Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarına dəyişikliklər və əlavələr edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Azərbaycan Respublikasının Yanacaq və Energetika Nazirliyinin yaradılması və onun Əsasnaməsinin təsdiq edilməsi ilə əlaqədar olaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin aşağıda göstərilən fərmanlarına əlavələr və dəyişikliklər edilsin:

1) "Enerji resurslarından istifadə haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 17 noyabr tarixli 512 nömrəli Fərmanına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 2, maddə 121) aşağıdakı dəyişiklik və əlavələr edilsin:

1-ci bəndin ikinci abzası qüvvədən düşmüş hesab edilsin;

2-ci bəndə aşağıdakı məzmunda ikinci abzas əlavə edilsin:

"- həmin Qanunun 9-cu maddəsində, 28-ci maddəsində və 29-cu maddəsinin dördüncü hissəsində nəzərdə tutulmuş "enerji resurslarından istifadə üzrə müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi həyata keçirir."

2) "Elektroenergetika haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 iyun tarixli 723 nömrəli Fərmanına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, № 6, maddə 384) aşağıdakı dəyişiklik və əlavələr edilsin:

1-ci bəndin dördüncü abzası qüvvədən düşmüş hesab edilsin;

2-ci bəndə aşağıdakı məzmunda dördüncü-doqquzuncu abzaslar əlavə edilsin:

"- həmin Qanunun 4-cü maddəsinin ikinci, beşinci və altıncı abzaslarına münasibətdə, 5-ci maddəsinin üçüncü (Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla), dördüncü və beşinci hissələrində, 6-cı maddəsinin ikinci hissəsində, 8-ci maddəsinin altıncı hissəsində, 9-cu maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi həyata keçirir;

həmin Qanunun 10-cu maddəsinin beşinci abzasında nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi, Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi birgə razılaşdıraraq həyata keçirirlər;

həmin Qanunun 4-cü maddəsinin dördüncü abzasına münasibətdə nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi və Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi öz səlahiyyətləri daxilində həyata keçirirlər;

həmin Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi və Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Meliorasiya və Su Təsərrüfatı Komitəsi öz səlahiyyətləri daxilində həyata keçirirlər;

həmin Qanunun 4-cü maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini üçüncü abzasda elektrik və istilik enerjisinin müəyyən ərazi hüdudlarında nəql edilməsinə və paylanmasına hüquq verən müqavilələrin bağlanmasına münasibətdə Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi həyata keçirir; elektrik və istilik enerjisinin qiymətlərinin (tariflərinin) tənzimlənməsinə münasibətdə Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi və Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası öz səlahiyyətləri daxilində həyata keçirirlər;[1]

həmin Qanunun 4-cü maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini yeddinci abzasa münasibətdə Azərbaycan Respublikasının Yanacaq və Energetika Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət və Dağ-Mədən Nəzarəti Komitəsi öz səlahiyyətləri daxilində həyata keçirirlər,".

3) "Energetika haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 1 fevral tarixli 85 nömrəli Fərmanına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 2, maddə 69) aşağıdakı dəyişiklik və əlavələr edilsin:

1-ci bəndin dördüncü və beşinci abzasları qüvvədən düşmüş hesab edilsin;

2-ci bəndə aşağıdakı məzmunda üçüncü-səkkizinci abzaslar əlavə edilsin:

"- həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini ikinci və üçüncü abzaslara münasibətdə Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının Yanacaq və Energetika Nazirliyi öz səlahiyyətləri daxilində həyata keçirirlər; həmin maddənin dördüncü abzasına münasibətdə Azərbaycan Respublikasının Yanacaq və Energetika Nazirliyi və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi öz səlahiyyətləri daxilində həyata keçirirlər; həmin maddənin beşinci abzasına münasibətdə energetika fəaliyyəti üçün qanunvericiliyə uyğun olaraq torpaq və su sahələrinin ayrılmasını Azərbaycan Respublikasının Nazirlər Kabineti, yerin təki sahələrinin ayrılmasını Azərbaycan Respublikasının Yanacaq və Energetika Nazirliyi həyata keçirir;

həmin Qanunun 30-cu maddəsinin 2-ci bəndində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının Yanacaq və Energetika Nazirliyi öz səlahiyyətləri daxilində həyata keçirirlər;

həmin Qanunun 8-ci maddəsinin 2-ci bəndində, 9-cu maddəsinin 3-cü bəndində, 10-cu maddəsinin 1-ci, 3-cü və 7-ci bəndlərində (həmin bəndin ikinci abzasında göstərilən səlahiyyət istisna olmaqla), 11-ci maddəsinin 5-ci bəndində, 13-cü maddəsinin 1-ci və 3-cü bəndlərində, 14-cü maddəsinin 1-ci və 3-cü bəndlərində, 15-ci maddəsinin 1-ci bəndinin üçüncü, dördüncü, beşinci və altıncı abzaslarında, 16-cı maddəsinin 1-ci bəndinin beşinci abzasında, 17-ci maddəsinin 3-cü bəndində, 19-cu maddəsinin 1-ci bəndində, 20-ci maddəsinin 2-ci və 3-cü bəndlərində, 21-ci maddəsinin 1-ci və 3-cü bəndlərində, 23-cü maddəsinin 1-ci bəndində, 24-cü maddəsinin 2-ci bəndinin birinci və üçüncü abzaslarında, 25-ci maddəsinin 2-ci bəndinin ikinci abzasında, 26-cı maddəsinin 2-ci bəndində, 27-ci maddəsinin 3-cü və 5-ci bəndlərində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Yanacaq və Energetika Nazirliyi həyata keçirir;

həmin Qanunun 10-cu maddəsinin 2-ci bəndində və 12-ci maddəsinin 2-ci bəndində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Yanacaq və Energetika Nazirliyi və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi öz səlahiyyətləri daxilində həyata keçirirlər;

həmin Qanunun 22-ci maddəsinin 2-ci bəndində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Yanacaq və Energetika Nazirliyi birgə razılaşdıraraq həyata keçirirlər;

həmin Qanunun 9-cu maddəsinin 4-cü bəndində, 31-ci maddəsinin 1-ci bəndində və 32-ci maddəsinin 2-ci bəndində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir.".

4) “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 13 fevral tarixli 102 nömrəli Fərmanına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 2, maddə 85) aşağıdakı əlavələr edilsin:[2]

2-ci bəndin üçüncü abzasında “keçirir” sözündən sonra “neft və qazla bağlı istifadəyə verilən yer təki sahələrinin ölçüləri, sahələrin sayı və çıxarılan neft və qaz ehtiyatlarının müəyyənləşdirilməsi Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyinin iştirakı ilə həyata keçirilir” sözləri əlavə edilsin;

2-ci bəndin beşinci abzasında “öz səlahiyyətləri” sözlərindən əvvəl “Sənaye və Energetika Nazirliyi” sözləri əlavə edilsin;

2-ci bəndin yeddinci abzasında “həyata keçirirlər” sözlərindən əvvəl “Sənaye və Energetika Nazirliyi” sözləri əlavə edilsin;

2-ci bəndin on birinci abzasında “öz səlahiyyətləri” sözlərindən əvvəl “Sənaye və Energetika Nazirliyi” sözləri əlavə edilsin.[3]

5) “Elektrik və istilik stansiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 3, I kitab, maddə 127) tətbiq edilməsini təmin etmək məqsədilə müəyyən edilsin ki:[4]

“Elektrik və istilik stansiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin 1-ci hissəsinin üçüncü abzasında nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;[5]

həmin Qanunun 3-cü maddəsinin 2-ci bəndinin altıncı abzasında, 4-cü maddəsinin 2-ci bəndində, 5-ci maddəsində, 7-ci maddəsinin 1-ci bəndində (həmin bəndin “b)”, “c)”, “ç)” və “ə)” yarımbəndlərinə münasibətdə), 14-cü maddəsində və 15-ci maddəsinin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Energetika Nazirliyi həyata keçirir;[6]

həmin Qanunun 7-ci maddəsinin 2-ci bəndində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Respublikasının Energetika Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi, Azərbaycan Respublikasının Vergilər Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi və digər mərkəzi icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində həyata keçirirlər;[7]

həmin Qanunun 7-ci maddəsinin 1-ci bəndində (həmin bəndin “a)”, “d)” və “e)” yarımbəndlərinə münasibətdə) nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikasının Energetika Nazirliyinin iştirakı ilə həyata keçirir;[8]

həmin Qanunun 8-ci maddəsinin 1-ci hissəsinin üçüncü abzasında “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi nəzərdə tutulur.[9]

6) “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 avqust tarixli 389 nömrəli Fərmanına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 8, III kitab, maddə 612) aşağıdakı dəyişikliklər edilsin:[10]

2-ci bəndin altıncı abzası aşağıdakı redaksiyada verilsin:

"həmin Məcəllənin 114.2-ci və 320-ci maddələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı" dedikdə Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi nəzərdə tutulur";

2-ci bəndin on yeddinci abzası qüvvədən düşmüş hesab edilsin;

3-cü bəndin on səkkizinci abzası aşağıdakı redaksiyada verilsin:

"həmin Məcəllənin 114.2-ci, 116-118-ci və 320-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi baxır";

3-cü bəndin on doqquzuncu abzası qüvvədən düşmüş hesab edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində bu Fərmandan irəli gələn məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Yanacaq və Energetika Nazirliyinə tapşırılsın ki, bu Fərmanın icrasını təmin etsin.

4. Bu Fərman dərc olunduğu gündən qüvvəyə minir.

 

Heydər ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 23 oktyabr 2003-cü il

      № 977

 

 

 


 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       16 avqust 2007-ci il tarixli 621 nömrəli Azərbaycan Respublikasının Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 8, maddə 769)

2.       28 dekabr 2007-ci il tarixli 696 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan  Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, №12, maddə 1246)

3.       25 noyabr 2013-cü il tarixli 31 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 27 noyabr 2013-cü il, № 260; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 11, maddə 1335)

4.       14 may 2014-cü il tarixli 164 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 16 may 2014-cü il, № 101; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 5, maddə 477)

5.       16 avqust 2016-cı il tarixli 1023 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı Respublika” qəzeti, 17 avqust 2016-cı il, № 178, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 8, maddə 1384)

6.       11 iyun 2018-ci il tarixli 131 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 12 iyun 2018-ci il, № 131, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №6, maddə 1221)

7.       31 yanvar 2020-ci il tarixli 927 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 1 fevral 2020-ci il, № 21)

 

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 16 avqust 2007-ci il tarixli 621 nömrəli Azərbaycan Respublikasının Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 8, maddə 769) ilə 1-ci yarımbəndin dördüncü abzasında, 2-ci yarımbəndin dördüncü, beşinci, yeddinci–doqquzuncu abzaslarında və 3-cü yarımbəndin dördüncü–yeddinci abzaslarında «Azərbaycan Respublikasının Yanacaq və Energetika Nazirliyi» sözləri «Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi» sözləri ilə, səkkizinci abzasında “və Azərbaycan Respublikasının Yanacaq və Energetika Nazirliyi birgə razılaşdıraraq” sözləri “, Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi və Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası öz səlahiyyətləri daxilində” sözləri ilə əvəz edilmişdir.

 

[2] 16 avqust 2007-ci il tarixli 621 nömrəli Azərbaycan Respublikasının Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 8, maddə 769) ilə 4-cü yarımbəndin ikinci abzasında «Azərbaycan Respublikasının Yanacaq və Energetika Nazirliyinin» sözləri «Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyinin» sözləri ilə əvəz edilmişdir, üçüncü–beşinci abzaslarında «Yanacaq və Energetika Nazirliyi» sözləri «Sənaye və Energetika Nazirliyi» sözləri ilə əvəz edilmişdir.

 

[3] 11 iyun 2018-ci il tarixli 131 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 12 iyun 2018-ci il, № 131, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №6, maddə 1221) ilə 4-cü hissənin ikinci – beşinci abzaslarından “Sənaye və” sözləri çıxarılmışdır.

 

[4] 16 avqust 2007-ci il tarixli 621 nömrəli Azərbaycan Respublikasının Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 8, maddə 769) ilə 5-ci yarımbəndin ikinci və üçüncü abzaslarında «Azərbaycan Respublikasının Yanacaq və Energetika Nazirliyi» sözləri «Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi» sözləri ilə, dördüncü abzasında «Azərbaycan Respublikasının Yanacaq və Energetika Nazirliyinin» sözləri «Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyinin» sözləri ilə əvəz edilmişdir.

 

[5] 31 yanvar 2020-ci il tarixli 927 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 1 fevral 2020-ci il, № 21) ilə 1-ci hissənin 5-ci bəndində ikinci–dördüncü abzaslar müvafiq olaraq üçüncü–beşinci abzaslar hesab olunmuşdur və yeni məzmunda ikinci abzas əlavə edilmişdir.

 

[6] 25 noyabr 2013-cü il tarixli 31 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 27 noyabr 2013-cü il, № 260; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 11, maddə 1335) ilə 1-ci hissəsinin 5-ci bəndinin ikinci abzasında “Energetika Nazirliyi” sözlərindən sonra “, alternativ və bərpa olunan enerji istehsal edən stansiyalara münasibətdə isə Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi” sözləri əlavə edilmişdir.

11 iyun 2018-ci il tarixli 131 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 12 iyun 2018-ci il, № 131, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №6, maddə 1221) ilə 5-ci hissənin ikinci abzasında “Sənaye və Energetika Nazirliyi, alternativ və bərpa olunan enerji istehsal edən stansiyalara münasibətdə isə Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi” sözləri “Energetika Nazirliyi” sözləri ilə əvəz edilmişdir.

 

[7] 28 dekabr 2007-ci il tarixli 696 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan  Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, №12, maddə 1246) ilə 1-ci bəndinin beşinci yarımbəndinin üçüncü abzasında “Ədliyyə” sözü “Vergilər” sözü ilə əvəz edilmişdir.

25 noyabr 2013-cü il tarixli 31 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 27 noyabr 2013-cü il, № 260; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 11, maddə 1335) ilə 1-ci hissəsinin 5-ci bəndinin üçüncü abzasında “Energetika Nazirliyi” sözlərindən sonra “, alternativ və bərpa olunan enerji istehsal edən stansiyalara münasibətdə Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi” sözləri əlavə edilmişdir.

14 may 2014-cü il tarixli 164 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 16 may 2014-cü il, № 101; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 5, maddə 477) ilə 1-ci hissəsinin 5-ci bəndinin üçüncü abzasında “İqtisadi İnkişaf” sözləri “İqtisadiyyat və Sənaye” sözləri ilə əvəz edilmişdir.

16 avqust 2016-cı il tarixli 1023 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı Respublika” qəzeti, 17 avqust 2016-cı il, № 178, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 8, maddə 1384) ilə 1-ci hissənin 5-ci bəndinin üçüncü abzasından “və Sənaye” sözləri çıxarılmışdır.

11 iyun 2018-ci il tarixli 131 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 12 iyun 2018-ci il, № 131, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №6, maddə 1221) ilə 5-ci hissənin üçüncü abzasında “Sənaye və Energetika Nazirliyi, alternativ və bərpa olunan enerji istehsal edən stansiyalara münasibətdə Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi” sözləri “Energetika Nazirliyi” sözləri ilə əvəz edilmişdir.

 

[8] 25 noyabr 2013-cü il tarixli 31 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 27 noyabr 2013-cü il, № 260; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 11, maddə 1335) ilə 1-ci hissəsinin 5-ci bəndinin dördüncü abzasında “Energetika Nazirliyinin” sözlərindən sonra “, alternativ və bərpa olunan enerji istehsal edən stansiyalara münasibətdə Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin” sözləri əlavə edilmişdir.

11 iyun 2018-ci il tarixli 131 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 12 iyun 2018-ci il, № 131, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №6, maddə 1221) ilə 5-ci hissənin dördüncü abzasında “Sənaye və Energetika Nazirliyinin, alternativ və bərpa olunan enerji istehsal edən stansiyalara münasibətdə Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin” sözləri “Energetika Nazirliyinin” sözləri ilə əvəz edilmişdir.

 

[9] 31 yanvar 2020-ci il tarixli 927 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 1 fevral 2020-ci il, № 21) ilə 1-ci hissənin 5-ci bəndində beşinci abzasın sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunmuşdur və yeni məzmunda altıncı abzas əlavə edilmişdir.

 

[10] 16 avqust 2007-ci il tarixli 621 nömrəli Azərbaycan Respublikasının Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 8, maddə 769) ilə 6-cı yarımbəndin üçüncü və altıncı abzaslarında «Azərbaycan Respublikasının Yanacaq və Energetika Nazirliyi» sözləri «Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi» sözləri ilə əvəz edilmişdir.