
səlahiyyətlərinin dəqiqləşdirilməsi və
maliyyə nəzarəti üzrə daha təkmil hüquqi baza
təmin etmək üçün maliyyə nəzarəti haqqında qanun
layihəsinin hazırlanması
İcra: Nazirlər Kabineti, Hesablama
Palatası, Maliyyə Nazirliyi, Vergilər Nazirliyi - 2013-2014-cü
illər
6.2 Maliyyə nəzarəti
orqanlarının hesabatlılığının
artırılması və həmin orqanlar
tərəfindən maliyyə nəzarətinin
nəticələri barədə təhlillərin və
statistik məlumatların ictimaiyyətə təqdim
edilməsi
İcra: Nazirlər Kabineti, Hesablama Palatası,
Maliyyə Nazirliyi, Vergilər Nazirliyi - 2013-2015-ci illər
6.3 Maliyyə nəzarətində
informasiya texnologiyalarının tətbiqi və elektron
nəzarət (e-nəzarət) sisteminin yaradılması
İcra: Nazirlər Kabineti, Hesablama
Palatası, Maliyyə Nazirliyi, Vergilər Nazirliyi - 2013-2014-cü
illər
6.4 Maliyyə nəzarəti
orqanlarının qarşılıqlı fəaliyyətinin
təmin edilməsi, onlar arasında vahid elektron informasiya
bazasının yaradılması, informasiya mübadiləsinin
təşkili
İcra: Nazirlər Kabineti, Hesablama
Palatası, Maliyyə Nazirliyi, Vergilər Nazirliyi - 2013-2014-cü
illər
6.5 Dövlət müəssisələrinin
Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına
və ya Milli Mühasibat Uçotu Standartlarına uyğun olaraq
tərtib edilmiş maliyyə hesabatlarının auditor
rəyi ilə birlikdə dərc edilməsinə
nəzarət mexanizmlərinin təkmilləşdirilməsi
İcra: Nazirlər Kabineti, Hesablama
Palatası, Maliyyə Nazirliyi - 2013-2014-cü illər
6.6 Yerli büdcənin tərtibinə
və icrasına, o cümlədən sərf edilən vəsaitin
təsdiq edilmiş büdcə göstəricilərinə
uyğunluğuna, habelə bələdiyyələrin
maliyyə hesabatlarının vaxtında təsdiq olunmasına
nəzarət mexanizmlərinə və prosedurlarına dair
təkliflər hazırlanması
İcra: Ədliyyə Nazirliyi,
Maliyyə Nazirliyi, Hesablama Palatası 2013-cü il
6.7 Dövlət büdcəsinin icrası
barədə hesabat və müvafiq qanun layihələrinin
Azərbaycan Respublikasının Milli Məclisinə təqdim
edilənədək dərc edilməsi
İcra: Nazirlər Kabineti,
Maliyyə Nazirliyi 2013-2015-ci illər
7.
Vergi nəzarəti və yoxlamaları prosesində
şəffaflığın artırılması
Görüləcək işlər və
nəticə indikatorları:
7.1 Vergi ödəyicilərinin zəruri
məlumatla təmin edilməsi və vergi ödəyiciləri
ilə təbliğat işinin təkmilləşdirilməsi
İcra: Vergilər Nazirliyi -
2012-2014-cü illər
7.2 Vergi orqanlarının
fəaliyyətinin Beynəlxalq Valyuta Fondunun Vergi
şəffaflığı üzrə yaxşı praktika
haqqında kodeksinə uyğunlaşdırılması
sahəsində tədbirlər görülməsi
İcra: Vergilər Nazirliyi -
2012-2013-cü illər
7.3 Vergilərin və digər icbari
ödənişlərin elektron qaydada ödənilməsinin
təkmilləşdirilməsi üçün müvafiq tədbirlər
görülməsi
İcra: Vergilər Nazirliyi -
2012-2013-cü illər
8. Mineral ehtiyatların
hasilatı ilə məşğul olan sənaye
sahələrində şəffaflığın
artırılması
Görüləcək işlər və
nəticə indikatorları:
8.1 Mineral Ehtiyatların Hasilatı
ilə Məşğul olan Sənaye Sahələrində
Şəffaflıq Təşəbbüsünün Azərbaycanda
davamlı tətbiqi və inkişafı üçün Azərbaycan
Respublikası hökumətinin ölkədə mineral ehtiyatların
hasilatı ilə məşğul olan yerli və xarici
şirkətlər, habelə vətəndaş
cəmiyyəti institutları ilə
əməkdaşlığının davam etdirilməsi
İcra: Dövlət Neft Fondu
2012-2015-ci illər
8.2 Azərbaycan Respublikası
hökumətinin mədən sənayesində əldə etdiyi
məcmu daxilolmalar barədə hesabatların
ictimaiyyətə mütəmadi açıqlanmasının davam
etdirilməsi
İcra: Dövlət Neft Fondu
2012-2015-ci illər
8.3 Mineral Ehtiyatların Hasilatı
ilə Məşğul olan Sənaye Sahələrində
Şəffaflıq Təşəbbüsünün Azərbaycanda
tətbiqi üzrə illik hesabatların açıqlanması
İcra: Dövlət Neft Fondu
2012-2015-ci illər
9. Açıq hökumətin
təşviqi üçün görülən tədbirlərlə bağlı
maarifləndirmənin və əməkdaşlığın
həyata keçirilməsi
Görüləcək işlər və
nəticə indikatorları:
9.1 Fəaliyyət Planının
icrası üzrə tədbirlərin yerinə yetirilməsi
vəziyyətinin hər il üzrə
dəyərləndirilməsi və ictimaiyyətə
açıqlanması
İcra: Korrupsiyaya qarşı
mübarizə üzrə Komissiya 2012-2015-ci illər
9.2 Açıq hökumət
təşəbbüsü üzrə maarifləndirici materialların
nəşri və əhali arasında paylanması
İcra: Korrupsiyaya qarşı
mübarizə üzrə Komissiya, Nazirlər Kabineti, mərkəzi
və yerli icra hakimiyyəti orqanları - mütəmadi
9.3 Açıq Hökumət
Tərəfdaşlığı çərçivəsində
öhdəliklərin icrası istiqamətində zəruri
tədbirlərin davam etdirilməsi
İcra: Nazirlər Kabineti,
mərkəzi və yerli icra hakimiyyəti orqanları,
Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya 2012-2015-ci
illər
9.4 Fəaliyyət Planında
nəzərdə tutulan tədbirlərin icrası üçün
vətəndaş cəmiyyəti institutlarına maliyyə
dəstəyi
İcra: Nazirlər Kabineti,
mərkəzi və yerli icra hakimiyyəti orqanları,
Azərbaycan Respublikasının Prezidenti yanında
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi
Şurası, Korrupsiyaya qarşı mübarizə üzrə
Komissiya 2012-2015-ci illər
Azərbaycan
Respublikası Prezidentinin
2012-ci il 5
sentyabr tarixli 2421 nömrəli
Sərəncamı
ilə təsdiq edilmişdir
Korrupsiyaya
qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün
Milli
Fəaliyyət Planı
1. Korrupsiyaya qarşı mübarizə üzrə qanunvericilik
bazasının təkmilləşdirilməsi
Görüləcək
işlər və nəticə indikatorları:
1.1 Hüquqi
tənzimləmənin təsirinin qiymətləndirilməsi
(RİA) qaydalarının müəyyən edilməsi
İcra: Nazirlər
Kabineti, Ədliyyə Nazirliyi, İqtisadi İnkişaf
Nazirliyi, Maliyyə Nazirliyi - 2013-cü il
1.2 Mərkəzi icra
hakimiyyəti orqanlarında və normativ xarakterli aktları
qəbul edən orqanlarda onlar tərəfindən qəbul
ediləcək normativ hüquqi və normativ xarakterli aktların
layihələrinin sui-istifadəyə (korrupsiyaya) məruz
qalmasına dair ekspertizanın həyata keçirilməsinin vahid
qaydalarının müəyyən edilməsi
İcra: Ədliyyə
Nazirliyi - 2012-ci il
2. Ərizə və şikayətlərə
baxılması işinin təkmilləşdirilməsi
Görüləcək
işlər və nəticə indikatorları:
2.1 Azərbaycan
Respublikasının Baş Prokurorluğu nəzdində
fəaliyyət göstərən 161 - qaynar xətt əlaqə
mərkəzinin texniki və insan resursu imkanlarının genişləndirilməsi,
mərkəzə daxil olmuş məlumatlarla əlaqədar
operativ tədbirlər görülməsinin təmin edilməsi, daxil
olmuş müraciətlərlə bağlı statistik və
analitik məlumatların dərc edilməsi
İcra: Baş Prokurorluq 2012-2015-ci
illər
2.2 Dövlət orqanları
tərəfindən qaynar xətlərin təşkili və
fəaliyyəti üzrə vahid metodologiya və standartların
müəyyən edilməsi
İcra: Nazirlər
Kabineti, Ədliyyə Nazirliyi, Korrupsiyaya qarşı
mübarizə üzrə Komissiya 2013-cü il
2.3 Korrupsiya halları
haqqında məlumat verən şəxslərin
müdafiəsinə dair qanun layihəsinin hazırlanması
İcra: Baş Prokurorluq,
Ədliyyə Nazirliyi, Korrupsiyaya qarşı mübarizə
üzrə Komissiya 2014-cü il
2.4 Korrupsiya ilə bağlı
müraciət, ərizə və şikayətlərə
baxılması qaydalarının
təkmilləşdirilməsinə dair təkliflərin
hazırlanması
İcra: Baş Prokurorluq,
Ədliyyə Nazirliyi, Korrupsiyaya qarşı mübarizə
üzrə Komissiya 2013-cü il
2.5 Dövlət qurumlarının
rəhbərləri tərəfindən mütəmadi olaraq
vətəndaşların birbaşa, o cümlədən
səyyar qəbulunun təşkili
İcra: mərkəzi və yerli
icra hakimiyyəti orqanları 2012-2015-ci illər
2.6 Ərizə və
şikayətlərin elektron qaydada qəbulu və rəsmi
cavablandırılması işinin
təkmilləşdirilməsi
İcra: mərkəzi və yerli
icra hakimiyyəti orqanları 2013-2014-cü illər
3. Cinayət təqibi sahəsində qanunvericiliyin
təkmilləşdirilməsi
Görüləcək işlər və
nəticə indikatorları:
3.1 Hüquqi şəxslər
barəsində cinayət-hüquqi tədbirlərin tətbiqi
qaydalarına dair qanun layihələrinin hazırlanması
İcra: Baş Prokurorluq,
Ədliyyə Nazirliyi - 2013-cü il
3.2 Korrupsiyaya qarşı mübarizə
sahəsində hakimlərin toxunulmazlıq hüququnun
məhdudlaşdırılması üzrə təkliflərin
hazırlanması
İcra: Baş Prokurorluq,
Ədliyyə Nazirliyi - 2013-2014-cü illər
3.3 Korrupsiyaya qarşı
mübarizədə əməliyyat-axtarış
tədbirlərinin səmərəliliyin
artırılmasına dair təkliflərin hazırlanması
İcra: Baş Prokurorluq - 2013-2014-cü
illər
3.4 Korrupsiyaya qarşı
mübarizədə şahidlərin və cinayət təqibini
həyata keçirən orqanlarla əməkdaşlıq edən
şəxslərin müdafiəsinin
təkmilləşdirilməsi üzrə əlavə
tədbirlərin müəyyən edilməsi
İcra: Baş Prokurorluq, Daxili
İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi -
2013-2014-cü illər
3.5 Korrupsiya cinayətləri üzrə
istintaq sövdələşməsinin cinayət-prosessual
qanunvericiliyə daxil edilməsi üzrə təkliflərin
hazırlanması
İcra: Baş Prokurorluq - 2013-2014-cü
illər
4. Azərbaycan Respublikasının Korrupsiyaya
qarşı mübarizə üzrə Komissiyasının
fəaliyyətinin təkmilləşdirilməsi
Görüləcək işlər və
nəticə indikatorları:
4.1 Komissiyanın korrupsiya ilə
əlaqədar dövlət orqanlarına göndərdiyi
müraciətlər üzrə araşdırma və
qiymətləndirmələr keçirməsi
İcra: Korrupsiyaya qarşı
mübarizə üzrə Komissiya mütəmadi
4.2 Fəaliyyət Planının
icra vəziyyətinin yoxlanılması məqsədi ilə
Komissiyanın monitorinqlər keçirməsi
İcra: Korrupsiyaya qarşı
mübarizə üzrə Komissiya mütəmadi
4.3 Korrupsiyanın səviyyəsinin
öyrənilməsi məqsədi ilə
ixtisaslaşdırılmış tədqiqatların və
rəy sorğularının keçirilməsi
İcra: Korrupsiyaya qarşı
mübarizə üzrə Komissiya - mütəmadi
4.4 Korrupsiyaya qarşı mübarizə
üzrə Komissiyanın Katibliyinin strukturunun
təkmilləşdirilməsi, maddi-texniki və kadr
təminatının gücləndirilməsi üzrə
təkliflər hazırlanması
İcra: Korrupsiyaya qarşı
mübarizə üzrə Komissiya, Nazirlər Kabineti, Maliyyə
Nazirliyi - 2013-cü il
5. Azərbaycan Respublikasının Baş Prokuroru
yanında Korrupsiyaya qarşı mübarizə İdarəsinin
fəaliyyətinin təkmilləşdirilməsi
Görüləcək işlər və
nəticə indikatorları:
5.1 İdarənin dövlət
orqanlarının informasiya sistemləri, məlumat bazaları
və reyestrlərindən qanunvericiliklə müəyyən
edilmiş qaydada, real vaxt rejimində istifadəsinin təmin
edilməsi üzrə tədbirlər görülməsi
İcra: Baş Prokurorluq,
Azərbaycan Respublikasının Prezidenti yanında
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar
üzrə Dövlət Agentliyi, Nazirlər Kabineti, aidiyyəti
dövlət orqanları 2013-cü il
5.2 İdarənin preventiv
tədbirlər sahəsində fəaliyyətinin
genişləndirilməsi və müvafiq tədbirlər
planının qəbul edilməsi
İcra: Baş Prokurorluq 2012-2013-cü
illər
5.3 Korrupsiya ilə əlaqədar
cinayətlər barədə vahid informasiya bazasının
fəaliyyətinin təkmilləşdirilməsi
İcra: Baş Prokurorluq - 2013-2014-cü
illər
6. Cinayət yolu ilə əldə edilmiş
gəlirlərin leqallaşdırılmasının
qarşısının alınması və bu sahədə
institusional mexanizmlərin möhkəmləndirilməsi
Görüləcək işlər və
nəticə indikatorları:
6.1 Azərbaycan Respublikasının
Cinayət fəaliyyətindən əldə edilən
gəlirlərin leqallaşdırılmasına,
axtarışına, həbsinə və müsadirəsinə, o
cümlədən terrorçuluğun
maliyyələşdirilməsinə dair Avropa
Şurasının Konvensiyasına qoşulması üçün
təkliflərin hazırlanması
İcra: Nazirlər Kabineti,
Maliyyə Monitorinqi Xidməti - 2013-cü il
6.2 Mənimsənilmiş
əmlakın bərpası (asset recovery) üzrə ölkədaxili
mexanizmin formalaşdırılması məqsədi ilə
normativ hüquqi aktın layihəsinin hazırlanması
İcra: Baş Prokurorluq,
Ədliyyə Nazirliyi, Maliyyə Monitorinqi Xidməti
2013-2014-cü illər
6.3 Monitorinq
iştirakçılarının və monitorinqdə iştirak
edən digər şəxslərin cinayət yolu ilə
əldə edilmiş pul vəsaitlərinin və ya digər
əmlakın leqallaşdırılmasına və
terrorçuluğun maliyyələşdirilməsinə
qarşı mübarizə sahəsində öhdəliklərinə
aidiyyəti dövlət orqanları tərəfindən
nəzarətlə bağlı qaydaların hazırlanması
İcra: Maliyyə Monitorinqi
Xidməti və monitorinq iştirakçılarına və
monitorinqdə iştirak edən digər
şəxslərə nəzarət edən dövlət
orqanları - 2013-cü il
6.4 Cinayət yolu ilə əldə
edilmiş pul vəsaitlərinin və ya digər
əmlakın leqallaşdırılmasına və
terrorçuluğun maliyyələşdirilməsinə
qarşı mübarizə sahəsində vahid statistik məlumat
bazasının yaradılması
İcra: Maliyyə Monitorinqi
Xidməti, Milli Təhlükəsizlik Nazirliyi, Baş Prokurorluq
2013-2014-cü illər
6.5 Azərbaycan Respublikasının
Mülki Məcəlləsinə uyğun olaraq lombardların
və daşınmaz əmlak alğı-satqısı
üzrə vasitəçilik xidmətləri göstərən fiziki
və hüquqi şəxslərin fəaliyyət sahəsini
tənzimləyən normativ hüquqi aktların
layihələrinin hazırlanması
İcra: Maliyyə Monitorinqi
Xidməti, Ədliyyə Nazirliyi 2013-cü il
7. Dövlət qulluğuna dair qanunvericiliyin və
institusional mexanizmlərin təkmilləşdirilməsi
Görüləcək işlər və
nəticə indikatorları:
7.1 Dövlət qulluğuna dair
qanunvericiliyin məcəllələşdirilməsi üzrə
layihənin hazırlanması
İcra: Nazirlər Kabineti,
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət
Qulluğu Məsələləri üzrə Komissiya 2013-2014-cü
illər
7.2 Azərbaycan Respublikasının
Prezidenti yanında Dövlət Qulluğu Məsələləri
üzrə Komissiyanın nəzdində ixtisaslaşmış
(dövlət qulluğuna dair qanunvericiliyin tətbiqi, etik
davranış, maraqlar toqquşmasının
qarşısının alınması, korrupsiyaya qarşı
mübarizə və s. üzrə təlim və tədrisi həyata
keçirən) təlim mərkəzinin yaradılması
İcra: Nazirlər Kabineti,
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət
Qulluğu Məsələləri üzrə Komissiya 2013-2014-cü
illər
7.3 Azərbaycan Respublikasının
Prezidenti yanında Dövlət Qulluğu Məsələləri
üzrə Komissiyanın strukturunun təkmilləşdirilməsi
və maddi-texniki təminatı üzrə təkliflərin
verilməsi
İcra: Nazirlər Kabineti,
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət
Qulluğu Məsələləri üzrə Komissiya 2013-2014-cü
illər
8. Dövlət qulluqçularının fəaliyyətinin
təkmilləşdirilməsi və
peşəkarlığının artırılması
Görüləcək işlər və
nəticə indikatorları:
8.1 Dövlət qulluğuna qəbulun
müsabiqə və şəffaflıq əsasında həyata
keçirilməsi mexanizmlərinin təkmilləşdirilməsi
İcra: Azərbaycan
Respublikasının Prezidenti yanında Dövlət Qulluğu
Məsələləri üzrə Komissiya, mərkəzi və
yerli icra hakimiyyəti orqanları - 2012-2014-cü illər
8.2 Dövlət qulluqçularının
əlavə təhsilini tənzimləyən qaydaların
təkmilləşdirilməsi üzrə təkliflərin
hazırlanması
İcra: Azərbaycan
Respublikasının Prezidenti yanında Dövlət Qulluğu
Məsələləri üzrə Komissiya, Təhsil Nazirliyi -
2012-2013-cü illər
8.3 Dövlət orqanlarının
nəzdində olan tədris müəssisələri və
mərkəzləri tərəfindən korrupsiyaya qarşı
mübarizə üzrə təlim modulunun hazırlanması və bu
məsələlərlə əlaqədar tədris
proqramlarının (etik davranış, maraqlar
toqquşması, informasiya azadlığı və s.)
təşkili
İcra: mərkəzi icra
hakimiyyəti orqanları, Azərbaycan Respublikasının
Prezidenti yanında Dövlət Qulluğu Məsələləri
üzrə Komissiya, Korrupsiyaya qarşı mübarizə üzrə
Komissiya - 2013-2014-cü illər
8.4 Dövlət qulluqçularının
fəaliyyətini qiymətləndirmə qaydalarının
qəbul edilməsi, qiymətləndirmə sisteminin xüsusi
proqram təminatının yaradılması
İcra: Azərbaycan
Respublikasının Prezidenti yanında Dövlət Qulluğu
Məsələləri üzrə Komissiya - 2013-2014-cü illər
8.5 Dövlət qulluğunda rotasiya
sisteminin tətbiqi ilə bağlı pilot layihələrin
hazırlanması və bununla əlaqədar metodiki
qaydaların tərtib edilməsi
İcra: mərkəzi icra
hakimiyyəti orqanları, Azərbaycan Respublikasının
Prezidenti yanında Dövlət Qulluğu Məsələləri
üzrə Komissiya - 2013-2014-cü illər
8.6 Dövlət qulluqçularının
məvaciblərinin mərhələlərlə
artırılması, onların sosial təminatının
gücləndirilməsi ilə bağlı təkliflərin
hazırlanması
İcra: Nazirlər Kabineti,
Maliyyə Nazirliyi 2013-2015-ci illər
9. Maraqlar toqquşmasının
qarşısının alınması və maliyyə
xarakterli məlumatlar haqqında bəyannamələrin
təqdim edilməsi
Görüləcək işlər və
nəticə indikatorları:
9.1 Dövlət qulluqçularının
və dövlət orqanlarının digər vəzifəli
şəxslərinin fəaliyyətində maraqlar
toqquşmasının qarşısının alınması
ilə bağlı qanunvericiliyin
təkmilləşdirilməsi üzrə təkliflərin
verilməsi
İcra: Nazirlər Kabineti,
Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya 2013-cü il
9.2 Maraqlar toqquşmasının
qarşısının alınması üzrə treninqlərin
təşkili
İcra: Korrupsiyaya qarşı
mübarizə üzrə Komissiya, mərkəzi və yerli icra
hakimiyyəti orqanları 2013-2015-ci illər
9.3 Vəzifəli
şəxslərin maliyyə xarakterli məlumatları
haqqında bəyannamənin elektron formada təqdim edilməsi
ilə bağlı təkliflərin hazırlanması
İcra: Nazirlər Kabineti,
Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya - 2013-cü il
10. Etik davranış qaydalarının
təkmilləşdirilməsi
Görüləcək işlər və
nəticə indikatorları:
10.1 Dövlət qulluqçuları üçün etik
davranış məsələləri üzrə mütəmadi
tədris kursları və treninqlərin təşkil
edilməsi
İcra: mərkəzi və yerli
icra hakimiyyəti orqanları, Azərbaycan Respublikasının
Prezidenti yanında Dövlət Qulluğu Məsələləri
üzrə Komissiya - 2012-2015-ci illər
10.2 Etik davranış
məsələləri üzrə illik hesabatların
hazırlanması (hesabatlarda aparılmış
maarifləndirmə işləri, etik davranış
qaydalarının pozulması halları və tətbiq
edilmiş intizam tənbehi tədbirləri
göstərilməklə), Korrupsiyaya qarşı mübarizə
üzrə Komissiyaya təqdim edilməsi və ictimaiyyətə
açıqlanması
İcra: mərkəzi və yerli
icra hakimiyyəti orqanları, Azərbaycan Respublikasının
Prezidenti yanında Dövlət Qulluğu Məsələləri
üzrə Komissiya - 2012-2015-ci illər
10.3 Etik davranış
qaydalarının pozulması ilə bağlı daxil olmuş
şikayətlərin effektiv araşdırılması
mexanizmlərinin müəyyən edilməsi
İcra: mərkəzi və yerli
icra hakimiyyəti orqanları, Azərbaycan Respublikasının
Prezidenti yanında Dövlət Qulluğu Məsələləri
üzrə Komissiya 2013-2014-cü illər
10.4 Dövlət orqanlarının
internet saytlarında etik məsələlər üzrə xüsusi
bölmənin yaradılması (qeyri-etik davranış
barədə elektron şikayət etmə mexanizmi, etik qaydalar,
etik hesabatlar və s.)
İcra: mərkəzi və yerli
icra hakimiyyəti orqanları - 2013-cü il
10.5 Etik davranış üzrə
tədrisin və treninqlərin təşkili ilə
əlaqədar tədris modulunun və minimum
şərtlərin müəyyən edilməsi
İcra: Korrupsiyaya qarşı
mübarizə üzrə Komissiya, Azərbaycan Respublikasının
Prezidenti yanında Dövlət Qulluğu Məsələləri
üzrə Komissiya - 2013-cü il
11. Bələdiyyələrin fəaliyyətinin
təkmilləşdirilməsi
Görüləcək işlər və
nəticə indikatorları:
11.1 Bələdiyyələrin
aparatlarında qulluğa qəbulun müsabiqə və
şəffaflıq əsasında həyata keçirilməsi
ilə bağlı təkliflərin hazırlanması
İcra: bələdiyyələr,
Ədliyyə Nazirliyi - 2013-cü il
11.2 Bələdiyyə
qulluqçuları üçün korrupsiyaya qarşı mübarizə
məsələləri üzrə tədris kurslarının,
treninqlərin və seminarların təşkili
İcra: bələdiyyələr,
Ədliyyə Nazirliyi mütəmadi
11.3 Bələdiyyə
qulluqçularının etik davranış qaydalarının
hazırlanması
İcra: bələdiyyələr,
Ədliyyə Nazirliyi - 2013-cü il
12. Sahibkarlıq fəaliyyəti üçün əlverişli
mühitin təkmilləşdirilməsi
Görüləcək işlər və
nəticə indikatorları:
12.1 Sahibkarların dövlət
orqanları ilə münasibətlərində
qarşılaşdıqları problemlərin öyrənilməsi
və onların həlli üçün tədbirlərin müəyyən
edilməsi
İcra: İqtisadiyyat
və Sənaye Nazirliyi mütəmadi[3]
12.2 Sahibkarlıq sahəsində
aparılan yoxlamaların vahid məlumat reyestrinin inkişaf
etdirilməsi, o cümlədən reyestrə informasiya
ötürülməsinin avtomatlaşdırılması
İcra: Ədliyyə Nazirliyi,
Maliyyə Nazirliyi 2013-2014-cü illər
12.3 Sahibkarlıq sahəsində
qanunsuz yoxlamalar barədə məlumatların qəbul
edilməsi üçün elektron portalın və telefon xidmətinin
təkmilləşdirilməsi
İcra: Ədliyyə Nazirliyi,
İqtisadi İnkişaf Nazirliyi 2013-cü il
12.4 Qanunsuz yoxlama keçirilməsi,
yoxlamaların təyin edilməsi, keçirilməsi və
nəticələrinə əsasən tədbirlər
görülməsi sahəsində yoxlayıcıların və
yoxlayıcı orqanların məsuliyyətinin
müəyyənləşdirilməsi üzrə təkliflərin
hazırlanması
İcra: Ədliyyə Nazirliyi
2013-cü il
12.5 Sahibkarlıq sahəsində
aparılan yoxlamalarla bağlı risk
qiymətləndirilməsi sisteminin yaradılması və
yoxlamaların risklərin idarə edilməsi əsasında
təyin edilməsi
İcra: dövlət
tənzimləməsini və nəzarətini həyata
keçirən dövlət orqanları - mütəmadi
12.6 Sahibkarlıq sahəsində
aparılan yoxlamaların tənzimlənməsi və
sahibkarların maraqlarının müdafiəsi haqqında qanun
layihəsinin hazırlanmasının sürətləndirilməsi
İcra: Azərbaycan Respublikası
Prezidentinin Administrasiyası -2012-ci il
12.7 Bütün sahələrdə nağd
hesablaşmaların həcminin azaldılması,
nağdsız hesablaşmaların həcminin
artırılması üçün tədbirlər görülməsi
İcra: Nazirlər Kabineti,
Vergilər Nazirliyi, Mərkəzi Bank 2013-2014-cü illər
13. Audit xidmətlərinin
təkmilləşdirilməsi
Görüləcək işlər və
nəticə indikatorları:
13.1 Müstəqil audit sahəsində
beynəlxalq standartların tətbiqi ilə əlaqədar
tədbirlərin davam etdirilməsi
İcra: Auditorlar Palatası
mütəmadi
13.2 Beynəlxalq təcrübə
nəzərə alınmaqla Auditor xidmətinin inkişaf
konsepsiyasının (2012-2020-ci illər) layihəsinin
hazırlanması
İcra: Auditorlar Palatası - 2013-cü
il
13.3 Məcburi auditdən yayınmaya
görə inzibati məsuliyyətin tətbiqi ilə bağlı
mexanizmlərin müəyyən edilməsi üçün tədbirlər
görülməsi
İcra: Vergilər Nazirliyi, Auditorlar
Palatası 2013-cü il
13.4 Daxili audit haqqında
qanunvericiliyin təkmilləşdirilməsi üzrə
təkliflərin hazırlanması
İcra: Nazirlər Kabineti,
Maliyyə Nazirliyi, Hesablama Palatası, Auditorlar Palatası
2013-cü il
14. Dövlət
sаtınаlmаlаrının
təkmilləşdirilməsi və
şəffaflığın artırılması
Görüləcək işlər və
nəticə indikatorları:
14.1 Elеktrоn dövlət
sаtınаlmаlаrının tətbiq
edilməsi
İcra: Satınalmalar üzrə
Dövlət Agentliyi, mərkəzi və yerli icra hakimiyyəti
orqanları - 2013-cü il
14.2 Dövlət satınalma
müqavilələrinin icrasına, o cümlədən həmin
müqavilələr üzrə ödənişlərə
nəzarətin təkmilləşdirilməsi
İcra: Satınalmalar üzrə
Dövlət Agentliyi, Maliyyə Nazirliyi, Hesablama Palatası
2013-2014-cü illər
14.3 Dövlət
sаtınаlmаlаrı üzrə keçirilən
müsabiqələrdə və satınalma müqavilələrinin
icrasında qanun pоzuntulаrınа yоl
vеrmiş hüquqi və fiziki şəхslərin
gələcəkdə dövlət
sаtınаlmаlаrındа
iştirаkını məhdudlаşdırаn
mехаnizmin yaradılması
İcra: Satınalmalar üzrə
Dövlət Agentliyi, mərkəzi icra hakimiyyəti orqanları -
2013-2014-cü illər
14.4 Dövlət
sаtınаlmаlаrı üzrə keçirilən
müsabiqələrdə iştirak edən iddiaçıların
hüquqlarını qorumaq məqsədi ilə
şikayətlərə təхirə
sаlınmаdаn bахılmаsı üçün
müvafiq tədbirlər görülməsi
İcra: İqtisadiyyat
Nazirliyi, mərkəzi və yerli icra hakimiyyəti
orqanları mütəmadi
14.5 Dövlət satınalmalarında
aşkar edilən korrupsiya halları barədə hüquq
mühafizə orqanlarının məlumatlandırılması
İcra: İqtisadiyyat
Nazirliyi, mərkəzi və yerli icra hakimiyyəti
orqanları mütəmadi[4]
14.6 Dövlət
satınalmalarının həyata keçirilməsi zamanı
ehtimal olunan qiymətlərin müəyyən edilməsi
metodologiyasının hazırlanması
İcra: Satınalmalar üzrə
Dövlət Agentliyi, mərkəzi və yerli icra hakimiyyəti
orqanları - 2013-2014-cü illər
14.7 Satınalan təşkilatlar
tərəfindən növbəti il üçün satınalma
planlarının hazırlanaraq Satınalmalar üzrə Dövlət
Agentliyinin internet səhifəsində yerləşdirilməsi
İcra: Satınalmalar üzrə
Dövlət Agentliyi, mərkəzi və yerli icra hakimiyyəti
orqanları 2013-cü il
14.8 Dövlət satınalma
prosedurları nəticəsində bağlanan satınalma
müqavilələrinin vahid reyestrinin yaradılması və
həmin reyestrin Satınalmalar üzrə Dövlət Agentliyinin
internet səhifəsində yerləşdirilməsi
İcra: Satınalmalar üzrə
Dövlət Agentliyi, mərkəzi və yerli icra hakimiyyəti
orqanları 2013-cü il
15. Daşınmaz əmlakın dövlət reyestrinin
aparılması sahəsində şəffaflığın
artırılması
Görüləcək işlər və
nəticə indikatorları:
15.1 Daşınmaz əmlaka dair
hüquqların qeydiyyatı üçün qaydaların
sadələşdirilməsinə dair təkliflərin
hazırlanması
İcra: Nazirlər Kabineti, Əmlak
Məsələləri Dövlət Komitəsi 2013-cü il
15.2 Daşınmaz əmlakın
dövlət reyestrindən məlumatların və
sənədlərin elektron xidmət vasitəsilə
əldə olunmasının təmin edilməsi
İcra: Əmlak
Məsələləri Dövlət Komitəsi 2013-cü il
15.3 Daşınmaz əmlakın
qeydiyyatı orqanları ilə notariuslar arasında məlumat
mübadiləsinin təkmilləşdirilməsi
İcra: Əmlak
Məsələləri Dövlət Komitəsi, Ədliyyə
Nazirliyi 2013-cü il
15.4 Daşınmaz əmlakın
dövlət reyestri ilə digər informasiya sistemləri
(məlumat bazaları, məlumat-axtarış bazaları,
reyestrlər və s.) arasında mübadilə imkanlarının
genişləndirilməsi və informasiya mötəbərliyinin
təmin edilməsi
İcra: Əmlak
Məsələləri Dövlət Komitəsi, aidiyyəti
dövlət orqanları 2013-2014-cü illər
16. Lisenziya və icazə vermə,
sertifikatlaşdırma işinin təkmilləşdirilməsi
Görüləcək işlər və
nəticə indikatorları:
16.1 Lisenziyaların və
icazələrin verilməsi şərtlərinin və
müddətlərinin sadələşdirilməsinə dair
təkliflərin təqdim edilməsi
İcra: Nazirlər Kabineti 2012-ci il
16.2 Lisenziya və icazələrin
verilməsi ilə əlaqədar elektron xidmətlərin
təşkil olunması
İcra: aidiyyəti mərkəzi
və yerli icra hakimiyyəti orqanları 2013-2014-cü illər
16.3 Avropa İttifaqı və
İqtisadi Əməkdaşlıq və İnkişaf
Təşkilatının (OECD) üzvü olan ölkələrdə
uyğunluq və keyfiyyət sertifikatı almış
məhsulların Azərbaycana idxalı zamanı onların
yenidən sertifikatlaşdırılması üzrə
tələblərin ləğv edilməsinə və ya
yüngülləşdirilməsinə dair təkliflərin
verilməsi
İcra: Nazirlər Kabineti,
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət
Komitəsi 2013-cü il
16.4 İcazələrin elektron
informasiya portalının fəaliyyətinin təmin və
təşviq edilməsi, yeni qəbul olunmuş icazə
xarakterli sənədlər barədə məlumatların
və qanunvericilik aktlarının layihələrinin portala
daxil edilməsi
İcra: İqtisadi İnkişaf
Nazirliyi, dövlət tənzimlənməsini və
nəzarətini həyata keçirən dövlət orqanları
2013-cü il
17. Vergi nəzarəti və yoxlamalarının
səmərəliliyinin artırılması
Görüləcək işlər və
nəticə indikatorları:
17.1 Vergi auditinin seçim prosesinin
avtomatlaşdırılması və seçim standartlarının
hazırlanması
İcra: Vergilər Nazirliyi -
2013-2014-cü illər
17.2 Kameral və səyyar vergi
yoxlamalarının həyata keçirilməsi üçün standart
göstəricilər sisteminin və proqram təminatının
işlənib hazırlanması
İcra: Vergilər Nazirliyi -
2013-2014-cü illər
17.3 Vergi ödəyicilərinin
zəruri məlumatla təmin edilməsinin və vergi
ödəyiciləri arasında təbliğat işinin
təkmilləşdirilməsi
İcra: Vergilər Nazirliyi -
2012-2013-cü illər
17.4 Vergi Məcəlləsi üzrə
korrupsiyaya şərait yaradan hallar üzrə risk təhlilinin
aparılması
İcra: Vergilər Nazirliyi -
2013-2014-cü illər
17.5 Vergi bəyannamələrinin
təqdim edilmə dövriliyinin azaldılması ilə
bağlı təkliflərin verilməsi
İcra: Vergilər Nazirliyi - 2013-cü
il
18. Özəlləşdirmə prosesində şəffaflığın
artırılması
Görüləcək işlər və
nəticə indikatorları:
18.1 Hərracların təşkili
zamanı elektron idarəetmə sisteminin tətbiq edilməsi
İcra: Əmlak
Məsələləri Dövlət Komitəsi 2013-cü il
18.2 Vətəndaşların real
vaxt rejimində hərraclarda qeydiyyatdan keçməsinin təmin
edilməsi
İcra: Əmlak
Məsələləri Dövlət Komitəsi 2013-2014-cü
illər
19. Gömrük tarif və rüsumlarının toplanması
prosesinin təkmilləşdirilməsi
Görüləcək işlər və
nəticə indikatorları:
19.1 Gömrük rüsum və tarifləri
barədə məlumatların internet informasiya
ehtiyatlarında yerləşdirilməsi
İcra: Dövlət Gömrük Komitəsi
mütəmadi
19.2 Gömrük ödənişlərində
nağdsız ödəniş sisteminə keçilməsinin təmin
edilməsi
İcra: Dövlət Gömrük Komitəsi
2012-2013-cü illər
19.3 Gömrük orqanlarının
qərarlarından verilən şikayətlərə
baxılması işinin təkmilləşdirilməsi
İcra: Dövlət Gömrük Komitəsi
2012- 2013-cü illər
19.4 Gömrük sərhədində mal
dövriyyəsinin sürətləndirilməsi və sahibkarlıq
subyektləri üçün əlverişli şərait
yaradılması
İcra: Dövlət Gömrük Komitəsi
2013-cü il
20. Şəhərsalma və tikinti qanunvericiliyinin
və bu sahədə inzibati idarəçiliyin
təkmilləşdirilməsi
Görüləcək işlər və
nəticə indikatorları:
20.1 Tikintiyə icazə, tikintiyə
nəzarət və tikintinin istismarına icazə ilə
bağlı səmərəli inzibati idarəçiliyin
yaradılması, bu sahədə bir pəncərə sisteminin
tətbiqi ilə bağlı təkliflərin verilməsi
İcra: Nazirlər Kabineti - 2013-cü il
20.2 Şəhərsalma və tikinti
fəaliyyətində şəffaflığın və
ictimaiyyətin iştirakının təmin edilməsi
İcra: Arxitektura və
Şəhərsalma Komitəsi, Fövqəladə Hallar Nazirliyi,
yerli icra hakimiyyəti orqanları, bələdiyyələr -
2013-2014-cü illər
20.3 Şəhərsalma və Tikinti
Məcəlləsinin tələbləri barədə
vətəndaşların maarifləndirilməsi üzrə
tədbirlərin həyata keçirilməsi
İcra: Arxitektura və
Şəhərsalma Komitəsi, Fövqəladə Hallar Nazirliyi,
yerli icra hakimiyyəti orqanları, bələdiyyələr -
2013-2014-cü illər
20.4 Şəhərsalma və tikinti
fəaliyyəti sahəsində elektron hökumət
prinsiplərinin tətbiqi ilə bağlı təkliflərin
verilməsi
İcra: Nazirlər Kabineti - 2013-cü il
21. Təhsil müəssisələrində
idarəetmə mexanizminin təkmilləşdirilməsi
Görüləcək işlər və
nəticə indikatorları:
21.1 Təhsil
müəssisələrində imtahan prosesində
şəffaflığın artırılması
İcra: Təhsil Nazirliyi,
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası
2012-2013-cü illər
21.2 Ali təhsil
müəssisələrində şikayətlərə
baxılmasının səmərəliliyinin
artırılması
İcra: Təhsil Nazirliyi
2012-2013-cü illər
21.3 Müəllimlərin etik
davranış qaydalarının qəbul edilməsi
İcra: Təhsil Nazirliyi
2012-2013-cü illər
21.4 Vakant müəllim yerləri
barədə məlumatların Təhsil Nazirliyinin rəsmi
internet səhifəsində və mətbu orqanında dərc
edilməsi
İcra: Təhsil Nazirliyi -
mütəmadi
21.5 Vakant elan edilmiş
yerlərə müəllimlərin işə götürülməsi üçün
mərkəzləşdirilmiş və şəffaf
əsaslarla imtahanların keçirilməsi
İcra: Təhsil Nazirliyi
mütəmadi
21.6 Müəllimlərin
müsabiqədənkənar işə qəbulu ilə
əlaqədar məsuliyyətin müəyyən edilməsi
üzrə təkliflərin verilməsi
İcra: Nazirlər Kabineti, Təhsil
Nazirliyi 2013-cü il
21.7 Müəllimlərin
əməkhaqlarının artırılmasına və sosial
təminatının gücləndirilməsinə dair
təkliflərin təqdim edilməsi
İcra: Nazirlər Kabineti, Təhsil
Nazirliyi 2012-2015-ci illər
22. Səhiyyə
sahəsində idarəetmə mexanizminin
təkmilləşdirilməsi
Görüləcək işlər və
nəticə indikatorları:
22.1 Səhiyyə sistemində icbari
tibbi sığorta sisteminin tətbiqi ilə əlaqədar
tədbirlərin sürətləndirilməsi
İcra: Nazirlər Kabineti,
Səhiyyə Nazirliyi 2013-2014-cü illər
22.2 Həkimlərin etik
davranış kodeksinin təşviqatı üzrə treninq
və təlimlərin keçirilməsi
İcra: Səhiyyə Nazirliyi 2013-2014-cü
illər
22.3 Vakant həkim yerləri
barədə məlumatların Səhiyyə Nazirliyinin
rəsmi internet səhifəsində və mətbu
orqanında dərc edilməsi
İcra: Səhiyyə Nazirliyi
mütəmadi
22.4 Vakant elan edilmiş
yerlərə həkimlərin
mərkəzləşdirilmiş qaydada və şəffaf
əsaslarla test və müsahibə üsulu ilə işə
götürülməsinin təmin edilməsi
İcra: Səhiyyə Nazirliyi
mütəmadi
22.5 Həkimlərin
müsabiqədənkənar işə qəbulu ilə
əlaqədar məsuliyyətin müəyyən edilməsi
üzrə təkliflər verilməsi
İcra: Nazirlər Kabineti, Səhiyyə
Nazirliyi 2013-cü il
22.6 Həkimlərin
əməkhaqlarının artırılmasına və sosial
təminatının gücləndirilməsinə dair
təkliflərin təqdim edilməsi
İcra: Nazirlər Kabineti,
Səhiyyə Nazirliyi 2012-2015-ci illər
23. Dövlət müəssisələrində korporativ
idarəetmə prinsiplərinin tətbiqinin
təkmilləşdirilməsi
Görüləcək işlər və
nəticə indikatorları:
23.1 Korporativ idarəetmə
prinsiplərinin dövlət müəssisələrində
tətbiqi sahələrinin araşdırılması və
bununla bağlı təlimlərin keçirilməsi
İcra: İqtisadiyyat
və Sənaye
Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi,
dövlət müəssisələri 2013-2014-cü illər
23.2 Dövlət
müəssisələrinə dövlət büdcəsindən
ayrılan vəsaitdən, o cümlədən maliyyə
yardımlarından səmərəli istifadə ilə
bağlı təkliflərin hazırlanması
İcra: İqtisadiyyat
və Sənaye
Nazirliyi, Maliyyə Nazirliyi, dövlət müəssisələri
2013-2014-cü illər
23.3 Dövlət
müəssisələrinin öz fəaliyyəti barədə illik
məruzələr tərtib etməsi və ictimaiyyətə
açıqlaması
İcra: dövlət
müəssisələri 2013-2015-ci illər
24. Kommunal xidmətlərin
təkmilləşdirilməsi
Görüləcək işlər və
nəticə indikatorları:
24.1 Elektrik enerjisinin, təbii
qazın və suyun istehlakı və haqqının
ödənilməsi sahəsində smart kart tipli sayğacların
quraşdırılması prosesinin başa
çatdırılması
İcra: Azərenerji ASC,
Bakıelektrikşəbəkə ASC, Dövlət Neft
Şirkəti, Azərsu ASC 2013-2014-cü illər
24.2 Elektrik enerjisi, təbii qaz və
su istehlakının və buna haqq ödənilməsinin
qeydiyyatının aparılmasında
avtomatlaşdırılmış mərkəzi kompyuter
sisteminin tətbiqinin başa çatdırılması
İcra: Azərenerji ASC,
Bakıelektrikşəbəkə ASC, Dövlət Neft
Şirkəti, Azərsu ASC 2013-2014-cü illər
24.3 Hündürmərtəbəli yeni
yaşayış binalarının qazla təminatı ilə
əlaqədar məsələlərin həll edilməsi
İcra: Bakı Şəhər
İcra Hakimiyyəti, Fövqəladə Hallar Nazirliyi, Dövlət
Neft Şirkəti 2013-2014-cü illər
24.4 Mənzil-kommunal
təsərrüfatı sahəsində islahatların
aparılması, o cümlədən bu sahədə
göstərilən xidmətlərin normativ və tariflərinin
optimallaşdırılması
İcra: Nazirlər Kabineti, İqtisadiyyat
və Sənaye
Nazirliyi, Tarif (qiymət) Şurası - 2013-2014-cü illər
25. Əmək və sosial təminat sahəsində
idarəetmə mexanizminin təkmilləşdirilməsi
Görüləcək işlər və
nəticə indikatorları:
25.1 Qeyri-formal
məşğulluğun qarşısının
alınması və kölgə iqtisadiyyatına cəlb
olunmuş işçilərin sosial hüquqlarının təmin
edilməsi məqsədi ilə onların əmək
fəaliyyətinin leqallaşdırılması üzrə
tədbirlər görülməsi
İcra: Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Miqrasiya
Xidməti 2013-2014-cü illər
25.2 Sosial yardım proqramları,
sosial xidmətlər göstərilməsi, sosial və işsizlik
müavinətləri üzrə daxil olan şikayətlərə
baxılması işinin təkmilləşdirilməsi
İcra: Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2012-2013-cü illər
25.3 Əmək və sosial
təminat sahəsində işçilərin
peşəkarlığının artırılmasına
və etik davranış qaydalarına dair təlimlərin
keçirilməsi
İcra: Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2013-2014-cü illər
25.4 Əlilliyin müəyyən
edilməsi meyarlarının beynəlxalq standartlara
uyğunlaşdırılması üçün müvafiq tədbirlər
görülməsi
İcra: Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2012-2013-cü illər
25.5 Ünvanlı sosial yardım
təyin edilməsi üçün zəruri olan sənədlər
dairəsinin azaldılması və sənədlərin
təqdim edilməsi prosedurunun sadələşdirilməsi
üzrə təkliflərin verilməsi
İcra: Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2012-2013-cü illər
25.6 Sosial xidmət müəssisələrinin
idarəetmə mexanizminin təkmilləşdirilməsi
İcra: Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyi - 2012-2013-cü illər
25.7 Sosial xidmət sahəsində
dövlət sifarişlərinin
ixtisaslaşdırılmış müəssisə və
təşkilatlara verilməsi mexanizminin yaradılmasına dair
təkliflərin verilməsi
İcra: Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyi - 2012-2013-cü illər
26. Korrupsiyaya
qarşı mübarizə sahəsində beynəlxalq
əməkdaşlığın inkişaf etdirilməsi
Görüləcək işlər və
nəticə indikatorları :
26.1 Korrupsiyaya qarşı
mübarizə sahəsində beynəlxalq və regional
təşkilatlarla qarşılıqlı fəaliyyət,
müxtəlif beynəlxalq proqram və layihələrdə
iştirak, habelə bu sahədə ixtisaslaşmış
beynəlxalq təşkilatlarla və xarici ölkələrin
müvafiq orqanları ilə qarşılıqlı
əməkdaşlığın davam etdirilməsi
İcra: Nazirlər Kabineti,
Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya,
mərkəzi və yerli icra hakimiyyəti orqanları, Baş
Prokurorluq, Məhkəmə-Hüquq Şurası, İnsan
hüquqları üzrə Müvəkkil (Ombudsman) - 2012-2015-ci illər
26.2 Birləşmiş
Millətlər Təşkilatı, Avropa Şurasının
Korrupsiyaya qarşı Dövlətlər Qrupu (GRECO) və
İqtisadi Əməkdaşlıq və İnkişaf
Təşkilatının (OECD) İstanbul Anti-Korrupsiya
Fəaliyyət Planı çərçivəsində Azərbaycan
Respublikasına verilmiş tövsiyələrin icrası
istiqamətində zəruri tədbirlərin davam
etdirilməsi
İcra: Nazirlər Kabineti,
Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya,
mərkəzi və yerli icra hakimiyyəti orqanları, Baş
Prokurorluq, Məhkəmə-Hüquq Şurası, İnsan
hüquqları üzrə Müvəkkil (Ombudsman) - 2012-2015-ci illər
26.3 Beynəlxalq Anti-Korrupsiya
Akademiyası ilə əməkdaşlığın
genişləndirilməsi, birgə təhsil və tədris
layihələrinin həyata keçirilməsi
İcra: Vergilər Nazirliyi,
Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya 2013-2015-ci
illər
27. Korrupsiyaya
qarşı mübarizə sahəsində vətəndaş
cəmiyyəti institutları ilə
əməkdaşlığın inkişaf etdirilməsi
Görüləcək işlər və
nəticə indikatorları:
27.1 Fəaliyyət planında
nəzərdə tutulan tədbirlərin icrasına
vətəndaş cəmiyyəti institutlarının cəlb
edilməsi
İcra: Nazirlər Kabineti,
Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya,
mərkəzi və yerli icra hakimiyyəti orqanları, Baş
Prokurorluq, Məhkəmə-Hüquq Şurası, İnsan
hüquqları üzrə Müvəkkil (Ombudsman) 2012-2015-ci illər
27.2 Fəaliyyət planında
nəzərdə tutulan tədbirlərin icrası üçün
vətəndaş cəmiyyəti institutlarına maliyyə
dəstəyi və birgə layihələrin həyata
keçirilməsi
İcra: Nazirlər Kabineti, Korrupsiyaya
qarşı mübarizə üzrə Kоmissiya, mərkəzi
və yerli icra hakimiyyəti orqanları, Baş Prokurorluq,
Məhkəmə-Hüquq Şurası, İnsan hüquqları
üzrə Müvəkkil (Ombudsman), Azərbaycan Respublikasının
Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Şurası 2012-2015-ci illər
28. Korrupsiyaya qarşı mübarizə ilə
bağlı maarifləndirmə
Görüləcək işlər və
nəticə indikatorları:
28.1 Fəaliyyət planının
icrası üzrə tədbirlərin yerinə yetirilməsi
vəziyyətinin hər il üzrə
dəyərləndirilməsi və ictimaiyyətə
açıqlanması
İcra: Korrupsiyaya qarşı
mübarizə üzrə Komissiya - 2012-2015-ci illər
28.2 Dövlət orqanları
tərəfindən öz fəaliyyətlərində korrupsiyaya
qarşı mübarizə ilə əlaqədar televiziya və
radio proqramlarında xüsusi verilişlərin və debatların
təşkil edilməsi
İcra: mərkəzi və yerli
icra hakimiyyəti orqanları - mütəmadi
28.3 Dövlət orqanlarına ictimai
etimadın artırılması məqsədi ilə
onların fəaliyyəti ilə bağlı təbliğat
işinin təşkil edilməsi
İcra: mərkəzi və yerli
icra hakimiyyəti orqanları - mütəmadi
28.4 Ali və orta ixtisas
məktəblərinin, ixtisasartırma və tədris
mərkəzlərinin proqramlarında korrupsiya ilə
mübarizə haqqında tədris kurslarının
nəzərdə tutulması
İcra: Təhsil Nazirliyi -
mütəmadi
28.5 Orta məktəb
şagirdləri arasında korrupsiyaya qarşı mübarizə
mövzusunda inşa və rəsm müsabiqələrinin, digər
intellektual müsabiqələrin təşkili
İcra: Təhsil Nazirliyi -
mütəmadi
28.6 Korrupsiyaya qarşı
mübarizə sahəsində bukletlərin, yaddaş
kitabçalarının və digər maarifləndirici
materialların nəşri və əhali arasında
paylanması
İcra: Korrupsiyaya qarşı
mübarizə üzrə Komissiya, Baş Prokurorluq, mərkəzi
və yerli icra hakimiyyəti orqanları - mütəmadi
İSTİFADƏ OLUNMUŞ
MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
14 may 2014-cü il tarixli 164 nömrəli
Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan qəzeti, 16 may
2014-cü il, № 101, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2014-cü il, № 5, maddə 477)
2.
2
sentyabr 2014-cü il tarixli 247
nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 09, maddə
1027)
3.
20 may 2016-cı il tarixli 900 nömrəli Azərbaycan
Respublikası Prezidentinin Fərmanı (Azərbaycan qəzeti, 22 may 2016-cı il, № 110, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 5,
maddə 861)
4.
7 avqust
2017-ci il tarixli 1574 nömrəli
Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Xalq qəzeti, 8 avqust 2017-ci il, №
170, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 8,
maddə 1521)
SƏRƏNCAMA
EDİLMİŞ DƏYİŞİKLİK VƏ
ƏLAVƏLƏRİN SİYAHISI
[1] 7
avqust 2017-ci il tarixli 1574
nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (Xalq
qəzeti, 8 avqust 2017-ci il, № 170, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2017-ci il, № 8, maddə 1521) ilə Açıq
Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli
Fəaliyyət Planının 5.1-ci bəndinə Rabitə sözündən
əvvəl Nəqliyyat,
sözü əlavə edilmişdir.
[2] 2
sentyabr 2014-cü il tarixli 247
nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 09,
maddə 1027)
ilə Açıq Hökumətin
təşviqinə dair 2012-2015-ci illər üçün Milli
Fəaliyyət Planının 5.1-ci, 5.3-cü və 5.5-ci
bəndlərində Rabitə
və İnformasiya Texnologiyaları Nazirliyi sözləri Rabitə və Yüksək
Texnologiyalar Nazirliyi sözləri ilə əvəz
edilmişdir.
[3] 14 may 2014-cü il tarixli 164 nömrəli
Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan qəzeti, 16 may
2014-cü il, № 101, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2014-cü il, № 5, maddə 477) ilə Korrupsiyaya qarşı
mübarizəyə dair 2012-2015-ci illər üçün Milli
Fəaliyyət Planının 12.1-ci, 23.1-ci, 23.2-ci və
24.4-cü bəndlərinin ikinci abzaslarında İqtisadi İnkişaf sözləri İqtisadiyyat və Sənaye sözləri ilə
əvəz edilmişdir.
20 may 2016-cı il tarixli 900 nömrəli
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı (Azərbaycan qəzeti, 22 may 2016-cı il, № 110, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 5,
maddə 861) ilə 12.1-ci bənddən və Sənaye sözləri
çıxarılmışdır.
[4] 20 may 2016-cı il tarixli 900
nömrəli Azərbaycan
Respublikası Prezidentinin Fərmanı (Azərbaycan qəzeti, 22 may 2016-cı il, № 110, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 5,
maddə 861) ilə 14.4-cü və 14.5-ci
bəndlərdə Satınalmalar
üzrə Dövlət Agentliyi sözləri İqtisadiyyat Nazirliyi sözləri ilə əvəz
edilmişdir.