Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısının təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

Mərkəzi icra hakimiyyəti orqanlarının Nümunəvi Strukturunun təsdiq edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarına və Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin strukturunun və işçilərinin say həddinin təsdiq edilməsi haqqında 2007-ci il 14 may tarixli 2163 nömrəli Sərəncamına əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 11 noyabr tarixli 14 nömrəli Fərmanının 39.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri A.RASİZADƏ

 

Bakı şəhəri, 30 noyabr 2010-cu il

228

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2010-cu il 30 noyabr tarixli 228 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların

 

SİYAHISI

 

İstehlak Mallarının Ekspertizası Bürosu Məhdud Məsuliyyətli Cəmiyyəti

Bakı Biznes Mərkəzi Məhdud Məsuliyyətli Cəmiyyəti

Təsərrüfat müəssisəsi

Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutu

Bakı Biznes Tədris Mərkəzi