Ezamiyyə xərclərinin normaları haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

Dövlət büdcəsi xərclərinin proqnozlaşdırılmasında istifadə olunan ezamiyyə xərclərinin normalarını təkmilləşdirmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin 1 günlük norması Bakı şəhərində 65,0 manat, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində 50,0 manat, respublika tabeli digər şəhərlərdə, rayon mərkəzlərində, şəhər tipli qəsəbələrdə və kəndlərdə 45,0 manat müəyyən edilsin.

Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin müəyyən edilmiş 1 günlük normasının 80 faizini mehmanxana xərcləri təşkil edir.[1]

1-1. Müəyyən edilsin ki, Azərbaycan Respublikasının ərazisində ezamiyyə zamanı mehmanxana xərcləri barədə müvafiq təsdiqedici sənədlər təqdim edilmədiyi hallarda, ezamiyyə xərclərinin 1 günlük normasının mehmanxana xərcləri üçün müəyyən edilmiş hissəsinin 50 faizi ödənilir.[2]

2. Xarici ölkələrə ezamiyyə xərclərinin 1 günlük normaları təsdiq edilsin (1 nömrəli əlavə).

3. Rəhbər işçilərin xarici ölkələrə ezamiyyətləri ilə əlaqədar ezamiyyə xərclərinin 1 günlük normasına əlavələr və həmin əlavələrin tətbiq olunduğu rəhbər işçilərin kateqoriyası təsdiq edilsin (2 nömrəli əlavə).[3]

4. Müəyyən edilsin ki, ezamiyyə xərclərinin 1 günlük normasına gündəlik, mehmanxana, rabitə, şəhərdaxili nəqliyyat (taksidən istifadə istisna olmaqla) və digər xidmətlər ilə bağlı xərclər daxildir.

5. Nəqliyyat xərcləri (ezam olunma yerinə getmək və qayıtmaq, ölkə-daxili xərclər) təqdim edilən sənədlər əsasında ödənilir.

6. Daimi iş vaxtı yolda keçən və gediş-gəliş xarakteri daşıyan, növbə (vaxta) metodu ilə işləyən və çöl şəraitində çalışan (gündəlik iş vaxtı başa çatdıqdan sonra öz daimi yaşayış yerinə qayıtmaq imkanı olmayan) müəssisə, idarə və təşkilatların işçilərinə ezamiyyə xərcləri əvəzinə hər gün üçün 10,0 manat əlavə vəsait verilir.[4]

7. Müəyyən edilsin ki:

büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda ezamiyyə xərcləri onlara bu məqsəd üçün büdcədə nəzərdə tutulan vəsaitlər dairəsində, digər təşkilatlarda isə onların öz vəsaitləri hesabına ödənilir;

büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlar istisna olmaqla digər təşkilatlar ezamiyyə xərclərinin ödənilməsi üçün öz sərəncamlarında qalan mənfəət hesabına bu qərarla müəyyən edilmiş normalardan əlavə vəsait ayıra bilərlər;

büdcədən maliyyələşdirilən dövlət orqanlarında işin xüsusiyyətləri ilə əlaqədar olaraq, Azərbaycan Respublikasının ərazisi daxilində xidməti minik avtomobilləri ilə xidməti ezamiyyətə gedilməsi zəruri olan hallarda avtomobil nəqliyyatı vasitələri üçün müəyyən edilmiş aylıq yürüş həddindən artıq yol qət edildiyi təqdirdə, sərf edilən yanacağın dəyəri təsdiqedici sənədlər əsasında ezamiyyə xərcləri üçün nəzərdə tutulmuş vəsaitlər hesabına nəqliyyat xərci kimi ödənilir.

8. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılsın ki, 1 ay müddətində İşçilərin ezamiyyə qaydalarını hazırlayıb müvafiq qaydada təsdiq etsinlər.

9. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qüvvədən düşmüş bəzi qərarlarının Siyahısı təsdiq edilsin (əlavə olunur).

10. Bu qərar 2008-ci il martın 1-dən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri A.RASİZADƏ

 

Bakı şəhəri 25 yanvar 2008-ci il

14

 

 


 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2008-ci il 25 yanvar tarixli 14 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

1 nömrəli Əlavə

 

Xarici ölkələrə ezamiyyə xərclərinin 1 günlük normaları

 

Sıra -si

Ölkənin adı

Valyutaların adı

Ezamiyyə xərclərinin 1 günlük norması

1.

2.

3.

4.

1.

Rusiya Federasiyası

ABŞ dolları

150

Moskva və Sankt-Peterburq şəhərləri

240

2.

Tacikistan

ABŞ dolları

140

Düşənbə şəhəri

160

3.

Özbəkistan

ABŞ dolları

100

Daşkənd şəhəri

160

4.

Belarus

ABŞ dolları

140

Minsk şəhəri

180

5.

Ukrayna

ABŞ dolları

160

Kiyev şəhəri

210

6.

Moldova

ABŞ dolları

110

Kişineu şəhəri

150

7.

Qazaxıstan

ABŞ dolları

130

Almatı və Astana şəhərləri

200

8.

Qırğızıstan

ABŞ dolları

130

Bişkek şəhəri

160

9.

Gürcüstan

ABŞ dolları

140

Tbilisi şəhəri

155

10.

Türkmənistan

ABŞ dolları

95

Aşqabad şəhəri

130

11.

Latviya

avro

105

Riqa şəhəri

140

12.

Litva

avro

120

Vilnüs şəhəri

145

13.

Estoniya

avro

95

Tallin şəhəri

140

14.

Böyük Britaniya

İngiltərə funt sterlinqi

170

London şəhəri

190

15.

Lixtenşteyn

avro

200

16.

Avstriya

avro

185

17.

Almaniya

avro

225

18.

Belçika

avro

215

19.

İrlandiya

avro

215

20.

Monako

avro

195

21.

Norveç

avro

225

22.

Niderland

avro

225

23.

San-Marino

avro

215

24.

Fransa

avro

205

Paris şəhəri

250

25.

Türkiyə

avro

150

Ankara və İstanbul şəhərləri

165

26.

İtaliya

avro

185

27.

Xorvatiya

avro

185

28.

Bosniya və Herseqovina

avro

160

29.

Danimarka

avro

180

30.

İsveçrə

avro

210

31.

Lüksemburq

avro

190

32.

Makedoniya

avro

190

33.

Kipr

avro

160

34.

Macarıstan

avro

160

35.

Malta

avro

160

36.

Portuqaliya

avro

170

37.

Slovakiya

avro

160

38.

Finlandiya

avro

210

39.

Çexiya

avro

190

40.

Serbiya

avro

155

41.[5]

Monteneqro

avro

155

42.

Andorra

avro

200

43.

Albaniya

avro

160

44.

Yunanıstan

avro

180

45.

İslandiya

avro

190

46.

İspaniya

avro

200

47.

Polşa

avro

175

48.

İsveç

avro

225

49.

Bolqarıstan

avro

135

50.

Rumıniya

avro

175

51.

Sloveniya

avro

145

52.

ABŞ

ABŞ dolları

330

Nyu-York şəhəri

350

53.

Argentina

ABŞ dolları

195

54.

Braziliya

ABŞ dolları

225

55.

Kanada

ABŞ dolları

190

56.

Meksika

ABŞ dolları

165

57.

Amerika qitəsi üzrə digər ölkələr

ABŞ dolları

165

58.

Bəhreyn

ABŞ dolları

165

59.

Səudiyyə Ərəbistanı

ABŞ dolları

165

60.

Birləşmiş Ərəb Əmirlikləri

ABŞ dolları

235

61.

İordaniya

ABŞ dolları

140

62.

İran

ABŞ dolları

160

63.

Qətər

ABŞ dolları

180

64.

Küveyt

ABŞ dolları

180

65.

Oman

ABŞ dolları

170

66.

Suriya

ABŞ dolları

160

67.

İraq

ABŞ dolları

160

68.

İsrail

ABŞ dolları

170

68-1.[6]

Fələstin

ABŞ dolları

170

69.

Livan

ABŞ dolları

170

70.

Liviya

ABŞ dolları

170

71.

Bruney

ABŞ dolları

155

72.

Yəmən

ABŞ dolları

185

73.

Əlcəzair

ABŞ dolları

165

74.

Mərakeş

ABŞ dolları

180

75.

Misir

ABŞ dolları

180

76.

Tunis

ABŞ dolları

180

77.

Seneqal

ABŞ dolları

185

78.

Sudan

ABŞ dolları

165

79.

Cibuti

ABŞ dolları

155

80.

Çad

ABŞ dolları

225

81.

Cənubi Afrika Respublikası

ABŞ dolları

240

82.

Afrika qitəsi üzrə digər ölkələr

ABŞ dolları

155

83.

Çin Xalq Respublikası

ABŞ dolları

185

84.

Sinqapur

ABŞ dolları

235

85.

Tailand

ABŞ dolları

205

86.

Malayziya

ABŞ dolları

205

87.

Şri-Lanka

ABŞ dolları

155

88.

Hindistan

ABŞ dolları

155

89.

Nepal

ABŞ dolları

155

90.

Banqladeş

ABŞ dolları

155

91.

Pakistan

ABŞ dolları

165

92. [7]

Butan

ABŞ dolları

145

92-1[8]

Myanma

ABŞ dolları

155

93.

Monqolustan

ABŞ dolları

145

94.

Laos

ABŞ dolları

155

95.

Vyetnam

ABŞ dolları

155

96.

İndoneziya

ABŞ dolları

205

97.

Əfqanıstan

ABŞ dolları

175

98.

Kamboca

ABŞ dolları

175

99.

Mavritaniya

ABŞ dolları

175

100.

Mali

ABŞ dolları

195

101.

Maldiv adaları

ABŞ dolları

165

102.

Hibraltar

avro

150

103.

Koreya Xalq Demokratik Respublikası (KXDR)

ABŞ dolları

225

104.

Koreya Respublikası

ABŞ dolları

245

105.

Yaponiya

Yapon iyeni

34720

106.

Filippin

ABŞ dolları

210

107.

Yeni Zelandiya

ABŞ dolları

195

108.

Avstraliya və Okeaniya

ABŞ dolları

195

 

 

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2008-ci il 25 yanvar tarixli 14 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

2 nömrəli Əlavə

 

Rəhbər işçilərin xarici ölkələrə ezamiyyətləri ilə əlaqədar ezamiyyə xərclərinin 1 günlük normasına əlavələr və həmin əlavələrin tətbiq olunduğu rəhbər işçilərin kateqoriyası[9]

 

Sıra

-si

Rəhbər işçinin vəzifəsi

Əlavə

(faizlə)

1

2

3

1.

Azərbaycan Respublikasının Baş naziri, Azərbaycan Respublikası Milli Məclisinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədrləri

100

2.

Azərbaycan Respublikası Baş nazirinin müavinləri, Azərbaycan Respublikasının Milli Məclisi, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi sədrinin müavinləri; Azərbaycan Respublikası Milli Məclisinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparat rəhbərləri; Azərbaycan Respublikası Ali Məhkəməsinin, Azərbaycan Respublikası Hesablama Palatasının, Məhkəmə-Hüquq Şurasının, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının, Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının sədrləri, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili (ombudsman), Azərbaycan Respublikasının Baş prokuroru, Azərbaycan Respublikası apellyasiya məhkəmələrinin sədrləri, Azərbaycan Respublikası Milli Məclisinin deputatları, Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri, Azərbaycan Respublikası Hesablama Palatasının sədrinin müavinləri, Azərbaycan Respublikası Hesablama Palatasının auditorları, Bakı Şəhər İcra Hakimiyyəti başçısı[10]

50

3.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimləri; Azərbaycan Respublikası Ali Məhkəməsinin sədrinin müavinləri, Azərbaycan Respublikası apellyasiya məhkəmələrinin sədr müavinləri, Məhkəmə-Hüquq Şurasının üzvləri, Azərbaycan Respublikası Hesablama Palatasının sədr müavinləri, Azərbaycan Respublikası Hesablama Palatasının auditorları; Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin müavinləri, Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarına bərabər tutulan orqanların rəhbərləri və müavinləri, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının, Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının sədr müavinləri, Azərbaycan Respublikası Baş prokurorunun müavinləri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında olan icra hakimiyyəti orqanlarının rəhbərləri və müavinləri, Azərbaycan Respublikasının yüksək səviyyəli nümayəndə heyətlərinin xarici ölkələrə rəsmi səfərləri ilə bağlı protokol tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar ezam olunan şəxslər[11]

30

 

Qeydlər:

 

1. Cədvəlin 1-ci və 2-ci hissələrində göstərilən şəxslərə xidməti ezamiyyətlər zamanı ezamiyyə xərclərinin 1 günlük normasının 10 faizi məbləğində hər gün üçün nümayəndəlik xərcləri ödənilir. Həmin şəxslərə və diplomatik fəaliyyəti dövründə Fövqəladə və Səlahiyyətli Səfir diplomatik rütbəsi və ya vəzifəsi olanlara, eləcə də Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılmış hökumətlərarası komissiyaların tərkibinə daxil olan şəxslərə nəqliyyat xərcləri təyyarə üçün biznes klass, dəmiryol qatarları üçün biznes klass və ya 2 yerli kupeli yumşaq vaqon tarifləri ilə ödənilir, bütün digər hallarda nəqliyyat xərcləri təyyarə üçün ekonom klass, dəmiryol qatarları üçün 4 yerli kupeli vaqon tarifləri ilə ödənilir.[12]

2. Azərbaycan Respublikasının yüksək səviyyəli nümayəndə heyətlərinin rəhbərləri beynəlxalq tədbirlərdə və ikitərəfli görüşlərdə iştirak etmək üçün xarici ölkələrə ezam olunduqda, qəbul edən tərəfin protokol qaydalarına uyğun olaraq mehmanxanada yerləşdirildikdə, ezamiyyə xərcləri təqdim olunmuş sənədlərə əsasən faktiki mehmanxana xərclərinin 1 günlük məbləği ezamiyyə xərclərinin 1 günlük normasının cədvəldəki əlavələr nəzərə alınmaqla, 60 faizindən çox olduğu hallarda, həmin fərq mehmanxana günləri üçün ezamiyyə xərclərinə əlavə xərc olaraq ödənilir. Bu qayda ilə mehmanxanada yerləşdirilən həmin rəsmi nümayəndə heyətinin digər üzvlərinin ezamiyyə xərcləri təqdim olunmuş sənədlər əsasında müvafiq ölkələr üzrə müəyyən edilmiş ezamiyyə xərclərinin 1 günlük normasından 1,5 dəfədən çox olmamaq şərtilə ödənilir.

3. Cədvəldə göstərilən rəhbər işçilər onlar üçün müəyyən edilmiş əlavələrdən yalnız birini almaq hüququna malikdirlər.

 

 


 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2008-ci il 25 yanvar tarixli 14 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin qüvvədən düşmüş bəzi qərarlarının

 

S İ Y A H I S I

 

1. Ezamiyyə xərclərinin normaları haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 16 mart tarixli 66 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, 3, maddə 220, 7 maddə 514; 2002-ci il, 7, maddə 453; 2003-cü il, 9, maddə 532; 2004-cü il, 12, maddə 1068; 2005-ci il, 6, maddə 547, 10, maddə 986; 2006-cı il, 4, maddə 383) 7-ci bəndi istisna olmaqla.

2. Ezamiyyə xərclərinin normaları haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 16 mart tarixli 66 nömrəli qərarına əlavələr edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 26 iyul tarixli 127 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, 7, maddə 514).

3. Ezamiyyə xərclərinin normaları haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 16 mart tarixli 66 nömrəli qərarı ilə təsdiq edilmiş Rəhbər işçilərin ezamiyyətləri ilə əlaqədar ezamiyyə xərcləri normalarına əlavələr və həmin əlavələrin tətbiq olunduğu rəhbər işçilərin kateqoriyasına əlavə edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 20 iyul tarixli 115 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, 7, maddə 453).

4. Ezamiyyə xərclərinin normaları haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 16 mart tarixli 66 nömrəli qərarı ilə təsdiq edilmiş Rəhbər işçilərin ezamiyyətləri ilə əlaqədar ezamiyyə xərcləri normalarına əlavələr və həmin əlavələrin tətbiq olunduğu rəhbər işçilərin kateqoriyasına əlavə edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 26 sentyabr tarixli 125 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, 9, maddə 532).

5. Ezamiyyə xərclərinin normaları haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 16 mart tarixli 66 nömrəli qərarına əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 3 dekabr tarixli 187 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, 12, maddə 1068).

6. Ezamiyyə xərclərinin normaları haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 16 mart tarixli 66 nömrəli qərarına əlavə edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 21 iyun tarixli 111 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, 6, maddə 547).

7. Ezamiyyə xərclərinin normaları haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 16 mart tarixli 66 nömrəli qərarına dəyişiklik və əlavələr edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 21 oktyabr tarixli 193 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, 10, maddə 986).

8. Ezamiyyə xərclərinin normaları haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 16 mart tarixli 66 nömrəli qərarına dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 24 aprel tarixli 115 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, 4, maddə 383).

 

 

 


 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 

1.       13 iyun 2008-ci il tarixli 137 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, 6, maddə 589)

2.       24 dekabr 2008-ci il tarixli 280 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, 12, maddə 1118)

3.       25 yanvar 2011-ci il tarixli 15 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, 1, maddə 66)

4.       20 sentyabr 2011-ci il tarixli 144 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, 9, maddə 854)

5.       26 fevral 2013-cü il tarixli 28 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, 02, maddə 197)

6.       14 oktyabr 2013-cü il tarixli 304 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, 10, maddə 1222)

7.       13 avqust 2015-ci il tarixli 276 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, 8, maddə 962)

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 



[1] 20 sentyabr 2011-ci il tarixli 144 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə 1-ci hissə yeni redaksiyada verilmişdir.

 

Əvvəlki redaksiyada deyilirdi:

1. Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin 1 günlük norması Bakı şəhərində 35,0 manat, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində 25,0 manat, respublika tabeli digər şəhərlərdə 20,0 manat, rayon mərkəzlərində, şəhər tipli qəsəbələrdə və kəndlərdə 15,0 manat müəyyən edilsin.

 

[2] 20 sentyabr 2011-ci il tarixli 144 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, 9, maddə 854) ilə yeni məzmunda 1-1-ci hissə əlavə edilmişdir.

 

[3] 26 fevral 2013-cü il tarixli 28 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, 02, maddə 197) ilə 3-cü hissədə Rəhbər işçilərin sözlərindən sonra xarici ölkələrə sözləri əlavə edilmişdir.

 

[4] 20 sentyabr 2011-ci il tarixli 144 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, 9, maddə 854) ilə 6-cı hissədə 5,0 rəqəmi 10,0 rəqəmi ilə əvəz edilmişdir.

 

[5] 13 avqust 2015-ci il tarixli 276 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, 8, maddə 962) ilə 1 nömrəli əlavə - Xarici ölkələrə ezamiyyə xərclərinin 1 günlük normalarının 41-ci hissəsində Çernoqoriya sözü Monteneqro sözü ilə əvəz edilmişdir.

 

[6] 13 avqust 2015-ci il tarixli 276 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, 8, maddə 962) ilə 1 nömrəli əlavə - Xarici ölkələrə ezamiyyə xərclərinin 1 günlük normalarının yeni məzmunda 68-1-ci hissə əlavə edilmişdir.

 

[7] 13 avqust 2015-ci il tarixli 276 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, 8, maddə 962) ilə 1 nömrəli əlavə - Xarici ölkələrə ezamiyyə xərclərinin 1 günlük normalarının 41-ci hissəsində 92-ci hissədə Samoa sözü Butan sözü ilə əvəz edilmişdir.

 

[8] 13 avqust 2015-ci il tarixli 276 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, 8, maddə 962) ilə 1 nömrəli əlavə - Xarici ölkələrə ezamiyyə xərclərinin 1 günlük normalarının yeni məzmunda 92-1-ci hissə əlavə edilmişdir.

 

[9] 26 fevral 2013-cü il tarixli 28 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, 02, maddə 197) 2 nömrəli əlavə yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

 

Rəhbər işçilərin ezamiyyətləri ilə əlaqədar ezamiyyə xərclərinin 1 günlük normasına əlavələr və həmin əlavələrin tətbiq olunduğu rəhbər işçilərin kateqoriyası

 

Sıra

-si

Rəhbər işçinin vəzifəsi

Əlavə

(faizlə)

1

2

3

1.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri; Azərbaycan Respublikası Baş nazirinin müavinləri; Azərbaycan Respublikasının Baş Prokuroru; Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman); Azərbaycan Respublikası Hesablama Palatasının sədri, Hesablama Palatası sədr müavini, auditorları; Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasının sədri; Azərbaycan Respublikası Milli Məclisinin deputatları; Azərbaycan Respublikası Milli Məclis Aparatının rəhbəri, Azərbaycan Respublikası Hesablama Palatası Aparatının rəhbəri; Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının rəhbəri; mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri, Azərbaycan Respublikasının Milli Televiziya və Radio Şurasının sədri[9]

 

 

 

 

 

50

 

 

 

 

2.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədr müavini və hakimləri; Azərbaycan Respublikası Ali Məhkəməsinin sədr müavini; Azərbaycan Respublikası Baş Prokurorunun müavinləri; Azərbaycan Respublikası Hesablama Palatasının sədr müavini və auditorları; Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədr müavini; Azərbaycan Respublikası Apellyasiya məhkəmələrinin sədrləri və sədr müavinləri; Məhkəmə-Hüquq Şurasının üzvləri; ağır cinayətlər məhkəmələrinin sədrləri və sədr müavinləri; mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin müavinləri, Azərbaycan Respublikasının Milli Televiziya və Radio Şurası sədrinin müavini[9]

 

 

30

 

 

 

 

 

 

 

 

 

3.

Azərbaycan Respublikasının dövlət və hökumət səviyyəsində rəsmi nümayəndə heyətlərinin xarici ölkələrə rəsmi səfərləri ilə bağlı protokol tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar ezam olunan şəxslər

 

 

25

 

Qeyd.

Cədvəlin 1-ci bəndində göstərilən şəxslərə xidməti ezamiyyətlər zamanı ezamiyyə xərclərinin 1 günlük normasının 10 faizi məbləğində hər gün üçün nümayəndəlik xərcləri ödənilir. Həmin şəxslərə və diplomatik fəaliyyəti dövründə Fövqəladə və Səlahiyyətli Səfir dərəcəsi olanlara, eləcə də Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılmış hökumətlərarası komissiyaların tərkibinə daxil olan şəxslərə nəqliyyat xərcləri təyyarə üçün biznes klass, dəmiryol qatarları üçün biznes klass və ya 2 yerli kupeli yumşaq vaqon tarifləri ilə ödənilir, bütün digər hallarda nəqliyyat xərcləri təyyarə üçün ekonom klass, dəmiryol qatarları üçün 4 yerli kupeli vaqon tarifləri ilə ödənilir. [9]

Azərbaycan Respublikasının dövlət və hökumət səviyyəsində rəsmi nümayəndə heyətinin rəhbərləri beynəlxalq tədbirlərdə və ikitərəfli görüşlərdə iştirak etmək üçün xarici ölkələrə ezam olunduqda, qəbul edən tərəfin protokol qaydalarına uyğun olaraq mehmanxanada yerləşdirildikdə, ezamiyyə xərcləri təqdim olunmuş sənədlərə əsasən faktiki mehmanxana xərclərinin 1 günlük məbləği ezamiyyə xərclərinin 1 günlük normasının cədvəldəki əlavələr nəzərə alınmaqla 60 faizindən çox olduğu hallarda, həmin fərq mehmanxana günləri üçün ezamiyyə xərclərinə əlavə xərc olaraq ödənilir. Bu qayda ilə mehmanxanada yerləşdirilən həmin rəsmi nümayəndə heyətinin digər üzvlərinin ezamiyyə xərcləri təqdim olunmuş sənədlər əsasında müvafiq ölkələr üzrə müəyyən edilmiş ezamiyyə xərclərinin 1 günlük normasından 1,5 dəfədən çox olmamaq şərti ilə ödənilir.

Dövlət və hökumət nümayəndə heyətinə Azərbaycan Respublikasının Hökuməti adından çıxış etmək səlahiyyəti və ya tapşırığı verilmiş nümayəndə heyətləri aid edilir.

Cədvəldə göstərilən rəhbər işçilər onlar üçün müəyyən edilmiş əlavələrdən yalnız birini almaq hüququna malikdirlər.

 

[10] 14 oktyabr 2013-cü il tarixli 304 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, 10, maddə 1222) ilə cədvəlin 2-ci hissəsinə Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri sözlərindən sonra , Azərbaycan Respublikası Hesablama Palatasının sədrinin müavinləri, Azərbaycan Respublikası Hesablama Palatasının auditorları sözləri əlavə edilmişdir.

 

[11] 14 oktyabr 2013-cü il tarixli 304 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, 10, maddə 1222) ilə cədvəlin 3-cü hissəsindən Azərbaycan Respublikası Hesablama Palatasının sədr müavinləri, Azərbaycan Respublikası Hesablama Palatasının auditorları sözləri çıxarılmışdır.

 

[12] 14 oktyabr 2013-cü il tarixli 304 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, 10, maddə 1222) ilə Qeydlərin 1-ci hissəsində dərəcəsi sözü diplomatik rütbəsi və ya vəzifəsi sözləri ilə əvəz edilmişdir.