Kommersiya təşkilatlarının (kredit təşkilatlarından, sığorta şirkətlərindən, investisiya fondlarından və bu fondların idarəçilərindən, qeyri-dövlət (özəl) sosial fondlarından, qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslərdən, qiymətli kağızları fond birjasında dövriyyədə olan hüquqi şəxslərdən başqa) ictimai əhəmiyyətli qurumlara aid edilməsi üçün meyar göstəricilərinin təsdiq edilməsi barədə[1]

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

Mühasibat uçotu haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 192 nömrəli Fərmanının 1.1.3.1-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1.  Kommersiya təşkilatlarının (kredit təşkilatlarından, sığorta şirkətlərindən, investisiya fondlarından və bu fondların idarəçilərindən, qeyri-dövlət (özəl) sosial fondlarından, qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslərdən, qiymətli kağızları fond birjasında dövriyyədə olan hüquqi şəxslərdən başqa) ictimai əhəmiyyətli qurumlara aid edilməsi üçün meyar göstəriciləri təsdiq edilsin (əlavə olunur).

2.  Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

 

Bakı şəhəri, 20 iyun 2005-ci il

108

 

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2005-ci il 20 iyun tarixli 108 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

 

Kommersiya təşkilatlarının (kredit təşkilatlarından, sığorta şirkətlərindən, investisiya fondlarından və bu fondların idarəçilərindən, qeyri-dövlət (özəl) sosial fondlarından, qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslərdən, qiymətli kağızları fond birjasında dövriyyədə olan hüquqi şəxslərdən başqa) ictimai əhəmiyyətli qurumlara aid edilməsi üçün

MEYAR GÖSTƏRİCİLƏRİ[2]

 

İllik gəlir

(mln.manat)

Hesabat ili ərzində işçilərin orta hesabla sayı

(nəfər)

Balansın yekun məbləği

(mln.manat)[3]

180,0

1500

450,0

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       22 aprel 2010-cu il tarixli 72 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, 4, maddə 362)

2.       30 dekabr 2016-cı il tarixli 530 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 31 dekabr 2016-cı il, 292, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 12, maddə 2245)

3.       3 fevral 2017-ci il tarixli 27 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 7 fevral 2017-ci il, 27, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, 2, maddə 280)

4.       2 avqust 2019-cu il tarixli 341 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 3 avqust 2019-cu il, 168, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, 8, maddə 1448)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI



[1] 30 dekabr 2016-cı il tarixli 530 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 31 dekabr 2016-cı il, 292, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 12, maddə 2245) ilə adına və 1-ci hissəsinə investisiya fondlarından sözlərindən sonra və bu fondların idarəçilərindən sözləri əlavə edilmişdir.

3 fevral 2017-ci il tarixli 27 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 7 fevral 2017-ci il, 27, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, 2, maddə 280) ilə qərarın adına və 1-ci hissəsinə qeyri-dövlət (özəl) sosial fondlarından, sözlərindən sonra qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslərdən, sözləri əlavə edilmişdir.

 

[2] 22 aprel 2010-cu il tarixli 72 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, 4, maddə 362) ilə təsdiq edilmiş Kommersiya təşkilatlarının (kredit təşkilatlarından, sığorta şirkətlərindən, investisiya fondlarından, qeyri-dövlət (özəl) sosial fondlarından, qiymətli kağızları fond birjasında dövriyyədə olan hüquqi şəxslərdən başqa) ictimai əhəmiyyətli qurumlara aid edilməsi üçün meyar göstəricilərinin cədvəli yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

 

İllik gəlir

(mlrd. manatla)

Hesabat ili ərzində

işçilərin orta sayı

(nəfər)

Balansın yekun məbləği

(mlrd. manatla)

150,0

1200

500,0

 

30 dekabr 2016-cı il tarixli 530 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 31 dekabr 2016-cı il, 292, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 12, maddə 2245) ilə Kommersiya təşkilatlarının (kredit təşkilatlarından, sığorta şirkətlərindən, investisiya fondlarından, qeyri-dövlət (özəl) sosial fondlarından, qiymətli kağızları fond birjasında dövriyyədə olan hüquqi şəxslərdən başqa) ictimai əhəmiyyətli qurumlara aid edilməsi üçün Meyar Göstəricilərinin adına investisiya fondlarından sözlərindən sonra və bu fondların idarəçilərindən sözləri əlavə edilmişdir.

3 fevral 2017-ci il tarixli 27 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 7 fevral 2017-ci il, 27, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, 2, maddə 280) ilə Kommersiya təşkilatlarının (kredit təşkilatlarından, sığorta şirkətlərindən, investisiya fondlarından və bu fondların idarəçilərindən, qeyri-dövlət (özəl) sosial fondlarından, qiymətli kağızları fond birjasında dövriyyədə olan hüquqi şəxslərdən başqa) ictimai əhəmiyyətli qurumlara aid edilməsi üçün Meyar Göstəricilərinin adına qeyri-dövlət (özəl) sosial fondlarından, sözlərindən sonra qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslərdən, sözləri əlavə edilmişdir.

 

[3] 2 avqust 2019-cu il tarixli 341 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Xalq qəzeti, 3 avqust 2019-cu il, 168, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, 8, maddə 1448) ilə Kommersiya təşkilatlarının (kredit təşkilatlarından, sığorta şirkətlərindən, investisiya fondlarından və bu fondların idarəçilərindən, qeyri-dövlət (özəl) sosial fondlarından, qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslərdən, qiymətli kağızları fond birjasında dövriyyədə olan hüquqi şəxslərdən başqa) ictimai əhəmiyyətli qurumlara aid edilməsi üçün meyar göstəricilərində İllik gəlir (mln.manat) sütununda 120,0 rəqəmləri 180,0 rəqəmləri ilə, Balansın yekun məbləği (mln.manat) sütununda 300,0 rəqəmləri 450,0 rəqəmləri ilə əvəz edilmişdir.