Azərbaycan
Rəssamlar İttifaqı üzvlərinin istifadəsində
olan fərdi yaradıcılıq emalatxanalarının
onların mülkiyyətinə verilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN
SƏRƏNCAMI
Azərbaycan rəssamları və heykəltaraşlarının milli mədəniyyətin və incəsənətin təbliğində və inkişafındakı xidmətlərini nəzərə alaraq, onların yaradıcılıq fəaliyyəti üçün şəraiti daha da yaxşılaşdırmaq məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasında dövlət mülkiyyətində olan və Azərbaycan Rəssamlar İttifaqı üzvlərinin istifadəsinə verilmiş fərdi yaradıcılıq emalatxanaları qanunvericiliyə uyğun olaraq onların mülkiyyətinə verilsin.
2. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə tapşırılsın ki, bu Sərəncamın birinci bəndinə uyğun olaraq Azərbaycan Rəssamlar İttifaqının üzvlərinə verilmiş fərdi yaradıcılıq emalatxanaları və Azərbaycan Rəssamlar İttifaqı Rəyasət Heyətinin 14 iyul 2000-ci il tarixli qərarı ilə ittifaqın balansından əvəzsiz olaraq onun üzvlərinin mülkiyyətinə verilmiş yaradıcılıq emalatxanaları üzərində onların mülkiyyət hüququnu müvafiq qaydada rəsmiləşdirsin. [1]
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
Heydər ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 19 iyun
2003-cü il
¹ 1251
İSTİFADƏ
OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN
SİYAHISI
1.
6 iyul 2006-cı il tarixli 426 nömrəli Azərbaycan
Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2006-cı il, ¹ 7, maddə 590)
2.
2
iyul 2010-cu il tarixli 291
nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (“Azərbaycan”
qəzeti 4 iyul 2010-cu il, ¹ 141, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2010-cu il, ¹ 7, maddə 610)
SƏRƏNCAMA
EDİLMİŞ DƏYİŞİKLİK VƏ
ƏLAVƏLƏRİN SİYAHISI
[1] 6
iyul 2006-cı il tarixli
426 nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 7,
maddə 590) ilə 2-ci bəndində
“İqtisadi İnkişaf Nazirliyinə” sözləri “Dövlət Əmlakının
İdarə Edilməsi üzrə Dövlət
Komitəsinə” sözləri ilə əvəz
edilmişdir.
2 iyul 2010-cu il tarixli 291 nömrəli Azərbaycan
Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 4 iyul 2010-cu il, ¹ 141, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, ¹ 7, maddə
610) ilə 2-ci bəndində "Azərbaycan Respublikasının Dövlət
Əmlakının İdarə Edilməsi üzrə
Dövlət Komitəsinə" sözləri "Azərbaycan Respublikasının
Əmlak Məsələləri Dövlət Komitəsinə"
sözləri ilə əvəz edilmişdir.