L.Kaçinskinin “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

 

Polşa Respublikası ilə Azərbaycan Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsindəki xüsusi xidmətlərinə görə Polşa Respublikasının Prezidenti Lex Kaçinski “Heydər Əliyev” ordeni ilə təltif edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 30 iyun 2009-cu il.

№ 360