“İstehsalatda bədbəxt hadisələr və
peşə xəstəlikləri nəticəsində
peşə əmək qabiliyyətinin itirilməsi
hallarından icbari sığorta haqqında” Azərbaycan
Respublikası Qanununun tətbiqi ilə bağlı bəzi
normativ hüquqi aktların təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR
KABİNETİNİN QƏRARI
“İstehsalatda
bədbəxt hadisələr və peşə
xəstəlikləri nəticəsində peşə əmək
qabiliyyətinin itirilməsi hallarından icbari sığorta
haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq
edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin
2010-cu il 2 iyul tarixli 289 nömrəli Fərmanının
1.3-cü, 1.5-ci, 1.6-cı, 1.7-ci və 1.8-ci bəndlərinin
icrasını təmin etmək məqsədi ilə
Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara
alır:
1.
“İstehsalatda bədbəxt hadisələr və peşə
xəstəlikləri nəticəsində peşə
əmək qabiliyyətinin itirilməsi hallarından icbari
sığorta olunanların istehsalatda yerinə yetirilən
əmək funksiyalarının xarakterinə görə
kateqoriyalar üzrə bölgüsünün Qaydası”,
“Xeyrinə istehsalatda bədbəxt hadisələr və peşə
xəstəlikləri nəticəsində peşə
əmək qabiliyyətinin itirilməsi hallarından icbari
sığorta müqaviləsi bağlanılmalı olan
şəxslərin bir illik əmək haqqı fondunun
hesablanması Qaydası”, “İstehsalatda bədbəxt
hadisələr və peşə xəstəlikləri
nəticəsində peşə əmək qabiliyyətinin
itirilməsi hallarından icbari sığorta üzrə
aylıq sığorta ödənişi məbləğinin
müəyyən edilməsi məqsədləri
üçün orta aylıq əmək haqqı
miqdarının hesablanması Qaydası”, “İstehsalatda
bədbəxt hadisələr və peşə
xəstəlikləri nəticəsində peşə
əmək qabiliyyətinin itirilməsi hallarından icbari
sığorta üzrə birdəfəlik sığorta
ödənişi məbləğinin hesablanması Qaydası”
və “İstehsalatda bədbəxt hadisələr və
peşə xəstəlikləri nəticəsində
peşə əmək qabiliyyətinin itirilməsi
hallarından icbari sığorta üzrə əlavə
sığorta ödənişi məbləğinin
hesablanması Qaydası” təsdiq edilsin (əlavə olunur).
2.
Müəyyən edilsin ki, “İstehsalatda bədbəxt
hadisələr və peşə xəstəlikləri
nəticəsində peşə əmək qabiliyyətinin
itirilməsi hallarından icbari sığorta haqqında”
Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi
tarixədək istehsalat qəzası və yaxud peşə
xəstəliyi nəticəsində sağlamlığı pozulmuş
işçiyə və ya bu səbəbdən həlak
olmuş işçinin ailə üzvlərinə və
himayəsində olan digər şəxslərə
ödənclərin verilməsi qaydaları,
şərtləri və məbləği “İstehsalat
qəzası və yaxud peşə xəstəliyi
nəticəsində sağlamlığı pozulmuş işçiyə
və ya bu səbəbdən həlak olmuş işçinin
ailə üzvlərinə və himayəsində olan
digər şəxslərə ödənclərin
verilməsi Qaydalarının, şərtlərinin və məbləğinin
təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 2003-cü il 9 yanvar tarixli 3 nömrəli
qərarı ilə (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2003-cü il, ¹ 1, maddə 66; 2004-cü il, ¹
8, maddə 657; 2008-ci il, ¹ 2, maddə 130, ¹ 9, maddə 855;
2009-cu il, ¹ 10, maddə 857; 2010-cu il, ¹ 3, maddə 262) tənzimlənir.
3.
Bu qərar imzalandığı gündən
qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş
naziri A.RASİZADƏ
Bakı
şəhəri, 29 oktyabr 2010-cu il
¹ 192
|
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2010-cu il 29 oktyabr
tarixli 192 nömrəli qərarı ilə TƏSDİQ EDİLMİŞDİR |
İstehsalatda bədbəxt hadisələr və
peşə xəstəlikləri nəticəsində
peşə əmək qabiliyyətinin itirilməsi
hallarından icbari sığorta olunanların istehsalatda
yerinə yetirilən əmək funksiyalarının
xarakterinə görə kateqoriyalar üzrə
bölgüsünün
QAYDASI
1. Ümumi müddəa
Bu Qayda “İstehsalatda bədbəxt hadisələr
və peşə xəstəlikləri nəticəsində
peşə əmək qabiliyyətinin itirilməsi
hallarından icbari sığorta haqqında” Azərbaycan
Respublikası Qanununun tətbiq edilməsi barədə”
Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 2 iyul tarixli, 289
nömrəli Fərmanının 1.3-cü bəndinin
icrasını təmin etmək məqsədi ilə
hazırlanmışdır və istehsalatda bədbəxt
hadisələr və peşə xəstəlikləri
nəticəsində peşə əmək qabiliyyətinin
itirilməsi hallarından icbari sığorta olunanların
istehsalatda yerinə yetirilən əmək
funksiyalarının xarakterinə görə kateqoriyalar
üzrə bölgüsü qaydasını
tənzimləyir.
2.
Sığorta olunanların kateqoriyaları
2.1. İstehsalatda bədbəxt hadisələr və
peşə xəstəlikləri nəticəsində
peşə əmək qabiliyyətinin itirilməsi
hallarından icbari sığorta olunanlar istehsalatda yerinə
yetirilən əmək funksiyalarının xarakterinə
görə aşağıdakı kateqoriyalara
bölünürlər:
2.1.1. fəhlələr — məhsulun
(əmtəənin) istehsalı, xidmətin həyata
keçirilməsi ilə, həmçinin təmir,
yüklərin daşınması, təmizlik, saxlama, mühafizə
və digər belə işlərlə birbaşa
məşğul olan işçilər;
2.1.2. qulluqçular — müvafiq olaraq
rəhbərlərə, mütəxəssis və texniki
icraçılara aid işlərin və ya xidmətlərin
yerinə yetirilməsi ilə məşğul olan
işçilər:
2.1.2.1. rəhbərlər — müəssisə,
idarə və təşkilatın və ya onun hər
hansı struktur bölməsinin rəhbəri və onun
müavinləri, eləcə də baş
mütəxəssislər;
2.1.2.2. mütəxəssislər —
mühəndis-texnik, iqtisadçı, hüquqşünas,
sosioloq və digər bu kimi vəzifələr üzrə
əmək funksiyaları yerinə yetirən
işçilər; dövlət qulluğunda inzibati
vəzifə tutan dövlət qulluqçuları;
2.1.2.3. texniki icraçılar — sənədlərin
hazırlanmasını və rəsmiləşdirilməsini
həyata keçirən kargüzarlar, katibələr,
tabelçilər, surətçıxaranlar, arxiv
işçiləri, agentlər və digər belə
işçilər; dövlət qulluğunda
yardımçı vəzifə tutan dövlət
qulluqçuları.
|
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2010-cu il 29 oktyabr
tarixli 192 nömrəli qərarı ilə TƏSDİQ EDİLMİŞDİR |
Xeyrinə istehsalatda bədbəxt hadisələr
və peşə xəstəlikləri nəticəsində
peşə əmək qabiliyyətinin itirilməsi
hallarından icbari sığorta müqaviləsi
bağlanılmalı olan şəxslərin bir illik
əmək haqqı fondunun hesablanması
QAYDASI
1. Ümumi
müddəalar
1.1. Bu Qayda “İstehsalatda bədbəxt
hadisələr və peşə xəstəlikləri
nəticəsində peşə əmək qabiliyyətinin
itirilməsi hallarından icbari sığorta haqqında”
Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi
barədə” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 2
iyul tarixli, 289 nömrəli Fərmanının 1.5-ci
bəndinin icrasını təmin etmək məqsədi
ilə hazırlanmışdır və sığorta
haqqının müəyyən edilməsi üçün
xeyrinə istehsalatda bədbəxt hadisələr və
peşə xəstəlikləri nəticəsində
peşə əmək qabiliyyətinin itirilməsi
hallarından icbari sığorta müqaviləsi
bağlanılmalı olan şəxslərin bir illik
əmək haqqı fondunun hesablanması qaydasını
müəyyən edir.
1.2. Bu Qayda mülki-hüquqi müqavilə
əsasında əmək funksiyasını yerinə
yetirən şəxslərin əmək funksiyasının
yerinə yetirilməsinə görə əldə
etdikləri muzda da tətbiq edilir.
2. Bir illik
əmək haqqı fondunun hesablanması
2.1. Sığorta haqqının müəyyən
edilməsi üçün tətbiq edilən xeyrinə icbari
sığorta müqaviləsi bağlanan şəxsin bir illik
əmək haqqı fondu onun əmək
müqaviləsində nəzərdə tutulan aylıq
əmək haqqının (mülki hüquqi
müqavilədə nəzərdə tutulan əmək
funksiyasının yerinə yetirilməsinə görə muzdun
bir aya düşən hissəsinin) on iki mislinə
bərabərdir.
2.2. İstehsalat təcrübəsi (təlimi)
keçən sığorta olunanın bir illik əmək
haqqı fondunun hesablanması zamanı onun əmək
müqaviləsi üzrə vəzifə maaşı
öyrəndiyi (işlədiyi) peşə (vəzifə)
üzrə tarif (vəzifə) maaşından az olduqda, onun
bir illik əmək haqqı fondu həmin peşənin
(vəzifənin) tarif (vəzifə) maaşı
əsasında hesablanır.
|
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2010-cu il 29 oktyabr
tarixli 192 nömrəli qərarı ilə TƏSDİQ EDİLMİŞDİR |
İstehsalatda bədbəxt hadisələr və
peşə xəstəlikləri nəticəsində
peşə əmək qabiliyyətinin itirilməsi
hallarından icbari sığorta üzrə aylıq
sığorta ödənişi məbləğinin
müəyyən edilməsi məqsədləri
üçün orta aylıq əmək haqqı
miqdarının hesablanması
QAYDASI
1. Ümumi
müddəalar
1.1. Bu Qayda “İstehsalatda bədbəxt
hadisələr və peşə xəstəlikləri
nəticəsində peşə əmək qabiliyyətinin
itirilməsi hallarından icbari sığorta haqqında”
Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi
barədə” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 2
iyul tarixli, 289 nömrəli Fərmanının 1.6-cı
bəndinin icrasını təmin etmək məqsədi
ilə hazırlanmışdır və istehsalatda
bədbəxt hadisələr və peşə
xəstəlikləri nəticəsində peşə
əmək qabiliyyətinin itirilməsi hallarından icbari
sığorta üzrə aylıq sığorta
ödənişi məbləğinin müəyyən
edilməsi üçün orta aylıq əmək haqqı
miqdarının hesablanması qaydasını tənzimləyir.
1.2. Bu Qayda mülki-hüquqi müqavilə
əsasında əmək funksiyasını yerinə
yetirən şəxslərin əmək funksiyasının
yerinə yetirilməsinə görə əldə
etdikləri orta aylıq muzda da tətbiq edilir.
2. Orta aylıq
əmək haqqının hesablanması
2.1. Orta aylıq əmək haqqı sığorta
olunanın peşə əmək qabiliyyətini itirdiyi
tarixdən əvvəlki tam on iki ay (əmək
müqaviləsinin və ya mülki-hüquqi müqavilənin
həmin tarixdən əvvəlki daha az müddətdə
qüvvədə olduğu halda faktiki tam aylar) ərzində
əmək müqaviləsi üzrə əməyinin
ödənilməsinin Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 1999-cu il 25 avqust tarixli, 137 nömrəli
qərarı ilə təsdiq edilmiş “Məzuniyyət
vaxtı üçün orta əmək haqqının
hesablanması zamanı nəzərə alınan və
alınmayan ödənişlərin geniş Siyahısı”
üzrə nəzərə alınan
ödənişlərin məbləğinin və ya
mülki-hüquqi müqavilə əsasında əmək
funksiyasını yerinə yetirilməsinə görə
ödənilən muzdun məbləğinin cəminin on
ikiyə (əmək müqaviləsinin və ya
mülki-hüquqi müqavilənin həmin tarixdən
əvvəlki daha az müddətdə qüvvədə
olduğu halda isə tam ayların sayına)
bölünməsi yolu ilə hesablanır.
2.2. Orta aylıq əmək haqqının
hesablanması zamanı sığorta olunanın tam
işləmədiyi aylar faydalanan şəxsin arzusuna uyğun
olaraq, tam işlənilmiş əvvəlki aylarla əvəz
edilir, belə əvəzetmə mümkün olmadıqda
isə bölünən ayların sayı azaldılmaqla
hesabdan çıxarılır.
2.3. Əmək müqaviləsi və ya
mülki-hüquqi müqavilə sığorta hadisəsinin
baş verdiyi tarixdən əvvəlki bir aydan az
müddətdə qüvvədə olduğu halda, həmin
müqavilə üzrə əməyin ödənilməsi
üçün nəzərdə tutulan məbləğin
bir günə düşən hissəsinin həmin aydakı
iş günlərinin sayına vurulması yolu ilə
alınan məbləğ sığorta olunanın orta
aylıq əmək haqqı və ya orta aylıq muzd kimi
nəzərə alınır.
2.4. İstehsalat təcrübəsi (təlimi) keçən
sığorta olunanın faktiki əmək haqqı
öyrəndiyi (işlədiyi) peşə (vəzifə)
üzrə tarif (vəzifə) maaşından az olarsa, onun
orta aylıq əmək haqqı həmin peşənin
(vəzifənin) tarif (vəzifə) maaşı
əsasında hesablanır.
|
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2010-cu il 29 oktyabr
tarixli 192 nömrəli qərarı ilə TƏSDİQ EDİLMİŞDİR |
İstehsalatda bədbəxt hadisələr və
peşə xəstəlikləri nəticəsində
peşə əmək qabiliyyətinin itirilməsi
hallarından icbari sığorta üzrə birdəfəlik
sığorta ödənişi məbləğinin
hesablanması
QAYDASI
1. Ümumi
müddəalar
1.1. Bu Qayda “İstehsalatda bədbəxt
hadisələr və peşə xəstəlikləri
nəticəsində peşə əmək qabiliyyətinin
itirilməsi hallarından icbari sığorta haqqında”
Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi
barədə” (bundan sonra — Qanun) Azərbaycan Respublikası
Prezidentinin 2010-cu il 2 iyul tarixli, 289 nömrəli Fərmanının
1.7-ci bəndinin icrasını təmin etmək məqsədi
ilə hazırlanmışdır və istehsalatda
bədbəxt hadisələr və peşə
xəstəlikləri nəticəsində peşə
əmək qabiliyyətinin itirilməsi hallarından icbari
sığorta üzrə birdəfəlik sığorta
ödənişi məbləğinin hesablanması
qaydasını müəyyən edir.
1.2. Bu Qaydada istifadə olunmuş anlayışlar
aşağıdakı mənaları ifadə edir:
1.2.1. sığorta olunanın illik əmək
haqqı fondu — istehsalatda bədbəxt hadisələr və
peşə xəstəlikləri nəticəsində
peşə əmək qabiliyyətinin itirilməsi
hallarından bu qərarın “Xeyrinə istehsalatda
bədbəxt hadisələr və peşə xəstəlikləri
nəticəsində peşə əmək qabiliyyətinin
itirilməsi hallarından icbari sığorta müqaviləsi
bağlanılmalı olan şəxslərin bir illik əmək
haqqı fondunun hesablanması” Qaydası ilə
müəyyən olunmuş qaydada hesablanan müvafiq
məbləğ;
1.2.2. peşə əmək qabiliyyətinin
itirilməsi dərəcəsi — sığorta olunanın
sığorta hadisəsi baş verənədək malik
olduğu peşə əmək qabiliyyətinin davamlı
itirilməsinin faizlə ifadəsi.
2.
Birdəfəlik sığorta ödənişi
məbləğinin hesablanması
2.1. Birdəfəlik sığorta ödənişi
qanunla müəyyən olunmuş hallarda
aşağıdakı kimi hesablanır:
2.1.1 sığorta hadisəsi nəticəsində
zərər çəkmiş sığorta
olunanın əlilliyi növbəti müayinə
müddəti göstərilmədən müəyyən edildiyi
halda, birdəfəlik sığorta ödənişinin
məbləği göstərilən düsturla hesablanır:[1]
Burada:
BSÖ — birdəfəlik sığorta
ödənişinin məbləği;
P — sığorta olunanın illik əmək haqqı
fondu;
W — sığorta olunanın peşə əmək
qabiliyyətini itirmə dərəcəsi (faizlə ifadə
olunur);
A — bu Qayda ilə müəyyən edilmiş 3
nömrəli cədvəlin “Müddət müəyyən
edilmədikdə” adlı sütununda nəzərdə tutulan,
sığorta olunanın yaşına uyğun hesablama
əmsalıdır.
2.1.2. sığorta hadisəsi nəticəsində
sığorta olunanın öldüyü halda:
2.1.2.1. hər hansı bir faydalanan şəxs
üçün birdəfəlik sığorta
ödənişinin məbləği aşağıdakı
düsturla hesablanır:
Burada:
BSÖi — faydalanan şəxsə verilən
birdəfəlik sığorta ödənişi;
i — faydalanan şəxsin say indeksi;
N — sığorta olunanın himayəsində olmuş
şəxslərin (ölümündən sonra
doğulması gözlənilən uşağı
nəzərə alınmaqla) sayıdır;
P — sığorta olunanın illik əmək haqqı
fondu;
Ai — bu Qaydanın 2.1.3-cü bəndi ilə
müəyyən edilmiş müvafiq cədvəldə
nəzərdə tutulan, hər hansı bir faydalanan
şəxsin, Qanunun 5.1.2.3-cü maddəsində
nəzərdə tutulmuş halda isə qulluq
edilənlərin ən kiçiyinin yaşına uyğun
hesablama əmsalıdır.[2]
2.1.2.2. faydalanan şəxs (şəxslər)
üçün bu Qaydanın 2.1.2.1-ci bəndinə uyğun
olaraq hesablanan sığorta ödənişinin
(sığorta ödənişlərinin cəminin)
məbləği sığorta olunanın peşə
əmək qabiliyyətini itirmə dərəcəsinin 100 faiz
olduğu hal üçün bu Qaydanın 2.1.1-ci
bəndinə uyğun hesablanan məbləğindən
çox olarsa, sığorta ödənişi
(ödənişləri) sonuncu məbləğ 2.1.2.1-ci
bəndinə uyğun hesablanan məbləğə
(məbləğlərə) mütənasib
şəkildə bölüşdürülməklə
faydalanan şəxsə (şəxslərə) verilməlidir;
2.1.3. bu Qaydada nəzərdə tutulan hesablama
əmsalı müvafiq şəxsin yaşından
asılı olaraq aşağıdakı kimi
müəyyən edilir:
2.1.3.1. Qanunun 5.1.2.1-ci və 5.1.2.2-ci
maddələrində nəzərdə tutulmuş 23
yaşına çatmamış faydalanan
şəxslərə verilən sığorta
ödənişinə münasibətdə — 2 nömrəli
cədvələ uyğun;[3]
2.1.3.2. Qanunun 5.1.2.3-cü maddəsində
nəzərdə tutulmuş və 14 yaşına
çatmamış şəxslərə qulluq etməklə
məşğul olan faydalanan şəxslərə verilən
sığorta ödənişinə münasibətdə — 1
nömrəli cədvələ uyğun;[4]
2.1.3.3. Qanunun 5.1.2.3-cü maddəsində
nəzərdə tutulmuş 14 yaşına
çatmış şəxslərə qulluq etməklə
məşğul olan faydalanan şəxslərə verilən
sığorta ödənişinə münasibətdə —
qulluq edilən şəxsin əlilliyi ilə əlaqədar
növbəti müayinə üçün
müəyyən edilən müddətdən asılı
olaraq 3 nömrəli cədvəlin müvafiq sütununa
uyğun; [5]
2.1.3.4. Qanunun 5.1.2.4-cü maddəsində
nəzərdə tutulmuş faydalanan şəxslərə
verilən sığorta ödənişinə
münasibətdə faydalanan şəxsin əmək
qabiliyyətinin itirilməsi ilə əlaqədar
növbəti müayinə üçün
müəyyən edilən müddətdən asılı
olaraq 3 nömrəli cədvəlin müvafiq sütununa
uyğun;[6]
2.1.3.5. Qanunun 5.1.2.1-ci və 5.1.2.4-cü
maddəsində nəzərdə tutulmuş faydalanan
şəxslərin əmək qabiliyyətinin növbəti
müayinə müddəti müəyyən edilmədən
itirilmiş hesab edildiyi, həmçinin faydalanan şəxsin
müəyyən yaşa çatması ilə
əlaqədar qanunvericiliklə əmək qabiliyyəti
olmayan hesab edildiyi hallarda sığorta ödənişinə
münasibətdə — 3 nömrəli cədvəlin
“Müddət müəyyən edilmədikdə” adlı
sütununa uyğun;[7]
2.1.3.6. Qanunun 5.1.2.3-cü maddəsində
nəzərdə tutulmuş qulluq edilən şəxsin əlilliyi
ilə əlaqədar növbəti müayinə
üçün müddət müəyyən
edilmədən müəyyənləşdirildiyi hallarda
sığorta ödənişinə münasibətdə — 3
nömrəli cədvəlin “Müddət müəyyən
edilmədikdə” adlı sütununa uyğun.
2.2. Qanunun 5.1.2-ci maddəsi ilə müəyyən
edilmiş hər hansı şəxs mövcud olmadıqda,
birdəfəlik sığorta ödənişi sığorta
olunanın Azərbaycan Respublikası Nazirlər Kabinetinin
müvafiq qərarı ilə təsdiq edilmiş
“İstehsalatda bədbəxt hadisələr və peşə
xəstəlikləri nəticəsində peşə əmək
qabiliyyətinin itirilməsi hallarından icbari sığorta
üzrə aylıq sığorta ödənişi
məbləğinin müəyyən edilməsi
məqsədləri üçün orta aylıq əmək
haqqı miqdarının hesablanması Qaydası”na uyğun
olaraq hesablanmış orta aylıq əmək haqqının
on iki misli məbləğində hesablanır.[8]
1 nömrəli cədvəl
Yaş |
Hesablama əmsalı |
Yaş |
Hesablama əmsalı |
0 |
9,2172 |
7 |
5,9677 |
1 |
8,9635 |
8 |
5,3002 |
2 |
8,5942 |
9 |
4,5788 |
3 |
8,1597 |
10 |
3,7988 |
4 |
7,6776 |
11 |
2,9564 |
5 |
7,1532 |
12 |
2,0459 |
6 |
6,5841 |
13 |
1,0625 |
2 nömrəli cədvəl
Yaş |
Hesablama əmsalı |
Yaş |
Hesablama əmsalı |
0 |
11,9745 |
12 |
8,4598 |
1 |
11,9521 |
13 |
7,9517 |
2 |
11,8040 |
14 |
7,4032 |
3 |
11,5968 |
15 |
6,8105 |
4 |
11,3556 |
16 |
6,1706 |
5 |
11,0903 |
17 |
5,4795 |
6 |
10,8000 |
18 |
4,7329 |
7 |
10,4842 |
19 |
3,9271 |
8 |
10,1403 |
20 |
3,0569 |
9 |
9,7684 |
21 |
2,1165 |
10 |
9,3654 |
22 |
1,0995 |
11 |
8,9306 |
— |
— |
3 nömrəli cədvəl
Yaş qrupu |
Növbəti müayinə
üçün müəyyən edilən
müddətdən asılı olaraq hesablama əmsalı |
|||||
1 il müddət |
2 il müddət |
3 il müddət |
4 il müddət |
5 il müddət |
Müddət müəyyən
edilmədikdə |
|
0-4 |
1,0628 |
2,0464 |
2,9568 |
3,7997 |
4,5793 |
14,1331 |
5-8 |
1,0627 |
2,0463 |
2,9567 |
3,7996 |
4,5791 |
14,1085 |
9-12 |
1,0626 |
2,0461 |
2,9564 |
3,7990 |
4,5788 |
14,0546 |
13-16 |
1,0625 |
2,0458 |
2,9558 |
3,7979 |
4,5770 |
13,9718 |
17-20 |
1,0623 |
2,0450 |
2,9540 |
3,7948 |
4,5725 |
13,8686 |
21-24 |
1,0622 |
2,0447 |
2,9534 |
3,7938 |
4,5712 |
13,7562 |
25-28 |
1,0621 |
2,0444 |
2,9528 |
3,7929 |
4,5698 |
13,6112 |
29-32 |
1,0621 |
2,0441 |
2,9521 |
3,7916 |
4,5677 |
13,4216 |
33-36 |
1,0620 |
2,0436 |
2,9510 |
3,7895 |
4,5642 |
13,1740 |
37-40 |
1,0616 |
2,0422 |
2,9477 |
3,7838 |
4,5556 |
12,8546 |
41-44 |
1,0612 |
2,0405 |
2,9441 |
3,7775 |
4,5457 |
12,4653 |
45-48 |
1,0605 |
2,0375 |
2,9366 |
3,7628 |
4,5208 |
11,9834 |
49-52 |
1,0602 |
2,0275 |
2,9172 |
3,7345 |
4,4862 |
11,4389 |
53-56 |
1,0599 |
2,0201 |
2,9119 |
3,7188 |
4,4566 |
10,8382 |
57-60 |
1,0558 |
2,0183 |
2,8943 |
3,6903 |
4,4125 |
10,0194 |
61-64 |
1,0525 |
2,0048 |
2,8648 |
3,6399 |
4,3365 |
9,1894 |
65-68 |
1,0482 |
1,9866 |
2,8227 |
3,5648 |
4,2209 |
8,3029 |
69-72 |
1,0403 |
1,9570 |
2,7629 |
3,4675 |
4,0808 |
7,4226 |
73-76 |
1,0338 |
1,9306 |
2,7053 |
3,3721 |
3,9442 |
6,5952 |
77-80 |
1,0274 |
1,9042 |
2,6474 |
3,2723 |
3,7916 |
5,7222 |
81-84 |
1,0116 |
1,8412 |
2,5116 |
3,0444 |
3,4602 |
4,6563 |
85-88 |
0,9838 |
1,7341 |
2,2926 |
2,6973 |
2,9815 |
3,5976 |
89-92 |
0,9408 |
1,5753 |
1,9861 |
2,2397 |
2,3882 |
2,6515 |
92-dən yuxarı |
0,8743 |
1,3462 |
1,5825 |
1,6909 |
1,7357 |
1,8475 |
|
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2010-cu il 29 oktyabr
tarixli 192 nömrəli qərarı ilə TƏSDİQ EDİLMİŞDİR |
İstehsalatda bədbəxt hadisələr və
peşə xəstəlikləri nəticəsində
peşə əmək qabiliyyətinin itirilməsi
hallarından icbari sığorta üzrə əlavə
sığorta ödənişi məbləğinin
hesablanması
QAYDASI
1. Ümumi
müddəa
Bu Qayda “İstehsalatda bədbəxt hadisələr
və peşə xəstəlikləri nəticəsində
peşə əmək qabiliyyətinin itirilməsi
hallarından icbari sığorta haqqında” Azərbaycan
Respublikası Qanununun tətbiq edilməsi barədə”
Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 2 iyul tarixli, 289
nömrəli Fərmanının 1.8-ci bəndinin
icrasını təmin etmək məqsədi ilə
hazırlanmışdır və istehsalatda bədbəxt
hadisələr və peşə xəstəlikləri
nəticəsində peşə əmək qabiliyyətinin
itirilməsi hallarından icbari sığorta üzrə
əlavə sığorta ödənişi
məbləğinin hesablanması qaydasını
müəyyən edir.
2. Əlavə
sığorta ödənişi məbləğinin
hesablanması
2.1. Əlavə sığorta ödənişinin
məbləği sığorta hadisəsi
nəticəsində zərər çəkmiş
sığorta olunanın həmin hadisənin birbaşa
səbəbi olduğu hallarla əlaqədar müalicəsinə,
əlavə qidalanmasına, dərman alınmasına,
protezləşdirməyə, başqasının qulluğuna,
sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat
vasitəsinə, digər peşəyə hazırlanmasına
ehtiyacı olduğu və bunları pulsuz almaq hüququnun
qanunvericilikdə nəzərdə tutulmadığı
hallarda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin
1997-ci il 19 avqust tarixli 93 nömrəli qərarı ilə
Əsasnaməsi təsdiq edilmiş Tibbi Sosial Ekspert
Komissiyasının (bundan sonra — TSEK) qərarı
əsasında təyin edilməklə,
aşağıdakı qaydada hesablanır:[9]
2.1.1. sığorta olunanın əlavə qidalanmaya
ehtiyacı olduğu halda, müvafiq tibb müəssisəsi
tərəfindən təyin edilən əlavə qida rasionuna
daxil olan məhsulların rayon (şəhər) statistika
orqanlarının sənədlərində əks olunan bazar
qiymətlərinə uyğun olaraq;
2.1.2. sığorta olunanın dərman
təminatına ehtiyacı olduğu halda, dərman
preparatlarının dəyəri müvafiq aptekin ona verildiyi
qaimə-faktura əsasında sığortaçı
tərəfindən ödənilir. Sığorta olunanın
dərman təminatı ilə bağlı xərclər,
siyahısı Azərbaycan Respublikasının Səhiyyə
Nazirliyi tərəfindən təsdiq edilmiş,
müalicə-profilaktika müəssisələrinin həmin
nazirliyin müəyyən etdiyi formaya uyğun tərtib etdikləri
pulsuz dərman reseptlərinə əsasən
müəyyən olunur.
Hər bir pulsuz dərman preparatı üçün
ayrıca dərman resepti yazılır və pulsuz dərman
resepti xəstənin ambulator kartında göstərilən
müalicə kursuna uyğun verilir;
2.1.3. sığorta olunanın
protezləşdirməyə, xüsusi nəqliyyat
vasitəsinə, o cümlədən əlilliyi olan şəxs üçün
kreslo-veloarabalara və digər reabilitasiya
vasitələrinə ehtiyacı olduğu halda, belə
vəsaitlərin əldə edilməsi üçün
xidməti və (və ya) satışı həyata
keçirən müəssisənin müvafiq
hesab-fakturasında nəzərdə tutulmuş
ödəniş məbləğinə uyğun olaraq;[10]
2.1.4. sığorta olunanın başqasının
qulluğuna ehtiyacı olduğu halda, Azərbaycan Respublikasının Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında
Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon
şöbəsinin sosial işçisinin aylıq
vəzifə maaşının 50 faizdən aşağı
olmayan, həmin şəxsin sığorta olunana
göstərdiyi xidmətə görə aylıq xərc
məbləğində;[11]
2.1.5. sığorta olunanın sanatoriya-kurort
müalicəsinə ehtiyacı olduğu halda, TSEK
tərəfindən təyin edilən müvafiq sanatoriya-kurort
yollayışının qiyməti, həmçinin
sığorta olunanın müşayiətçiyə
ehtiyacı olması ilə bağlı müvafiq tibb
müəssisəsinin rəsmi qeydi olduğu halda, müşayiətçinin
də müvafiq sanatoriya-kurort müəssisəsinə
göndərilməsi ilə bağlı nəqliyyat,
yaşayış və qidalanma xərcləri həcmində.
2.2. Sığorta olunana birdəfəlik və ya
aylıq sığorta ödənişinin verilməsi ilə
yanaşı, təyin edilən əlavə sığorta
ödənişi TSEK-in müvafiq qərarı ilə
müəyyən olunmuş tarixdən və müddət
ərzində verilir.
İSTİFADƏ OLUNMUŞ
MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1. 19 fevral 2014-cü il tarixli 50 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 2 mart
2014-cü il, ¹ 46, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 02,
maddə 205)
2. 28 noyabr 2016-cı il tarixli 488 nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Xalq”
qəzeti, 29 noyabr 2016-cı
il, ¹ 264, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2016-cı il, ¹11, maddə 1976)
3. 7 mart 2019-cu il tarixli 81 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (“Xalq” qəzeti, 14
mart 2019-cu il, ¹ 59, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹ 3, maddə
515)
4.
15 oktyabr
2020-ci il tarixli 393 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (“Xalq” qəzeti, 22 oktyabr
2020-ci il, ¹ 218, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 10, maddə
1281)
QƏRARA
EDİLMİŞ DƏYİŞİKLİK VƏ
ƏLAVƏLƏRİN SİYAHISI
[1] 7 mart 2019-cu il tarixli 81
nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Xalq”
qəzeti, 14 mart 2019-cu il, ¹ 59, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹ 3, maddə
515) ilə “İstehsalatda
bədbəxt hadisələr və peşə
xəstəlikləri nəticəsində peşə
əmək qabiliyyətinin itirilməsi hallarından icbari
sığorta üzrə birdəfəlik sığorta
ödənişi məbləğinin hesablanması
Qaydası”nın 2.1.1-ci yarımbəndində “təyin” sözü “müəyyən” sözü
ilə əvəz edilmişdir.
15 oktyabr 2020-ci il tarixli 393
nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Xalq”
qəzeti, 22 oktyabr 2020-ci il, ¹ 218, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2020-ci il, ¹ 10, maddə 1281) ilə “İstehsalatda
bədbəxt hadisələr və peşə
xəstəlikləri nəticəsində peşə
əmək qabiliyyətinin itirilməsi hallarından icbari
sığorta üzrə birdəfəlik sığorta
ödənişi məbləğinin hesablanması
Qaydası”nın 2.1.1-ci yarımbəndində “sığorta olunana əlillik”
sözləri “sığorta
olunanın əlilliyi” sözləri ilə əvəz
edilmişdir.
[2] 19 fevral 2014-cü il tarixli 50 nömrəli Azərbaycan Respublikası
Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan”
qəzeti, 2 mart 2014-cü il, ¹ 46, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2014-cü il, ¹ 02, maddə 205) ilə 2.1.2.1-ci yarımbəndin yeddinci abzasında
“5.0.2.3-cü” sözü “5.1.2.3-cü” sözü
ilə əvəz edilmişdir.
[3] 19 fevral 2014-cü il tarixli 50 nömrəli Azərbaycan Respublikası
Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan”
qəzeti, 2 mart 2014-cü il, ¹ 46, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2014-cü il, ¹ 02, maddə 205) ilə 2.1.3.1-ci
yarımbənddə “5.0.2.1-ci
və 5.0.2.2-ci” sözləri “5.1.2.1-ci
və 5.1.2.2-ci” sözləri ilə əvəz
edilmişdir.
[4] 19 fevral 2014-cü il tarixli 50 nömrəli Azərbaycan Respublikası
Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan”
qəzeti, 2 mart 2014-cü il, ¹ 46, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2014-cü il, ¹ 02, maddə 205) ilə 2.1.3.2-ci,
2.1.3.3-cü və 2.1.3.6-cı yarımbəndlərdə “5.0.2.3-cü” sözü “5.1.2.3-cü” sözü
ilə əvəz edilmişdir.
[5] 7 mart 2019-cu il tarixli 81
nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Xalq”
qəzeti, 14 mart 2019-cu il, ¹ 59, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹ 3, maddə
515) ilə “İstehsalatda
bədbəxt hadisələr və peşə
xəstəlikləri nəticəsində peşə
əmək qabiliyyətinin itirilməsi hallarından icbari
sığorta üzrə birdəfəlik sığorta
ödənişi məbləğinin hesablanması
Qaydası”nın 2.1.3.3-cü və 2.1.3.6-cı
yarımbəndlərdə “sağlamlıq
imkanlarının məhdudluğu” sözləri “əlilliyi” sözü ilə
əvəz edilmişdir.
[6] 19 fevral 2014-cü il tarixli 50 nömrəli Azərbaycan Respublikası
Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan”
qəzeti, 2 mart 2014-cü il, ¹ 46, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2014-cü il, ¹ 02, maddə 205) ilə 2.1.3.4-cü
yarımbənddə “5.0.2.4-cü”
sözü “5.1.2.4-cü”
sözü ilə əvəz edilmişdir.
[7] 19 fevral 2014-cü il tarixli 50 nömrəli Azərbaycan Respublikası
Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan”
qəzeti, 2 mart 2014-cü il, ¹ 46, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2014-cü il, ¹ 02, maddə 205) ilə 2.1.3.5-ci
yarımbənddə “5.0.2.1-ci
və 5.0.2.4-cü” sözləri “5.1.2.1-ci və 5.1.2.4-cü” sözləri ilə
əvəz edilmişdir.
[8] 19 fevral 2014-cü il tarixli 50 nömrəli Azərbaycan Respublikası
Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan”
qəzeti, 2 mart 2014-cü il, ¹ 46, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2014-cü il, ¹ 02, maddə 205) ilə 2.2-ci bənd
əlavə edilmişdir.
[9] 19 fevral 2014-cü il tarixli 50 nömrəli Azərbaycan Respublikası
Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan”
qəzeti, 2 mart 2014-cü il, ¹ 46, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2014-cü il, ¹ 02, maddə 205) ilə “İstehsalatda
bədbəxt hadisələr və peşə
xəstəlikləri nəticəsində peşə
əmək qabiliyyətinin itirilməsi hallarından icbari
sığorta üzrə əlavə sığorta
ödənişi məbləğinin hesablanması
Qaydası”nın 2.1-ci bəndinə birinci halda “müalicəsinə”
sözündən əvvəl “həmin
hadisənin birbaşa səbəbi olduğu hallarla
əlaqədar” sözləri əlavə edilmişdir.
7 mart 2019-cu il tarixli 81
nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Xalq”
qəzeti, 14 mart 2019-cu il, ¹ 59, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2019-cu il, ¹ 3, maddə 515) ilə “İstehsalatda bədbəxt hadisələr
və peşə xəstəlikləri nəticəsində
peşə əmək qabiliyyətinin itirilməsi
hallarından icbari sığorta üzrə əlavə
sığorta ödənişi məbləğinin
hesablanması Qaydası”nın 2.1-ci bəndindən “Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 1997-ci il 19 avqust tarixli 93 nömrəli
qərarı ilə Əsasnaməsi təsdiq edilmiş”
sözləri çıxarılmışdır.
[10] 15 oktyabr 2020-ci il tarixli 393
nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Xalq”
qəzeti, 22 oktyabr 2020-ci il, ¹ 218, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2020-ci il, ¹ 10, maddə 1281) ilə “İstehsalatda
bədbəxt hadisələr və peşə
xəstəlikləri nəticəsində peşə
əmək qabiliyyətinin itirilməsi hallarından icbari
sığorta üzrə əlavə sığorta
ödənişi məbləğinin hesablanması
Qaydası”nın 2.1.3-cü yarımbəndində “əlil kreslo-veloarabalarına”
sözləri “əlilliyi olan
şəxs üçün kreslo-veloarabalara”
sözləri ilə əvəz edilmişdir.
[11] 28 noyabr 2016-cı il tarixli 488 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 29 noyabr 2016-cı il, ¹ 264, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹11,
maddə 1976) ilə 2.1.4-cü yarımbənddə “rayon (şəhər) əhalinin
sosial müdafiəsi mərkəzinin” sözləri “Azərbaycan Respublikasının
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
yanında Dövlət Sosial Müdafiə Fondunun
şəhər, rayon şöbəsinin” sözləri
ilə əvəz edilmişdir.