“Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məhv edilməsi nəzərdə tutulan narkotik vasitələrdən müvafiq icra hakimiyyəti orqanlarının kinoloji xidmətləri tərəfindən narkotik vasitələrin axtarışı üzrə aparılan təlimlərdə istifadə olunması Qaydası”nın təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİNİN QƏRARI

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 13 yanvar tarixli 43 nömrəli Fərmanının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məhv edilməsi nəzərdə tutulan narkotik vasitələrdən müvafiq icra hakimiyyəti orqanlarının kinoloji xidmətləri tərəfindən narkotik vasitələrin axtarışı üzrə aparılan təlimlərdə istifadə olunması Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

 

Azərbaycan Respublikası Baş nazirinin birinci müavini  Y.EYYUBOV

 

Bakı şəhəri, 19 mart 2009-cu il

№ 39


Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 19 mart tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmişdir

Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məhv edilməsi nəzərdə tutulan narkotik vasitələrdən müvafiq icra hakimiyyəti orqanlarının kinoloji xidmətləri tərəfindən narkotik vasitələrin axtarışı üzrə aparılan təlimlərdə istifadə olunması

QAYDASI

1. Bu Qayda “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, məhv edilməsi nəzərdə tutulan narkotik vasitələrdən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin və Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin (bundan sonra - müvafiq icra hakimiyyəti orqanları) kinoloji xidmətləri tərəfindən kinoloji xidmət itlərinin narkotik vasitələrin axtarışı üzrə aparılan təlimlərində istifadə olunması məqsədi ilə narkotik vasitələrin alınması, qeydiyyatının aparılması, saxlanılması, verilməsi və məhv edilməsi qaydalarını müəyyən edir.

2. Müvafiq icra hakimiyyəti orqanları kinoloji xidmətlərinin narkotik vasitələrə tələbatı yarandığı halda, müvafiq icra hakimiyyəti orqanlarının rəhbərləri Azərbaycan Respublikasının Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasına (bundan sonra - Komissiya) yazılı formada müraciət edirlər.

Komissiya müraciətə baxaraq, məhv edilməsi nəzərdə tutulan narkotik vasitələrdən müraciət etmiş müvafiq icra hakimiyyəti orqanlarına verilməsi barədə qərar qəbul edir və həmin narkotik vasitələr Komissiyanın işçi qrupu tərəfindən aktlaşdırılaraq, qərarla müəyyən edilmiş miqdarda müvafiq icra hakimiyyəti orqanını etibarnamə əsasında təmsil edən vəzifəli şəxsə verilir.

3. Müvafiq icra hakimiyyəti orqanları narkotik vasitələrdən və onların iy daşıyıcılarından bu Qaydaya və qanunvericiliyə uyğun istifadə edilməsi barədə il ərzində bir dəfədən az olmayaraq, Komissiyaya hesabat təqdim edirlər.

4. Narkotik vasitələr və onların iy daşıyıcıları mühafizə olunan və siqnalizasiya ilə təchiz olunmuş otaqlarda xüsusi dəmir seyflərdə ağızları möhkəm bağlanmış şüşə və ya plastik qablarda saxlanılır.

5. Narkotik vasitələr və onların iy daşıyıcıları iş gününün sonunda onların saxlanılması müvafiq əmrlə həvalə olunmuş maddi məsul şəxsə təhvil verilir.

6. Kinoloji xidmət itlərinin narkotik vasitələrin axtarışı üzrə aparılan təlimlərində istifadə olunan narkotik vasitələrin və onların iy daşıyıcılarının qeydiyyatının aparılmasına, saxlanılmasına və verilməsinə maddi məsul şəxslər, müvafiq icra hakimiyyəti orqanlarının kinoloji xidmət rəhbərləri və (və ya) müvafiq struktur bölmələrinin rəhbərləri nəzarət edirlər.

7. Narkotik vasitələrin qeydiyyatı, onların təhvil verilməsi və təhvil alınması nömrələnmiş, qaytanlanmış və möhürlənmiş jurnallarda aparılır (1 və 2 nömrəli əlavələr). Bu jurnallar maddi məsul şəxsdə saxlanılır.

8. Bir kinoloji xidmət itinin təlimində istifadə olunan narkotik vasitələrin norması - 350 qram marixuana və onun törəmələri (həşiş və həşiş qatranı), 350 qram xaş-xaş küləşi, 30 qram tiryək, 40 qram heroin, 40 qram kokain olmaqla müəyyənləşdirilir.

Zərurət yarandıqda, təlimlərdə Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 960-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların Siyahıları”nda göstərilmiş narkotik vasitələrdən də istifadə oluna bilər. Bu zaman narkotik vasitənin mənşəyi və bu bəndin birinci abzasında müəyyən edilmiş normalar nəzərə alınmalıdır.

9.           Narkotik vasitələrin axtarışı üzrə aparılan təlimlərdə istifadə olunan narkotik vasitələrin iy daşıyıcıları müvafiq icra hakimiyyəti orqanlarında təşkil edilmiş komissiyanın iştirakı ilə akt tərtib olunmaqla, həmin orqanların kinoloji xidmətləri tərəfindən hazırlanır (3 nömrəli əlavə). Bunun üçün müvafiq icra hakimiyyəti orqanının kinoloji xidmətinin və ya müvafiq struktur bölməsinin rəhbəri müvafiq icra hakimiyyəti orqanının rəhbərliyinə narkotik vasitələrin mənşəyi və miqdarı göstərilməklə, raportla müraciət edir.

10. Yararsız vəziyyətə düşmüş və öz xüsusiyyətlərini dəyişmiş (iyini və toksiki baxımdan əhəmiyyətini itirmiş, rəngini dəyişmiş) narkotik vasitələr müvafiq icra hakimiyyəti orqanlarında yaradılmış komissiya tərəfindən aktlaşdırılaraq, məhv edilməsi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 6 oktyabr tarixli 181 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi Qaydası”nın 4-cü bəndinə uyğun olaraq yaradılmış Müsadirə edilmiş narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını Məhvetmə Komissiyasına təhvil verilir (4 nömrəli əlavə). Narkotik vasitələrin iy daşıyıcıları isə müvafiq icra hakimiyyəti orqanlarının kinoloji xidmətlərinin iştirakı ilə müvafiq icra hakimiyyəti orqanlarında yaradılmış komissiya tərəfindən akt tərtib edilməklə, məhv edilir (5 nömrəli əlavə).

Təlimlərdə istifadə olunan taxta və polimer materiallar birinci təlimdən sonra silinə bilər və həmin materiallardan təkrarən narkotik vasitələrin iy daşıyıcılarının hazırlanmasında istifadə oluna bilər.

11.       Təlimlərdə istifadə olunan narkotik vasitələrin qeydiyyatı, təhvil verilməsi və təhvil alınması jurnalları, həmçinin narkotik vasitələrin iy daşıyıcılarının hazırlanması, narkotik vasitələrin və onların iy daşıyıcılarının məhv edilməsi aktları üç il müddətinə saxlanılır.

12.       Bu Qaydanın pozulmasına görə vəzifəli şəxslər qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.


 

"Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məhv edilməsi nəzərdə tutulan narkotik vasitələrdən müvafiq icra hakimiyyəti orqanlarının kinoloji xidmətləri tərəfindən narkotik vasitələrin axtarışı üzrə aparılan təlimlərdə istifadə olunması Qaydası"na

1 nömrəli əlavə

(üz qabığı)

Kinoloji xidmət itlərinin narkotik vasitələrin axtarışı üzrə aparılan təlimlərində istifadə olunan narkotik vasitələrin qeydiyyatı

JURNALI

_________________________________________

(orqanın adı)

 

Başlanıb “_____” _____________ 20___ il

Qurtarıb “_____” _____________ 20___ il

                  

 

 

 

                                                                                                                                                          (səhifələri)

Sıra

№-si

Tarix

Narkotik

vasitənin

adı

Miqdarı

və çəkisi

(sözlə

yazılmalı)

Haradan

daxil olub,

sənədin

tarixi və nömrəsi

Narkotik

vasitəni

təhvil almış

şəxsin soyadı, adı, atasının adı və vəzifəsi

Narkotik

vasitəni

təhvil

almış şəxsin imzası

Qeyd

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

 

 


 

"Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məhv edilməsi nəzərdə tutulan narkotik vasitələrdən müvafiq icra hakimiyyəti orqanlarının kinoloji xidmətləri tərəfindən narkotik vasitələrin axtarışı üzrə aparılan təlimlərdə istifadə olunması Qaydası"na

2 nömrəli əlavə

(üz qabığı)

Kinoloji xidmətlər tərəfindən kinoloji xidmət itlərinin narkotik vasitələrin axtarışı üzrə aparılan təlimlərində istifadə olunan narkotik vasitələrin təhvil verilməsi və təhvil alınmasının qeydiyyatı

JURNALI

_________________________________________

(orqanın adı)

 

Başlanıb “_____” _____________ 20___ il

Qurtarıb “_____” _____________ 20___ il

 

 

 

 

                                                                                                                                       (səhifələri)

 

 

 

 

 

Sıra

-si

Narkotik vasitənin adı

Kimə

verilib

(adı, soyadı, atasının

adı və vəzifəsi)

Alınma məqsədi

Təhvil verdi

Təhvil aldı

Qeyd

tarix

miqdarı və çəkisi

(sözlə

yazılmalı)

imza

tarix

miqdarı

və çəkisi

(sözlə

yazılmalı)

imza

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

 

 

 

 

“Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məhv edilməsi nəzərdə tutulan narkotik vasitələrdən müvafiq icra hakimiyyəti orqanlarının kinoloji xidmətləri tərəfindən narkotik vasitələrin axtarışı üzrə aparılan təlimlərdə istifadə olunması Qaydası”na

 

3 nömrəli əlavə

 

 

Kinoloji xidmət itlərinin narkotik vasitələrin axtarışı üzrə aparılan təlimlərində istifadə olunan narkotik vasitələrin iy daşıyıcılarının hazırlanması barədə

AKT

 

“_____” _____________ 20___ il                                                                       _________________________

 

Komissiyanın sədri ______________________________________________________________________

                                                                 (adı, soyadı, atasının adı və vəzifəsi)

Komissiyanın üzvləri: ___________________________________________________________________

                                                                 (adı, soyadı, atasının adı və vəzifəsi)

________________________________________________________________________________________

________________________________________________________________________________________

______________________________________________________________________________________

İstifadə olunmuş narkotik vasitələr haqqında məlumat:

Sıra

-si

Narkotik vasitənin adı

Miqdarı və çəkisi (sözlə yazılmalı)

Eyniləşdirmə nömrəsi

Qeyd

 

 

 

 

 

 

 

 

 

 

Narkotik vasitələrin iy daşıyıcılarının hazırlanması metodu: _________________________________

______________________________________________________________________________________

Nəticə:________________________________________________________________________________

______________________________________________________________________________________

 

                                                                                                                     Komissiya sədrinin imzası

_______________

Komissiya üzvlərinin imzaları:

 

1. __________________

2. __________________

3. __________________

 


 

"Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məhv edilməsi nəzərdə tutulan narkotik vasitələrdən müvafiq icra hakimiyyəti orqanlarının kinoloji xidmətləri tərəfindən narkotik vasitələrin axtarışı üzrə aparılan təlimlərdə istifadə olunması Qaydası"na

4 nömrəli əlavə

Kinoloji xidmət itlərinin narkotik vasitələrin axtarışı üzrə aparılan təlimlərində istifadə olunan narkotik vasitələrin Müsadirə edilmiş narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını Məhvetmə Komissiyasına təhvil verilməsi barədə

AKT

“_____” _____________ 20___ il                                                                       ___________________________

 

Komissiyanın sədri ________________________________________________________________________

           (adı, soyadı, atasının adı və vəzifəsi)

Komissiyanın üzvləri: _____________________________________________________________________

                                                                 (adı, soyadı, atasının adı və vəzifəsi)

__________________________________________________________________________________________

_________________________________________________________________________________________

_________________________________________________________________________________________

Aşağıdakı miqdarda narkotik vasitələri Müsadirə edilmiş narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını Məhvetmə Komissiyasına təhvil verdilər:

 

Sıra

-si

Narkotik vasitənin adı

Miqdarı və çəkisi

(sözlə yazılmalı)

Qeyd

 

 

 

 

 

 

 

 

Komissiya sədrinin imzası

_______________

Komissiya üzvlərinin imzaları:

1.________________

2._____________

3.______________       

Təhvil aldı:________________________________________________________________________________

(adı, soyadı, atasının adı, vəzifəsi və imzası)

 

"Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məhv edilməsi nəzərdə tutulan narkotik vasitələrdən müvafiq icra hakimiyyəti orqanlarının kinoloji xidmətləri tərəfindən narkotik vasitələrin axtarışı üzrə aparılan təlimlərdə istifadə olunması Qaydası”na

5 nömrəli əlavə

 

 

Kinoloji xidmət itlərinin narkotik vasitələrin axtarışı üzrə aparılan təlimlərində istifadə olunan narkotik vasitələrin iy daşıyıcılarının məhv edilməsi barədə

 

AKT

“_____” _____________ 20___ il                                                                    ___________________________

 

Komissiyanın sədri ______________________________________________________________________

           (adı, soyadı, atasının adı və vəzifəsi)

Komissiyanın üzvləri: ___________________________________________________________________

                                                                 (adı, soyadı, atasının adı və vəzifəsi)

_______________________________________________________________________________________

______________________________________________________________________________________

______________________________________________________________________________________

Aşağıdakı miqdarda narkotik vasitələrin iy daşıyıcılarını məhv etdilər:

 

Sıra

-si

Narkotik vasitənin adı

Miqdarı və çəkisi

(sözlə yazılmalı)

Qeyd

 

 

 

 

 

 

 

 

Məhv edilmə üsulu:_____________________________________________________________________

Komissiya sədrinin imzası

_______________

Komissiya üzvlərinin imzaları:

1.________________

2._____________

3.______________