"Sumqayıt şəhəri (Azərbaycan Respublikası) və Aktau şəhəri (Qazaxıstan Respublikası) arasında qardaşlaşmış şəhər münasibətlərinin yaradılması haqqında Birgə Bəyannamə"ni imzalamaq səlahiyyətinin verilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

 

1. "Sumqayıt şəhəri (Azərbaycan Respublikası) və Aktau şəhəri (Qazaxıstan Respublikası) arasında qardaşlaşmış şəhər münasibətlərinin yaradılması haqqında Birgə Bəyannamə"ni imzalamaq səlahiyyəti Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Vaqif Qadir oğlu Əliyevə verilsin.

2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində göstərilən sənədi imzalamaq səlahiyyətinin Sum-qayıt Şəhər İcra Hakimiyyətinin başçısı Vaqif Qadir oğlu Əliyevə verilməsi barədə Qazaxıstan Respublikası tərəfinə müvafiq bildiriş göndərsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 oktyabr 2009-cu il

                514