Azərbaycan Respublikasının “Xınalıq” Dövlət tarix-memarlıq və etnoqrafiya qoruğunun, “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun və “Atəşgah məbədi” Dövlət tarix-memarlıq qoruğunun əsasnamələrinin təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Quba rayonunun Xınalıq kəndinin tarixi ərazisinin Azərbaycan Respublikasının “Xınalıq” Dövlət tarix-memarlıq və etnoqrafiya qoruğu və Ağstafa rayonunun ərazisində Keşikçidağ silsiləsinin bir hissəsini əhatə edən mağaralar kompleksinin Azərbaycan Respublikasının “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğu elan edilməsi haqqında” 2007-ci il 19 dekabr tarixli 2563 nömrəli Sərəncamının 4-cü bəndinin və “Azərbaycan Respublikasının Bakı şəhəri Suraxanı rayonunda Atəşgah məbədi ərazisinin “Atəşgah məbədi” Dövlət tarix-memarlıq qoruğu elan edilməsi haqqında” 2007-ci il 19 dekabr tarixli 2564 nömrəli Sərəncamının 3.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Azərbaycan Respublikasının “Xınalıq” Dövlət tarix-memarlıq və etnoqrafiya qoruğunun Əsasnaməsi”, “Azərbaycan Respublikasının “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun Əsasnaməsi” və “Azərbaycan Respublikasının “Atəşgah məbədi” Dövlət tarix-memarlıq qoruğunun Əsasnaməsi” təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

Bakı şəhəri, 19 sentyabr 2008-ci il

¹ 220    


 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2008-ci il 19 sentyabr tarixli 220 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Azərbaycan Respublikasının “ Xınalıq” Dövlət tarix-memarlıq və etnoqrafiya qoruğunun

 

Ə S A S N A M Ə S İ

 

I. ÜMUMİ MÜDDƏALAR

 

1.1. Azərbaycan Respublikasının “Xınalıq” Dövlət tarix-memarlıq və etnoqrafiya qoruğu (bundan sonra - Qoruq) Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 19 dekabr tarixli 2563 nömrəli Sərəncamı ilə yaradılmış qurumdur.

Qoruq mədəniyyət və turizmin inkişafı üçün böyük əhəmiyyəti olan tarix, mədəniyyət, memarlıq, arxeoloji, etnoqrafik, numizmatik, epiqrafik, antropoloji abidələrin yerləşdiyi dövlət tərəfindən mühafizə edilən ərazidir.

Qoruq Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin tabeliyində fəaliyyət göstərir. [1]

1.2. Qoruq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, qüvvədə olan digər normativ hüquqi aktları, Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin əmrlərini, kollegiya qərarlarını, Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin (bundan sonra – Qoruqları İdarəetmə Mərkəzi) Nizamnaməsini, qərarlarını, əmr və sərəncamlarını və bu Əsasnaməni rəhbər tutur. [2]

1.3. Qoruğun bütün ərazisi toxunulmazdır, onun istifadəsində və nəzarəti altındadır.

1.4. Qoruq dövlət büdcəsindən maliyyələşən təşkilatdır, xəzinə hesabına, Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin və öz adı həkk olunmuş möhürə, müvafiq künc ştamplarına və blanklara malikdir. Qoruğun öz emblemi ola bilər.

1.5. Qoruq Qoruqları İdarəetmə Mərkəzi ilə razılaşdırılmış fəaliyyət planlarına dair yarımillik və illik hesabatları Qoruqları İdarəetmə Mərkəzi vasitəsilə Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinə təqdim edir. [3]

1.6. Qoruq ərazisində yerləşən abidələrin, təbiət və landşaftın təhlükəsizliyini, onların funksional təyinatını, memarlıq-estetik görünüşünü və uzunömürlülüyünü təmin etmək məqsədi ilə Qoruğun Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş sərhədləri və mühafizə zonası (mədəni irs abidələrinin mühafizə zonalarını isə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, tabeliyindəki dövlət qoruqlarının ərazisində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları ərazisində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi) mövcuddur. [4]

1.7. Qoruğun ərazisi respublika əhəmiyyətli xüsusi mühafizə olunan tarix-mədəniyyət və təbiət ərazilərinə aiddir və Qoruğun ərazisində dünya və yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələri yerləşir. Bu ərazidə yerləşən tarix-mədəniyyət abidələri, torpaq, su, yerin təki, bitkilər və heyvanat aləmi mövcud qanunvericiliyə əsasən təsərrüfat istifadəsindən və mülki dövriyyədən tamamilə və ya qismən çıxarılır və Qoruğun daimi istifadəsinə verilir. “Mədəniyyət haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, dünya təbii və mədəni irs siyahısına daxil edilmiş, həmçinin milli mədəni və təbii irsə aid dövlət mülkiyyətində olan abidələrin və mühəndis kommunikasiyalarının, müdafiə obyektlərinin, şəhərsalma, dini və xatirə abidələrinin, hidrotexniki qurğuların (yerli əhəmiyyətli memarlıq abidəsi kimi qeydə alınan yaşayış binaları, onların ayrı-ayrı hissələri istisna olmaqla) özəlləşdirilməsinə yol verilmir. Xüsusi mülkiyyətdə olan abidələr dövlət tərəfindən qeydə alınır və onlar satılarkən mülkiyyətçi bu barədə Qoruğa məlumat verməlidir. [5]

 

II. QORUĞUN VƏZİFƏLƏRİ VƏ FƏALİYYƏT İSTİQAMƏTLƏRİ

 

2.1. Qoruq bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:

2.1.1. Qoruq ərazisində dövlət nəzarətini həyata keçirir;

2.1.2. Qoruq sahəsinə aid proqnozlaşdırma və planlaşdırma işlərini təşkil edir və Qoruğun inkişafını təmin edir;

2.1.3. Qoruğun idarə edilməsi ilə bağlı müvafiq planlar hazırlayır, Qoruqları İdarəetmə Mərkəzi ilə razılaşdırır və həyata keçirir; [6]

2.1.4. Qoruq ərazisindəki rekreasiya zonalarını, yaşıllaşdırma sahələrini və nəqliyyat hərəkətini müvafiq qaydada təşkil edir. Abidələrə yaxın olan və ya onların mühafizə zonasından keçən yol sahələrində boru kəmərlərinin, elektrik xətlərinin və digər kommunikasiyaların, eləcə də nəqliyyat vasitələrinin hərəkəti abidələrin qorunması üçün təhlükə yaratdıqda, onların məhdudlaşdırılması və ya qadağan edilməsi üçün Qoruqları İdarəetmə Mərkəzi ilə birlikdə qanunvericiliyə uyğun qaydada tədbirlər görür; [7]

2.1.5. tarix və mədəniyyət abidələrində konservasiya, inşaat-möhkəmləndirmə, abadlıq, bərpa, rekonstruksiya, regenerasiya işlərinin səviyyəsinin artırılması və onların istifadəyə uyğunlaşdırılması üzrə layihə təkliflərini Qoruqları İdarəetmə Mərkəzinə təqdim edir. Layihələr Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi tərəfindən təsdiq edildikdən sonra Qoruqları İdarəetmə Mərkəzinin, Qoruğun və layihə müəllifinin (müəlliflərinin) nəzarəti altında həyata keçirilir; [8]

2.1.6. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin qərarı əsasında Qoruq öz sərhədləri daxilində abidələrin və tikililərin bərpa və təmirinin planlaşdırılması və təşkil edilməsi üçün Qoruqları İdarəetmə Mərkəzinə müraciət edir, Qoruqları İdarəetmə Mərkəzi bu işlərin həyata keçirilməsinə nəzarət edir, abidələr üçün hər hansı təhlükə yarada bilən təmir işlərinin aparılması ilə əlaqədar təhlükəsizlik tədbirlərini müəyyənləşdirərək, müvafiq qaydada işlər görür; [9]

2.1.7. Qoruq Qoruqları İdarəetmə Mərkəzi ilə birlikdə ərazisində yerləşən abidələrin və tikililərin inventarlaşmasını aparır, səlahiyyətləri daxilində Qoruğun pasportunu hazırlayır, qanunvericilikdə nəzərdə tutulmuş qaydada abidələr aşkar edilərsə, onların siyahıya və dövlət qeydiyyatına alınması üçün Qoruqları İdarəetmə Mərkəzinə müraciət edir; [10]

2.1.8. Qoruğun elmi fondları müddətsiz saxlanılır;

2.1.9. Qoruq ərazisində yerləşən tarix və mədəniyyət abidələrinin mühafizəsini və toxunulmazlığını təmin edir, onlardan istifadə qaydalarının və Qoruğun mühafizə rejiminin pozulmasının qarşısının alınması və təqsirkar şəxslərin məsuliyyətə cəlb edilməsi ilə əlaqədar qanunvericiliklə müəyyən edilmiş qaydada zəruri tədbirlər görür;

2.1.10. Qoruq ərazisində turizmin inkişaf etdirilməsi, turist marşrutlarının müəyyən edilməsi və bununla bağlı infrastrukturun yaradılması üçün Qoruqları İdarəetmə Mərkəzinə təkliflər verir; [11]

2.1.11. Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi ilə razılaşdırmaqla, müvafiq elmi təşkilatlarla birgə elmi tədqiqatlar və araşdırmalar təşkil edir, abidələrin aşkar edilməsi və öyrənilməsi üçün mütəxəssisləri cəlb edir; [12]

2.1.12. hər il dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi üzrə nəzərdə tutulmuş vəsait dairəsində abidələrin elmi, mədəni və tarixi əhəmiyyətini təbliğ edir, Qoruqları İdarəetmə Mərkəzinin təşkilatçılığı ilə sərgilər, fotostendlər, ekskursiyalar, mühazirələr keçirir, sənədli və qısametrajlı filmlərin çəkilişi və elmi-kütləvi ədəbiyyatların nəşri üçün müvafiq tədbirlər görür; [13]

2.1.13. Qoruğun ərazisində qanunvericiliyə uyğun olaraq arxeoloji qazıntı işlərinin aparılmasının təşkil edilməsi üçün Qoruqları İdarəetmə Mərkəzinə müraciət edir, abidələrin öyrənilməsinə, arxeoloji qazıntıların aparılmasın a və bu növ digər işlərə nəzarət edir. Qoruğun ərazisində arxeoloji abidələrin qazıntısına və aşkar edilməsinə Azərbaycan Milli Elmlər Akademiyasının icazəsi olduqdan və Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyində qeydə alındıqdan sonra yol verilir. Arxeoloji qazıntı zamanı Qoruq ərazisində aşkar olunan tarix və mədəniyyət abidələri Qoruğun fonduna təhvil verilir; [14]

2.1.14. Qoruğun ərazisində baş verə bilən fövqəladə halların qarşısının alınması üçün tədbirlər görür;

2.1.15. fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirir.

2.2. Elmi tədqiqatların aparılma metodlarının Qoruğun rejiminin tələblərinə zidd olmaması şərtilə, hazırlanmış elmi təkliflər Qoruqda tətbiq edilə bilər.

 

III. QORUĞUN XÜSUSİ MÜHAFİZƏ REJİMİNİN XÜSUSİYYƏTLƏRİ VƏ ƏRAZİSİNDƏ YERLƏŞƏN ABİDƏLƏRDƏN İSTİFADƏ QAYDALARI

 

3.1. Qoruğun ərazisində yerləşən tarix-mədəniyyət abidələrindən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuº qaydada istifadə oluna bilər.

3.2. Qoruğun ərazisində yerləşən elmi, tarixi, mədəniyyət əhəmiyyəti olan abidələr və təbii landşaft dövlət tərəfindən qorunur. Onların bədii-estetik görkəminin dəyişdirilməsi və onlar üçün təhlükə yarada biləcək hər hansı işlərin aparılması qadağandır.

3.3. Qoruğun ərazisində yerləşən abidələrdən və torpaqdan istifadə edən hüquqi və fiziki şəxslərlə abidələrin və istifadə etdikləri ərazinin qorunması üçün müəyyən olunmuş qaydada mühafizə müqavilələri bağlanılır.

3.4. Qoruğun ərazisi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş tələblərə əməl etmək şərtilə, tarix və mədəniyyət abidələrinin qorunması və istifadəsi, təbiəti mühafizə, elmi tədqiqat, ətraf mühitin monitorinqi, təlim-tərbiyə, turizm və istirahət (rekreasiya) məqsədləri üçün istifadə edilə bilər;

3.5. Qoruğun ərazisində aşağıdakılar qadağandır:

3.5.1. tarix və mədəniyyət abidələrində konservasiya, inşaat-möhkəmləndirmə, abadlıq, bərpa, rekonstruksiya, regenerasiya işlərinin səviyyəsinin artırılması və onların istifadəyə uyğunlaşdırılması layihəsi üzrə (Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi tərəfindən təsdiq edilmiş bərpa və təmir işləri istisna olunmaqla) hər hansı tikinti işlərinin aparılması;

3.5.2. tarix-mədəniyyət abidələrinə və təbii landşafta təhlükə yaradan hər bir fəaliyyət;

3.5.3. geoloji kəşfiyyat və faydalı qazıntı işlərinin aparılması;

3.5.4. xüsusi ekoloji təhlükə yaradan kimya sənayesi, metallurgiya, nüvə energetikası və digər müəssisələrin fəaliyyəti;

3.5.5. müəyyən edilmiş yerlərdən kənar nəqliyyat vasitələrinin hərəkəti və dayanacaqların təşkili, çadırların qurulması və tonqal qalanması;

3.6. Qoruq ərazisində tarix, mədəniyyət, ekoloji, elmi, estetik, rekreasiya dəyərini aşağı sala bilən fəaliyyət növləri qanunvericiliklə müəyyən edilmiş qaydada məhdudlaşdırıla və yaxud qadağan edilə bilər.

3.7. Reklam qurğuları (reklam) qoruğun ərazisində və onun mühafizə zonasında, memarlıq abidələrinin (binalarının) fasadlarında (divarlarında, hasarlarında) və dam örtüklərində “Reklam haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada yerləşdirilə bilər.[15]

 

IV. QORUĞUN MALİYYƏLƏŞDİRİLMƏSİ

 

4.1. Qoruğun maliyyələşdirilməsi dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitlər və Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olmayan digər mənbələr hesabına həyata keçirilir.

4.2. Qoruğun inkişafı məqsədilə göstərilən mədəni və turizm xidmətlərindən, qanunvericiliklə qadağan olunmayan digər fəaliyyət növlərindən, dövlət, ictimai və digər təşkilatlardan, müqavilə əsasında keçirilən tədbirlərdən əldə olunan gəlirlər Qoruqları İdarəetmə Mərkəzi tərəfindən toplanılır. [16]

4.3. Toplanılan gəlirdən Qoruğun inkişaf etdirilməsi məqsədilə Qoruğun direktorunun təklifləri əsasında Qoruqları İdarəetmə Mərkəzinin İdarə Heyəti sədrinin qərarı ilə Qoruğun ehtiyacları və inkişafı üçün səmərəli şəkildə istifadə olunur.

 

 

V. QORUĞUN HÜQUQ VƏ MƏQSƏDLƏRİ

 

5.1. Qoruğun əsas hüquq və məqsədləri aşağıdakılardır:

5.1.1. ərazisində yerləşən tarix-mədəniyyət abidələrini, təbii landşaftı qoruyub saxlamaq;

5.1.2. Qoruğun ərazisində Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin razılığı olmadan görülən hər hansı abadlıq, bərpa, rekonstruksiya, regenerasiya və təmir-tikinti işlərinin aparılmasına qadağa qoymaq;

5.1.3. Qoruq ərazisində dövlət (bələdiyyə) mülkiyyətində olan abidələrin istifadəsinin, o cümlədən icarəyə verilməsinin mövcud qanunvericiliyə uyğunlaşdırılmasını Qoruqları İdarəetmə Mərkəzini məlumatlandırmaqla təmin etmək; [17]

5.1.4. Qoruğun mühafizə zonasında abidələr üçün hər hansı təhlükə yaratmayan inşaat-təmir işlərinin görülməsi müvafiq qanunvericiliyə əsasən Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin razılığı ilə həyata keçirilir;

5.1.5. mütəxəssislərin hazırlanması və ixtisaslarının artırılması üçün təkliflər vermək;

5.1.6. müstəqil ekspertləri və mütəxəssisləri qanunvericiliklə müəyyən edilmiş qaydada öz fəaliyyətinə cəlb etmək üçün Qoruqları İdarəetmə Mərkəzinə müraciət etmək; [18]

5.1.7. Qoruğun ərazisində mədəni-kütləvi tədbirlərin keçirilməsinə, müvəqqəti və daimi xidmətlər göstərən obyektlərin yaradılmasına, özəl və dövlət qurumları ilə müqavilə əsasında birgə fəaliyyətdə iştirak edilməsinə dair Qoruqları İdarəetmə Mərkəzinə təkliflər vermək və müxtəlif növ pullu xidmətlər göstərməklə, qanunvericiliyə zidd olmayan gəlir əldə etmək. [19]

5.2. Qoruq müəyyən olunmuş qaydada elmi tədqiqatlar, mədəni-maarif, tədris tədbirlərinin təşkil edilməsi məqsədi ilə Elmi Şura yarada bilər. Şuranın tərkibi Qoruğun təklifi və Qoruqları İdarəetmə Mərkəzinin təqdimatı ilə Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi tərəfindən təsdiq edilir. [20]

 

VI. QORUĞUN FƏALİYYƏTİNİN TƏŞKİLİ

 

6.1. Qoruğun fəaliyyətinə Qoruqları İdarəetmə Mərkəzinin təqdimatı ilə Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin sədri tərəfindən vəzifəyə təyin və azad edilən direktor rəhbərlik edir. [21]

6.2. Qoruğun baş fond mühafizi, direktor müavinləri və baş mühasibi direktorun təqdimatı ilə Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi tərəfindən vəzifəyə təyin və azad edilirlər. Qoruğun digər işçiləri direktor tərəfindən vəzifəyə təyin və azad edilirlər.

6.3. Direktor:

6.3.1. Qoruğa həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.

6.3.2. Qoruğu bütün idarə, təşkilat və müəssisələrdə etibarnaməsiz təmsil edir;

6.3.3. Qoruğun işçiləri arasında vəzifə bölgüsünü aparır, onları həvəsləndirir, intizam məsuliyyətinə cəlb edir, əmək və icra intizamına nəzarət edir və onlara etibarnamələr verir;

6.3.4. öz səlahiyyətləri daxilində əmr və sərəncamlar verir;

6.3.5. Qoruğun illik və perspektiv iş planlarının tərtib olunmasını təmin edir, elmi tədqiqat işlərinin yerinə yetirilməsinə və Qoruq ərazisində Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən tətbiq olunmuş xüsusi rejimə əməl edilməsi üçün tədbirlər görür;

6.3.6. müəyyən olunmuş qaydada Qoruqları İdarəetmə Mərkəzi ilə razılaşdırılmaqla ştat cədvəlinin dəyişdirilməsi haqqında Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinə təkliflər verir. [22]

6.4. Qoruq mühafizəçiləri:

6.4.1. inventar kitabına əsasən onlara tapşırılmış tarix və mədəniyyət abidələrinin mühafizəsinə cavabdehdirlər;

6.4.2. Qoruq abidələrinin toxunulmazlığının təmin edilməsi üçün müxtəlif təsvirlər və yazıların aparılmasına, razılıq olmadan Qoruğun sərhədləri daxilində abidələrdən istifadə olunmasına, ərazisində tonqal qalanmasına, müxtəlif məclislərin keçirilməsinə yol verməməli, üzərində tarixi yazılar, ornament, relyef və qayaüstü təsvirlər olan daşlara xüsusi diqqət yetirməli, abidədə olan dəyişikliklər, dağıntı və söküntülər, habelə ondan qanunsuz istifadə olunması barədə rəhbərliyə və müvafiq orqanlara xəbər verməli, abidənin mühafizə zonasında müxtəlif tikinti, torpaq və kənd təsərrüfatı, icazəsiz arxeoloji qazıntı işlərinin aparılmasına, ərazidə yeraltı, yerüstü partlayış işlərinə, xüsusi icazə olmadan abidələrin ölçülməsinə, onlarda olan bədii təsvirlərin surətlərinin çıxarılmasına icazə verməməlidirlər.

6.5. Qoruq mühafizəçiləri respublikanın rayon və şəhərlərində abidələrin mühafizəsinə və istifadəsinə dair keçirilən bütün seminar və yığıncaqlarda iştirak edə, həmçinin mədəniyyət işçilərinin təkmilləşdirmə kurslarında təhsil və təcrübə mübadiləsi keçə bilərlər.

6.6. Qoruğun strukturu və işçilərinin say həddi Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılmaqla, Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi tərəfindən təsdiq edilir.

 

VII. QORUĞUN FƏALİYYƏTİNİN DAYANDIRILMASI VƏ LƏĞVİ

 

Qoruğun fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq dayandırıla və yenidən təşkil edilə bilər.

 

 


 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2008-ci il 19 sentyabr tarixli 220 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Azərbaycan Respublikasının “ Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun

 

Ə S A S N A M Ə S İ

 

I. ÜMUMİ MÜDDƏALAR

 

1.1. Azərbaycan Respublikasının “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğu (bundan sonra - Qoruq) Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 19 dekabr tarixli 2563 ¹-li Sərəncamı ilə yaradılmış qurumdur.

Qoruq – tarix və mədəniyyət üçün böyük əhəmiyyəti olan tarix və mədəniyyət abidələrinin, arxeoloji və memarlıq obyektlərinin, etnoqrafik, epiqrafik, antropoloji abidələrin yerləşdiyi dövlət tərəfindən mühafizə edilən ərazidir.

Qoruq Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində fəaliyyət göstərir. [23]

1.2. Qoruq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, qüvvədə olan digər normativ hüquqi aktları, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin əmrlərini, kollegiya qərarlarını və bu Əsasnaməni rəhbər tutur.

1.3. Qoruğun bütün ərazisi toxunulmazdır, onun istifadəsində və nəzarəti altındadır.

1.4. Qoruq dövlət büdcəsindən maliyyələşən təşkilatdır, xəzinə hesabına, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin və öz adı həkk olunmuş möhürə, müvafiq künc ştamplarına və blanklara malikdir. Qoruğun öz emblemi ola bilər.

1.5. Qoruq fəaliyyətinə dair illik hesabatı Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə təqdim edir.

1.6. Qoruq ərazisində yerləşən abidələrin, təbiət və landşaftın təhlükəsizliyini, onların funksional təyinatını, memarlıq-estetik görünüşünü və uzunömürlülüyünü təmin etmək məqsədi ilə Qoruğun Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş sərhədləri və mühafizə zonası (mədəni irs abidələrinin mühafizə zonalarını isə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, tabeliyindəki dövlət qoruqlarının ərazisində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları ərazisində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi) mövcuddur. [24]

1.7. Qoruğun ərazisi respublika əhəmiyyətli xüsusi mühafizə olunan tarix-mədəniyyət və təbiət ərazilərinə aiddir. Bu ərazidə yerləşən tarix-mədəniyyət abidələri, torpaq, su, yerin təki, bitkilər və heyvanat aləmi mövcud qanunvericiliyə əsasən təsərrüfat istifadəsindən və mülki dövriyyədən tamamilə və ya qismən çıxarılır və Qoruğun daimi istifadəsinə verilir.

 

II. QORUĞUN VƏZİFƏLƏRİ VƏ FƏALİYYƏT İSTİQAMƏTLƏRİ

 

2.1. Qoruq bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:

2.1.1. Qoruq ərazisində dövlət nəzarətini həyata keçirir;

2.1.2. Qoruq sahəsinə aid proqnozlaşdırma və planlaşdırma işlərini təşkil edir və Qoruğun inkişafını təmin edir;

2.1.3. Qoruğun idarə edilməsi ilə bağlı müvafiq planlar hazırlayır, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə razılaşdırır və həyata keçirir;

2.1.4. Qoruq ərazisindəki rekreasiya zonalarını, yaşıllaşdırma sahələrini və nəqliyyat hərəkətini müvafiq qaydada təşkil edir. Abidələrə yaxın olan və ya onların mühafizə zonasından keçən yol sahələrində boru kəmərlərinin, elektrik xətlərinin və digər kommunikasiyaların, eləcə də nəqliyyat vasitələrinin hərəkəti abidələrin qorunması üçün təhlükə yaratdıqda, onların məhdudlaşdırılması və ya qadağan edilməsi üçün qanunvericiliyə uyğun qaydada tədbirlər görür;

2.1.5. tarix və mədəniyyət abidələrində konservasiya, inşaat-möhkəmləndirmə, abadlıq, bərpa, rekonstruksiya, regenerasiya işlərinin səviyyəsinin artırılması və onların istifadəyə uyğunlaşdırılması üzrə layihə təkliflərini hazırlayır. Layihələr Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təsdiq edildikdən sonra Qoruğun və layihə müəllifinin (müəlliflərinin) nəzarəti altında həyata keçirilir;

2.1.6. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin qərarı əsasında Qoruq öz sərhədləri daxilində abidələrin və tikililərin bərpa və təmirini planlaşdırır və təşkil edir, bu işlərin həyata keçirilməsinə nəzarət edir, abidələr üçün hər hansı təhlükə yarada bilən təmir işlərinin aparılması ilə əlaqədar təhlükəsizlik tədbirlərini müəyyənləşdirərək, müvafiq qaydada işlər görür;

2.1.7. Qoruq ərazisində yerləşən abidələrin və tikililərin inventarlaşmasını aparır, səlahiyyətləri daxilində Qoruğun pasportunu hazırlayır, qanunvericilikdə nəzərdə tutulmuş qaydada abidələr aşkar edilərsə, onların siyahıya və dövlət qeydiyyatına alınması üçün tədbirlər görür;

2.1.8. Qoruğun elmi fondları müddətsiz saxlanılır;

2.1.9. Qoruq ərazisində yerləşən tarix və mədəniyyət abidələrinin mühafizəsini və toxunulmazlığını təmin edir, onlardan istifadə qaydalarının və Qoruğun mühafizə rejiminin pozulmasının qarşısının alınması və təqsirkar şəxslərin məsuliyyətə cəlb edilməsi ilə əlaqədar qanunvericiliklə müəyyən edilmiş qaydada zəruri tədbirlər görür;

2.1.10. Qoruq ərazisində turizmin inkişaf etdirilməsini, turist marşrutlarının müəyyən edilməsini və bununla bağlı infrastrukturun yaradılmasını təşkil edir;

2.1.11. elmi tədqiqatlar və araşdırmalar təşkil edir, abidələrin aşkar edilməsi və öyrənilməsi üçün mütəxəssisləri cəlb edir;

2.1.12. hər il dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi üzrə nəzərdə tutulmuş vəsait dairəsində abidələrin elmi, mədəni və tarixi əhəmiyyətini təbliğ edir, sərgilər, fotostendlər, ekskursiyalar, mühazirələr təşkil edir, sənədli və qısametrajlı filmlərin çəkilişi və elmi-kütləvi ədəbiyyatların nəşri üçün müvafiq tədbirlər görür;

2.1.13. Qoruğun ərazisində qanunvericiliyə uyğun olaraq arxeoloji qazıntı işlərinin aparılmasını müvafiq qaydada təşkil edir, abidələrin öyrənilməsinə, arxeoloji qazıntıların aparılmasın a və bu növ digər işlərə nəzarət edir. Qoruğun ərazisində arxeoloji abidələrin qazıntısına və aşkar edilməsinə Azərbaycan Milli Elmlər Akademiyasının icazəsi olduqdan və Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyində qeydə alındıqdan sonra yol verilir. Arxeoloji qazıntı zamanı Qoruq ərazisində aşkar olunan tarix və mədəniyyət abidələri Qoruğun fonduna təhvil verilir;

2.1.14. Qoruğun ərazisində baş verə bilən fövqəladə halların qarşısının alınması üçün tədbirlər görür;

2.1.15. fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirir.

2.2. Elmi tədqiqatların aparılma metodlarının Qoruğun rejiminin tələblərinə zidd olmaması şərtilə, hazırlanmış elmi təkliflər Qoruqda tətbiq edilə bilər.

 

III. QORUĞUN XÜSUSİ MÜHAFİZƏ REJİMİNİN XÜSUSİYYƏTLƏRİ VƏ ƏRAZİSİNDƏ YERLƏŞƏN ABİDƏLƏRDƏN İSTİFADƏ QAYDALARI

 

3.1. Qoruğun ərazisində yerləşən tarix-mədəniyyət abidələrindən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada istifadə oluna bilər.

3.2. Qoruğun ərazisində yerləşən elmi, tarixi, mədəniyyət əhəmiyyəti olan abidələr və təbii landşaft dövlət tərəfindən qorunur. Onların bədii-estetik görkəminin dəyişdirilməsi və onlar üçün təhlükə yarada biləcək hər hansı işlərin aparılması qadağandır.

3.3. Qoruğun ərazisində yerləşən abidələrdən və torpaqdan istifadə edən hüquqi və fiziki şəxslərlə abidələrin və istifadə etdikləri ərazinin qorunması üçün müəyyən olunmuş qaydada mühafizə müqavilələri bağlanılır.

3.4. Qoruğun ərazisi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş tələblərə əməl etmək şərtilə, tarix və mədəniyyət abidələrinin qorunması və istifadəsi, təbiəti mühafizə, elmi tədqiqat, ətraf mühitin monitorinqi, təlim-tərbiyə, turizm və istirahət (rekreasiya) məqsədləri üçün istifadə edilə bilər;

3.5. Qoruğun ərazisində aşağıdakılar qadağandır:

3.5.1. tarix və mədəniyyət abidələrində konservasiya, inşaat-möhkəmləndirmə, abadlıq, bərpa, rekonstruksiya, regenerasiya işlərinin səviyyəsinin artırılması və onların istifadəyə uyğunlaşdırılması layihəsi üzrə (Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təsdiq edilmiş bərpa və təmir işləri istisna olunmaqla) hər hansı tikinti işlərinin aparılması;

3.5.2. tarix-mədəniyyət abidələrinə və təbii landşafta təhlükə yaradan hər bir fəaliyyət;

3.5.3. geoloji kəşfiyyat və faydalı qazıntı işlərinin aparılması;

3.5.4. xüsusi ekoloji təhlükə yaradan kimya sənayesi, metallurgiya, nüvə energetikası və digər müəssisələrin fəaliyyəti;

3.5.5. müəyyən edilmiş yerlərdən kənar nəqliyyat vasitələrinin hərəkəti və dayanacaqların təşkili, çadırların qurulması və tonqal qalanması;

3.6. Qoruq ərazisində tarix, mədəniyyət, ekoloji, elmi, estetik, rekreasiya dəyərini aşağı sala bilən fəaliyyət növləri qanunvericiliklə müəyyən edilmiş qaydada məhdudlaşdırıla və yaxud qadağan edilə bilər.

3.7. Reklam qurğuları (reklam) qoruğun ərazisində və onun mühafizə zonasında, memarlıq abidələrinin (binalarının) fasadlarında (divarlarında, hasarlarında) və dam örtüklərində “Reklam haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada yerləşdirilə bilər.[25]

 


 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2008-ci il 19 sentyabr tarixli 220 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Azərbaycan Respublikasının “Atəşgah məbədi” Dövlət tarix-memarlıq qoruğunun
Əsasnaməsi

 

I. Ümumi müddəalar

 

1.1. Azərbaycan Respublikasının “Atəşgah məbədi” Dövlət tarix-memarlıq qoruğu (bundan sonra — Qoruq) Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 19 dekabr tarixli, 2564 nömrəli Sərəncamı ilə yaradılmış qurumdur.

Qoruq — mədəniyyət və turizmin inkişafı üçün böyük əhəmiyyəti olan tarix, mədəniyyət, memarlıq, arxeoloji, epiqrafik, antropoloji abidələrin, tarixi hadisə və şəxsiyyətlərlə bağlı əşyaların, xatirə yerlərinin olduğu dövlət tərəfindən mühafizə edilən ərazidir.

Qoruq Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin tabeliyində fəaliyyət göstərir. [26]

1.2. Qoruq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, qüvvədə olan digər normativ hüquqi aktları, Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin əmrlərini, kollegiya qərarlarını, Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin (bundan sonra – Qoruqları İdarəetmə Mərkəzi) Nizamnaməsini, qərarlarını, əmr və sərəncamlarını və bu Əsasnaməni rəhbər tutur. [27]

1.3. Qoruğun bütün ərazisi toxunulmazdır, onun istifadəsində və nəzarəti altındadır.

1.4. Qoruq dövlət büdcəsindən maliyyələşən təşkilatdır, xəzinə hesabına, Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin və öz adı həkk olunmuş möhürə, müvafiq künc ştamplarına və blanklara malikdir. Qoruğun öz emblemi ola bilər.

1.5. Qoruq Qoruqları İdarəetmə Mərkəzi ilə razılaşdırılmış fəaliyyət planlarına dair yarımillik və illik hesabatları Qoruqları İdarəetmə Mərkəzi vasitəsilə Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinə təqdim edir. [28]

1.6. Qoruq ərazisində yerləşən abidələrin, təbiət və landşaftın təhlükəsizliyini, onların funksional təyinatını, memarlıq-estetik görünüşünü və uzunömürlülüyünü təmin etmək məqsədi ilə Qoruğun Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş sərhədləri və mühafizə zonası (mədəni irs abidələrinin mühafizə zonalarını isə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, tabeliyindəki dövlət qoruqlarının ərazisində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları ərazisində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi) mövcuddur. [29]

1.7. Qoruğun ərazisi respublika əhəmiyyətli xüsusi mühafizə olunan tarix-mədəniyyət ərazilərinə aiddir və Qoruğun ərazisində dünya və yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələri yerləşir. Bu ərazidə yerləşən tarix-mədəniyyət abidələri, torpaq, su, yerin təki, bitkilər və heyvanat aləmi mövcud qanunvericiliyə əsasən təsərrüfat istifadəsindən və mülki dövriyyədən tamamilə və ya qismən çıxarılır və Qoruğun daimi istifadəsinə verilir. Mədəniyyət haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, dünya təbii və mədəni irs siyahısına daxil edilmiş, həmçinin milli mədəni və təbii irsə aid dövlət mülkiyyətində olan abidələrin və mühəndis kommunikasiyalarının, müdafiə obyektlərinin, şəhərsalma, dini və xatirə abidələrinin, hidrotexniki qurğuların (yerli əhəmiyyətli memarlıq abidəsi kimi qeydə alınan yaşayış binaları, onların ayrı-ayrı hissələri istisna olmaqla) özəlləşdirilməsinə yol verilmir. Xüsusi mülkiyyətdə olan abidələr dövlət tərəfindən qeydə alınır və onlar satılarkən mülkiyyətçi bu barədə Qoruğa məlumat verməlidir.[30]

 

II. Qoruğun vəzifələri və fəaliyyət istiqamətləri

 

2.1. Qoruq bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:

2.1.1. Qoruq ərazisində dövlət nəzarətini həyata keçirir;

2.1.2. Qoruq sahəsinə aid proqnozlaşdırma və planlaşdırma işlərini təşkil edir və Qoruğun inkişafını təmin edir;

2.1.3. Qoruğun idarə edilməsi ilə bağlı müvafiq planlar hazırlayır, Qoruqları İdarəetmə Mərkəzi ilə razılaşdırır və həyata keçirir; [31]

2.1.4. Qoruq ərazisindəki rekreasiya zonalarını, yaşıllaşdırma sahələrini və nəqliyyat hərəkətini müvafiq qaydada təşkil edir. Abidələrə yaxın olan və ya onların mühafizə zonasından keçən yol sahələrində boru kəmərlərinin, elektrik xətlərinin və digər kommunikasiyaların, eləcə də nəqliyyat vasitələrinin hərəkəti abidələrin qorunması üçün təhlükə yaratdıqda, onların məhdudlaşdırılması və ya qadağan edilməsi üçün Qoruqları İdarəetmə Mərkəzi ilə birlikdə qanunvericiliyə uyğun qaydada tədbirlər görür; [32]

2.1.5. tarix və mədəniyyət abidələrində konservasiya, inşaat-möhkəmləndirmə, abadlıq, bərpa, rekonstruksiya, regenerasiya işlərinin səviyyəsinin artırılması və onların istifadəyə uyğunlaşdırılması üzrə layihə təkliflərini Qoruqları İdarəetmə Mərkəzinə təqdim edir. Layihələr Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi tərəfindən təsdiq edildikdən sonra Qoruqları İdarəetmə Mərkəzinin, Qoruğun və layihə müəllifinin (müəlliflərinin) nəzarəti altında həyata keçirilir; [33]

2.1.6. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin qərarı əsasında Qoruq öz sərhədləri daxilində abidələrin və tikililərin bərpa və təmirinin planlaşdırılması və təşkil edilməsi üçün Qoruqları İdarəetmə Mərkəzinə müraciət edir, Qoruqları İdarəetmə Mərkəzi bu işlərin həyata keçirilməsinə nəzarət edir, abidələr üçün hər hansı təhlükə yarada bilən təmir işlərinin aparılması ilə əlaqədar təhlükəsizlik tədbirlərini müəyyənləşdirərək, müvafiq qaydada işlər görür; [34]

2.1.7. Qoruq Qoruqları İdarəetmə Mərkəzi ilə birlikdə ərazisində yerləşən abidələrin və tikililərin inventarlaşmasını aparır, səlahiyyətləri daxilində Qoruğun pasportunu hazırlayır, qanunvericilikdə nəzərdə tutulmuş qaydada abidələr aşkar edilərsə, onların siyahıya və dövlət qeydiyyatına alınması üçün Qoruqları İdarəetmə Mərkəzinə müraciət edir; [35]

2.1.8. Qoruğun elmi fondları müddətsiz saxlanılır;

2.1.9. Qoruq ərazisində yerləşən tarix və mədəniyyət abidələrinin mühafizəsini və toxunulmazlığını təmin edir, onlardan istifadə qaydalarının və Qoruğun mühafizə rejiminin pozulmasının qarşısının alınması və təqsirkar şəxslərin məsuliyyətə cəlb edilməsi ilə əlaqədar qanunvericiliklə müəyyən edilmiş qaydada zəruri tədbirlər görür;

2.1.10. Qoruq ərazisində turizmin inkişaf etdirilməsi, turist marşrutlarının müəyyən edilməsi və bununla bağlı infrastrukturun yaradılması üçün Qoruqları İdarəetmə Mərkəzinə təkliflər verir; [36]

2.1.11. Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi ilə razılaşdırmaqla, müvafiq elmi təşkilatlarla birgə elmi tədqiqatlar və araşdırmalar təşkil edir, abidələrin aşkar edilməsi və öyrənilməsi üçün mütəxəssisləri cəlb edir; [37]

2.1.12. hər il dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi üzrə nəzərdə tutulmuş vəsait dairəsində abidələrin elmi, mədəni və tarixi əhəmiyyətini təbliğ edir, Qoruqları İdarəetmə Mərkəzinin təşkilatçılığı ilə sərgilər, fotostendlər, ekskursiyalar, mühazirələr keçirir, sənədli və qısametrajlı filmlərin çəkilişi və elmi-kütləvi ədəbiyyatların nəşri üçün müvafiq tədbirlər görür; [38]

2.1.13. Qoruğun ərazisində qanunvericiliyə uyğun olaraq arxeoloji qazıntı işlərinin aparılmasının təşkil edilməsi üçün Qoruqları İdarəetmə Mərkəzinə müraciət edir, abidələrin öyrənilməsinə, arxeoloji qazıntıların aparılmasına və bu növ digər işlərə nəzarət edir. Qoruğun ərazisində arxeoloji abidələrin qazıntısına və aşkar edilməsinə Azərbaycan Milli Elmlər Akademiyasının icazəsi olduqdan və Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyində qeydə alındıqdan sonra yol verilir. Arxeoloji qazıntı zamanı Qoruq ərazisində aşkar olunan tarix və mədəniyyət abidələri Qoruğun fonduna təhvil verilir; [39]

2.1.14. Qoruğun ərazisində baş verə bilən fövqəladə halların qarşısının alınması üçün tədbirlər görür;

2.1.15. fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirir.

2.2. Elmi tədqiqatların aparılma metodlarının Qoruğun rejiminin tələblərinə zidd olmaması şərtilə, hazırlanmış elmi təkliflər Qoruqda tətbiq edilə bilər.

 

III. Qoruğun xüsusi mühafizə rejiminin xüsusiyyətləri və ərazisində yerləşən abidələrdən istifadə qaydaları

 

3.1. Qoruğun ərazisində yerləşən tarix-mədəniyyət abidələrindən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada istifadə oluna bilər.

3.2. Qoruğun ərazisində yerləşən elmi, tarixi, mədəniyyət əhəmiyyəti olan abidələr və təbii landşaft dövlət tərəfindən qorunur. Onların bədii-estetik görkəminin dəyişdirilməsi və onlar üçün təhlükə yarada biləcək hər hansı işlərin aparılması qadağandır.

3.3. Qoruğun ərazisində yerləşən abidələrdən və torpaqdan istifadə edən hüquqi və fiziki şəxslərlə abidələrin və istifadə etdikləri ərazinin qorunması üçün müəyyən olunmuş qaydada mühafizə müqavilələri bağlanılır.

3.4. Qoruğun ərazisi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş tələblərə əməl etmək şərtilə, tarix və mədəniyyət abidələrinin qorunması və istifadəsi, təbiəti mühafizə, elmi tədqiqat, ətraf mühitin monitorinqi, təlim-tərbiyə, turizm və istirahət (rekreasiya) məqsədləri üçün istifadə edilə bilər.

3.5. Qoruğun ərazisində aşağıdakılar qadağandır:

3.5.1. tarix və mədəniyyət abidələrində konservasiya, inşaat-möhkəmləndirmə, abadlıq, bərpa, rekonstruksiya, regenerasiya işlərinin səviyyəsinin artırılması və onların istifadəyə uyğunlaşdırılması layihəsi üzrə (Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi tərəfindən təsdiq edilmiş bərpa və təmir işləri istisna olunmaqla) hər hansı tikinti işlərinin aparılması;

3.5.2. tarix-mədəniyyət abidələrinə və təbii landşafta təhlükə yaradan hər bir fəaliyyət;

3.5.3. geoloji kəşfiyyat və faydalı qazıntı işlərinin aparılması;

3.5.4. xüsusi ekoloji təhlükə yaradan kimya sənayesi, metallurgiya, nüvə energetikası və digər müəssisələrin fəaliyyəti;

3.5.5. müəyyən edilmiş yerlərdən kənar nəqliyyat vasitələrinin hərəkəti və dayanacaqların təşkili, çadırların qurulması və tonqal qalanması;

3.6. Qoruq ərazisində tarix, mədəniyyət, ekoloji, elmi, estetik, rekreasiya dəyərini aşağı sala bilən fəaliyyət növləri qanunvericiliklə müəyyən edilmiş qaydada məhdudlaşdırıla və yaxud qadağan edilə bilər.

3.7. Reklam qurğuları (reklam) qoruğun ərazisində və onun mühafizə zonasında, memarlıq abidələrinin (binalarının) fasadlarında (divarlarında, hasarlarında) və dam örtüklərində “Reklam haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada yerləşdirilə bilər.[40]

 

IV. Qoruğun maliyyələşdirilməsi

 

4.1. Qoruğun maliyyələşdirilməsi dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitlər və Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olmayan digər mənbələr hesabına həyata keçirilir.

4.2. Qoruğun inkişafı məqsədilə göstərilən mədəni və turizm xidmətlərindən, qanunvericiliklə qadağan olunmayan digər fəaliyyət növlərindən, dövlət, ictimai və digər təşkilatlardan, müqavilə əsasında keçirilən tədbirlərdən əldə olunan gəlirlər Qoruqları İdarəetmə Mərkəzi tərəfindən toplanılır. [41]

4.3. Toplanılan gəlirdən Qoruğun inkişaf etdirilməsi məqsədilə Qoruğun direktorunun təklifləri əsasında Qoruqları İdarəetmə Mərkəzinin İdarə Heyəti sədrinin qərarı ilə Qoruğun ehtiyacları və inkişafı üçün səmərəli şəkildə istifadə olunur.

 

V. Qoruğun hüquq və məqsədləri

 

5.1. Qoruğun əsas hüquq və məqsədləri aşağıdakılardır:

5.1.1. ərazisində yerləşən tarix-mədəniyyət abidələrini, təbii landşaftı qoruyub saxlamaq;

5.1.2. Qoruğun ərazisində Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin razılığı olmadan görülən hər hansı abadlıq, bərpa, rekonstruksiya, regenerasiya və təmir-tikinti işlərinin aparılmasına qadağa qoymaq;

5.1.3. Qoruq ərazisində dövlət (bələdiyyə) mülkiyyətində olan abidələrin istifadəsinin, o cümlədən icarəyə verilməsinin mövcud qanunvericiliyə uyğunlaşdırılmasını Qoruqları İdarəetmə Mərkəzini məlumatlandırmaqla təmin etmək; [42]

5.1.4. Qoruğun mühafizə zonasında abidələr üçün hər hansı təhlükə yaratmayan inşaat-təmir işlərinin görülməsi müvafiq qanunvericiliyə əsasən Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin razılığı ilə həyata keçirilir;

5.1.5. mütəxəssislərin hazırlanması və ixtisaslarının artırılması üçün təkliflər vermək;

5.1.6. müstəqil ekspertləri və mütəxəssisləri qanunvericiliklə müəyyən edilmiş qaydada öz fəaliyyətinə cəlb etmək üçün Qoruqları İdarəetmə Mərkəzinə müraciət etmək; [43]

5.1.7. Qoruğun ərazisində mədəni-kütləvi tədbirlərin keçirilməsinə, müvəqqəti və daimi xidmətlər göstərən obyektlərin yaradılmasına, özəl və dövlət qurumları ilə müqavilə əsasında birgə fəaliyyətdə iştirak edilməsinə dair Qoruqları İdarəetmə Mərkəzinə təkliflər vermək və müxtəlif növ pullu xidmətlər göstərməklə, qanunvericiliyə zidd olmayan gəlir əldə etmək. [44]

5.2. Qoruq müəyyən olunmuş qaydada elmi tədqiqatlar, mədəni-maarif, tədris tədbirlərinin təşkil edilməsi məqsədi ilə Elmi Şura yarada bilər. Şuranın tərkibi Qoruğun təklifi və Qoruqları İdarəetmə Mərkəzinin təqdimatı ilə Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi tərəfindən təsdiq edilir. [45]

 

VI. Qoruğun fəaliyyətinin təşkili

 

6.1. Qoruğun fəaliyyətinə Qoruqları İdarəetmə Mərkəzinin təqdimatı ilə Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin sədri tərəfindən vəzifəyə təyin və azad edilən direktor rəhbərlik edir. [46]

6.2. Qoruğun baş fond mühafizi, direktor müavinləri və baş mühasibi direktorun təqdimatı ilə Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi tərəfindən vəzifəyə təyin və azad edilirlər. Qoruğun digər işçiləri direktor tərəfindən vəzifəyə təyin və azad edilirlər.

6.3. Direktor:

6.3.1. Qoruğa həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.

6.3.2. Qoruğu bütün idarə, təşkilat və müəssisələrdə etibarnaməsiz təmsil edir;

6.3.3. Qoruğun işçiləri arasında vəzifə bölgüsünü aparır, onları həvəsləndirir, intizam məsuliyyətinə cəlb edir, əmək və icra intizamına nəzarət edir və onlara etibarnamələr verir;

6.3.4. öz səlahiyyətləri daxilində əmr və sərəncamlar verir;

6.3.5. Qoruğun illik və perspektiv iş planlarının tərtib olunmasını təmin edir, elmi tədqiqat işlərinin yerinə yetirilməsinə və Qoruq ərazisində Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən tətbiq olunmuş xüsusi rejimə əməl edilməsi üçün tədbirlər görür;

6.3.6. müəyyən olunmuş qaydada Qoruqları İdarəetmə Mərkəzi ilə razılaşdırılmaqla ştat cədvəlinin dəyişdirilməsi haqqında Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinə təkliflər verir. [47]

6.4. Qoruq mühafizəçiləri:

6.4.1. inventar kitabına əsasən onlara tapşırılmış tarix və mədəniyyət abidələrinin mühafizəsinə cavabdehdirlər;

6.4.2. Qoruq abidələrinin toxunulmazlığının təmin edilməsi üçün müxtəlif təsvirlər və yazıların aparılmasına, razılıq olmadan Qoruğun sərhədləri daxilində abidələrdən istifadə olunmasına, ərazisində tonqal qalanmasına, müxtəlif məclislərin keçirilməsinə yol verməməli, üzərində tarixi yazılar, ornament, relyef və qayaüstü təsvirlər olan daşlara xüsusi diqqət yetirməli, abidədə olan dəyişikliklər, dağıntı və söküntülər, habelə ondan qanunsuz istifadə olunması barədə rəhbərliyə və müvafiq orqanlara xəbər verməli, abidənin mühafizə zonasında müxtəlif tikinti, torpaq və kənd təsərrüfatı, icazəsiz arxeoloji qazıntı işlərinin aparılmasına, ərazidə yeraltı, yerüstü partlayış işlərinə, xüsusi icazə olmadan abidələrin ölçülməsinə, onlarda olan bədii təsvirlərin surətlərinin çıxarılmasına icazə verməməlidirlər.

6.5. Qoruq mühafizəçiləri respublikanın rayon və şəhərlərində abidələrin mühafizəsinə və istifadəsinə dair keçirilən bütün seminar və yığıncaqlarda iştirak edə, həmçinin mədəniyyət işçilərinin təkmilləşdirmə kurslarında təhsil və təcrübə mübadiləsi keçə bilərlər.

6.6. Qoruğun strukturu və işçilərinin say həddi Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılmaqla, Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi tərəfindən təsdiq edilir.

 

VII. Qoruğun fəaliyyətinin dayandırılması və ləğvi

 

Qoruğun fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq dayandırıla və yenidən təşkil edilə bilər.

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       1 sentyabr 2016-cı il tarixli 330 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 4 sentyabr 2016-cı il, ¹ 194, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 9, maddə 1558)

2.       2 sentyabr 2020-ci il tarixli 320 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 4 sentyabr 2020-ci il, ¹ 177)

3.       14 sentyabr 2020-ci il tarixli 338 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 16 sentyabr 2020-ci il, ¹ 187)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 14 sentyabr 2020-ci il tarixli 338 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 16 sentyabr 2020-ci il, ¹ 187) ilə “Azərbaycan Respublikasının “Xınalıq” Dövlət tarix-memarlıq və etnoqrafiya qoruğunun Əsasnaməsi”nin 1.1-ci bəndin üçüncü abzasında, 6.6- cı bənddə, 1.4-cü və 6.2-ci bəndlərin birinci cümlələrində, 3.5.1-ci, 5.1.2-ci və 5.1.4-cü yarımbəndlərdə ismin müvafiq hallarında “Mədəniyyət və Turizm Nazirliyi” sözləri ismin müvafiq hallarında “Dövlət Turizm Agentliyi” sözləri ilə əvəz edilmişdir.

 

[2] 14 sentyabr 2020-ci il tarixli 338 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 16 sentyabr 2020-ci il, ¹ 187) ilə “Azərbaycan Respublikasının “Xınalıq” Dövlət tarix-memarlıq və etnoqrafiya qoruğunun Əsasnaməsi”nin 1.2-ci bəndində “Mədəniyyət və Turizm Nazirliyinin” sözləri “Dövlət Turizm Agentliyinin” sözləri ilə əvəz edilmişdir “kollegiya qərarlarını” sözlərindən sonra “, Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin (bundan sonra – Qoruqları İdarəetmə Mərkəzi) Nizamnaməsini, qərarlarını, əmr və sərəncamlarını” sözləri əlavə edilmişdir.

 

[3] 14 sentyabr 2020-ci il tarixli 338 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 16 sentyabr 2020-ci il, ¹ 187) ilə “Azərbaycan Respublikasının “Xınalıq” Dövlət tarix-memarlıq və etnoqrafiya qoruğunun Əsasnaməsi”nin 1.5-ci bəndində “fəaliyyətinə dair illik hesabatı” sözləri “Qoruqları İdarəetmə Mərkəzi ilə razılaşdırılmış fəaliyyət planlarına dair yarımillik və illik hesabatları Qoruqları İdarəetmə Mərkəzi vasitəsilə” sözləri ilə və “Mədəniyyət və Turizm Nazirliyinə” sözləri “Dövlət Turizm Agentliyinə” sözləri ilə əvəz edilmişdir.

 

[4] 14 sentyabr 2020-ci il tarixli 338 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 16 sentyabr 2020-ci il, ¹ 187) ilə “Azərbaycan Respublikasının “Xınalıq” Dövlət tarix-memarlıq və etnoqrafiya qoruğunun Əsasnaməsi”nin 1.6-cı bəndində “təsdiq olunmuş sərhədləri və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təyin etdiyi mühafizə zonası mövcuddur” sözləri “müəyyən edilmiş sərhədləri və mühafizə zonası (mədəni irs abidələrinin mühafizə zonalarını isə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, tabeliyindəki dövlət qoruqlarının ərazisində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları ərazisində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi) mövcuddur” sözləri ilə əvəz edilmişdir.

 

[5] 14 sentyabr 2020-ci il tarixli 338 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 16 sentyabr 2020-ci il, ¹ 187) ilə “Azərbaycan Respublikasının “Xınalıq” Dövlət tarix-memarlıq və etnoqrafiya qoruğunun Əsasnaməsi”nin 1.7-ci bəndində “aiddir” sözündən sonra “və Qoruğun ərazisində dünya və yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələri yerləşir” sözləri əlavə edilmişdir, ikinci cümlə ləğv edilmişdir və yeni məzmunda ikinci və üçüncü cümlələr əlavə edilmişdir.

 

[6] 14 sentyabr 2020-ci il tarixli 338 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 16 sentyabr 2020-ci il, ¹ 187) ilə “Azərbaycan Respublikasının “Xınalıq” Dövlət tarix-memarlıq və etnoqrafiya qoruğunun Əsasnaməsi”nin 2.1.3-cü yarımbəndində “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi” sözləri “Qoruqları İdarəetmə Mərkəzi” sözləri ilə əvəz edilmişdir.

 

[7] 14 sentyabr 2020-ci il tarixli 338 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 16 sentyabr 2020-ci il, ¹ 187) ilə “Azərbaycan Respublikasının “Xınalıq” Dövlət tarix-memarlıq və etnoqrafiya qoruğunun Əsasnaməsi”nin 2.1.4-cü yarımbəndin ikinci cümləsinə “qadağan edilməsi üçün” sözlərindən sonra “Qoruqları İdarəetmə Mərkəzi ilə birlikdə” sözləri əlavə edilmişdir.

 

[8] 14 sentyabr 2020-ci il tarixli 338 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 16 sentyabr 2020-ci il, ¹ 187) ilə “Azərbaycan Respublikasının “Xınalıq” Dövlət tarix-memarlıq və etnoqrafiya qoruğunun Əsasnaməsi”nin 2.1.5-ci yarımbəndində birinci cümləsində “hazırlayır” sözü “Qoruqları İdarəetmə Mərkəzinə təqdim edir” sözləri ilə əvəz edilmişdir ikinci cümləsində “Mədəniyyət və Turizm Nazirliyi” sözləri “Dövlət Turizm Agentliyi” sözləri ilə əvəz olunsun və həmin cümləyə “təsdiq edildikdən sonra” sözlərindən sonra “Qoruqları İdarəetmə Mərkəzinin,” sözləri əlavə edilmişdir.

 

[9] 14 sentyabr 2020-ci il tarixli 338 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 16 sentyabr 2020-ci il, ¹ 187) ilə “Azərbaycan Respublikasının “Xınalıq” Dövlət tarix-memarlıq və etnoqrafiya qoruğunun Əsasnaməsi”nin 2.1.6-cı yarımbəndində  “Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin qərarı əsasında” sözləri çıxarılmışdır, “təmirini planlaşdırır və təşkil edir” sözləri “təmirinin planlaşdırılması və təşkil edilməsi üçün Qoruqları İdarəetmə Mərkəzinə müraciət edir” sözləri ilə əvəz edilmişdir və “bu işlərin” sözlərindən əvvəl “Qoruqları İdarəetmə Mərkəzi” sözləri əlavə edilmişdir.

 

[10] 14 sentyabr 2020-ci il tarixli 338 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 16 sentyabr 2020-ci il, ¹ 187) ilə “Azərbaycan Respublikasının “Xınalıq” Dövlət tarix-memarlıq və etnoqrafiya qoruğunun Əsasnaməsi”nin 2.1.7-ci yarımbəndə “Qoruq” sözündən sonra “Qoruqları İdarəetmə Mərkəzi ilə birlikdə” sözləri əlavə edilmişdir və həmin yarımbənddə “tədbirlər görür” sözləri “Qoruqları İdarəetmə Mərkəzinə müraciət edir” sözləri ilə əvəz edilmişdir.

 

[11] 14 sentyabr 2020-ci il tarixli 338 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 16 sentyabr 2020-ci il, ¹ 187) ilə “Azərbaycan Respublikasının “Xınalıq” Dövlət tarix-memarlıq və etnoqrafiya qoruğunun Əsasnaməsi”nin 2.1.10-cu yarımbəndində “inkişaf etdirilməsini, turist marşrutlarının müəyyən edilməsini və bununla bağlı infrastrukturun yaradılmasını təşkil edir” sözləri “inkişaf etdirilməsi, turist marşrutlarının müəyyən edilməsi və bununla bağlı infrastrukturun yaradılması üçün Qoruqları İdarəetmə Mərkəzinə təkliflər verir” sözləri ilə əvəz edilmişdir.

 

[12] 14 sentyabr 2020-ci il tarixli 338 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 16 sentyabr 2020-ci il, ¹ 187) ilə “Azərbaycan Respublikasının “Xınalıq” Dövlət tarix-memarlıq və etnoqrafiya qoruğunun Əsasnaməsi”nin 2.1.10-cu yarımbəndində “inkişaf etdirilməsini, turist marşrutlarının müəyyən edilməsini və bununla bağlı infrastrukturun yaradılmasını təşkil edir” sözləri “inkişaf etdirilməsi, turist marşrutlarının müəyyən edilməsi və bununla bağlı infrastrukturun yaradılması üçün Qoruqları İdarəetmə Mərkəzinə təkliflər verir” sözləri ilə əvəz edilmişdir.

 

[13] 14 sentyabr 2020-ci il tarixli 338 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 16 sentyabr 2020-ci il, ¹ 187) ilə “Azərbaycan Respublikasının “Xınalıq” Dövlət tarix-memarlıq və etnoqrafiya qoruğunun Əsasnaməsi”nin 2.1.12-ci yarımbənddə “Mədəniyyət və Turizm Nazirliyi” sözləri “Dövlət Turizm Agentliyi” sözləri ilə və “təşkil edir” sözləri “keçirir” sözü ilə əvəz edilmişdir və “təbliğ edir,” sözlərindən sonra “Qoruqları İdarəetmə Mərkəzinin təşkilatçılığı ilə” sözləri əlavə edilmişdir.

 

[14] 14 sentyabr 2020-ci il tarixli 338 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 16 sentyabr 2020-ci il, ¹ 187) ilə “Azərbaycan Respublikasının “Xınalıq” Dövlət tarix-memarlıq və etnoqrafiya qoruğunun Əsasnaməsi”nin 2.1.13-cü yarımbəndin birinci cümləsində “aparılmasını müvafiq qaydada təşkil edir” sözləri “aparılmasının təşkil edilməsi üçün Qoruqları İdarəetmə Mərkəzinə müraciət edir” sözləri ilə və “Mədəniyyət və Turizm Nazirliyində” sözləri “Dövlət Turizm Agentliyində” sözləri ilə əvəz edilmişdir.

 

[15] 1 sentyabr 2016-cı il tarixli 330 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 4 sentyabr 2016-cı il, ¹ 194, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 9, maddə 1558) ilə “Azərbaycan Respublikasının “Xınalıq” Dövlət tarix-memarlıq və etnoqrafiya qoruğunun Əsasnaməsi”nə yeni məzmunda 3.7-ci bənd əlavə edilmişdir.

 

2 sentyabr 2020-ci il tarixli 320 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 4 sentyabr 2020-ci il, ¹ 177) ilə “Azərbaycan Respublikasının “Xınalıq” Dövlət tarix-memarlıq və etnoqrafiya qoruğunun Əsasnaməsi”nin 3.7-ci bəndi yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

3.7. Qoruğun ərazisində və onun mühafizə zonasında, memarlıq abidələrinin (binalarının) dam hissəsində reklam daşıyıcıları Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin razılığı ilə yalnız reklam-informasiya təşkilatlarının nəzdindəki bədii şuraların rəyi əsasında və həmin binaların dayanıqlığına mənfi təsir göstərməmək şərtilə yerləşdirilə bilər.

 

[16] 14 sentyabr 2020-ci il tarixli 338 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 16 sentyabr 2020-ci il, ¹ 187) ilə “Azərbaycan Respublikasının “Xınalıq” Dövlət tarix-memarlıq və etnoqrafiya qoruğunun Əsasnaməsi”nin 4-cü hissənin birinci cümləsi 4.1-ci bənd hesab edilmişdir və həmin hissəyə yeni məzmunda 4.2-ci və 4.3-cü bəndlər əlavə edilmişdir.

 

[17] 14 sentyabr 2020-ci il tarixli 338 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 16 sentyabr 2020-ci il, ¹ 187) ilə “Azərbaycan Respublikasının “Xınalıq” Dövlət tarix-memarlıq və etnoqrafiya qoruğunun Əsasnaməsi”nin 5.1.3-cü yarımbəndinə “uyğunlaşdırılmasını” sözündən sonra “Qoruqları İdarəetmə Mərkəzini məlumatlandırmaqla” sözləri əlavə edilmişdir.

 

[18] 14 sentyabr 2020-ci il tarixli 338 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 16 sentyabr 2020-ci il, ¹ 187) ilə “Azərbaycan Respublikasının “Xınalıq” Dövlət tarix-memarlıq və etnoqrafiya qoruğunun Əsasnaməsi”nin 5.1.6-cı yarımbəndində “cəlb etmək” sözləri “cəlb etmək üçün Qoruqları İdarəetmə Mərkəzinə müraciət etmək” sözləri ilə əvəz edilmişdir.

 

[19] 14 sentyabr 2020-ci il tarixli 338 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 16 sentyabr 2020-ci il, ¹ 187) ilə “Azərbaycan Respublikasının “Xınalıq” Dövlət tarix-memarlıq və etnoqrafiya qoruğunun Əsasnaməsi”nin 5.1.7-ci yarımbəndində “keçirilməsində” sözü “keçirilməsinə” sözü ilə, “yaradılmasında” sözü “yaradılmasına” sözü ilə və “iştirak etmək” sözləri “iştirak edilməsinə dair Qoruqları İdarəetmə Mərkəzinə təkliflər vermək” sözləri ilə əvəz edilmişdir.

 

[20] 14 sentyabr 2020-ci il tarixli 338 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 16 sentyabr 2020-ci il, ¹ 187) ilə “Azərbaycan Respublikasının “Xınalıq” Dövlət tarix-memarlıq və etnoqrafiya qoruğunun Əsasnaməsi”nin 5.2-ci bəndin ikinci cümləsinə “Qoruğun təklifi” sözlərindən sonra “və Qoruqları İdarəetmə Mərkəzinin təqdimatı” sözləri əlavə edilmişdir və həmin cümlədə “Mədəniyyət və Turizm Nazirliyi” sözləri “Dövlət Turizm Agentliyi” sözləri ilə əvəz edilmişdir.

 

[21] 14 sentyabr 2020-ci il tarixli 338 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 16 sentyabr 2020-ci il, ¹ 187) ilə “Azərbaycan Respublikasının “Xınalıq” Dövlət tarix-memarlıq və etnoqrafiya qoruğunun Əsasnaməsi”nin 6.1-ci bəndin “fəaliyyətinə” sözündən sonra “Qoruqları İdarəetmə Mərkəzinin təqdimatı ilə” sözləri əlavə edilmişdir və “mədəniyyət və turizm naziri” sözləri “Dövlət Turizm Agentliyinin sədri” sözləri ilə əvəz edilmişdir.

 

[22] 14 sentyabr 2020-ci il tarixli 338 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 16 sentyabr 2020-ci il, ¹ 187) ilə “Azərbaycan Respublikasının “Xınalıq” Dövlət tarix-memarlıq və etnoqrafiya qoruğunun Əsasnaməsi”nin 6.3.6-cı yarımbəndin “qaydada” sözündən sonra “Qoruqları İdarəetmə Mərkəzi ilə razılaşdırılmaqla” sözləri əlavə edilmişdir və “Mədəniyyət və Turizm Nazirliyinə” sözləri “Dövlət Turizm Agentliyinə” sözləri ilə əvəz edilmişdir.

 

[23] 14 sentyabr 2020-ci il tarixli 338 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 16 sentyabr 2020-ci il, ¹ 187) ilə “Azərbaycan Respublikasının “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun Əsasnaməsi”nin 1.1-ci bəndin üçüncü abzasından, 1.2-ci, 1.5-ci bəndlərdən, 2.1.3-cü, 2.1.6- cı, 2.1.12-ci, 3.5.1-ci yarımbəndlərdən, 1.4-cü bəndin birinci cümləsindən, 2.1.5- ci və 2.1.13-cü yarımbəndlərin ikinci cümlələrindən “və Turizm” sözləri çıxarılmışdır.

 

[24] 14 sentyabr 2020-ci il tarixli 338 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 16 sentyabr 2020-ci il, ¹ 187) ilə “Azərbaycan Respublikasının “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun Əsasnaməsi”nin 1.6-cı bəndində “təsdiq olunmuş sərhədləri və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təyin etdiyi mühafizə zonası mövcuddur” sözləri “müəyyən edilmiş sərhədləri və mühafizə zonası (mədəni irs abidələrinin mühafizə zonalarını isə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, tabeliyindəki dövlət qoruqlarının ərazisində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları ərazisində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi) mövcuddur” sözləri ilə əvəz edilmişdir.

 

[25] 1 sentyabr 2016-cı il tarixli 330 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 4 sentyabr 2016-cı il, ¹ 194, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 9, maddə 1558) ilə “Azərbaycan Respublikasının “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun Əsasnaməsi”nə yeni məzmunda 3.7-ci bənd əlavə edilmişdir.

 

2 sentyabr 2020-ci il tarixli 320 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 4 sentyabr 2020-ci il, ¹ 177) ilə “Azərbaycan Respublikasının “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun Əsasnaməsi”nin 3.7-ci bəndi yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

3.7. Qoruğun ərazisində və onun mühafizə zonasında, memarlıq abidələrinin (binalarının) dam hissəsində reklam daşıyıcıları Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin razılığı ilə yalnız reklam-informasiya təşkilatlarının nəzdindəki bədii şuraların rəyi əsasında və həmin binaların dayanıqlığına mənfi təsir göstərməmək şərtilə yerləşdirilə bilər.

 

[26] 14 sentyabr 2020-ci il tarixli 338 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 16 sentyabr 2020-ci il, ¹ 187) ilə  “Azərbaycan Respublikasının “Atəşgah məbədi” Dövlət tarix-memarlıq qoruğunun Əsasnaməsi”nin 1.1-ci bəndin üçüncü abzasında, 6.6- cı bənddə, 1.4-cü və 6.2-ci bəndlərin birinci cümlələrində, 3.5.1-ci, 5.1.2-ci və 5.1.4-cü yarımbəndlərdə ismin müvafiq hallarında “Mədəniyyət və Turizm Nazirliyi” sözləri ismin müvafiq hallarında “Dövlət Turizm Agentliyi” sözləri ilə əvəz edilmişdir.

 

[27] 14 sentyabr 2020-ci il tarixli 338 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 16 sentyabr 2020-ci il, ¹ 187) ilə  “Azərbaycan Respublikasının “Atəşgah məbədi” Dövlət tarix-memarlıq qoruğunun Əsasnaməsi”nin 1.2-ci bəndində “Mədəniyyət və Turizm Nazirliyinin” sözləri “Dövlət Turizm Agentliyinin” sözləri ilə əvəz edilmişdir və “kollegiya qərarlarını” sözlərindən sonra “, Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin (bundan sonra – Qoruqları İdarəetmə Mərkəzi) Nizamnaməsini, qərarlarını, əmr və sərəncamlarını” sözləri əlavə edilmişdir.

 

[28] 14 sentyabr 2020-ci il tarixli 338 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 16 sentyabr 2020-ci il, ¹ 187) ilə “Azərbaycan Respublikasının “Atəşgah məbədi” Dövlət tarix-memarlıq qoruğunun Əsasnaməsi”nin 1.5-ci bəndində “fəaliyyətinə dair illik hesabatı” sözləri “Qoruqları İdarəetmə Mərkəzi ilə razılaşdırılmış fəaliyyət planlarına dair yarımillik və illik hesabatları Qoruqları İdarəetmə Mərkəzi vasitəsilə” sözləri ilə və “Mədəniyyət və Turizm Nazirliyinə” sözləri “Dövlət Turizm Agentliyinə” sözləri ilə əvəz edilmişdir.

 

[29] 14 sentyabr 2020-ci il tarixli 338 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 16 sentyabr 2020-ci il, ¹ 187) ilə “Azərbaycan Respublikasının “Atəşgah məbədi” Dövlət tarix-memarlıq qoruğunun Əsasnaməsi”nin 1.6-cı bəndində “təsdiq olunmuş sərhədləri və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təyin etdiyi mühafizə zonası mövcuddur” sözləri “müəyyən edilmiş sərhədləri və mühafizə zonası (mədəni irs abidələrinin mühafizə zonalarını isə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, tabeliyindəki dövlət qoruqlarının ərazisində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları ərazisində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi) mövcuddur” sözləri ilə əvəz edilmişdir.

 

[30] 14 sentyabr 2020-ci il tarixli 338 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 16 sentyabr 2020-ci il, ¹ 187) ilə “Azərbaycan Respublikasının “Atəşgah məbədi” Dövlət tarix-memarlıq qoruğunun Əsasnaməsi”nin 1.7-ci bəndində “aiddir” sözündən sonra “və Qoruğun ərazisində dünya və yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələri yerləşir” sözləri əlavə edilmişdir, ikinci cümlə ləğv edilmişdir və yeni məzmunda ikinci və üçüncü cümlələr əlavə edilmişdir.

 

[31] 14 sentyabr 2020-ci il tarixli 338 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 16 sentyabr 2020-ci il, ¹ 187) ilə “Azərbaycan Respublikasının “Atəşgah məbədi” Dövlət tarix-memarlıq qoruğunun Əsasnaməsi”nin 2.1.3-cü yarımbəndində “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi” sözləri “Qoruqları İdarəetmə Mərkəzi” sözləri ilə əvəz edilmişdir.

 

[32] 14 sentyabr 2020-ci il tarixli 338 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 16 sentyabr 2020-ci il, ¹ 187) ilə “Azərbaycan Respublikasının “Atəşgah məbədi” Dövlət tarix-memarlıq qoruğunun Əsasnaməsi”nin 2.1.4-cü yarımbəndinə “qadağan edilməsi üçün” sözlərindən sonra “Qoruqları İdarəetmə Mərkəzi ilə birlikdə” sözləri əlavə edilmişdir.

 

[33] 14 sentyabr 2020-ci il tarixli 338 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 16 sentyabr 2020-ci il, ¹ 187) ilə “Azərbaycan Respublikasının “Atəşgah məbədi” Dövlət tarix-memarlıq qoruğunun Əsasnaməsi”nin 2.1.5-ci yarımbəndin birinci cümləsində “hazırlayır” sözü “Qoruqları İdarəetmə Mərkəzinə təqdim edir” sözləri ilə əvəz edilmişdir və ikinci cümləsində “Mədəniyyət və Turizm Nazirliyi” sözləri “Dövlət Turizm Agentliyi” sözləri ilə əvəz olunsun və həmin cümləyə “təsdiq edildikdən sonra” sözlərindən sonra “Qoruqları İdarəetmə Mərkəzinin,” sözləri əlavə edilmişdir.

 

[34] 14 sentyabr 2020-ci il tarixli 338 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 16 sentyabr 2020-ci il, ¹ 187) ilə “Azərbaycan Respublikasının “Atəşgah məbədi” Dövlət tarix-memarlıq qoruğunun Əsasnaməsi”nin 2.1.6-cı yarımbəndindən “Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin qərarı əsasında” sözləri çıxarılmışdır, “təmirini planlaşdırır və təşkil edir” sözləri “təmirinin planlaşdırılması və təşkil edilməsi üçün Qoruqları İdarəetmə Mərkəzinə müraciət edir” sözləri ilə əvəz edilmişdir və “bu işlərin” sözlərindən əvvəl “Qoruqları İdarəetmə Mərkəzi” sözləri əlavə edilmişdir.

 

[35] 14 sentyabr 2020-ci il tarixli 338 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 16 sentyabr 2020-ci il, ¹ 187) ilə “Azərbaycan Respublikasının “Atəşgah məbədi” Dövlət tarix-memarlıq qoruğunun Əsasnaməsi”nin 2.1.7-ci yarımbəndə “Qoruq” sözündən sonra “Qoruqları İdarəetmə Mərkəzi ilə birlikdə” sözləri əlavə edilmişdir və həmin yarımbənddə “tədbirlər görür” sözləri “Qoruqları İdarəetmə Mərkəzinə müraciət edir” sözləri ilə əvəz  edilmişdir.

 

[36] 14 sentyabr 2020-ci il tarixli 338 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 16 sentyabr 2020-ci il, ¹ 187) ilə “Azərbaycan Respublikasının “Atəşgah məbədi” Dövlət tarix-memarlıq qoruğunun Əsasnaməsi”nin 2.1.10-cu yarımbəndində “inkişaf etdirilməsini, turist marşrutlarının müəyyən edilməsini və bununla bağlı infrastrukturun yaradılmasını təşkil edir” sözləri “inkişaf etdirilməsi, turist marşrutlarının müəyyən edilməsi və bununla bağlı infrastrukturun yaradılması üçün Qoruqları İdarəetmə Mərkəzinə təkliflər verir” sözləri ilə əvəz edilmişdir.

 

[37] 14 sentyabr 2020-ci il tarixli 338 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 16 sentyabr 2020-ci il, ¹ 187) ilə “Azərbaycan Respublikasının “Atəşgah məbədi” Dövlət tarix-memarlıq qoruğunun Əsasnaməsi”nin 2.1.11-ci yarımbəndinə “elmi tədqiqatlar” sözlərindən əvvəl “Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi ilə razılaşdırmaqla, müvafiq elmi təşkilatlarla birgə” sözləri əlavə edilmişdir.

 

[38] 14 sentyabr 2020-ci il tarixli 338 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 16 sentyabr 2020-ci il, ¹ 187) ilə “Azərbaycan Respublikasının “Atəşgah məbədi” Dövlət tarix-memarlıq qoruğunun Əsasnaməsi”nin 2.1.12-ci yarımbəndində “Mədəniyyət və Turizm Nazirliyi” sözləri “Dövlət Turizm Agentliyi” sözləri ilə və “təşkil edir” sözləri “keçirir” sözü ilə əvəz edilmişdir və “təbliğ edir,” sözlərindən sonra “Qoruqları İdarəetmə Mərkəzinin təşkilatçılığı ilə” sözləri əlavə edilmişdir.

 

[39] 14 sentyabr 2020-ci il tarixli 338 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 16 sentyabr 2020-ci il, ¹ 187) ilə “Azərbaycan Respublikasının “Atəşgah məbədi” Dövlət tarix-memarlıq qoruğunun Əsasnaməsi”nin 2.1.13-cü yarımbəndin birinci cümləsində “aparılmasını müvafiq qaydada təşkil edir” sözləri “aparılmasının təşkil edilməsi üçün Qoruqları İdarəetmə Mərkəzinə müraciət edir” sözləri ilə və “Mədəniyyət və Turizm Nazirliyində” sözləri “Dövlət Turizm Agentliyində” sözləri ilə əvəz edilmişdir.

 

[40] 1 sentyabr 2016-cı il tarixli 330 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 4 sentyabr 2016-cı il, ¹ 194, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 9, maddə 1558) ilə “Azərbaycan Respublikasının “Atəşgah məbədi” Dövlət tarix-memarlıq qoruğunun Əsasnaməsi”nə yeni məzmunda 3.7-ci bənd əlavə edilmişdir.

 

2 sentyabr 2020-ci il tarixli 320 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 4 sentyabr 2020-ci il, ¹ 177) ilə “Azərbaycan Respublikasının “Atəşgah məbədi” Dövlət tarix-memarlıq qoruğunun Əsasnaməsi”nin 3.7-ci bəndi yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

3.7. Qoruğun ərazisində və onun mühafizə zonasında, memarlıq abidələrinin (binalarının) dam hissəsində reklam daşıyıcıları Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin razılığı ilə yalnız reklam-informasiya təşkilatlarının nəzdindəki bədii şuraların rəyi əsasında və həmin binaların dayanıqlığına mənfi təsir göstərməmək şərtilə yerləşdirilə bilər.

 

[41] 14 sentyabr 2020-ci il tarixli 338 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 16 sentyabr 2020-ci il, ¹ 187) ilə “Azərbaycan Respublikasının “Atəşgah məbədi” Dövlət tarix-memarlıq qoruğunun Əsasnaməsi”nin 4-cü hissənin birinci cümləsi 4.1-ci bənd hesab edilmişdir və həmin hissəyə yeni məzmunda 4.2-ci və 4.3-cü bəndlər əlavə edilmişdir.

 

[42] 14 sentyabr 2020-ci il tarixli 338 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 16 sentyabr 2020-ci il, ¹ 187) ilə “Azərbaycan Respublikasının “Atəşgah məbədi” Dövlət tarix-memarlıq qoruğunun Əsasnaməsi”nin 5.1.3-cü yarımbəndinə “uyğunlaşdırılmasını” sözündən sonra “Qoruqları İdarəetmə Mərkəzini məlumatlandırmaqla” sözləri əlavə edilmişdir.

 

[43] 14 sentyabr 2020-ci il tarixli 338 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 16 sentyabr 2020-ci il, ¹ 187) ilə “Azərbaycan Respublikasının “Atəşgah məbədi” Dövlət tarix-memarlıq qoruğunun Əsasnaməsi”nin 5.1.6-cı yarımbəndində “cəlb etmək” sözləri “cəlb etmək üçün Qoruqları İdarəetmə Mərkəzinə müraciət etmək” sözləri ilə əvəz edilmişdir.

 

[44] 14 sentyabr 2020-ci il tarixli 338 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 16 sentyabr 2020-ci il, ¹ 187) ilə “Azərbaycan Respublikasının “Atəşgah məbədi” Dövlət tarix-memarlıq qoruğunun Əsasnaməsi”nin 5.1.7-ci yarımbəndində “keçirilməsində” sözü “keçirilməsinə” sözü ilə, “yaradılmasında” sözü “yaradılmasına” sözü ilə və “iştirak etmək” sözləri “iştirak edilməsinə dair Qoruqları İdarəetmə Mərkəzinə təkliflər vermək” sözləri ilə əvəz edilmişdir.

 

[45] 14 sentyabr 2020-ci il tarixli 338 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 16 sentyabr 2020-ci il, ¹ 187) ilə “Azərbaycan Respublikasının “Atəşgah məbədi” Dövlət tarix-memarlıq qoruğunun Əsasnaməsi”nin 5.2-ci bəndin ikinci cümləsinə “Qoruğun təklifi” sözlərindən sonra “və Qoruqları İdarəetmə Mərkəzinin təqdimatı” sözləri əlavə edilmişdir və həmin cümlədə “Mədəniyyət və Turizm Nazirliyi” sözləri “Dövlət Turizm Agentliyi” sözləri ilə əvəz edilmişdir.

 

[46] 14 sentyabr 2020-ci il tarixli 338 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 16 sentyabr 2020-ci il, ¹ 187) ilə “Azərbaycan Respublikasının “Atəşgah məbədi” Dövlət tarix-memarlıq qoruğunun Əsasnaməsi”nin 6.1-ci bəndin “fəaliyyətinə” sözündən sonra “Qoruqları İdarəetmə Mərkəzinin təqdimatı ilə” sözləri əlavə edilmişdir və “mədəniyyət və turizm naziri” sözləri “Dövlət Turizm Agentliyinin sədri” sözləri ilə əvəz edilmişdir.

 

[47] 14 sentyabr 2020-ci il tarixli 338 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 16 sentyabr 2020-ci il, ¹ 187) ilə “Azərbaycan Respublikasının “Atəşgah məbədi” Dövlət tarix-memarlıq qoruğunun Əsasnaməsi”nin 6.3.6-cı yarımbəndin “qaydada” sözündən sonra “Qoruqları İdarəetmə Mərkəzi ilə razılaşdırılmaqla” sözləri əlavə edilmişdir və “Mədəniyyət və Turizm Nazirliyinə” sözləri “Dövlət Turizm Agentliyinə” sözləri ilə əvəz edilmişdir.