“Fərdi məlumatların informasiya sistemlərinə
fərdi identifikasiya nömrəsinin daxil
edilməsi və istifadə olunması Qaydaları”nın
təsdiq edilməsi barədə
AZƏRBAYCAN
RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Fərdi məlumatlar haqqında” Azərbaycan
Respublikası Qanununun tətbiq edilməsi barədə”
Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 4 iyun tarixli 275
nömrəli Fərmanının 2.2-ci
bəndinə əsasən
Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. "Fərdi məlumatların informasiya
sistemlərinə fərdi identifikasiya
nömrəsinin daxil edilməsi və istifadə olunması Qaydaları" təsdiq edilsin (əlavə
olunur).
2. Bu qərar imzalandığı gündən
qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş
naziri A.RASİZADƏ
Bakı şəhəri, 4 aprel 2011-ci il
¹
49
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin
2011-ci il 4 aprel tarixli 49 nömrəli
qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR
Fərdi məlumatların informasiya sistemlərinə
fərdi identifikasiya nömrəsinin daxil
edilməsi və istifadə olunması
QAYDALARI
1. Ümumi müddəalar
1.1. Bu Qaydalar "Fərdi məlumatlar haqqında"
Azərbaycan Respublikası Qanununun 18.4-cü
maddəsinə əsasən hazırlanmışdır və
fərdi məlumatların informasiya sistemlərinə fərdi
identifikasiya nömrəsinin daxil
edilməsi və ondan istifadə olunması qaydalarını
müəyyən edir.
1.2. Fərdi identifikasiya
nömrəsi fərdi məlumatların informasiya
sistemlərinə barəsində fərdi məlumat daxil
edilən şəxsə müəyyən edilmiş qaydada
verilən və şəxs barəsində müvafiq
məlumatları birmənalı müəyyən
etməyə imkan verən yeddi simvollu hərf və
rəqəm kombinasiyasından ibarət olan vahid
təkrarolunmaz koddur.
1.3. Fərdi identifikasiya
nömrəsinin fərdi məlumatların informasiya
sistemlərində yerləşdirilməsi milli informasiya
məkanının fərdi informasiya üzrə
bölümündə paylanmış ayrı-ayrı
informasiya sistemlərində eyni subyekt barədə
məlumatların əlaqələndirilməsinə,
uzlaşdırılmasına, bu sahədə
pərakəndəliyin və təkrarlığın
qarşısının alınmasına xidmət edir.
1.4. Fərdi identifikasiya
nömrəsi Azərbaycan Respublikasının
vətəndaşları, habelə Azərbaycan Respublikasında
daimi yaşayan əcnəbilər və
vətəndaşlığı olmayan şəxslər
haqqında qanunvericilikdə nəzərdə tutulmuş
məlumatlar Azərbaycan Respublikası Əhalisinin
Dövlət Reyestrinə daxil edilərkən,
qanunvericiliklə müəyyən olunmuş qaydada
avtomatlaşdırılmış rejimdə verilir.
1.5. Fərdi identifikasiya
nömrəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2008-ci il 5 fevral tarixli 28 nömrəli qərarı ilə
təsdiq edilmiş siyahıda qeyd olunan dövlət informasiya
sistemlərində uçotu aparılan ölkə
vətəndaşları, habelə respublikanın
ərazisində daimi yaşayan əcnəbilər və
vətəndaşlığı olmayan şəxslər
barəsində saxlanılan məlumatlara daxil edilməlidir.
2. Fərdi məlumatların informasiya
sistemlərinə fərdi identifikasiya
nömrəsinin daxil edilməsi
2.1. Fərdi identifikasiya
nömrəsi şəxs barədə informasiya Azərbaycan
Respublikası Əhalisinin Dövlət Reyestrinə ilk
dəfə daxil edilərkən verilir və "Fərdi identifikasiya nömrəsi" adlanan xüsusi
elektron cədvələ əlavə olunaraq daimi
saxlanılır.
2.2. Fərdi identifikasiya
nömrəsinin qanunvericilikdə nəzərdə tutulmuş
fərdi məlumatların informasiya sistemlərinə daxil
edilməsini təmin etmək üçün həmin
sistemlərdə əlaqələndirici elektron cədvəl
yaradılır, eyni şəxsin fərdi identifikasiya
nömrəsi və sistemdəki daxili nömrəsi bu
cədvəllərin həmin şəxsə aid sətrinin
müvafiq sütunlarında yerləşdirilir.
2.3. Əlaqələndirici elektron cədvəlin
yaradılması məqsədi ilə Azərbaycan
Respublikası Əhalisinin Dövlət Reyestrində və
fərdi identifikasiya nömrəsi
yerləşdirilən digər fərdi məlumatların
informasiya sistemində hər bir şəxs barəsində
saxlanılan fərdi məlumatlar
avtomatlaşdırılmış rejimdə müvafiq
göstəricilər üzrə qarşılıqlı
uzlaşdırılaraq eyniləşdirilir. Fərdi
məlumatların uzlaşdırılması üçün
şəxsə aid aşağıdakı məlumatlardan
istifadə olunur:
2.3.1.adı;
2.3.2.soyadı;
2.3.3.atasının
adı;
2.3.4.doğulduğu
gün;
2.3.5.doğulduğu
ay;
2.3.6.doğulduğu
il;
2.3.7.doğulduğu
yer (ölkə, rayon, şəhər, qəsəbə,
kənd);
2.3.8.biometrik
məlumatları;
2.3.9.şəxsiyyətini
təsdiq edən sənədin seriyası və
nömrəsi.
2.4. Bu Qaydaların 2.3-cü
bəndində əks olunan göstəricilər üzrə
uzlaşdırma mümkün olmadıqda,
eyniləşdirmə araşdırma yolu ilə fərdi
qaydada həyata keçirilir.
2.5. Fərdi identifikasiya
nömrəsi yerləşdirilən digər fərdi
məlumat-ların informasiya sisteminə yeni şəxs
barədə məlumat daxil olduqda, Azərbaycan Respublikası
Əhalisinin Dövlət Reyestrində saxlanılan
"Fərdi identifikasiya
nömrəsi" əlaqələndirici elektron
cədvələ avtomatlaşdırılmış qaydada
müraciət göndərilir. Bu müraciət
əsasında Azərbaycan Respublikası Əhalisinin
Dövlət Reyestri tərəfindən həmin
şəxsə dair əlaqələndirici elektron
cədvələ müvafiq məlumat yerləşdirilir.
2.6. Azərbaycan Respublikası Əhalisinin
Dövlət Reyestri Xidməti tərəfindən identifikasiya nömrələri üzrə
əlaqələndirici elektron cədvəllərdə
informasiyanın aktuallığı təmin edilərək,
mütəmadi olaraq sinxronlaşdırma həyata keçirilir.
2.7. Fərdi identifikasiya
nömrəsinin fərdi məlumatların informasiya
sisteminə daxil edilməsi Azərbaycan Respublikası
Əhalisinin Dövlət Reyestri Xidməti və həmin
informasiya sistemlərinin mülkiyyətçiləri
tərəfindən təmin olunur.
2.8. Fərdi identifikasiya
nömrəsinin daxil edilməli olduğu fərdi
məlumatların informasiya sistemi daimi olaraq, Azərbaycan
Respublikası Əhalisinin Dövlət Reyestri ilə real vaxt
rejimində əlaqə ilə təmin olunmalıdır.
3. Fərdi məlumatların informasiya
sistemlərində fərdi identifikasiya
nömrəsindən istifadə olunması
3.1. Fərdi məlumatların informasiya
sistemlərində fərdi identifikasiya
nömrəsi əsasən aşağıdakı
məqsədlərlə istifadə olunur:
3.1.1. bir sistem daxilində istifadə:
3.1.1.1.
şəxs barədə mövcud məlumatları
birmənalı müəyyən etmək;
3.1.1.2. eyni
şəxs barədə məlumatların tərkib
hissələrini vahid məcmuda birləşdirmək;
3.1.1.3. eyni
şəxs barədə təkrar məlumatların toplanılmasının
qarşısını almaq;
3.1.2. sistemlərarası istifadə:
3.1.2.1. fərdi
məlumatların informasiya sistemləri arasında
qarşılıqlı inteqrasiyasını təmin etmək;
3.1.2.2.
ayrı-ayrı fərdi məlumatların informasiya
sistemlərində eyni subyekt barədə mövcud olan
məlumatları əlaqələndirmək;
3.1.2.3.
ayrı-ayrı fərdi məlumatların informasiya
sistemlərində eyni subyekt barədə eyni növ
məlumatların toplanılması zərurətini aradan
qaldırmaq;
3.1.2.4. fərdi
məlumatların informasiya sistemlərinin məlumat
bazalarının toplanılması,
aktuallaşdırılması və məlumatların
saxlanılması üçün tələb olunan
xərcləri azaltmaq;
3.1.2.5. fərdi
məlumatların informasiya sistemlərinin məlumat
bazalarının tamlığını təmin etmək
məqsədi ilə vətəndaşlardan əlavə
sənədlərin tələb edilməsinin
qarşısını almaq.
3.2. Fərdi identifikasiya
nömrəsinin fərdi məlumatların informasiya sisteminin
daxilində istifadəsi bu Qaydaların 2-ci hissəsinin
müddəaları nəzərə alınmaqla, həmin
sistemin daxili qaydalarına əsasən həyata keçirilir.
3.3. Fərdi identifikasiya
nömrəsinin fərdi məlumatların informasiya sisteminin
daxilində istifadəsinə görə həmin informasiya
sisteminin mülkiyyətçisi məsuliyyət
daşıyır.
3.4. Müxtəlif orqanlar tərəfindən
aparılan ayrı-ayrı fərdi məlumat-ların
informasiya sistemləri arasında fərdi identifikasiya
nömrəsinin istifadəsi Azərbaycan Respublikası
Əhalisinin Dövlət Reyestrinin tərkibində olan
"Sistemlərarası əlaqələndirmə
qovşağı" xüsusi proqram-texniki kompleksi
vasitəsilə təmin olunur.
3.5. "Sistemlərarası əlaqələndirmə
qovşağı"nın funksional tərkibi fərdi identifikasiya nömrəsi
yerləşdirilən bir fərdi məlumatların informasiya
sisteminə onun subyekti olan fiziki şəxs barədə
sorğusu əsasında qanunvericiliklə müəyyən
olunmuş səlahiyyətlər
çərçivəsində həmin şəxs barədə
digər fərdi məlumatların informasiya
sistemlərində saxlanılan fərdi məlumatlarla
tanış olmaq imkanını
avtomatlaşdırılmış rejimdə təmin etməkdən
ibarətdir.
3.6. "Sistemlərarası əlaqələndirmə
qovşağı"na yalnız bu
Qaydaların 2-ci bəndinə uyğun olaraq fərdi identifikasiya nömrəsi
yerləşdirilən fərdi məlumatların informasiya
sistemləri qoşulur.
3.7. "Sistemlərarası əlaqələndirmə
qovşağı"na yeni fərdi
məlumat-ların informasiya sisteminin qoşulması onun
mülkiyyətçisinin qovşağa artıq
qoşulmuş digər fərdi məlumatların informasiya
sistemlərinin mülkiy-yətçiləri
ilə fərdi protokolların imzalanması əsasında
həyata keçirilir.
3.8. "Sistemlərarası əlaqələndirmə
qovşağı"nın iş reqlamenti mövcud
qanunvericiliyə əsasən qovşağa qoşulan fərdi
məlumatların informasiya sistemlərinin
mülkiyyətçilərinin arasında
razılaşdırılmaqla, verilən və alınan
məlumatlar barədə protokollarla tənzimlənir.
3.9. Fərdi identifikasiya
nömrəsinin sistemlərarası istifadəsinin
təşkili Azərbaycan Respublikası Əhalisinin
Dövlət Reyestri Xidməti və fərdi
məlumatların informasiya sistemlərinin
mülkiyyətçiləri tərəfindən təmin
olunur.