Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

Azərbaycan Respublikasının "Gömrük Məcəlləsi"nə və "Gömrük tarifi haqqında" Qanununa uyğun olaraq gömrük tarifləri mexanizminin daha da təkmilləşdirilməsi yolu ilə xarici iqtisadi əlaqələrin səmərəliliyinin artırılması, sahibkarlıq fəaliyyətinin, ölkədə rəqabətədavamlı məhsulların istehsalının inkişafı üçün lazımi şəraitin yaradılması və daxili bazarın qorunması məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin təqdim etdiyi və əlaqədar təşkilatlarla razılaşdırılmış "Gömrük rəsmiləşdirilməsinə görə alınan gömrük yığımlarının miqdarı" təsdiq edilsin.

2 Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətinin əmtəə nomenklaturası malların beynəlxalq təcrübədə qəbul olunmuş təsnifat sisteminə uyğun olaraq aparılsın.

3. Müəyyən edilsin ki, ixrac olunan mallar, onların növlərindən asılı olmayaraq, gömrük ixrac rüsumuna cəlb olunmur.

4. Müəyyən edilsin ki, Azərbaycan Respublikasının "Gömrük tarifi haqqında" Qanununun 33-cü maddəsinə uyğun olaraq aşağıdakılar gömrük idxal rüsumuna cəlb olunmur:

4.1. bu qərarın 1 nömrəli əlavəsində göstərilən siyahı üzrə idxal olunan mallar;

4.2. kənd təsərrüfatı üçün gətirilən maşın, mexanizm, traktorlar, onların şinləri, toxum, gübrə, yem, damazlıq heyvanlar, dərman preparatları, laboratoriya avadanlıqları və ləvazimatları, baytarlıq təbabətində tətbiq olunan dərman, bioloji preparatlar və baytarlıq ləvazimatları;

4.3. əlilliyin profilaktikası və müalicəsi məqsədləri üçün istifadə olunacaq (avtonəqliyyat vasitələri istisna olmaqla) müxtəlif texniki vasitələr və onların istehsalı üçün xammal və komplektləşdirici məmulatlar;

4.4. qablaşdırılmış uşaq yeməkləri;

4.5. Azərbaycan Respublikası ərazisinə müvəqqəti olaraq gətirilmiş və gətirilmə şərtlərinə görə müəyyən olunmuş müddətdə dəyişiklik edilmədən gətirildiyi ölkəyə aparılası mallar (bu mallara gömrük idxal rüsumlarının tətbiqi gömrük işi haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həyata keçirilir);

4.6. Azərbaycan Respublikası ərazisindən müvəqqəti olaraq çıxarılmış və çıxarılma şərtlərinə görə geri qaytarılan mallar (müvəqqəti ixrac barədə gömrük orqanının təsdiqedici sənədi təqdim edildiyi təqdirdə);

4.7. xarici sərmayənin iştirakı ilə yaradılan müəssisələrin və xarici müəssisələrin nizamnamə fonduna pay şəklində Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən əsas istehsal fondları (aksizli mallar istisna olmaqla);

4.8. xarici investisiya qoyulmuş müəssisələrin əcnəbi işçilərinin yalnız öz ehtiyacları üçün Azərbaycan Respublikasına gətirdikləri əmlak;

4.9. Maliyyə Nazirliyi və ya Milli Bankın təsdiqedici sənədi əsasında gətirilən qanuni tədiyə vasitələrindən olan valyuta, banknotlar (numizmatika məqsədi ilə istifadə olunanlardan başqa), rəsmi dövlət sənəd blankları, habelə vətəndaş pasportları və qiymətli kağızlar;

4.10. təkrar ixrac məqsədi ilə Azərbaycan Respublikası ərazisinə gətirilən mallar (bu mallara gömrük idxal rüsumlarının tətbiqi gömrük işi haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həyata keçirilir);

4.11. emal edilməsi üçün müvəqqəti olaraq Azərbaycan Respublikası ərazisinə gətirilən mallar;

4.12. Beynəlxalq təşkilatların, xarici dövlətlərin hökumətlərinin, habelə dövlətlərarası və hökumətlərarası sazişlərə əsasən xarici hüquqi və fiziki şəxslərin ayırdıqları əvəzsiz maliyyə yardımları, kreditlər və borclar hesabına idxal olunan mallar;

4.13. təmənnasız paylanılması üçün humanitar yardım kimi fiziki şəxslər tərəfindən gətirilən mallar.

5. Müəyyən edilsin ki, Azərbaycan Respublikası ərazisinə bu qərarın 2 nömrəli əlavəsində göstərilən siyahı üzrə gətirilən mallar, onların mənşə ölkəsindən asılı olmayaraq gömrük dəyərinin 5 faizi həcmində gömrük idxal rüsumuna cəlb olunur.

6. Bu qərarın 4-cü və 5-ci bəndlərində göstərilən mallar istisna olmaqla, idxal olunan digər mallar, həmin malların mənşə ölkəsindən və növündən asılı olmayaraq, onların gömrük dəyərinin 15 faizi həcmində gömrük idxal rüsumlarına cəlb olunur.

7. Müəyyən edilsin ki, dövlətlərin, hökumətlərin və beynəlxalq təşkilatların, hüquqi və fiziki şəxslərin xətti ilə təmənnasız paylanılması üçün humanitar yardım kimi gətirilən malların gömrük rəsmiləşdirilməsində, həmin malları gətirən humanitar təşkilatlar Azərbaycan Respublikası ərazisində mövcud qaydada qeydiyyatdan keçməsi barədə sənədi, digər hüquqi və fiziki şəxslər isə Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının razılığını gömrük orqanlarına təqdim etməlidirlər.

8. Azərbaycan Respublikası Hökumətinin xarici ölkələrlə azad ticarət və kooperasiya haqqında sazişləri olduğu təqdirdə ikitərəfli razılığa əsasən malların idxalına gömrük rüsumları tətbiq edilmir.

9. Müəyyən edilsin ki, bu qərarın 4.7; 4.8; 4.10; 4.11; 4.12 və 4.13 yarımbəndlərində göstərilən malların sərbəst tədavülə buraxılması üçün, həmin mallar yenidən bəyan olunmalı və gömrük idxal rüsumları ödənilməlidir. Əks təqdirdə, malları satanlara qarşı qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görülür.

Bu bəndin icrasına nəzarət Dövlət Gömrük Komitəsi, Ticarət Nazirliyi, Maliyyə Nazirliyi və Baş Dövlət Vergi Müfəttişliyi tərəfindən həyata keçirilir.

10. İdxal əməliyyatları üzrə alınan gömrük rüsumlarının dövlət büdcəsinə tam həcmdə və vaxtında köçürülməsi Dövlət Gömrük Komitəsi və müvəkkil banklar tərəfindən təmin edilsin.

11. Dövlət Gömrük Komitəsi bu qərarın icrası ilə əlaqədar müvafiq təlimatlar hazırlasın, Maliyyə Nazirliyi ilə razılaşdıraraq mövcud qaydada təsdiq etsin və zəruri tədbirlər həyata keçirsin.

12. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 16 iyun tarixli 62 nömrəli qərarı, həmin qərarın 9-cu bəndi istisna olmaqla və 1997-ci il 15 iyul tarixli 79 nömrəli qərarı qüvvəsini itirmiş hesab edilsin.

13. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

Bakı şəhəri, 22 aprel 1998-ci il

N 91

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

1998-ci il 22 aprel tarixli 91 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

GÖMRÜK RƏSMİLƏŞDİRİLMƏSİNƏ GÖRƏ ALINAN GÖMRÜK YIĞIMLARININ MİQDARI

l. Mal qismində Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən nəqliyyat vasitələri də daxil olmaqla malların, o cümlədən müşayiət olunmayan baqajda, beynəlxalq poçt göndərişlərində keçirilən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların və yüklərin, həmçinin nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsinə görə gömrük dəyərinin 0,15 faizi miqdarında (10 ABŞ dollarından az olmayaraq) Azərbaycan Respublikasının Milli Bankı tərəfindən müəyyən edilən məzənnəyə görə manatla gömrük yığımları alınır.

2. Azərbaycan Respublikasının gömrük sərhədindən humanitar və texniki yardım məqsədi ilə, habelə Azərbaycan Respublikasının ərazisində yerləşən diplomatik nümayəndəliklərin rəsmi və onların heyət üzvlərinin şəxsi istifadəsi üçün keçirilən mallardan və nəqliyyat vasitələrindən gömrük rəsmiləşdirilməsinə görə gömrük yığımları alınmır.

3. Gömrük Yük Bəyannaməsinin hər bir əlavə vərəqi üçün sövdələşmə xarakterindən asılı olmayaraq 5 ABŞ dolları məbləğində Azərbaycan Respublikasının Milli Bankı tərəfindən müəyyən edilən məzənnəyə görə manatla ödənc alınır.

4. Azərbaycan Respublikasının gömrük sərhədindən tranzit gömrük rejimi altında keçirilən malların gömrük rəsmiləşdirilməsinə 30 ABŞ dolları, hər əlavə Tranzit Yük Bəyannamələri üçün 10 ABŞ dolları miqdarında Azərbaycan Respublikasının Milli Bankı tərəfindən müəyyən edilən məzənnəyə görə manatla gömrük yığımları alınır.

5. Fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən (o cümlədən müvəqqəti gətirilən) nəqliyyat vasitələrinin qeydə alınması üçün vəsiqə verilməsinə görə:

-  yük və minik avtomobilləri, mikroavtobus və avtobuslar üçün 20 ABŞ dolları;

-  digər nəqliyyat vasitələri üçün 15 ABŞ dolları məbləğində Azərbaycan
Respublikasının Milli Bankı tərəfindən müəyyən edilən məzənnəyə uyğun olaraq manatla ödənc alınır.

6. Malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikası gömrük orqanlarının iş vaxtından kənar vaxtda və müəyyən edilmiş yerdən kənarda rəsmiləşdirilməsinə görə gömrük yığımları ikiqat miqdarda alınır.

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

1998-ci il 22 aprel tarixli 91 nömrəli qərarına

1 NÖMRƏLİ ƏLAVƏ

 

AZƏRBAYCAN RESPUBLİKASININ ƏRAZİSİNƏ GƏTİRİLƏN VƏ GÖMRÜK İDXAL RÜSUMUNA CƏLB OLUNMAYAN MALLARIN SİYAHISI

Xarici iqtisadi fəaliyyət üzrə malların nomenklaturasına uyğun mal qrupları

Xarici iqtisadi fəaliyyət üzrə malların nomenklaturasına uyğun mal qruplarının adı və malların kodları

1

2

Qrup 25

Duz, kükürd, torpaq və daş, əhəng və sement - mal qrupundan yalnız 250100310; 250100510; 2502; 2503; 2504; 2505; 2506; 2507; 250830; 2509; 2510; 2511; 251311; 251690010; 2518; 251990900; 2521; 2524; 2527; 2528; 252910; 253010 mal mövqeləri

Qrup 26

Filizlər, şlaklar və küllər

Qrup 27

Mineral yanacaq, neft və neft emalının məhsulları - mal qrupundan yalnız 270111; 270112; 270710900; 270720900; 2708; 271000210; 271000910; 271000990; 271210100; 271220, 2716 mal mövqeləri

Qrup 28

Qeyri-üzvi kimya məhsulları

Qrup 29

Üzvi kimya birləşmələri

Qrup 30

Əczaçılıq məhsulları

Qrup 34

Sabun, səthi-aktiv üzvi maddələr, yuyucu maddələr, sürtgü materialları, süni hazır mumlar, şam və bənzəri məmulat, yapma pastaları, plastilin, diş həkimi üçün əsası gips olan birləşmələr - mal qrupundan yalnız 340211; 340213; 340490900; 340590100 mal mövqeləri

Qrup 35

Zülali maddələr, nişasta, yapışqanlar, mayalar (fermentlər) mal qrupundan yalnız 350520100-520900; 350699000 mal mövqeləri

Qrup 36

Partlayıcı maddələr, pirotexnik məmulatları, kibrit, pirofer xəlitələr, bəzi alışqan maddələr mal qrupundakı 3604; 3605 mal mövqelərindən başqa

Qrup 37

Foto və kino malları qrupundan yalnız 370210000 (rentgen aparatları üçün plyonka) mal mövqeyi

Qrup 38

Başqa kimyəvi məhsullar - mal qrupundakı 3805; 3819; 3820 mal mövqelərindən başqa

Qrup 39

Plastik kütlələr və onlardan hazırlanmış məmulatlar-mal qrupundan yalnız 390110100; 390110900; 390210; 3903; 390410000; 390511; 390710; 390720000; 390730000; 390740; 390810; 390940; 391110; 391220190; 391520; 391732350; 392010900; 392113; 392119900; 392350100 mal mövqeləri

Qrup 40

Kauçuk və rezin məmulatı - mal qrupundan yalnız 400122000; 400129; 40021100; 400220; 400821900; 4010; 401130100; 401700110 mal mövqeləri

Qrup 44

Oduncaq və oduncaq məmulatı, ağac kömürü-mal qrupundan yalnız 4406 mal mövqeyi

Qrup 45

Mantar (tıxac) və ondan məmulatlar-mal qrupundan yalnız 450310000 mal mövqeyi.

Qrup 47

Oduncaqdan və ya bitki mənşəli başqa lifli materiallardan kağız kütləsi, kağız və karton tullantıları və makulatura - mal qrupundakı 4707 mal mövqeyindən başqa

Qrup 49

Nəşr olunmuş kitab, qəzet, reproduksiya və poliqrafiya sənayesinin digər məmulatları, əlyazmalar, makinada çap olunmuş mətnlər və planlar - mal qrupundan yalnız 4901; 4902; 4903; 4904; 4905 və 4906 mal mövqeləri

Qrup 51

Yun, heyvanların nazik və qaba tükləri-mal qrupundan yalnız 510701100; 510720100 mal mövqeləri

Qrup 69

Odadavamlı kərpiclər, bloklar, lövhələr və analoji odadavamlı keramik materiallar-mal qrupundan yalnız 6902; 6903 mal mövqeləri

Qrup 70

Şüşə və şüşə məmulatı-mal qrupundan yalnız 7002; 7008; 7010; 701910100; 701910510 mal mövqeləri

Qrup 72

Qara metallar-mal qrupundan yalnız 7201 mal mövqeyi

Qrup 74

Mis və mis məmulatı - mal qrupundakı 7412; 7417; 7418; 7419 mal mövqelərindən başqa

Qrup 75

Nikel və nikel məmulatı

Qrup 76

Alüminium və alüminium məmulatı-mal qrupundakı 7610; 7611; 7612; 7613; 7615; 7616 mal mövqelərindən başqa

Qrup 78

Qurğuşun və qurğuşun məmulatı

Qrup 79

Sink və sink məmulatı

Qrup 80

Qalay və qalay məmulatı

Qrup 81

Başqa adi metallar, metal keramika və onlardan hazırlanmış məmulatlar-mal qrupundakı yalnız 8101; 8102; 810890100 mal mövqeləri

Qrup 83

Qeyri-qiymətli metallardan digər mal mövqelərində göstərilməyən məmulatlar-mal qrupundan yalnız 8309 mal mövqeyi

Qrup 84

Nüvə reaktorları, qazanları, avadanlıq və mexaniki cihazları, onların hissələri-mal qrupundakı 841451 900; 8415 10 000; 841581 900; 8417 20; 841810 900; 841821 - 841829 000; 841830910; 8418 30 990; 8418 40 910; 8418 40 990; 8418 50; 8418 91 000; 84 2211 000; 8423 10 100; 8423 81 500; 8450; 845210; 8469; 8470; 8471 10; 8471 20 000-8471 20 600; 8471 91400-8471 91 900; 847199 8472; 8473; 8476 mal mövqelərindən başqa

Qrup 85

Elektrik maşınları və avadanlığı, onların hissələri-mal qrupundakı 8507 10 910; 8508 10; 8509; 8510; 8511; 8512; 8513; 8516; 8517 10; 8517 20; 8517 81 100; 851810 - 851840100; 851840910-851850100; 8519; 8520; 8521; 8522; 8523; 8524; 8525 10 900; 8527 19 000; 8527 21; 8527 31; 8527 32; 8527 39; 8528; 8529 10 200-852910900; 8539; 854411900; 8544 19 000; 854419900; 854430900; 854511-854519900; 854590 mal mövqelərindən başqa

Qrup 86

Dəmir yolu lokomotivləri və vaqonları, tramvay, onların hissələri və ləvazimatı, dəmir yolu və tramvay şəbəkəsi üçün yol qurğuları

Qrup 87

Yerüstü (dəmir yolu və tramvay vasitələrindən başqa) nəqliyyat vasitələri-mal qrupundakı 8702; 8703; 8711; 8712; 8714 mal mövqelərindən başqa

Qrup 88

Uçuş aparatları, kosmik aparatları, onların hissələri

Qrup 89

Gəmi, qayıq və başqa üzən vasitələr mal qrupundakı 8903 mal mövqeyindən başqa

Qrup 90

Optik, fotoqrafiya, kinematoqrafiya, ölçü, nəzarət, yüksək dəqiqlikli tibb və cərrahlıq cihazları və aparatları və onların hissələri, ləvazimatları 9004; 9006 mal mövqelərindən başqa

Qrup 93

Silah və sursatlar, onların hissələri-mal qrupundakı yalnız 9301; 9302; 9305; 9306 mal mövqeləri

Qrup 97

Sənət əsərləri, kolleksiya və əntiq əşyalar

 

İşlər müdiri A. HACIYEV

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

1998-ci il 22 aprel tarixli 91 nömrəli qərarına

2 NÖMRƏLİ ƏLAVƏ

AZƏRBAYCAN RESPUBLİKASI ƏRAZİSİNƏ GƏTİRİLƏN VƏ GÖMRÜK DƏYƏRİNİN 5 FAİZİ HƏCMİNDƏ GÖMRÜK İDXAL RÜSUMUNA CƏLB OLUNAN

MALLARIN SİYAHISI

 

Xarici iqtisadi fəaliyyət üzrə malların nomenklaturasına uyğun mal qrupları

Xarici iqtisadi fəaliyyət üzrə malların nomenklaturasına uyğun mal qruplarının adı və malların kodları

Qrup 01

Canlı heyvanlar (damazlıq heyvanlar istisna olmaqla)

Qrup 10

Taxıl və dənli bitkilər

Qrup 11

Un və yarma sənayesi məhsulları, maya, nişasta, inulin, buğda özlüyü mal qrupundan yalnız 110813 mal mövqeyi

Qrup 13

Şellak, kitrələr, qatranlar və bitki şirələri və cövhərləri qrupundan yalnız 130220100; 130231000 mal mövqeləri

Qrup 25

Duz, kükürd, torpaq və daş, əhəng və sement-mal qrupundan yalnız 25201000; 252020000 mal mövqeləri

Qrup 32

Aşılayıcı və boyayıcı cövhərlər, boyaq maddələri, rəng və laklar, taninlər və onlardan törəmələr, müxtəlif mastikalar, mürəkkəb (mətbəə rəngi)- mal qrupundan yalnız 3204; 320810; 320890100; 320890910 mal mövqeləri

Qrup 44

Oduncaq və oduncaq məmulatı, ağac kömürü, 4406 mal mövqeyindən başqa

Qrup 45

Mantar (tıxac) və ondan məmulatlar - mal qrupundakı 450310000 mal mövqeyindən başqa

Qrup 48

Kağız, karton və onlardan düzəldilmiş məmulat - mal qrupundakı 4803; 4810; 4814; 4817; 481810; 481830; 481920-481960; 4820 mal mövqelərindən başqa

Qrup 51

Yun, heyvanların nazik və qaba tükləri-mal qrupundan yalnız 510130000 mal mövqeyi

Qrup 52

Pambıq-mal qrupundan yalnız 5203; 5205; 520614000; 520615000; 520811900 mal mövqeləri

Qrup 53

Başqa bitki mənşəli toxuculuq lifləri, kağız lifi və ondan hazırlanmış parça

Qrup 54

Kimyəvi saplar

Qrup 55

Kimyəvi ştapel lifləri

Qrup 59

Hopdurulmuş və yeri təkrarən doldurulmuş toxuma materialları, bunlardan düzəldilmiş texniki məmulat-mal qrupundan yalnız 590210900; 591140000 mal mövqeləri

Qrup 68

Daş məmulatları, gips, sement,

asbest, mika (slyuda) və bunlardan düzəldilmiş məmulatlar-mal qrupundan yalnız 680610; 6814 mal mövqeləri

Qrup 70

Şüşə və şüşə məmulatları qrupundan yalnız 7001; 7006; 7007; 702000100 mal mövqeləri

Qrup 71

Təbii və ya yetişdirmə mirvari, qiymətli və ya yarımqiymətli daşlar, metallar, qiymətli metallarla örtülmüş metallar və bunlardan hazırlanmış məmulatlar - mal qrupundan yalnız 710210000 mal mövqeyi;

Qrup 72

Qara metallar (7201 mal mövqeyi istisna olmaqla)

Qrup 73

Qara metallardan məmulatlar - mal qrupundakı 7323 mal mövqeyindən başqa

Qrup 84

Nüvə reaktorları, qazanları, avadanlıq və mexaniki cihazları, onların hissələri - mal qrupundan yalnız 847120100; 847120900 mal mövqeləri

Qrup 87

Yerüstü (dəmir yolu və tramvay vasitələrindən başqa) nəqliyyat vasitələri - mal qrupundan yalnız 870290110; 870290190 mal mövqeləri