“Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı”nın təsdiq edilməsi haqqında[1]

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Mərkəzi icra hakimiyyəti orqanlarının Nümunəvi Strukturu”nun təsdiq edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarına və “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin strukturunun və işçilərinin say həddinin təsdiq edilməsi haqqında” 2007-ci il 14 may tarixli 2163 nömrəli Sərəncamına əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 11 noyabr tarixli 14 nömrəli Fərmanının 39.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı” təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri  A.RASİZADƏ

 

Bakı şəhəri, 30 noyabr 2010-cu il

    ¹ 228

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2010-cu il 30 noyabr tarixli 228 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

 

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların[2]

 

SİYAHISI

 

“İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti[3]

“Bakı Biznes Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti

Təsərrüfat müəssisəsi

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutu

Bakı Biznes Tədris Mərkəzi

“Sumqayıt Kimya Sənaye Parkı” Məhdud Məsuliyyətli Cəmiyyəti[4]

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin nəzdində təsərrüfathesablı Tikilən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin Müdiriyyəti[5]

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi[6]

Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu publik hüquqi şəxs[7]

Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi[8]

 

 

 


 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       25 yanvar 2013-cü il tarixli 16 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 26 yanvar 2013-cü il, ¹ 18; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, ¹ 01, maddə 75)

2.       5 iyun 2014-cü il tarixli 181 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 10 iyun 2014-cü il, ¹ 121, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 6, maddə 736)

3.       13 may 2016-cı il tarixli 195 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 20 may 2016-cı il, ¹ 108, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 5, maddə 955)

4.       28 aprel 2017-ci il tarixli 168 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 29 aprel 2017-ci il, ¹ 90, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹4, maddə 651)

5.       1 mart 2018-ci il tarixli 69 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti 3 mart 2018-ci il, ¹ 49, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 3, maddə 580)

6.       4 oktyabr 2018-ci il tarixli 427 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 5 oktyabr 2018-ci il, ¹ 223, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 10, maddə 2142)

7.       16 oktyabr 2018-ci il tarixli 453 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 19 oktyabr 2018-ci il, ¹ 235, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 10, maddə 2167)

8.       18 mart 2019-cu il tarixli 108 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 20 mart 2019-cu il, ¹ 64, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹ 3, maddə 542)

9.       18 mart 2019-cu il tarixli 109 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 20 mart 2019-cu il, ¹ 64, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹ 3, maddə 543)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 5 iyun 2014-cü il tarixli 181 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 10 iyun 2014-cü il, ¹ 121, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 6, maddə 736) ilə adında və 1-ci hissəsində “İqtisadi İnkişaf” sözləri “İqtisadiyyat və Sənaye” sözləri ilə əvəz edilmişdir.

 

13 may 2016-cı il tarixli 195 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 20 may 2016-cı il, ¹ 108, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 5, maddə 955) ilə adından və 1-ci hissəsindən “və Sənaye” sözləri çıxarılmışdır.

 

[2] 5 iyun 2014-cü il tarixli 181 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 10 iyun 2014-cü il, ¹ 121, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 6, maddə 736) ilə edilmiş “Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın adında və dördüncü abzasında “İqtisadi İnkişaf” sözləri “İqtisadiyyat və Sənaye” sözləri ilə əvəz edilmişdir.

 

13 may 2016-cı il tarixli 195 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 20 may 2016-cı il, ¹ 108, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 5, maddə 955) ilə “Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın adından və dördüncü abzasından “və Sənaye” sözləri çıxarılmışdır.

 

[3] 25 yanvar 2013-cü il tarixli 16 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 26 yanvar 2013-cü il, ¹ 18; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, ¹ 01, maddə 75) ilə birinci abzasda "Bürosu" sözü "Mərkəzi" sözü ilə əvəz edilmişdir.

 

[4] 25 yanvar 2013-cü il tarixli 16 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 26 yanvar 2013-cü il, ¹ 18; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, ¹ 01, maddə 75) ilə “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı”na yeni məzmunda altıncı abzas əlavə edilmişdir.

 

[5] 28 aprel 2017-ci il tarixli 168 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 29 aprel 2017-ci il, ¹ 90, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹4, maddə 651) ilə “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı”na yeni məzmunda yeddinci abzas əlavə edilmişdir.

18 mart 2019-cu il tarixli 109 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 20 mart 2019-cu il, ¹ 64, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹ 3, maddə 543) ilə “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın yeddinci abzası ləğv edilmişdir.

 

[6] 1 mart 2018-ci il tarixli 69 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti 3 mart 2018-ci il, ¹ 49, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 3, maddə 580) ilə “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı”na yeni məzmunda səkkizinci abzas əlavə edilmişdir.

16 oktyabr 2018-ci il tarixli 453 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 19 oktyabr 2018-ci il, ¹ 235, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 10, maddə 2167) ilə “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı”nın səkkizinci abzasında “Sahibkarlığın” sözü “Biznesin” sözü ilə əvəz edilmişdir.

 

[7] 4 oktyabr 2018-ci il tarixli 427 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 5 oktyabr 2018-ci il, ¹ 223, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 10, maddə 2142) ilə “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”na yeni məzmunda doqquzuncu abzas əlavə edilmişdir.

 

[8] 18 mart 2019-cu il tarixli 108 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 20 mart 2019-cu il, ¹ 64, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹ 3, maddə 542) ilə “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”na yeni məzmunda onuncu abzas əlavə edilmişdir.