M.L.Rostropoviçin “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

 

Azərbaycanın beynəlxalq mədəni əlaqələri və musiqi sənətinin inkişafındakı böyük xidmətlərinə görə Mstislav Leopoldoviç Rostropoviç “Heydər Əliyev” ordeni ilə təltif edilsin.

 

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

 

 

Bakı şəhəri, 27 mart 2007-ci il

№ 2064