Dövlət Neft Şirkəti tərəfindən respublikanın regionlarında inşa edilmiş məktəb

binalarının, yaşayış evinin və idman kompleksinin yerli icra hakimiyyəti  orqanlarının balansına verilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Dövlət Neft Şirkəti tərəfindən respublikanın regionlarında inşa edilmiş məktəb binalarının, yaşayış evinin və idman kompleksinin yerli icra hakimiyyəti orqanlarının balansına verilməsi məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Dövlət Neft Şirkəti tərəfindən respublikanın regionlarında inşa edilmiş, bu qərarın əlavəsində göstərilən məktəb binaları, yaşayış evi və idman kompleksi mövcud qanunvericiliklə müəyyən edilmiş qaydada yerli icra hakimiyyəti orqanlarının balansına verilsin.

2. Əli Bayramlı Şəhər İcra Hakimiyyətinə, Qazax Rayon İcra Hakimiyyətinə, Hacıqabul Rayon İcra Hakimiyyətinə, Salyan Rayon İcra Hakimiyyətinə, Neftçala Rayon İcra Hakimiyyətinə, Azərbaycan Respublikasının Təhsil Nazirliyinə, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə, Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə, Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə və Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə tapşırılsın ki, bu qərarın 1-ci bəndində göstərilən bina və qurğuların yerləşdikləri torpaq sahələrinin müəyyən olunmuş qaydada müvafiq yerli icra hakimiyyəti orqanlarının daimi istifadəsinə verilməsini təmin etsinlər.

3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi dövlət büdcəsi tərtib olunarkən bu qərarın 1-ci bəndində göstərilən obyektlərin saxlanılması üçün əlavə vəsait ayrılmasını təmin etsin.

4. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

 

                                                                                      Azərbaycan Respublikasının Baş naziri   A. RASİZADƏ

 

 

Bakı şəhəri, 24 may 2007-ci il

             82

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2007-ci il 24 may tarixli 82 nömrəli qərarına

ƏLAVƏ

 

Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti tərəfindən inşa edilmiş və yerli icra hakimiyyəti orqanlarının balansına verilən obyektlərin

SİYAHISI

 

 

Sıra

si

Obyektlərin adı

Ünvanı

Balansına verilən yerli icra hakimiyyətləri

1

500 şagird yerlik məktəb

Əli Bayramlı şəhəri, N. Rəfibəyli küçəsi, 17

Əli Bayramlı Şəhər İcra Hakimiyyəti

2

400 şagird yerlik məktəb

Qazax rayonu, Aşağı Salahlı kəndi

Qazax Rayon İcra Hakimiyyəti

3

400 şagird yerlik məktəb

Qazax rayonu, Hüseynbəyli kəndi

Qazax Rayon İcra Hakimiyyəti

4

240 şagird yerlik məktəb

Hacıqabul rayonu, Udulu kəndi

Hacıqabul Rayon İcra Hakimiyyəti

5

100 şagird yerlik məktəb

Hacıqabul rayonu, Qubalı kəndi

Hacıqabul Rayon İcra Hakimiyyəti

6

200 şagird yerlik məktəb

Salyan rayonu, Pambıqkənd kəndi

Salyan Rayon İcra Hakimiyyəti

7

100 şagird yerlik məktəb

Salyan rayonu, Peyk kəndi

Salyan Rayon İcra Hakimiyyəti

8

100 şagird yerlik məktəb

Neftçala rayonu, Mayak kəndi

Neftçala Rayon İcra Hakimiyyəti

9

5 mərtəbəli, 35 mənzilli, ümumi sahəsi 2272 kv.m olan yaşayış evi

 

Əli Bayramlı şəhəri, 4-cü mikrorayon,  9 nömrəli yaşayış binası

Əli Bayramlı Şəhər İcra Hakimiyyəti

10

Sahəsi 531 kv.m olan idman kompleksi

Salyan rayonu, Pambıqkənd kəndi

Salyan Rayon İcra Hakimiyyəti

Aparatın rəhbəri   A. HACIYEV