"Xarici ölkələrin diplomatik və konsulluq nümayəndəliklərinin, beynəlxalq təşkilatların nümayəndəliklərinin rəsmi istifadəsi, həmçinin bu nümayəndəliklərin diplomatik və inzibati-texniki işçilərinin, 0 cümlədən onlarla yaşayan ailə üzvlərinin şəxsi istifadəsi üçün nəzərdə tutulan mal və xidmətlərə görə əlavə dəyər vergisinin sıfır (0) dərəcə ilə tutulması Qaydaları"nın təsdiq edilməsi barədə

 

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

 

"Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2005-ci il 21 oktyabr tarixli 1028-IIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 16 dekabr tarixli 330 nömrəli Fərmanının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1.      "Xarici ölkələrin diplomatik və konsulluq nümayəndəliklərinin, beynəlxalq təşkilatların nümayəndəliklərinin rəsmi istifadəsi, həmçinin bu nümayəndəliklərin diplomatik və inzibati-texniki işçilərinin, o cümlədən onlarla yaşayan ailə üzvlərinin şəxsi istifadəsi üçün nəzərdə tutulan mal və xidmətlərə görə əlavə dəyər vergisinin sıfır (0) dərəcə ilə tutulması Qaydaları" təsdiq edilsin (əlavə olunur).

2.      Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 fevral tarixli 48 nömrəli qərarı ilə təsdiq edilmiş "Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması Qaydaları"nın 4-cü bəndi və "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 fevral tarixli 48 nömrəli qərarı ilə təsdiq edilmiş "Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması Qaydaları"na əlavələr və dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 12 iyun tarixli 81 nömrəli qərarının 3-cü, 4-cü və 5-ci bəndləri qüvvədən düşmüş hesab edilsin.

3.      Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

 

 

 

Azərbaycan Respublikasının Baş naziri A.RASİZADƏ

 

 

 

 

 

Bakı şəhəri, 27 mart 2006-cı il

                              № 89

 

 

 

 

 

 

 

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2006-cı il 27 mart tarixli 89 nömrəli qərarı ilə

                                                                      TƏSDİQ EDİLMİŞDİR

 

 

 

Xarici ölkələrin diplomatik və konsulluq nümayəndəliklərinin,

beynəlxalq təşkilatların nümayəndəliklərinin rəsmi istifadəsi,

həmçinin bu nümayəndəliklərin diplomatik və inzibati-texniki

işçilərinin, o cümlədən onlarla yaşayan ailə üzvlərinin şəxsi istifadəsi

üçün nəzərdə tutulan mal və xidmətlərə görə əlavə dəyər vergisinin

sıfır (0) dərəcə ilə tutulması

 

 

QAYDALARI

 

 

  1. ÜMUMİ MÜDDƏALAR

 

Bu Qaydalar xarici ölkələrin diplomatik və konsulluq nümayəndəliklərinin, beynəlxalq təşkilatların nümayəndəliklərinin rəsmi istifadəsi, həmçinin bu nümayəndəliklərin diplomatik və inzibati-texniki işçilərinin, o cümlədən onlarla yaşayan ailə üzvlərinin şəxsi istifadəsi üçün nəzərdə tutulan mal və xidmətlərə görə əlavə dəyər vergisinin sıfır (0) dərəcə ilə tutulması qaydalarını müəyyən edir.

Bu Qaydalar Azərbaycan Respublikasında akkreditə edilmiş və artıq ödənilmiş əlavə dəyər vergisinin geri alınması məqsədləri üçün vergi orqanlarında qeydiyyata alınmış xarici ölkələrin diplomatik və konsulluq nümayəndəliklərinə, beynəlxalq təşkilatların nümayəndəliklərinə, həmçinin bu nümayəndəliklərin diplomatik və inzibati-texniki işçilərinə, o cümlədən onlarla yaşayan ailə üzvlərinə aid edilir.

Qaydalar xarici ölkələrin diplomatik və konsulluq nümayəndəliklərinin,
beynəlxalq təşkilatların nümayəndəliklərinin Azərbaycan Respublikasının vətəndaşı olan işçilərinə, o cümlədən onlarla yaşayan ailə üzvlərinə şamil edilmir.

Bu Qaydalar sadələşdirilmiş verginin ödəyicisi olan, habelə əlavə dəyər vergisindən azad olunmuş fəaliyyət növlərini həyata keçirən və onlara münasibətdə tətbiq edilən vergitutma sisteminə uyğun olaraq malların (xidmətlərin) satışım əlavə dəyər vergisiz həyata keçirən hüquqi və fiziki şəxslərdən alınmış mallara (xidmətlərə) şamil olunmur.

2. ƏSAS ANLAYIŞLAR

 

2.1. Bu Qaydaların məqsədləri üçün aşağıdakı anlayışlardan istifadə olunur:

nümayəndəlik - Azərbaycan Respublikasında akkreditə edilmiş xarici ölkələrin diplomatik və konsulluq nümayəndəlikləri, beynəlxalq təşkilatların nümayəndəlikləri;

işçilər və ailə üzvləri - Azərbaycan Respublikasında akkreditə edilmiş xarici ölkələrin diplomatik və konsulluq nümayəndəliklərinin, beynəlxalq
təşkilatların nümayəndəliklərinin müvafiq statuslu diplomatik və inzibati-texniki işçiləri, o cümlədən onlarla yaşayan ailə üzvləri;

istisnalar - əlavə dəyər vergisinin (yaxud analoji vergilərin) sıfır (0) dərəcəsinin (yaxud azadolmanın) malların və xidmətlərin müəyyən növlərinə tətbiq edilməməsi;

məhdudiyyətlər - əlavə dəyər vergisinin (yaxud analoji vergilərin)
sıfır (0) dərəcəsinin (yaxud azadolmanın) malların və xidmətlərin miqdarına və məbləğinə görə məhdudiyyətlərlə tətbiq edilməsi;

qarşılıqlı prinsip - Azərbaycan Respublikasının hər hansı xarici ölkədəki diplomatik və ya konsulluq nümayəndəliyinə, həmçinin bu nümayəndəliyin işçilərinə və ailə üzvlərinə münasibətdə malın və xidmətin növünə, miqdarına və məbləğinə görə əlavə dəyər vergisinin (yaxud analoji vergilərin) sıfır (0) dərəcəsinin (yaxud azadolmanın) istisnalar və məhdudiyyətlərlə tətbiq edildiyi halda, həmin ölkənin Azərbaycan Respublikasındakı müvafiq nümayəndəliyinə, həmçinin bu nümayəndəliyin işçilərinə və ailə üzvlərinə münasibətdə də eyni istisnarla və məhdudiyyətlərin tətbiq edilməsi.

 

3. VERGİNİN TUTULMASI QAYDASI

 

3.1. Nümayəndəliklərin rəsmi istifadəsi üçün nəzərdə tutulan mal və xidmətlərə görə əlavə dəyər vergisinin sıfır (0) dərəcə ilə tutulması aşağıdakı qaydada həyata keçirilir:

3.1.1. Malların və xidmətlərin satışı nümayəndəliklərlə bağlanan mülki-hüquqi əqdlər və digər müqavilələr əsasında həyata keçirildikdə, bu əməliyyatlar zamanı əlavə dəyər vergisinin sıfır (0) dərəcəsi hər bir konkret nümayəndəliyə münasibətdə qarşılıqlı prinsipə əsasən istisnalar (məhdudiyyətlər) nəzərə alınmaqla, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən həmin nümayəndəliklərə bu Qaydaların 1 nömrəli Əlavəsinə uyğun verilən Bildirişdə göstərilən qaydada tətbiq edilir.

Bildiriş Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik və konsulluq nümayəndəlikləri tərəfindən həmin ölkələrdə xarici ölkələrin və Azərbaycan Respublikasının diplomatik və konsulluq nümayəndəliklərinə münasibətdə əlavə dəyər vergisinin (yaxud analoji vergilərin) tətbiq edilməsi qaydaları haqqında bu Qaydaların 2 nömrəli Əlavəsindəki məlumat əsasında bir il müddətinə verilir.

Bu dövr ərzində hər hansı ölkədə Azərbaycan Respublikasının diplomatik və konsulluq nümayəndəliklərinə münasibətdə əlavə dəyər vergisinin (yaxud analoji vergilərin) tətbiq edilməsi qaydalarında dəyişiklik baş verdikdə, Azərbaycan Respublikasının həmin ölkədəki diplomatik və konsulluq nümayəndəlikləri tərəfindən bu barədə qısa müddətdə Xarici İşlər Nazirliyinə məlumat verilir və bunun əsasında həmin ölkənin Azərbaycan Respublikasındakı diplomatik və konsulluq nümayəndəliyinə yeni Bildiriş verilir.

Xarici İşlər Nazirliyi tərəfindən zəruri hallarda müvafiq məlumatların Azərbaycanda fəaliyyət göstərən xarici ölkələrin diplomatik və konsulluq nümayəndəliklərindən alınması üçün həmin nümayəndəliklərə müraciət edilə bilər.

Xarici İşlər Nazirliyi verilmiş Bildirişin və 2 nömrəli Əlavənin surətini 5 iş günü müddətində Vergilər Nazirliyinə və Maliyyə Nazirliyinə təqdim edir.

Malların və xidmətlərin alışı zamanı nümayəndəlik Bildirişin onun tərəfindən təsdiq edilmiş surətini malların və xidmətlərin satışını həyata keçirən vergi ödəyicilərinə təqdim etməlidir.

Bildirişin surəti təqdim edilmədikdə, mallara və xidmətlərə əlavə dəyər vergisinin sıfır (0) dərəcəsi tətbiq edilmir.

Qarşılıqlı prinsipə əsasən nümayəndəliyə münasibətdə malların və xidmətlərin miqdarına məhdudiyyətlər olduqda, mallar və xidmətlər əlavə dəyər vergisi ilə birgə təqdim edilir və sonradan, artıq ödənilmiş vergi məbləği qaytarılır.

Bu Qaydaların qüvvəyə mindiyi tarixdən Xarici İşlər Nazirliyindən Bildiriş alınan tarixədək nümayəndəliklər tərəfindən alman mal və xidmətlər əlavə dəyər vergisi ilə birgə alınır və sonradan bu Qaydalara uyğun geri qaytarılır.

3.1.2. Malların və xidmətlərin satışı nümayəndəliklərlə bağlanan mülki-hüquqi əqdlər və digər müqavilələr əsasında həyata keçirilmədikdə, mallar və xidmətlər əlavə dəyər vergisi ilə birgə təqdim edilməli və sonradan, ödənilmiş həmin vergi məbləği geri qaytarılmalıdır.

Nümayəndəliklərin işçilərinin və ailə üzvlərinin şəxsi istifadəsi üçün nəzərdə tutulan mal və xidmətlərə görə əlavə dəyər vergisinin sıfır (0) dərəcə ilə tutulması həmin malların və xidmətlərin əlavə dəyər vergisi ilə birgə təqdim edilməsi və sonradan, ödənilmiş həmin vergi məbləğinin qaytarılması yolu ilə həyata keçirilir.

Əlavə dəyər vergisinin qaytarılması üçün əsas malları və xidmətləri təqdim edən şəxslər tərəfindən verilən vergi hesab-fakturalarıdır.

Vergi hesab-fakturalarında mallar və xidmətlər nümayəndəliyin rəsmi istifadəsi üçün alındıqda - nümayəndəliyin, həmin malları (xidmətləri) alan məsul işçisinin, işçilərin və ailə üzvlərinin şəxsi istifadəsi üçün alındıqda isə - işçinin (ailə üzvünün) akkreditə vəsiqəsinin nömrəsi də göstərilməlidir.

Malların və ya xidmətlərin adının və ayrıca sətirdə əlavə dəyər vergisinin göstərildiyi nəzarət-kassa aparatının çeki olduqda, vergi hesab-fakturası tələb edilmir. Kassa çekinin arxasında malların (xidmətlərin) alıcısının adı, soyadı, akkreditə vəsiqəsinin nömrəsi və malları (xidmətləri) təqdim edən vergi ödəyicisinin möhürü olmalıdır.

3.4. Malların və xidmətlərin satışı zamanı satışı həyata keçirən vergi ödəyiciləri tərəfindən əlavə dəyər vergisinin dərəcəsi göstərilməklə (0 və ya 18%) vergi hesab-fakturaları təqdim edilməlidir.

Malların və xidmətlərin pərakəndə satışı zamanı vergi ödəyiciləri tərəfindən kassa çekləri, həmçinin tələb edildikdə vergi hesab-fakturaları da verilməlidir.

Əlavə dəyər vergisinin sıfır (0) dərəcəsinin tətbiq edildiyi halda, vergi ödəyiciləri vergi orqanlarına əlavə dəyər vergisinin bəyannaməsi ilə birgə nümayəndəlikdən alınmış Bildirişin surətini təqdim etməlidirlər.

 

 

 

 

 

4. SƏNƏDLƏRİN TƏQDİM EDİLMƏSİ QAYDASI

 

4.1. Nümayəndəliyin rəsmi istifadəsi, habelə işçilərin və ailə üzvlərinin şəxsi istifadələri üçün alınan mallara və xidmətlərə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması üçün nümayəndəlik tərəfindən müvafiq vergi orqanına bu Qaydaların 3 nömrəli Əlavəsində göstərilən ərizə ilə müraciət edilməlidir. Ərizə nümayəndəliyin müvəkkil edilmiş şəxsi tərəfindən imzalanmalı və möhürlənməlidir.

Vergilərin qaytarılması haqqında ərizələr hər rüb üzrə həmin rübdən sonrakı ayın 20-dək iki nüsxədə təqdim edilir.

Nüsxələrdən biri müvafiq qeyd edilməklə, nümayəndəliyə qaytarılır, digəri isə vergi orqanında saxlanılır.

Ərizəyə aşağıdakı sənədlər əlavə edilir:

-  bu Qaydaların 4 nömrəli Əlavəsindəki nümayəndəliyin işçilərinin və onların ailə üzvlərinin siyahısı (onların akkreditə vəsiqələri üzrə müvafiq məlumatlar da əlavə edilməklə);

-  bu Qaydaların 5 və 6 nömrəli əlavələrindəki ilkin sənədlərin siyahısı;

-  alınmış mallara və xidmətlərə görə vergilərin ödənilməsini təsdiq edən
vergi hesab-fakturaları (bank ödəniş sənədləri, qəbzlər və ödənişi təsdiq edən
digər sənədlər əlavə edilməklə) və ya malın (xidmətin) adı və ayrıca sətirdə
əlavə dəyər vergisi göstərilən nəzarət-kassa aparatının çekləri.

Bu Qaydaların 5 nömrəli Əlavəsindəki siyahı nümayəndəliyin rəsmi istifadəsi üçün malların və xidmətlərin alınmasına məsul edilmiş işçi, 6 nömrəli Əlavəsindəki siyahı isə işçilər və ya onların ailə üzvləri tərəfindən doldurulur.

4.2.  Ərizə və ona əlavə edilən sənədlər tam doldurulmaqla, nümayəndəlik tərəfindən təyin edilən səlahiyyətli şəxs tərəfindən və ya poçt vasitəsilə təqdim edilir.

4.3.  Ərizələrin imzalanması üçün müvəkkil edilmiş şəxsin, habelə ərizə və
ona əlavə edilən sənədləri təqdim edən şəxsin səlahiyyətlərini və səlahiyyət
müddətini nümayəndəliyin başçısının imzası və nümayəndəliyin möhürü ilə
təsdiq edən sənəd vergi orqanına təqdim edilməlidir.

4.4.  Artıq ödənilmiş vergilərin qaytarılması üçün mövcud qanunvericiliklə müəyyən edilmiş müddətə riayət edilməsi şərtilə, nümayəndəlik və ya işçilər və ailə üzvləri tərəfindən əvvəlki dövrlər üzrə artıq ödənilmiş vergilərin məbləği müvafiq rüb üzrə qaytarılması tələb olunan ümumi məbləğə daxil edilə bilər.

Zəruri sayıldığı halda, vergi orqanının səlahiyyətli vəzifəli şəxsi nümayəndəliyin müvəkkil şəxsinə, habelə malı və ya xidməti təqdim edən vergi ödəyicisinə sorğu verərək, müvafiq araşdırma apara bilər.

Vergi orqanı aşağıdakı hallarda əlavə dəyər vergisi məbləğlərinin qaytarılması üçün əsasların olmadığı barədə sənədlərin daxil olduğu gündən
sonra 15 gün müddətində nümayəndəliyə yazılı şəkildə məlumat verməlidir:

-sənədlər lazımi qaydada tərtib edilmədikdə;

-məlumatlar tam və düzgün göstərilmədikdə;

-bütün zəruri sənədlər təqdim edilmədikdə;

-təqdim edilmiş sənədlərin doğruluğu təsdiq edilmədikdə;

-təqdim edilmiş sənədlərdə göstərilən mallar və xidmətlər üzrə istisnalar və məhdudiyyətlər mövcud olduqda;

-vergilərin qaytarılması üçün mövcud qanunvericiliklə müəyyən edilmiş müddət bitdikdə.

5. ARTIQ ÖDƏNİLMİŞ VERGİLƏRİN QAYTARILMASI

 

5.1. Vergi orqanı tərəfindən ərizənin daxil olduğu tarixdən 25 gün müddətində təqdim edilmiş sənədlərə baxılır və artıq ödənilmiş əlavə dəyər vergisinin qaytarılması barədə bu Qaydaların 7 nömrəli Əlavəsinə uyğun forma üzrə 5 nüsxədə rəy hazırlanır.

Tərtib olunmuş rəyin 2 nüsxəsi və ərizənin surəti artıq ödənilmiş vergilərin qaytarılması üçün müvafiq maliyyə orqanına, 1 nüsxəsi və ərizənin surəti Xarici İşlər Nazirliyinə, 1 nüsxəsi nümayəndəliyə göndərilir, 1 nüsxəsi isə vergi orqanında qalır.

5.2. Artıq ödəmələrin qaytarılması üzrə maliyyə orqanlarının hərəkətləri
qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir.

Artıq ödənilmiş vergilər maliyyə orqanları tərəfindən nümayəndəliklərin Azərbaycan Respublikasının ərazisində yerləşən müvəkkil banklarda açılmış hesablarına Azərbaycan manatı ilə qaytarılır.

Müvafiq maliyyə orqanı bu barədə müvafiq vergi orqanına 5 gün müddətində məlumat verir.

 

6. ARTIQ ÖDƏNİLMİŞ VERGİLƏRİN QAYTARILMA MÜDDƏTİ

 

Artıq ödənilmiş vergilər 45 gün ərzində qaytarılmalıdır. Bu müddət nümayəndəliyin bu barədə ərizə verdiyi gündən vəsaitin müvafiq dövlət  xəzinədarlığının hesabından çıxdığı günədək olan dövrü əhatə edir.

 

7. VERGİ VƏ MALİYYƏ ORQANLARININ MƏSULİYYƏTİ

 

Artıq ödənilmiş vergilər müəyyən olunmuş müddətdə qaytarılmadığı
halda, həmin məbləğlər geri qaytarılanadək gecikdirilən hər bir gün üçün
(ödəmə günü də daxil olmaqla) nümayəndəliyə (yaxud işçilərə və ailə üzvlərinə) qaytarılmalı olan məbləğin 0,05 faizi məbləğində faiz ödənilir.

Artıq ödənilmiş vergilərin qaytarılmasının gecikdirilməsi nümayəndəliyin (yaxud işçilərin və ailə üzvlərinin) mövcud qaydalara riayət etməməsi
səbəbindən baş verdiyi halda, gecikdirilmiş müddət üçün faiz ödənilmir.



"Xarici ölkələrin diplomatik və konsulluq

nümayəndəliklərinin, beynəlxalq təşkilatların

nümayəndəliklərinin rəsmi istifadəsi, həmçinin bu

nümayəndəliklərin diplomatik və inzibati-texniki

işçilərinin, o cümlədən onlarla yaşayan ailə

üzvlərinin şəxsi istifadəsi üçün nəzərdə tutulan

mal və xidmətlərə görə əlavə dəyər vergisinin

sıfır (0) dərəcə ilə tutulması Qaydaları"na

1 nömrəli ƏLAVƏ

 

 

 

 

 

AZƏRBAYCAN RESPUBLİKASININ XARİCİ İŞLƏR NAZİRLİYİ

 

 

 

 

Xarici ölkənin diplomatik və ya konsulluq nümayəndəliyi, beynəlxalq təşkilatın nümayəndəliyi barədə məlumat

 

 

 

Nümayəndəliyin tam adı

 

Ünvanı

 

Akkreditə tarixi

 

 

 

Rəsmi istifadə üçün nəzərdə tutulan mallara və xidmətlərə görə əlavə dəyər vergisinin sıfır (0) dərəcəsinin tətbiqinə dair

 

BİLDİRİŞ

 

Sıra

№-si

Malın və ya xidmətin adı

ƏDV-nin sıfır (0) dərəcəsinin tətbiqi qaydası ("tam", "qismən", yaxud "yox")

I. Mallar

1

 

 

2

 

 

X

 

 

II. Xidmətlər

1

 

 

2

 

 

X

 

 

 

Etibarlıdır

 

 

200         -ci il tarixədək

 

Xarici İşlər Nazirliyinin məsul şəxsi

Adı, soyadı

 

Vəzifəsi

 

 

 

 

 

 

 

M.Y.

 

 

 

 

İmza

 

 

 

 

Tarix

 

 

200         -ci il

 

 

 

 

 

 

 

 

 

1. Bu Bildiriş Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 165.1-ci və 165.2-ci maddələrinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 27 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş "Xarici ölkələrin diplomatik və konsulluq nümayəndəliklərinin, beynəlxalq təşkilatların nümayəndəliklərinin rəsmi istifadəsi, həmçinin bu nümayəndəliklərin diplomatik və inzibati-texniki işçilərinin, o cümlədən onlarla yaşayan ailə üzvlərinin şəxsi istifadəsi üçün nəzərdə tutulan mal və xidmətlərə görə əlavə

dəyər vergisinin sıfır (0)dərəcə ilə tutulması Qaydaları"na əsasən tətbiq edilir.  

Bildiriş Azərbaycan Respublikasmm Xarici İşlər Nazirliyi tərəfindən Azərbaycanda fəaliyyət göstərən xarici ölkələrin diplomatik və konsulluq nümayəndəliklərinə, beynəlxalq təşkilatların nümayəndəliklərinə (bundan sonra - nümayəndəlik) verilir.

2.Bu Bildirişi təqdim edən nümayəndəliyin rəsmi istifadəsi üçün nəzərdə tutulan mal
və xidmətlərin satışı nümayəndəliklə bağlanan mülki-hüquqi əqdlər və digər müqavilələr
əsasında həyata keçirildikdə, həmin mallara (xidmətlərə) əlavə dəyər vergisinin sıfır (0) dərəcəsi bu Bildirişə uyğun tətbiq edilməlidir.

3.  Bildirişdə "tam" sözü - göstərilən növ mallara (xidmətlərə) əlavə dəyər vergisinin sıfır (0) dərəcəsinin məhdudiyyətsiz tətbiq edilməsini, "qismən" - məhdudiyyətlə tətbiq edilməsini, "yox" isə ümumiyyətlə tətbiq edilməməsini bildirir.

4.Malların və xidmətlərin alışı zamanı nümayəndəlik Bildirişin onun tərəfindən təsdiq edilmiş surətini malların və xidmətlərin satışım həyata keçirən vergi ödəyicisinə təqdim etməlidir.

Bildirişin surəti təqdim edilmədikdə, mallara və xidmətlərə əlavə dəyər vergisinin sıfır (0) dərəcəsi tətbiq edilmir.

5. Malların və ya xidmətlərin satışım həyata keçirən vergi ödəyicisi malların və xidmətlərin alıcısı olan nümayəndəliyə əlavə dəyər vergisinin dərəcəsi göstərilməklə (0 və ya 18%) vergi hesab-fakturası təqdim etməlidir.

Bildirişin arxa hissəsi


 

 

 

 

 

 

 

 

 

"Xarici ölkələrin diplomatik və konsulluq

“Xarici nümayəndəliklərinin, beynəlxalq təşkilatların

nümayəndəliklərinin rəsmi istifadəsi, həmçinin

bu nümayəndəliklərin diplomatik və inzibati-texniki

işçilərinin, o cümlədən onlarla yaşayan ailə

üzvlərinin şəxsi istifadəsi üçün nəzərdə tutulan

mal və xidmətlərə görə əlavə dəyər vergisinin

sıfır (0) dərəcə ilə tutulması Qaydaları"na

2 nömrəli ƏLAVƏ

 

Xarici ölkələrin və Azərbaycan Respublikasının diplomatik və

konsulluq nümayəndəliklərinə münasibətdə əlavə dəyər vergisinin

(yaxud analoji vergilərin) tətbiq edilməsi qaydaları haqqında

 

MƏLUMAT

1.  Ümumi prinsip:

a)       qabaqcadan azadolma;

b)   ödənilib, sonradan qaytarılma;

c)       hər hansı digər qayda.

2.  Bu prinsipin tətbiqi mexanizmi:

a)       qabaqcadan azadolma olduqda, tətbiq edilən mexanizm;

b)       sonradan qaytarılma olduqda, tətbiq edilən mexanizm (o cümlədən ödənilmiş vergilərin qaytarılması üçün təqdim edilən sənədlərin siyahısı);

c)       hər hansı digər qaydanın tətbiqi mexanizmi.

2.Əlavə dəyər vergisinin (yaxud analoji vergilərin) sıfır (0) dərəcəsi tətbiq edilən (yaxud azad olunan) malların və xidmətlərin siyahısı ("tam", "qismən", yaxud "yox")

 

 

 

Mallar (xidmətlər)

Nümayən-dəliyin rəsmi istifadəsi üçün

İşçilərin və ailə üzvlərinin şəxsi istifadəsi üçün

 

 

 

 

 

 

nümayəndəli-yin başçısı

diplomatik heyət

inzibati-texniki heyət

diplomatik heyətin ailə üzvləri

inzibati-texniki heyətin ailə üzvləri

I. Mallar

 

 

 

 

 

 

1.

 

 

 

 

 

 

 

2.

 

 

 

 

 

 

 

X

 

 

 

 

 

 

 

II. Xidmətlər

 

 

 

 

 

 

1.

 

 

 

 

 

 

 

2.

 

 

 

 

 

 

 

X

 

 

 

 

 

 

 

 

Qeyd. "Tam" göstərilən növ mallara (xidmətlərə) əlavə dəyər vergisinin (yaxud analoji verginin) sıfır (0) dərəcəsinin (yaxud azadolmanın) məhdudiyyətsiz tətbiq edilməsini, "qismən" məhdudiyyətlə tətbiq edilməsini (bu halda məhdudiyyət konkret göstərilməlidir), "yox" isə ümumiyyətlə tətbiq edilməməsini bildirir.



4. Ümumi məhdudiyyətlər:

a)       birdəfəlik alışın minimum məbləği;

b)       il ərzində alışın maksimum məbləği;

c)       il ərzində qaytarılan verginin maksimum məbləği;
ç) digər məhdudiyyətlər.

5.       Ödənilmiş vergilərin geri qaytarılma müddəti.

6.       Bu Qaydaların təsbit olunduğu müvafiq normativ hüquqi aktlardan rəsmi çıxarışlar əlavə edilməlidir (ingilis və ya Azərbaycan dilində tərcümə ilə birgə).

7.       Azərbaycan Respublikasının nümayəndəliyinə münasibətdə ümumi qaydalardan fərqli qaydalar tətbiq edildikdə, həmin qaydalar barədə səbəbi göstərilməklə ətraflı məlumat təqdim edilməlidir.

 

 

"Xarici ölkələrin diplomatik və konsulluq

nümayəndəliklərinin, beynəlxalq təşkilatların

nümayəndəliklərinin rəsmi istifadəsi, həmçinin

bu nümayəndəliklərin diplomatik və inzibati-texniki

işçilərinin, o cümlədən onlarla yaşayan ailə

üzvlərinin şəxsi istifadəsi üçün nəzərdə tutulan

mal və xidmətlərə görə əlavə dəyər vergisinin

sıfır (0) dərəcə ilə tutulması Qaydaları”na

3 nömrəli ƏLAVƏ

 

Vergi orqanının adı

 

 

 

 

 

Xarici ölkənin diplomatik və konsulluq nümayəndəliyinin, beynəlxalq təşkilatın nümayəndəliyinin rəsmi istifadəsi, həmçinin bu nümayəndəliklərin diplomatik və inzibati-texniki işçilərinin, o cümlədən onlarla yaşayan ailə üzvlərinin şəxsi istifadəsi üçün nəzərdə tutulan mal və xidmətlərə görə artıq ödənilmiş əlavə dəyər vergisinin qaytarılması barədə

Ə R İ Z Ə

 

"Alınıb" ştampı üçün yer

 

 

 

 

 

 

Ərizənin alınması barədə vergi orqanı işçisinin qeydi

Adı, soyadı

 

Vəzifəsi

 

 

İmza

 

Tarix

 

 

200____  -ci il

 

1. Ərizəçi - xarici ölkənin diplomatik və ya konsulluq nümayəndəliyi, beynəlxalq təşkilatın nümayəndəliyi barədə məlumat

Nümayəndəliyin tam adı

 

Ünvanı

 

VÖEN-i

 



 

2. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 87-ci, 165.1.1-ci və 165.2-ci maddələrinə əsasən, göstərilən dövr üçün əlavə dəyər vergisinin qaytarılmasını xahiş edirəm

 

rüb

 

 

200___ -ci il

 

3. Qaytarılmalı olan ümumi məbləğ (AZN),

   o cümlədən:

 

nümayəndəliyin rəsmi istifadəsi üzrə

 

işçilərin və ailə üzvlərinin şəxsi istifadəsi üzrə

 

 

4. Ərizəçinin bank hesabı haqqında məlumat

Bankın tam adı

 

Ünvanı

 

VÖEN-i

 

Hesabın nömrəsi

 

 

Müvəkkil şəxs

Adı, soyadı

 

Vəzifəsi

 

Akkreditə vəsiqəsinin nömrəsi

 


 

İmza

                                                                                                                                                           M.Y

Tarix

 

 

200_____ ci il

 

"Xarici ölkələrin diplomatik və konsulluq

Nümayəndəliklərinin, beynəlxalq təşkilatların

nümayəndəliklərinin rəsmi istifadəsi, həmçinin

bu nümayəndəliklərin diplomatik və inzibati-texniki

işçilərinin, o cümlədən onlarla yaşayan ailə

üzvlərinin şəxsi istifadəsi üçün nəzərdə tutulan

mal və xidmətlərə görə əlavə dəyər vergisinin

sıfır (0) dərəcə ilə tutulması Qaydaları"na

4 nömrəli ƏLAVƏ

 

Nümayəndəliyin işçilərinin və onların ailə üzvlərinin

SİYAHISI

 

 

 

Nümayəndəliyin tam adı

 

Ünvanı

 

VÖEN-i

 



 

1.Nümayəndəliyin rəsmi istifadəsi üçün malların və xidmətlərin

alınmasına məsul edilmiş işçilər

 

 

 

Sıra

№- si

 

 

Adı

 

 

Soyadı

 

 

Vəzifəsi

 

 

Akkreditə vəsiqəsi

nömrəsi

verilmə tarixi

etibarlı olma müddəti

1

 

 

 

 

 

 

2

 

 

 

 

 

 

X

 

 

 

 

 

 

 

 

2. Nümayəndəliyin işçiləri

 

 

 

Sıra

-si

 

 

Adı

 

 

Soyadı

 

 

Vəzifəsi

 

 

Akkreditə vəsiqəsi

nömrəsi

verilmə tarixi

etibarlı olma müddəti

1

 

 

 

 

 

 

2

 

 

 

 

 

 

X

 

 

 

 

 

 

 

 

3. Nümayəndəliyin işçilərinin ailə üzvləri

 

 

 

Sıra

№ -Si

 

 

Adı

 

 

Soyadı

 

 

Vəzifəsi

 

 

Akkreditə vəsiqəsi

nömrəsi

verilmə tarixi

etibarlı olma müddəti

1

 

 

 

 

 

 

2

 

 

 

 

 

 

X

 

 

 

 

 

 

 

Müvəkkil şəxs

Adı, soyadı

 

 

 

 

 

 

 

 

Vəzifəsi

 

Akkreditə vəsiqəsinin nömrəsi

 

 

İmza

                                                                                                                                                           M.Y

Tarix

 

 

200_____ ci il




"Xarici ölkələrin diplomatik ve konsulluq

nümayəndəliklərinin, beynəlxalq təşkilatlarm

nümayəndəliklərinin rəsmi istifadəsi, həmçinin bu

nümayəndəliklərin diplomatik və inzibati-texniki

işçilərinin, o cümlədən onlarla yaşayan ailə

üzvlərinin şəxsi istifadəsi üçün nəzərdə tutulan

mal və xidmətlərə görə əlavə dəyər vergisinin

sıfır (0) dərəcə ilə tutulması Qaydaları"na

5 nömrəli ƏLAVƏ

 

Nümayəndəliyin rəsmi istifadəsi üçün alınmış mallar və xidmətlər üzrə ilkin sənədlərin

SİYAHISI

 

Nümayəndəliyin tam adı

 

Ünvanı

 

VÖEN-i

 

İlkin sənədlərin siyahısı

 

Sıra №-si

 

 

Malın (xidmətin) adı

 

 

Vergi hesab-fakturası və ya kassa çeki

Satıcının adı

 

 

Umumi dəyər (ƏDV ilə birgə)

(AZN)

 

 

Əlavə dəyər vergisi (AZN)

 

 

№-si

tarixi

1.

 

 

 

 

 

 

2.

 

 

 

 

 

 

3.

 

 

 

 

 

 

4.

 

 

 

 

 

 

5.

 

 

 

 

 

 

6.

 

 

 

 

 

 

X

 

 

 

 

 

 

Cəmi

 

 

 

 

 

 

 

Məsul şəxs

Adı

 

Soyadı,

 

 

İmza

                                                                                                                                                           M.Y

Tarix

 

 

200_____ ci il




"Xarici ölkələrin diplomatik və konsulluq

nümayəndəliklərinin, beynəlxalq təşkilatların

nümayəndəliklərinin rəsmi istifadəsi, həmçinin bu

nümayəndəliklərin diplomatik və inzibati-texniki

işçilərinin, o cümlədən onlarla yaşayan ailə

üzvlərinin şəxsi istifadəsi üçün nəzərdə tutulan

mal və xidmətlərə görə əlavə dəyər vergisinin

sıfır (0) dərəcə ilə tutulması Qaydalan"na

6 nömrəli ƏLAVƏ

 

 

İşçilərin (ailə üzvlərinin) şəxsi istifadəsi üçün alınmış mallar və xidmətlər

üzrə ilkin sənədlərin

SİYAHISI

 

 

 

1. Işçi (ailə üzvü) barədə məlumat

 

Işçinin işlədiyi (yaxud ailəsinin üzvü olduğu işçinin işlədiyi) nümayəndəliyin tam adı

 

Adı

 

Soyadı

 

2. İlkin sənədlərin siyahısı

 

Sıra №-si

 

 

Malın (xidmə-tin) adı

 

 

Vergi hesab-fakturası və ya kassa çeki

Satıcının adı

Utnumi dəyər (ƏDV ilə birgə)

(AZN)

Əlavə dəyər vergisi (AZN)

-si

tarixi

 

 

 

 

 

 

1.

 

 

 

 

 

 

2.

 

 

 

 

 

 

3.

 

 

 

 

 

 

4.

 

 

 

 

 

 

5.

 

 

 

 

 

 

6.

 

 

 

 

 

 

X

 

 

 

 

 

 

Cəmi

 

 

 

 

 

 


 

 

İmza

                                                                                                                                                           M.Y

Tarix

 

 

200_____ ci il


 

 


"Xarici ölkələrin diplomatik və konsulluq nümayəndəliklərinin, beynəlxalq təşkilatlarm nümayəndəliklərinin rəsmi istifadəsi, həmçinin bu nümayəndəliklərin diplomatik və inzibati-texniki

işçilərinin, o cümlədən onlarla yaşayan ailə

üzvlərinin şəxsi istifadəsi üçün nəzərdə tutulan mal

və xidmətlərə görə əlavə dəyər vergisinin sıfır (0)

dərəcə ilə tutulması Qaydaları"na

7 nömrəli ƏLAVƏ

 

Xarici ölkələrin diplomatik və konsulluq nümayəndəliklərinin,

beynəlxalq təşkilatların nümayəndəliklərinin rəsmi istifadəsi, həmçinin

bu nümayəndəliklərin diplomatik və inzibati-texniki  işçilərinin,

o cümlədən onlarla yaşayan ailə üzvlərinin şəxsi istifadəsi üçün

nəzərdə tutulan mal və xidmətlərə görə artıq ödənilmiş əlavə

dəyər vergisinin qaytarılması barədə

 

RƏY

 

 

Vergi orqanının adı

 

VOEN-i

 

 

Xarici ölkənin diplomatik və ya konsulluq nümayəndəliyinin, beynəlxalq təşkilatın nümayəndəliyinin adı

 

VÖEN-i

 

 

1. Artıq ödəmələrin yarandığı dövr

 

 

rüb

 

 

200 ______-ci il

 

 

 

 

2. Qaytarılmalı olan ümumi məbləğ, o cümlədən:

Manatla

nümayəndəliyin rəsmi istifadəsi üzrə

 

işçilərin və ailə üzvlərinin şəxsi istifadəsi üzrə, o cümlədən:

 

işçinin və ailə üzvünün adı, soyadı

 

1.

 

2.

 

X

 

 

 

 

3. Artıq ödəmə aşağıdakı bank hesabına qaytarılmalıdır

Bankın adı

 

VÖEN-i

 

Hesabın nömrəsi

 

Vergi orqanın rəhbəri

 

Adı, soyadı

 

Vəzifəsi

 

 

imza

 

 

Rəyin nömrəsi

 

Rəyin tarixi

 

 

200 _____ -ci il