“İstehsalatda
bədbəxt hadisələr və peşə
xəstəlikləri nəticəsində peşə
əmək qabiliyyətinin itirilməsi hallarından icbari
sığorta haqqında” Azərbaycan Respublikası Qanununun
tətbiqi ilə bağlı bəzi normativ hüquqi
aktların təsdiq edilməsi barədə
AZƏRBAYCAN
RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
“İstehsalatda
bədbəxt hadisələr və peşə
xəstəlikləri nəticəsində peşə
əmək qabiliyyətinin itirilməsi hallarından icbari
sığorta haqqında” Azərbaycan Respublikası Qanununun
tətbiq edilməsi barədə” Azərbaycan Respublikası
Prezidentinin 2010-cu il 2 iyul tarixli 289 nömrəli
Fərmanının 1.3-cü, 1.5-ci, 1.6-cı, 1.7-ci və 1.8-ci
bəndlərinin icrasını təmin etmək
məqsədi ilə Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərara alır:
1. “İstehsalatda
bədbəxt hadisələr və peşə xəstəlikləri
nəticəsində peşə əmək qabiliyyətinin
itirilməsi hallarından icbari sığorta olunanların
istehsalatda yerinə yetirilən əmək funksiyalarının
xarakterinə görə kateqoriyalar üzrə
bölgüsünün Qaydası”, “Xeyrinə istehsalatda
bədbəxt hadisələr və peşə xəstəlikləri
nəticəsində peşə əmək qabiliyyətinin
itirilməsi hallarından icbari sığorta müqaviləsi
bağlanılmalı olan şəxslərin bir illik əmək
haqqı fondunun hesablanması Qaydası”, “İstehsalatda
bədbəxt hadisələr və peşə
xəstəlikləri nəticəsində peşə
əmək qabiliyyətinin itirilməsi hallarından icbari
sığorta üzrə aylıq sığorta
ödənişi məbləğinin müəyyən
edilməsi məqsədləri üçün orta aylıq
əmək haqqı miqdarının hesablanması Qaydası”,
“İstehsalatda bədbəxt hadisələr və peşə
xəstəlikləri nəticəsində peşə
əmək qabiliyyətinin itirilməsi hallarından icbari
sığorta üzrə birdəfəlik sığorta
ödənişi məbləğinin hesablanması Qaydası”
və “İstehsalatda bədbəxt hadisələr və
peşə xəstəlikləri nəticəsində
peşə əmək qabiliyyətinin itirilməsi
hallarından icbari sığorta üzrə əlavə
sığorta ödənişi məbləğinin
hesablanması Qaydası” təsdiq edilsin (əlavə olunur).
2.
Müəyyən edilsin ki, “İstehsalatda bədbəxt
hadisələr və peşə xəstəlikləri
nəticəsində peşə əmək qabiliyyətinin
itirilməsi hallarından icbari sığorta haqqında”
Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi
tarixədək istehsalat qəzası və yaxud peşə
xəstəliyi nəticəsində sağlamlığı
pozulmuş işçiyə və ya bu səbəbdən
həlak olmuş işçinin ailə üzvlərinə
və himayəsində olan digər şəxslərə
ödənclərin verilməsi qaydaları, şərtləri
və məbləği “İstehsalat qəzası və yaxud
peşə xəstəliyi nəticəsində
sağlamlığı pozulmuş işçiyə və ya
bu səbəbdən həlak olmuş işçinin ailə
üzvlərinə və himayəsində olan digər
şəxslərə ödənclərin verilməsi
Qaydalarının, şərtlərinin və
məbləğinin təsdiq edilməsi haqqında”
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 9
yanvar tarixli 3 nömrəli qərarı ilə (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, ¹ 1,
maddə 66; 2004-cü il, ¹ 8, maddə 657; 2008-ci il, ¹ 2,
maddə 130, ¹ 9, maddə 855; 2009-cu il, ¹ 10, maddə 857; 2010-cu
il, ¹ 3, maddə 262) tənzimlənir.
3. Bu
qərar imzalandığı gündən qüvvəyə
minir.
Azərbaycan Respublikasının Baş
naziri A.RASİZADƏ
Bakı şəhəri, 29 oktyabr
2010-cu il
¹ 192
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin
2010-cu il 29 oktyabr
tarixli 192 nömrəli qərarı ilə
TƏSDİQ
EDİLMİŞDİR
İstehsalatda
bədbəxt hadisələr və peşə
xəstəlikləri nəticəsində peşə
əmək qabiliyyətinin itirilməsi hallarından icbari
sığorta olunanların istehsalatda yerinə yetirilən
əmək funksiyalarının xarakterinə görə
kateqoriyalar üzrə bölgüsünün
QAYDASI
1. Ümumi
müddəa
Bu
Qayda “İstehsalatda bədbəxt hadisələr və
peşə xəstəlikləri nəticəsində
peşə əmək qabiliyyətinin itirilməsi
hallarından icbari sığorta haqqında” Azərbaycan
Respublikası Qanununun tətbiq edilməsi barədə”
Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 2 iyul tarixli, 289
nömrəli Fərmanının 1.3-cü
bəndinin icrasını təmin etmək məqsədi
ilə hazırlanmışdır və istehsalatda
bədbəxt hadisələr və peşə
xəstəlikləri nəticəsində peşə
əmək qabiliyyətinin itirilməsi hallarından icbari
sığorta olunanların istehsalatda yerinə yetirilən
əmək funksiyalarının xarakterinə görə
kateqoriyalar üzrə bölgüsü qaydasını
tənzimləyir.
2. Sığorta
olunanların kateqoriyaları
2.1.
İstehsalatda bədbəxt hadisələr və peşə
xəstəlikləri nəticəsində peşə
əmək qabiliyyətinin itirilməsi hallarından icbari
sığorta olunanlar istehsalatda yerinə yetirilən əmək
funksiyalarının xarakterinə görə
aşağıdakı kateqoriyalara bölünürlər:
2.1.1.
fəhlələr — məhsulun (əmtəənin) istehsalı,
xidmətin həyata keçirilməsi ilə,
həmçinin təmir, yüklərin daşınması,
təmizlik, saxlama, mühafizə və digər belə
işlərlə birbaşa məşğul olan
işçilər;
2.1.2.
qulluqçular — müvafiq olaraq rəhbərlərə,
mütəxəssis və texniki icraçılara aid
işlərin və ya xidmətlərin yerinə yetirilməsi
ilə məşğul olan işçilər:
2.1.2.1.
rəhbərlər — müəssisə, idarə və
təşkilatın və ya onun hər hansı struktur
bölməsinin rəhbəri və onun müavinləri,
eləcə də baş mütəxəssislər;
2.1.2.2.
mütəxəssislər — mühəndis-texnik,
iqtisadçı, hüquqşünas, sosioloq və digər
bu kimi vəzifələr üzrə əmək
funksiyaları yerinə yetirən işçilər;
dövlət qulluğunda inzibati vəzifə tutan dövlət
qulluqçuları;
2.1.2.3. texniki
icraçılar — sənədlərin hazırlanmasını
və rəsmiləşdirilməsini həyata keçirən
kargüzarlar, katibələr, tabelçilər,
surətçıxaranlar, arxiv işçiləri,
agentlər və digər belə işçilər;
dövlət qulluğunda yardımçı vəzifə
tutan dövlət qulluqçuları.
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin
2010-cu il 29 oktyabr
tarixli 192 nömrəli qərarı ilə
TƏSDİQ
EDİLMİŞDİR
Xeyrinə
istehsalatda bədbəxt hadisələr və peşə
xəstəlikləri nəticəsində peşə
əmək qabiliyyətinin itirilməsi hallarından icbari
sığorta müqaviləsi bağlanılmalı olan
şəxslərin bir illik əmək haqqı fondunun
hesablanması
QAYDASI
1. Ümumi müddəalar
1.1.
Bu Qayda “İstehsalatda bədbəxt hadisələr və
peşə xəstəlikləri nəticəsində
peşə əmək qabiliyyətinin itirilməsi
hallarından icbari sığorta haqqında” Azərbaycan
Respublikası Qanununun tətbiq edilməsi barədə”
Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 2 iyul tarixli, 289
nömrəli Fərmanının 1.5-ci
bəndinin icrasını təmin etmək məqsədi
ilə hazırlanmışdır və sığorta
haqqının müəyyən edilməsi üçün
xeyrinə istehsalatda bədbəxt hadisələr və
peşə xəstəlikləri nəticəsində
peşə əmək qabiliyyətinin itirilməsi
hallarından icbari sığorta müqaviləsi
bağlanılmalı olan şəxslərin bir illik
əmək haqqı fondunun hesablanması qaydasını
müəyyən edir.
1.2.
Bu Qayda mülki-hüquqi müqavilə əsasında
əmək funksiyasını yerinə yetirən
şəxslərin əmək funksiyasının yerinə yetirilməsinə
görə əldə etdikləri muzda da tətbiq edilir.
2. Bir illik
əmək haqqı fondunun hesablanması
2.1.
Sığorta haqqının müəyyən edilməsi
üçün tətbiq edilən xeyrinə icbari
sığorta müqaviləsi bağlanan şəxsin bir illik
əmək haqqı fondu onun əmək müqaviləsində
nəzərdə tutulan aylıq əmək haqqının
(mülki hüquqi müqavilədə nəzərdə
tutulan əmək funksiyasının yerinə
yetirilməsinə görə muzdun bir aya düşən
hissəsinin) on iki mislinə bərabərdir.
2.2.
İstehsalat təcrübəsi (təlimi) keçən
sığorta olunanın bir illik əmək haqqı fondunun
hesablanması zamanı onun əmək müqaviləsi
üzrə vəzifə maaşı öyrəndiyi
(işlədiyi) peşə (vəzifə) üzrə tarif (vəzifə)
maaşından az olduqda, onun bir illik əmək haqqı fondu
həmin peşənin (vəzifənin) tarif (vəzifə)
maaşı əsasında hesablanır.
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin
2010-cu il 29 oktyabr
tarixli 192 nömrəli qərarı ilə
TƏSDİQ
EDİLMİŞDİR
İstehsalatda
bədbəxt hadisələr və peşə
xəstəlikləri nəticəsində peşə
əmək qabiliyyətinin itirilməsi hallarından icbari
sığorta üzrə aylıq sığorta
ödənişi məbləğinin müəyyən
edilməsi məqsədləri üçün orta aylıq
əmək haqqı miqdarının hesablanması
QAYDASI
1. Ümumi
müddəalar
1.1.
Bu Qayda “İstehsalatda bədbəxt hadisələr və
peşə xəstəlikləri nəticəsində
peşə əmək qabiliyyətinin itirilməsi hallarından
icbari sığorta haqqında” Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi barədə” Azərbaycan
Respublikası Prezidentinin 2010-cu il 2 iyul tarixli, 289
nömrəli Fərmanının 1.6-cı
bəndinin icrasını təmin etmək məqsədi
ilə hazırlanmışdır və istehsalatda
bədbəxt hadisələr və peşə
xəstəlikləri nəticəsində peşə
əmək qabiliyyətinin itirilməsi hallarından icbari
sığorta üzrə aylıq sığorta
ödənişi məbləğinin müəyyən
edilməsi üçün orta aylıq əmək haqqı
miqdarının hesablanması qaydasını
tənzimləyir.
1.2.
Bu Qayda mülki-hüquqi müqavilə əsasında
əmək funksiyasını yerinə yetirən
şəxslərin əmək funksiyasının yerinə
yetirilməsinə görə əldə etdikləri orta
aylıq muzda da tətbiq edilir.
2. Orta aylıq
əmək haqqının hesablanması
2.1.
Orta aylıq əmək haqqı sığorta olunanın
peşə əmək qabiliyyətini itirdiyi tarixdən
əvvəlki tam on iki ay (əmək müqaviləsinin və
ya mülki-hüquqi müqavilənin həmin tarixdən
əvvəlki daha az müddətdə qüvvədə
olduğu halda faktiki tam aylar) ərzində əmək
müqaviləsi üzrə əməyinin
ödənilməsinin Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 1999-cu il 25 avqust tarixli, 137 nömrəli
qərarı ilə təsdiq edilmiş “Məzuniyyət
vaxtı üçün orta əmək haqqının
hesablanması zamanı nəzərə alınan və
alınmayan ödənişlərin geniş Siyahısı”
üzrə nəzərə alınan ödənişlərin
məbləğinin və ya mülki-hüquqi müqavilə
əsasında əmək funksiyasını yerinə
yetirilməsinə görə ödənilən muzdun
məbləğinin cəminin on ikiyə (əmək
müqaviləsinin və ya mülki-hüquqi müqavilənin
həmin tarixdən əvvəlki daha az müddətdə
qüvvədə olduğu halda isə tam ayların sayına)
bölünməsi yolu ilə hesablanır.
2.2.
Orta aylıq əmək haqqının hesablanması zamanı
sığorta olunanın tam işləmədiyi aylar faydalanan
şəxsin arzusuna uyğun olaraq, tam işlənilmiş
əvvəlki aylarla əvəz edilir, belə
əvəzetmə mümkün olmadıqda isə
bölünən ayların sayı azaldılmaqla hesabdan
çıxarılır.
2.3.
Əmək müqaviləsi və ya mülki-hüquqi
müqavilə sığorta hadisəsinin baş verdiyi
tarixdən əvvəlki bir aydan az müddətdə
qüvvədə olduğu halda, həmin müqavilə
üzrə əməyin ödənilməsi üçün
nəzərdə tutulan məbləğin bir günə
düşən hissəsinin həmin aydakı iş
günlərinin sayına vurulması yolu ilə alınan
məbləğ sığorta olunanın orta aylıq
əmək haqqı və ya orta aylıq muzd kimi
nəzərə alınır.
2.4.
İstehsalat təcrübəsi (təlimi) keçən
sığorta olunanın faktiki əmək haqqı
öyrəndiyi (işlədiyi) peşə (vəzifə)
üzrə tarif (vəzifə) maaşından az olarsa, onun
orta aylıq əmək haqqı həmin peşənin
(vəzifənin) tarif (vəzifə) maaşı
əsasında hesablanır.
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin
2010-cu il 29 oktyabr
tarixli 192 nömrəli qərarı ilə
TƏSDİQ
EDİLMİŞDİR
İstehsalatda
bədbəxt hadisələr və peşə
xəstəlikləri nəticəsində peşə
əmək qabiliyyətinin itirilməsi hallarından icbari
sığorta üzrə birdəfəlik sığorta
ödənişi məbləğinin hesablanması
QAYDASI
1. Ümumi
müddəalar
1.1.
Bu Qayda “İstehsalatda bədbəxt hadisələr və
peşə xəstəlikləri nəticəsində
peşə əmək qabiliyyətinin itirilməsi
hallarından icbari sığorta haqqında” Azərbaycan
Respublikası Qanununun tətbiq edilməsi barədə” (bundan
sonra — Qanun) Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 2
iyul tarixli, 289 nömrəli Fərmanının 1.7-ci bəndinin icrasını təmin
etmək məqsədi ilə hazırlanmışdır
və istehsalatda bədbəxt hadisələr və
peşə xəstəlikləri nəticəsində
peşə əmək qabiliyyətinin itirilməsi
hallarından icbari sığorta üzrə birdəfəlik
sığorta ödənişi məbləğinin
hesablanması qaydasını müəyyən edir.
1.2.
Bu Qaydada istifadə olunmuş anlayışlar
aşağıdakı mənaları ifadə edir:
1.2.1.
sığorta olunanın illik əmək haqqı fondu — istehsalatda
bədbəxt hadisələr və peşə
xəstəlikləri nəticəsində peşə
əmək qabiliyyətinin itirilməsi hallarından bu
qərarın “Xeyrinə istehsalatda bədbəxt
hadisələr və peşə xəstəlikləri
nəticəsində peşə əmək qabiliyyətinin
itirilməsi hallarından icbari sığorta müqaviləsi
bağlanılmalı olan şəxslərin bir illik
əmək haqqı fondunun hesablanması”
Qaydası ilə müəyyən olunmuş qaydada hesablanan
müvafiq məbləğ;
1.2.2.
peşə əmək qabiliyyətinin itirilməsi
dərəcəsi — sığorta olunanın sığorta
hadisəsi baş verənədək malik olduğu
peşə əmək qabiliyyətinin davamlı
itirilməsinin faizlə ifadəsi.
2. Birdəfəlik
sığorta ödənişi məbləğinin
hesablanması
2.1.
Birdəfəlik sığorta ödənişi qanunla
müəyyən olunmuş hallarda aşağıdakı kimi
hesablanır:
2.1.1
sığorta hadisəsi nəticəsində zərər
çəkmiş sığorta olunana əlillik
növbəti müayinə müddəti
göstərilmədən təyin edildiyi halda,
birdəfəlik sığorta ödənişinin məbləği
göstərilən düsturla hesablanır:
Burada:
BSÖ —
birdəfəlik sığorta ödənişinin
məbləği;
P
— sığorta olunanın illik əmək haqqı fondu;
W —
sığorta olunanın peşə əmək
qabiliyyətini itirmə dərəcəsi (faizlə ifadə
olunur);
A
— bu Qayda ilə müəyyən edilmiş 3 nömrəli
cədvəlin “Müddət müəyyən
edilmədikdə” adlı sütununda nəzərdə tutulan,
sığorta olunanın yaşına uyğun hesablama
əmsalıdır.
2.1.2.
sığorta hadisəsi nəticəsində sığorta
olunanın öldüyü halda:
2.1.2.1. hər
hansı bir faydalanan şəxs üçün
birdəfəlik sığorta ödənişinin
məbləği aşağıdakı düsturla
hesablanır:
Burada:
BSÖi
— faydalanan şəxsə verilən birdəfəlik
sığorta ödənişi;
i
— faydalanan şəxsin say indeksi;
N
— sığorta olunanın himayəsində olmuş
şəxslərin (ölümündən sonra
doğulması gözlənilən uşağı
nəzərə alınmaqla) sayıdır;
P
— sığorta olunanın illik əmək haqqı fondu;
Ai — bu
Qaydanın 2.1.3-cü bəndi ilə
müəyyən edilmiş müvafiq cədvəldə
nəzərdə tutulan, hər hansı bir faydalanan
şəxsin, Qanunun 5.0.2.3-cü
maddəsində nəzərdə tutulmuş halda isə qulluq
edilənlərin ən kiçiyinin yaşına uyğun
hesablama əmsalıdır.
2.1.2.2. faydalanan
şəxs (şəxslər) üçün bu Qaydanın 2.1.2.1-ci bəndinə uyğun olaraq hesablanan
sığorta ödənişinin (sığorta
ödənişlərinin cəminin) məbləği
sığorta olunanın peşə əmək
qabiliyyətini itirmə dərəcəsinin 100 faiz olduğu
hal üçün bu Qaydanın 2.1.1-ci
bəndinə uyğun hesablanan məbləğindən
çox olarsa, sığorta ödənişi
(ödənişləri) sonuncu məbləğ 2.1.2.1-ci bəndinə uyğun hesablanan məbləğə
(məbləğlərə) mütənasib
şəkildə bölüşdürülməklə
faydalanan şəxsə (şəxslərə)
verilməlidir;
2.1.3.
bu Qaydada nəzərdə tutulan hesablama əmsalı
müvafiq şəxsin yaşından asılı olaraq
aşağıdakı kimi müəyyən edilir:
2.1.3.1. Qanunun 5.0.2.1-ci və 5.0.2.2-ci
maddələrində nəzərdə tutulmuş 23
yaşına çatmamış faydalanan
şəxslərə verilən sığorta
ödənişinə münasibətdə — 2 nömrəli
cədvələ uyğun;
2.1.3.2. Qanunun 5.0.2.3-cü maddəsində nəzərdə
tutulmuş və 14 yaşına çatmamış
şəxslərə qulluq etməklə məşğul
olan faydalanan şəxslərə verilən sığorta
ödənişinə münasibətdə — 1 nömrəli
cədvələ uyğun;
2.1.3.3. Qanunun 5.0.2.3-cü maddəsində nəzərdə
tutulmuş 14 yaşına çatmış
şəxslərə qulluq etməklə məşğul
olan faydalanan şəxslərə verilən sığorta
ödənişinə münasibətdə — qulluq edilən
şəxsin sağlamlıq imkanlarının
məhdudluğu ilə əlaqədar növbəti
müayinə üçün müəyyən edilən
müddətdən asılı olaraq 3 nömrəli
cədvəlin müvafiq sütununa uyğun;
2.1.3.4. Qanunun 5.0.2.4-cü maddəsində nəzərdə
tutulmuş faydalanan şəxslərə verilən
sığorta ödənişinə münasibətdə
faydalanan şəxsin əmək qabiliyyətinin itirilməsi
ilə əlaqədar növbəti müayinə
üçün müəyyən edilən müddətdən
asılı olaraq 3 nömrəli cədvəlin müvafiq
sütununa uyğun;
2.1.3.5. Qanunun 5.0.2.1-ci və 5.0.2.4-cü
maddəsində nəzərdə tutulmuş faydalanan
şəxslərin əmək qabiliyyətinin növbəti
müayinə müddəti müəyyən edilmədən
itirilmiş hesab edildiyi, həmçinin faydalanan şəxsin
müəyyən yaşa çatması ilə
əlaqədar qanunvericiliklə əmək qabiliyyəti
olmayan hesab edildiyi hallarda sığorta ödənişinə
münasibətdə — 3 nömrəli cədvəlin “Müddət
müəyyən edilmədikdə” adlı sütununa
uyğun;
2.1.3.6. Qanunun 5.0.2.3-cü maddəsində nəzərdə
tutulmuş qulluq edilən şəxsin sağlamlıq
imkanlarının məhdudluğu ilə əlaqədar
növbəti müayinə üçün müddət
müəyyən edilmədən müəyyənləşdirildiyi
hallarda sığorta ödənişinə
münasibətdə — 3 nömrəli cədvəlin “Müddət
müəyyən edilmədikdə” adlı sütununa
uyğun.
1
nömrəli cədvəl
Yaş |
Hesablama əmsalı |
Yaş |
Hesablama əmsalı |
0 |
9,2172 |
7 |
5,9677 |
1 |
8,9635 |
8 |
5,3002 |
2 |
8,5942 |
9 |
4,5788 |
3 |
8,1597 |
10 |
3,7988 |
4 |
7,6776 |
11 |
2,9564 |
5 |
7,1532 |
12 |
2,0459 |
6 |
6,5841 |
13 |
1,0625 |
2
nömrəli cədvəl
Yaş |
Hesablama əmsalı |
Yaş |
Hesablama əmsalı |
0 |
11,9745 |
12 |
8,4598 |
1 |
11,9521 |
13 |
7,9517 |
2 |
11,8040 |
14 |
7,4032 |
3 |
11,5968 |
15 |
6,8105 |
4 |
11,3556 |
16 |
6,1706 |
5 |
11,0903 |
17 |
5,4795 |
6 |
10,8000 |
18 |
4,7329 |
7 |
10,4842 |
19 |
3,9271 |
8 |
10,1403 |
20 |
3,0569 |
9 |
9,7684 |
21 |
2,1165 |
10 |
9,3654 |
22 |
1,0995 |
11 |
8,9306 |
— |
— |
3
nömrəli cədvəl
Yaş qrupu |
Növbəti müayinə
üçün müəyyən edilən
müddətdən asılı olaraq hesablama əmsalı |
|||||
1 il müddət |
2 il müddət |
3 il müddət |
4 il müddət |
5 il müddət |
Müddət müəyyən
edilmədikdə |
|
0-4 |
1,0628 |
2,0464 |
2,9568 |
3,7997 |
4,5793 |
14,1331 |
5-8 |
1,0627 |
2,0463 |
2,9567 |
3,7996 |
4,5791 |
14,1085 |
9-12 |
1,0626 |
2,0461 |
2,9564 |
3,7990 |
4,5788 |
14,0546 |
13-16 |
1,0625 |
2,0458 |
2,9558 |
3,7979 |
4,5770 |
13,9718 |
17-20 |
1,0623 |
2,0450 |
2,9540 |
3,7948 |
4,5725 |
13,8686 |
21-24 |
1,0622 |
2,0447 |
2,9534 |
3,7938 |
4,5712 |
13,7562 |
25-28 |
1,0621 |
2,0444 |
2,9528 |
3,7929 |
4,5698 |
13,6112 |
29-32 |
1,0621 |
2,0441 |
2,9521 |
3,7916 |
4,5677 |
13,4216 |
33-36 |
1,0620 |
2,0436 |
2,9510 |
3,7895 |
4,5642 |
13,1740 |
37-40 |
1,0616 |
2,0422 |
2,9477 |
3,7838 |
4,5556 |
12,8546 |
41-44 |
1,0612 |
2,0405 |
2,9441 |
3,7775 |
4,5457 |
12,4653 |
45-48 |
1,0605 |
2,0375 |
2,9366 |
3,7628 |
4,5208 |
11,9834 |
49-52 |
1,0602 |
2,0275 |
2,9172 |
3,7345 |
4,4862 |
11,4389 |
53-56 |
1,0599 |
2,0201 |
2,9119 |
3,7188 |
4,4566 |
10,8382 |
57-60 |
1,0558 |
2,0183 |
2,8943 |
3,6903 |
4,4125 |
10,0194 |
61-64 |
1,0525 |
2,0048 |
2,8648 |
3,6399 |
4,3365 |
9,1894 |
65-68 |
1,0482 |
1,9866 |
2,8227 |
3,5648 |
4,2209 |
8,3029 |
69-72 |
1,0403 |
1,9570 |
2,7629 |
3,4675 |
4,0808 |
7,4226 |
73-76 |
1,0338 |
1,9306 |
2,7053 |
3,3721 |
3,9442 |
6,5952 |
77-80 |
1,0274 |
1,9042 |
2,6474 |
3,2723 |
3,7916 |
5,7222 |
81-84 |
1,0116 |
1,8412 |
2,5116 |
3,0444 |
3,4602 |
4,6563 |
85-88 |
0,9838 |
1,7341 |
2,2926 |
2,6973 |
2,9815 |
3,5976 |
89-92 |
0,9408 |
1,5753 |
1,9861 |
2,2397 |
2,3882 |
2,6515 |
92-dən
yuxarı |
0,8743 |
1,3462 |
1,5825 |
1,6909 |
1,7357 |
1,8475 |
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin
2010-cu il 29 oktyabr
tarixli 192 nömrəli qərarı ilə
TƏSDİQ
EDİLMİŞDİR
İstehsalatda
bədbəxt hadisələr və peşə
xəstəlikləri nəticəsində peşə
əmək qabiliyyətinin itirilməsi hallarından icbari
sığorta üzrə əlavə sığorta
ödənişi məbləğinin hesablanması
QAYDASI
1. Ümumi
müddəa
Bu
Qayda “İstehsalatda bədbəxt hadisələr və
peşə xəstəlikləri nəticəsində
peşə əmək qabiliyyətinin itirilməsi
hallarından icbari sığorta haqqında” Azərbaycan
Respublikası Qanununun tətbiq edilməsi barədə”
Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 2 iyul tarixli, 289
nömrəli Fərmanının 1.8-ci
bəndinin icrasını təmin etmək məqsədi
ilə hazırlanmışdır və istehsalatda
bədbəxt hadisələr və peşə
xəstəlikləri nəticəsində peşə
əmək qabiliyyətinin itirilməsi hallarından icbari
sığorta üzrə əlavə sığorta
ödənişi məbləğinin hesablanması
qaydasını müəyyən edir.
2. Əlavə
sığorta ödənişi məbləğinin
hesablanması
2.1.
Əlavə sığorta ödənişinin
məbləği sığorta hadisəsi
nəticəsində zərər çəkmiş
sığorta olunanın müalicəsinə, əlavə
qidalanmasına, dərman alınmasına, protezləşdirməyə,
başqasının qulluğuna, sanatoriya-kurort
müalicəsinə, xüsusi nəqliyyat vasitəsinə,
digər peşəyə hazırlanmasına ehtiyacı
olduğu və bunları pulsuz almaq hüququnun
qanunvericilikdə nəzərdə tutulmadığı
hallarda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci
il 19 avqust tarixli, 93 nömrəli qərarı ilə
Əsasnaməsi təsdiq edilmiş Tibbi Sosial Ekspert
Komissiyasının (bundan sonra — TSEK)
qərarı əsasında təyin edilməklə,
aşağıdakı qaydada hesablanır:
2.1.1.
sığorta olunanın əlavə qidalanmaya ehtiyacı
olduğu halda, müvafiq tibb müəssisəsi
tərəfindən təyin edilən əlavə qida rasionuna
daxil olan məhsulların rayon (şəhər) statistika
orqanlarının sənədlərində əks olunan bazar
qiymətlərinə uyğun olaraq;
2.1.2.
sığorta olunanın dərman təminatına ehtiyacı
olduğu halda, dərman preparatlarının dəyəri
müvafiq aptekin ona verildiyi qaimə-faktura
əsasında sığortaçı tərəfindən
ödənilir. Sığorta olunanın dərman
təminatı ilə bağlı xərclər,
siyahısı Azərbaycan Respublikasının Səhiyyə
Nazirliyi tərəfindən təsdiq edilmiş,
müalicə-profilaktika müəssisələrinin həmin
nazirliyin müəyyən etdiyi formaya uyğun tərtib
etdikləri pulsuz dərman reseptlərinə əsasən
müəyyən olunur.
Hər
bir pulsuz dərman preparatı üçün ayrıca
dərman resepti yazılır və pulsuz dərman resepti
xəstənin ambulator kartında
göstərilən müalicə kursuna uyğun verilir;
2.1.3.
sığorta olunanın protezləşdirməyə,
xüsusi nəqliyyat vasitəsinə, o cümlədən
əlil kreslo-veloarabalarına və
digər reabilitasiya vasitələrinə ehtiyacı olduğu
halda, belə vəsaitlərin əldə edilməsi
üçün xidməti və (və ya) satışı
həyata keçirən müəssisənin müvafiq
hesab-fakturasında nəzərdə tutulmuş
ödəniş məbləğinə uyğun olaraq;
2.1.4.
sığorta olunanın başqasının qulluğuna
ehtiyacı olduğu halda, rayon (şəhər) əhalinin
sosial müdafiəsi mərkəzinin sosial işçisinin
aylıq vəzifə maaşının 50 faizdən
aşağı olmayan, həmin şəxsin sığorta
olunana göstərdiyi xidmətə görə aylıq
xərc məbləğində;
2.1.5.
sığorta olunanın sanatoriya-kurort müalicəsinə
ehtiyacı olduğu halda, TSEK
tərəfindən təyin edilən müvafiq sanatoriya-kurort
yollayışının qiyməti, həmçinin
sığorta olunanın müşayiətçiyə
ehtiyacı olması ilə bağlı müvafiq tibb
müəssisəsinin rəsmi qeydi olduğu halda,
müşayiətçinin də müvafiq sanatoriya-kurort
müəssisəsinə göndərilməsi ilə
bağlı nəqliyyat, yaşayış və qidalanma
xərcləri həcmində.
2.2.
Sığorta olunana birdəfəlik və ya aylıq
sığorta ödənişinin verilməsi ilə
yanaşı, təyin edilən əlavə sığorta
ödənişi TSEK-in müvafiq
qərarı ilə müəyyən olunmuş tarixdən
və müddət ərzində verilir.