"Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin insan alverinə qarşı mübarizə sahəsində 2007-2010-cu illər üçün əməkdaşlıq Proqramı haqqında" Qərarın təsdiq edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. "Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin insan alverinə qarşı mübarizə sahəsində 2007-2010-cu illər üçün əməkdaşlıq Proqramı haqqında" 2006-cı il noyabrın 28-də Minsk şəhərində imzalanmış Qərar Azərbaycan Respublikasının ona dair xüsusi rəyi ilə (xüsusi rəyin mətni əlavə olunur) təsdiq edilsin.

II. Bu qanun dərc edildiyi gündən qüvvəyə minir.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 30 dekabr 2008-ci il

№ 749-IIIQ

 

 

 

Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin insan alverinə qarşı mübarizə sahəsində 2007-2010-cu illər üçün əməkdaşlıq Proqramı haqqında

 

QƏRAR

 

Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurası qərara aldı:

1. Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin insan alverinə qarşı mübarizə sahəsində 2007-2010-cu illər üçün əməkdaşlıq Proqramı təsdiq edilsin (əlavə olunur).

Bu Proqramın birgə tədbirlərinin reallaşdırılması MDB-nin iştirakçısı olan maraqlı dövlətlər tərəfindən razılaşmaya əsasən, müvafiq dövlət orqanlarının fəaliyyətinin təmin edilməsi üçün milli büdcələrdə hər il nəzərdə tutulan maliyyə vəsaitləri çərçivəsində həyata keçirilir.

2. Bu Qərar imzalandığı tarixdən, onun qüvvəyə minməsi üçün qanunvericiliyində dövlətdaxili prosedurların yerinə yetirilməsi tələb olunan dövlətlər üçün isə depozitariyə müvafiq bildiriş təhvil verildiyi andan qüvvəyə minir.

3. Sənəd 2006-cı il 28 noyabr tarixində Minsk şəhərində bir əsl nüsxədən ibarət olmaqla rus dilində imzalanmışdır. Əsl nüsxə Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsində saxlanılmaqla onun təsdiq edilmiş surəti bu Qərarı imzalamış hər bir dövlətə göndəriləcəkdir.

 

Azərbaycan Respublikası

Moldova Respublikası

adından

adından

(imza, xüsusi rəylə)

—

Ermənistan Respublikası

Rusiya Federasiyası

adından

adından

(imza)

(imza)

Belarus Respublikası

Tacikistan Respublikası

adından

adından

(imza)

(imza)

Gürcüstan

Türkmənistan

adından

adından

—

—

Qazaxstan Respublikası

Ukrayna

adından

adından

(imza)

(imza, qeyd-şərtlə)

Qırğızıstan Respublikası

 

adından

 

(imza)

 

 

 

Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin

Dövlət başçıları Şurasının "Müstəqil Dövlətlər

Birliyinin iştirakçısı olan dövlətlərin insan alverinə

qarşı mübarizə sahəsində 2007-2010-cu illər üçün

əməkdaşlıq Proqramı haqqında" 28 noyabr 2006-cı il

tarixli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin insan alverinə qarşı mübarizə sahəsində 2007- 2010-cu illər üçün

 

ƏMƏKDAŞLIQ   PROQRAMI

 

PROQRAMIN PASPORTU

Adı

Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin insan alverinə qarşı mübarizə sahəsində 2007-2010-cu illər üçün əməkdaşlıq proqramı (bundan sonra - Proqram)

Qərarı qəbul etmiş orqan

MDB-nin iştirakçısı olan dövlətlərin Baş Prokurorlarının Əlaqələndirmə Şurası

Əsas tərtibçilər

MDB-nin iştirakçısı olan dövlətlərin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının Katibliyi

Əsas icraçılar

MDB-nin iştirakçısı olan dövlətlər, onların səlahiyyətli orqanları, nizamnamə orqanları və sahəvi əməkdaşlıq orqanları, MDB-nin iştirakçısı olan dövlətlərin Parlamentlerarası Assambleyası, MDB-nin İcraiyyə Komitəsi

Məqsəd və vəzifələr

Proqramın məqsədi: MDB-nin iştirakçısı olan dövlətlərin, MDB-nin nizamnamə və sahəvi əməkdaşlıq orqanlarının insan alverinə qarşı mübarizə sahəsində əməkdaşlığının daha da təkmilləşdirilməsi

 

Proqramın əsas vəzifələri:

 

əməkdaşlığın beynəlxalq hüquqi  bazasının genişləndirilməsi  və möhkəmləndirilməsi;

 

milli qanunvericiliyin təkmilləşdirilməsi və harmonizasiyası;

 

razılaşdırılmış prosessual hərəkətlərin, profilaktik əməliyyat-axtarış tədbirlərinin və xüsusi əməliyyatların keçirilməsi;

 

əməkdaşlığın informasiya və elmi təminatı;

 

BMT-nin bu sahədə əsas sənədlərinin tələblərinin ardıcıl olaraq reallaşdırılması;

 

kadrların hazırlanması və mütəxəssislərin ixtisaslarının artırılmasında əməkdaşlıq

Həyata keçirilmə müddətləri və mərhələləri

 

2007-2010-cu illər

 

 

Əsas tədbirlərin siyahısı, onların icraçıları və həyata keçirilməsi müddətləri

Təşkilati-hüquqi tədbirlər

MDB-nin iştirakçısı olan dövlətləri MDB-nin nizamnamə orqanları və sahəvi əməkdaşlıq orqanları, PAA

2007-2010-cu illər

 

Təşkilati-praktik tədbirlər

MDB-nin iştirakçısı olan dövlətləri MDB-nin nizamnamə orqanları və sahəvi əməkdaşlıq orqanları, PAA

2007-2010-cu illər

 

İnformasiya və elmi təminat

MDB-nin    iştirakçısı    olan   dövlətləri  MDB-nin  nizamnamə   orqanları      sahəvi əməkdaşlıq orqanları, PAA

2007-2010-cu illər

 

Kadr təminatı

MDB-nin    iştirakçısı    olan dövlətləri  MDB-nin  nizamnamə   orqanları və sahəvi əməkdaşlıq orqanları, PAA

2007-2010-cu illər

 

Maliyyə təminatı

MDB-nin  iştirakçısı olan dövlətləri MDB-nin nizamnamə orqanları və   sahəvi əməkdaşlıq orqanları, PAA

2007-2010-cu illər

 

Nəzarət mexanizmi

MDB-nin iştirakçısı olan dövlətləri, MDB-nin nizamnamə orqanları və sahəvi əməkdaşlıq orqanları, PAA

 

2007-2010-cu illər

 

 

Maliyyələşdirmənin həcmi və əsas mənbələri, maliyyə vəsaitlərinin xərclənmə istiqamətləri

Proqramın birgə tədbirlərinin maliyyələşdirilməsi MDB-nin iştirakçısı olan dövlətlər tərəfindən razılaşmaya əsasən, müvafiq dövlət orqanlarının fəaliyyətinin təmin edilməsi üçün milli büdcələrdə hər il nəzərdə tutulan maliyyə vəsaitləri çərçivəsində həyata keçirilir

Reallaşmanın gözlənilən son nəticələri

MDB-nin iştirakçısı olan dövlətlərin əməkdaşlığının effektivliyinin, razılaşdırılmış prosessual hərəkətlərin, profilaktik tədbirlərin, əməliyyat-axtarış tədbirlərinin və xüsusi əməliyyatların səmərəliliyinin artırılması

İcraya nəzarətin təşkili sistemi

Bu Proqramın həyata keçirilməsi vəziyyəti barədə MDB İcraiyyə Komitəsinin məlumatlandırılması.

 

Proqramın yerinə yetirilməsi vəziyyətinə MDB-nin nizamnamə orqanları və sahəvi əməkdaşlıq orqanları tərəfindən hər il baxılması. Proqramın yerinə yetirilməsi vəziyyəti barədə MDB-nin İcraiyyə Komitəsi tərəfindən Birliyin Dövlət Başçıları Şurasına və Hökumət Başçıları Şurasına hər il məruzənin təqdim edilməsi

İstifadə edilmiş ixtisarlaкжn siyahısı

PAA - MDB-nin iştirakçısı olan dövlətlərin Parlamentlərarası Assambleyası

 

BPƏŞ - MDB-nin iştirakçısı olan dövlətlərin Baş Prokurorlarının Əlaqələndirmə Şurası,

 

DİNŞ - MDB-nin iştirakçısı olan dövlətlərin Daxili İşlər Nazirləri Şurası,

 

TORŞ - MDB-nin iştirakçısı olan dövlətlərin Təhlükəsizlik Orqanları və xüsusi xidmətləri Rəhbərlərinin Şurası,

 

VİORƏŞ - MDB-nin iştirakçısı olan dövlətlərin Vergi (Maliyyə) İstintaqı Orqanlarının Rəhbərlərinin Əlaqələndirmə Şurası,

 

GXRŞ - MDB iştirakçı dövlətlərinin Gömrük Xidməti Rəhbərləri Şurası,

 

SQKŞ - Sərhəd Qoşunları Komandanları Şurası,

 

ƏNŞ - MDB-nin iştirakçısı olan dövlətlərin Ədliyyə Nazirləri Şurası,

 

MCMƏB - MDB iştirakçı dövlətlərinin ərazilərində Mütəşəkkil Cinayətkarlıqla və digər təhlükəli cinayətlərlə Mübarizənin Əlaqələndirilməsi Bürosu.

 

Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin insan alverinə qarşı mübarizə sahəsində 2007-2010-cu illər üçün əməkdaşlıq proqramı MDB-nin iştirakçısı olan dövlətlərin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının təşəbbüsü ilə hazırlanmışdır.

Proqramın qəbul edilməsi müasir dövrdə təhlükəsizliyə qarşı hədə və təhdidlərə əks-təsirin göstərilməsində MDB-nin iştirakçısı olan dövlətlərin əməkdaşlığının səmərəliliyinin artırılması zərurətindən irəli gəlir.

Proqramda nəzərdə tutulan kompleks tədbirlər MDB-nin iştirakçısı olan dövlətlərdə kriminogen vəziyyətin təhlilinə və onun inkişaf proqnozlarına, elmi tədqiqatların nəticelərinə, insan alverinə qarşı mübarizə təcrübəsinə, o cümlədən birgə fəaliyyət təcrübəsinə əsaslanır.

Proqramın məqsədi insan alvərinə qarşı mübarizə sahəsində MDB-nin iştirakçısı olan dövlətlərin, MDB-nin nizamnamə orqanlarının və sahəvi əməkdaşlıq orqanlarının əməkdaşlığının daha da təkmilləşdirilməsidir.

Proqramın əsas vəzifələri: MDB-nin iştirakçısı olan dövlətlərin əməkdaşlığının beynəlxalq hüquqi bazasının genişləndirilməsi və möhkəmləndirilməsi, milli qanunvericiliyin təkmilləşdirilməsi və harmonizasiyası; razılaşdırılmış prosessual hərəkətlərin, profilaktik, əməliyyat-axtarış tədbirlərinin və xüsusi əməliyyatların həyata keçirilməsi; əməkdaşlığın informasiya və elmi təminatı; kadrların hazırlanması və mütəxəssislərin ixtisaslarının artırılmasında əməkdaşlığın həyata keçirilməsi.

Proqramın reallaşması beynəlxalq hüquqda ümumi qəbul edilmiş prinsiplerə və MDB-nin iştirakçısı olan dövlətlərin milli qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.

 

 

Tədbirin adı

İcra müddəti

İcraçılar

Qərarı qəbul edən MDB orqanı

 

1. Təşkilati-hüquqi tədbirlər

 

 

 

1.1.

İnsan alverinə qarşı mübarizə  sahəsində  əməkdaşlığın beynəlxalq-hüquqi bazasının genişləndirilməsi məqsədilə, bu sahədə bağlanılmış əsas beynəlxalq müqavilələrə qoşulma   məsələsinə   baxmaq (əlavəyə bax).

2007-2010-cu illər

Əlavədə qeyd olunan beynəlxalq müqavilələrə         qoşulmamış MDB-nin   iştirakçısı olan dövlətlər

 

1.2.

Aşağıdakı sənədlərin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili    prosedurların həyata keçirilməsinin sürətləndirilməsi tövsiyə edilsin:

2007-ci il

Qeyd olunan beynəlxalq müqavilələri imzalamış, lakin onların qüvvəyə       minməsi üçün dövlətdaxili prosedurları   həyata  keçirməmiş    MDB-nin iştirakçısı   olan   dövlətlər

 

 

a) yetkinlik  yaşına  çatmayanların   daimi   yaşadıqları dövlətlərə qaytarılması məsələlərində   MDB-nin iştirakçısı olan dövlətlərin
əməkdaşlığı haqqında 2002-ci il 7 oktyabr tarixli Saziş;

 

 

 

 

b) İnsanın, onun orqan və toxumalarının alverinə qarşı
mübarizə  sahəsində  MDB-nin iştirakçısı olan dövlətlərin   əməkdaşlığı haqqında 2005-ci il 25 noyabr tarixli Saziş

 

 

 

1.3.

İnsanın, onun orqan və toxumaları alverinə qarşı mübarizə sahəsində MDB-nin iştirakçısı olan dövlətlərin əməkdaşlığı haqqında 2005-ci il 25 noyabr tarixli Sazişin səmərəli       reallaşdırılması məqsədilə   idarələrarası  xarakter daşıyan sazişlərin bağlanılması

2007-2009-cu illər

DİNŞ, BPƏŞ, TORŞ

 

1.4.

MDB-nin iştirakçısı olan dövlətlərin Parlamentlərarası Assambleyasına aşağıdakı sənədlərin hazırlanması tək-lif olunsun:

2008-ci il

PAA

 

 

a) insan alverinə qarşı mübarizə sahəsində model qanunvericilik aktının layihəsi;

 

 

 

 

b) insan alverinin qurbanlarına yardım göstərilməsi haqqında model qanunvericilik aktının layihəsi;

 

 

 

 

c) insan alverinə qarşı mübarizə sahəsində MDB-nin iştirakçısı olan dövlətlərin qanunvericiliyinin unifikasiyasına və harmonizasiyasına dair tövsiyələr

 

 

 

1.5.

Aşağıdakı qanunvericilik və digər normativ hüquqi aktların qəbul edilməsi tövsiyə edilsin:

2007-2009-cu illər

MDB-nin   iştirakçısı olan dövlətlər

 

 

a) insan alveri qurbanlarının hüquq və mənafelərinin müdafiəsinə, onların fiziki, psixoloji və sosial reabilitasiyasına yönəldilmiş;

 

 

 

 

b) beynəlxalq nikah vasitəçiliyi fəaliyyətinin və moda biznesinin, vətəndaşların xaricdə işlə təmin olunması və turizm agentliklərinin lisenziyalaşdırılmasını nəzərdə tutan;

 

 

 

 

c) turizm, vətəndaşların xaricdə işlə təmin olunması və uşaqların xarici vətəndaşlar tərəfindən övladlığa götürülməsi sahəsində strukturların vasitəçilik fəaliyyəti üzərində nəzarətin gücləndirilməsini nəzərdə tutan

 

 

 

1.6.

İnsan alveri qurbanlarının statusunu müəyyən edən konseptual müddəaların hazırlanması

2007-2008-ci illər

BPƏŞ

 

1.7.

İnsan alveri ilə əlaqədar cinayətlər üzrə istintaq və məhkəmə təcrübəsini, prokuror nəzarəti təcrübəsinin öyrənilməsini və ümumiləşdirilməsini həyata keçirmək, zərurət yarandıqda MDB-nin iştirakçısı olan dövlətlərin qanunvericiliyinin və hüquq mühafizə orqanlarının fəaliyyətinin təkmilləşdirilməsinə dair müvafiq təklifləri irəli sürmək

2007-2008-ci illər

BPƏŞ

 

1.8.

Potensial qurbanların qanuni fəaliyyət adı altında insan alverinə cəlb edilməsinə yönəlmiş reklamın yayımlanmasına nəzarəti təmin edən təşkilati-hüquqi tədbirlər görmək

2007-2010-cu illər

MDB-nin   iştirakçısı olan dövlətlər

 

 

II. Təşkilati-praktik tədbirlər

 

 

 

2.1.

 

Aşağıda qeyd olunmuş milli
proqramları qəbul etmək:

2007-2008-ci illər

MDB-nin   iştirakçısı olan dövlətlər

 

 

a) insan alverinə əks-təsir üzrə;

 

 

 

 

b) insan alverinin qurbanlarına psixoloji, hüquqi, tibbi, informasiya və digər yardımın göstərilməsi üzrə

 

 

 

2.2.

BMT-nin 15 noyabr 2000-ci il tarixli Transmilli mütəşəkkil cinayətkarlığa qarşı Konvensiyasını tamamlayan insan alveri, xüsusilə də qadın və uşaq alverinin qarşısının alınması, aradan qaldırılması və cəzalandırılması haqqında Protokolunun icrasına milli səviyyədə məsul olan mərkəzi orqanı müəyyən etmək

2007-2008-ci illər

MDB-nin iştirakçısı olan dövlətlər

 

2.3.

İmkan daxilində, insan alveri qurbanlarına yardım göstərən qeyri-hökumət təşkilatlarının nümayəndələrini cəlb etməklə, insan alverinə əks-təsir məsələləri üzrə milli səviyyədə idarələrarası əlaqələndirici mexanizmi yaratmaq

 

 

2007-2008-ci illər

MDB-nin iştirakçısı olan dövlətlər

 

 

2.4.

İnsan alverinə qarşı mübarizə üzrə razılaşdırılmış prosessual hərəkətlərin, profilaktik, əməliyyat-axtarış tədbirlərinin və xüsusi əməliyyatların həyata keçirilməsini təşkil etmək, ilk növbədə:

2007-2008-ci illər

DİNŞ,

TORŞ,

BPƏŞ,

MCMƏB

(səlahiyyətləri üzrə)

 

 

a) xaricdə işlə təmin edilmə və turizm sahəsində agentliklərin qanunsuz fəaliyyətinin qarşısının alınması üzrə;

 

 

 

 

b) insan alveri qurbanlarının gətirilməsi və çıxarılması kanallarının aşkar və ləğv edilməsi üzrə;

 

 

 

 

c) saxta sənədlərin hazırlanması və satışı üzrə fəaliyyətin aşkar edilməsi və qarşısının alınması üzrə;

 

 

 

 

ç) əxlaqsızlıq yuvalarının və
"görüş evləri"nin aşkar edilməsi və onların fəaliyyətinin qarşısının alınması üzrə;

 

 

 

 

d) "internet" şəbəkəsində pornoqrafik saytların yaradıcılarının, administratorlarının
və hosterlərinin aşkar edilməsi üzre;

 

 

 

 

e) insan alveri ilə bağlı cinayətlərin açılması və istintaqı üzrə

 

 

 

2.5.

İnsan alverinə qarşı ixtisaslaşdırılmış strukturlar (böl-mələr) yaratmaq

2007-2008-ci il

MDB-nin iştirakçısı olan dövlətlər

 

2.6.

Qanunvericiliyin tətbiqini, insan alverinə qarşı mübarizə sahəsində hüquq mühafizə və digər orqanların təcrübəsini mütəmadi olaraq təhlil etmək və əldə edilmiş nəticələr əsasında bu sahədə fəaliyyətin təkmilləşdirilməsi üzrə təkliflər təqdim etmək

2007-2010-cu illər

BPƏŞ

 

2.7.

Fəaliyyəti insan alveri qurbanlarının reabilitasiyasına yönəldilmiş beynəlxalq və qeyri-hökumət təşkilatları ilə əməkdaşlığı inkişaf etdirmək

2007-2010-cu illər

MDB-nin   iştirakçısı olan dövlətlər

 

2.8.

İnsan alverinə qarşı mübarizə üzrə əməliyyat və digər informasiya mübadiləsini daimi əsasda həyata keçirmək

2007-2010-cu illər

DİNŞ, BPƏŞ, TORŞ, MCMƏB

 

2.9.

İnsan alveri qurbanlarının gətirilməsinin və çıxarılmasının qarşısının alınması və aşkar edilməsi üçün birgə əlavə kompleks sərhəd nəzarəti tədbirləri hazırlamaq və həyata keçirmək

2007-2010-cu illər

SQKŞ

 

2.10.

Zərurət olduqda, cinayət işlərinin istintaq və məhkəmə baxışı zamanı insan alveri qurbanları  üçün  müvəqqəti qalma mərkəzləri yaratmaq

2007-2010-cu illər

MDB-nin iştirakçısı olan dövlətlər

 

2.11.

İnsan alveri qurbanlarının reinteqrasiyası üçün sosial müdafiə üzrə tədbirlər sistemini o cümlədən ictimai və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqəli şəkildə inkişaf etdirmək

 

 

2007-2010-cu illər

MDB-nin iştirakçısı olan dövlətlər

 

2.12.

İnsan alverinin qurbanı olmuş vətəndaşların vətənlərinə qaytarılması   məsələlərində əməkdaşlığı genişləndirmək

2007-2010-cu illər

MDB-nin iştirakçısı olan dövlətlər

 

2.13.

Xaricə işə göndərilən vətəndaşların  həyatının və sağlamlığının məcburi  sığortalanmasının onların işə düzəldilməsini təmin edən, həmçinin turizm xidmətləri göstərən hüquqi şəxslər hesabına təşkil olunmasını tövsiyə etmək

2007-2010-cu illər

MDB-nin iştirakçısı olan dövlətlər

 

2.14.

Ölkəyə gəlmə (ölkədən getmə) zamanı istifadə olunan sənədlərin   müdafiəsi üçün yeni, o cümlədən biotermik texnologiyaların     tətbiqini tövsiyə  etmək. Bu sahədə əməkdaşlığı inkişaf etdirmək

2007-2010-cu illər

MDB-nin iştirakçısı olan dövlətlər

 

 

III. İnformasiya və elmi təminat

 

 

 

3.1.

İnsan alveri ilə bağlı cinayətlərin qarşısının alınmasına, aşkar edilməsinə, aradan qaldırılmasına, açılmasına və istintaqına dair metodik vəsaitlər hazırlamaq

2007-2008-ci illər

BPƏŞ, DİNŞ

 

3.2.

İnsan alverinə qarşı mübarizə sahəsində qanunvericilik aktlarının və sair normativ hüquqi aktların, metodik vəsaitlərin və digər informasiyanın mübadiləsini   həyata keçirmək

2007-2010-cu illər

DİNŞ,

BPƏŞ, TORŞƏNŞ,

MCMƏB

 

3.3.

İnsan alveri problemləri ilə məşğul   olan müəssisə və təşkilatların iş  təcrübəsinin öyrənilməsi üçün. nümayəndə heyətlərinin mübadiləsini həyata keçirmək

2007-2010-cu illər

MDB-nin iştirakçısı olan dövlətlər

 

3.4.

İnsan alveri ilə məşğul olan transmilli cinayətkar dəstələr, onların başçıları və bu cinayətkar fəaliyyətin təşkilinə və maliyyələşdirilməsinə  aidiyyəti olan kommersiya, ictimai və digər təşkilat və strukturlar barədə ixtisaslaşdırılmış məlumat bankı yaratmaq

2007-2008-ci illər

DİNŞ

 

3.5.

İnsan alverinə əks-təsir üzrə təşviqat-təbliğat işini təşkil etmək, cəmiyyətin, ilk növbədə yetkinlik yaşına çatmayanların insan alveri qurbanlarının düşdüyü təhlükəli situasiyalar haqqında məlumatlılığının artırılmasını təmin etmək

2007-2010-cu illər

MDB-nin   iştirakçısı olan dövlətlər

 

3.6.

Vətendaşları xarici əmək miqrasiyası sahəsində etibarlı informasiya ilə təmin etmək, vətəndaşların xaricdə işlə təmin edilməsi fəaliyyəti göstərmək hüququ olan təşkilatlar barədə məlumatları mütəmadi olaraq əhalinin nəzərinə çatdırmaq. Vətəndaşları insan alveri ilə məşğul olan şəxslərin istifadə etdiyi vasitə və metodlar barədə, qanunazidd hərəkətlərdən vətəndaşların müdafiə edilməsi sahəsində dövlətlər tərəfindən görülən tədbirlər, insan alverinə görə məsuliyyət barədə məlumatlandırmaq

2007-2010-cu illər

MDB-nin   iştirakçısı olan dövlətlər

 

3.7.

İnsan alverinə əks-təsir göstərilməsi sahəsində MDB-nin iştirakçısı olan dövlətlərin əməkdaşlığının təkmilləşdirilməsinə dair elmi-praktik konfransın keçirilməsini təşkil etmək

2009-cu il

MDB-nin İK, BPƏŞ,

DİNŞ, TORŞ, SQKŞ,

GXRŞ, VİORƏŞ,

ƏNŞ

 

3.8.

İnsan alveri ilə mübarizədə əməkdaşlığın aktual problemləri üzrə elmi-praktik seminarlar keçirmək

2007-2010-cu illər

MDB-nin iştirakçısı olan dövlətlər, BPƏŞ, DİNŞ, TORŞ, SQKŞ,

ƏNŞ

 

 

IV. Kadr təminatı

 

 

 

4.1.

Müqavilə əsasında aşağıdakıları davam etdirmək:

2007-2010-cu illər

DİNŞ, BPƏŞ, TORŞ

 

 

a) kadrların hazırlanmasında, hüquq mühafizə orqanlarının əməkdaşlarının ixtisasının artırılmasında əməkdaşlığı, o cümlədən məsləhətləşmələrin, insan alveri ilə mübarizə üzrə ixtisaslaşdırılmış bölmələrdə staj keçmələrin keçirilməsi yolu ilə

 

 

 

 

b) kadrların hazırlanması və hüquq   mühafizə orqanları əməkdaşlarının ixtisasının artırılması üzrə tədris-metodoloji materialların mübadiləsini

 

 

 

4.2.

Pedaqoji, tibbi və digər tədris müəssisələrinin bazasında insan alverinin qurbanları ilə iş üzrə  mütəxəssislərin, sosial işçilərin, psixoloqların, "qaynar xətt" mərkəzinin operatorlarının və əhalinin məşğulluq xidmətinin əməkdaşlarının hazırlıq və ixtisasartırma kurslarının yaradılması imkanını o cümlədən qeyri-hökumət təşkilatları ilə əlaqəli şəkildə nəzərdən keçirmək

2007-2010-cu illər

MDB-nin   iştirakçısı olan dövlətlər

 

 

V. Maliyyə təminatı

 

 

 

 

Proqramın birgə tədbirlərinin maliyyələşdirilməsi MDB-nin iştirakçısı olan maraqlı dövlətlər tərəfindən razılaşmaya əsasən müvafiq dövlət orqanlarının   fəaliyyətinin təmin edilməsi üçün milli büdcələrdə hər il nəzərdə tutulan maliyyə vəsaitləri çərçivəsində həyata keçirilir

2007-2010-cu illər

MDB-nin   iştirakçısı olan dövlətlər

 

 

VI. Nəzarət mexanizmi

 

 

 

6.1.

Bu Proqramın müddəalarının həyata keçirilməsinə dair planlar qəbul etmək və onun həyata keçirilməsinə nəzarətin formalarını müəyyən etmək

Proqramın

qebul olunduğu vaxtdan

3 ay ərzində

MDB-nin iştirakçısı

olan dövlətlər, DİNŞ,

BPƏŞ, TORŞ, ƏNŞ

 

 

6.2.

Bu Proqramın yerinə yetirilməsi vəziyyətinə baxmaq

Hər il

 

MDB-nin iştirakçısı olan dövlətlər, MDB-nin PAA, DİNŞ, BPƏŞ, TORŞ, ƏNŞ

 

6.3

Proqramın icrası vəziyyəti barədə hər il MDB-nin İcraiyyə Komitəsinə məlumat vermək

Hesabat ilindən sonrakı ilin fevral ayında

 

 

6.3

Proqramın icrası vəziyyəti barədə MDB-nin iştirakçısı olan dövlətlərin Dövlət Başçıları Şurasına və Hökumət Başçıları Şurasına hesabat təqdim etmək

Hər il

MDB-nin iştirakçısı

olan dövlətlər, MDB-

nin PAA, DİNŞ,

BPƏŞ.TORŞ, ƏNŞ

MDB-nin İcraiyyə Komitəsi

DBŞ, HBŞ

 

 

Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan

dövlətlərin insan alveri ilə mübarizə sahəsində

əməkdaşlıq Proqramının 1.1-ci bəndinə

ƏLAVƏ

 

İnsan alverinə qarşı mübarizə sahəsində əsas beynəlxalq

M Ü Q A V İ L Ə L Ə R

 

İnsan alveri və fahişəliyin üçüncü şəxslər tərəfindən istismarına qarşı mübarizə haqqında 1949-cu il 2 dekabr tarixli Konvensiya

1926-cı il sentyabrın 25-də Cenevrədə imzalanmış Köləlik haqqında Konvensiya, 1953-cü il 7 dekabr tarixli Protokolla edilmiş dəyişikliklərlə

Köləliyin, kölə alverinin və köləliyə oxşar təsisatların və adətlərin ləğv olunması haqqında 1956-cı il 7 sentyabr tarixli Əlavə Konvensiya

Uşaqların müdafiəsi və xarici övladlığa götürmə üzrə əməkdaşlıq haqqında 1993-cü il 29 may tarixli Haaqa Konvensiyası

BMT-nin Uşaq Hüquqları haqqında 1989-cu il 20 noyabr tarixli Konvensiyası

BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyasının Uşaq alverinə, uşaq fahişəliyinə və uşaq pornoqrafiyasına dair 2000-ci il 25 may tarixli Fakültativ Protokolu

BMT-nin Transmilli mütəşəkkil cinayətkarlığa qarşı 2000-ci il 15 noyabr tarixli Konvensiyası

BMT-nin Transmilli mütəşəkkil cinayətkarlığa qarşı Konvensiyasını tamamlayan, İnsan, xüsusilə de qadın və uşaq alverinin qarşısının alınması və aradan qaldırılması və ona görə cəzalandırma haqqında 2000-ci il 15 noyabr tarixli Protokolu

İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsi Haqqında 1950-ci il 4 noyabr tarixli Avropa Konvensiyası

 

 

Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin insan alverinə qarşı mübarizə sahəsində 2007-2010-cu illər üçün əməkdaşlıq Proqramı haqqında Qərara dair

AZƏRBAYCAN RESPUBLİKASININ XÜSUSİ RƏYİ

 

 

 

28 noyabr 2006-cı il

Minsk şəhəri

 

Proqram həyata keçirilərkən:

Azərbaycan Respublikası MDB-nin iştirakçısı olan dövlətlərin milli qanunvericiliklərinin harmonizasiyasına dair müddəalarla özünü bağlı hesab etmir;

Azərbaycan Respublikasının hər bir tədbirdə iştirakı ayrıca olaraq müəyyən ediləcəkdir.

 

 

Azərbaycan Respublikasının Prezidenti

İ.ƏLİYEV