Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında

 Azərbaycan RESPUBLİKASI NAZİRLƏR KabİnetİnİN Qərarı

 

 «Tarix və mədəniyyət abidələrinin qorunması haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan  Respublikası Prezidentinin 1998-ci il 13 iyun tarixli 725 nömrəli Fərmanının 1-ci bəndinin 5-ci abzasına uyğun olaraq və Azərbaycan  Respublikası Mədəniyyət Nazirliyinin Azərbaycan Milli Elmlər Akademiyası, İqtisadi İnkişaf Nazirliyi, Ədliyyə Nazirliyi, Dövlət Tikinti və  Arxitektura Komitəsi ilə razılaşdırılmış təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

 1. Dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin dünya, ölkə və yerli əhəmiyyət dərəcələrinə görə bölgüsü 1, 2  və 3 nömrəli əlavələrə uyğun olaraq təsdiq edilsin və abidələrin inventar nömrələri bu qərara uyğunlaşdırılsın.

 2. Azərbaycan SSR Nazirlər Sovetinin 1981-ci il 14 may tarixli 225 nömrəli qərarı ilə təsdiq edilmiş siyahıdan 2, 3, 4, 5, 6, 7, 8, 9, 11, 12, 13,  14, 15, 16, 17, 18, 19, 20, 21, 22, 23, 24, 25, 26, 27, 28, 29, 30, 31, 32, 33, 35, 37, 38, 39, 41, 42, 43, 44, 46, 49, 50, 51, 54, 55, 56, 58, 59, 61, 62,  63, 64, 65, 66, 67, 68, 69, 70, 71, 72, 73, 74, 75, 76, 78, 79, 80, 82, 83, 84, 85, 86, 87, 90, 91, 92, 93, 106, 107, 109, 110, 112, 115, 116, 117, 119,  121, 159, 165, 168, 175, 177, 181, 186, 188, 190, 194, 196, 197, 200, 204, 205, 207, 221, 225, 228, 229, 230, 232, 238, 239, 240, 241, 242, 246,  247, 249, 251, 255, 256, 258, 262, 268, 270, 271, 272, 273, 274, 276, 278, 284, 285, 286, 287, 289, 290, 291, 292, 293, 294, 297, 303, 305, 306,  308, 314, 315, 316, 319, 320, 321, 322, 323, 326, 330 inventar nömrəli obyektlər çıxarılsın.

 3. Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Azərbaycan SSR Nazirlər Sovetinin 1968-ci  il 3 aprel tarixli 140 nömrəli qərarı ilə təsdiq edilmiş siyahıda 45, 227, 375, 441, 442 inventar nömrəli və 1988-ci il tarixli 27 aprel 145 nömrəli  qərarı ilə təsdiq edilmiş siyahıda isə 12, 17, 24, 129, 130, 131, 141, 173, 175, 185, 222, 255, 269, 277, 288, 308, 315, 358, 411, 427, 448, 450,  453, 458, 789, 829, 830, 1139, 1172, 1193, 1248 nömrəli obyektlər haqqında (1 nömrəli əlavələr) təkliflər hazırlayıb Azərbaycan  Respublikasının Nazirlər Kabinetinə təqdim etsinlər.

 4. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

 Azərbaycan Respublikasının Baş naziri A.RASİZADƏ

 

Bakı şəhəri, 2 avqust 2001-ci il

№ 132