“Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

“Təhsil haqqında” Azərbaycan Respublikasının 2009-cu il 19 iyun tarixli 833-IIIQ nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, üç ay müddətində:

1.1. qüvvədə olan qanunvericilik aktlarının “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması, o cümlədən bu Fərmanın 2.3-2.8-ci bəndlərinə uyğun olaraq həmin Qanunda nəzərdə tutulmuş vəzifələrlə bağlı müvafiq dövlət orqanlarının əsasnamələrinə əlavələrin edilməsi barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. həmin Qanunun 6.3-cü və 29.0.12-ci maddələrində nəzərdə tutulmuş qüvvədə olma müddəti müəyyən edilməklə təhsil pillələri üzrə dövlət təhsil standartlarını və proqramlarını təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanunun 10.4-cü maddəsində nəzərdə tutulmuş təhsil proqramlarının yerinə yetirilməsi müddətini müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.5. həmin Qanunun 12.2-ci maddəsində nəzərdə tutulmuş formal təhsilin təşkili qaydalarını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.6. həmin Qanunun 14.14-cü maddəsində nəzərdə tutulmuş təhsil müəssisəsinin maddi-texniki bazası və təhsil infrastrukturu normativlərini müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.7. həmin Qanunun 15.3-cü maddəsində nəzərdə tutulmuş xüsusi təyinatlı təhsil müəssisələrinin təsis edilməsi qaydaları və onların siyahısı barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.8. həmin Qanunun 18.4-cü maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş məktəbə hazırlığın təşkili qaydalarını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.9. həmin Qanunun 19.5-ci maddəsində nəzərdə tutulmuş ümumi təhsilin təhsil səviyyələri üzrə müddəti, bir səviyyəsindən digər səviyyəsinə keçid qaydalarını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.10. həmin Qanunun 19.8-ci maddəsində nəzərdə tutulmuş ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş medalla təltif olunma qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.11. həmin Qanunun 21.5-ci maddəsində nəzərdə tutulmuş orta ixtisas təhsili pilləsini yüksək nəticələrlə başa vuran məzunların (subbakalavrların) qiymətlərinin müvafiq olaraq uyğun ixtisaslar üzrə ali təhsil müəssisələrinə qəbul zamanı nəzərə alınması qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.12. həmin Qanunun 22.3-cü maddəsinin beşinci cümləsində nəzərdə tutulmuş bakalavriat təhsilinin məzmunu və təşkili qaydalarını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.13. həmin Qanunun 22.4-cü maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş magistratura təhsilinin məzmunu, təşkili və “magistr” dərəcələrinin verilməsi qaydalarını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.14. həmin Qanunun 22.6-cı maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş rezidentura təhsilinin məzmunu və təşkili qaydalarını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.15. həmin Qanunun 23.4-cü maddəsində nəzərdə tutulmuş doktoranturaların yaradılması və doktoranturaya qəbul qaydalarını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.16. həmin Qanunun 24.3-cü maddəsində və 24.5-ci maddəsinin birinci cümləsində nəzərdə tutulmuş əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.17. həmin Qanunun 26.5-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunmağa əsas verən dünya fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların siyahısını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.18. həmin Qanunun 27.3-cü maddəsində nəzərdə tutulmuş müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə arayışın verilməsi qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.19. həmin Qanunun 28.1-ci maddəsində nəzərdə tutulmuş təhsil müəssisəsində iaşə və tibb xidmətinin təşkili qaydası və normalarını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.20. həmin Qanunun 28.3-cü maddəsində nəzərdə tutulmuş təhsil müəssisəsində təhsilalanlara pulsuz tibbi xidmətin göstərilməsi qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.21. həmin Qanunun 29.0.14-cü maddəsində və 30.8-ci maddəsinin birinci cümləsində nəzərdə tutulmuş dövlət təhsil müəssisəsində çalışan professor-müəllim heyəti üçün akademik və inzibati vəzifə tutmanın yaş həddini müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.22. həmin Qanunun 29.0.15-ci maddəsində nəzərdə tutulmuş təhsil səviyyəsinə uyğun olaraq təhsil müəssisələrinin nümunəvi nizamnamələrini təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.23. həmin Qanunun 29.0.21-ci maddəsində nəzərdə tutulmuş təhsil haqqında dövlət sənədlərinin dünyada ümumiliklə qəbul edilmiş müvafiq standartlar nəzərə alınmaqla nümunələrini və onların verilməsi qaydalarını təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.24. həmin Qanunun 29.0.23-cü maddəsində nəzərdə tutulmuş təhsil müəssisələrinin pedaqoji işçilərinin dərs yükü normalarını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.25. həmin Qanunun 29.0.24-cü maddəsində nəzərdə tutulmuş təhsil müəssisələrinin tikintisinə, maddi-texniki təchizatına dair vahid normaları, ümumi sanitariya-gigiyena tələblərini, şagird yerləri ilə təminat normativlərini müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.26. həmin Qanunun 36.3-cü maddəsində nəzərdə tutulmuş dövlət və bələdiyyə təhsil müəssisələrində işləyən elmi-pedaqoji kadrların vəzifə maaşlarına elmi dərəcələrə və elmi adlara görə əlavələrin həcmini müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.27. həmin Qanunun 36.5-ci maddəsində nəzərdə tutulmuş pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş və ümumi təhsil müəssisələrində işə başlamış gənc mütəxəssislər üçün əlavə güzəştləri və stimullaşdırıcı tədbirləri müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.28. həmin Qanunun 41.1-ci maddəsində nəzərdə tutulmuş təhsil müəssisəsinin əlavə gəlir əldə etmək məqsədi ilə məşğul olmasına yol verilən sahibkarlıq fəaliyyəti növlərini müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.29. həmin Qanunun pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanunvericilik aktının layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.30. öz səlahiyyətləri daxilində “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.

2. Müəyyən edilsin ki:

2.1. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.48-ci, 1.0.54-cü, 14.8-1-ci  maddələrində, 14.11-ci maddəsinin birinci cümləsində, 15.3-cü, 22.5-ci, 22.5-1-ci, 22.12-ci maddələrində, 23.7-ci maddəsinin ikinci cümləsində, 23.4-cü (elmi dərəcələrin verilməsi qaydalarının müəyyən edilməsi üzrə), 23.9-cu maddələrində, 30.2-ci maddəsinin birinci cümləsində (dövlət ali təhsil müəssisələrinin rəhbərlərinin vəzifəyə təyin edilməsi və vəzifədən azad edilməsi üzrə) və 44.1-1-ci maddəsində (hər iki halda) nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini, o cümlədən həmin Qanunun 29.0.1-ci (təhsil sahəsində vahid dövlət siyasətinin müəyyənləşdirilməsi üzrə), 29.0.2-ci, 29.0.3-cü (milli təhsil sisteminin inkişafı üçün müxtəlif istiqamətli dövlət proqramlarının təsdiq edilməsi üzrə), 29.0.7-ci (təhsil sahəsinin inkişafına ayrılan dövlət büdcəsi vəsaitlərinin həcminin müəyyən edilməsi üzrə), 29.0.13-cü (dövlət ali təhsil müəssisələrinin rəhbərlərinin vəzifəyə təyin edilməsi və vəzifədən azad edilməsi üzrə), 29.0.34-cü, 29.0.35-ci (dövlət təhsil müəssisələri işçilərinin əməyinin stimullaşdırılmasının, o cümlədən mükafatlandırılmasının həyata keçirilməsi, xüsusi istedadı ilə fərqlənən təhsilalanlar üçün adlı təqaüdlərin təsis edilməsi üzrə) maddələrində nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;[1]

2.1-1. həmin Qanunun 22.12-ci və 44.1-1-ci (birinci halda) maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur;[2]

2.2. həmin Qanunun 6.3-cü, 10.4-cü, 11.5-ci, 12.2-ci, 14.14-cü, 14.16-cı maddələrində, 18.4-cü maddəsinin ikinci cümləsində, 19.5-ci, 19.8-ci, 21.5-ci maddələrində, 22.3-cü maddəsinin beşinci cümləsində, 22.4-cü və 22.6-cı maddələrinin ikinci cümlələrində, 23.4-cü (doktoranturaların yaradılması və doktoranturaya qəbul qaydalarının müəyyən edilməsi üzrə), 24.3-cü maddələrində, 24.5-ci maddəsinin birinci cümləsində, 26.5-ci maddəsinin ikinci cümləsində, 26.5-1-ci maddəsinin ikinci cümləsində, 26.2-ci, 26.4-cü, 26.6-cı, 27.3-cü, 27.4-cü, 28.1-ci, 28.3-cü maddələrində, 30.8-ci maddəsinin birinci cümləsində, 32.3.13-cü, 36.3-cü, 36.5-ci, 41.1-ci və 44.2-ci maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini, o cümlədən həmin Qanunun 29.0.1-ci (təhsil sahəsində vahid dövlət siyasətinin həyata keçirilməsinin təmin edilməsi üzrə), 29.0.4-cü, 29.0.7-ci (dövlət təhsil qrantlarının məbləğinin müəyyən edilməsi üzrə), 29.0.8-ci, 29.0.9-cu (ilk peşə-ixtisas təhsili müəssisələrinə tələbə qəbulu planının müəyyənləşdirilməsi üzrə), 29.0.12-ci (təhsil pillələri üzrə dövlət təhsil standartlarının və proqramlarının (kurikulumların) təsdiq edilməsi üzrə), 29.0.14-cü, 29.0.15-ci, 29.0.16-cı (“Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət tərəfindən yaradılan ali təhsil müəssisələrinin nizamnamələrinin, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla, təsdiq edilməsi üzrə), 29.0.20-ci, 29.0.21-ci (xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydalarının müəyyən olunması üzrə), 29.0.22-ci, 29.0.23-cü, 29.0.25-ci, 29.0.28-ci (təhsil müəssisələrinin akkreditasiyası qaydalarının müəyyən edilməsi üzrə), 29.0.29-cu (təhsil müəssisələrində təhsilverənlərin attestasiyasının, ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması qaydalarının müəyyən edilməsi üzrə) və 29.0.32-ci maddələrində nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;[3]

2.2-1. həmin Qanunun 29.0.9-cu maddəsində nəzərdə tutulmuş ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu planının müəyyənləşdirilməsi üzrə vəzifəni Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiya həyata keçirir; [4]

2.3. həmin Qanunun 7.2-ci, 7.3-cü və 13.3-cü maddələrində, 16.1-ci və 16.4-cü maddələrinin birinci cümlələrində, 18.6-cı, 19.12-ci, 22.3-1-ci maddələrində, 26.5-1-ci maddəsinin birinci cümləsində, 30.2-ci maddəsinin birinci cümləsində (dövlət ali təhsil müəssisələri, peşə təhsili müəssisələri, Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olmayan təhsili müəssisələri və yerli icra hakimiyyəti orqanlarının tabeliyində olan məktəbəqədər təhsil müəssisələri istisna olmaqla, digər dövlət təhsil müəssisələrinin rəhbərlərinin vəzifəyə təyin edilməsi və vəzifədən azad edilməsi üzrə), 30.2-ci maddəsinin üçüncü cümləsində (yerli icra hakimiyyəti orqanlarının tabeliyində olan məktəbəqədər təhsil müəssisələri istisna olmaqla, digər dövlət təhsil müəssisələrinin elmi və pedaqoji şuralarının yaradılması və fəaliyyəti üzrə), 30.5-ci maddəsinin ikinci cümləsində, 32.3.13-cü, 38.5-ci və 42.1-ci maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini, o cümlədən həmin Qanunun 29.0.1-ci (təhsil sahəsində vahid dövlət siyasətinin həyata keçirilməsinin təmin edilməsi üzrə), 29.0.3-cü (milli təhsil sisteminin inkişafı üçün müxtəlif istiqamətli dövlət proqramlarının icrasına nəzarətin həyata keçirilməsi üzrə), 29.0.5-ci, 29.0.6-cı, 29.0.11-ci (“Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi” dövlət elektron məlumat sisteminin yaradılması və ondan istifadənin təmin edilməsi üzrə), 29.0.12-ci (təhsilin müvafiq dövlət standartlarına uyğun təşkilinə nəzarətin həyata keçirilməsi üzrə), 29.0.13-cü (dövlət ali təhsil müəssisələri, peşə təhsili müəssisələri, Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olmayan təhsili müəssisələri və yerli icra hakimiyyəti orqanlarının tabeliyində olan məktəbəqədər təhsil müəssisələri istisna olmaqla, digər dövlət təhsil müəssisələrinin rəhbərlərinin vəzifəyə təyin edilməsi və vəzifədən azad edilməsi üzrə), 29.0.16-cı (bələdiyyə və özəl təhsil müəssisələrinin nizamnamələrinə rəyin verilməsi üzrə), 29.0.17-ci, 29.0.18-ci, 29.0.21-ci (xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınmasının və ekvivalentliyinin müəyyən edilməsinin (nostrifikasiyasının) həyata keçirilməsi üzrə), 29.0.24-cü, 29.0.26-cı, 29.0.27-ci, 29.0.28-ci (təhsil müəssisələrinin akkreditasiyasının həyata keçirilməsi üzrə), 29.0.29-cu (ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsi (attestasiyası) istisna olmaqla, təhsilalanların attestasiyasının aparılması qaydasının müəyyən edilməsi üzrə, ümumi təhsil müəssisələrində təhsilverənlərin və təhsilalanların attestasiyasının həyata keçirilməsi üzrə), 29.0.30-cu, 29.0.31-ci, 29.0.32-ci, 29.0.33-cü, 29.0.36-cı (yerli icra hakimiyyəti orqanlarının tabeliyində olan məktəbəqədər təhsil müəssisələri istisna olmaqla, digər dövlət təhsil müəssisələrinin texniki vasitələrlə təminatının həyata keçirilməsi üzrə), 29.0.37-ci, 29.0.38-ci, 29.0.39-cu, 29.0.42-ci (ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə təhsilalanların biliyinin yekun qiymətləndirməsi (attestasiyası) vəzifəsi istisna olmaqla) maddələrində nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Təhsil Nazirliyi həyata keçirir;[5]

2.3-1. həmin Qanunun 44.1-1-ci maddəsində ikinci halda nəzərdə tutulmuş orqanın (qurumun) səlahiyyətlərini Azərbaycan Respublikası Prezidentinin “İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin vətəndaşlarına Azərbaycan Respublikasının ali təhsil müəssisələrində təhsil üçün qrantların verilməsi haqqında” 2017-ci il 6 dekabr tarixli 3457 nömrəli və “Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşlarına Azərbaycan Respublikasının ali təhsil müəssisələrində təhsil üçün qrantların verilməsi haqqında” 2018-ci il 10 yanvar tarixli 3567 nömrəli sərəncamları üzrə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birlikdə həyata keçirir.[6]

2.4. həmin Qanunun 26.2-ci, 26.4-cü və 26.6-cı maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini, o cümlədən həmin Qanunun 29.0.10-cu, 29.0.11-ci (“Tələbə-məzun” və “Şagird-məzun” dövlət elektron məlumat sistemlərinin yaradılması və onlardan istifadənin təmin edilməsi üzrə), 29.0.29-cu (ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsinin (attestasiyasının) həyata keçirilməsi üzrə) və 29.0.42-ci (ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) üzrə) maddələrində nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi həyata keçirir;[7]

2.5. həmin Qanunun 29.0.19-cu maddəsində nəzərdə tutulmuş vəzifəni Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi həyata keçirir;

2.6. həmin Qanunun 29.0.40-cı maddəsində nəzərdə tutulmuş vəzifəni Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi həyata keçirir;

2.7. həmin Qanunun 29.0.41-ci maddəsində nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və yerli icra hakimiyyəti orqanları həyata keçirirlər;

2.8. həmin Qanunun 30.2-ci maddəsinin birinci cümləsində (dövlət ali təhsil müəssisələri və Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyindəki peşə təhsili müəssisələri istisna olmaqla, digər dövlət təhsil müəssisələri rəhbərlərinin vəzifəyə təyin edilməsi və vəzifədən azad edilməsi üzrə) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini, 29.0.7-ci (özünüidarəetmə prinsipi əsasında fəaliyyət göstərən dövlət təhsil müəssisələri istisna olmaqla, digər dövlət təhsil müəssisələrinin maliyyələşdirilməsinin həyata keçirilməsi üzrə), 29.0.13-cü maddəsində (dövlət ali təhsil müəssisələri və Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyindəki peşə təhsili müəssisələri istisna olmaqla, digər dövlət təhsil müəssisələri rəhbərlərinin vəzifəyə təyin edilməsi və vəzifədən azad edilməsi üzrə), 29.0.16-cı (nizamnamələri Azərbaycan Respublikasının Prezidenti və Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilən dövlət təhsil müəssisələri istisna olmaqla, digər dövlət təhsil müəssisələrinin nizamnamələrinin təsdiq edilməsi üzrə) və 29.0.35-ci (xüsusi istedadı ilə fərqlənən təhsilalanlar üçün məqsədli təqaüdlərin təsis edilməsi üzrə) maddələrində nəzərdə tutulmuş vəzifələri tabeliyində dövlət təhsil müəssisələri olan mərkəzi və yerli icra hakimiyyəti orqanları həyata keçirirlər [8]

2.9. həmin Qanunun 29.0.13-cü (yerli icra hakimiyyəti orqanlarının tabeliyində olan məktəbəqədər təhsil müəssisələrinin rəhbərlərinin vəzifəyə təyin edilməsi və vəzifədən azad edilməsi üzrə) və 29.0.36-cı (yerli icra hakimiyyəti orqanlarının tabeliyində olan məktəbəqədər təhsil müəssisələrinin texniki vasitələrlə təminatının həyata keçirilməsi üzrə) maddələrində nəzərdə tutulmuş vəzifələri, o cümlədən 30.2-ci maddəsinin birinci cümləsində (yerli icra hakimiyyəti orqanlarının tabeliyində olan məktəbəqədər təhsil müəssisələrinin rəhbərlərinin vəzifəyə təyin edilməsi və vəzifədən azad edilməsi üzrə) və 30.2-ci maddəsinin üçüncü cümləsində (yerli icra hakimiyyəti orqanlarının tabeliyində olan məktəbəqədər təhsil müəssisələrinin pedaqoji şuralarının yaradılması və fəaliyyəti üzrə) nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini yerli icra hakimiyyəti orqanları həyata keçirirlər;

2.10. həmin Qanunun 30.2-ci maddəsinin birinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini və 29.0.13-cü maddəsində nəzərdə tutulmuş vəzifəni Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyindəki peşə təhsili müəssisələrinə münasibətdə, Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırmaqla, Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi həyata keçirir;[9]

2.10-1. həmin Qanunun 29.0.31-ci maddəsində nəzərdə tutulmuş vəzifəni Azərbaycan Respublikasının Təhsil Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə həyata keçirir;[10]

2.11. həmin Qanunun 1.0.54-cü, 14.8-1-ci, 22.5-ci, 22.5-1-ci maddələrində nəzərdə tutulmuş elmi təşkilat Azərbaycan Milli Elmlər Akademiyasıdır;[11]

2.12. “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, dövlət tərəfindən yaradılan ali təhsil müəssisələrinin təsisçisinin: [12]

2.12.1. nizamnamənin təsdiq edilməsi və nizamnamə fondunun miqdarının müəyyən olunması üzrə səlahiyyətlərini, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla, Azərbaycan Respublikasının Nazirlər Kabineti;

2.12.2. strukturun təsdiq edilməsi, inkişaf istiqamətlərinin müəyyən edilməsi, illik maliyyə hesabatlarının təsdiq edilməsi, təsərrüfat cəmiyyətlərinin yaradılmasına və ya onlarda iştirak etməyə, idarə və nümayəndəliklərinin yaradılmasına razılıq verilməsi, xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) və aidiyyəti şəxslə dəyəri publik hüquqi şəxsin aktivlərinin 5 faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanmasına razılıq verilməsi üzrə səlahiyyətlərini tabeliyində dövlət ali təhsil müəssisələri yaradılan icra hakimiyyəti orqanları həyata keçirirlər;

2.13. dövlət ali təhsil müəssisəsində rektor 5 il müddətinə təyin edilir.[13]

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 5 sentyabr 2009-cu il

                    ¹ 156

 

 

 


 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       9 mart 2012-ci il tarixli 596 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, ¹ 03, maddə 197)

2.       19 aprel 2012-ci il tarixli 610 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 20 aprel 2012-ci il, ¹ 85, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, ¹ 04, maddə 289)

3.       1 iyun 2012-ci il tarixli 638 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 2 iyun 2012-ci il, ¹ 120, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, ¹ 06, maddə 532)

4.       27 yanvar 2016-cı il tarixli 754 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 30 yanvar 2016-cı il, ¹ 21, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 01, maddə 76)

5.       7 noyabr 2016-cı il tarixli 1097 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 16 noyabr 2016-cı il, ¹ 253, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 11, maddə 1804)

6.       23 noyabr 2016-cı il tarixli 1121 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 24 noyabr 2016-cı il, ¹ 260, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹ 11, maddə 1828)

7.       21 dekabr 2016-cı il tarixli 1168 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 28 dekabr 2016-cı il, ¹ 289; “Xalq” qəzeti, 28 yanvar 2017-ci il, ¹ 19, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 12, maddə 2086)

8.       21 iyul 2017-ci il tarixli 1550 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 25 iyul 2017-ci il, ¹ 158, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹7 , maddə 1360)

9.       10 oktyabr 2017-ci il tarixli 1633 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 11 oktyabr 2017-ci il, ¹ 222, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹ 10, maddə 1800)

10.    19 dekabr 2017-ci il tarixli 1745 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 20 dekabr 2017-ci il, ¹ 281, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹ 12, I kitab, maddə 2313)

11.    28 fevral 2018-ci il tarixli 1852 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti 1 mart 2018-ci il, ¹ 47, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 2, maddə 216)

12.    10 dekabr 2018-ci il tarixli 388 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 12 dekabr 2018-ci il, ¹ 280, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 12, I kitab, maddə 2545)

13.    16 may 2019-cu il tarixli 696 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 18 may 2019-cu il, ¹ 108, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹5, maddə 848)

14.    19 iyul 2019-cu il tarixli 782 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 20 iyul 2019-cu il, ¹ 156, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹ 7, maddə 1229)

15.    26 avqust 2019-cu il tarixli 816 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 27 avqust 2019-cu il, ¹ 186, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹ 8, maddə 1398)

16.    15 may 2020-ci il tarixli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 16 may 2020-ci il, ¹ 95)

 

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 23 noyabr 2016-cı il tarixli 1121 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 24 noyabr 2016-cı il, ¹ 260, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹ 11, maddə 1828) ilə 2.1-ci bənddə “1.0.48-ci maddəsində” sözləri “1.0.48-ci, 1.0.54-cü maddələrində” sözləri ilə, “15.3-cü maddəsində” sözləri “15.3-cü, 22.5-ci, 22.5-1-ci maddələrində” sözləri ilə əvəz edilmişdir.

15 may 2020-ci il tarixli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 16 may 2020-ci il, ¹ 95) ilə 2.1-ci bəndə “1.0.54-cü” sözlərindən sonra “ ,14.8-1-ci” sözləri əlavə edilmişdir.

 

19 iyul 2019-cu il tarixli 782 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 20 iyul 2019-cu il, ¹ 156, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹ 7, maddə 1229) ilə 2.1-ci bəndin “22.5-1-ci” sözlərindən sonra “, 22.12-ci” sözləri əlavə edilmişdir, “30.2-ci maddəsinin” sözlərindən əvvəl “” sözü “,” durğu işarəsi ilə əvəz edilmişdir və birinci halda “nəzərdə tutulmuş” sözlərindən əvvəl “və 44.1-1-ci maddəsində (hər iki halda)” sözləri əlavə edilmişdir.

 

[2] 19 iyul 2019-cu il tarixli 782 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 20 iyul 2019-cu il, ¹ 156, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹ 7, maddə 1229) ilə yeni məzmunda 2.1-1-ci bənd əlavə edilmişdir.

 

[3] 9 mart 2012-ci il tarixli 596 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, ¹ 03, maddə 197) ilə 2.2-ci bənddə “29.0.9-cu” sözləri “29.0.9-cu (ilk peşə-ixtisas təhsili müəssisələrinə tələbə qəbulu planının müəyyənləşdirilməsi üzrə)” sözləri ilə əvəz edilmişdir.

19 aprel 2012-ci il tarixli 610 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 20 aprel 2012-ci il, ¹ 85, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, ¹ 04, maddə 289) ilə 2.2-ci bənddə “36.3-cü” sözlərindən əvvəl “32.3.13-cü,” sözləri əlavə edilmişdir.

27 yanvar 2016-cı il tarixli 754 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 30 yanvar 2016-cı il, ¹ 21, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 01, maddə 76) ilə 2.2-ci bənddə “, 22.6-cı və 22.7-ci” sözləri “və 22.6-cı” sözləri ilə əvəz edilmişdir.

21 dekabr 2016-cı il tarixli 1168 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 28 dekabr 2016-cı il, ¹ 289; “Xalq” qəzeti, 28 yanvar 2017-ci il, ¹ 19, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 12, maddə 2086) ilə 2.2-ci bənddən “(ilk peşə-ixtisas təhsili müəssisələrinə tələbə qəbulu planının müəyyənləşdirilməsi üzrə)” sözləri çıxarılmışdır, “26.5-ci maddəsinin ikinci cümləsində,” sözlərindən sonra “26.2-ci, 26.4-cü, 26.6-cı,” sözləri əlavə edilmişdir.

10 oktyabr 2017-ci il tarixli 1633 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 11 oktyabr 2017-ci il, ¹ 222, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹ 10, maddə 1800) ilə 2.2-ci bənddə “10.4-cü,” sözlərindən sonra “11.5-ci,” sözləri əlavə edilmişdir, “və təhsilalanların attestasiyasının, o cümlədən yekun attestasiyasının” sözləri “attestasiyasının, ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının)” sözləri ilə əvəz edilmişdir.

19 dekabr 2017-ci il tarixli 1745 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 20 dekabr 2017-ci il, ¹ 281, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹ 12, I kitab, maddə 2313) ilə 2.2-ci bənddə “26.5-ci maddəsinin ikinci cümləsində,” sözlərindən sonra “26.5-1-ci maddəsinin ikinci cümləsində,” sözləri əlavə edilmişdir.

 

28 fevral 2018-ci il tarixli 1852 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti 1 mart 2018-ci il, ¹ 47, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 2, maddə 216) ilə 2.2-ci bənddə “29.0.15-ci,” sözlərindən sonra “29.0.16-cı (“Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət tərəfindən yaradılan ali təhsil müəssisələrinin nizamnamələrinin, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla, təsdiq edilməsi üzrə),” sözləri əlavə edilmişdir.

 

[4] 9 mart 2012-ci il tarixli 596 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, ¹ 03, maddə 197) ilə yeni məzmunda 2.2-1-ci bənd əlavə edilmişdir.

 

21 dekabr 2016-cı il tarixli 1168 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 28 dekabr 2016-cı il, ¹ 289; “Xalq” qəzeti, 28 yanvar 2017-ci il, ¹ 19, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 12, maddə 2086) ilə 2.2-1-ci bənd ləğv edilmişdir.

 

[5] 19 aprel 2012-ci il tarixli 610 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 20 aprel 2012-ci il, ¹ 85, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, ¹ 04, maddə 289) ilə 2.3-cü bənddən “32.3.13-cü,” və “və təhsilalanların” sözləri çıxarılmışdır.

 

19 aprel 2012-ci il tarixli 610 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 20 aprel 2012-ci il, ¹ 85, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, ¹ 04, maddə 289) ilə 2.3-cü bənddə “29.0.42-ci” sözlərindən sonra “(ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə təhsilalanların biliyinin yekun qiymətləndirməsi (attestasiyası) vəzifəsi istisna olmaqla)” sözləri əlavə edilmişdir.

 

1 iyun 2012-ci il tarixli 638 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 2 iyun 2012-ci il, ¹ 120, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, ¹ 06, maddə 532) ilə 2.3-cü bənddə hər iki halda “istisna olmaqla” sözlərindən əvvəl “və yerli icra hakimiyyəti orqanlarının tabeliyində olan məktəbəqədər təhsil müəssisələri” sözləri, “30.2-ci maddəsinin üçüncü cümləsində” sözlərindən sonra “(yerli icra hakimiyyəti orqanlarının tabeliyində olan məktəbəqədər təhsil müəssisələri istisna olmaqla, digər dövlət təhsil müəssisələrinin elmi və pedaqoji şuralarının yaradılması və fəaliyyəti üzrə),” sözləri və “29.0.36-cı” sözlərindən sonra “(yerli icra hakimiyyəti orqanlarının tabeliyində olan məktəbəqədər təhsil müəssisələri istisna olmaqla, digər dövlət təhsil müəssisələrinin texniki vasitələrlə təminatının həyata keçirilməsi üzrə)” sözləri əlavə edilmişdir.

 

7 noyabr 2016-cı il tarixli 1097 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 16 noyabr 2016-cı il, ¹ 253, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 11, maddə 1804) ilə 2.3-cü bəndə hər iki halda “dövlət ali təhsil müəssisələri” sözlərindən sonra “, Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyindəki ilk peşə-ixtisas təhsili müəssisələri” sözləri əlavə edilmişdir.

 

21 dekabr 2016-cı il tarixli 1168 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 28 dekabr 2016-cı il, ¹ 289; “Xalq” qəzeti, 28 yanvar 2017-ci il, ¹ 19, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 12, maddə 2086) ilə 2.3-cü bəndə hər iki halda “Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyindəki ilk peşə-ixtisas təhsili müəssisələri” sözlərindən sonra “, Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olmayan təhsili müəssisələri” sözləri əlavə edilmişdir.

 

21 iyul 2017-ci il tarixli 1550 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 25 iyul 2017-ci il, ¹ 158, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹7 , maddə 1360) ilə 2.3-cü bənddən “29.0.31-ci,” sözləri çıxarılmışdır.

 

10 oktyabr 2017-ci il tarixli 1633 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 11 oktyabr 2017-ci il, ¹ 222, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹ 10, maddə 1800) ilə 2.3-cü bənddə “ümumi təhsil müəssisələrində təhsilverənlərin attestasiyasının həyata keçirilməsi üzrə” sözlərindən əvvəl “ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsi (attestasiyası) istisna olmaqla, təhsilalanların attestasiyasının aparılması qaydasının müəyyən edilməsi üzrə,” sözləri əlavə edilmişdir.

 

19 dekabr 2017-ci il tarixli 1745 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 20 dekabr 2017-ci il, ¹ 281, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹ 12, I kitab, maddə 2313) ilə 2.3-cü bənddə “19.12-ci maddələrində” sözləri “19.12-ci, 22.3-1-ci maddələrində, 26.5-1-ci maddəsinin birinci cümləsində” sözləri ilə əvəz edilmişdir.

 

16 may 2019-cu il tarixli 696 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 18 may 2019-cu il, ¹ 108, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹5, maddə 848) ilə 2.3-cü bənddə hər iki halda “Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyindəki ilk peşə-ixtisas” sözləri “peşə” sözü ilə əvəz edilmişdir.

 

26 avqust 2019-cu il tarixli 816 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 27 avqust 2019-cu il, ¹ 186, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹ 8, maddə 1398) ilə 2.3-cü bəndə “29.0.6-cı” sözlərindən sonra “, 29.0.11-ci (“Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi” dövlət elektron məlumat sisteminin yaradılması və ondan istifadənin təmin edilməsi üzrə)” sözləri əlavə edilmişdir.

 

[6] 19 iyul 2019-cu il tarixli 782 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 20 iyul 2019-cu il, ¹ 156, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹ 7, maddə 1229) ilə yeni məzmunda 2.3-1-ci bənd əlavə edilmişdir.

 

[7] 19 aprel 2012-ci il tarixli 610 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 20 aprel 2012-ci il, ¹ 85, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, ¹ 04, maddə 289) ilə 2.4-cü bənddə “və 29.0.11-ci” sözləri “, 29.0.11-ci və 29.0.42-ci (ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) üzrə)” sözləri ilə əvəz edilmişdir.

21 dekabr 2016-cı il tarixli 1168 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 28 dekabr 2016-cı il, ¹ 289; “Xalq” qəzeti, 28 yanvar 2017-ci il, ¹ 19, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 12, maddə 2086) ilə 2.4-cü bənddən “26.2-ci, 26.4-cü və 26.6-cı maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini, o cümlədən həmin Qanunun” sözləri çıxarılmışdır, “Tələbə Qəbulu üzrə Dövlət Komissiyası” sözləri “Dövlət İmtahan Mərkəzi” sözləri ilə əvəz edilmişdir.

10 oktyabr 2017-ci il tarixli 1633 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 11 oktyabr 2017-ci il, ¹ 222, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹ 10, maddə 1800) ilə 2.4-cü bənddə “və 29.0.42-ci” sözlərindən əvvəl “, 29.0.29-cu (ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsinin (attestasiyasının) həyata keçirilməsi üzrə)” sözləri əlavə edilmişdir.

26 avqust 2019-cu il tarixli 816 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 27 avqust 2019-cu il, ¹ 186, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹ 8, maddə 1398) ilə 2.4-cü bəndə “29.0.11-ci” sözlərindən sonra “(“Tələbə-məzun” və “Şagird-məzun” dövlət elektron məlumat sistemlərinin yaradılması və onlardan istifadənin təmin edilməsi üzrə)” sözləri əlavə edilmişdir.

 

[8] 1 iyun 2012-ci il tarixli 638 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 2 iyun 2012-ci il, ¹ 120, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, ¹ 06, maddə 532) ilə 2.8-ci bənddə “mərkəzi” sözündən sonra “və yerli” sözləri əlavə edilmişdir, həmin bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və yeni məzmunda 2.9-cu bənd əlavə edilmişdir.

 

21 dekabr 2016-cı il tarixli 1168 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 28 dekabr 2016-cı il, ¹ 289; “Xalq” qəzeti, 28 yanvar 2017-ci il, ¹ 19, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 12, maddə 2086) ilə 2.8-ci bənddə “həmin Qanunun” sözlərindən sonra “30.2-ci maddəsinin birinci cümləsində (dövlət ali təhsil müəssisələri və Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyindəki ilk peşə-ixtisas təhsili müəssisələri istisna olmaqla, digər dövlət təhsil müəssisələri rəhbərlərinin vəzifəyə təyin edilməsi və vəzifədən azad edilməsi üzrə) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini,” sözləri əlavə edilmişdir və “29.0.16-cı” sözlərindən əvvəl “29.0.13-cü maddəsində (dövlət ali təhsil müəssisələri və Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyindəki ilk peşə-ixtisas təhsili müəssisələri istisna olmaqla, digər dövlət təhsil müəssisələri rəhbərlərinin vəzifəyə təyin edilməsi və vəzifədən azad edilməsi üzrə),” sözləri əlavə edilmişdir.

 

28 fevral 2018-ci il tarixli 1852 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti 1 mart 2018-ci il, ¹ 47, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 2, maddə 216) ilə 2.8-ci bənddə “29.0.16-cı” sözlərindən sonrakı mötərizədə “nizamnamələri Azərbaycan Respublikasının Prezidenti” sözlərindən sonra “və Azərbaycan Respublikasının Nazirlər Kabineti” sözləri əlavə edilmişdir.

 

[9] 7 noyabr 2016-cı il tarixli 1097 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 16 noyabr 2016-cı il, ¹ 253, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 11, maddə 1804) ilə 2.9-cu bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və yeni məzmunda 2.10-cu bənd əlavə edilmişdir.

16 may 2019-cu il tarixli 696 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 18 may 2019-cu il, ¹ 108, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹5, maddə 848) ilə 2.8-ci bənddə hər iki halda və 2.10-cu bənddə “ilk peşə-ixtisas” sözləri “peşə” sözü ilə əvəz edilmişdir.

 

[10] 21 iyul 2017-ci il tarixli 1550 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 25 iyul 2017-ci il, ¹ 158, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹7 , maddə 1360) ilə yeni məzmunda 2.10-1-ci bənd əlavə edilmişdir.

 

[11] 23 noyabr 2016-cı il tarixli 1121 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 24 noyabr 2016-cı il, ¹ 260, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹ 11, maddə 1828) ilə 2.10-cu bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və yeni məzmunda 2.11-ci bənd əlavə edilmişdir.

15 may 2020-ci il tarixli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 16 may 2020-ci il, ¹ 95) ilə 2.11-ci bəndə “1.0.54-cü,” sözlərindən sonra “14.8-1-ci,” sözləri əlavə edilmişdir.

 

[12] 28 fevral 2018-ci il tarixli 1852 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti 1 mart 2018-ci il, ¹ 47, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 2, maddə 216) ilə 2.11-ci bəndin sonundakı nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və yeni məzmunda 2.12-ci bənd əlavə edilmişdir.

 

[13] 10 dekabr 2018-ci il tarixli 388 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 12 dekabr 2018-ci il, ¹ 280, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 12, I kitab, maddə 2543) ilə 2.12.2-ci yarımbəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və yeni məzmunda 2.13-cü bənd əlavə edilmişdir.