Dövlət və bələdiyyə təhsil müəssisələrində işləyən elmi-pedaqoji kadrların vəzifə maaşlarına elmi dərəcələrə və elmi adlara görə əlavələrin həcminin müəyyən edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

Təhsil haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli, 156 nömrəli Fərmanının 1.26-cı bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Dövlət və bələdiyyə təhsil müəssisələrində işləyən elmi-pedaqoji kadrların vəzifə maaşlarına elmi dərəcələrə və elmi adlara görə aşağıdakı əlavələr müəyyən edilsin:

ixtisası üzrə işləyən fəlsəfə doktorlarının (elmlər namizədlərinin) elmi dərəcəyə görə (elm sahələri göstərilməklə) vəzifə maaşlarına işlədiyi təhsil müəssisəsinin kateqoriyasından asılı olmayaraq 60 manat;[1]

ixtisası üzrə işləyən elmlər doktorlarının elmi dərəcəyə görə vəzifə maaşlarına işlədiyi təhsil müəssisəsinin kateqoriyasından asılı olmayaraq 100 manat;[2]

dosent elmi adına görə:

iş stajı 5 ildən 10 ilə qədər olduqda 25 manat;

iş stajı 10 ildən 15 ilə qədər olduqda 50 manat;

iş stajı 15 ildən 20 ilə qədər olduqda 75 manat;

iş stajı 20 ildən artıq olduqda 100 manat;

professor elmi adına görə:

iş stajı 5 ildən 10 ilə qədər olduqda 30 manat;

iş stajı 10 ildən 15 ilə qədər olduqda 60 manat;

iş stajı 15 ildən 20 ilə qədər olduqda 90 manat;

iş stajı 20 ildən artıq olduqda 120 manat.

Elmi dərəcəyə və elmi adlara görə müəyyən edilən əlavələr işçi tam ştat üzrə işlədikdə 100 faiz, yarımştat üzrə işlədikdə isə nəzərdə tutulan məbləğin 50 faizi həcmində ödənilir.

Elmi dərəcəyə və elmi adlara görə müəyyən edilən əlavələr əsas iş yerində 1,0 ştat və ya 1,0 stavka dərs yükünə, əvəzçilik üzrə əlavə iş yerlərində isə cəmi 0,5 ştat və ya 0,5 stavka dərs yükünə görə ödənilir.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 12 sentyabr tarixli, 210 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, 9, maddə 858) ilə təsdiq edilmiş 2 nömrəli əlavə Dövlət büdcəsindən maliyyələşdirilən ali təhsil müəssisələrində çalışan işçilərin vəzifə maaşlarına tətbiq edilən əlavələrin Vəzifələrin adı sütununun Pedaqoji heyət bölməsindən Professor 30, 60, 90, 120Dosent 25, 50, 75, 100 sözləri çıxarılsın.

3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri A.RASİZADƏ

 

Bakı şəhəri, 27 may 2010-cu il

98

 

 

 

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       24 fevral 2014-cü il tarixli 58 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, 02, maddə 212)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 24 fevral 2014-cü il tarixli 58 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, 02, maddə 212) ilə 1-ci hissəsinin ikinci abzasında "30" rəqəmi "60" rəqəmi ilə əvəz edilmişdir.

 

[2] 24 fevral 2014-cü il tarixli 58 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, 02, maddə 212) ilə üçüncü abzasında "50" rəqəmi "100" rəqəmi ilə əvəz edilmişdir.