Gənc istedadların xüsusi təqaüdə layiq görülməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

 

Azərbaycan Respublikası Prezidentinin "Azərbaycanda gənc istedadlara dövlət qayğısı haqqında" 1996-cı il 22 iyun tarixli 464 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:

Musiqi sahəsində xüsusi istedadı olan aşağıdakı şəxslərin adları Azərbaycanın gənc istedadlarının "Qızıl kitabı"na yazılsın və onlar Azərbaycan Respublikası Prezidentinin xüsusi aylıq təqaüdünə layiq görülsünlər:

 

 

Aşurov Mustafa Əhməd oğlu

- Bakı  şəhər Leopold və  Mstislav Rostropoviçlər adına 21 saylı onbirillik Musiqi Məktəbinin şagirdi

Eyyublu Osman Fəxri oğlu

 

- Bakı şəhər Kövkəb Sefərəliyeva adına 16 saylı Uşaq Musiqi Məktəbinin şagirdi

İbrahimli Pərvaz Araz oğlu

- Bərdə rayon 2 saylı Uşaq Musiqi Məktəbinin şagirdi

Kərimova Cəmilə Rüstəm qızı

- Bakı Xoreoqrafiya Məktəbinin şagirdi

 

Mehmandarov Mustafa Adil oğlu

 

- Bakı Musiqi Akademiyasının nəzdində Orta İxtisas Musiqi Məktəb-Studiyasının şagirdi

Məmmədov Nicat Azər oğlu

 

- Bakı şəhər Leopold və Mstislav Rostropoviçlər adına 21 saylı onbirillik Musiqi Məktəbinin şagirdi

Nəcəfli Nərmin Etibar qızı

 

- Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin şagirdi

Rəsulov İsrafil Fərhad oğlu

 

- Bakı şəhər Leopold və Mstislav Rostropoviçlər adına 21 saylı onbirillik Musiqi Məktəbinin şagirdi

Rzayev-Sarabski İsfar Aydın oğlu

 

- Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin şagirdi

Rzayeva Fəridə Cavanşir qızı

 

- Bakı şəhər Georgi Şaroyev adına 35 saylı onbirillik Musiqi Məktəbinin şagirdi

Seyidova Ceyla Uran qızı

 

Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin şagirdi

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 14 iyun 2007-ci il

№ 2225