Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarına dəyişikliklər və əlavələr edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

Azərbaycan Respublikasının Yanacaq və Energetika Nazirliyinin yaradılması və onun Əsasnaməsinin təsdiq edilməsi ilə əlaqədar olaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin aşağıda göstərilən fərmanlarına əlavələr və dəyişikliklər edilsin:

1) "Enerji resurslarından istifadə haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 17 noyabr tarixli 512 nömrəli Fərmanına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, 2, maddə 121) aşağıdakı dəyişiklik və əlavələr edilsin:

1-ci bəndin ikinci abzası qüvvədən düşmüş hesab edilsin;

2-ci bəndə aşağıdakı məzmunda ikinci abzas əlavə edilsin:

"- həmin Qanunun 9-cu maddəsində, 28-ci maddəsində və 29-cu maddəsinin dördüncü hissəsində nəzərdə tutulmuş "enerji resurslarından istifadə üzrə müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Yanacaq və Energetika Nazirliyi həyata keçirir."

2) "Elektroenergetika haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 iyun tarixli 723 nömrəli Fərmanına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, 6, maddə 384) aşağıdakı dəyişiklik və əlavələr edilsin:

1-ci bəndin dördüncü abzası qüvvədən düşmüş hesab edilsin;

2-ci bəndə aşağıdakı məzmunda dördüncü-doqquzuncu abzaslar əlavə edilsin:

"- həmin Qanunun 4-cü maddəsinin ikinci, beşinci və altıncı abzaslarına münasibətdə, 5-ci maddəsinin üçüncü (Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla), dördüncü və beşinci hissələrində, 6-cı maddəsinin ikinci hissəsində, 8-ci maddəsinin altıncı hissəsində, 9-cu maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Yanacaq və Energetika Nazirliyi həyata keçirir;

həmin Qanunun 10-cu maddəsinin beşinci abzasında nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Yanacaq və Energetika Nazirliyi, Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi birgə razılaşdıraraq həyata keçirirlər;

həmin Qanunun 4-cü maddəsinin dördüncü abzasına münasibətdə nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Yanacaq və Energetika Nazirliyi və Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi öz səlahiyyətləri daxilində həyata keçirirlər;

həmin Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Yanacaq və Energetika Nazirliyi və Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Meliorasiya və Su Təsərrüfatı Komitəsi öz səlahiyyətləri daxilində həyata keçirirlər;

həmin Qanunun 4-cü maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini üçüncü abzasda elektrik və istilik enerjisinin müəyyən ərazi hüdudlarında nəql edilməsinə və paylanmasına hüquq verən müqavilələrin bağlanmasına münasibətdə Azərbaycan Respublikasının Yanacaq və Energetika Nazirliyi həyata keçirir; elektrik və istilik enerjisinin qiymətlərinin (tariflərinin) tənzimlənməsinə münasibətdə Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Yanacaq və Energetika Nazirliyi birgə razılaşdıraraq həyata keçirirlər;

həmin Qanunun 4-cü maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini yeddinci abzasa münasibətdə Azərbaycan Respublikasının Yanacaq və Energetika Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət və Dağ-Mədən Nəzarəti Komitəsi öz səlahiyyətləri daxilində həyata keçirirlər,".

3) "Energetika haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 1 fevral tarixli 85 nömrəli Fərmanına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, 2, maddə 69) aşağıdakı dəyişiklik və əlavələr edilsin:

1-ci bəndin dördüncü və beşinci abzasları qüvvədən düşmüş hesab edilsin;

2-ci bəndə aşağıdakı məzmunda üçüncü-səkkizinci abzaslar əlavə edilsin:

"- həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini ikinci və üçüncü abzaslara münasibətdə Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının Yanacaq və Energetika Nazirliyi öz səlahiyyətləri daxilində həyata keçirirlər; həmin maddənin dördüncü abzasına münasibətdə Azərbaycan Respublikasının Yanacaq və Energetika Nazirliyi və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi öz səlahiyyətləri daxilində həyata keçirirlər; həmin maddənin beşinci abzasına münasibətdə energetika fəaliyyəti üçün qanunvericiliyə uyğun olaraq torpaq və su sahələrinin ayrılmasını Azərbaycan Respublikasının Nazirlər Kabineti, yerin təki sahələrinin ayrılmasını Azərbaycan Respublikasının Yanacaq və Energetika Nazirliyi həyata keçirir;

həmin Qanunun 30-cu maddəsinin 2-ci bəndində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının Yanacaq və Energetika Nazirliyi öz səlahiyyətləri daxilində həyata keçirirlər;

həmin Qanunun 8-ci maddəsinin 2-ci bəndində, 9-cu maddəsinin 3-cü bəndində, 10-cu maddəsinin 1-ci, 3-cü və 7-ci bəndlərində (həmin bəndin ikinci abzasında göstərilən səlahiyyət istisna olmaqla), 11-ci maddəsinin 5-ci bəndində, 13-cü maddəsinin 1-ci və 3-cü bəndlərində, 14-cü maddəsinin 1-ci və 3-cü bəndlərində, 15-ci maddəsinin 1-ci bəndinin üçüncü, dördüncü, beşinci və altıncı abzaslarında, 16-cı maddəsinin 1-ci bəndinin beşinci abzasında, 17-ci maddəsinin 3-cü bəndində, 19-cu maddəsinin 1-ci bəndində, 20-ci maddəsinin 2-ci və 3-cü bəndlərində, 21-ci maddəsinin 1-ci və 3-cü bəndlərində, 23-cü maddəsinin 1-ci bəndində, 24-cü maddəsinin 2-ci bəndinin birinci və üçüncü abzaslarında, 25-ci maddəsinin 2-ci bəndinin ikinci abzasında, 26-cı maddəsinin 2-ci bəndində, 27-ci maddəsinin 3-cü və 5-ci bəndlərində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Yanacaq və Energetika Nazirliyi həyata keçirir;

həmin Qanunun 10-cu maddəsinin 2-ci bəndində və 12-ci maddəsinin 2-ci bəndində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Yanacaq və Energetika Nazirliyi və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi öz səlahiyyətləri daxilində həyata keçirirlər;

həmin Qanunun 22-ci maddəsinin 2-ci bəndində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Yanacaq və Energetika Nazirliyi birgə razılaşdıraraq həyata keçirirlər;

həmin Qanunun 9-cu maddəsinin 4-cü bəndində, 31-ci maddəsinin 1-ci bəndində və 32-ci maddəsinin 2-ci bəndində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir.".

4) "Yerin təki haqqında" Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 13 fevral tarixli 102 nömrəli Fərmanına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, 2, maddə 85) aşağıdakı əlavələr edilsin:

2-ci bəndin üçüncü abzasında "keçirir" sözündən sonra "neft və qazla bağlı istifadəyə verilən yer təki sahələrinin ölçüləri, sahələrin sayı və çıxarılan neft və qaz ehtiyatlarının müəyyənləşdirilməsi Azərbaycan Respublikasının Yanacaq və Energetika Nazirliyinin iştirakı ilə həyata keçirilir" sözləri əlavə edilsin;

2-ci bəndin beşinci abzasında "öz səlahiyyətləri" sözlərindən əvvəl "Yanacaq və Energetika Nazirliyi" sözləri əlavə edilsin;

2-ci bəndin yeddinci abzasında "həyata keçirirlər" sözlərindən əvvəl "Yanacaq və Energetika Nazirliyi" sözləri əlavə edilsin;

2-ci bəndin on birinci abzasında "öz səlahiyyətləri" sözlərindən əvvəl "Yanacaq və Energetika Nazirliyi" sözləri əlavə edilsin.

5) "Elektrik və istilik stansiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, 3, I kitab, maddə 127) tətbiq edilməsini təmin etmək məqsədilə müəyyən edilsin ki:

həmin Qanunun 3-cü maddəsinin 2-ci bəndinin altıncı abzasında, 4-cü maddəsinin 2-ci bəndində, 5-ci maddəsində, 7-ci maddəsinin 1-ci bəndində (həmin bəndin "b)", "c)", "ç)" və "ə)" yarımbəndlərinə münasibətdə), 14-cü maddəsində və 15-ci maddəsinin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Yanacaq və Energetika Nazirliyi həyata keçirir;

həmin Qanunun 7-ci maddəsinin 2-ci bəndində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Respublikasının Yanacaq və Energetika Nazirliyi, Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi və digər mərkəzi icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində həyata keçirirlər;

həmin Qanunun 7-ci maddəsinin 1-ci bəndində (həmin bəndin "a)", "d)" və "e)" yarımbəndlərinə münasibətdə) nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikasının Yanacaq və Energetika Nazirliyinin iştirakı ilə həyata keçirir.

6) "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 avqust tarixli 389 nömrəli Fərmanına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, 8, III kitab, maddə 612) aşağıdakı dəyişikliklər edilsin:

2-ci bəndin altıncı abzası aşağıdakı redaksiyada verilsin:

"həmin Məcəllənin 114.2-ci və 320-ci maddələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı" dedikdə Azərbaycan Respublikasının Yanacaq və Energetika Nazirliyi nəzərdə tutulur";

2-ci bəndin on yeddinci abzası qüvvədən düşmüş hesab edilsin;

3-cü bəndin on səkkizinci abzası aşağıdakı redaksiyada verilsin:

"həmin Məcəllənin 114.2-ci, 116-118-ci və 320-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Yanacaq və Energetika Nazirliyi baxır";

3-cü bəndin on doqquzuncu abzası qüvvədən düşmuş hesab edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində bu Fərmandan irəli gələn məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Yanacaq və Energetika Nazirliyinə tapşırılsın ki, bu Fərmanın icrasını təmin etsin.

4. Bu Fərman dərc olunduğu gündən qüvvəyə minir.

 

Heydər ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 23 oktyabr 2003-cü il

977