“İstehsalatda bədbəxt hadisələr və
peşə xəstəlikləri nəticəsində
peşə əmək qabiliyyətinin itirilməsi
hallarından icbari sığorta haqqında” Azərbaycan
Respublikası Qanununun tətbiqi ilə bağlı bəzi
normativ hüquqi aktların təsdiq edilməsi haqqında
AZƏRBAYCAN
RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
“İstehsalatda
bədbəxt hadisələr və peşə
xəstəlikləri nəticəsində peşə
əmək qabiliyyətinin itirilməsi hallarından icbari
sığorta haqqında” Azərbaycan Respublikası Qanununun
tətbiq edilməsi barədə” Azərbaycan Respublikası
Prezidentinin 2010-cu il 2 iyul tarixli 289 nömrəli
Fərmanının 1.9-cu və 1.10-cu bəndlərinin
icrasını təmin etmək məqsədi ilə
Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1.
"İstehsalatda bədbəxt hadisələr və
peşə xəstəlikləri nəticəsində
peşə əmək qabiliyyətinin itirilməsi
hallarından icbari sığorta üzrə sığorta
ödənişinin təyin edilməsi üçün
sənədlərin Siyahısı" və
"İstehsalatda bədbəxt hadisələr və
peşə xəstəlikləri nəticəsində
peşə əmək qabiliyyətinin itirilməsi
hallarından icbari sığorta üzrə sığorta
ödənişinin təyin edilməsi, verilməsinin
dayandırılması və bərpa olunması
Qaydaları" təsdiq edilsin (əlavə olunur).
2.
Müəyyən edilsin ki, "İstehsalatda bədbəxt
hadisələr və peşə xəstəlikləri
nəticəsində peşə əmək qabiliyyətinin
itirilməsi hallarından icbari sığorta haqqında"
Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi
tarixədək istehsalat qəzası və yaxud peşə
xəstəliyi nəticəsində sağlamlığı
pozulmuş işçiyə və ya bu səbəbdən
həlak olmuş işçinin ailə üzvlərinə
və himayəsində olan digər şəxslərə
ödənclərin verilməsi qaydaları,
şərtləri və məbləği "İstehsalat
qəzası və yaxud peşə xəstəliyi
nəticəsində sağlamlığı pozulmuş
işçiyə və ya bu səbəbdən həlak
olmuş işçinin ailə üzvlərinə və
himayəsində olan digər şəxslərə
ödənclərin verilməsi Qaydalarının,
şərtlərinin və məbləğinin təsdiq
edilməsi haqqında" Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 2003-cü il 9 yanvar tarixli 3 nömrəli
qərarı ilə (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2003-cü il, ¹1, maddə 66; 2004-cü il,
¹8, maddə 657; 2008-ci il, ¹2, maddə 130, ¹9, maddə 855; 2009-cu
il, ¹10, maddə 857; 2010-cu il, ¹ 3, maddə 262)
tənzimlənir.
3.
Bu qərar imzalandığı gündən
qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş
naziri A.RASİZADƏ
Bakı şəhəri, 3 noyabr 2010-cu
il
¹ 196
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin
2010-cu il 3 noyabr tarixli 196 nömrəli
qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR
İstehsalatda bədbəxt hadisələr və
peşə xəstəlikləri nəticəsində
peşə əmək qabiliyyətinin itirilməsi hallarından
icbari sığorta üzrə sığorta
ödənişinin təyin edilməsi üçün
sənədlərin
SİYAHISI
1.
Bu Siyahı "İstehsalatda bədbəxt hadisələr
və peşə xəstəlikləri nəticəsində
peşə əmək qabiliyyətinin itirilməsi
hallarından icbari sığorta haqqında" Azərbaycan
Respublikası Qanununun tətbiq edilməsi barədə"
Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 2 iyul tarixli 289
nömrəli Fərmanının 1.9-cu bəndinin
icrasını təmin etmək məqsədi ilə
hazırlanmışdır və istehsalatda bədbəxt
hadisələr və peşə xəstəlikləri
nəticəsində peşə əmək qabiliyyətinin
itirilməsi hallarından icbari sığorta üzrə
sığorta ödənişinin sığortaçı
tərəfindən təyin edilməsi aşağıdakı
sənədlər əsasında həyata keçirilir:
1.1.
aylıq və ya birdəfəlik sığorta
ödənişləri üzrə:
1.1.1.
istehsalatda bədbəxt hadisələr və peşə
xəstəlikləri nəticəsində peşə
əmək qabiliyyətinin itirilməsi hallarından icbari
sığorta müqaviləsi;
1.1.2.
sığorta olunanın, sığorta hadisəsi
nəticəsində onun öldüyü və ya fiziki və
(və ya) əqli imkanlarını tam itirdiyi halda isə
digər faydalanan şəxsin imzaladığı
sığorta tələbi;
1.1.3.
qanunvericiliklə müəyyən edilmiş formada tərtib
olunmuş istehsalatda bədbəxt hadisə haqqında
aktın, yaxud sığorta olunanla bağlı istehsalatda
bədbəxt hadisənin baş verməsi barədə
məhkəmə qərarının surəti;
1.1.4.
sığorta hadisəsi nəticəsində sığorta
olunanın peşə əmək qabiliyyətini itirməsi
halında Tibbi Sosial Ekspert Komissiyası tərəfindən
verilən, istehsalatda bədbəxt hadisə və ya
peşə xəstəliyi nəticəsində sığorta
olunanın peşə əmək qabiliyyətinin itirilməsi
dərəcəsini təsdiq edən
şəhadətnamənin surəti;
1.1.5.
sığorta hadisəsi nəticəsində sığorta
olunan öldüyü halda, onun ölüm haqqında
şəhadətnaməsinin notarial qaydada təsdiq edilmiş
surəti;
1.1.6.
sığorta hadisəsi nəticəsində sığorta
olunan öldüyü halda, onun himayəsində olmuş
ailə üzvləri haqqında arayış, habelə
əmək qabiliyyətindən asılı olmayaraq,
işləməyən valideynlərdən birinin - arvadının
(ərinin) və ya digər ailə üzvünün
sığorta olunanın himayəsində olmuş və onun
on dörd yaşına çatmamış, yaxud bu yaşa
çatsa da, tibb müəssisələrinin rəyinə
əsasən sağlamlıq vəziyyətinə görə
başqasının qulluğuna ehtiyacı olan
uşaqlarına, nəvələrinə, qardaşlarına
və bacılarına qulluq etmələri barədə
arayış;
1.1.7.
sığorta hadisəsi nəticəsində sığorta
olunanın peşə əmək qabiliyyətini itirməsi
halında, onun öldüyü halda isə digər faydalanan
şəxsin (şəxslərin) şəxsiyyət
vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti.
1.2.
Əlavə sığorta ödənişinin təyin edildiyi
halda, bu Siyahının 1.1-ci bəndində müəyyən
edilmiş müvafiq sənədlərlə yanaşı,
sığorta olunanın həmin ödənişə aid
yardım və qulluq növlərinə möhtac olması
və bunları pulsuz almaq hüququnun qanunvericilikdə
nəzərdə tutulmaması ilə bağlı Tibbi Sosial
Ekspert Komissiyasının qərarının surəti də
tələb olunur.
1.3.
Annuitet müqaviləsi üzrə sığorta
ödənişlərinin təyin edilməsi həmin
müqavilə əsasında həyata keçirilir.
2.
Sığorta hadisəsinin baş verməsi barədə
məlumat almış sığortaçı bu
Siyahının 1.1.2-ci bəndində nəzərdə
tutulmuş sığorta tələbinin təqdim edilməsi
üçün faydalanan şəxsi sığorta
tələbi üzrə sorğu vərəqəsi ilə
təmin etməli və lazım olduqda, həmin
vərəqənin doldurulması üçün ona
kömək etməlidir.
3.
Bu Siyahının 1.1.2-ci, 1.1.5-ci və 1.1.7-ci
bəndlərində müəyyən edilmiş
sənədləri faydalanan şəxs sığortaçıya
təqdim etməlidir və digər sənədlərin
faydalanan şəxs tərəfindən təqdim edilmədiyi
halda, həmin sənədlər sığorta tələbinin
daxil olduğu tarixdən 3 iş günü
müddətində edilən rəsmi sorğu (sorğular)
əsasında sığortaçı tərəfindən
əldə olunmalıdır.
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin
2010-cu il 3 noyabr tarixli 196 nömrəli
qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR
İstehsalatda bədbəxt hadisələr və
peşə xəstəlikləri nəticəsində
peşə əmək qabiliyyətinin itirilməsi
hallarından icbari sığorta üzrə sığorta
ödənişinin təyin edilməsi, verilməsinin
dayandırılması və bərpa olunması
QAYDALARI
1. Ümumi müddəa
Bu
Qaydalar "İstehsalatda bədbəxt hadisələr və
peşə xəstəlikləri nəticəsində
peşə əmək qabiliyyətinin itirilməsi
hallarından icbari sığorta haqqında" Azərbaycan
Respublikası Qanununun tətbiq edilməsi barədə"
Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 2 iyul tarixli 289
nömrəli Fərmanının 1.10-cu bəndinin
icrasını təmin etmək məqsədi ilə
hazırlanmışdır və sığorta
ödənişlərinin təyin edilməsi, verilməsinin dayandırılması
və bərpa olunması qaydalarını tənzimləyir.
2.
İstehsalatda bədbəxt hadisə və ya peşə
xəstəliyi nəticəsində peşə əmək
qabiliyyətini itirmiş sığorta olunana sığorta
ödənişinin təyin edilməsi
2.1.
Sığorta ödənişi sığorta hadisəsi
nəticəsində sığorta olunanın əvvəlki
peşə əmək qabiliyyətinin itirilməsi
dərəcəsinin Tibbi Sosial Ekspert Komissiyası (bundan sonra
- TSEK) tərəfindən müəyyən edildiyi, habelə
sığorta ödənişini almaq üçün
sığorta tələbi və müvafiq
sənədlərin ona təqdim edildiyi tarixdən 10 iş
günündən gec olmayaraq, bu Qaydaların 2.1.3-cü
bəndi nəzərə alınmaqla,
sığortaçının müvafiq qərarı ilə
təyin edilir və müvafiq olaraq aşağıdakı
müddətlərdə ödənilməlidir:
2.1.1.
aylıq sığorta ödənişləri - sığorta
olunanın əvvəlki peşə əmək qabiliyyətinin
itirilməsi dərəcəsinin TSEK tərəfindən
müəyyən edildiyi tarixdən hesablanmaqla, sığorta
ödənişinin verildiyi hər təqvim ayının
25-dən gec olmayaraq. Sığorta ödənişi
verilməyə başlandığı ilk aydan əvvəlki
hər hansı ayın müvafiq tarixindən hesablanmalı olduğu
halda, sığorta ödənişinin verildiyi ilk ay
üçün nəzərdə tutulan ödəniş
məbləğində əvvəlki aya (aylara) aid olan
ödəniş məbləğləri də əlavə
olunur;
2.1.2.
birdəfəlik sığorta ödənişi -
sığorta ödənişinin təyin edildiyi tarixdən 3
iş günü müddətində;
2.1.3.
əlavə sığorta ödənişi - TSEK-in müvafiq
qərarı ilə təyin edildiyi tarixdən həmin
qərarla müəyyən edilmiş müddətdə.
2.2.
Sığorta müqaviləsi əsasında sığorta
olunanın istehsalatda baş verən bədbəxt hadisə
və ya peşə xəstəliyi nəticəsində
peşə əmək qabiliyyətini itirməsi hallarında
ona sığorta ödənişinin qanunvericilikdə
nəzərdə tutulmuş qaydada ödənilməsinə
görə müvafiq sığortaçı öhdəlik
daşıyır.
3.
Aylıq sığorta ödənişlərinin
verilməsinin dayandırılması və bərpası
3.1.
Aylıq sığorta ödənişlərinin verilməsi
aşağıdakı hallarda dayandırılır:
3.1.1.
bu Qaydaların 3.2-ci bəndi nəzərə alınmaqla,
sığorta hadisəsi nəticəsində peşə
əmək qabiliyyətini itirməsi ilə əlaqədar
aylıq sığorta ödənişini alan sığorta
olunan öldükdə;
3.1.2.
sığorta hadisəsi nəticəsində peşə
əmək qabiliyyətini itirməsi ilə əlaqədar
aylıq sığorta ödənişini alan sığorta
olunanın peşə əmək qabiliyyətinin bərpa
edilməsi TSEK tərəfindən müəyyən
edildikdə;
3.1.3.
sığorta olunan peşə əmək qabiliyyətinin
itirilməsi dərəcəsinin
müəyyənləşdirilməsi məqsədi ilə
təkrar müayinə olunmaqdan imtina etdikdə.
3.2.
Sığorta hadisəsi nəticəsində peşə
əmək qabiliyyətini itirməsi ilə əlaqədar
aylıq sığorta ödənişini alan sığorta
olunan həmin hadisənin səbəb olduğu haldan
öldükdə, aşağıdakı əsaslardan ən
azı birinin mövcud olması şərtilə, həmin
əsaslarda nəzərdə tutulmuş faydalanan
şəxslərə qanunvericiliyə uyğun qaydada
hesablanmış birdəfəlik sığorta
ödənişi verilir:
3.2.1.
sığorta olunanın himayəsində olmuş və ya
onun öldüyü günədək ondan dolanacaq
təminatı almaq hüququna malik olmuş əmək
qabiliyyəti olmayan şəxslər müəyyən
edildikdə;
3.2.2.
sığorta olunanın ölümündən sonra
uşağı doğulduqda;
3.2.3.
sığorta olunanın himayəsində olmuş və onun
on dörd yaşına çatmamış, yaxud bu yaşa
çatsa da, tibb orqanlarının rəyinə əsasən
sağlamlıq vəziyyətinə görə
başqasının qulluğuna ehtiyacı olan
uşaqlarına, nəvələrinə, qardaşlarına
və bacılarına qulluq etməklə məşğul
olan və əmək qabiliyyətindən asılı
olmayaraq, işləməyən valideynlərdən biri, arvad
(ər) və ya digər ailə üzvü müəyyən
edildikdə;
3.2.4.
sığorta olunanın himayəsində olmuş və onun
ölümündən sonra beş il ərzində
əmək qabiliyyətini itirmiş şəxslər
müəyyən edildikdə.
3.3.
Bu Qaydaların 3.1.3-cü bəndində nəzərdə
tutulmuş əsas aradan qalxdığı tarixdən aylıq
sığorta ödənişinin verilməsi bərpa edilir.