“Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

 

Azərbaycan Respublikasında kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması, elmi-mədəni sərvətlərdən hərtərəfli istifadə imkanlarının genişləndirilməsi, cəmiyyətin informasiya təminatının artırılması, eləcə də Azərbaycan kitabxanalarının dünya informasiya məkanına daxil olmasının təmin edilməsi məqsədi ilə qərara alıram:

1. “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı” təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

 

 

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 6 oktyabr 2008-ci il

¹ 3072

Azərbaycan Respublikası Prezidentinin 2008-ci il

6 oktyabr tarixli 3072 nömrəli Sərəncamı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

 

Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə

 

DÖVLƏT PROQRAMI

 

1. ÜMUMİ ƏSASLAR

 

1.1. Mövcud vəziyyət

Tarixi-mədəni, ədəbi-bədii və elmi-fəlsəfi irsin toplanıb saxlanılmasında, nəsildən-nəslə çatdırılmasında və cəmiyyətin intellektual, mənəvi potensialının inkişafında əvəzsiz rol oynayan kitabxanaların fəaliyyətinin təkmilləşdirilməsi bu sahədə əsaslı islahatların aparılmasını, fondların müasir informasiya daşıyıcıları ilə zənginləşdirilməsini, dünyanın qabaqcıl kitabxana-informasiya müəssisələrinin təcrübəsindən istifadə edilməsini, elektron məlumat banklarının yaradılmasını, kitabxanaların maddi-texniki bazasının möhkəmləndirilməsini zəruri edir və bütün bunlar mədəniyyət sahəsində dövlət siyasətinin əsas prioritetlərindəndir.

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin kitabxana şəbəkəsində müxtəlif formada 40 milyon nüsxəyə yaxın informasiya daşıyıcıları və digər ənənəvi sənədlər qorunub saxlanılır. Son illər ərzində ölkədə kitabxana işinin inkişafı sahəsində bir sıra mühüm sənədlər qəbul edilmişdir. Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" 2004-cü il 12 yanvar tarixli 56 nömrəli və "2005-2006-cı illərdə Azərbaycan dilində latın qrafikası ilə çapı nəzərdə tutulan əsərlərin siyahısının təsdiq edilməsi haqqında" 2004-cü il 27 dekabr tarixli 562 nömrəli sərəncamları ilə təsdiq edilmiş siyahı üzrə latın qrafikası ilə nəşr olunmuş kitablar ölkənin bütün kitabxanalarına hədiyyə edilmişdir. Hazırda bu istiqamətdə işlər davam etdirilir. Azərbaycan Respublikası Prezidentinin müvafiq fərman və sərəncamları ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)", "Bakı şəhərinin qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair tədbirlər Proqramı", "Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramı (Elektron Azərbaycan)", "Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Proqramı (2005-2007-ci illər)" kimi mühüm sənədlərdə kitabxana-informasiya sahəsinin inkişafı və modernləşdirilməsi üzrə tədbirlərin həyata keçirilməsi də nəzərdə tutulmuşdur.

Ötən əsrin 90-cı illərinin əvvəllərində ölkədə baş verən hadisələr kitabxanaların da fəaliyyətinə mənfi təsir göstərmiş, kitab nəşri və kitab təchizatı sistemi tamamilə iflic vəziyyətinə düşmüş, onların maddi-texniki bazasının olduqca zəifləməsinə gətirib çıxarmışdır. Bütün bunlar kitabxana sahəsinin tənəzzülünə səbəb olmuşdur. Nəticədə kitabxanalar real və potensial oxucularını itirmiş, xeyli sayda kitabxanalar toplanılmış, əksəriyyəti oxucu tələbatını ödəyə bilməmiş, mövcud ştat vahidləri ixtisar edilmişdir. 1990-cı ildə respublika üzrə kütləvi kitabxanaların kitab fondu 45,3 milyon, 2002-ci ildə 36,9 milyon, 2003-cü ildə 36,8 milyon nüsxəyə enmişdir. 2004-cü ildə isə bu göstərici 36,5 milyon nüsxə təşkil etmişdir. Bunun əsas səbəbi Ermənistan silahlı qüvvələri tərəfindən respublika ərazisinin 20 faizinin işğal olunması nəticəsində 9 Mərkəzləşdirilmiş Kitabxana Sisteminin, 927 kitabxananın tamamilə məhv edilməsi, kitabxanaların yeni nəşrləri almaq üçün vəsaitlə təmin edilməməsi, habelə kitabxana fondlarından məzmunca əhəmiyyətini itirmiş və mənəvi cəhətdən köhnəlmiş kitabların çıxarılması olmuşdur.

Azərbaycan Respublikasında 12 mindən çox müxtəlif tipli kitabxananın daxil olduğu geniş kitabxana-informasiya şəbəkəsi mövcuddur. Bu şəbəkəyə yalnız kütləvi kitabxanalar deyil, həm də elmi-texniki, uşaq, gənclər, musiqi məktəblərinin, muzey və digər mədəniyyət və təhsil  müəssisələrinin, eləcə də müxtəlif təşkilatların tabeliyində olan kitabxanalar, o cümlədən 6 respublika əhəmiyyətli kitabxana, Bakı şəhərində 84 kitabxana və filialı, 72 şəhər və rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS) daxildir. Azərbaycanın erməni işğalçıları tərəfindən zəbt olunmuş ərazilərində 927 kitabxana və kitabxana filialını özündə birləşdirən 9 rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi, 4 milyondan artıq kitab fondu məhv edilmişdir. [1]

Azərbaycanşünaslığa dair qiymətli əsərlərin böyük hissəsi XIX əsrin əvvəllərindən Rusiyanın Moskva, Sankt-Peterburq, Kazan və digər şəhərlərinin kitabxanalarına aparılmışdır. Həmin əsərlərin əslinin, yaxud surətlərinin Azərbaycan kitabxanalarına qaytarılması zəruridir.

Respublikada ən mühüm sənəd və digər çap əsərlərinin sığorta fondunun yaradılmasına ehtiyac vardır. Belə fondlar sözügedən çap məhsullarının müxtəlif dövrlərdə sosial və təbii təsirlər nəticəsində tamamilə məhv olmasının qarşısının alınmasına, millətin tarixi yaddaşının qorunub saxlanılmasına xidmət edir.

Dünyanın qabaqcıl ölkələrində olduğu kimi (Fransada Pompidu, ABŞ-da Kennedi, Vaşinqton və s.), Azərbaycanda yaradılacaq Heydər Əliyev Mərkəzinin nəzdində də Heydər Əliyev Milli Kitabxana-informasiya Kompleksinin təşkili zəruridir.

Azərbaycan Respublikasında kitabxana-informasiya şəbəkəsinə daxil olan kitabxanaların 90 faizi müasir tələblərə cavab vermir. BIr neçə kitabxana istisna olmaqla, kitabxanaların əksəriyyəti yararsız vəziyyətdədir. Kitabxanaların bir çoxu qəza vəziyyətində olan uyğunlaşdırılmış və yardımçı binalarda fəaliyyət göstərir. Respublikanın rayonlarında kənd kitabxana filiallarının bir hissəsi şəxsi evlərdə yerləşir. Kənd və qəsəbə kitabxana filiallarının 79,2 faizinin sahəsi darısqal olduğundan, oxu zalları təşkil etmək qeyri-mümkündür. Bu səbəbdən əhalinin 66,8 faizi kitabxanalardan istifadə edə bilmir. Mingəçevir, Şəki, Naftalan, Sumqayıt, Yevlax, Şirvan şəhər, Ağcabədi, Astara, Beyləqan, Bərdə, Qazax, Qobustan, Zaqatala, Yardımlı, Lerik, Neftçala, Biləsuvar, Samux, Xaçmaz, Cəlilabad, Ucar, Kürdəmir və digər rayon kitabxanalarının müxtəlif sahələrə aid yeni nəşrlərlə təminatına, fondlarının mühafizəsinə, binalarının əsaslı təmirinə, avadanlıqla təmin edilməsinə və kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılmasına ciddi ehtiyac vardır.

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin kitabxana şəbəkəsinə daxil olan cəmi 29 müəssisədə orta hesabla 1-5 ədəd kompüter vardır, 14 kitabxana (0,19%) İnternet xidmətindən istifadə edə bilir ki, bu təchizat da daimi və sürətli deyildir. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin kitabxana şəbəkəsinə daxil olan cəmi 4 kitabxanada (0,07%) kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması işinə başlanılmışdır. Tabeliyindən asılı olmayaraq, digər kitabxanalarda da (səhiyyə, təhsil, həmkarlar və s.) informasiya təminatı aşağı səviyyədədir.

Kitabxana-informasiya sahəsində həll olunmamış əsas problemlərdən biri də kitabxana fondlarının mühafizəsi və bərpası məsələsidir. Respublikada kitab fondlarının bərpa mərkəzləri yaradılmadığından, xüsusi əhəmiyyətli nəşrlər sıradan çıxır və mövcud fondlarda qoruna bilmir. Latın qrafikası ilə buraxılan yeni nəşrlərin elektron daşıyıcılara köçürülməsi vacib və təxirəsalınmaz məsələlərdəndir. Fondlarda saxlanılan nadir kitabların rəqəmli daşıyıcılara köçürülməməsi səbəbindən sözügedən kitablar alim və tədqiqatçılar, geniş oxucu kütləsi tərəfindən az istifadə edilir, digər tərəfdən isə qiymətli nəşr nümunələrinin və nadir kitabların saxlanılma şəraiti müvafiq normalara uyğun gəlmədiyindən, onlar təhlükə altındadır. Belə kitablar M.F. Axundov adına Azərbaycan Milli Kitabxanasında, Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında, Bakı Dövlət Universitetinin Elmi Kitabxanasında, Milli Arxiv İdarəsinin kitabxanalarında və digər kitabxanalarda saxlanılır.

Kitabxanaların beynəlxalq əlaqələr sahəsindəki fəaliyyəti müasir tələblərə cavab vermir. ölkədə milli biblioqrafiyanın, milli formatın, elektron kitabxananın, toplu kataloqun, korporativ kitabxana şəbəkələrinin olmaması dünya informasiya məkanında layiqli təmsil edilməyə imkan vermir.

Bu gün elektron kataloqlar Azərbaycan Respublikası Prezidentinin işlər Idarəsinin "Prezident Kitabxanası", M.F. Axundov adına Azərbaycan Milli Kitabxana, Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası, Bakı Dövlət Universitetinin Elmi Kitabxanası, Rabitə və Informasiya Texnologiyaları Nazirliyinin Mərkəzi Aparatmın kitabxanası, Azərbaycan Dillər Universitetinin kitabxanası, "Xəzər" Universitetinin Elmi kitabxanası, Qərb Universitetinin kitabxanası, F. Köçərli adına Respublika Uşaq Kitabxanası, Şamaxı rayon və Gəncə şəhər mərkəzi kitabxanaları istisna olunmaqla, digər kitabxanalarda yoxdur.

Kitabxana fondlarının tələbata uyğun, sistemli və məqsədli komplektləşdirilməməsi daim yeniləşən informasiya axınında oxucu kontingentinin itirilməsinə, bütövlükdə əhalinin mütaliəyə marağının azalmasına səbəb olur. Respublikanın ən böyük kitabxanalarında belə kitabsaxlayıcıların vəziyyəti (istilik, siqnalizasiya, ventilyasiya və s. kommunikasiyalar) mövcud normalara cavab vermir.

Kitabxanaların maddi-texniki bazasının zəifliyi, əksəriyyətinin binalarının yararsız və qəza vəziyyətində olması, xidmət və komplektləşdirmə işinin lazımi səviyyədə olmaması, kadrların peşə hazırlığının aşağı olması, kitabxana işinə dair ədəbiyyatın və dövri nəşrlərin kifayət qədər çap etdirilməməsi, beynəlxalq əlaqələrin zəifliyi bu sahənin inkişafına maneçilik törədən əsas amillərdir. Bütün bunlar ölkə əhalisinin informasiya təminatı sistemində ciddi problemlər yaradır.

"Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı" (bundan sonra - dövlət Proqramı) Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsində mövcud problemlərin sistemli həllinə yönəldilmişdir.

 

1.2. Dövlət Proqramının məqsəd və vəzifələri

Dövlət Proqramının əsas məqsədi "Kitabxana işi haqqında" Azərbaycan Respublikasının Qanununda, habelə digər müvafiq normativ hüquqi aktlarda nəzərdə tutulmuş müddəalara uyğun olaraq, kitabxana işi sahəsində dövlət siyasətinin həyata keçirilməsini, ölkədə tarixi-mədəni, ədəbi-bədii, elmi-fəlsəfi sərvətlərin toplanılmasını, mühafizəsini və onlardan istifadə imkanlarının artırılmasını təmin etməkdən ibarətdir. Bundan başqa kitabxana-informasiya sahəsində yeni texnologiyaların tətbiqi və istifadəsi nəticəsində müasir kitabxana-informasiya infrastrukturunun yaradılması, istifadəçilərə göstərilən kitabxana-informasiya xidmətinin dünya standartları səviyyəsinə çatdırılması, əhalinin intellektual potensialının və bilik səviyyəsinin inkişafı, habelə fasiləsiz təhsilin təmin edilməsi üçün şəraitin yaradılmasından ibarətdir.

Bu məqsədə nail olmaq üçün aşağıdakı əsas vəzifələrin həyata keçirilməsi xüsusi əhəmiyyət kəsb edir:

-            informasiya cəmiyyəti quruculuğu şəraitində beynəlxalq standartlar, normativ
hüquqi aktlar, milli informasiyalaşdırma siyasəti əsasında ölkədə fəaliyyət göstərən
kitabxanaların modernləşdirilməsi;

-            köklü islahatların aparılması, kitabxana-informasiya resurslarının dünya
məkanına inteqrasiyasının təmin edilməsi, beynəlxalq təcrübənin öyrənilməsi və
tətbiqi, idarələrarası koordinasiyanın təşkili;

- "informasiya cəmiyyəti", "Biliklər cəmiyyəti" Azərbaycan modelinin qurulması prosesinə yardım göstərilməsi;

- kitab nəşri, yayımı və fond komplektləşdirmə işini tənzimləyən, maraqlı tərəflərin mənafeyini ifadə edən "müəllif-nəşriyyat-kitabxana-oxucu" mexanizminin və infrastrukturunun təkmilləşdirilməsi;

- elektron informasiya fondlarının formalaşdırılması və virtual kitabxanaların inkişaf etdirilməsi, "Azərbaycan ədəbiyyatının virtual kitabxanası"nın oxucuların istifadəsinə verilməsi;

- elektron kataloq və elektron kitabxanaların yaradılması işinin təmin edilməsi, onların müasir standartlar səviyyəsinə çatdırılması;

-            kompüterləşdirilmiş kitabxana infrastrukturunun qurulması, kitabxanaların
yeni informasiya texnologiyaları ilə təchiz edilməsi;

- kitabxana    fondlarının    zənginləşdirilməsi,     onların     mühafizəsi    və təhlükəsizliyinin təmin edilməsi;

- "Azərbaycanın kitab abidələri" dövlət reyestrinin hazırlanması, milli informasiya resurslarının elektron daşıyıcılara köçürülməsi;

- əhalinin bütün təbəqələrinə kitabxana-informasiya xidməti səviyyəsinin yüksəldilməsi;

-            kitabxanaların kadr təminatının yaxşılaşdırılması, bu məqsədlə fasiləsiz peşə
təhsilinin təşkili və əlavə təhsil
sisteminin təkmilləşdirilməsi; [2]

-            kitabxana-informasiya işinin təkmilləşdirilməsi üçün müasir idarəetmə
sisteminin tətbiqi;

-            maliyyələşmənin təkmilləşdirilməsi, sahə üzrə ayrılan vəsaitlərdən səmərəli
istifadəni təmin edən yeni iqtisadi münasibətlər sisteminin tətbiqi;

- kitabxana-informasiya sahəsində idarəetmənin müasir iqtisadi münasibətlərə və sosial iqtisadi şəraitə uyğunlaşdırılması;

- kitabxana-informasiya sahəsinə ardıcıl olaraq müxtəlif mənbələrdən əlavə maliyyə vəsaitlərinin cəlb edilməsi, yeni xidmət növlərinin inkişafı, xüsusən də onların regionlarda təşkili, kitabxanalarda təsərrüfat fəaliyyətinin həyata keçirilməsi, büdcədənkənar gəlir və xərclərin bərpa olunması, onların həcminin artırılması, kitabxanaçıların əməyində stimullaşdırıcı tədbirlərin müəyyənləşdirilməsi;

- Beynəlxalq Kitabxana Assosiasiyaları Federasiyası, Avropa Milli Kitabxanaları İttifaqı, ABŞ Kitabxana Assosiasiyası, Elektron Kitabxanalar İstifadəçilərinin Beynəlxalq Assosiasiyası və digər beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsi;

- kitabxana işi sahəsində elmi-tədqiqat və elmi-metodiki fəaliyyətin stimullaşdırılması, sahəyə aid ədəbiyyat nəşrinin genişləndirilməsi;

-            kitabxana binalarının təmiri, müasir tipli yeni kitabxana binalarının inşası;

-            respublika kitabxana-informasiya şəbəkəsinin yeni dislokasiya xəritəsinin
işlənilməsi və müasir tələblərə cavab verməyən kitabxanalarla bağlı müvafiq
tədbirlərin görülməsi;

-            Azərbaycanda kitabxana-informasiya şəbəkəsinin modernləşdirilməsini
təmin edən layihələrin işlənilməsi üçün dövlət və donor təşkilatların cəlb edilməsi;

-            kitabxana-informasiya sahəsində dövlət siyasətinin prioritet istiqamətləri üzrə
elmi araşdırmaların genişləndirilməsi və müvafiq nəşrlərin hazırlanması;

-            kitabxanaların ictimai statusunun yüksəldilməsi, kitabxana-informasiya
sahəsinə dövlət qayğısının gücləndirilməsi, habelə müxtəlif ictimai qurumlar,
beynəlxalq təşkilatlar tərəfindən bu sahəyə diqqətin artırılması.

 

1.3. Dövlət Proqramının icrasının əsas istiqamətləri

Dövlət Proqramında qeyd olunan vəzifələrin yerinə yetirilməsi üçün aşağıdakı istiqamətlərdə işlərin aparılması nəzərdə tutulur:

- kitabxana fondlarının müasir komplektləşdirmə mexanizminin yaradılması, inkişafı və müasir informasiya daşıyıcıları ilə təmin edilməsi;

- kitabxanaların kompüter və informasiya-proqram təminatı, respublika üzrə kompüterləşdirilmiş kitabxana-informasiya şəbəkəsinin yaradılması və inkişafı;

- respublikanın     milli-mədəni    irsinin          informasiya     ehtiyatlarının qorunması və gələcək nəsillərə çatdırılması;

- kitabxana xidmətinin əhatə dairəsinin genişləndirilməsi, onun forma və məzmunca yeniləşdirilməsi;

- kitabxana şəbəkəsinin idarəetmə strukturunun təkmilləşdirilməsi, şəbəkənin optimallaşdırılması və kadr islahatlarının həyata keçirilməsi;

- kitabxana işi sahəsində elmi tədqiqatların aparılması, kitabların hazırlanması və nəşri;

yeni kitabxana binalarının tikilməsi, onların, eləcə də fəaliyyət göstərən kitabxanaların maddi-texniki bazasının müasir dövrün tələblərinə uyğun möhkəmləndirilməsi;

- kitabxanaların beynəlxalq əlaqələrinin inkişafı, genişləndirilməsi və beynəlxalq tədbirlərin təşkili;

- M.F. Axundov adına Azərbaycan Milli Kitabxanasının modernləşdirilməsi, müasir informasiya texnologiyaları ilə təmin edilməsi və maddi-texniki bazasının möhkəmləndirilməsi.

 

1.4. Dövlət Proqramının maliyyə mənbələri

Dövlət Proqramı dövlət büdcəsindən ayırmalar və qanunvericiliklə qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdiriləcəkdir.

 

1.5. Gözlənilən nəticələr

Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsi aşağıdakı nəticələri əldə etməyə imkan verəcəkdir:

- Azərbaycan Respublikasında fəaliyyət göstərən kitabxanaların fondlarının ənənəvi və müasir informasiya daşıyıcıları ilə tam komplektləşdirilmə mexanizminin yaradılması və bu işin davamlı şəkildə inkişaf etdirilməsi;

- xüsusilə dəyərli, nadir və əhəmiyyətli kitab və sənədlərin surətlərindən respublika sığorta fondunun və Azərbaycan kitabının toxunulmaz fondunun təşkil edilməsi;

-            respublikanın milli-mədəni irsinin qorunması, elektron informasiya
daşıyıcılarına köçürülməsi və nəsillərdən-nəsillərə çatdırılması, qiymətli və nadir
nəşrlərin dövlət reyestrinin hazırlanması;

- kitabxana fondlarında saxlanılan müxtəlif qrafikada nəşr olunmuş qiymətli əsərlərin əlifbalarının konvertizasiya olunaraq oxucuların istifadəsinə verilməsi, azərbaycanşünaslığa aid fondların zənginləşdirilməsi;

- fövqəladə hallara hazırlığın yaxşılaşdırılması;

- dünya informasiya sistemlərində Azərbaycan kitabxana resurslarının təbliği və beynəlxalq informasiya mübadiləsinin həyata keçirilməsi;

- əhalinin bütün təbəqələrinə kitabxana xidmətinin yaxşılaşdırılması, bu xidmətin əhatə dairəsinin genişləndirilməsi, səmərəliliyinin artırılması, informasiya qıtlığının və rəqəmsal uçurumun aradan qaldırılması;

- mövcud ştat vahidləri çərçivəsində, respublika kitabxana-informasiya şəbəkəsinin təkmilləşdirilməsi, kitabxanaların birləşdirilməsi və yenidən təşkili prosesinin həyata keçirilməsi, qənaət edilmiş vəsait hesabına əhaliyə səyyar xidmətin göstərilməsi;

-            kitabxana sisteminin maliyyələşdirilməsinin təkmilləşdirilməsi məqsədi ilə bu
sahəyə ayrılan vəsaitin yeni iqtisadi münasibətlərə uyğun rasionallaşdırılması,
subyektiv amillərin aradan qaldırılması, təminat normativinin maliyyələşdirmə prinsipi
Hə müəyyən edilməsi, büdcədənkənar gəlirlərin artırılması;

-            respublikada fəaliyyət göstərən kitabxanaların  maddi-texniki bazasının möhkəmləndirilməsi və kitabxanaların müasir informasiya texnologiyaları ilə təmin
edilməsi.

 

2. DÖVLƏT PROQRAMININ HƏYATA KEÇİRİLMƏSİ ÜZRƏ TƏDBİRLƏR PLANI [3]

 

Sıra ¹-si

Tədbirlərin adı

İcra müddəti (illər üzrə)

İcraçı təşkilatlar

2.1. Kitabxana fondlarının müasir komplektləşdirmə mexanizminin yaradılması, inkişafı və müasir informasiya daşıyıcıları ilə təmin edilməsi

2.1.1.

«Kitabxana işi haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində qeyd edilən kitabxanaların məcburi nüsxələrlə təmin edilməsi mexanizminin yaradılması (ənənəvi və müasir)

2008 — 2009

NK, MdTN, AMEA, TN, VN

2.1.2.

Azərbaycanşünaslığı inkişaf etdirmək məqsədi ilə fondların ölkəşünaslığa və diyarşünaslığa dair materiallarla zənginləşdirilməsi

2008 — 2013

MdTN, AMEA, AO

2.1.3.

Gözdən əlil insanların informasiya tələbatını ödəmək məqsədi ilə kitabxana fondlarının xüsusi nəşrlərlə komplektləşdirilməsi

2008 — 2009

NK, MdTN, YİHO, ƏƏSMN, AO

2.1.4.

İşğal altında və cəbhə bölgəsində olan rayonların kitabxana fondlarının (onların müvəqqəti məskunlaşdığı ərazilərdə) bərpası

2009 — 2010

MdTN, QMKİDK İİN, YİHO, AO

2.1.5.

Bakı şəhərində mövcud kitabxanaların bazasında doqquz mərkəzləşdirilmiş kitabxana sistemlərinin yaradılması, şəhər və rayonlarda isə bir sıra kitabxana filiallarının birləşdirilməsi

2009

NK, MdTN, YİHO

2.1.6.

Ölkəşünaslığa (Azərbaycanşünaslığa) dair Rusiya Dövlət Kitabxanasında, Rusiya Milli Kitabxanasında, Kazan, Tbilisi şəhər və digər milli kitabxanalarda saxlanılan ədəbiyyatın (o cümlədən dövri mətbuatın) müəyyənləşdirilməsi və onların çatışmayan nüsxələrinin Azərbaycan Respublikasına gətirilməsi məqsədi ilə layihələrin həyata keçirilməsi

2010 — 2011

MdTN, TN, XİN, AMEA, AO

2.1.7.

Oxuculara verilən ədəbiyyatın tematik-tipoloji uçotunun təşkili, fəal və qeyri-fəal istifadə edilən nəşrlərin müəyyənləşdirilməsi, oxucuların informasiya tələbatının ödənilməsinə yönəldilmiş sorğuların keçirilməsi və əldə edilmiş nəticələr əsasında fondların komplektləşdirilməsi

2008 — 2009

MdTN, AMEA, TKNDK

2.1.8.

Respublikanın bütün kitabxanalarının pasportlaşdırılması, respublika üzrə statistik göstəricilərin hazırlanması və nəşri, kitabxanalarda fondların komplektləşdirilməsinə dair monitorinqlərin keçirilməsi

2009

MdTN, DSK, TKNDK

2.2. Kitabxanaların kompüter və informasiya-proqram təminatı, respublika üzrə kompüterləşdirilmiş kitabxana-informasiya şəbəkəsinin yaradılması və inkişafı

2.2.1.

«Azərbaycan ədəbiyyatının virtual kitabxanası»nın yaradılması və oxucuların istifadəsinə verilməsi

2009

NK, MdTN, RİTN, TN, AMEA

2.2.2.

Ulu öndər Heydər Əliyevin unikal dövlət və mədəni quruculuq təcrübəsinin, intellektual və mənəvi irsinin respublikanın və dünyanın rəqəmsal irs fondlarına daxil edilməsi

2008 — 2009

NK, MdTN, AMEA

2.2.3.

Kitabxanalarda müasir informasiya texnologiyalarının tətbiqi, kompüterləşdirilmiş kitabxana infrastrukturunun, elektron informasiya resurslarının və müxtəlif sahələr üzrə elektron kitabxanaların yaradılması

2009 — 2010

MdTN, RİTN, AMEA, TKNDK

2.2.4.

«Biliklər cəmiyyətinin Azərbaycan modeli» konsepsiyasının hazırlanması

2009

MdTN, RİTN, AMEA, AO

2.2.5.

Bakı şəhərində fəaliyyət göstərən kitabxanaların veb-saytlarının yaradılması, onların İnternetlə təchiz edilməsi, telefon xətti olmayan kitabxanalara telefon xəttinin çəkilməsi

2008 — 2009

MdTN, RİTN, YİHO, AO

2.2.6.

Azərbaycan kitabxanalarının informasiya cəmiyyəti və vətəndaş cəmiyyəti institutları ilə birgə əməkdaşlığının həyata keçirilməsi

2009 — 2010

NK, MdTN, TKNDK

2.2.7.

Mərkəzi kitabxanaların nəzdində əhalinin bütün təbəqələrinə pulsuz xidmət göstərən, müasir informasiya texnologiyaları ilə təmin olunmuş hüquq-informasiya mərkəzlərinin yaradılması (kitabxanaların mövcud ştat vahidləri çərçivəsində, ictimai əsaslarla)

2008 — 2009

MdTN, YİHO, AO

2.2.8.

Yetkinlik yaşına çatmayan şəxslər üçün tərbiyə müəssisələrinin kitabxanalarında müasir kompüter texnologiyaları ilə təmin olunmuş informasiya resurs mərkəzlərinin yaradılması (kitabxanaların mövcud ştat vahidləri çərçivəsində, ictimai əsaslarla)

2009

MdTN,ƏN, TN, AQUPDK, YİHO

2.2.9.

«Azərbaycan ədəbiyyatı», «Azərbaycan tarixi», «Azərbaycan muzeyləri», «Qobustan», «Azərbaycanın turizm gözəllikləri» adlı elektron kitabxanaların yaradılması (mövcud kitabxanaların bazasında şəbəkə və ştat sayı dairəsində)

2009 — 2010

MdTN, RİTN, AMEA

2.2.10.

Bir sıra rayon uşaq kitabxanalarında «Uşaq hüququ» informasiya mərkəzlərinin yaradılması (kitabxanaların mövcud ştat vahidləri çərçivəsində, ictimai əsaslarla)

2008 — 2009

MdTN, AQUPDK, YİHO

2.2.11.

Azərbaycanın elektron kitabxanaları üçün Rusiya Federasiyasının LİBNET Mərkəzindən rus və digər xarici dillərdə olan yeni ədəbiyyatların biblioqrafik təsvirlərinin alınması

2009

MdTN, XİN, AMEA, TKNDK

2.2.12.

Gözdən əlil insanların intellektual səviyyəsinin yüksəldilməsi məqsədi ilə respublika əhəmiyyətli və mərkəzi kitabxanaların nəzdində fəaliyyət göstərən informasiya mərkəzlərində xüsusi proqramlı kompüterlərin quraşdırılması

2009 — 2010

MdTN, ƏƏSMN, YİHO, AO

2.2.13.

«Kitabxana fondları-regionun inkişafının əsas informasiya resursu kimi» mövzusunda dəyirmi masaların keçirilməsi

2010 — 2011

MdTN, AMEA, TKNDK

2.2.14.

«Milli ədəbiyyat» müasir informasiya daşıyıcıları fondlarının yaradılması

2008 — 2011

MdTN, YİHO, AO

2.2.15.

İnternetin mövcud veb-saytlarında Azərbaycanın tarixi, ədəbiyyatı, mədəniyyəti və incəsənəti haqqında informasiyaların monitorinqi

2010

MdTN, RİTN, AMEA, TKNDK

2.2.16.

Azərbaycan kitabxanalarının dünyanın ən böyük kitabxanalarının məlumat bazalarına daxil olmasının və onların resurslarından istifadənin təmin edilməsi

2009 — 2010

MdTN, RİTN, AMEA, TKNDK

2.2.17.

İşğal olunmuş rayon kitabxanalarının vəziyyəti haqqında «Dağıdılmış sərvətlər, məhv olmuş kitabxanalar» adlı 3 dildə (Azərbaycan, rus, ingilis) materialların çap və elektron nəşrinin hazırlanması, veb-saytın yaradılması və internetdə yerləşdirilməsi

2010

MdTN, RİTN, QMKİDK, YİHO, AO

2.2.18.

Rusiya Dövlət Kitabxanasının dissertasiya mərkəzinə daxil olmaq üçün virtual oxu zalının təşkili

2009

MdTN, AO

2.2.19.

«Azərbaycan kitabxanaları» veb-portalının yaradılması

2009

MdTN, RİTN, TKNDK

2.2.20.

Hüquq-informasiya mərkəzlərinin veb-portallarının yaradılması və onların informasiya təminatının təşkili

2010

MdTN, RİTN, TKNDK

2.2.21.

Lerik və Yardımlı rayon mərkəzi kitabxanalarında «Ətraf mühit», «Uzunömürlülər» məlumat bazalarının yaradılması və kitabxanaların veb-saytına əlavə edilməsi

2010

MdTN, ETSN, ƏƏSMN, AO

2.2.22.

Azərbaycanın regionları üzrə «Qədim Bakı və bakılılar», «Qədim Şuşa və şuşalılar», «Qədim Bərdə və bərdəlilər», məlumat bazalarının yaradılması və internet şəbəkəsində yerləşdirilməsi

2011

MdTN, YİHO, AO

2.2.23.

Şəki-Zaqatala regionunda əhaliyə səyyar kitabxana xidmətinin göstərilməsi məqsədi ilə pilot layihələrinin həyata keçirilməsi

2009

MdTN, RİTN, YİHO, AO

2.2.24.

Əhalinin operativ informasiya təminatı üçün tabeliyindən asılı olmayaraq, Bakı şəhəri və respublikanın digər şəhər və rayon mərkəzi, uşaq və gənclər kitabxanalarında yeni informasiya texnologiyalarının, habelə avtomatlaşdırılmış kitabxana-informasiya sistemlərinin tətbiqi və Azərbaycanda ən çox yayılan İRBİS-64 Avtomatlaşdırılmış Kitabxana-İnformasiya Sisteminin sərlövhə və sərlövhəaltı məlumatlarının Azərbaycan dilinə tərcüməsi

2009

MdTN, TN, İİN, MN, RİTN, AMEA, TKNDK

2.2.25.

Respublika kitab fondunun, elektron sənədlərin toplu kataloqunun yaradılması, sənədlərin tammətnli bazaya birbaşa keçid texnologiyasının tətbiq edilməsi

2011

MdTN, RİTN, AO

2.2.26.

«Azərbaycan ədəbiyyatı antologiyası: XIX-XX əsrlər» elektron məlumat bazasının və elektron nəşrinin hazırlanması

2010

MdTN

2.2.27.

Şəki şəhərinin Mərkəzi Kitabxanasında «Azərbaycanın ipək diyarı» məlumat bazasının yaradılması

2010

YİHO, MdTN, AO

2.2.28.

Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasının nəzdində mövcud ştat vahidləri çərçivəsində ictimai əsaslarla müasir multimedia tədris metodiki kompüter mərkəzinin təşkili

2009

TN, RİTN, MdTN

2.2.29.

Şəhər (rayon) mərkəzi kitabxanalarında, iri yaşayış massivlərində və qəsəbələrdə fəaliyyət göstərən kitabxanalarda elektron kitabxanaların, elektron kataloqların məlumat və təhsil portallarının yaradılması və internetdə yerləşdirilməsi

2009 — 2010

MdTN, RİTN, TN, TKNDK, AO

2.2.30.

«Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 12 yanvar tarixli və «2005 — 2006-cı illərdə Azərbaycan dilində latın qrafikası ilə çapı nəzərdə tutulan əsərlərin siyahısının təsdiq edilməsi haqqında» 2004-cü il 27 dekabr tarixli sərəncamlarına əsasən nəşr olunan kitabların elektron kitabxanasının təşkili və internetdə yerləşdirilməsi

2008 — 2009

MdTN, AO

2.2.31.

Azərbaycan-Türkiyə, Azərbaycan-Rusiya ilə birgə elektron kitabxanaların yaradılması və «Sərhəddə görüş» layihəsinin həyata keçirilməsi

2009 — 2010

MdTN, XİN, AO

2.2.32.

«Milli İnternet şəbəkəsinin hamisi-hifzedicisi (qoruyucusu)» simvolunun seçilməsi üzrə respublika müsabiqəsinin təşkili

2009

MdTN, RİTN, TN, AO

2.2.33.

Kitabxanalarda kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması sahəsində kiçik qrantlar müsabiqəsinin təşkili

2009 — 2010

MdTN, TN, RİTN, AMEA, TKNDK

2.2.34.

Regionlardakı kitabxanalar arasında «Ən yaxşı ictimai internet mərkəzi», «Ən maraqlı veb-sayt» mövzusunda respublika müsabiqəsinin keçirilməsi

2008 — 2013

MdTN, TN, RİTN, TKNDK

2.2.35.

Elektron kitabxanaların respublika müsabiqəsinin keçirilməsi

2009 — 2012

MdTN, AMEA, RİTN, TN, TKNDK

2.2.36.

«Kitabxana-bələdiyyə informasiya mərkəzi kimi» layihələrinin həyata keçirilməsi

2008 — 2013

NK, MdTN, ƏN (bələdiyyələrin iştirakının təşkilinə kömək göstərməklə), AO

2.2.37.

Gözdən əlillərin informasiya təminatını yaxşılaşdırmaq məqsədi ilə xüsusi proqramların hazırlanması

2008 — 2009

MdTN, RİTN, ƏƏSMN, YİHO, AO

2.2.38.

Azərbaycan kitabının milli biblioqrafiyasının hazırlanması və nəşri, dövlət kitabxanalarında mühafizə edilən XIX əsrin 20-ci illərində nəşr olunmuş ədəbiyyatın (kitab, qəzet və jurnalların) əlifbasının kiril qrafikasından latın qrafikasına çevrilməsinin həyata keçirilməsi və informasiya daşıyıcılarına köçürülməsi

2009 — 2010

MdTN, AO

2.2.39.

Kitabxana fondlarında saxlanılan qramofon vallarının «Azərbaycanın səs irsi» adı ilə informasiya daşıyıcılarına köçürülməsi

2011

MdTN, AMEA

2.2.40.

Azərbaycan Xalq Cümhuriyyətinin 90 illiyi ilə əlaqədar 1918 — 1920-ci illərdə nəşr edilən «Azərbaycan» qəzetinin mikrofilmləşdirilməsi və əlifbasının kiril qrafikasından latın qrafikasına çevrilməsinin həyata keçirilməsi

2008 — 2009

MdTN, AMEA, MAİ, AO

2.2.41.

Azərbaycan Milli Avtomatlaşdırılmış Kataloqlaşdırma Formatının (AZMARC) yaradılması və ölkə kitabxanalarında tətbiqi

2010

MdTN, RİTN, TKNDK

2.2.42.

UNİMARC formatının Azərbaycan dilinə tərcüməsi və nəşri

2009 — 2010

MdTN, TN, SMPDK, AMEA, AO

2.2.43.

Azərbaycan Respublikasının kitab abidələrinin müəyyən edilməsi, informasiya daşıyıcılarına köçürülməsi və «Azərbaycanın kitab abidələri» adlı məlumat bazasının yaradılması

2010

MdTN, TN, AMEA, YİHO, TKNDK

2.2.44.

Regionlarda kiçik və orta biznesin informasiyaya olan tələbatını ödəmək üçün mərkəzləşdirilmiş kitabxana sistemlərinin bazasında kitabxanaların mövcud ştat vahidləri çərçivəsində və ictimai əsaslarla informasiya mərkəzlərinin yaradılması

2010 — 2011

MdTN, RİTN, MN, İİN, YİHO, AO

2.2.45.

Yaradılan milli elektron resurslarının qeydiyyatı üçün AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda «İnformasiya registri» bölməsinin yaradılması (kitabxanaların mövcud ştat vahidləri çərçivəsində, ictimai əsaslarla)

2009

AMEA, MdTN, RİTN, AO

2.2.46.

«Heydər Əliyev Mərkəzi»ndə təşkil olunacaq kitabxanaya «Milli Kitabxana-İnformasiya Kompleksi» statusunun verilməsi

2009

NK, MdTN

2.2.47.

Dünyanın böyük kitabxana mərkəzlərində saxlanılan diyarşünaslıq (ölkəşünaslıq) xarakterli qiymətli və nadir kitabların (əsli və ya surəti və elektron variantı) «Heydər Əliyev Mərkəzi»ndə toplanması ilə bağlı zəruri tədbirlərin təşkili

2009

NK, MdTN, XİN

2.2.48.

2009-cu ilin kitabxanaların avtomatlaşdırılması ili elan edilməsi

2008 — 2009

MdTN

2.3. Azərbaycan Respublikasının milli-mədəni irsinin və informasiya ehtiyatlarının qorunması və gələcək nəsillərə çatdırılması

2.3.1.

Xüsusi əhəmiyyətli çap sənədlərini, nadir kitabları, diyarşünaslığa aid nəşrləri qoruyub saxlamaq və nəsillərdən-nəsillərə ötürmək məqsədi ilə onların informasiya daşıyıcılarına köçürülməsi

2011 — 2012

NK, MdTN, RİTN, AMEA, TKNDK

2.3.2.

«Ədəbiyyat» qəzetinin bütün nömrələrinin informasiya daşıyıcılarına köçürülməsi və 1934 — 1950-ci illər üzrə çatışmayan nömrələrinin bərpası

2008 — 2010

MdTN, AMEA AYB-nin və «Ədəbiyyat» qəzeti redaksiyasının tövsiyələri nəzərə alınmaqla

2.3.3.

Azərbaycanın kitab mədəniyyətinin qorunması və dünyaya tanıdılması məqsədi ilə layihələrin həyata keçirilməsi

2009 — 2012

MdTN, TN, AMEA, XİN, AO

2.3.4.

Nazirlik, komitə və idarələrin kitabxanalarında saxlanılan Azərbaycan kitab abidələrinin inventarizasiyasının aparılması və uçotunun təşkili

2009 — 2010

MdTN, MAİ, AO

2.3.5.

Tarixi əhəmiyyət kəsb edən milli nəşrlərin mühafizəsini təmin etmək məqsədi ilə böyük kitabxanalarda depozitar fondların yaradılması

2010 — 2012

MdTN, TKNDK

2.3.6.

«Kitab irsi Azərbaycanın milli sərvətidir» adlı layihənin həyata keçirilməsi, Sankt-Peterburq, Moskva, Kazan, Tbilisi, Paris, London, Drezden kitabxanalarının arxivlərində mühafizə olunan Azərbaycanla bağlı diyarşünaslıq nəşrlərinin müəyyən edilməsi və surətlərinin Azərbaycana gətirilməsinin təşkili

2009 — 2012

MdTN, XİN, AO

2.3.7.

Naxçıvan Muxtar Respublikasının kitab fondunun elmi ekspertizası və monitorinqi

2008 — 2009

MdTN, AO

2.3.8.

Respublikanın regionlarında nəşr edilən yerli qəzetlərdə diyarşünaslığa dair materialların toplanması, qorunması məqsədi ilə onların biblioqrafik uçotunun aparılması, əlifbanın kiril qrafikasından latın qrafikasına çevrilməsi, informasiya daşıyıcılarına köçürülməsi və zəruri materialların istifadəsinin təmin edilməsi

2008 — 2013

MdTN, RİTN, YİHO, AO

2.3.9.

«Kitab xəzinəsi: qədim kitablar və əlyazmaların uçotu və bərpası» adlı layihənin həyata keçirilməsi

2008 — 2009

MdTN, TN, AMEA, MAİ, AO

2.3.10.

«Azərbaycanın kitab yaddaşı» adlı layihənin həyata keçirilməsi və müvafiq məlumat bazasının yaradılması

2009 — 2011

NK, MdTN, AMEA, TKNDK, AO

2.3.11.

Nadir, qiymətli və aktual nəşrlərin informasiya daşıyıcılarına köçürülmə proqramının işlənib hazırlanması

2009

MdTN, TN, MAİ, AMEA, RİTN, AO

2.3.12.

«Dirçələn fondlar» şüarı ilə milli kitab irsinin mühüm tərkib hissəsi olan fondların aktivləşdirilməsi, kiril qrafikasından latın qrafikasına çevrilməsinin həyata keçirilməsi və informasiya daşıyıcılarına köçürülməsi

2008 — 2012

MdTN, AMEA, TN, RİTN, YİHO, AO

2.4. Kitabxana xidmətinin əhatə dairəsinin genişləndirilməsi, onun forma və məzmunca yeniləşdirilməsi

2.4.1.

Respublikanın uşaq kitabxanalarında uşaqların informasiya tələbatı probleminin həlli məqsədi ilə monitorinqlərin keçirilməsi

2008 — 2010

MdTN, RİTN, TN, YİHO

2.4.2.

İslam Konfransı Təşkilatı dövlətlərinin kitabxanaları ilə informasiya mübadiləsinin həyata keçirilməsi

2008 — 2012

MdTN, XİN, AO

2.5. Kitabxana şəbəkəsinin idarəetmə strukturunun təkmilləşdirilməsi, şəbəkənin optimallaşdırılması və kadr islahatlarının həyata keçirilməsi

2.5.1.

Kitabxana işini tənzimləyən normativ hüquqi bazanın təkmilləşdirilməsi

2008 — 2009

NK, MdTN, AMEA, AO

2.5.2.

F. Köçərli adına Respublika Uşaq Kitabxanasına Milli Uşaq Kitabxanası statusunun verilməsi

2009

NK, MdTN

2.5.3. [4]

Kitabxanaçıların təhsili, o cümlədən əlavə təhsili ilə bağlı zəruri tədbirlərin təşkili

2009 — 2013

MdTN, TN, YİHO, AO

2.5.4. [5]

«2007 — 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı» çərçivəsində xarici ölkələrin ali təhsil müəssisələrinin magistraturalarında  milli kitabxanaçı kadrların hazırlığının təşkili məqsədi ilə müvafiq tədbirlərin həyata keçirilməsi

2008 — 2013

NK, MdTN, TN, XİN

2.5.5.

«Kitabxanalar milli mədəniyyətin dirçəliş resursudur» mövzusunda respublika müşavirəsinin keçirilməsi

2009

MdTN, TN, AMEA, TKNDK

2.5.6.

Bakı şəhərində ilk kitabxana-qiraətxananın 115 illiyinə həsr edilmiş «İlk kütləvi kitabxanalar-tarixdən müasirliyə qədər» mövzusunda tədbirin keçirilməsi

2008

MdTN, YİHO, TKNDK

2.5.7.

Naxçıvan Muxtar Respublikasında «Gənc peşəkarlar cəmiyyətə xidmət edir» mövzusunda gənc kitabxanaçıların forumunun keçirilməsi

2011

MdTN, AO

2.5.8.

Tabeliyindən asılı olmayaraq kitabxanalar arasında müxtəlif nominasiyalar üzrə müsabiqələrin keçirilməsi («İlin nümunəvi Mərkəzləşdirilmiş Kitabxana Sistemi», «Ən yaxşı kitabxanaçı», «Yaradıcı təkamül müəssisəsi», «İçərişəhər Azərbaycan mədəniyyətinin incisidir», «İlin ən yaxşı kitabxanası» və s.)

2008 — 2013

MdTN, YİHO, AO

2.5.9.

Azərbaycan Respublikasının kitabxana mütəxəssisləri haqqında məlumat bazasının yaradılması və internetdə yerləşdirilməsi

2008 — 2013

MdTN, TKNDK

2.5.10.

Azərbaycan Respublikasında kitabxanaçı kadrlara tələbatın öyrənilməsi və məzunların yerləşdirilməsi sisteminin yaradılması

2008 — 2013

MdTN, TN, YİHO, AO

2.6. Kitabxana işi sahəsində elmi tədqiqatların aparılması, kitabların hazırlanması və nəşri

2.6.1.

Respublika kitabxana şəbəkəsinin pasportlaşdırılması ilə əlaqədar illik statistik məlumat toplularının hazırlanması və nəşr edilməsi

2008 — 2013

MdTN, TN, YİHO TKNDK, AMEA

2.6.2.

Dünya kitabxana standartlarının tərcüməsi və onların əsasında Milli Kitabxana standartlarının hazırlanması

2008 — 2013

MdTN, SMPDK, TN, AMEA, TKNDK

2.6.3.

Avropa Şurasının sənədləri əsasında «Mədəniyyət siyasəti bu gün: strategiyanın seçilməsi və Avropa Birliyinin istiqamətləri» adlı materialların nəşr edilməsi

2009

MdTN, XİN AO

2.6.4.

Kitabxana-informasiya sahəsinə və kitabxanaşünaslığa dair elmi araşdırmaların aparılması və sosioloji sorğuların keçirilməsi

2008 — 2013

MdTN, TN, AMEA

2.6.5.

Milli kataloqlaşdırma qaydalarının, təlimatlarının tərtibi və nəşr edilməsi

2008 — 2009

MdTN, TN, SMPDK, AMEA, AO

2.6.6.

«Ədəbiyyat» qəzetinin biblioqrafik göstəricisinin tərtib edilməsi (75 illik yubileyi ilə əlaqədar)

2008 — 2009

AMEA AYB-nin və «Ədəbiyyat» qəzeti redaksiyasının tövsiyələri nəzərə alınmaqla

2.6.7.

Kütləvi kitabxanalar üçün Universal Onluq Təsnifatının uyğunlaşdırılmış variantının hazırlanması

2010

MdTN, TN, SMPDK, AMEA

2.6.8.

Respublika əhəmiyyətli kitabxanaların veb-saytlarında Azərbaycanın turizm gözəlliklərinin təbliği və bu sahədə dünya kitabxanaları ilə informasiya mübadiləsinin həyata keçirilməsi

2008 — 2013

MdTN, TKNDK

2.6.9.

Ümummilli lider Heydər Əliyevin «Müstəqilliyimiz əbədidir» çoxcildli kitabının biblioqrafik göstəricisinin və elektron nəşrinin hazırlanması

2008 — 2010

MdTN, TN, AMEA, AO

2.6.10.

«Azərbaycan kitabxanaları XXI əsrin əvvəllərində» adlı sənədli filmin hazırlanması

2009

MdTN, TKNDK, AO

2.6.11.

Azərbaycanın mədəniyyəti, incəsənəti, ədəbiyyatı haqqında ən çox istifadə edilən kitabların elektron nəşrinin hazırlanması və internetdə yerləşdirilməsi

2009 — 2010

MdTN, TN, RİTN, TKNDK

2.6.12.

Ümummilli lider Heydər Əliyev haqqında ən çox soruşulan kitabların informasiya daşıyıcılarına köçürülməsi

2008 — 2009

MdTN, RİTN, TKNDK, AO

2.6.13.

Azərbaycanın klassik musiqi əsərləri yazılmış qramofon vallarının informasiya daşıyıcılarına köçürülməsi

2009 — 2011

MdTN, AO

2.6.14.

İşğal olunmuş ərazilərdə məhv edilmiş kitabxanalar haqqında ətraflı məlumatların hazırlanması və beynəlxalq təşkilatlara göndərilməsi

2008 — 2009

MdTN, TN, QMKİDK, AO

2.6.15.

Kitabxana-informasiya terminlərinin izahlı lüğətinin nəşr edilməsi

2009

MdTN, RİTN, TKNDK

2.6.16.

Kitabxana Ensiklopediyasının Azərbaycan dilinə tərcümə edilməsi

2008 — 2009

MdTN

2.6.17.

Kitabxana fəaliyyətinin monitorinq sisteminin təşkili

2008 — 2013

MdTN, YİHO, TKNDK, AO

2.7. Yeni kitabxana binalarının tikilməsi, yeni və fəaliyyət göstərən kitabxanaların maddi-texniki bazasının müasir tələblərə uyğun möhkəmləndirilməsi

Respublika əhəmiyyətli kitabxanalar üzrə

2.7.1.

C. Cabbarlı adına Respublika Gənclər Kitabxanasının əsaslı təmiri, modernləşdirilməsi, avadanlıqla və avtomatlaşmış kitabxana-informasiya sistemi (AKİS) ilə təchiz edilməsi

2008 — 2010

MdTN

2.7.2.

Gözdən əlillər üçün Respublika Kitabxanasının müasir avadanlıqla təchiz edilməsi

2010

NK, MdTN

Respublikanın şəhər və rayonları, Naxçıvan Muxtar Respublikası üzrə

2.7.3.

Qəza vəziyyətində olan və şəxsi evlərdə yerləşən kitabxanalar üçün yeni binaların tikilməsi

2010 — 2013

NK, MdTN, YİHO

2.7.4.

Təmiri zəruri hesab edilən kitabxanaların əsaslı təmiri, modernləşdirilməsi, inventar və avadanlıqla təchiz edilməsi

2008 — 2013

NK, MdTN, YİH

2.7.5.

Mərkəzi kitabxanaların avtomatlaşmış kitabxana-informasiya sistemi (AKİS)və təchiz edilməsi

2008 — 2013

NK, MdTN, YİHO

2.7.6.

Yeni dislokasiya xəritəsi əsasında (kitabxanası olmayan yeni salınmış qəsəbə, kənd və digər yaşayış massivlərində) kitabxanalar üçün binaların tikilməsi

2010 — 2013

NK, MdTN, YİHO

2.8. Kitabxanaların beynəlxalq əlaqələrinin inkişafı və beynəlxalq tədbirlərin təşkili

2.8.1.

YUNESKO-nun «İnformasiya hamı üçün» Proqramının Azərbaycan komitəsinin təşkili

2008 — 2009

NK, MdTN, XİN, TKNDK

2.8.2.

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi ilə əlaqədar «Heydər Əliyev Mərkəzi-Milli yaddaşımızın Mərkəzidir» mövzusunda Bakıda kitabxanaçıların beynəlxalq simpoziumunun təşkili

2013

NK, MdTN, AMEA

2.8.3.

Dünyanın böyük kitabxanalarında və informasiya mərkəzlərində Azərbaycan guşələrinin yaradılması, kitab sərgilərinin və təqdimatlarının keçirilməsi

2008 — 2013

MdTN, XİN, DİDK

2.8.4.

Rusiya Federasiyasının Moskva şəhərində yerləşən «Puşkin Kitabxanası» meqalayihəsinin iş təcrübəsinin öyrənilməsi və Azərbaycanda kitabxanaları zəruri ədəbiyyat və elektron informasiya daşıyıcıları ilə təmin etmək məqsədi ilə «Nizami» layihəsinin təşkili

2008 — 2009

MdTN, TKNDK

2.8.5.

Kitabxana sahəsinin zəruri istiqamətləri üzrə keçirilən konfranslarda Azərbaycan kitabxanaçılarının iştirakının təmin edilməsi (Krım, İFLA-nın illik, LİBKOM, Anapa, Soçi və s. konfransları)

2008 — 2013

MdTN, XİN,TN, AMEA, TKNDK

2.8.6.

ABŞ, Avropa və MDB ölkələri kitabxanalarının avtomatlaşdırma, fondların bərpası və mühafizəsi, habelə UNİMARC formatının tətbiqi sahəsində təcrübələrin öyrənilməsi

2013

MdTN, XİN, TN, AMEA TKNDK

2.8.7.

Azərbaycan və Rusiya kitabxanaçılarının qarşılıqlı təcrübə mübadiləsinin təşkili, Azərbaycan kitabxanaçılarının Buryatiya Respublikasına və digər regionlara ezam olunması

2008 — 2013

MdTN, XİN, AO

2.8.8.

Ölkədə Kitabxanalararası Abonement Sisteminin optimallaşdırılması

2008 — 2012

MdTN, AO

2.9. M.F. Axundov adına Azərbaycan Milli Kitabxanasının modernləşdirilməsi, müasir informasiya texnologiyaları ilə təmin edilməsi və maddi-texniki bazasının möhkəmləndirilməsi

2.9.1.

Modernləşdirilmə məqsədi ilə maddi-texniki bazanın möhkəmləndirilməsi və müasir (yeni) informasiya texnologiyaları ilə təchizat

2008 — 2010

MdTN

2.9.2.

Mövcud elektron kataloq və elektron kitabxana sistemlərinin təkmilləşdirilməsi

2008 — 2009

MdTN

2.9.3.

Kitabxana fondunun, oxu zallarının, xidmət bölmələrinin və mətbəənin müasir tipli inventar və avadanlıqlarla təchizatı

2008 — 2009

MdTN

2.9.4.

Zəruri nəqliyyat vasitələri ilə təchizat

2009 — 2010

MdTN

2.9.5.

Kitabxana binasının müasir standartlar səviyyəsində yenidən qurulması

2008 — 2010

MdTN

2.9.6.

Kitab fondlarının bərpası və konservasiyasının həyata keçirilməsi

2008 — 2010

MdTN

 

AKRONİMLƏR [6]

 

AQUPDK

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi

AMEA

Azərbaycan Milli Elmlər Akademiyası

AO

Aidiyyəti orqanlar

AYB

Azərbaycan Yazıçılar Birliyi

DSK

Dövlət Statistika Komitəsi

ETSN

Ekologiya və Təbii Sərvətlər Nazirliyi

ƏƏSMN

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

ƏN

Ədliyyə Nazirliyi

XİN

Xarici İşlər Nazirliyi

DİDK

Diasporla

İFLA

Beynəlxalq Kitabxana Assosiasiyası

İİN

İqtisadi İnkişaf Nazirliyi

QMKİDK

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi

NK

Azərbaycan Respublikasının Nazirlər Kabineti

MdTN

Mədəniyyət və Turizm Nazirliyi

MAİ

Milli Arxiv idarəsi

MN

Maliyyə Nazirliyi

NN

Nəqliyyat Nazirliyi

RİTN

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi

SMPDK

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi

TKNDK

Tabeliyində kitabxanalar olan nazirlik və dövlət komitələri

TN

Təhsil Nazirliyi

UNİMARC

Beynəlxalq Avtomatlaşdırılmış Kataloqlaşma Formatı

VN

Vergilər Nazirliyi

YİHO

Yerli icra hakimiyyəti orqanları

 

SƏRƏNCAMA  EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 

  1. 14 aprel 2009-cu il tarixli 81 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti  19 aprel 2008-ci il, ¹ 83, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, ¹ 04, maddə 226)
  2. 24 iyun 2009-cu il tarixli 112 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti  25 iyun 2009-cu il, ¹ 136, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, ¹ 06, maddə 424)
  3. 15 fevral 2011-ci il tarixli 381 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, ¹ 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, ¹ 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, ¹ 02, maddə 85)

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 



[1] 15 fevral 2011-ci il tarixli 381 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, ¹ 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, ¹ 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, ¹ 02, maddə 85) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı”nda 1.1-ci bəndin dördüncü hissəsinin ikinci cümləsində “tədris” sözü “təhsil” sözü ilə əvəz edilmişdir.

 

[2] 15 fevral 2011-ci il tarixli 381 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, ¹ 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, ¹ 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, ¹ 02, maddə 85) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı”nda 1.2-ci bəndin ikinci hissəsinin on ikinci abzasında “ixtisasartırma” sözü “əlavə təhsil” sözləri ilə əvəz edilmişdir.

 

[3] 14 aprel 2009-cu il tarixli 81 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti  19 aprel 2008-ci il, ¹ 83, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, ¹ 04, maddə 226) ilə «Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı»nın «2. Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planı»nın 2.2.42-ci, 2.6.2-ci, 2.6.5-ci, 2.6.7-ci bəndlərinin «İcraçı təşkilatlar» sütununda «SMPDA» akronimi «SMPDK» akronimi ilə, «Akronimlər» bölməsində «SMPDA - Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi» sözləri «SMPDK - Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi» sözləri ilə əvəz edilmişdir.

 

[4] 15 fevral 2011-ci il tarixli 381 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, ¹ 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, ¹ 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, ¹ 02, maddə 85) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı”nda 2.5.3-cü yarımbənddə “ixtisaslarının artırılması” sözləri “əlavə təhsili” sözləri ilə əvəz edilmişdir.

 

[5] 15 fevral 2011-ci il tarixli 381 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, ¹ 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, ¹ 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, ¹ 02, maddə 85) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı”nda 2.5.4-cü yarımbənddə “ali məktəblərinin magistratura şöbələrində” sözləri “ali təhsil müəssisələrinin magistraturalarında” sözləri ilə əvəz  edilmişdir.

 

[6] 24 iyun 2009-cu il tarixli 112 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti  25 iyun 2009-cu il, ¹ 136, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, ¹ 06, maddə 424) ilə «Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı»nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 2.8.3-cü bəndində «XÖYAİDK» akronimi «DİDK» akronimi ilə, «Akronimlər» bölməsində isə «XÖYAİDK Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla» sözləri «DİDK Diasporla» sözləri ilə əvəz edilmişdir.