Ədliyyə orqanlarının inkişafı haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Ölkəmizdə baş verən sürətli sosial-iqtisadi dəyişikliklər, dövlət idarəçilik mexanizmlərinin müasirləşdirilməsi, məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi, demokratik təsisatların möhkəmləndirilməsi ədliyyə sisteminin inkişafını və beynəlxalq standartlara uyğun qurulmasını zəruri edir.

Son illər ərzində hüquq sistemində aparılan islahatlar, qəbul edilmiş qanunvericilik aktları ədliyyə orqanlarının fəaliyyət istiqamətlərini genişləndirərək onların qarşısında yeni vəzifələr qoyur və məsuliyyətini əhəmiyyətli dərəcədə artırır. Ədliyyə sahəsində dövlət idarəçilik mexanizmlərinin müasirləşdirilməsi keyfiyyətcə yeni dəyişikliklərin həyata keçirilməsini, ədliyyə orqanlarının fəaliyyətinin şəffaflıq və aşkarlıq prinsipi əsasında qurulmasını, Ədliyyə Nazirliyinin işinin və strukturunun daha optimal şəkildə təşkil edilməsini, əhalinin hüquq institutlarına və hüquqi yardıma tələbatının ödənilməsi üçün yeni regional və yerli qurumlarının yaradılmasını şərtləndirir. Bütün bunlar ədliyyə sisteminin gələcəyi üçün mühüm əhəmiyyət kəsb edir.

Vətəndaşların ədliyyə orqanlarına müraciət etmə imkanlarının asanlaşdırılması, hüquqi və fiziki şəxslərin dövlət qeydiyyatının, notariat və müvafiq sahələrdə göstərilən hüquqi xidmətlərin müasir tələblər səviyyəsində qurulması, penitensiar müəssisələrin və məhkəmə icraçılarının işinin, qanunyaradıcı fəaliyyətin təkmilləşdirilməsi, məhkəmə ekspertizalarının keyfiyyətinin artırılması, hüquqi maarifləndirmənin və yeni texnologiyalar tətbiq edilməklə informasiya təminatının yaxşılaşdırılması, yüksək peşəkar mütəxəssislərin hazırlanması və digər istiqamətlər üzrə ədliyyə orqanlarının inkişafını təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin strukturunda aşağıdakı yeni qurumlar yaradılsın:

1.1. normativ hüquqi aktların hüquqi ekspertizalarının yaxşılaşdırılması və layihələrinin hazırlanması işinin təkmilləşdirilməsi məqsədilə Qanunvericilik və hüquqi təbliğat və Normativ hüquqi aktların hüquqi ekspertizası, uçotu və qeydiyyatı idarələrinin əsasında Qanunvericilik baş idarəsi;

1.2. dövlət qeydiyyatı işinin sadələşdirilməsi, fiziki və hüquqi şəxslərə göstərilən notariat xidmətinin səmərəliliyinin artırılması məqsədilə Hüquqi şəxslərin dövlət qeydiyyatı və Notariat və vətəndaşlıq vəziyyəti aktları idarələrinin əsasında Qeydiyyat və notariat baş idarəsi;

1.3. ali hüquq təhsili almış şəxslərin ixtisasları üzrə müəyyən vəzifələrə təyin edilmələri üçün peşə səviyyəsinin yüksəldilməsi, habelə ədliyyə orqanları işçilərinin, müvafiq hakimlərin və digər hüquqşünasların peşə hazırlığının artırılması məqsədilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi yanında Hüquq Tədris Mərkəzi əsasında Ədliyyə Akademiyası;

1.4. hüquqi maarifləndirmə və informasiya təminatı işinin yaxşılaşdırılması, ictimaiyyətlə əlaqələrin gücləndirilməsi, qeyri-hökumət təşkilatları ilə əlaqələrin genişləndirilməsi məqsədilə İnsan hüquqları və ictimaiyyətlə əlaqədar idarəsi;

1.5. yerlərdə ədliyyə orqanlarının fəaliyyətinin əlaqələndirilməsi və onlara nəzarətin gücləndirilməsi, əhalinin ədliyyə orqanlarına müraciət etmə imkanlarının asanlaşdırılması, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin səmərəsinin artırılması məqsədilə regional ədliyyə şöbələri;

1.6. hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə bölgə şöbələri və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları əsasında hüquqi və fiziki şəxslərin dövlət qeydiyyatı işinin sadələşdirilməsi məqsədilə yerlərdə rayon (şəhər) qeydiyyat şöbələri.

2. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin strukturuna daxil olan Məhkəmə Qərarlarının İcrası Baş İdarəsi və Məhkəmə Ekspertizası Elmi Tədqiqat, Kriminalistika və Kriminologiya Problemləri İnstitutu müvafiq olaraq Penitensiar xidmət və Məhkəmə Ekspertizası Mərkəzi adlandırılsınlar.

3. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin strukturu təsdiq edilsin (Əlavə ¹ 1).

4. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin mərkəzi aparatının işçilərinin say həddi 420 ştat vahidi müəyyən edilsin.[1]

5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin kollegiyasının tərkibi təsdiq edilsin (Əlavə ¹ 2).

6. Azərbaycan Respublikasının ədliyyə orqanlarında ali xüsusi rütbəli vəzifələrin siyahısı təsdiq edilsin (Əlavə ¹ 3).

7. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə tapşırılsın ki:

7.1. qanunvericilik layihələrinin hazırlanması işinin təkmilləşdirilməsini, normativ hüquqi aktların və normativ xarakterli aktların internet informasiya resursunun yaradılmasını, onun sistematik yeniləşdirilməsini təmin etsin;

7.2. notariat və müvafiq sahələrdə göstərilən hüquqi xidmət işinin müasir tələblər səviyyəsində qurulmasını təmin etsin;

7.3. Ədliyyə Akademiyasının Nizamnaməsinin layihəsini hazırlayıb təsdiq olunması üçün üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

7.4. ədliyyə sistemində yüksək peşəkar kadr korpusunun formalaşdırılmasını, ədliyyə orqanları işçilərinin peşə təhsili və hazırlanması sisteminin təkmilləşdirilməsini, işçilərin fəaliyyətinin qiymətləndirilməsini, ədliyyə orqanlarına qəbulun şəffaf prosedurlarla həyata keçirilməsini təmin etsin;

7.5. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində nəzərdə tutulmuş ədliyyə orqanlarına qulluğa qəbul edilmə ilə bağlı müsabiqənin və müsahibənin keçirilməsi qaydaları barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;[2]

7.6. insan hüquqlarının müdafiəsi mexanizmlərin təkmilləşdirilməsinə dair təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

7.7. qəbul olunan normativ hüquqi aktların izahı və əhalinin hüquqi maarifləndirilməsi işinin müasir tələblər səviyyəsində qurulması üçün tədbirlər görsün;

7.8. regional ədliyyə şöbələrinin fəaliyyət istiqamətlərini və səlahiyyətlərini müəyyən etsin;

7.9. Azərbaycan Respublikası Əhalisinin dövlət reyestrinin formalaşdırılması və inkişafı üçün müvafiq tədbirlər görsün;

7.10. regionlarda yeni penitensiar müəssisələrin yaradılması məsələsini həll etsin;

7.11. elm və texnikanın son nailiyyətlərindən istifadə etməklə məhkəmə ekspertizası növlərinin genişləndirilməsi və Məhkəmə Ekspertizası Mərkəzində elmi tədqiqat işinin səmərəliliyinin artırılması üçün tədbirlər görsün;

7.12. penitensiar xidmətin fəaliyyətinin təkmilləşdirilməsi, bu sahədə mövcud olan problemlərin aradan qaldırılması, məhkumların hüquqlarına riayət olunması, onların cəmiyyətə reinteqrasiya olunması prosesinə kömək göstərilməsi üçün tədbirlər görsün;

7.13. məhkəmə qərarlarının icrası işinin səmərəliliyinin artırılması üçün təsirli tədbirlər görsün;

7.14. Azərbaycan Respublikasının beynəlxalq müqavilələrlə tənzimlənən və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin səlahiyyətlərinə aid olan məsələlər üzrə Azərbaycan Respublikasının götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin etsin.

8. Mərkəzi və yerli icra hakimiyyəti orqanlarına tapşırılsın, Azərbaycan Respublikasının Mərkəzi Bankına, Milli Televiziya və Radio Şurasına və yerli özünüidarə orqanlarına isə tövsiyə edilsin ki, qəbul etdikləri bütün normativ hüquqi aktların və normativ xarakterli aktların dövlət qeydiyyatına alınmaq üçün qanunvericiliklə müəyyən edilmiş müddətdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsinlər.[3]

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi dövlət qeydiyyatına alınan normativ hüquqi aktların və normativ xarakterli aktların qanunvericiliyə uyğunluğunun təmin edilməsi üçün tədbirlər görsün.

9. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki:

9.1. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin yeni strukturu nəzərə alınmaqla ədliyyə orqanlarının fəaliyyətinə zəruri şəraitin yaradılması üçün onların bina, avadanlıq, rabitə, nəqliyyat və başqa zəruri təşkilati-texniki vasitələrlə təmin edilməsi məqsədilə tədbirlər görsün və bununla bağlı maliyyələşdirmə məsələlərini həll etsin;

9.2. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin sistemində aparılan struktur dəyişikliklər, o cümlədən Ədliyyə Akademiyasının, yeni məhkəmələrin aparatlarının, penitensiar müəssisələrin və regional ədliyyə şöbələrinin yaradılması ilə əlaqədar ədliyyə orqanları işçilərinin say həddini müəyyən etsin və ştat vahidlərinin artırılması üçün Azərbaycan Respublikasının 2007-ci il dövlət büdcəsinin layihəsində müvafiq maliyyə vəsaitlərinin ayrılmasını nəzərdə tutsun;

9.3. bir ay müddətində qüvvədə olan qanunvericilik aktlarının bu Fərmana uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

9.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

9.5. öz səlahiyyətləri daxilində bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

10. Bu Fərman imzalandığı gündən qüvvəyə minir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 17 avqust 2006-cı il

    ¹ 446

 

 


 

Azərbaycan Respublikası Prezidentinin

2006-cı il 17 avqust tarixli 446 nömrəli Fərmanına

ƏLAVƏ ¹ 1

 

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin

 

S T R U K T U R U

 

 

1.      Rəhbərlik

 

Nazir

Nazir müavini

Nazir müavini

Nazir müavini

Nazir müavini[4]

Nazir müavini - Penitensiar xidmətin rəisi

 

2.      Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin aparatı

 

Təşkilat-nəzarət baş idarəsi

Qanunvericilik baş idarəsi

Qeydiyyat və notariat baş idarəsi

İcra baş idarəsi

Bələdiyyələrlə iş mərkəzi (baş idarə səlahiyyətli)

Probasiya xidməti (baş idarə səlahiyyətli)[5]

Beynəlxalq əməkdaşlıq idarəsi

İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsi

İstintaq idarəsi

Kadrlar idarəsi

Cəzaların icrasına nəzarət üzrə müfəttişlik (idarə səlahiyyətli)

Katiblik (idarə səlahiyyətli)

Maliyyə və təminat idarəsi

İnformasiya-kommunikasiya texnologiyaları idarəsi[6]

 

3.      Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin strukturuna daxil olan ədliyyə orqanları və təşkilatlar

 

Penitensiar xidmət (baş idarə səlahiyyətli)

Ədliyyə Akademiyası (baş idarə səlahiyyətli)

Məhkəmə Ekspertizası Mərkəzi (baş idarə səlahiyyətli)

Tibb baş idarəsi

Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri Xidməti (idarə səlahiyyətli)

Regional, yerli və digər qurumlar [7]

Yerli və digər qurumlar [8]

 

 


 

 

Azərbaycan Respublikası Prezidentinin

2006-cı il 17 avqust tarixli 446 nömrəli Fərmanına

ƏLAVƏ ¹ 2

 

 

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının

 

T Ə R Kİ B İ

 

Kollegiyanın sədri

 

Azərbaycan Respublikasının ədliyyə naziri

 

Kollegiyanın üzvləri:

 

Azərbaycan Respublikası ədliyyə nazirinin müavinləri

Azərbaycan Respublikası ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi

Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Təşkilat-nəzarət baş idarəsinin rəisi

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qanunvericilik baş idarəsinin rəisi

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsinin rəisi

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra baş idarəsinin rəisi[9]

Ədliyyə Akademiyasının rəhbəri

 

 


 

Azərbaycan Respublikası Prezidentinin

2006-cı il 17 avqust tarixli 446 nömrəli Fərmanına

ƏLAVƏ ¹ 3

 

Azərbaycan Respublikası ədliyyə orqanlarında ali xüsusi rütbəli vəzifələrin

 

S İ Y A H I S I

 

Vəzifənin adı

Vəzifəyə görə müəyyən olunmuş ali xüsusi rütbə

1

2

Azərbaycan Respublikasının ədliyyə naziri

Həqiqi dövlət ədliyyə müşaviri

Azərbaycan Respublikası ədliyyə nazirinin müavinləri

I dərəcəli dövlət ədliyyə müşaviri

II dərəcəli dövlət ədliyyə müşaviri

Azərbaycan Respublikası ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi

ədliyyə general-polkovniki

ədliyyə general-leytenantı

Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri

II dərəcəli dövlət ədliyyə müşaviri  

Naxçıvan Muxtar Respublikası ədliyyə nazirinin müavini

III dərəcəli dövlət ədliyyə müşaviri

Naxçıvan Muxtar Respublikası ədliyyə nazirinin müavini – Penitensiar Xidmətin rəisi

ədliyyə general-mayoru[10]

Azərbaycan Respublikası Ədliyyə Nazirliyi aparatının baş idarə, baş idarə səlahiyyətli qurumların, müstəqil idarə və idarə səlahiyyətləri qurumlarının rəisləri

III dərəcəli dövlət ədliyyə müşaviri

Penitensiar xidmətin rəisi müavinləri

ədliyyə general-mayoru

Tibb baş idarəsi

ədliyyə general-mayoru; tibb xidməti general-mayoru

Ədliyyə Akademiyasının rəhbəri

III dərəcəli dövlət ədliyyə müşaviri

Məhkəmə Ekspertizası Mərkəzinin rəhbəri

III dərəcəli dövlət ədliyyə müşaviri

 

 

 


 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       13 dekabr 2007-ci il tarixli 673 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 12, maddə 1223)

2.       21 dekabr 2009-cu il tarixli 195 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti  27 dekabr  2009-cu il, ¹ 289)

3.       10 fevral 2010-cu il tarixli 216 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 11 fevral 2010-cu il, ¹ 32, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, ¹ 2, maddə 80)

4.       15 iyul 2010-cu il tarixli 303 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 17 iyul 2010-cu il, ¹ 152, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, ¹ 7, maddə 622)

5.       27 dekabr 2012-ci il tarixli 799 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, ¹ 12, maddə 1273)

6.       18 noyabr 2016-cı il tarixli 1119 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 19 noyabr 2016-cı il, ¹ 256; “Xalq” qəzeti, 8 fevral 2017-ci il, ¹ 28, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹ 11, maddə 1826)

7.       5 iyun 2017-ci il tarixli 1456 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 6 iyun 2017-ci il, ¹ 120, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹ 6, maddə 1072)

8.       7 noyabr 2017-ci il tarixli 1670 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 8 noyabr 2017-ci il, ¹ 246, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹ 11, maddə 2009)

9.       29 noyabr 2017-ci il tarixli 1703 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 30 noyabr 2017-ci il, ¹ 264, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 11, maddə 2042)

 

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 21 dekabr 2009-cu il tarixli 195 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 27 dekabr  2009-cu il, ¹ 289) ilə 4-cü bəndindən «mərkəzi» sözü çıxarılmışdır.

 

27 dekabr 2012-ci il tarixli 799 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, ¹ 12, maddə 1273) ilə 4-cü hissəsində “344 rəqəmləri “380 rəqəmləri ilə əvəz edilmişdir.

 

18 noyabr 2016-cı il tarixli 1119 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 19 noyabr 2016-cı il, ¹ 256; “Xalq” qəzeti, 8 fevral 2017-ci il, ¹ 28, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹ 11, maddə 1826) ilə 4-cü hissədə “380 rəqəmləri “420 rəqəmləri ilə əvəz edilmişdir.

 

[2] 13 dekabr 2007-ci il tarixli 673 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 12, maddə 1223) ilə 7.5-ci bəndində “4.6-cı maddəsində” sözləri “4.7-ci maddəsində” sözləri ilə əvəz edilmişdir.

 

[3] 10 fevral 2010-cu il tarixli 216 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 11 fevral 2010-cu il, ¹ 32, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, ¹ 2, maddə 80) ilə 8-ci bəndinin birinci abzasında "Milli Bankına" sözləri "Mərkəzi Bankına" sözləri ilə əvəz edilmişdir.

 

[4] 5 iyun 2017-ci il tarixli 1456 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 6 iyun 2017-ci il, ¹ 120, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹ 6, maddə 1072) ilə “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Strukturu”nun 1-ci hissəsinə yeni məzmunda beşinci bənd əlavə edilmişdir.

 

[5] 7 noyabr 2017-ci il tarixli 1670 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 8 noyabr 2017-ci il, ¹ 246, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹ 11, maddə 2009) ilə “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin strukturu”nun 2-ci hissəsinin yeddinci - on dördüncü abzasları müvafiq olaraq səkkizinci - on beşinci abzaslar hesab edilmişdir və yeni məzmunda yeddinci abzas əlavə edilmişdir.

 

[6] 18 noyabr 2016-cı il tarixli 1119 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 19 noyabr 2016-cı il, ¹ 256; “Xalq” qəzeti, 8 fevral 2017-ci il, ¹ 28, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹ 11, maddə 1826) ilə “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Strukturu”nun 2-ci hissəsinə yeni məzmunda on üçüncü bənd əlavə edilmişdir.

 

[7] 18 noyabr 2016-cı il tarixli 1119 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 19 noyabr 2016-cı il, ¹ 256; “Xalq” qəzeti, 8 fevral 2017-ci il, ¹ 28, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹ 11, maddə 1826) ilə “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Strukturu”nun 3-cü hissənin altıncı bəndi yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

Regional ədliyyə şöbələri

 

[8] 18 noyabr 2016-cı il tarixli 1119 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 19 noyabr 2016-cı il, ¹ 256; “Xalq” qəzeti, 8 fevral 2017-ci il, ¹ 28, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹ 11, maddə 1826) ilə “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Strukturu”nun 3-cü hissənin yeddinci bəndi ləğv edilmişdir.

 

[9] 15 iyul 2010-cu il tarixli 303 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 17 iyul 2010-cu il, ¹ 152, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, ¹ 7, maddə 622) ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Strukturunda və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının tərkibində "Məhkəmə icraçıları" sözləri "İcra" sözü ilə əvəz edilmişdir.

 

[10] 29 noyabr 2017-ci il tarixli 1703 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 30 noyabr 2017-ci il, ¹ 264, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 11, maddə 2042) ilə “Azərbaycan Respublikası ədliyyə orqanlarında ali xüsusi rütbəli vəzifələrin Siyahısı”nda “Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri - II dərəcəli dövlət ədliyyə müşaviri” abzasından sonra yeni məzmunda abzaslar əlavə edilmişdir.