Cənub Qaz
Dəhlizi haqqında Birgə Bəyannamənin təsdiq
edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan
Respublikası Konstitusiyasının 95-ci maddəsinin I
hissəsinin 4-cü bəndinə uyğun olaraq, Azərbaycan Respublikasının
Milli Məclisi qərara
alır:
2011-ci il yanvarın
13-də Bakı şəhərində imzalanmış
Cənub Qaz Dəhlizi haqqında Birgə Bəyannamə
təsdiq edilsin.
İlham
ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı
şəhəri, 4 mart 2011-ci il
¹ 72-IVQ
Cənub Qaz Dəhlizi haqqında Birgə
Bəyannamə
Biz,
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
və Avropa Komissiyasının Prezidenti Jose Manuel Durao Barroso,
enerji təhlükəsizliyinin və enerjinin nəqlinin
təhlükəsizliyinin vacibliyini vurğulayırıq;
Biz
Xəzər regionundan Avropaya qaz təchizatı
marşrutlarının şaxələndirilməsinin enerji
təhlükəsizliyini şərtləndirən faktorlardan
biri olduğunu qeyd edirik;
Biz
Azərbaycanın və Xəzər regionunun digər
ölkələrinin enerji ehtiyatlarının nəql
edilməsində Bakı-Tiflis-Ceyhan neft və Bakı-Tiflis-Ərzurum
qaz kəmərlərinin xüsusi əhəmiyyətini
xatırlayırıq,
Biz
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
və Avropa Komissiyasının Prezidenti Jose Manuel Durao Barroso
tərəfindən 2006-cı ilin noyabr ayında
Brüsseldə imzalanmış “Azərbaycan Respublikası
və Avropa İttifaqı arasında enerji sahəsində
strateji tərəfdaşlıq haqqında Anlaşma
Memorandumu”nda, 2008-ci ilin noyabr ayında imzalanmış Bakı
Bəyannaməsinin əlaqədar müddəalarında,
2009-cu ilin may ayında keçirilmiş Praqa Zirvə
Görüşünün müvafiq Enerji
Bəyannaməsində təsbit olunmuş Azərbaycan-Avropa
İttifaqı enerji münasibətlərinin vacibliyini bir daha
təsdiq edirik;
Bununla biz:
1.
Bəyan edirik ki, bizim ümumi
məqsədimiz mümkün qədər tez bir zamanda
Cənub Dəhlizinin yaradılmasına və
fəaliyyətdə olmasına nail olmaq və Azərbaycan
Respublikasını Cənub Qaz Dəhlizinə mühüm
töhfə verən və onu mümkün edən qismində
müəyyən etməkdir.
2.
Şah Dəniz 2 layihəsində
və Azərbaycandakı digər quyulardakı mövcud qaz
ehtiyatlarının bölüşdürülməsi prosesini
sürətləndirməyə çağırır və
biz investorları həmin qazın vaxtında birgə
bölüşdürülməsi üçün
bütün mümkün tədbirləri görməyə
təşviq edirik.
3.
Bildiririk ki, Azərbaycandakı
və ondan kənarda olan təbii qazın nəqlinə nail
olmaqla bu strateji dəhliz Avropa İttifaqının mövcud
qaz dəhlizlərini tamamlayır. Xəzər regionundan Avropa
bazarına kimi olan bu marşrutun yaradılması Azərbaycan
Respublikası və Avropa İttifaqının qaz
daşınması marşrutlarının şaxələndirilməsi
və birbaşa enerji və nəqliyyat əlaqələrinin
yaradılması üzrə birgə strateji
məqsədinə uyğun gəlir.
4.
Cənub Qaz Dəhlizini Avropa Enerji
Təhlükəsizliyinin artırılmasında dayaq
nöqtəsi kimi və Azərbaycan ərazisində
ehtiyatların hasil edilməsinin bu qaz həcmlərinin
qəbul edilməsi üçün kifayət qədər
infrastruktur və bazarların, o cümlədən kommersiya şərtlərinin
mövcud olmasına istinadən zəmanəti kimi
nəzərdən keçiririk. Bu, hamının
uzunmüddətli faydalana biləcəyi etibarlı və
genişlənən bazar olacaq və Xəzər regionunun qaz
təchizatçıları bu etimada əsaslana
biləcəkdir.
5.
Qeyd edirik ki, bu strateji dəhliz
Azərbaycanda hasil olunan qaz ilə bütün kontraktların
fiziki olaraq təmin olunmasına imkan verəcək və bu
məqsədlə qurulan kifayət qədər infrastrukturun
yaradılmasına səbəb olacaq, bununla da Avropa
İttifaqında və Cənub-Şərqi Avropa
ölkələrində Azərbaycandan olan təbii qazın
nəqli və satışı paylanmasını
mümkün edəcək, Komissiya ayrı-seçkiliyə
yol verməyən zəruri hüquqi, tənzimləyici və
kommersiya şərtlərinin yaradılmasında
köməklik göstərməyə hazır olacaqdır.
Prezidentlər
indiyədək əldə edilmiş irəliləyişi
alqışlayır və təchizatçı və ya
istehlakçı qismində olan digər maraqlı
tərəfləri Cənub Qaz Dəhlizinin növbəti
inkişaf mərhələlərində iştirak etmək
imkanlarından istifadə etməyə dəvət edirlər.
13
yanvar 2011-ci ildə Bakıda, Azərbaycan və ingilis
dillərində olmaqla iki nüsxədə
imzalanmışdır.
Azərbaycan
Respublikasının |
|
Avropa
Komissiyasının |
Prezidenti |
|
Prezidenti |
|
|
|
İlham
ƏLİYEV |
|
Jose Manuel Durao BARROSO |