Respublika
Uşaq və Yeniyetmələr üçün Vərəm
Xəstəlikləri Sanatoriyasının yeni binasının
tikintisi ilə bağlı tədbirlər haqqında
AZƏRBAYCAN RESPUBLİKASI
PREZİDENTİNİN SƏRƏNCAMI
Respublika əhalisinin
sağlamlığının qorunması ilə bağlı
görülən tədbirlər
çərçivəsində ölkəmizdə müasir
tibbi avadanlıqlarla təchiz olunmuş yeni səhiyyə
ocaqlarının yaradılmasının davam etdirilməsi
məqsədi ilə qərara
alıram:
1. Bakı
şəhəri Xəzər rayonunun Buzovna
qəsəbəsində Professor Gindes adına Respublika
Uşaq və Yeniyetmələr üçün Vərəm
Xəstəlikləri Sanatoriyasının yeni binasının
tikintisi ilə əlaqədar 2011-ci il dövlət büdcəsində
nəzərdə tutulmuş Azərbaycan Respublikası
Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının
Səhiyyə Nazirliyinə 3,0 (üç) milyon manat
vəsait ayrılsın.
2. Azərbaycan
Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın
1-ci bəndində nəzərdə tutulmuş vəsaitin
maliyyələşdirilməsini müəyyən olunmuş
qaydada həyata keçirsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 11 fevral 2011-ci
il
¹ 1313