Küveyt Dövlətinin Əmiri şeyx Sabah əl-Əhməd əl-Cabir əs-Sabahın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

 

Küveyt Dövləti ilə Azərbaycan Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsindəki xüsusi xidmətlərinə görə Küveyt Dövlətinin Əmiri şeyx Sabah əl-Əhməd əl-Cabir əs-Sabah “Heydər Əliyev” ordeni ilə təltif edilsin.

 

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti.

 

Bakı şəhəri, 9 fevral 2009-cu il.

№ 136