Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə aylıq müavinətin təyin edilməsi və ödənilməsi Qaydasının və Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə aylıq müavinətin ödənilməsi barədə müqavilə formasının təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 avqust tarixli 804 nömrəli Fərmanının 2.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə aylıq müavinətin təyin edilməsi və ödənilməsi Qaydası təsdiq edilsin (əlavə olunur).

2. Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə aylıq müavinətin ödənilməsi barədə müqavilə forması təsdiq edilsin (əlavə olunur).

3. Bu qərar 2008-ci il 5 avqust tarixindən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri A.RASİZADƏ

 

Bakı şəhəri, 14 oktyabr 2008-ci il

242

 


 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2008-ci il oktyabr tarixli 242 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə aylıq müavinətin təyin edilməsi və ödənilməsi

 

QAYDASI[1]

 

1. Bu Qayda Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 avqust tarixli 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi Qaydaları"nın II bölməsində göstərilən şəxslərə aylıq ödənc əvəzinə aylıq müavinətlərin təyin edilməsi və ödənilməsi qaydasını müəyyən edir. Bu Qayda onun qüvvəyə mindiyi tarixədək özəlləşdirilməsi barədə qərar qəbul edilmiş, lakin özəlləşdirilməsi başa çatmamış dövlət müəssisələrinin, 2003-cü il 27 sentyabr tarixindən bu Qayda qüvvəyə minənədək özəlləşdirilməsi başa çatmış dövlət müəssisələrinin və bu Qayda qüvvəyə minənədək idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarına şamil olunur.[2]

2. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi özəlləşdirilməsi başa çatmış (başaçatma tarixi göstərilməklə) dövlət müəssisələri, özəlləşdirilməsi barədə qərar qəbul edilmiş (qəbul edilmiş qərarın tarixi göstərilməklə), lakin özəlləşdirilməsi başa çatmamış dövlət müəssisələri, eləcə də idarəetməyə verilən (idarə etmək hüququna dair bağlanılmış müqavilənin qüvvəyəminmə tarixi göstərilməklə) dövlət müəssisələri barədə məlumatı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edir.[3]

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu siyahıları Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbələrinə (bundan sonra - Şöbə) göndərir. Şöbələr yalnız həmin siyahıda qeyd olunan müəssisələrin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq müavinət təyin edirlər. [4]

Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu tərəfindən təqdim olunmuş siyahılarda adları olmayan işçilər tərəfindən müavinət alınması üçün müraciət olunduğu halda, müavinət almaq hüququ təqsirkar müəssisənin yerləşdiyi ərazi üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Dövlət Sosial Müdafiə Fondunun və Maliyyə Nazirliyinin yerli orqanlarının və təqsirkar müəssisənin vəzifəli şəxsləri tərəfindən yaradılmış birgə komissiyanın rəyi əsasında müəyyən olunur.

Müraciət edən şəxsin müavinət almaq hüququ təsdiq olunduğu halda, komissiya bu barədə məlumatı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edir.

Müraciət edən şəxsin müavinət almaq hüququ təsdiq olunmadığı halda, komissiya imtinanın səbəbi göstərilməklə müraciət edən şəxsə məlumat verir.

Komissiya tərəfindən hazırlanmış məlumatın düzgünlüyü Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən yoxlanıla bilər.

3. Aylıq müavinət almaq istəyən şəxs yaşadığı ərazi üzrə Şöbəyə bu Qaydanın əlavəsində göstərilən formada ərizə ilə müraciət edir. [5]

4. Ərizəyə əlavə edilən sənədlərin siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 21 sentyabr tarixli 311 nömrəli qərarı ilə təsdiq edilmiş Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarına 7 nömrəli əlavə - Müavinət, təqaüd və kompensasiyanın təyin edilməsi üçün tələb olunan sənədlərin siyahısına uyğun olaraq müəyyən edilir.[6]

5. Şöbələr aylıq müavinət təyinatı üçün tələb olunan sənədləri qəbul etdikdən sonra 3 iş günü müddətində aylıq müavinət təyin edilməsi barədə qərar qəbul edir. İstehsalat qəzası və yaxud peşə xəstəliyi ilə bağlı aylıq ödənc əvəzinə aylıq müavinət verilməsi üçün Şöbə bu qərarla təsdiq edilmiş formaya uyğun olaraq zərərçəkənlə müqavilə bağlayır. [7]

6. Ərizəçiyə aylıq müavinətin verilməsindən imtina edildikdə, bu barədə ona imtinanın səbəbləri göstərilməklə, 5 gün müddətində yazılı məlumat verilir.

7. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi dövlət müəssisələrinin özəlləşdirilməsi başa çatdığı tarixdə və ya onları idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə mindikdə, aylıq müavinətin ödənişinin dayandırılması məqsədi ilə bir həftə müddətində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə yazılı bildiriş göndərir. Həmin bildirişlə dövlət müəssisələrinin özəlləşdirilməsinin başa çatması tarixi və ya onları idarə etmək hüququna dair bağlanılmış müqavilənin qüvvəyə minməsi barədə təqdim olunan məlumatda belə müəssisələrin adlı siyahısı göstərilməlidir. Şöbələr bu bildirişi əsas götürməklə, həmin bildirişdə göstərilən müəssisələrin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödəncin verilməsini dayandırırlar.

Həmin müəssisələr üzrə istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş və bu səbəbdən həlak olmuş işçilərin sayt Dövlət Sosial Müdafiə Fondu tərəfindən 2003-cü il 27 sentyabr tarixinədək ödənilən ödənclərin verilməsi barədə siyahıya və müvafiq Şöbə, Maliyyə İdarəsi (şöbəsi) və təqsirkar müəssisənin vəzifəli şəxsləri tərəfindən yaradılmış birgə komissiyanın rəyinə əsasən nəzərə alınır.

8. Aylıq müavinət müraciət edilmə vaxtından asılı olmayaraq, Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 avqust tarixli 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi Qaydaları"nın 5.1-ci bəndi ilə müəyyən olunan tarixdən müəssisənin özəlləşdirilməsi başa çatanadək, yaxud idarə etmək hüququna dair bağlanmış müqavilə qüvvəyə minən tarixədək təyin edilir.

9. Aylıq müavinət yalnız nağdsız qaydada 2003-cü il 1 oktyabr tarixindən 2008-ci il avqustun 5-dək olan müddət üçün birdəfəlik, bu Qayda qüvvəyə mindiyi tarixdən sonrakı müddət üçün isə aylıq ödənilir.[8]

 


 

"Ozəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə aylıq müavinətin təyin edilməsi və ödənilməsi Qaydası"na

 

əlavə

 

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun_________ şəhər (rayon) şöbəsinin müdiri [9]

 

ƏRİZƏ

 

 

 

Mən______________________________________________________________________

(adı, soyadı, atasının adı, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi)

 

______________________________________________________________müəssisəsində

__________________tarixdə istehsalat qəzası (yaxud peşə xəstəliyi) nəticəsində peşə

əmək qabiliyyətini itirmiş (_____________faiz), özəlləşdirilən və idarəetməyə verilən

dövlət müəssisəsinin istehsalat qəzası (yaxud peşə xəstəliyi) nəticəsində sağlamlığı pozulmuş işçisi kimi (və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvü və himayəsində olan digər şəxslər kimi) "Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı"na və "Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı"na və Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 avqust tarixli 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi Qaydaları"na uyğun olaraq aylıq ödənc üzrə müəssisənin borclarının əvəzinə ________________ tarixindən aylıq müavinətin təyin edilməsini xahiş edirəm.

İstehsalat qəzası, yaxud peşə xəstəliyi nəticəsində həlak olmuş işçinin

ailə üzvlərinin və himayəsində olan digər şəxslərin sayı: _____nəfər

 

İmza:____________________________

 

Tarix:____________________________

 


 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2008-ci il oktyabr tarixli 242 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə aylıq müavinətin ödənilməsi barədə

 

MÜQAVİLƏ FORMASI

 

1. Bu Müqavilə istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödəncin verilməsində qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun__________ şəhər (rayon) şöbəsi ilə sağlamlığı pozulmuş işçi və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvləri və himayəsində olan digər şəxslər (zərərçəkən) [10]

 

________________________________________________________________________

(adı, soyadı, atasının adı)

_______________________________________________________________________________________________

(vətəndaşlığı, şəxsiyyətini təsdiq edən sənəd, onun nömrəsi,

_______________________________________________________________________________________________

verildiyi tarix və onu verən orqanın adı)

 

arasında "Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş f işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 avqust tarixli 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi Qaydaları"nın 4.2-ci bəndinə uyğun olaraq bağlanılmışdır.

2. Bu Müqaviləyə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun __________şəhər (rayon) şöbəsi ilə zərərçəkən arasında özəlləşdirilməsi barədə qərar qəbul edilmiş və ya idarə etməyə verilmiş müəssisənin[11]

______________________________________________________________________

(idarənin, müəssisənin, təşkilatın adı)

istehsalat qəzası və ya peşə xəstəliyi ilə əlaqədar zərərçəkənə 2003-cü il oktyabrın 1-dən özəlləşdirilməsi başa çatan tarixədək (və ya idarə etmək hüququna dair bağlanmış müqavilə qüvvəyə minənədək) dövr üçün yaranmış aylıq ödənclər üzrə borclarının əvəzinə müavinət ödənilməsi barədə razılıq əldə edilmişdir.

3. Bu Müqavilə üç nüsxədə tərtib edilir. Onlardan bir nüsxəsi zərərçəkənə verilir, bir nüsxəsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər (rayon) şöbəsində saxlanılır, digər nüsxəsi isə şəhər, rayon şöbəsi tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ayda bir dəfə bağlanılmış müqavilələr barədə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə məlumat təqdim edir. [12]

 

Zərərçəkən

__________ __________________________

(imza) (adı, soyadı, atasının adı)

 

tarix

 

ünvanı:

 

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun_____ şəhər (rayon) şöbəsinin müdiri

 

_______ ___________________________

(imza) (adı, soyadı, atasının adı) möhür

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       30 sentyabr 2009-cu il tarixli 157 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, 10, maddə 846)

2.       28 noyabr 2016-cı il tarixli 487 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 29 noyabr 2016-cı il, 264, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 11, maddə 1975)

3.       26 may 2017-ci il tarixli 233 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 31 may 2017-ci il, 115, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, 5, maddə 1004)

4.       30 iyul 2018-ci il tarixli 335 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 2 avqust 2018-ci il, 170, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, 7, II kitab, maddə 1666)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 30 sentyabr 2009-cu il tarixli 157 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, 10, maddə 846) ilə təsdiq edilmiş "Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə aylıq müavinətin təyin edilməsi və ödənilməsi Qaydası"nın 2-ci bəndinin birinci və ikinci abzaslarında, 7-ci bəndində və həmin qərarla təsdiq edilmiş "Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə aylıq müavinətin ödənilməsi barədə Müqavilə forması"nın 3-cü bəndində ismin müvafiq hallarında "Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi" sözləri ismin müvafiq hallarında "Əmlak Məsələləri Dövlət Komitəsi" sözləri ilə əvəz edilmişdir.

 

[2] 30 iyul 2018-ci il tarixli 335 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 2 avqust 2018-ci il, 170, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, 7, II kitab, maddə 1666) ilə Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə aylıq müavinətin təyin edilməsi və ödənilməsi Qaydasının 1-ci hissəsinin ikinci cümləsi çıxarılmışdır.

 

[3] 30 iyul 2018-ci il tarixli 335 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 2 avqust 2018-ci il, 170, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, 7, II kitab, maddə 1666) ilə Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə aylıq müavinətin təyin edilməsi və ödənilməsi Qaydasının 2-ci hissəsinin birinci və ikinci abzasları yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən bu Qaydanın 1-ci bəndində göstərilən müəssisələrin siyahısı (2003-cü il 27 sentyabr tarixindən bu Qayda qüvvəyə minənədək özəlləşdirilməsi başa çatmış dövlət müəssisələrinin özəlləşdirilməsinin başa çatması tarixi göstərilməklə) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edilir.

Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu həmin müəssisələrin təqdim etdiyi məlumatlarda göstərilən işçilərin adlı siyahısını (bu Qayda qüvvəyə minənədək Azərbaycan Respublikası Prezidentinin "Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin sosial ödənişləri üzrə yaranmış borclarının tənzimlənməsi tədbirləri barədə" 2003-cü il 26 sentyabr tarixli 920 nömrəli Fərmanının icrası ilə bağlı Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Dövlət Sosial Müdafiə Fonduna təqdim olunmuş siyahı üzrə) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərir.

 

[4] 28 noyabr 2016-cı il tarixli 487 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 29 noyabr 2016-cı il, 264, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 11, maddə 1975) ilə Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə aylıq müavinətin təyin edilməsi və ödənilməsi Qaydasının 2-ci hissənin üçüncü abzasının birinci cümləsində müvafiq rayon (şəhər) əhalinin sosial müdafiəsi mərkəzlərinə göndərir. sözləri Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbələrinə (bundan sonra - Şöbə) göndərir. sözləri ilə, ikinci cümləsində Rayon (şəhər) əhalinin sosial müdafiəsi mərkəzləri sözləri Şöbələr sözü ilə əvəz edilmişdir.

 

[5] 28 noyabr 2016-cı il tarixli 487 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 29 noyabr 2016-cı il, 264, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 11, maddə 1975) ilə Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə aylıq müavinətin təyin edilməsi və ödənilməsi Qaydasının 3-cü hissədə, 5-ci hissənin ikinci cümləsində, 7-ci hissənin ikinci abzasında ismin müvafiq hallarında rayon (şəhər) Əhalinin Sosial Müdafiəsi Mərkəzi sözləri ismin müvafiq hallarında Şöbə sözü ilə əvəz edilmişdir.

 

[6] 30 iyul 2018-ci il tarixli 335 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 2 avqust 2018-ci il, 170, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, 7, II kitab, maddə 1666) ilə Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə aylıq müavinətin təyin edilməsi və ödənilməsi Qaydasının 4-cü hissəsi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

4. Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisi aylıq müavinət almaq üçün ərizəsinə aşağıdakı sənədləri əlavə edir:

- şəxsiyyət vəsiqəsinin surətini;

- istehsalatda baş vermiş bədbəxt hadisə haqqında qanunvericiliklə müəyyən edilmiş formada tərtib olunmuş aktı və yaxud işəgötürən tərəfindən əməyin mühafizəsi qaydalarına əməl olunmadığına görə istehsalatda işçi ilə bədbəxt hadisənin baş verməsi barədə məhkəmənin hökmünü (qətnaməni, qərarı);

- işçinin peşə əmək qabiliyyətinin itirilmə faizi barədə Tibbi-Sosial Ekspert Komissiyasının şəhadətnaməsini;

- aylıq ödəncin hansı tarixədək ödənilməsi barədə təqsirkar müəssisənin arayışmı.

Həlak olmuş işçinin ailə üzvü və himayəsində olan digər şəxslər isə aylıq müavinət almaq üçün işçinin ölüm haqqında şəhadətnaməsini, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1121-ci maddəsi ilə müəyyən edilən şəxs olmasını təsdiq edən sənədləri təqdim edir.

 

[7] 28 noyabr 2016-cı il tarixli 487 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 29 noyabr 2016-cı il, 264, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 11, maddə 1975) ilə Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə aylıq müavinətin təyin edilməsi və ödənilməsi Qaydasının 5-ci hissənin birinci cümləsində və 7-ci hissənin birinci abzasının üçüncü cümləsində Rayon (şəhər) əhalinin sosial müdafiəsi mərkəzləri sözləri Şöbələr sözü ilə əvəz edilmişdir.

 

[8] 26 may 2017-ci il tarixli 233 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 31 may 2017-ci il, 115, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, 5, maddə 1004) ilə Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə aylıq müavinətin təyin edilməsi və ödənilməsi Qaydasının 9-cu hissəsinə Aylıq müavinət sözlərindən sonra yalnız nağdsız qaydada sözləri əlavə edilmişdir.

 

[9] 28 noyabr 2016-cı il tarixli 487 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 29 noyabr 2016-cı il, 264, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 11, maddə 1975) ilə Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə aylıq müavinətin təyin edilməsi və ödənilməsi Qaydasına əlavə - Ərizə formasında ____şəhər (rayon) Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru sözləri Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun____ şəhər (rayon) şöbəsinin müdiri sözləri ilə əvəz edilmişdir.

 

[10] 28 noyabr 2016-cı il tarixli 487 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 29 noyabr 2016-cı il, 264, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 11, maddə 1975) ilə Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə aylıq müavinətin ödənilməsi barədə müqavilə formasının 1-ci hissədə Nazirliyinin _____ şəhər (rayon) Əhalinin Sosial Müdafiəsi Mərkəzi sözləri Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun_____ şəhər (rayon) şöbəsi sözləri ilə əvəz edilmişdir.

 

[11] 28 noyabr 2016-cı il tarixli 487 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 29 noyabr 2016-cı il, 264, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 11, maddə 1975) ilə Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə aylıq müavinətin ödənilməsi barədə müqavilə formasının 2-ci hissədə _____şəhər (rayon) Əhalinin Sosial Müdafiəsi Mərkəzi sözləri Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun ______şəhər (rayon) şöbəsi sözləri ilə əvəz edilmişdir.

 

[12] 28 noyabr 2016-cı il tarixli 487 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 29 noyabr 2016-cı il, 264, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 11, maddə 1975) ilə Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə aylıq müavinətin ödənilməsi barədə müqavilə formasının 3-cü hissədə şəhər (rayon) Əhalinin Sosial Müdafiəsi Mərkəzində sözləri Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər (rayon) şöbəsində sözləri ilə, mərkəz sözü şəhər, rayon şöbəsi sözləri ilə və Nazirliyinin_____ şəhər (rayon) ƏSMM-in direktoru sözləri Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun_____ şəhər (rayon) şöbəsinin müdiri sözləri ilə əvəz edilmişdir.