«Narkotiklərə qarşı mübarizə sahəsində əməliyyat məlumatların toplanılması, təhlili və mübadiləsi üçün hüquq mühafizə sistemləri» layihə sənədini Azərbaycan Respublikasının Hökuməti adından imzalamaq səlahiyyətinin verilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

 

1. «Narkotiklərə qarşı mübarizə sahəsində əməliyyat məlumatların toplanılması, təhlili və mübadiləsi üçün hüquq mühafizə sistemləri» layihə sənədini Azərbaycan Respublikasının Hökuməti adından imzalamaq səlahiyyəti Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Şamil oğlu Həsənova verilsin.

2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində göstərilən sənədi Azərbaycan Respublikasının Hökuməti adından imzalamaq səlahiyyətinin Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Şamil oğlu Həsənova verilməsi barədə Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinə və digər müvafiq tərəflərə bildiriş göndərsin.

 

Azərbaycan Respublikasının Prezidenti

İlham ƏLİYEV

Bakı şəhəri, 21 avqust 2008-ci il

№ 2998