Azərbaycan Respublikasının Mədəniyyət və Turizm  Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun təsdiq edilməsi və aparatının

işçilərinin say həddinin müəyyən edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin fəaliyyətini təmin etmək məqsədilə qərara alıram:

1.     "Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi haqqında Əsasnamə" təsdiq edilsin (əlavə olunur).

2.     "Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin strukturu" təsdiq edilsin (əlavə olunur).

3.     Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi aparatının
işçilərinin say həddi 160 ştat vahidi müəyyən edilsin.

4.     Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:

4.1.  qüvvədə olan normativ hüquqi aktların bu Fərmana uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

4.2.  bu Fərmandan irəli gələn məsələləri öz səlahiyyətləri daxilində həll etsin.

5.  Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

 

Bakı şəhəri, 18 aprel 2006-cı il

 393


                                                                                                              Azərbaycan Respublikası Prezidentinin

2006-cı il 18 aprel tarixli 393 nömrəli Fərmanı ilə

                                                                                           TƏSDİQ EDİLMİŞDİR

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi haqqında

ƏSASNAMƏ

I. ÜMUMİ MÜDDƏALAR

1.     Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi (bundan sonra - Nazirlik) mədəniyyət, incəsənət, turizm, tarix və mədəniyyət abidələrinin qorunması, nəşriyyat və kinematoqrafiya sahələrində (bundan sonra - müvafiq sahədə) dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

2.     Nazirlik öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını,
Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və bu Əsasnaməni rəhbər tutur.

3.     Nazirlik öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən digər icra hakimiyyəti orqanları, yerli özünüidarəetmə orqanları və qeyri-hökumət təşkilatlan ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

4.  Nazirlik müstəqil balansa, qanunvericiliyə uyğun sərəncamında olan
dövlət əmlakına, xəzinə və bank hesablarına, üzərində Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri və öz adı həkk olunmuş möhürə, müvafiq ştamplara və blanklara malikdir.

5.     Nazirliyin saxlanma xərcləri və fəaliyyəti Azərbaycan Respublikasının
dövlət büdcəsi və mövcud qanunvericiliyə zidd olmayan digər mənbələr he
sabına maliyyələşdirilir.

6.     Nazirlik Bakı şəhərində yerləşir.

II. NAZİRLİYİN FƏALİYYƏT İSTİQAMƏTLƏRİ

7. Nazirliyin fəaliyyət istiqamətləri aşağıdakılardır:

7.1.  müvafiq sahədə vahid dövlət siyasətinin formalaşmasında iştirak edir və bu siyasətin həyata keçirilməsini təmin edir;

7.2.  müvafiq sahənin inkişafına yönəldilmiş müxtəlif proqramlar işləyib hazırlayır və həyata keçirir.

III. NAZİRLİYİN VƏZİFƏLƏRİ

8. Nazirlik bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:

8.1.       müvafiq sahədə qanunvericiliklə onun səlahiyyətlərinə aid edilmiş
normativ tənzimlənməni həyata keçirmək;

8.2.  dövlət proqramlarının və inkişaf konsepsiyasının həyata keçirilməsini öz səlahiyyətləri daxilində təmin etmək;


8.3.       müvafiq sahədə dövlət proqramlarının layihələrinin işlənib hazırlanmasında iştirak etmək;

8.4.       digər icra hakimiyyəti orqanlarının müvafiq sahə ilə bağlı fəaliyyətini, həmçinin müvafiq sahədə fəaliyyət göstərən qurumların, birliklərin fəaliyyətini əlaqələndirmək;

8.5.       Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin həyata keçirilməsini öz səlahiyyətləri daxilində təmin etmək;

8.6.  müvafiq sahədə qanunvericiliklə onun səlahiyyətlərinə aid edilmiş
dövlət nəzarətini həyata keçirmək;

8.7.       mədəniyyət, tarix və mədəniyyət abidələrinin qorunması, kinematoqrafiya və turizm sahələrində qanunvericiliklə nəzərdə tutulmuş hallarda və qaydada müvafiq fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) və ya xüsusi icazə, habelə hüquqmüəyyənedici sənədlər vermək;

8.8.  qanunvericiliklə onun səlahiyyətlərinə aid edilmiş hallarda və qaydada insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini təmin etmək və onların pozulmasının qarşısını almaq;

8.9.  müvafiq sahədə təhlil və tədqiqat işlərinin aparılmasını təmin etmək,
müsbət nəticələri təcrübədə tətbiq etmək;

8.10. qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla, müvafiq sahədə elmi-texniki nailiyyətlərin tətbiq edilməsini təmin etmək;

8.11. müvafiq sahəyə ayrılan büdcə vəsaitləri, kreditlər, qrantlar və başqa
maliyyə vəsaitlərindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;

8.12. qanunvericiliyə uyğun olaraq dövlət sirrinin və məxfilik rejiminin
qorunması üçün zəruri tədbirlər, habelə fəaliyyət istiqamətlərinə uyğun təhlükəsizlik tədbirləri görmək;

8.13. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını təmin etmək;

8.14. öz səlahiyyətləri daxilində müvafiq sahədə kadr hazırlığını həyata
keçirmək və onların seçilib yerləşdirilməsini təmin etmək, habelə ixtisasartırma, yenidən hazırlanma və attestasiyanı keçirmək;

8.15. Nazirliyin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi istiqamə-
tində öz səlahiyyətləri daxilində tədbirlər görmək;

8.16. Nazirliyin fəaliyyəti ilə bağlı daxil olan ərizə, şikayət və məktublara baxmaq və qanunvericiliklə müəyyən edilmiş tədbirlər görmək;

8.17. yüksək bədii dəyərli əsərlərin yaradılması üçün dövlət sifarişlərini
həyata keçirmək;

8.18. qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının muzey fonduna daxil edilmiş muzey əşyalarının və kolleksiyalarının
uçotu və saxlanması haqqında vahid qaydaları müəyyən etmək;

8.19.  qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət mülkiyyətində
olan muzeylərin, kitabxanaların, rəsm qalereyalarının və sərgi salonlarının
fondlarını zənginləşdirmək və komplektləşdirmək məqsədilə maddi mədəniyyət və nəşr nümunələrini satın almaq, onların qorunması, uçotu, mühafizəsi, təbliği və nümayişini təmin etmək;

8.20.  mədəniyyət obyektlərinin tikintisi, bərpası, yenidən qurulması, texniki təchizat vasitələrinin yeniləşdirilməsi, cari və əsaslı təmir işlərinin layihələndirilməsi üçün qanunvericilikdə müəyyən edilmiş qaydada müvafiq tədbirlər görmək;

8.21. qanunvericiliklə müəyyən edilmiş qaydada və hallarda mədəniyyət
sərvətlərinin respublikadan kənara çıxarılması imkanını ekspertiza yolu ilə müəyyən etmək;

8.22. Azərbaycan xalqının milli mənəvi dəyərlərinə, mədəniyyət və incəsənətinə ləkə gətirən, onu alçaldan və böhtan xarakterli materialların nəşrinin yayımının qarşısının alınması üçün qanunvericilikdə nəzərdə tutulmuş qaydada tədbirlər görmək;

8.23. kino və videofilmlərin qanunsuz nümayişinin, pornoqrafiya və ya zorakılıq təbliğ edən filmlərin qarşısının alınması üçün tədbirlər görmək, tamaşaçı auditoriyasının yaş kateqoriyalarını müəyyənləşdirmək məqsədilə Azərbaycan Respublikası ərazisində kütləvi nümayiş (kinozal, videozal, videoyayımı məntəqələri, efir və kabel televiziyası) üçün nəzərdə tutulmuş bütün filmləri qeydə almaq, həmin filmləri qanunvericilikdə nəzərdə tutulmuş qaydada dövlət reyestrinə daxil etmək;

8.24. milli filmlərin və kinoxronikanın ilkin materiallarının və daşınar
maddi mədəniyyət nümunələrinin saxlanması qaydalarını və rejimini öz səlahiyyətləri daxilində müəyyən etmək;

8.25. turist-ekskursiya xidmətlərinin sertifikatlaşdırılmasını aparmaq;

8.26. Azərbaycan Respublikasında beynəlxalq və daxili turizmin inkişafının məqsədli proqramlarını hazırlamaq, turizm infrastrukturunun və sənayesinin inkişafına dair, ölkə ərazisində turizm zonalarının və turizm xidməti sahələrinin yaradılmasına investisiyanın cəlb olunması sahəsində öz səlahiyyətləri daxilində tədbirlər görmək;

8.27. daxili və xarici bazarlarda turizm məhsullarının, eyni zamanda turizmin inkişafına sərmayə qoyuluşunun reklamı üçün poliqrafiya və digər məhsulların işlənib hazırlanmasının, çapının və informasiya təminatının həyata keçirilməsinə səlahiyyətləri daxilində yardım etmək;

8.28. ekoloji turizmin təşkilində və inkişafında öz səlahiyyətləri daxilində iştirak etmək;

8.29. turizm baxış obyektləri olan mədəni, təbii və tarixi irsdən, digər
aidiyyəti qurumların rəylərini nəzərə alaraq səmərəli surətdə istifadə etmək;

8.30. aidiyyəti təşkilatlarla birlikdə turizm regionlarının, turizm-istirahət
zonalarının inkişaf istiqamətlərini hazırlamaq, xarici turistlər üçün Azərbaycan Respublikasının ərazisində marşrutlar müəyyən etmək;

8.31. mədəni dəyərlərin, turizmin təşviqini və təbliğini təmin etmək;

8.32. Azərbaycan xalqının tarixi adlarının, tarixi və mədəni sərvətləri ilə bağlı xüsusi işarələrin hər hansı hüquqi və fiziki şəxslər tərəfindən istifadəsinə qanunvericiliklə müəyyən edilmiş qaydada öz səlahiyyətləri daxilində icazə vermək;

8.33. tarix və mədəniyyət abidələrinin mühafizəsini təmin etmək məqsədilə onlar üzərində reklamların yerləşdirilməməsinə qanunvericiliklə müəyyən edilmiş qaydada nəzarət etmək;

8.34. tarix və mədəniyyət abidələrinin mühafizəsini təmin etmək, yeni aşkar olunmuş abidələrin dövlət mühafizəsinə götürülməsi və onların əhəmiyyət dərəcələrinə görə bölgüsü barədə təkliflər vermək;

8.35. Nazirlik sisteminə daxil olan ali və orta ixtisas təhsili müəssisələrinin, uşaq musiqi, incəsənət, rəssamlıq və muğam məktəblərinin fəaliyyətinə
nəzarəti həyata keçirmək, tədris plan və proqramlarını müvafiq qaydada təs
diq etmək, təhsil müəssisələri şəbəkəsinin inkişafı və maddi-texniki bazasının gücləndirilməsi üçün tədbirlər görmək;

8.36. müvafiq sahədə beynəlxalq əlaqələrin koordinasiyasını həyata keçirmək;

8.37. fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

IV. NAZİRLİYİN HÜQUQLARI

9. Nazirlik öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:

9.1.  müvafiq sahəyə aid olan qanunvericilik aktlarının layihəsini hazırlamaq və ya onların hazırlanmasında iştirak etmək;

9.2.  müvafiq sahə üzrə Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə tərəfdar çıxması barədə təşəbbüslə çıxış etmək;

9.3.  müvafiq sahə üzrə dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki
və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və on
lardan belə məlumatlan (sənədləri) almaq;

9.4.  qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti dövlət orqanları (qurumlan) ilə əməkdaşlıq etmək, xarici dövlətlərin müvafiq təcrübəsini öyrənmək;

9.5.  fəaliyyət istiqamətlərinə uyğun rəy vermək, təhlillər və ümumiləşdirmələr etmək, analitik materiallar hazırlamaq, müvafiq sahə üzrə tədqiqatlar
aparmaq, təkliflər vermək;

9.6.  müvafiq sahədə mütəxəssislərin hazırlanması və ixtisasının artırılması üçün tədbirlər görmək;

9.7.         bu məqsəd üçün nəzərdə tutulmuş vəsaitlər dairəsində müstəqil
ekspertləri və mütəxəssisləri qanunvericiliklə müəyyən edilmiş qaydada öz
fəaliyyətinə cəlb etmək;

9.8. qanunvericiliklə müəyyən edilmiş qaydada xüsusi bülletenlər və digər
nəşrlər buraxmaq, internet saytı yaratmaq və ondan istifadə etmək;

9.9. qanunvericiliklə müəyyən edilmiş hallarda müvafiq sahə üzrə fiziki və
hüquqi şəxslər tərəfindən icrası məcburi olan təlimatlar təsdiq etmək;

9.10.  qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada tarix və mədəniyyət abidələrinin mühafizəsi qaydalarının pozulmasına görə hüquqi və fiziki şəxslərin qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb
edilməsi üçün tədbirlər görmək;

9.11.  müvafiq sahə üzrə monitorinqlər keçirmək;

9.12.  öz səlahiyyətlərini həyata keçirmək məqsədilə sərəncamında olan
əmlakdan qanunvericiliklə müəyyən edilmiş qaydada istifadə etmək;


9.13. fəaliyyət istiqamətləri üzrə müvafiq qaydada əlaqədar icra hakimiyyəti orqanları və təşkilatlarının mütəxəssislərini cəlb etməklə idarələrarası
komissiyalar, koordinasiya və ekspert şuraları, komissiya və işçi qrupları yaratmaq, səlahiyyətlərinə aid məsələlərə dair metodik materiallar və tövsiyələr hazırlamaq;

9.14. müvafiq sahənin əsas istiqamətlərinin kompleks təhlilini və proqnozlaşdırılmasını həyata keçirmək, müvafiq icra hakimiyyəti orqanları ilə birlikdə bu sahəyə investisiya qoyuluşu üzrə təkliflər hazırlamaq;

9.15. fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

V. NAZİRLİYİN FƏALİYYƏTİNİN TƏŞKİLİ

10.    Nazirliyin aparatı və onun strukturuna daxil olan yerli və digər qurumlar, habelə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Nazirliyin vahid sistemini təşkil edir. Nazirlik öz fəaliyyətini bilavasitə və həmin qurumlar vasitəsilə həyata keçirir.

11.    Nazirliyin strukturu Azərbaycan Respublikasının Prezidenti tərəfindən
təsdiq edilir. Nazirlik aparatının işçilərinin say həddi Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir.

12.    Nazirliyin fəaliyyətinə Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən nazir rəhbərlik edir. Nazir Nazirliyə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.

13.    Nazirin Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən dörd müavini vardır.

Nazirin müavinləri nazir tərəfindən onlara həvalə edilmiş vəzifələri yerinə yetirir və bunun üçün şəxsən məsuliyyət daşıyırlar.

14. Nazir:

14.1.     Nazirliyin fəaliyyətini təşkil edir və ona ümumi rəhbərlik edir;

14.2.     Nazirliyin aparatının struktur bölmələrinin və strukturuna daxil olan qurumların əsasnamələrini təsdiq edir;

14.3.     Nazirliyin aparatının işçilərini, strukturuna daxil olan qurumların rəhbərlərini vəzifəyə təyin edir və vəzifədən azad edir, ikili tabelikdə olan yerli orqanların rəhbərlərinin isə qanunvericiliklə müəyyən edilmiş qaydada vəzifəyə təyin edilməsi üçün təqdimatlar verir, həmçinin digər işçilərini vəzifəyə təyin edir və vəzifədən azad edir, onların barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görür;

14.4.     qanunvericiliyə uyğun olaraq icrası məcburi olan əmr və sərəncamlar verir, normativ hüquqi aktları təsdiq edir (imzalayır), onların icrasını təşkil edir və nəzarəti həyata keçirir;

14.5.     Nazirliyin vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan əmr və qərarlarını ləğv edir;

14.6.     fəaliyyət istiqamətləri üzrə dövlət sifarişlərinə dair sənədləri təsdiq
edir;

14.7.müəyyən edilmiş struktur, əməkhaqqı fondu və işçilərin say həddi
daxilində Nazirliyin aparatının, yerli və digər qurumların strukturunu, ştat cədvəlini və ayrılmış büdcə təxsisatı daxilində onların xərclər smetasını təsdiq edir;

14.8. Nazirliyi təmsil edir.

15.     Nazirlikdə nazirdən (kollegiyanın sədri), onun müavinlərindən, Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm nazirindən və Nazirliyin
rəhbər işçilərindən ibarət kollegiya yaradılır. Nazirliyin kollegiyasının tərkibinə həmçinin mütəxəssislər, yaradıcılıq ittifaqlarının rəhbərləri və alimlər də daxil edilə bilər.

16.     Nazirliyin kollegiyasının üzvlərinin sayı və tərkibi Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir.

17.     Nazirliyin kollegiyası öz iclaslarında Nazirliyin fəaliyyəti ilə bağlı məsələləri müzakirə edir və müvafiq qərarlar qəbul edir.

18.     Nazirliyin kollegiyasının iclasları onun üzvlərinin yarıdan çoxu iştirak
etdikdə səlahiyyətlidir. Nazirliyin kollegiyasının qərarları onun üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Nazirliyin kollegiyasının qərarı qəbul edilərkən səslər bərabər olarsa, kollegiyanın sədrinin səsi həlledici hesab edilir.

19.     Nazirliyin kollegiyasının qərarları protokolla rəsmiləşdirilir, nazir tərəfindən təsdiq edilir və bir qayda olaraq, nazirin əmri ilə həyata keçirilir.

20.     Nazirliyin kollegiyasının üzvləri arasında fikir ayrılığı yarandığı hallarda nazir bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat
verərək öz qərarını həyata keçirir. Nazirliyin kollegiyasının üzvləri şəxsi fikirlərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə çatdıra bilərlər.

21.     Nazirliyin kollegiyasının iclaslarına zəruri hallarda digər icra hakimiyyəti orqanlarının və təşkilatlarının rəhbərləri, habelə qeyri-hökumət təşkilatlarının nümayəndələri dəvət edilə bilər.

22. Müvafiq sahədə elmi nailiyyətlərin və qabaqcıl təcrübənin öyrənilməsi və həyata keçirilməsi üçün Nazirlikdə ictimai əsaslarla fəaliyyət göstərən
elmi-texniki şura yaradıla bilər. Elmi-texniki şura haqqında Əsasnamə nazir
tərəfindən təsdiq edilir.

                                                                                                                  Azərbaycan Respublikası Prezidentinin

2006-cı il 18 aprel tarixli 393 nömrəli Fərmanı ilə

                                                                                        TƏSDİQ EDİLMİŞDİR

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin

STRUKTURU

1.         Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin aparatı

2.         Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olan qurumlar:

Bakı, Gəncə, Sumqayıt şəhər mədəniyyət və turizm idarələri

 rayon (şəhər) mədəniyyət və turizm şöbələri

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı

Azərbaycan Dövlət Musiqili Komediya Teatrı

Azərbaycan Dövlət Rus Dram Teatrı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı

Azərbaycan Dövlət Kukla Teatrı

Azərbaycan Dövlət Gənclər Teatrı

Azərbaycan Dövlət "Yuğ" Teatrı

İrəvan Azərbaycan Dövlət Dram Teatrı

Azərbaycan Dövlət Pantomima Teatrı

Ağdam Dövlət Dram Teatrı

Füzuli Dövlət Dram Teatrı

Şuşa Dövlət Musiqili Dram Teatrı

Qazax Dövlət Dram Teatrı

Qusar Dövlət Ləzgi Dram Teatrı

Qax Dövlət Kukla Teatrı

Qax Dövlət Gürcü Dram Teatrı

Salyan Dövlət Kukla Teatrı

Gəncə Dövlət Dram Teatrı

Gəncə Dövlət Nizami Poeziya Teatrı

Gəncə Dövlət Kukla Teatrı

Sumqayıt Dövlət Musiqili Dram Teatrı

Mingəçevir Dövlət Dram Teatrı

Şəki Dövlət Dram Teatrı

Lənkəran Dövlət Dram Teatrı

Naxçıvan Dövlət Musiqili Dram Teatrı

Naxçıvan Dövlət Kukla Teatrı

Xankəndi Dövlət Dram Teatrı

M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası

Azərbaycan Dövlət Uşaq Filarmoniyası

Bakı Dövlət Sirki

Azərbaycan Dövlət Mahnı Teatrı

Azərbaycan Dövlət "Qaya" Ansamblı ("Bəri bax" vokal qrupu ilə)

Nəfəs Alətləri Orkestri

Azərbaycan Dövlət Muğam Teatrı

Gəncə Dövlət Filarmoniyası

Naxçıvan Dövlət Filarmoniyası

Xankəndi "Qarabağ" Estrada Orkestri

Xankəndi Dövlət Mahnı və Rəqs Ansamblı

kitabxanalar,

o   cümlədən:

respublika əhəmiyyətli kitabxanalar

mərkəzi şəhər kitabxanaları

rayon kitabxanaları

qəsəbə kitabxanaları

rayon (şəhər) mərkəzləşdirilmiş kitabxana sistemləri,

o   cümlədən:

rayon (şəhər) mərkəzi kitabxanaları

gənclər və uşaq kitabxanaları

şəhər, qəsəbə, kənd kitabxanaları

klub tipli müəssisələr,

o   cümlədən:

mərkəzi rayon (şəhər) mədəniyyət evləri (sarayları)

şəhər mədəniyyət evləri

şəhər klubları

kənd mədəniyyət evləri

kənd klubları

uşaq musiqi, incəsənət, rəssamlıq və muğam məktəbləri,

o   cümlədən:

incəsənət məktəbləri

rayon uşaq musiqi məktəbləri

kənd uşaq musiqi məktəbləri

Bakı Xoreoqrafiya Məktəbi

Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzi

Dövlət muzeyləri (filiallarla birlikdə),

o   cümlədən:

incəsənət muzeyləri

ədəbiyyat muzeyləri

tarix muzeyləri

tarix-diyarşünaslıq muzeyləri

qoruq muzeyləri

döyüş şöhrəti muzeyləri

ev və memorial muzeyləri

məqbərələr

dövlət qoruqları,

o   cümlədən:

Qobustan Dövlət Tarix-Bədii Qoruğu

Qala Tarix-Etnoqrafiya Qoruğu

Nardaran Tarix-Mədəniyyət Qoruğu

Şuşa Tarix-Memarlıq Qoruğu

Şəki Memarlıq Qoruğu

Lahıc Tarix-Mədəniyyət Qoruğu

Zaqatala Tarix-Mədəniyyət Qoruğu

Basqal Dövlət Tarix-Mədəniyyət Qoruğu

Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu

Qazax "Avey" Dövlət Tarix-Mədəniyyət Qoruğu

Qəbələ Dövlət Tarix-Bədii Qoruğu

İlisu Dövlət Tarix-Mədəniyyət Qoruğu

Ordubad "Gəmiqaya" Tarix-Bədii Qoruğu

Şərur "Arpaçay" Tarix-Mədəniyyət Qoruğu

Ordubad Dövlət Tarix-Memarlıq Qoruğu

Culfa "Gülüstan" Tarix-Mədəniyyət Qoruğu

Dəvəçi "Çıraqqala" Tarix-Memarlıq Qoruğu

Dəvəçi "Şabran şəhəri" Tarix Qoruğu

Hacıqabul "Pir Hüseyn Xanəgahı"

rəsm qalereyaları,

o   cümlədən:

Azərbaycan Dövlət Rəsm Qalereyası

Bədii Sərgi Salonu

Salyan Dövlət Rəsm Qalereyası

Şəki Dövlət Rəsm Qalereyası

Sumqayıt Dövlət Rəsm Qalereyası

Qax Dövlət Rəsm Qalereyası

Qusar Dövlət Rəsm Qalereyası

Astara Dövlət Rəsm Qalereyası

Goranboy Dövlət Rəsm Qalereyası

Əli Bayramlı Dövlət Rəsm Qalereyası

Qazax Dövlət Rəsm Qalereyası

Neftçala Dövlət Rəsm Qalereyası

Tovuz Dövlət Rəsm Qalereyası

Lənkəran Dövlət Rəsm Qalereyası

Lerik Dövlət Rəsm Qalereyası

Biləsuvar Dövlət Rəsm Qalereyası

Bərdə Dövlət Rəsm Qalereyası

İmişli Dövlət Rəsm Qalereyası

Daşkəsən Dövlət Rəsm Qalereyası

Şamaxı DÖvlət Rəsm Qalereyası

Cəlilabad Dövlət Rəsm Qalereyası

Naxçıvan Dövlət Rəsm Qalereyası

Mingəçevir Dövlət Rəsm Qalereyası

Masallı Dövlət Rəsm Qalereyası

Zaqatala Dövlət Rəsm Qalereyası

Gəncə Dövlət Rəsm Qalereyası

Ağdaş Dövlət Rəsm Qalereyası

Saatlı Dövlət Rəsm Qalereyası

Ağcabədi Dövlət Rəsm Qalereyası

Kürdəmir Dövlət Rəsm Qalereyası

Qəbələ Dövlət Rəsm Qalereyası

Xaçmaz Dövlət Rəsm Qalereyası

Şuşa Dövlət Rəsm Qalereyası

Laçın Dövlət Rəsm Qalereyası

Mədəniyyət üzrə Elmi-Metodiki Mərkəz

Muzey İşi üzrə Elmi-Metodiki Mərkəz

Mədəniyyət Təhsili üzrə Respublika Elmi-Metodiki Mərkəzi

Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi-Bərpa Mərkəzi


Mərkəzləşdirilmiş mühasibatlıqlar (Nazirliyin və yerli şöbələrin nəzdində)

C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası

"Salnamə" sənədli filmlər studiyası

"Yaddaş" sənədli filmlər studiyası

"Azanfilm" studiyası

"Mozalan" studiyası

"Debüt" studiyası

"Dublyaj" studiyası

Dövlət Film Fondu

Dövlət Film Fondunun Naxçıvan filialı

Dövlət Turizm İnstitutu

Mingəçevir Turizm Kolleci

Heydər Əliyev adına saray

mədəniyyət və istirahət parkları

zoopark

asudə vaxt mərkəzləri

Şəhər və rayon kinoteatrları

"Azərnəşr" nəşriyyatı

"Gənclik" nəşriyyatı

"Maarif' nəşriyyatı

"Mədəniyyət" qəzeti redaksiyası

"Yaddaş" qəzeti redaksiyası

"Kino+" qəzeti redaksiyası

"Mədəni-Maarif işi" jurnalı redaksiyası

respublika kitabxana kollektoru

"Azərbərpa" Elmi Tədqiqat Layihə İnstitutu

1 nömrəli Bakı Elmi Bərpa İstehsalat İdarəsi

3  nömrəli Bərdə Elmi Bərpa İstehsalat İdarəsi

4  nömrəli Şəki Elmi Bərpa İstehsalat İdarəsi

5  nömrəli Masallı Elmi Bərpa İstehsalat İdarəsi

Şəki Atçılıq Turizm Mərkəzi (Respublika Atçılıq və Müasir Beşnövçülük üzrə İxtisaslaşdırılmış Olimpiya Ehtiyatı Uşaq-Gənclər İdman Məktəbinin Şəki  filialının  əmlakı  ilə birlikdə

        "Gənclik" Beynəlxalq Turizm Mərkəzi

Lənkəran şəhər uşaq düşərgəsi

Milli Kulinariya Mərkəzi

Bakı Turizm İnformasiya Mərkəzi

Şamaxı Turizm İnformasiya Mərkəzi

Xaçmaz Turizm İnformasiya Mərkəzi

Quba Turizm İnformasiya Mərkəzi

Naxçıvan Turizm İnformasiya Mərkəzi

Lənkəran Turizm İnformasiya Mərkəzi

Gəncə Turizm İnformasiya Mərkəzi

Şəki Turizm İnformasiya Mərkəzi