“Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları”nın təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

“Ekoloji təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun icrasını təmin etmək məqsədi ilə qərara alıram:

1. “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları” təsdiq edilsin (əlavə edilir).

2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki:

2.1. nəqliyyat vasitələrinin və digər səs-küy mənbələrinin yaşayış və istirahət yerlərində, habelə insanların cəmləşdiyi digər yerlərdə nüfuzedici səs-küyün yolverilən səviyyəsinə nəzarəti həyata keçirən mərkəzi icra hakimiyyəti orqanları barədə təkliflərini hazırlayıb bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. bu Fərmandan irəli gələn məsələləri həll etsin.

3. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 8 iyul 2008-ci il

                 ¹ 796

 


 

 

Azərbaycan Respublikası Prezidentinin

2008-ci il 8 iyul tarixli 796 nömrəli Fərmanı ilə

 TƏSDİQ EDİLMİŞDİR

 

Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri

NORMALARI

 

1. Ümumi müddəalar

 

1.1. Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları (bundan sonra - normalar) “Ekoloji təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanununa, “Sanitariya və epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikasının Qanununa və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmışdır.

1.2. Bu normalar yaşayış və ictimai binalarda, yaşayış tikililəri ərazisi, habelə insanların cəmləşdiyi digər yerlərdə səs-küyün yolverilən səviyyələrini və vibrasiyaya olan tələbləri müəyyənləşdirir.

Bu normalar xüsusi təyinatlı yerlərə (radio-, tele-, kinostudiyalara, konsert və teatr zallarına, idman saraylarına) şamil edilmir.

1.3. Bu normalara mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, bütün hüquqi və fiziki şəxslər tərəfindən riayət edilməlidir.

 

2. Səs-küyün normalaşdırılan parametrləri və yolverilən səviyyələri

 

2.1. Daimi səs-küyün normalaşdırılan parametrləri (L) orta həndəsi tezlikli 63, 125, 250, 500, 1000, 2000, 4000, 8000 Hs oktava zolaqlarında (səs təzyiqinin oktava səviyyələri), desibellərlə (dB) səs təzyiqinin qiymətləridir.

Təxmini qiymətləndirmə məqsədilə (LA, dB) səs səviyyəsindən istifadə edilməsinə icazə verilir.

2.2. Daimi olmayan səs-küyün normalaşdırılan parametrləri dBA ilə səsin ekvivalent enerjisi (L A.ekv ) və maksimal səviyyəsi (L A.maks ) -dır.

Daimi olmayan səs-küyün yolverilən səviyyələrə uyğunluğunun qiymətləndirilməsi eyni vaxtda ekvivalent və maksimal səs-küy səviyyələrinə görə təyin edilir.

2.3. Nüfuzedən səs-küyün yaşayış və ictimai binalarda, yaşayış tikililəri ərazisində, habelə insanların cəmləşdiyi digər yerlərdə səs təzyiqinin, səsin ekvivalent enerjisi və maksimal səviyyəsinin yolverilən normaları Cədvəl 1-də verilmişdir.

 

3. Vibrasiyaların normalaşdırılan parametrləri və yolverilən qiymətləri

 

3.1. Vibrasiyanın normalaşdırılan parametrləri olaraq, vibro təcilinin – La (vibro sürətinin -LV), səviyyələri dB-ilə və yaxud 2, 4, 8, 16, 31, 5, 63 Hs orta həndəsi tezliklərində oktavalı zolaqlarda vibrasiya yerdəyişmələri – S, m qəbul edilmişdir.

Təxmini qiymətləndirmələr üçün korreksiya (düzəlişlər) edilmiş vibrasiya təcili akorr -m.c-2 , (vibrasiya sürətləri - Vkorr, m.c-1, vibrasiya yerdəyişmələri - Skorr, m) və yaxud La vibrasiya təcilinin korreksiya edilmiş səviyyəsinə (Lv -vibrasiya sürəti) dB ilə istifadə edilməsinə icazə verilir.

3.2. Binaların otaqlarında vibrasiya təcillərinin yolverilən səviyyələri Cədvəl 2-də, binaların otaqlarında vibrasiya sürətlərinin yolverilən səviyyələri Cədvəl 3-də, binaların otaqlarında mütləq vibrasiya yerdəyişmələrinin yolverilən səviyyələri Cədvəl 4-də verilmişdir.

3.3. Cədvəl 2-də və 3-də verilmiş sabit olmayan vibrasiyalar üçün səviyyələrin yolverilən səviyyələrinə -10dB düzəlişi daxil edilir, Cədvəl 4-də isə verilmiş vibrasiya yerdəyişmələrinin yolverilən səviyyələrinə isə «0,32» əmsalı daxil edilərək düzəliş verilir.

 

 

 


Cədvəl 1

Nüfuzedən səs-küyün yaşayış və ictimai binalarda, yaşayış tikililəri ərazisində, habelə insanların cəmləşdiyi digər yerlərdə səs təzyiqinin, səsin ekvivalent enerjisi və maksimal səviyyəsinin yolverilən normaları

 

Sıra sayı

Otaqların təyinatı

Günün

vaxtı

Orta həndəsi tezlikli (Hs) oktava zolaqlarında

səs təzyiqinin səviyyələri, dB

Səs səviyyəsi LA və ekvivalent səs səviyyəsi

Maksimal səviyyə,

63

125

250

500

1000

2000

4000

8000

LA.ekv., dBA

LA.max

dBA

1

2

3

4

5

6

7

8

9

10

11

12

13

1

Binaların (mənzillərin) yaşayış otaqları

Gündüz

Gecə

59

51

63

55

48

39

52

44

40

31

45

31

34

24

39

29

30

20

35

25

27

17

32

22

25

14

30

20

23

13

28

18

35

25

40

30

50

40

55

45

2

Mehmanxana, yataqxana, istirahət və pansionat evlərinin yaşayış otaqları

Gündüz

Gecə

67

59

57

48

49

40

44

34

40

30

37

27

35

25

33

13

45

35

60

50

3[1]

Qocalar və əlillər üçün internat-evlərinin, məktəbəqədər təhsil müəssisələrinin və ümumtəhsil internat məktəblərinin yaşayış otaqları

Gündüz

Gecə

63

55

52

44

45

35

39

29

35

25

32

22

30

20

38

18

40

30

55

45

4[2]

İnzibati binalarda, elmi müəssisə və təşkilatlarda iş otaqları və kabinələr

Gündüz

71

61

54

49

45

42

40

38

50

65

5

Xəstəxana və sanatoriyaların palataları

Gündüz

Gecə

59

51

48

39

40

31

34

24

30

20

27

17

25

14

23

13

35

25

50

40

6[3]

Xəstəxanaların əməliyyat otaqları

Gündüz

55

44

35

29

25

22

20

18

30

45

7

Tibb idarələrin həkimlər otağı

Gündüz

59

48

40

34

30

27

25

23

35

50

8[4]

Təhsil müəssisələrinin sinif otaqları, təhsil kabinetləri, təhsil müəssisələrinin auditoriyaları, konfrans zalları, qiraət zalları, müşavirə (müzakirə, görüş) otaqları

Gündüz

63

52

45

39

35

32

30

28

40

55

9

Mehmanxana, yataqxana, istirahət və pansionat evlərinin xolları

Gündüz

71

61

54

49

45

42

40

38

50

60

10

Kafe, restoran, yeməkxanaların zalları

Gündüz

75

66

59

54

50

47

45

43

55

65

1

2

3

4

5

6

7

8

9

10

11

12

13

11

Mağazaların ticarət zalları, vağzal və aeroportların sərnişin zalları

Gündüz

79

70

63

58

55

52

50

49

60

70

12

Xəstəxana və sanatoriya binalarına bilavasitə bitişik ərazilər

Gündüz

Gecə

67

59

57

48

49

40

44

34

40

30

37

27

35

25

33

23

45

35

60

50

13[5]

Yaşayış, poliklinika və ambulatoriya binalarına, dispanserlərə, istirahət evlərinə, pansionatlara, qocalar və əlillər üçün internat-evlərinə, məktəbəqədər , ümumi və digər təhsil müəssisələrinə, kitabxanalara bilavasitə bitişik ərazilər

Gündüz

Gecə

75

67

66

57

59

49

54

44

50

40

 

47

37

 

 

45

35

 

 

44

33

 

55

45

70

60

14

Mehmanxana və yataqxanalara bilavasitə bitişik ərazilər

Gündüz

Gecə

79

71

70

61

63

54

59

49

55

45

53

42

51

40

49

39

60

50

75

65

15

Xəstəxana və sanatoriyaların istirahət meydançaları

Gündüz

76

59

48

40

34

30

27

25

23

35

16[6]

Mikrorayonlar və yaşayış binaları qrupları, istirahət evləri, pansionatlar, qocalar və əlillər üçün internat-evlərinin istirahət meydançaları, məktəbəqədər , ümumi və digər təhsil müəssisələrinin meydançaları

Gündüz

67

57

49

44

40

37

35

33

45

60

 

Qeydlər:

1. Səs-küyün səs təzyiqi, səsin ekvivalent enerjisi və maksimal səviyyələri Dövlət Ümumi Standartları və Tələbləri (DÜST) 17187 və beynəlxalq praktikada qəbul edilmiş metodikalardan istifadə etməklə müəyyən edilir.

2. Xarici mənbələrin binalarda yaratdığı səs-küyün yolverilən səviyyələri binaların normativ ventilyası şəraitində (yaşayış binaları, palatalar, siniflərdə - nəfəslik, xəfəng, ensiz pəncərə laylarının açıq olması) təyin edilir.

3. Pəncərələri küçə və yollara açılan otaqlarda xarici nəqliyyat mənbələrinin yaratdığı səs-küyün yolverilən səviyyəsi Cədvəl 1-də göstərilən qiymətlərdən 5dB-dən artıq, yəni +5dB düzəlişlə (dBA) götürülməlidir.

4. Tonal və (və ya) impuls xarakterli səs-küydə səs təzyiqi, səs səviyyəsi, səsin ekvivalent səviyyələrinin yolverilən səviyyəsi Cədvəl 1-də göstərilən qiymətlərdən 5dB-dən aşağı, yəni -5dB (dBA) düzəlişlə götürülməlidir.

5. Bitişik (əlavə) tikilmiş ticarət və ictimai-iaşə müəssisələrinin ventilyasiya, havasərinləşdirici və havaqızdırıcı sistemlərinin, habelə qızdırıcı, su təchizatı və soyuducu qurğu sistemlərinin nasoslarından yaranan səs-küyün yolverilən səviyyəsi Cədvəl 1-də göstərilən qiymətlərdən 5dB aşağı, yəni -5dB (dBA) düzəliş nəzərə alınmalıdır. Bu halda tonallığa düzəliş nəzərə alınmır.

 


Cədvəl 2

Binaların otaqlarında vibrasiya təcillərinin yolverilən səviyyələri[7]

 

Sıra sayı

Otaqların təyinatı

Günün

vaxtı

Orta həndəsi tezlikli oktava zolaqlarda (Hs) vibrasiya təcilinin LA səviyyələri, dB

Vibrasiya təcilinin LA, korreksiya olunmuş səviyyələri, dB

2

4

6

16

31,5

63

1

2

3

4

5

6

7

8

9

10

1

Mənzillərin yaşayış otaqları

Gündüz

Gecə

77

72

78

73

80

75

86

81

92

87

98

93

77

72

2

Ümumi yataqxananın yaşayış otaqları

Gündüz

Gecə

80

72

81

76

83

78

89

84

95

90

101

96

80

75

3

Mehmanxana nömrələri

Gündüz

Gecə

80

75

81

76

83

78

89

84

95

90

101

96

80

75

4[8]

İstirahət evlərinin, pansionatların, qocalar və əlillər üçün internat-evlərinin, məktəbəqədər təhsil müəssisələrinin və ümumtəhsil internat məktəblərinin yaşayış otaqları

Gündüz

Gecə

77

72

78

73

80

75

86

81

92

87

98

93

77

72

5[9]

Ofis otaqları, inzibati binalarda, elmi müəssisə və təşkilatlarda iş otaqları və kabinələr

Gündüz

80

81

83

89

95

101

80

6

Xəstəxana və sanatoriyaların palataları

Gündüz

Gecə

74

69

75

70

77

72

83

78

89

84

95

90

74

69

7

Xəstəxanaların əməliyyat otaqları

69

70

72

78

84

90

69

 

8

Tibbi idarələrin həkimlər kabineti

77

78

80

78

92

98

77

 

9[10]

Təhsil müəssisələrinin sinif otaqları, təhsil kabinələri, auditoriyaları, konfrans zalları, kitabxanaların qiraət zalları, klubların, kinoteatrların tamaşa zallarından ibarət binaları

77

78

80

86

92

98

77

 

10

Kafe, restoran, yeməkxanaların zalları, kinoteatr və teatr foyeləri

80

89

83

89

95

101

80

 

11

Mağazaların ticarət zalları, vağzal və aeroportların sərnişin zalları

80

81

83

89

95

101

80

 

 

Qeydlər:

1. Cədvəldə a0=10–6 m.c-2 verilmiş vibrasiya təcilinin desibellərlə (dB) səviyyələri titrəmə təcilinin dayaq qiymətində təyin edilmişdir.

2. Hər bir oktava zolağında vibrasiya təcilinin səviyyələri üç qarşılıqlı perpendikulyar olan oxlar (X,Y.Z) istiqamətində hesablanır və yaxud ölçülür. Hər üç istiqamətdə alınan ən böyük səviyyə yolverilən səviyyə ilə müqayisə olunur.

 


Cədvəl 3


Binaların otaqlarında vibrasiya sürətlərinin yolverilən səviyyələri

 

Sıra sayı

Otaqların təyinatı

Günün

vaxtı

Orta həndəsi tezlikli oktava zolaqlarda (Hs) vibrasiya sürətlərinin səviyyələri

Lv, dB

Titrəmə sürətinin korreksiya edilmiş səviyyələri, LV. düz, dB

2

4

6

16

31,5

63

1

2

3

4

5

6

7

8

9

10

1

Mənzillərin yaşayış otaqları

Gündüz

Gecə

81

76

76

71

72

67

72

67

72

67

72

67

72

67

2

Ümumi yataqxananın yaşayış otaqları

Gündüz

Gecə

84

79

79

74

75

70

75

70

75

70

75

70

75

70

3

Mehmanxana nömrələri

Gündüz

Gecə

84

79

79

74

75

70

75

70

75

70

75

70

75

70

4[11]

İstirahət evlərinin, pansionatların, qocalar və əlillər üçün internat-evlərinin, məktəbəqədər təhsil müəssisələrinin və ümumtəhsil internat məktəblərinin yaşayış otaqları

Gündüz

Gecə

81

76

76

71

72

67

72

67

72

67

72

67

72

67

5[12]

Ofis otaqları, inzibati binalarda, elmi müəssisə və təşkilatlarda iş otaqları və kabinələr

84

79

75

75

75

75

75

 

6

Xəstəxana və sanatoriyaların palataları

Gündüz

Gecə

78

73

73

68

69

64

69

64

69

64

69

64

69

64

7

Xəstəxanaların əməliyyat otaqları

 

73

68

64

64

64

64

64

8

Tibbi idarələrin həkimlər kabinəsi

 

81

76

72

72

72

72

72

9[13]

Təhsil müəssisələrinin sinif otaqları, təhsil kabinələri, auditoriyaları, konfrans zalları, kitabxanaların qiraət zalları, klubların, kinoteatrların tamaşa zallarından ibarət binaları

 

81

76


72

72

72

72

72

10

Mağazaların ticarət zalları, vağzal və aeroportların sərnişin zalları.

 

84

79

75

75

75

75

75

 

Qeydlər:

1. Cədvəldə desibellə verilmiş titrəmə sürətinin səviyyələri (Vo = 5.10–8 m.c-1) dayaq qiymətlərində təyin edilmişdir.

2. Hər bir oktava zolağında vibrasiya sürətinin səviyyələri üç qarşılıqlı perpendikulyar olan oxlar (X,Y.Z) istiqamətində hesablanır və yaxud ölçülür. Hər üç istiqamətdə alınan ən böyük səviyyə yolverilən səviyyə ilə müqayisə olunur.

 


Cədvəl 4


Binaların otaqlarında mütləq vibrasiya yerdəyişmələrinin yolverilən səviyyələri

 

Sıra sayı

Otaqların təyinatı

Günün

vaxtı

Orta həndəsi tezlikli oktava zolaqlarında

(Hs) vibrasiya yerdəyişmələri,

S, m. 10-6

Düzəlişli vibrasiya yerdəyişmələri

S düz, m.10-6

2

4

6

16

31,5

63

1

2

3

4

5

6

7

8

9

10

1

Mənzillərin yaşayış otaqları

Gündüz

Gecə

45

25

13

7,1

4

2,3

2

1,1

1

0,6

0,5

0,3

0,5

0,3

2

Ümumi yataqxananın yaşayış otaqları

Gündüz

Gecə

64

36

18

10

5,7

3,2

2,8

1,6

1,4

0,8

0,7

0,4

0,7

0,4

3

Mehmanxana nömrələri

Gündüz

Gecə

64

36

18

10

2,7

13,2

2,8

1,6

1,1

0,8

0,7

0,4

0,7

0,4

4[14]

İstirahət evlərinin, pansionatların, qocalar və əlillər üçün internat-evlərinin, məktəbəqədər təhsil müəssisələrinin və ümumtəhsil  internat məktəblərinin yaşayış otaqları

Gündüz

45

13

4

2

1

0,5

0,5

5[15]

Ofis otaqları, inzibati binalarda, elmi müəssisə və təşkilatlarda iş otaqları və kabinələr

Gündüz

Gecə

45

64

13

18

4

5,7

2

2,8

1

1,4

0,5

0,7

0,5

0,7

6

Xəstəxana və sanatoriyaların palataları

Gündüz

32

9

2,8

1,4

0,7

0,4

0,4

7

Xəstəxanaların əməliyyat otaqları

Gecə

18

5,1

1,6

0,8

0,4

0,2

0,2

8

Tibbi idarələrin həkimlər kabinəsi

 

18

5,1

1,6

0,8

0,4

0,2

0,2

9[16]

Təhsil müəssisələrinin sinif otaqları, təhsil kabinələri, auditoriyaları, konfrans zalları, kitabxanaların qiraət zalları, klubların, kinoteatrların tamaşa zallarından ibarət binaları

 

45

13

4

2

1

0,5

0,5

10

Kafe, restoran, yeməkxanaların zalları, kinoteatr və teatr foyeləri

 

45

13

4

2

1

0,5

0,5

11

Mağazaların ticarət zalları, vağzal və aeroportların sərnişin zalları

 

64

18

5,7

2,8

1,4

0,7

0,7

Qeyd:

Vibrasiya yerdəyişmələrinin qiymətləri üç qarşılıqlı perpendikulyar olan oxlar (X,Y.Z) istiqamətində hər bir oktava zolağı üzrə hesablanır və yaxud ölçülür. Hər üç istiqamətdə alınan ən böyük səviyyə yolverilən səviyyə ilə müqayisələnir.

 

 


 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       15 fevral 2011-ci il tarixli 381 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, ¹ 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, ¹ 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, ¹ 02, maddə 85)

2.       21 iyul 2017-ci il tarixli 1547 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 23 iyul 2017-ci il, ¹ 157, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹7 , maddə 1357)

 

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 15 fevral 2011-ci il tarixli 381 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, ¹ 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, ¹ 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, ¹ 02, maddə 85) ilə təsdiq edilmiş “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları”nın cədvəl 1 – “Nüfuzedən səs-küyün yaşayış və ictimai binalarda, yaşayış tikililəri ərazisində, habelə insanların cəmləşdiyi digər yerlərdə səs təzyiqinin, səsin ekvivalent enerjisi və maksimal səviyyəsinin yolverilən normalarının 3-cü bənddə “uşaq idarələrinin ” sözləri “təhsil müəssisələrinin və ümumtəhsil” sözləri ilə əvəz edilmişdir.

 

[2] 21 iyul 2017-ci il tarixli 1547 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 23 iyul 2017-ci il, ¹ 157, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹7 , maddə 1357) ilə “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları”nın Cədvəl 1 – “Nüfuzedən səs-küyün yaşayış və ictimai binalarda, yaşayış tikililəri ərazisində, habelə insanların cəmləşdiyi digər yerlərdə səs təzyiqinin, səsin ekvivalent enerjisi və maksimal səviyyəsinin yolverilən normaları”nın 4-cü hissəsində “konstruktor, layihə və elmi-tədqiqat təşkilatlarında” sözləri “elmi müəssisə və təşkilatlarda” sözləri ilə əvəz edilmişdir.

 

[3] 15 fevral 2011-ci il tarixli 381 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, ¹ 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, ¹ 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, ¹ 02, maddə 85) ilə təsdiq edilmiş “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları”nın cədvəl 1 – “Nüfuzedən səs-küyün yaşayış və ictimai binalarda, yaşayış tikililəri ərazisində, habelə insanların cəmləşdiyi digər yerlərdə səs təzyiqinin, səsin ekvivalent enerjisi və maksimal səviyyəsinin yolverilən normalarının “Sıra sayı” sütununda 7-17 rəqəmləri müvafiq olaraq 6-16 rəqəmləri ilə əvəz edilmişdir.

 

[4] 15 fevral 2011-ci il tarixli 381 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, ¹ 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, ¹ 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, ¹ 02, maddə 85) ilə təsdiq edilmiş “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları”nın cədvəl 1 – “Nüfuzedən səs-küyün yaşayış və ictimai binalarda, yaşayış tikililəri ərazisində, habelə insanların cəmləşdiyi digər yerlərdə səs təzyiqinin, səsin ekvivalent enerjisi və maksimal səviyyəsinin yolverilən normalarının 8-ci bənddən “təhsil müəssisələrinin” sözləri çıxarılmışdır, “Tədris” sözü “Təhsil” sözü ilə əvəz edilmişdir.

 

[5] 15 fevral 2011-ci il tarixli 381 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, ¹ 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, ¹ 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, ¹ 02, maddə 85) ilə təsdiq edilmiş “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları”nın cədvəl 1 – “Nüfuzedən səs-küyün yaşayış və ictimai binalarda, yaşayış tikililəri ərazisində, habelə insanların cəmləşdiyi digər yerlərdə səs təzyiqinin, səsin ekvivalent enerjisi və maksimal səviyyəsinin yolverilən normalarının 13-cü bənddə “uşaq idarələrinə, məktəblər və digər tədris” sözləri “, ümumi və digər təhsil” sözləri ilə əvəz edilmişdir.

 

[6] 15 fevral 2011-ci il tarixli 381 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, ¹ 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, ¹ 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, ¹ 02, maddə 85) ilə təsdiq edilmiş “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları”nın cədvəl 1 – “Nüfuzedən səs-küyün yaşayış və ictimai binalarda, yaşayış tikililəri ərazisində, habelə insanların cəmləşdiyi digər yerlərdə səs təzyiqinin, səsin ekvivalent enerjisi və maksimal səviyyəsinin yolverilən normalarının 16-cı bənddə “uşaq idarələrinin, məktəblərin və digər tədris” sözləri “, ümumi və digər təhsil” sözləri ilə əvəz edilmişdir.

 

[7] 21 iyul 2017-ci il tarixli 1547 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 23 iyul 2017-ci il, ¹ 157, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹7 , maddə 1357) ilə “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları”nın Cədvəl 2 – “Binaların otaqlarında vibrasiya təcililərinin yolverilən səviyyələri”nin adında “təcililərinin” sözü “təcillərinin” sözü ilə əvəz edilmişdir.

 

[8] 15 fevral 2011-ci il tarixli 381 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, ¹ 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, ¹ 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, ¹ 02, maddə 85) ilə təsdiq edilmiş “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları”nın cədvəl 2 – “Binaların otaqlarında vibrasiya təcillərinin yolverilən səviyyələri”nin 4-cü bənddə “uşaq idarələrinin və” sözləri “təhsil müəssisələrinin və ümumtəhsil” sözləri ilə əvəz edilmişdir.

 

[9] 21 iyul 2017-ci il tarixli 1547 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 23 iyul 2017-ci il, ¹ 157, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹7 , maddə 1357) ilə “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları”nın Cədvəl 2 – “Binaların otaqlarında vibrasiya təcililərinin yolverilən səviyyələri”nin 5-ci hissədə “konstruktor, layihə və elmi-tədqiqat təşkilatlarında” sözləri “, elmi müəssisə və təşkilatlarda” sözləri ilə əvəz edilmişdir.

 

[10] 15 fevral 2011-ci il tarixli 381 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, ¹ 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, ¹ 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, ¹ 02, maddə 85) ilə təsdiq edilmiş “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları”nın cədvəl 2 – “Binaların otaqlarında vibrasiya təcillərinin yolverilən səviyyələri”nin 9-cu bənddə “Tədris” sözü “Təhsil” sözü ilə əvəz edilmişdir.

 

[11] 15 fevral 2011-ci il tarixli 381 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, ¹ 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, ¹ 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, ¹ 02, maddə 85) ilə təsdiq edilmiş “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları”nın cədvəl 3 – “Binaların otaqlarında vibrasiya sürətlərinin yolverilən səviyyələri”nin 4-cü bənddə “uşaq idarələrinin və” sözləri “təhsil müəssisələrinin və ümumtəhsil” sözləri ilə əvəz edilmişdir.

 

[12] 21 iyul 2017-ci il tarixli 1547 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 23 iyul 2017-ci il, ¹ 157, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹7 , maddə 1357) ilə “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları”nın Cədvəl 3 – “Binaların otaqlarında vibrasiya sürətlərinin yolverilən səviyyələri”nin 5-ci hissəsində “konstruktor, layihə və elmi-tədqiqat təşkilatlarında” sözləri “, elmi müəssisə və təşkilatlarda” sözləri ilə əvəz edilmişdir.

 

[13] 15 fevral 2011-ci il tarixli 381 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, ¹ 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, ¹ 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, ¹ 02, maddə 85) ilə təsdiq edilmiş “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları”nın cədvəl 3 – “Binaların otaqlarında vibrasiya sürətlərinin yolverilən səviyyələri”nin 9-cu bənddə “Tədris” sözü “Təhsil” sözü ilə əvəz edilmişdir.

 

[14] 15 fevral 2011-ci il tarixli 381 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, ¹ 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, ¹ 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, ¹ 02, maddə 85) ilə təsdiq edilmiş “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları”nın cədvəl 4 – “Binaların otaqlarında mütləq vibrasiya yerdəyişmələrinin yolverilən səviyyələri”nin 4-cü bənddə “uşaq idarələrinin və” sözləri “təhsil müəssisələrinin və ümumtəhsil” sözləri ilə əvəz edilmişdir.

 

[15] 21 iyul 2017-ci il tarixli 1547 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 23 iyul 2017-ci il, ¹ 157, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹7 , maddə 1357) ilə “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları”nın Cədvəl 4 – “Binaların otaqlarında mütləq vibrasiya yerdəyişmələrinin yolverilən səviyyələri”nin 5-ci hissəsində “konstruktor, layihə və elmi-tədqiqat təşkilatlarında” sözləri “, elmi müəssisə və təşkilatlarda” sözləri ilə əvəz edilmişdir.

 

[16] 15 fevral 2011-ci il tarixli 381 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, ¹ 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, ¹ 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, ¹ 02, maddə 85) ilə təsdiq edilmiş “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları”nın cədvəl 4 – “Binaların otaqlarında mütləq vibrasiya yerdəyişmələrinin yolverilən səviyyələri”nin 9-cu bənddə “Tədris” sözü “Təhsil” sözü ilə əvəz edilmişdir.